Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-68/2020 24.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağdaş rayonunun Nehrəxəlil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonunun Nehrəxəlil kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 11 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 23:23-də ünvan 2 ünvanının qarşısından Zərərçəkmiş şəxs məxsus “Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir (qaçırmışdır). Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ilin fevral ayında o, Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya edilmiş, Ağdaş şəhərinə gəlmiş və təxminən üç ay müddətində Ağdaş rayonu Nehrəxəlil kəndində yaşamışdır. Həmin ilin may ayında iş axtarmaq məqsədi ilə Bakı şəhərinə gəlmiş və Bakı şəhərindəki Dəmir yolu vağzalına yaxın yerdə günlük iki manata kirayə evlərdə yaşamağa başlamışdır. xx.xx.2019-cu il tarixdə tanışı Nurəddin adlı şəxsin yanına gəlmiş və ona iş tapmasını xahiş etmiş, Rüstəm adlı şəxs qohumu Rasim adlı şəxsə zəng edərək işlətdiyi avtoyuma məntəqəsində işləmək üçün bir nəfər şəxs tapdığını bildirmiş, həmin gün Rüstəm onu qohumu Rasimin avtoyuma məntəqəsinə aparmışdır. Rasim onunla tanış olan zaman özünü Rasimə Ruslan kimi təqdim etmiş, həmin avtoyuma məntəqəsi həm də avtotəmir məntəqəsi kimi fəaliyyət göstərmişdir. Ondan başqa Dadaş adlı şəxs də orada işləmiş və Dadaş avtomobillərin təmiri ilə məşğul olmuşdur. X10 markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin təmiri ilə məşğul olmuş, həmin maşını görən kimi maşın xoşuna gəlmiş və maşını sürmək istəmişdir. xx.xx.2019-cu il tarixdə işə gəlmiş və Voksvagen Passat markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili sürmək istəmiş, bu məqsədlə həmin gün avtoyuma məntəqəsinin içərisindəki şkafın rəfində olan Voksvagen Passat markalı **-ES- *** dövlət nömrə nişanlı avtomobilin açarını götürmüş, açarı götürməyindən heç kəsin xəbəri olmamışdır. Niyyəti həmin maşınla bir qədər gəzib sonra da gətirib yerinə qoymaq olmuşdur. İş yerində heç kəsin olmamasından istifadə edib Dadaşın təmir etdiyi Voksvagen Passat markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin içərisində əyləşərək spirtli içkini qəbul etdikdən sonra təxminən saat 23 radələrində Bakı Beynəlxalq Avtovağzalına yollanmış və oradan müştəri qismində bir nəfər kişi cinsindən olan tanımadığı şəxsi maşına mindirib Yevlax rayonuna sürmüşdür. Həmin tanımadığı şəxsi Yevlax rayonunda düşürüb yol haqqı kimi ondan 10 manat pul almış, oradan Ağdaş şəhərinə yollanmışdır. Ağdaşda olan qohumlarına həmin maşının özünün olduğunu bildirmiş, təxminən xx.xx.2019:cu il tarixdən xx.xx.2019-cu il tarixə kecən gecəyə qədər Ağdaşda qalmış və bir qədər özünə gəldikdən sonra Bakı şəhərinə gəlmək məqsədi ilə Yevlax-Bakı yoluna çıxmışdır. Lakin yuxu tutduğu üçün bir qədər dincəlmək və yuxusunu almaq məqsədi ilə avtomobili yolun kənarına çəkib yuxuya getmiş, ayılanda saat təxminən 09 radələri olmuş, maşının mühərrikini işə salıb hərəkət etmək istəyərkən dövlət yol polisinin əməkdaşları onu saxlayıb Yevlax postuna, sonra isə onu Yevlax Rayon Polis şöbəsinə aparmışlar. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxsin avtomobilinə vurmuş olduğu zərəri ödəmək istəmiş, lakin maddi durumu yetərli olmamışdır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən xx xxxxxx 2019-cu il tarixdə saat 13:00-da özünə məxsus olan 'Volksvagen Passat” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili yudurtmaq məqsədi ilə ünvan 3 ünvanında yerləşən elmi tədqiqat institutunun həyətindəki yuyucuya qoymuş və maşını açarları ilə birlikdə orada işlədən dostu Rasim adlı şəxsə təhvil vermişdir. Maşında kimyəvi təmizləmə işləri aparılacağı üçün maşını orada qalası olmuşdur. Maşınının vəziyyəti ilə maraqlanmaq məqsədi ilə hər gün həmin avtoyuma məntəqəsinə getmişdir. Təxminən xx.xx.2019-cu il tarixdə maşını təhvil almaq fikri olmuş, lakin xx xxxxxx 2019-cu il tarixdə dostu Rasim ona zəng edərək maşınının həmin avtoyuma məntəqəsində işləyən Ruslan adlı şəxs tərəfindən qaçırıldığını xəbər vermişdir. Bundan sonra avtoyuma məntəqəsinə gəlib məlumatın doğru olub-olmamasını yoxlamışdır. Məlumatın doğru olduğunu dəqiqləşdirdikdən sonra Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə xəbər tutmuşdur ki, avtomobili Yevlax rayonu ərazisində tapılmışdır. Polis əməkdaşları ilə birlikdə Yevlax rayonuna getmiş və qaçırılmış avtomobilini polis əməkdaşları ilə birlikdə idarə edib həmin gün Bakı şəhərinə qayıtmışlar. Avtomobilə onun iştirakı ilə baxış keçirilərkən qaçırılmamışdan öncə avtomobilin içərisində olan və ona məxsus 200 manat dəyərində “Peqasus” markalı ətir, 200 manat dəyərində həmin avtomobilin ehtiyyat açarı, 50 manat dəyərində arxa qapıların bir cüt pərdələri və avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin olmadığını aşkar etmişdir. Qürbət avtomobilə maddi zərər vurmuş, həmin avtomobilin təmiri üçün 2000 manata yaxın vəsait xərcləmişdir. Dəfələrlə zərərin ödənilməsi üçün söz verməsinə baxmayaraq zərəri ödəməkdən yayınmışdır. Hazırda Qürbətdən şikayətçidir, ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən Bravo marketin arxa hissəsindəki Elmi tədqiqat İdarəsinin həyətində olan avtoyuma məntəqəsini işlədir. xx.xx.2019-cu ildə qohumu Rüstəm adlı şəxs ona zəng edərək bir nəfər şəxsin olduğunu və işə ehtiyacı olduğunu bildirmiş, Rüstəmlə razılaşmışdır. Rüstəm həmin şəxslə birlikdə yaşadığı ünvandan maşınla onu gəlib götürmüş və avtoyuma məntəqəsinə yollanmışlar. Avtoyuma məntəqəsində həmin şəxs özünü ona Ruslan kimi təqdim etmişdir. O, Ruslana burada işləməyin çətin olduğunu və ona ancaq burada təmizlik işlərini görə biləcəyini bildirmiş, Ruslan bununla razılaşmışdır. Ruslana yazığı gəldiyi üçün cib xərcliyi olaraq 10 manat pul vermişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə Ruslan avtoyuma məntəqəsinə təmizlik işləri üçün gəlməmişdir. Ruslan xx.xx.2019-cu il tarixdə avtoyuma məntəqəsinə gəlmiş və kanalizasiya xətlərini təmizləmiş, daha sonra isə obyekti süpürüb ona məxsus olan velosipedi yumuşdur. Həmin ərəfədə o yaxın tanışı olan Elvinin “Passat Volksvagen” markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilini kimyəvi təmizləmə üçün götürmüş və həmin avtomobilin açarı avtoyuma məntəqəsindəki şkafın içərisində olmuşdur. Ruslan xx.xx.2019-cu il tarixdə obyektdə işləyən Dadaş adlı şəxsin telefonu ilə ona zəng edərək təmizlik işlərini bitirdiyini və 10 manat pul alıb getmək istədiyini bildirmişdir. Dadaşa onun əvəzindən Ruslana 10 manat pul verməsini bildirmiş, bundan sonra Ruslanla əlaqə saxlamamışdır. Dekabr ayının 8-i bazar gününə düşdüyü üçün işləməmişlər. Səhəri gün yəni xx xxxxxx 2019-cu il tarixdə işə gələrkən maşının qaçırıldığını görmüş və bu barədə maşının sahibi Elvinə zəng vuraraq xəbər vermişdir. Daha sonra isə Elvinlə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ərizə yazmaq üçün getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 15); tutma haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şöbhəli şəxs kimi tutulmuşdur (i.v. 49-50); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 55-56); təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 66-67); avtomobilə baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X8 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və hal şahidləri X3 və X2 iştirakları ilə xx xxxxxx 2019-cu il tarixdə 10:30-da Zərərçəkmiş şəxs idarə etdiyi «Volksvagen Passat” minik markalı az **-ES-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməsə də, avtomaşının sol qabaq hissəsində cızıqlar, qabaq sol qapının tutqacın plastmas hissəsinin yerində olmaması, qabaq sol təkərin üzərində naməlum şiş, arxa bamperin sol salaskazında ayrılma, arxa sağ qapının alt hissəsində əzik və cızıqlar və qabaq sağ qanad və qapı hissəsində əzik və cızıqlar aşkar edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs avtomobilə baxış keçirilərkən qaçırılmamışdan öncə avtomobilin içərisində olan və özünə məxsus 200 manat dəyərində “Peqasus” markalı ətir, 200 manat dəyərində həmin avtomobilin ehtiyyat açarı, 50 manat dəyərində arxa qapıların bir cüt pərdələri və avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin olmadığını aşkar etmişdir (i.v. 70); “xxxxxxxxxx” MMC-nin Texniki Xidmət Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi «Volksvagen Passat” minik markalı **- ES-*** dövlət nömrə nişanlı avtomobilə texniki baxış keçirilərək dəyişdirilməli ehtiyyat hissələrinin və görüləcək işlərin dəyəri 880 manat müəyyən edilmiş, aktda qeyd olunan ehtiyyat hissələrinin dəyəri Bakı şəhərində olan yeni və istifadə olunmuş ehtiyyat hissələri satan mağazaların məlumatları əsasında təyin edilmişdir (i.v. 71); Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan xx xxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar üzləşmədə məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə uyğun ifadə vermişlər (i.v. 89-90); əşyanın maddi sübut hesab edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə «Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobil maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 97); xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə ona məxsus «Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilini Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadədən təhvil almışdır (i.v. 100); əşyanı könüllü təqdim etmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Şahid1 ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün içərisində hadisə vaxtı nəzarət-müşahidə kameralarına qeyd olunmuş görüntü olan 01 ədəd “CD” diski könüllü olaraq istintaq orqanına təqdim etmiş və istintaq üçün əhəmiyyət təşkil etdiyi nəzərə alınaraq Şahid1 təqdim etdiyi 01 ədəd “CD” diski iş üzrə maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Hüseynzadə tərəfindən götürülmüşdür (i.v. 101); diskə baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, videogörüntüyə baxış zamanı videogörüntüdə əks olunan tarixin xx.xx.2019-cu il olduğu, saatın isə 03:23 olduğu, lakin həmin diski könüllü şəkildə təqdim edən Şahid1 videogörüntünün ona məxsus avtoyuma məntəqəsinin nəzarət-müşahidə kamerasına aid olduğunu, həmin kameranın saatının yanlış olduğunu, əsl vaxtla saat fərqinin olduğunu, videogörüntüdə əks olunan saatın Bakı vaxtı ilə hesablanan dəqiq saatdan 04 saat irəli olduğunu bildirmiş, belə olan təqdirdə videogörüntüdəki saatın vaxtını 04 saat geriyə çəkib hesabladıqda avtomobilin tam olaraq qaçırılma saatının 23:23-ə təsadüf etdiyi, tarixin dekabr ayının 8-ni göstərməsi isə videogörüntüdəki saatın gecə saat 24-ü keçdiyi üçün avtomatik olaraq tarixin dəyişilməsi ilə izah olunmuş, avtomobilin dəqiq olaraq qaçırılma tarixinin xx.xx.2019-cu il, saatının isə 23:23 olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs “CD” diskdəki görüntüyə baxaraq görüntüdə əks olunan avtomobilin qaçırılmış “Volksvagen Passat” minik markalı **-ES-*** döviət nömrə nişanlı avtomobil olduğunu və idarə edənin də özü olduğunu bildirərək cinayət əməlini törətməsini könüllü şəkildə etiraf etmiş, həmin faktı təsdiqləyərək, “Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2019-cu il tarixdə, dəqiq vaxtını xatırlaya bilməsə də təxminən saat 23 radələrində qaçırmasını bildirmişdir (i.v. 102); əşyanın maddi sübut hesab edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd “CD” disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 103); Şahid2 ilə Təqsirləndirilən şəxs arasında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, onlar üzləşmədə məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrə uyğun ifadə vermişlər (i.v. 110-111); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq espertizasının xx xxxxxx 2020-ci il tarixli 31859 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxılışlı, “Volksvagen Passat” minik markalı, **-ES-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 850 manat müəyyən edilmiş, o cümlədən dəyişilməli hissələrin qiyməti 265 manat, təmir-bərpa işlərinin qiyməti 585 manat hesablanmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat hesablanmışdır (i.v. 113-115); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs X1 Vilayətinin 4-cü Sülh Məhkəməsinin xx xxx 2013-cü il tarixli hökmü ilə X6 Məcəlləsinin 112-ci maddəsinin İ hissəsi və 119-cu maddəsinin İ hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 20000 rubl məbləğində cərimə edilmişdir (i.v. 123-124); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittihama düzəlişlər və əlavələr edilərək o, CM-nin 185.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 125-126); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbirinin öz qüvvəsində saxlanılması nəzərə alınmış, onun ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, üzləşdirmə istintaq hərəkətlərinin protokolları, məhkəməəmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31859 nömrəli rəyi və ifadənin yerində yoxlanılması protokolu sübut növü kimi qiymətləndirimiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 185.2.4, 186 və 187-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin hissələrdə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin hissədə cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə istintaq orqanına təqdim edilmiş 01 ədəd “CD” diskin maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmış, “Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin qaçırılma tarixinin xx.xx.2019-cu il kimi, saatının isə 23:23 kimi hesablanması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs məxsus “Volksvagen Passat” markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin maddi sübut kimi tanınması və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək özündə saxlanması üçün Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmışdır (i.v. 138-144) ; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti üç ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin verdiyi və iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin, zərərin ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini, azadlığın məhdudlaşdırılması cəzasının təyini cəzanın məqsədlərini təmin etməyəcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Əliyev X4 Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), hazırkı iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, maddi sübut - “Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Volksvagen Passat” minik markalı **-ES-*** dövlət nömrə nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-68/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-68/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver