Məhkəmə qərarları › İş №1(011)-67/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-67/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-67/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçiləri – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 fevral 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, usta işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2aşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı X3 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai rayon məhkəməsində baxılan cinayət işi üzrə cəzasının yüngülləşdirilməsində guya köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 10 iyun 2024-cü il tarixdə saat 12:35-də ünvan 3 ünvanda Zərərçəkmiş şəxs 3.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 3.000 manat (üç min) miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində tikintidə işləyərkən Rauf Həşimovu tanımışdır. İşlədiyi dövrdə Raufun narkotik vasitə istifadəçisi olmasından məlumatı olmuşdur. Həmin dövrdə Raufun mobil telefonu olsa da "Whatsapp" sosial sms tətbiqindən istifadə etmirmiş və bu məqsədlə həyat yoldaşı Samirənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona vermişdir ki, lazım olarsa sms vasitəsi ilə həmin nömrə ilə əlaqə saxlasın. Bu yolla Raufun həyat yoldaşı Samirəni tanımışdır. X10 rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş və barəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı cinayət işi başlanmışdır. 06 iyun 2024-cü il tarixdə Rauf, Yasamal polisi tərəfindən borcunun olması ilə bağlı tutulmuşdur. Bu barədə məlumatlı olduğundan Raufa kömək etmək istəmişdir. Tanışları ilə əlaqə yaradıb Raufa kömək etməyin yolunu axtarmışdır. xx.xx.2024-cü il tarixdə öz istifadəsində olan mobil nömrə ilə "Whatsapp" sosial tətbiqi üzərindən Raufun yoldaşı Samirəyə zəng edib, Samirəyə tanışları olduğunu və Raufa Xətai rayon məhkəməsində baxılan cinayət işi üzrə kömək edə biləcəyini, bu işin həlli üçün 6.000 manat pul lazım olduğunu demişdir. Samirə ona həmin məbləğdə pulu tapa bilməyəcəyini deyib, məbləğin bir qədər endirilməsində kömək etməyini xahiş etmişdir. O, Samirəyə bildirmişdir ki, tanışları ilə danışıb bu işi 5.000 manata həll edəcək. Samirə bildirmişdir ki, bankda krediti var, həmin banka müraciət edəcək və hansı məbləğdə bank kredit verəcəksə həmin pulu işin həlli üçün ona verəcəkdir. O, Samirə ilə razılaşmış, 10 iyun 2024-cü il tarixdə səhər saatlarında Samirə ilə görüşmüşdür. Onlar idarə etdiyi "Ravon” markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə ünvan 4 ünvanda yerləşən Baki metrosunun "Əhmədli” stansiyasının çıxışına yaxın yerləşən "xxxx" ASC-nin filialına gəlmişlər. O avtomobildə gözləmiş və Samirə banka daxil olmuşdur. Təxminən 30 dəqiqə ərzində avtomobildə Samirəni gözləmiş, Samirə təxminən saat 12:35 radələrində onun yanına qayıtmış və avtomobilə əyləşib bankdan 3.000 manat pul kredit götürə bildiyini deyib, ilkin olaraq həmin pulu götürməyini qalan hissəsini tapıb ödəcəyini demişdir. Samirə ilə razılaşmış və avtomobilin içərisində Samirədən 3.000 manat pulu qəbul edib təxminən 10 gün ərzində Raufun məhkəmədəki işini həll edəcəyini, Raufun işi həll olunduqdan sonra qalan pulu da verməli olduğunu demişdir. Samirə ondan pulu qəbul etməyinə dair hər hansı yazılı sənəd verməyini tələb etdikdə avtomobilin içərisində ağ vərəqəyə “mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3.000 AZN aldım" sözlərini yazıb yazının altında imza və tarixi qeyd edib Samirəyə vermişdir. Bundan sonra Samirəni gedəcəyi yerə düşürüb ayrılmışdır. O, pulu Samirədən qəbul etsə də Raufun işinə kömək edə bilməmişdir. Rauf hazırda həbsdədir. Sonradan Samirə pulunu geri tələb etmiş, lakin, o pulu öz maddi ehtiyaclarına xərclədiyi üçün Samirəyə qaytara bilməmişdir. Samirənin şikayət etməsinin qarşısını almaq üçün mütəmadi olaraq "Whatsapp" sosial sms tətbiqi ilə danışıqlar aparıb pulu qaytaracağını bildirmişdir. Lakin, Samirə onun barəsində şikayət etmiş, Samirənin şikayəti ilə bağlı 34-cü polis şöbəsinə dəvət edilmiş və orada təqsirini etiraf edib, pulu hissə-hissə qaytaracağına söz vermişdir. Polis şöbəsinə, izahat vermək üçün gəlməmişdən öncə "Natiq” adlı polis işləyən tanışı ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək əlaqə yaradıb ona kömək etməsini xahiş etmişdir. Həmin vaxt tanışı "Natiq” adlı polis əməkdaşı kömək etmiş və Samirə ilə danışıb vaxt istəyib razılaşdırdığını polis şöbəsində tutulmaması üçün ona kömək edəcəyini demişdir. Natiq bu kömək qarşılığında 500 manat pul istəmişdir. Natiqin istifadəsində olan kart hesabına polis şöbəsinə izahat vermək üçün gəldiyi gündən bir gün öncə, axşam saatlarında 460 manat pul göndərmişdir. Polis şöbəsində izahat vermiş və Samirənin pulunu qaytarması ücün 7-8 gün vaxt verilmişdir. Bundan təxminən 10 gün sonra Natiqin kart hesabına Samirənin pulunu qaytarması üçün 1.000 manat pul göndərmişdir. Bu yolla 2024-cü ilin iyul-avqust ayı ərzindən hissə-hissə olmaqla Natiqə 500 manat daha sonra yenidən 500 manat göndərib ümumilikdə Natiqə 2.460 manat pul göndərmişdir. Natiq ona bildirmişdir ki, Samirənin pulunu qaytarır şikayətçi olmayacaq. Sonradan polisdən yenidən çağırış gəldikdə o, Natiqə zəng edib pulu ödədiyini, nə üçün yenidən polisə dəvət edildiyini soruşmuş, Natiq narahat olmamasını işi həll edəcəyini bildirmişdir. Natiqin kart hesabına göndərdiyi 460 manat pulu Natiqin ona kömək etməsi məqsədi ilə sonradan hissə-hissə göndərdiyi ümumilikdə 2.000 manat pulu isə zərərçəkmiş Samirəyə qaytarılması üçün göndərmişdir. Lakin Natiq, Samirəyə heç bir məbləğ qaytarmamışdır. Hal-hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı X6 narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, daşınması, istifadəsi ilə bağlı Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində cinayət işi başlanaraq araşdırması aparılmışdır. Raufun işi, 2024-cü ilin iyun ayının əvvəlində yekunlaşaraq Xətai rayon məhkəməsinə göndərilmişdir. 06 iyun 2024-cü il tarixdə həyat yoldaşı Raufu, Yasamal rayon polis idarəsinin əməkdaşları vergi borcuna görə axtarışda olması ilə bağlı tutmuşdur. Raufun iş yoldaşı Təqsirləndirilən şəxs bir gün sonra xx.xx.2024-cü il tarixdə onun mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edib demişdir ki, "narahat olma mənim tanışım var Raufun, Yasamal polisindəki eyni zamanda, Xətai rayon məhkəməsindəki işinə kömək edə bilərəm, Xətai rayon məhkəməsindəki işi ilə bağlı Raufa cəza təyini olaraq azadlığın məhdudlaşdırılması və ya işin xitam edilməsini həll edəcəm". O, Zamini əvvəldən Raufun iş yoldaşı olaraq tanımış, Raufun mobil telefonunda "Whatsapp" sosial sms mübadiləsi tətbiqi olmadığından Zamin, Raufla əlaqə yaratmaq üçün onun mobil nömrəsinə həmin tətbiq vasitəsi ilə zəng etmişdir. Buna görə də, o, Zaminə əvvəldən aralarında tanışlıq olduğu üçün etibar etmiş və Zaminin verdiyi vədə aldanmışdır. Tək qadın olduğundan yoldaşı Raufun tutulmasını istəməmişdir. Zaminə demişdir ki, "sən tanışlarınla danış mənə məlumat ver, işi həll edə bilirlərsə mənə bildir". Zamin "Whatsapp" sosial sms mübadiləsi tətbiqi vasitəsi ilə onunla danışıqlar etmiş və bu yolla Zaminə Raufun işinə Yasamal polisində araşdıran şəxsin, eyni zamanda Xətai rayon məhkəməsində işə baxan hakim Rəfail müəllimin adını bildirmişdir. Bir gün sonra Zamin onunla əlaqə saxlayıb, işin həlli üçün 6.000 manat pul lazım olduğunu demişdir. O, həmin məbləğdə pulu verə bilməyəcəyini dedikdə, Zamin ona demişdir ki, "narahat olma mən tanışlığın xatirinə danışıb bu işi biraz aşağı məbləğə həll edəcəm, sən 5.000 manat düzəlt işi danışıb həll edəcəm." Aralarında razılaşma olmuş və Zaminə demişdir ki, "banka gedək əvvəlcədən bankda 2.700 manat kreditim var, mənə hansı məbləğdə kredit verə bilirlərsə götürüb sənə verərəm". 10 iyun 2024-cü il tarixdə saat 12 radələrində Zaminlə birlikdə ünvan 4 ünvanda yerləşən "xxxx" ASC-nin filialına getmişdir. Bankdan ona həmin gün saat 12:28-də 3.000 manat məbləğdə kredit verilmiş və onun banka ümumi kredit borcu əvvəlki borcla birlikdə 5.800 manat olmuşdur. Kredit götürdüyü 3.000 manat pulu həmin gün saat 12.30-da, bankın qarşısında quraşdırılmış bankomat aparatdan çıxarıb Zaminin marka və modelini nömrə nişanını xatırlamadığı, Bankın qabağından bir qədər yaxın məsafədə saxladığı ağ rəngli avtomobilinə gedib əyləşmiş, avtomobilin içərisində 3.000 manat nağd pulu Zaminə vermişdir. Zamin pulu qəbul etdikdən sonra avtomobilin içərisində ağ vərəqdə pulu qəbul etməsinə dair əlyazma edib ona vermişdir. Lakin, sonradan Zamin verdiyi vədə əməl etməmiş və iyul ayında Xətai rayon məhkəməsində həyat yoldaşı Rauf barəsində həbslə bağlı hökm oxunmuşdur. Bundan sonra Zamindən pulunu geri tələb etmiş, Zamin "Whatsapp" sosial sms mübadiləsi tətbiqi vasitəsi ilə yazıb pulu işi həll etmək üçün danışdığı şəxslərdən guya geri alıb qaytaracağını desə də onu aldadıb heç-bir ödəniş etməmiş və verdiyi vədə əməl etməyərək onu aldatmışdır. O, Zaminin bu məsələ ilə bağlı aldığı pulu qaytaracağına dair yalancı vədlərinin danışıqlarına dair smslərin çıxarışlarını, və eyni zamanda Zaminin pulu qəbul etməsinə dair əlyazma vərəqəni, "xxxx" ASC-dən kredit götürməyinə dair çıxarışları istintaqa təqdim edəcək. Daha sonra yazılı şəkildə məhkəməyə bildirmişdir ki, hal-hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 avqust 2024-cü il tarixli cinayət işi başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (i.v.1) - 19 avqust 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (i.v.11) - 21 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.13) - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 arasında 20 oktyabr 2022-ci il tarixdə 4063 №-li qeydlə nikah bağlanmışdır; (i.v.22) - 21 avqust 2024-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs yalan vəd verib ondan ələ keçirdiyi 3.000 manat pul geri qaytaracağına dair audio səs yazı köçürüldüyü 01 ədəd DVD disk, Whatsapp sosial sms mübadiləsi ilə Təqsirləndirilən şəxsla arasında aparılmış danışıqların çıxarışları, 10 iyun 2024-cü il tarixdə "xxxx" ASC-dən 3.000 manat kredit götürməsinə dair çıxarışlar, eyni zamanda Zaminin ondan qeyd edilən pulu almasına dair əlyazma etdiyi vərəqə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; (i.v.23-33) - Əlyazma vərəqindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3000 AZN almışdır; (i.v.34) - 21 avqust 2024-cü il tarixli zərərçəkmiş şəxsin iştirakı ilə diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 04 ədəd səsli sms danışığı barədə səs yazısı mövcuddur. Belə ki, səsli sms mətnləri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun həyat yoldaşının məhkəmə işi ilə bağlı guya köməklik etmək məqsədində olmasına dair danışıqlara yalan vədlərə dair səs yazılarından ibarətdir. Birinci səsli sms mətnində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin Whatsapp sosial tətbiqindən səsli sms göndərib deyirki " mən utanıram ona zəng etməyə onun xasiyyətini bilirəm, bəlkə sən də zəng edəsən məsələnin hansı yerdə olmasını bildirəsən, dayan görüm mən nə edirəm gedim rayona, dost-tanışlarımdan pul toparlayım". Zərərçəkmiş şəxs həmin səsli sms mətnində Zaminin guya işi həll etmək üçün danışdığı tanışından pulu istəyə bilmədiyini, guya özünün rayona gedib tanışlarından maddi ziyan 3.000 manat pulu toparlayıb ona qaytaracağına dair yalan vəd verməsini dedi. İkinci səsli sms mətnində Təqsirləndirilən şəxs deyirki, "narahat olma bir adam var onunla görüşüb xəbər edəcəm. Bir məsələnidə bilmək istəyirəm ki, əgər icbari və ya qolbaq təklif edilsə razı olarsızmı, ama işi xitam etmək, məhkəmədən aç burax etmək şərti ilə." Zərərçəkmiş Zərərçəkmiş şəxs səsli sms mətnində həyat yoldaşı Raufun məhkəmə işi ilə bağlı danışıq aparılmasını, Zaminin guya tanışı ilə danışıb məsələni həll edəcəyini, işi xitam etmək, Raufa icbari iş və ya elektron qolbaq cəzasının verilməsi məsələsinə razı olub-olmayacağını ondan soruşmasını dedi. Üçüncü səsli sms mətnində Təqsirləndirilən şəxs deyir ki, " narahat olma çalışacam məsələ həllini tapsın, mən sizin vəziyyətinizi, Raufun vəziyyətini bilirəm, ucuz yolla həll etməyə çalışacam, Rauf içəridən çıxsın yaxşı olacaq." Zərərçəkmiş Zərərçəkmiş şəxs səsli sms-də Zaminin ona guya Raufun işi ilə bağlı çalışmasını, məsələni həll edəcəyini yalandan vəd verməsini dedi. Maddi durumu nəzərə aldığını, ifadəsində qeyd etdiyi kimi guya bu məsələni bir qədər münasib qiymətə həll edəcəyini vəd verdiyini dedi. Dördüncü səsli sms mətnində Təqsirləndirilən şəxs deyir ki, " yaxşı xanım narahat olmayın maraqlanacam, vaxtınız olsa üzbə-üz görüşək" Zərərçəkmiş şəxs Raufun işi ilə bağlı Zaminin guya maraqlanacağına dair yalan vəd verməsini, həmin səsli smslərin istintaqa təqdim etdiyi sms çıxarışlarından olan danışıqlar olmasını dedi; (i.v.35-36) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 1(011)-279/2024 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X6 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; cəzasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanması hökm edilmişdir; (i.v.39-48) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 30 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.50) - 21 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 21 sentyabr 2024-cü il tarixdə saat 22:15də saxlanılmışdır; (i.v.68) - 23 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; (i.v.87-88) - 23 sentyabr 2024-cü il tarixli maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs iş üzrə maddi ziyanın ödənilməsi üçün istintaqa təqdim etdiyi 1.000 (min) manat pulu, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təhvil verilmişdir; (i.v.101) - 23 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərardan görünür ki, AR CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xətai RPİ-nin MSY-dən azad edilmişdir; (i.v.102-103) - 23 sentyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.105-106) - 24 sentyabr 2024-cü il tarixli maddi ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçi 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs iş üzrə maddi ziyanın ödənilməsi üçün istintaqa təqdim etdiyi 500 (beş yüz) manat pulu, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təhvil verilmişdir; (i.v.109) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 04 oktyabr 2024-cü il tarixli 12110 №-li məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 5da yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır; (i.v.111) - 27 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmaqla barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, aparılmış istintaqla əməlində Azərbaycan Republikası CM-nin 178.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmış və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Xətai rayon prokurorluğuna göndərilmişdir. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi içərisində Təqsirləndirilən şəxs yalan vəd verib ondan ələ keçirdiyi 3.000 manat pul geri qaytaracağına dair audio səs yazı köçürüldüyü 01 ədəd DVD disk, "Whatsapp" sosial sms mübadiləsi ilə Təqsirləndirilən şəxsla arasında aparılmış danışıqların çıxarışları, 10 iyun 2024-cü il tarixdə "xxxx" ASC-dən 3.000 manat kredit götürməsinə dair çıxarışlar, eyni zamanda, Zaminin ondan qeyd edilən pulu almasına dair əlyazma etdiyi 01 ədəd vərəqə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir; (i.v.113-118) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 1(011)-578/2024 saylı qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 1(011)-578/2024 saylı qərarından görünür ki, 04 fevral 1982-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Ərkivan Ərazi Dairəsi, Ərkivan qəsəbəsində qeydiyyatda olan və ünvan 5da faktiki yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilsin, onun barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır; - 21 yanvar 2025-ci il tarixdə daxil olmuş Bakı İstintaq Təcridxanasının 11 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq 10 yanvar 2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 1(011)-67/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, hazırki cinayət işi üzrə ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, törətmiş olduğu cinayət əməlində özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona vurulmuş zərəri tam şəkildə ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən, habelə onun hazırkı əməlini törədənə qədər Cinayət Məcəlləsinin 72, 73, 73-1, 73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilmədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd disk və 01 ədəd əlyazma vərəqi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D I: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd disk və 01 ədəd əlyazma vərəqi cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar