Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-68/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 25-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 25-də yaşayan, iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə anası Şahid1 sərəncama əsasən mülkiyyətində olan Abşeron rayonu, 2 saylı Zeytun sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0.03 ha-nı (3 sot) bir sotunu 9.000 manata cəmi 27.000 manata satacağı barədə yalandan vəd verib xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 18 saylı notariat kontorunda Şahid1 adından Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə dair etibarnamə verməklə aralarındakı şifahi razılığa görə Zərərçəkmiş şəxs olan 5.500 manat borcun silinərək ilkin ödəniş kimi nəzərə alıb həmin gün 18 saylı notariat kontorun qarşısında 250 manat, bundan bir neçə gün sonra ünvan 1 ünvanın yaxınlığında 200 manat, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanın qarşısında 1.050 manat, Zərərçəkmiş şəxs ölkə xaricində olduğundan sonuncunun tanışları, Şahid2 vasitəsi ilə 2022-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən Azpetrol YDM-nin ərazisində 1.500 manat, 2022-ci ilin sentyabr ayının sonlarında X5 vasitəsi ilə 1.800 manat, xx.xx.2022-ci il tarixdə Şahid1 tərəfindən Zərərçəkmiş şəxs verilmiş həmin etibarnamə ləğv edilməsinə baxmayaraq, onun istifadəsində olan "xxxx" ASC-nin “Ragib Gasanov” adlı şəxsin adına verilmiş 5103-0714-8104-7674 nömrəli hesab kartına Zərərçəkmiş şəxs Almaniya Federativ Respublikasından xx.xx.2022-ci il tarixdə saat 18:04-də 300 manat, xx.xx.2022-ci il tarixdə saat 17:55-də 150 manat, xx.xx.2022-ci il tarixdə saat 13:17-də 300 manat, xx.xx.2022-ci il tarixdə saat 22:17-də 300 manat köçürülmüş pulu, 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu Babək prospektində yerləşən “008” avtosalonda Zərərçəkmiş şəxs tanışı Şahid3 vasitəsi ilə 300 manat, 2022-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs 150 manat, bir neçə gün sonra həmin ünvanda 800 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.600 manat (on iki min altı yüz) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, 2019-cu ildən Zərərçəkmiş şəxs ilə tanış olmuş və onunla dostlaşmışdır. Həmin ərəfələrdə anasının səhhəti ilə bağlı problemləri olduğundan mülkiyyətində olan torpaq sahəsini satmaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs həmin vaxtlarda ona bildirmişdir ki, torpaq sahəsi almaq istəyir. Bu məqsədlə Raminlə gün təyin edib satmaq istədiyi Abşeron rayonu 2 saylı Zeytun sovxozu ərazisində yerləşən torpaq sahəsini Raminə göstərmişdir. Ramil torpaq sahəsinə baxış keçirdikdən sonra torpağı bəyəndiyini və almaq istədiyini bildirmişdir. Sonda həmin torpaq sahəsinin sotunu 9.000 (doqquz min) manata satılmasına razılaşmışlar. X7 demişdir ki, “ayın 15-də təxminən 7-8 min manat borc qaytarmalıdır”. Ramin anası Elizaya bildirmişdir ki, ayın 15-də 7-8 min manat civarında pulu verəcək, 15 sentyabrda Almaniyaya gedib, oradan qayıtdıqdan sonra isə ayın 30-dək geriyə qalan pulu ödəyəcəkdir. Ramin Elizaya demişdir ki, ”sən torpaq səhəsini mənim mülkiyyətimə verilməsi ilə bağlı rəsmi sənəd ver”. Eliza Raminin təklifi ilə razılaşmış və ona etibarnamə verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə o, anası Eliza və Raminlə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 18 saylı notariusa getmişlər və satılan torpaq sahəsi ilə bağlı anası Eliza, Raminə etibarnamə vermişdir. Lakin xx.xx.2022-ci il tarixdə X4 Respublikasına getmiş və heç bir ödəniş etməmişdir. Bundan sonra ay sonunadək anası Eliza gözləmiş və Ramin yenə də ödəniş etmədiyi üçün xx.xx.2022-ci il tarixdə Eliza torpaq səhəsi ilə bağlı Raminə verdiyi etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin ləğv edilməsindən xəbəri olsa da Ramindən müəyyən məbləğdə pullar almışdır. Ümumilikdə Ramindən torpaq üçün 12600 manat alınmışdır. Ramin etibarnamənin ləğv edildiyini öyrəndikdən sonra polisə şikayət ərizəsi yazmışdır. Anası Şahid1, Raminin ona verdiyi pullardan məlumatı, həmçinin onunla heç bir əlbirliyi olmamışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi bank kartının adına qeydiyyatda olduğu şəxs Ragib Gasanov adlı şəxsin hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur, tanışı olduğu üçün bank kartının onun adına almışdır. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə belə bir əməl tutduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmişə vurduğu ziyanı tam ödədiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin ortalarında ev tikmək məqsədi ilə torpaq sahəsi almaq istəmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxsla tanış olmuş və dostlaşmışdır. Bir gün danışıq zamanı Ramil ona demişdir ki, anasının xəstəliyi ilə əlaqədar torpaq sahəsi satır. Ramilin torpaq sahəsinə baxıb ərazisini bəyənmişdir. O, Təqsirləndirilən şəxs ona təklif etdiyi torpaq sahəsinin 3 sot satılmasına razılaşmışdır. Həmin torpaq sahəsinin sotunu 9.000 (doqquz min) manata satılmasına razılaşmışlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Eliza və Ramillə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 18 saylı notariat ofisinin qarşısında görüşmüş və torpaq sahəsi Şahid1 mülkiyyətində olduğundan həmin torpağın 0.03 ha-na etibarnamə vermişdir. Notariusdan çıxdıqda qapının qarşısında Ramilə 250 manat pul verib mütəmadi olaraq ödəniş edəcəyini bildirmişdir. Bir neçə gün sonra Ramil ona zəng edib anası Elizaya dərman almalı olduğunu demişdir. O, Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində Ramilin yaşadığı evin yaxınlığında ona 200 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə günorta radələrində Ramil yaşadığı ünvanın qarşısına gəlib Şirazi adlı qonşusuna 872 manat pul borcu olduğunu təcili verməli olduğunu demişdir. O, Ramilə 600 EURO (1.200 manat) pul vermişdir. Ramil həmin pulu valyutada dəyişib Şirazinin borcunu ödədikdən sonra pulun geriyə qalan hissəsindən 105 manat ona qaytarmışdır. O, hesablamışdır ki, Ramil ondan 1050 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə o, işlə bağlı Almaniya Federativ Respublikasına getmişdir. Almaniyada olarkən Ramil onunla əlaqə saxlayıb pul verməyini istəmişdir. O, Ramilə demişdir ki, “Məmmədvəli adında bir nəfərin mənə borcu vardır get ondan götür”. Məmmədvəli bildirməsi əsasında ona olan borcu kimi Ramilə ümumilikdə 1.500 manat olmaqla pul vermişdir. Bir neçə gün sonra Ramil yenidən pul istədikdə Almaniyada olduğu üçün ortaq tanışları Nicat Məmişovun ona borcu olmasını ondan pul götürə biləcəyini Ramilə demişdir. Sonradan danışıqlar nəticısində Nicatın Ramilə 1800 manat pul verməsini müəyyən etmişdir. Həmin pul Nicatın ona olan borcunun əvəzi olaraq Ramilə verilmişdir. Almanıiyada olduğu təxminən iki ay müddətində Ramilin ona göndərdiyi 5103-0714-8104-7674 hesab nömrəli "xxxx" ASC-yə məxsus Raqib Həsənov adlı şəxsin adma qeydiyyatda olan bank kartına müxtəlif vaxtlarda xx.xx.2022-ci il tarixdə saat 18:04də 300 AZN, xx.xx.2022-ci il tarixdə saat 17:55-də 150 AZN, xx.xx.2022-ci il tarixdə saat 13:17-də 300 AZN, xx.xx.2022-ci il tarixdə saat 22:17-də 300 manat olmaqla istifadəsində olan bank kartlarından mobil tətbiq vasitəsi ilə pul köçürmüşdür. 2022-ci ilin noyabr ayının sonlarında Ramil onunla əlaqə saxlayıb anasının xəstə olmasını dərman almaq üçün pul lazım olduğunu demişdir. Bu məqsədlə o Ramilə bildirmişdir ki, “Babək prospektində “008” avtosalondan tanışı Namiqdən gedib 300 manat götürə bilərsən”. Bundan sonra Namiq onunla əlaqə saxlayıb Ramilin ondan 300 manat almasını demişdir. Həmin ərəfədə o, Bakıya qayıtmışdır. Ramillə görüşüb 150 manat pulu yaşadığı Köhnə Günəşli qəsəbəsində Ramilə vermişdir. Sonuncu dəfə Ramilə yaşadığı Köhnə Günəşlidəki evin qarşısında 800 manat pul vermişdir. Bundan sonra həmin torpaq sahəsinə baxmaq üçün getmişdir. Həmim vaxt Eliza evdən çıxıb ondan burada nə işi olmasını soruşmuşdur. O, Elizaya demişdir ki, “mən sizinlə razılaşıb torpaq almışam, mütəmadi sizə pul ödəmişəm, indi də gəlmişəm torpağa baxmağa”. Eliza bir qədər kinayəli tonda ona demişdir ki, “sənin torpağın yoxdur, get işinlə məşğul ol”. Bundan sonra o, notariusa gedib etibarnaməni maraqlandıqda müəyyən etmişdir ki, Eliza xx.xx.2022-ci il tarixdə torpaq sahəsi ilə bağlı ona verdiyi xx.xx.2022-ci il tarixli etibarnaməni ləğv etdirmişdir. Etibarnaməni ləğv etdirməsinə baxmayaraq ondan mütəmadi olaraq pul alınmışdır. Nəticədə Ramil onu aldadaraq ümumilikdə 12600 manat pulunu ələ keçirmişdir. Hal-hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışdığını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Babək prospektində yerləşən “008” avtosalonda işləyir. Təqsirləndirilən şəxs adlı şəxsi Raminin vasitəsi ilə tanımışdır. 2022-ci ilin noyabr ayının sonlarında işlədiyi avtosalonda olan zaman Ramin ona zəng edib bir nəfər şəxsə torpaq alğı-satqısı ilə bağlı pul verməli olduğunu, lakin hazırda ölkə xaricində olduğu üçün bunun mümkün olmadığını onun əvəzindən borc olaraq onun verməyini xahiş etmişdir. O, həmin şəxsi yanına göndərməsini bildirmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi ilk dəfə həmin gün tanımışdır. Raminlə danışığından bir neçə saat sonra Təqsirləndirilən şəxs işlədiyi salona gəlmiş və 300 manat pulu Ramil adlı şəxsə təqdim etmişdir. Sonradan Zərərçəkmiş şəxs 300 manat borcu ona qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. Təqsirləndirilən şəxs adlı şəxsi Raminin vasitəsi ilə tanımışdır. 2022-ci ilin sentyabr ayının ortalarında Ramin əlaqə saxlamış, hazırda ölkə xaricində olmasını, torpaq alğı-satqısı ilə bağlı 800 manat pulu Ramil adlı şəxsə onun əvəzindən verməyini demişdir. Təqsirləndirilən şəxs adlı şəxsi ilk dəfə həmin gün tanımışdır. Raminlə danışığından bir neçə saat sonra təxminən günorta saatlarında Təqsirləndirilən şəxs işlədiyi sexə gəlmiş və ona yaxınlaşıb Raminin tanışı olduğunu 800 manat pulu almağa gəldiyini demişdir. O, 800 manat pulu Ramilə təqdim etmişdir. Həmin ərəfələrdə özünün də Raminə borcu olmuşdur. Bu səbəbdən o, sonradan Raminə olan borcunun əvəzində Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 700 manat olmaqla kart hesabına pul köçürmüşdür. Təqsirləndirilən şəxs ondan ümumilikdə 1.500 manat pul almışdır və həmin pullar Zərərçəkmiş şəxs pulları olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Raminin 2019-cu ilin ortalarında ev tikmək məqsədi ilə torpaq sahəsi almaq istəməsi barədə məlumatı olmuşdur. Həmin ərəfələrdə Ramin ona Təqsirləndirilən şəxs adlı şəxslə tanış olması və ondan torpaq sahəsi almaq istəməsi barədə məsləhət etmişdir. Raminə təklif edərək anası Eliza adlı qadınla birlikdə Raminə torpaq sahəsinin satılması ilə bağlı etibarnamə vermişdir. Həmin ərəflərdə qardaşı Ramin, Təqsirləndirilən şəxs hissə-hissə olmaqla bir neçə ay-ərzində qalan 5.500 manat puldan əlavə 7.100 manat pul vermişdir. Bu barədə Ramin 2022-ci ilin sonlarında onunla əlaqə saxlayıb torpaq sahəsinin satılması üçün verilən etibarnamənin ləğv edilməsi, torpaq sahəsini satan Təqsirləndirilən şəxs adlı şəxsin və anası Eliza adlı qadının bu razılaşmanı inkar etmələri və ümumilikdə alınan 12.600 manat pulu geriyə qaytarmadıqlarını, bu məsələ ilə bağlı köməklik etməyini bildirmişdir. Bu zaman o, Raminə danışmağın əhəmiyyət kəsb etmədiyini, Ramilin gəlməyəcəyini başa düşdüyünü demiş və məsələ ilə bağlı polisə müraciət etməsini demişdir.Daha sonra pulun qaytarıldığını və onların barışdığını eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs isə Oğlunun dostu kimi tanımışdır. 2022-ci ildə Zərərçəkmiş şəxs gələrək ondan torpaq istəmişdir. Torpağın 3 sot torpağı, sotunu əvvəl 15000 manata, daha sonra 9000 manata razılaşmışlar. 7 sentyabr birlikdə notariusa getmişlər. Notariusda pulu oğlu Ramilə yox, onun özünə verməsini bildirmişdir. Torpağı Raminin adına keçirtmək üçün etibarnamə vermişdir. Ramin ona torpaq sahəsinin pulunu tam sentyabrın 15-dək verməli idir. Lakin o, Raminin ödəniş etməməsini gördükdə xx.xx.2022-ci il tarixdə əvvəl verdiyi etibarnaməni ləğv etdirmişdir. Raminin oğluna 12600 manat pul verməsini sonradan oyrənmişdir. Pullardan məlumatı olsa torpaqla bağlı verdiyi etibarnaməni ləğv etdirməzdi. Daha sonra oğlunun Zərərçəkmiş şəxs aldığı 12600 manat pul artıqlaması ilə qaytarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli götürülmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs ona bildirdiyi kart hesabına pul köçürməsinə dair qəbzlər, Təqsirləndirilən şəxs anası Şahid1 tərəfindən torpaq sahəsinə dair verilmiş etibarnamə və həmin etibarnamənin ləğv etdirilməsinə dair sənədin sürətləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan AR-İİ 786928 saylı xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid1 Zərərçəkmiş şəxs Abşeron rayonu, 2 saylı Zeytun sovxozu ərazisində yerləşən 0.10 ha-dan ibarət torpağı özəlləşdirməyi, 0.03 ha-na sərəncam verməyi, tikinti işləri aparmağı, tikilini özəlləşdirməyi və digər hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində Zərərçəkmiş şəxs verdiyi etibarnaməni ləğv etdirmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona bildirdiyi kart hesabına xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 300 manat ödəniş etmişdir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, qəbzlər, AR-İİ 786928 saylı etibarnamə və həmin etibarnamənin ləğv etdirilməsinə dair “Elektron notariat” X1 çıxarışın surətləri maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Xətai RPİ 35-ci Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan vəsatətin imtina edilməsi haqqında Xətai rayon prokuroru Sərdar İmanovun 18 oktyabr 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə MSY-dən azad edilmişdir. İş materiallarında olan 18 oktyabr 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi olmadığından ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yüngülləşdirici halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş qəbzlər, AR-İİ 786928 saylı etibarnamə və həmin etibarnamənin ləğv etdirilməsinə dair “Elektron notariat” X1 çıxarışın surətləri iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsnın üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış ödəniş qəbzləri, AR-İİ 786928 saylı etibarnamə və həmin etibarnamənin ləğv etdirilməsinə dair “Elektron notariat” X1 çıxarışın surətləri iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-68/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-68/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver