Məhkəmə qərarları › İş №1(011)-67/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-67/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-67/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə və ona, oğlu Şahid1 Cəlalı oğlunu Azərbaycan Respublikası Nazirlər Kabinetinə referent vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, ilk dəfə xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında 1521 manat, bundan sonra həmin işi başa çatdırmaq üçün Şahid1 tibbi arayış əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin iyul ayının ortalarında ünvan 4 ünvanda yerləşən “Həzi Aslanov” metrostansiyasının çıxışında 50 manat olmaqla, ümumilikdə 1571 manat məbləğində pulunu tamah məqsədi ilə alıb, verdiyi vədə əməl etməmiş, bundan sonra dələduzluq yolu ilə əldə etdiyi 1571 manatdan 1000 manatını geri qaytarmış, nəticədə Zərərçəkmiş şəxs1 571 (beş yüz yetmiş bir) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə və onu Azərbaycan Respublikası Nazirlər Kabinetinə sürücü kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 80 ünvanında yerləşən “Şanlı Urfa” restoranında 2021 manat məbləğində pulunu tamah məqsədi ilə alıb, verdiyi vədə əməl etməmiş, bundan sonra dələduzluq yolu ilə əldə etdiyi 2021 manatdan 740 manatını geri qaytarmış, nəticədə Zərərçəkmiş şəxs2 1281 (bir min iki yüz səksən bir) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xətai rayonu, M.Hadi küçəsində yerləşən yaşayış sahəsində yaşayır. 2021-ci ilin iyun ayının əvvəllərində, yaşadığı ünvanda onunla qonşuluqda yaşayan rəfiqəsi İradə adlı qadın digər bir şəxsin işə düzəlməsi üçün köməklik edə biləcəyi barədə ondan maraqlanmışdır. O, isə əvvəllər Nazirlər Kabinetində kargüzar işlədiyini bildirib, işə düzəltmək üçün maraqlana biləcəyini bildirmişdir. Bundan sonra, rəfiqəsi İradə ona bildirmişdir ki, əlaqə saxlamaq üçün onun nömrəsini Rahilə adlı şəxsə verəcəkdir. Bundan sonra, Rahilə ona zəng vuraraq, qohumu Səhər adlı qadının oğlunun diplomunun olmağına baxmayaraq, hal-hazırda işlədiyi yerdən çıxmaq və dövlət işinə qəbul olmaq istəyini bildirmişdir. O, Rahiləyə nömrəsini Səhər adlı qadına verməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 adlı şəxs ona zəng vuraraq, oğlu Şahid1 Cəlalı oğlunu dövlət işinə düzəldə biləcəyi barədə ondan maraqlanmışdır. O, isə Səhərə əvvəllər Nazirlər Kabinetinin işçisi olduğunu bildirərək, hal-hazırda Nazirlər Kabinetində tanışlarının olduğunu və övladının Nazirlər Kabinetində referent kimi işə düzəldə biləcəyini söyləmişdir. Həmin zaman, Səhər adlı qadın oğlu Şahid1 onunla görüşməsi üçün gün təyin etməsini istəmiş və 2021-ci iyun ayının ortalarında Xətai rayonunda yerləşən “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı “Orman” adlı restoranda görüşmüşdürlər. Görüş zamanı o, Şahid1 bir ay ərzində Nazirlər Kabinetində referent kimi işə düzəldə biləcəyini və bunun müqabilində Özaldan 1500 manat və 21 manat dövlət rüsumu adı ilə pul istəmişdir. Şahid1 onun təklifi ilə razılaşmış və anası Zərərçəkmiş şəxs1 bu barədə danışmaq üçün yaşadığı ünvana getmişdir. 2021-ci ilin iyun ayının 24-də Zərərçəkmiş şəxs1 ona zəng vuraraq, 25 iyun 2021-ci il tarixdə qohumu Rahilə ilə birlikdə onun rəfiqəsi İradə adlı xanımın evinə gələcəyini və onun işə düzəltmək üçün dediyi 1500 manat və 21 manat dövlət rüsumu adı ilə pulun ona verəcəyini bildirmişdir. 25 iyun 2021-ci il tarixdə, təxminən saat 12 radələrində rəfiqəsi İradənin yaşadığı mənzildə Zərərçəkmiş şəxs1, Şahid3, o və rəfiqəsi İradə görüşmüşdürlər. Həmin ünvanda onun Zərərçəkmiş şəxs1 oğlu Şahid1 Nazirlər Kabinetinə referent kimi işə düzəltməsi üçün 1500 manat və 21 manat dövlət rüsumu adı ilə pulu ona vermişdir. O, isə bildirmişdir ki, bir ay ərzində Özalı vəd etdiyi işə düzəldəcəkdir. Qeyd olunan gündən sonra demək olar ki, hər gün mütəmadi olaraq Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlamış, oğlunun işinin hansı yerdə olduğunu soruşmuşdur. O, isə Zərərçəkmiş şəxs1 sənədlərin hazırlanması ilə məşğul olduğunu və yaxın günlərdə onu işlə təmin edəcəyini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə söhbətləşərkən, kürəkəni Zərərçəkmiş şəxs2 da işlərinin qaydasında olmadığını ona bildirdikdə, o Rövşəni də işlə təmin edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 kürəkəni Zərərçəkmiş şəxs2 həmin vaxt sürücü kimi işlədiyini ona bildirdikdə, o Rövşəni Nazirlər Kabinetinə sürücü kimi işə düzəldə biləcəyini və bunun müqabilində 2000 manat və 21 manat dövlət rüsumu adı ilə pul istəmişdir. Zərərçəkmiş şəxs1 kürəkəni Zərərçəkmiş şəxs2 bu barədə danışacağını, razılıq olduğu təqdirdə, kürəkəni Rövşənin onunla görüşəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin iyun ayının sonları, iyul ayının əvvəllələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və o, “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı “Şanlı Urfa” adlı restoranda görüşmüşdürlər. Görüş zamanı o, Zərərçəkmiş şəxs2 əvvəllər Nazirlər Kabinetində işlədiyini və orada tanışlarının olduğunu bildirərək, Rövşəni Nazirlər Kabinetində sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində isə Zərərçəkmiş şəxs2 2000 manat və 21 manat dövlət rüsumu adı ilə pul istəmişdir. Zərərçəkmiş şəxs2 da, ona inanaraq, 2021 manat pulu ona vermişdir. 2021-ci ilin iyul ayının ortalarında o, Zərərçəkmiş şəxs1 zəng vuraraq, oğlunun işə düzəlməsi üçün sağlamlıq haqqında arayışı lazım olduğunu və bunu müqabilində 50 manat verməsini istəmişdir. Zərərçəkmiş şəxs1 da, 50 manat pulu oğlu Şahid1 vasitəsilə ona göndərmiş və həmin pulu “Həzi Aslanov” metrostansıyasının yanında görüşərək qəbul etmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs1 oğlunu işə düzəltmək üçün 1571 manat pul almışdır. Bundan sonra, mütəmadi olaraq onunla əlaqə saxlayıb işlərinin hansı yerdə olduğunu soruşduqda, o, bu yaxınlarda işə düzəldə biləcəyini, əgər düzəldə bilməsə, onlardan aldığı pulu geri qaytaracağını bildirmişdir. 2021-ci ilin avqust ayının sonlarında Səbail rayonunda yerləşən Filarmoniya bağında Şahid3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə görüşmüşdür. Görüş zamanı, ondan vəd verdiyi işi təmin edə bilmədiyini və aldığı pulu geri qaytamağını tələb etmişdirlər. Ona verdikləri pulu bankdan kredit formasında götürərək, verdiklərini və ödəyə bilmədiklərindən, üzərinə əlavə faizin gəldiyini bildirmişdirlər. O, isə qısa müddət ərzində pulun tam bir şəkildə, hətta əlavə faizin belə ödəyəcəyini bildirmişdir. Görüş zamanı, Zərərçəkmiş şəxs2 aldığı 2021 manat puldan 740 manat pulun geri qaytarmışdır. 25 sentyabr 2021-ci il tarixdə onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dələduzluq etməyi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə daxil olmuş şikayət əsasında, polis bölməsində izahat vermişdir. 16 oktyabr 2021-ci il tarixdə isə mövcud vəziyyəti görüb, Zərərçəkmiş şəxs1 ilə görüşərək, ondan götürdüyü 1571 manat pulun 1000 manat hissəsini geri qaytarmışdır. Hazırda isə o, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la barışmış, onlara dəymiş ziyanı ödəmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o Abşeron rayonunun Masazır qəsəbəsində oğlu Şahid1 və əri Cəlali Bəylərov ilə birlikdə yaşayır. Oğlu Özal işindən narazı olduğundan, oğlu üçün yeni iş yeri ilə maraqlanırdır. Təsadüfən qohumu Şahid3 ilə telefon vasitəsilə əlaqə saxlayarkən, Rahilə ondan oğlu Özalın hansı işlə məşğul olduğunu soruşduqda, o, Rahiləyə hal-hazırda işinin olduğunu, lakin işindən narazı olduğunu bildirmişdir. Rahilə isə rəfiqəsinin vasitəçiliyi ilə İlahə adlı şəxsin onun oğlunu dövlət işinə düzəldə biləcəyini bildirmişdir. O, Rahilənin dedikləri ilə razılaşmış və Rahiləyə bu işin həyata keçməsi üçün oğlunun İlahə adlı şəxslə görüşüb, tanış olmasının vacib olduğunu bildirmişdir. O, qohumu Rahilədən İlahənin nömrəsini istəmiş və Rahilə ona həmin qadının nömrəsi vermişdir. Oğlu Özal mobil telefonla İlahə adlı qadınla əlaqə saxlamış və “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan “Orman” adlı restoranda görüşmüşlər. X3 Nazirliyinin əməkdaşı olduğunu bildirib, üç həftə ərzində oğlu Özalı işə düzəldəcəyini demişdir. Bunun müqabilində isə 1500 manat pul və əlavə olaraq 21 manat dövlət rüsumu adı ilə pul tələb etmişdir. Özal onunla razılaşmış və 2021-ci ilin iyun ayında bankdan kredit olaraq 2500 manat götürüb, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən Təqsirləndirilən şəxs rəfiqəsi olan İradə adlı xanımın evində Şahid3, evin sahibi İradə adlı şəxs və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünü Nazirlər Kabinetinin işçisi kimi təqdim edib, Özalı maksimum dörd həftə ərzində Nazirlər Kabinetində referent kimi işə düzəldəcəyini bildirmiş və bunun üçün Özaldan 1500 manat və əlavə 21 manat dövlət rüsumu adı ilə pul almışdır. Bundan sonra, o, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə oğlunun işinin hansı vəziyyətdə olması barədə maraqlanmışdır. İlahə isə həmişə pulun artıq lazım olan yerə çatdığını və bu yaxınlarda Özalın işə çıxacağını bildirmişdir. Bundan əlavə, İlahə ona əgər başqa bir tanış şəxsin də işə düzəltmək istəyinin olduğunu təqdirdə, işə düzəldə biləcəyini bildirmişdir. İlahə bir neçə dəfə yenidən ona israr etmişdir ki, məhdud sayda işlər var və işə düzəltmək üçün müddət azalmışdır. O, İlahəyə bu barədə maraqlanacağını bildirmişdir. Daha sonra, kürəkəni Zərərçəkmiş şəxs2 işinin qaydasında olmaması və yeni iş axtarması ağlına gəlmişdir. Təqsirləndirilən şəxs ona dedikləri barədə kürəkəni Zərərçəkmiş şəxs2 ilə danışmışdır. Təqsirləndirilən şəxs onunla elə söhbətlər aparmışdır ki, o, İlahənin hər dediyinə inanmışdır. Kürəkəni Rövşən ilə danışdıqdan sonra, Rövşən onunla razılaşmış və İlahə adlı qadınla görüş təyin etməyini istəmişdir. O, Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlamış və İlahə ona kürəkəni Zərərçəkmiş şəxs2 işə düzəltməsi üçün 2000 manat pul və həmin puldan əlavə 21 manat dövlət rüsumu adı ilə pul tələb etmişdir. O, Rövşəni Nazirlər Kabinetində şöbə müdirinin sürücüsü kimi işə düzəldəcəyini demişdir. 2021-ci ilin iyun ayında kürəkəni Rövşən bankdan kredit götürüb, onunla birlikdə Xətai rayonunda yerləşən “Şanlı Urfa” adlı restoranda İlahə ilə görüşmüşdür. İlahə Rövşənə vəd etdiyi işi 2021-ci ilin iyul ayının ortalarınadək düzəldəcəyini bildirmişdir. Rövşən həmin restoranda 2021 manat pulu İradə Abdulovaya vermişdir. Bundan başqa, 2021-ci ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs ona zəng vuraraq, oğlunun işə düzəlməsi üçün sağlamlıq arayışını təqdim etmək və buna görə də 50 manat pul lazım olduğunu bildirmişdir. Oğlu Özal “Şanlı Urfa” restoranının yaxınlığında İlahə ilə görüşüb, 50 manat pulu İlahəyə vermişdir. Lakin, bundan sonra Təqsirləndirilən şəxs bir xəbər çıxmamış və əlaqə saxladıqda, İlahə müxtəlif bəhanələr ilə onu aldatmışdır. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona dələduzluq etdiyi başa düşərək, verdiyi pulu geri qaytarmasını İlahədən tələb etmişdir. 2021-ci ilin avqust ayında İlahə kürəkəni Rövşəndən aldığı 2021 manat puldan 740 manatını qaytarmış, qalan pulu da, qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin, İlahə verdiyi vədə əməl etmədiyindən, 2021-ci ilin sentyabr ayında o və kürəkəni Rövşən DİN-in 102 xidmətinə zəng vuraraq, Təqsirləndirilən şəxs tərəfindən edilmiş dələduzluq hadisəsi ilə əlaqədar ayrı-ayrılıqda məlumat vermişdirlər. Sonradan Təqsirləndirilən şəxs oğlu Özalın işə düzəltməsi üçün aldığı 1571 manat puldan 1000 manatını geri qaytarmışdır. Hazırda isə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs hər hansı bir cəzanın təyin olunmamasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, Abşeron rayonunun Goradil kəndində ailəsi ilə birlikdə yaşayır. 2021-ci ilin iyun ayının əvvələrində bir şirkətdə sürücü işləyirdir. İşlədiyi şirkətdə aldığı əmək haqqı yaxşı olsa da, sonradan əmək haqqısı azaldığından, maddi vəziyyəti pisləşmiş və o, işini dəyişmək qərarına gəlmişdir. Bu ərəfələrdə qayınanası Zərərçəkmiş şəxs1 ona qaynı Özalı Təqsirləndirilən şəxs adlı şəxsin vasitəsi ilə Nazirlər Kabinetinə işə düzəldəciyi bildirmişdir. Qayınanası Səhər ona bu barədə məlumat verdikdə, o, işini dəyişmək istədiyindən, qayınanasına xahiş etmişdir ki, onu da dövlət işinə düzəltməsi üçün Təqsirləndirilən şəxs ilə danışsın. Qayınanası Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqdan sonra ona bildirmişdir ki, İlahə onu Nazirlər Kabinetinə sürücü kimi işə düzəldəcək və bunun üçün ondan 2000 manat və əlavə 21 manat dövlət rüsumu adı ilə pul istəmişdir. O, da bununla razılaşaraq, qayınanası Səhərə demişdir ki, Təqsirləndirilən şəxs ilə əlaqə saxlasın və görüş təyin etsin. 30 iyun 2021-ci il tarixdə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Şanlı Urfa” restoranında o, qayınanası Səhər və Təqsirləndirilən şəxs görüşmüşdürlər. Təqsirləndirilən şəxs əvvəllər Nazirlər Kabinetində işlədiyini, hal-hazırda Xarici İşlər Nazirliyində işlədiyini və onu Nazirlər Kabinetinə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində isə ondan 2000 manat və həmin puldan əlavə 21 manat dövlət rüsumu adı ilə pul verməli olduğunu bildirmişdir. O, həmin günü bankdan kredit olaraq götürdüyü 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, 14 iyul 2021-ci il tarixədək işə çıxacaqdır. Lakin, sonradan İlahənin onu aldatdığını və ona dələduzluq etdiyini başa düşmüşdür. 2021-ci ilin avqust ayının əvvəlində Təqsirləndirilən şəxs ondan aldığı 2021 manatdan 740 manat pulunu qaytarmışdır. Nəticədə ona 1281 manat dəyərində maddi ziyan vurulmuşdur. Hazırda isə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, onunla barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs hər hansı bir cəzanın təyin olunmamasını xahiş etmişdir. İş üzrə Şahid1 Cəlalı oğlu məhkəməyə ünvanladığı müraciətində üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 Cəlalı oğlu göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonunun Masazır qəsəbəsində yaşayır. 2021-ci ilin iyun ayında Nizami rayonu, Nəsimi küçəsində yerləşən geyim mağazasında texniki işlər üzrə menecer vəzifəsində işləyirdir. Həmin vaxtlarda öz işindən narazı idi. Çünki işlədiyi geyim mağazasının rəhbərləri dəyişmiş və ona ayrılmış əmək haqqı azaldılmışdır. Buna görə də o, işini dəyişməsi barədə fikirləşmişdir. Bu ərəfələrdə anası Zərərçəkmiş şəxs1 ona qohumu Şahid3 rəfiqəsi olan İradə adlı şəxsin tanıdığı Təqsirləndirilən şəxs adlı qadının onu işə düzəldə biləcəyini bildirmişdir. Bununla bağlı anası Zərərçəkmiş şəxs1 İlahə Bəylərovanın telefon nömrəsini Şahid3 alaraq ona vermişdir ki, o Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb görüşərək, ətraflı soraqlaşsın. O, Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsilə yazışaraq, onu hansı işə düzəldə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Nazirlər Kabinetinin işçisi olduğunu, hal-hazırda Xarici İşlər Nazirliyində işlədiyini bildirərək, onu Nazirlər Kabinetinə referent kimi işə düzəldə biləcəyini və onu düzəldəcəyi müqabilində 1500 manat və həmin puldan əlavə 21 dövlət rüsumu adı ilə pul verməli olduğunu bildirmişdir. O, isə Təqsirləndirilən şəxs ilə birlikdə görüş təyin etmək qərarına gəlmişdir. 23 iyun 2021-ci il tarixdə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Orman” adlı restoranda görüşmüşdürlər. Görüş zamanı Təqsirləndirilən şəxs onu Nazirlər Kabinetinə referent kimi işə düzəldə biləcəyini və bunun müqabilində 1500 manat və həmin puldan əlavə 21 manat dövlət rüsumu adı ilə pul istəmişdir. O, yaşadığı ünvana qayıtdıqda İlahə Abdulva ilə söhbəti barədə anası Zərərçəkmiş şəxs1 danışmışdır. Anası 24 iyun 2021-ci il tarixdə bankdan kredit olaraq 2500 manat götürmüşdür. 25 iyun 2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs1 və qohumu Şahid3 “Həzi Aslanov” metrostansiyasının yaxınlığında görüş təyin etmişdirlər. O, anası Zərərçəkmiş şəxs1 və qohumu Şahid3 Təqsirləndirilən şəxs ilə görüşməsi üçün “Əhmədli” metrostansiyasından “Həzi Aslanov” metrostansiyasına tərəf taksi vasitəsi ilə yola salmış və öz işinə qayıtmışdır. Həmin gün axşam işdən yaşadığı ünvana qayıtdıqda, anası Zərərçəkmiş şəxs1 onu Nazirlər Kabinetinə referent kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs “Həzi Aslanov” metrostansiyasının yaxınlığında, tanımadığı şəxsdən 1521 manat pulu verdiyini söyləmişdir. Bundan sonra, 2021-ci ilin iyul ortalarında Təqsirləndirilən şəxs anasına zəng vuraraq, onun sağlamlıq arayışını düzəltməsi üçün 50 manat əlavə pul istəmiş və anası Zərərçəkmiş şəxs1 ona həmin pulu vermişdir ki, Təqsirləndirilən şəxs ilə görüşüb pulu ona versin. O, isə “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan “Şanlı Urfa” restoranının qarşısında Təqsirləndirilən şəxs oğlu olan Ağa adlı şəxslə görüşərək, 50 manat pulu ona vermişdir. O gündən etibarən anası Zərərçəkmiş şəxs1 mütəmadi olaraq onun işi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da, İlahə müxtəlif bəhanələrlə anasını aldatmışdır. 23 sentyabr 2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs1 baş vermiş dələduzluq cinayəti ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Baş vermiş cinayət hadisəsi barədə anası və o, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə yaxınlaşaraq ərizə və izahat ilə müraciət etmişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə də təsdiq edilir. İş materiallarından görünür ki, 02 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərarına əsasən, barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək, cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü bir uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar