Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-69/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs , təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1969-cu ildə Naxçıvan MR-nın Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR-nın Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs anası X3 15.11.2018-ci il tarixli Seriya RX ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 0,90 ha rəsmi etibar edilmiş torpaq sahəsindən 0,6 ha Zərərçəkmiş şəxs tərəfindən 7.000 manata satılması barədə 2019-cu ilin sentyabr-oktyabr aylarında məlumat alaraq sonuncu ilə aralarında şifahi razılığa görə ilkin olaraq 1.000 manat ödəniş etməklə həmin torpaq sahəsini hissə-hissə satıb pulunu tam ödəyəcəyi barədə razılığa gəldikdən sonra notarial qaydada sənədləşdirilməsi üçün 07 fevral 2020-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda yerləşən Bakı şəhəri, 18 saylı notariat ofisində görüşdükləri zaman Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin tanışı Şahid2 adına satılmasını, qalan 6.000 manat pulun onun tərəfindən ödəniləcəyinə inandıraraq buna nail olmuş və həmin tarixdə icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsini Şahid2 adına rəsmiləşdirərək sonuncuya satmaqla Zərərçəkmiş şəxs aldadıb vədinə əməl etməyərək 6.000 (altı min) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs almış olduğu torpaq sahəsinə görə avtomobillə əvəz edəcəyi barədə yalan vəd verib Zərərçəkmiş şəxs oğlu Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «BMW 750» markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərini göndərib həmin avtomobilin "xxxx" MMC-yə məxsus və eyni adlı bankda girovda olduğunu gizlədərək avtomobilə aid etibarnamə və digər sənədləşmələr edəcəyini deyib aldadaraq 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanda Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaxınlığında yerləşən kafenin qarşısında Şahid1 vasitəsi ilə 4.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 4.000 manat miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin axırlarında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Onunla yaxın münasibıt qurduqdan sonra bilmişdir ki, Zərərçəkmiş şəxs məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsində olan 0,90 ha torpaq sahəsindən, 0,6 ha hissəsini satdığını bilib həmin sahəni ona satmağı, lakin pulunu hissə-hissə ödəyəcəyini ona demişdir. Arif onun təklifini qəbul edib Suraxanı rayonunda olan torpaq sahəsini 5000 manata satmasını razılaşmışdır. 2020-ci ilin fevral ayına kimi o, Arifə torpaq sahəsi üçün hissə-hissə 1680 manat pul vermiş və 07 fevral 2020-ci il tarixdə Xətai rayonu, Sarayevo küçəsi 11 saylı ünvanda yerləşən Bakı şəhəri, 18 saylı notariat ofisində Arif 0,6 ha torpaq sahəsini tanışı Şahid2 adına sənədləşdirmiş, lakin maliyyə çətinliyi üzündən Arifin qalan pulunu ödəyə bilməmişdir. Arif və oğlu Emin bir neçə dəfə ona zəng edərək qalan pulu ondan tələb etmişlər. Bundan sonra o Arifə «BMW» markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb onun pulunu ödəyəcəyini bildirmişdir. Arif təklif etmişdir ki, avtomobili ona versin, o, satıb onun da pulunu verər. O, onunla razılaşmış, lakin Arif avtomobili ondan götürmək üçün oğlu Emini göndərmiş və o, idarə etdiyi avtomobili ona vermişdir. Arif avtomobili ondan götürən zaman bildirmişdir ki, avtomobil «Baku Leasing» bankında girovdadır və hər ay 1500 manat pul banka ödənilir. 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Dövlət Sərhəd Xidmətinin yaxınlığında yerləşən kafenin qarşısında Arifin oğlu Eminlə görüşmüş və avtomobilin sahibinə qalan 4000 manat pulu Arifin oğlu Emin ona vermiş, həmin günü o, aparıb həmin pulu banka ödəmişdir. Bir neçə ay keçdikdən sonra Arif zəng edərək bildirmişdir ki, «Baku Leasing» bankının əməkdaşları gəlib avtomobilin aylıq pullarını ödənilmədiyindən həmin avtomobilin axtarışda olduğu və avtomobili aparmaq istədiklərini demişlər. O, Arifə demişdir ki, avtomobili ona verib, ondanda alacaq. Arif bu sözdən sonra demişdir ki, avtomobilin sənədləri ondadır, bankın müdiri ilə danışıb narahat olmasın. Lakin qeyd etdiyi kimi dünyada olan COVİD 19 pandemiyası ilə əlaqədar xəstələnmiş və Arifə olan borcunu ödəyə bilməmişdir. Beləliklə o, əməlindən səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 0.90 ha torpaq sahəsi var. Torpaq sahəsi anası X3 adına olsa da ona məxsusdur. 2019-cu ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanışlıq nəticəsində Elxan onun Abşeron rayonu, Türkan qəsəbəsində olan 90 sot torpaq sahəsindən 6 sotunu satdığını bilib torpaq sahəsini ona satmağı və pulunu da hissə-hissə ödəyəcəyini bildirmidir., Elxana inanıb Abşeron rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsindən 6 sotunu 7000 manata satmğa razılaşmışdır. Elxan ilkin olaraq ona 1000 manat pul vermiş, demişdir ki, qalan 6000 manat pulu hissə-hissə verəcək. Sonra 07 fevral 2020-ci il tarixdə Xətai rayonu, Sarayevo küçəsi 11 saylı ünvanda yerləşən 18 saylı notariat ofisində Elxanın tanışı olan Şahid2 adına torpağı alqı-satqı müqaviləsinə əsasən ona vermişdir. Belə ki, Elxan özü ona demişdir ki, torpaq sahəsini Səidinin adına keçirsin. Elxan etibarından sui-istifadə edərək torpaq sahəsini Səidinin adına keçirsədə torpaq sahəsi üçün ödəyəcəyi 6000 manat pulu bu vaxta kimi ödəməmişdir.Oğlu Eminlə o, Elxanla bir neçə dəfə qalan pulu ondan tələb etdikdə Elxan bir neçə günə pulu ödəyəcəyini vəd edərək onları aldatmağa başlamış, o, bunu görərək ondan qalan pulu tələb etdikdə Elxan “BMW” markalı **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu bildirib onu satıb qalan pulu ödəyəcəyini demiş, hətta sözü gedən avtomobili almağı ona təklif etmişdir. O, həmin vaxt Bakı şəhərində olmağı üçün Elxanla oğlu Eminin görüşməsini demişdir. X7, Elxanla əlaqə saxladıqda Elxan ona əlavə olaraq 4000 manat pul ödəməyi və avtomobili satıb onların pulu qaytaracağını, qalan pulu özünə götürəcəyini bildirmişdir. Həmin vaxt oğlu Emin dostu X2 1200 manat borc pul alaraq özündə olan 2800 manat, yəni 4000 manat pulu 21 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində ünvan 4 ünvanda yerləşən Dövlət Sərhəd Xidmətinin yaxınlığında yerləşən kafenin qarşısında Elxanla görüşüb 4000 manat pulu ona vermişdir. Elxan oğlu Elminə demişdir ki, banka gedib guya avtomobilin sənədlərini düzəldib avtomobili ona verəcəkdir. Lakin Elxan avtomobilə dair heç bir sənəd verməmiş və oğlu Elmin avtomobili gətirib yaşadığı evin həyətinə qoymuşdur. Bir neçə ay keçdikdən sonra “Baku Leasing” bankının əməkdaşları gələrək avtomobil banka məxsus olduğunu və avtomobil qaçırıldığını iddia etməyə başlamışlar. O, və oğlu Elmin onlara baş verənləri izah etsələrdə bankın əməkdaşları avtomobilin başqa bir şəxsə müqavilə əsasında verildiyini və hal-hazırda avtomobilin qaçırılma kimi axtarışda olmasını bildirmişlər. Hətda avtomobil kimin adınadır həmin şəxsin polisə şikayət etdiyini də bildirmişlər. Onlar bunu görərək Elxanla əlaqə saxladıqda Elxan bildirmişdir ki, avtomobili bankın əməkdaşlarına qaytarsın, ertəsi gün avtomobili bankdan çıxarıb gətirəcəkdir. Onlar bunu görüb avtomobili bankın əməkdaşlarına təhvil vermişlər. Lakin buna baxmayaraq Elxan onları aldadaraq sonradan hədə qorxu gəlməyə başlamışdır. Oğlu Emin dostu Rəvanın ona verdiyi 1200 manat borc pulu geri istədikdə o, Rəvanın pulunu qaytarmışdır. Bundan sonra Elxanın barəsində DİN-nin BMCMİ-nə şikayət etmişlər. Təqsirləndirilən şəxs onu aldadaraq 10000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2019-cu ilin sentyabr-oktyabr aylarında atası Zərərçəkmiş şəxs tanıdığı Azər adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və tanışlıq nəticəsində Elxan atasının Suraxanı rayonu, Hövsan qəsəbəsində olan torpaq sahəsini satdığını bilib atasından onu satmağı və pulunuda hissə-hissə ödəyəcəyini vəd etmişdir. Atası Arif, Elxanla razılaşıb Suraxanı rayonunda olan torpaq sahəsini 7000 manata satmağa razılaşmışlar. Elxan ilkin olaraq atası Arifə 1000 manat pul vermiş, atasıda ona etibarnamə vermişdir. Bir neçə aydan sonra Elxan atasının etibarından istifadə edərək torpaq sahəsini adına keçirərək başqa bir şəxsə satmışdır. Lakin torpaq sahəsi üçün ödəyəcəyi 6000 manat pulu mənimsəmişdir. O və atası Arif, Elxanla bir neçə dəfə qalan 6000 manat pulu ondan tələb etdikdə Elxan bir neçə günə pulu ödəyəcəyini vəd edərək onları aldatmağa başlamış, o, bunu görərək ondan qalan pulu tələb etdikdə Elxan bildirmişdir ki, onun “BMW” markalı **- AN-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili satıb pulu ödəyəcək. Hətta sözü gedən avtomobili almağı təklif etmiş, o, onunla razılaşdığı halda Elxan əlavə olaraq 4000 manat pul ödəməyi və avtomobili satıb onların qalan pulunu qaytaracağını, yerdə qalan pulu özünə götürəcəyini bildirmişdir. Həmin vaxt dostu X2 1200 manat borc pul alaraq atasının verdiyi 2800 manat pulu, yəni 4000 manat pulu 2020-ci ilin sentyabr ayının 21-də saat 15 radələrində Xətai rayonu, İ.Zülfüqarov küçəsində yerləşən Dövlət Sərhəd Xidmətinin yaxınlığındakı kafenin qarşısında Elxana görüşüb ona 4000 manat pul vermişdir. Elxan pulu alıb demişdir ki, banka gedib guya avtomobilin sənədləri düzəlib avtomobili ona verəcəkdir. Lakin ona avtomobilə dair heç bir sənəd verməmişdir. Bundan sonra Elxan onunla birlikdə avtomobili gətirib yaşadığı evin həyətinə qoymuş, bir neçə ay keçdikdən sonra “Baku Leasing” bankının əməkdaşları gələrək avtomobilin banka məxsus olduğunu və avtomobilin qaçırıldığını iddia etməyə başlamışlar. O və atası onlara baş verənləri izah etsələrdə bankın əməkdaşları avtomobilin başqa bir şəxsə müqavilə əsasında verildiyini və hal-hazırda avtomobillə bağlı polisə şikayət etdiklərini bildirmişlər. Bunu görərək Elxanla əlaqə saxladıqda Elxan bildirmişdir ki, avtomobili bankın əməkdaşlarına qaytarsın, ertəsi gün avtomobili bankdan çıxardıb gətirib onlara təhvil verəcək. Bunu görüb avtomobili bankın əməkdaşlarına təhvil vermişlər. Lakin buna baxmayaraq Elxan onları aldatmağa başlamış, hətta hədə qorxu gəlməyə başlamışdır. Dostu Rəvanın ona borca verdiyi 1200 manat pulu geri istədikdə o, bu barədə Elxana müraciət etmiş, Elxan yenədə onları aldatmağa başlamışdır. Belə olan halda atası Elxanın dələduzluq əməlləri barədə DİN-nin BMCMİ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs atasını və onu aldadaraq atasına məxsus 10000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs bir həmyerli kimi tanıyır. 2019-cu ildə Elxan özünə məxsus «Meqan Renault» markalı avtomobili yadında qalmayan qiymətə ona satmış, o, həmin avtomobili idarə etmişdir. Sonradan görmüşdür ki, avtomobilin sənədlərində çatışmazlıq var və Elxana demişdir ki, avtomobili götürüb onun pulunu qaytarsın. Elxan demişdir ki, onun hazırda nəgd pulu yoxdur, pulun əvəzinə ona Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsi verə bilər. O, da Elxanla razılaşmış, ona məlum olmuşdur ki, Elxanın ona vermək istədiyi 0.06 ha torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. 07 fevral 2020-ci li tarixdə torpaq sahəsinin sahibi olan Zərərçəkmiş şəxs ünvan 6 ünvanda yerləşən notariat ofisində 0.90 ha torpaq sahəsindən 0.06 ha hissəsini ona vermiş, o da Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən həmin 0.06 ha torpaq sahəsinə çıxarış almışdır. Hazırda həmin torpaq sahəsi onun mülkiyyətindədir. Elxanın ona borcu olduğuna görə Arifin adına olan 0.06 ha torpaq sahəsini ona vermiş, Zərərçəkmiş şəxslə, Təqsirləndirilən şəxs öz aralarında nə kimi danışıqları olmasından, kimin kimi aldatmasından xəbəri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır (i.v. 01); hadisə yerinə baxış keçirilməsi haqqında 25 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan torpaq sahəsinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 42-44); cinayət işinin icraata qəbul edilməsi haqqında 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqının aparılması üçün tərəfindən icraata qəbul edilmişdir (i.v. 58); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 62); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır (i.v. 66); torpağın icarə hüquqlarının 27 fevral 2020-ci il tarixli alqı satqı müqaviləsindən görünür ki, X3 adına qeydiyyata alınmış Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi 5000 (beş min) manat müqabilində Şahid2 satılmışdır (i.v. 68-69); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 85); ittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, 16.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduqda Bakı şəhəri Xətai RPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v. 103); axtarışda olan şəxsin tutulması haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.11.2021-ci il tarixdə saat 10:30 radələrində tutulmuşdur (i.v.111); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 128-129); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-491/2021 saylı 13.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmaqla, 2 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (i.v. 144-147); ifadənin yerində yoxlanılması haqqında 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatları yerində göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 148- 149); sübutların qiymətləndirilməsi haqqında 12 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmişdir (i.v. 153-157); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətmiş olduğu cinayət nəticəsində vurmuş olduğu ziyanı tam ödəməsini (CM-59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 5 (beş) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2021-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 5 (beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 6 (altı) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-69/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-69/2022
17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver