Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-68/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Azər Yaşar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mən uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti məşğul oluram. Bir gün 2023-cü ilin dekabr ayının 6-da Bakı səhəri. Xətai Rayonu, Babək prospektində yerləşən ofisimdə olduğum zaman mənə Azər adlı şəxs 055 *** ** ** möbil nömrədən ‘'Whatsapp” proqram vasitəsi ilə istifadəmdə olan 050 *** ** ** mobil nömrəmə zəng edərək mənim qaynım X1 üçün götürdüyü qızıl külçələri müqabilində ona borcun olduğunu bildirmiş və demişdir ki, güya Qadir həmin qızıl külçələri mənə vermişdir. Eyni zamanda, bildirmişdir ki, əgər mən Qadirin ona olan borcunu ödəməsəm mənim və qohumlarım barəsində müxtəlif yerlərə böhtan xarakterli şikayətlər edəcəyi ilə hədələmişdir. O həmçinin mənə ‘A/Vhatsapp” proqram vasitəsi ilə tərtib edilmiş şikayəti göndərmiş və bir daha mənə hədə-qorxu gəlmişdir. Mən isə Azər adlı şəxsə qızıl işi ilə ümumiyyətlə məşğul olmadığını, bu borca heç bir aidiyyətimin olmadığını çatdırdım və hara istəsə gedib şikayət edə biləcəyini dedim. Azər adlı şəxs həmçinin eyni formada mənim qardaşım və digər qohumlarımı da onlara qarşı böhtan xarakterli şikayətlər edəcəyi ilə hədələmişdir. Bir müddət sonra Azər adlı şəxs mənim və qohumlarım barəsində AR-nın Prezident Administrasiyasına, AR-nın Vitse-prezidentinə, AR-nin Dövlət Təhlükəsizlik Xidmətinə, AR-nın Bas Prokurorluquna və AR Daxili İşlər Nazirliyinə böhtan xarakterli şikayətlər etmişdir. Məlumdur ki, Azər adlı şəxs Qadirdən öz borclarını ala bilməyəcəyini güman edərək mənim iş adamı olduğum üçün mənə və qohumlarıma qarşı böhtan xarakterli şikayətlər edir ki, bəlkə öz borcunu ala bilsin. Beləliklə, Azər adlı şəxsin artıq mütərnadi hədə-qorxu və təhdidlərindən bezərək AR DİN Bakı şəhər Baş Polis İdarəsinə sonuncu barəsində şikayət etdim və aparılmış təhqiqat nəticəsində 17 noyabr 2023-cü il tarixli “Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. İstintaq orqanı X6 hədə-qorxu və təhdid etmə hərəkətlərinə qiymət verərək hesab etmişdir ki, onun əməlində CM-nin 182-ci maddəsinin cinayət tərkibi mövcud deyil. Sözügedən Qərardan da görünür ki, Azər Babayev izahat verərək bildirmişdir ki, güya Qadir ona söhbət əsnasında demişdir ki, həmin qızılları güya mənə və mənim qardaşıma satmış, lakin sübut edən tutarlı sübutlar göstərə bilməmişdir. Azər Babayevə məlum olmuşdur ki, qaynım Qadir ona olan borcunun mənə heç bir aidiyyəti yoxdur. Hətta Qərardan görünür ki, Azər Babayev təhqiqat zamanı iltizam verərək bəyan etmişdir ki, o mənim və qohumlarım barəsində şikayət və digər qanunsuz hərəkətlər etməyəcək və ona olan borcu yalnız Qadirdən tələb edəcəkdir. Həmçinin, Qərardan görünür ki, qaynım Qadir Abazəliyev izahat verərək təsdiq etmişdir ki, o Azərə yaranmış borcla bağlı hec vaxt qızılları mənə və yaxud mənim qohumlarıma verməsi ilə baqlı hər hansı söz deməmiş, Azər isə mənim iş adamı olduğum üçün məndən pul almaq üçün bu cür hərəkətlərə yol atmışdır. Bundan sonra, Azər Babayev yenə öz qanunsuz hərəkətlərini dayandırmadan və imza atdığı iltizama əməl etmədən yenidən mənim və qahumlarım barəsində AR Baş prokuroru vanında Korrupsiya Qarsı Mübarizə Bas İdarəsinə şikayət etmişdir. Lakin həmin Baş İdarədə materiallar araşdırıldıqdan sonra borc məsələsinin mülki məsələ olduğu üçün “Cinayət işinin başlanmasının rədd edi məsi haqqında” qərar qəbul edilmişdir. Həmin araşdırma nəticəsində də, Azər Babayevin şikayətində qeyd etdiyi xüsusiyyətlər mənə və qohumlarıma aid hissədə öz təsdiqini tapmamışdır. Həmin qərarın surəti mənə rəsmi qaydada təqdim edilməsə də. məhkəmə öz təşəbbüsü ilə is üzrə obyektiv araşdırmanın aparılması məqsədi ilə qevd edilən qərarın surətini əldə edə bilər. Beləliklə, qeyd edilənlərdən görünür ki, Azər Babayev qaynım Qadirdən borcu ala bilməcəyini başa düşərək və hazırkı borc məsələnin mülki məsələsi olduğunu anlayaraq mənə və qohumlarıma qarşı böhtan xarakterli şikayətlər etmişdir.Göstərilənlərə əsasən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Həmin iş üzrə xüsusi ittihamçı və nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Belə ki, məhkəmə iclasları xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittihamçı məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əsk olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıq da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Belə ki, X8 xüsusi ittiham qaydasında məhkəməyə vermiş olduğu şikayət ərizəsində X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunsa da, konkret olaraq həmin məcəllənin 147-ci maddəsinin hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi qeyd edilməmişdir Həmin məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmə iclaslarına üzürlü səbəb olmadan gəlməmişdir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-68/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-68/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver