Məhkəmə qərarları › İş №1(011)-69/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-69/2024

15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-69/2024 15.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, Q.Məmmədov küçəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 02 sentyabr 2023-cü il tarixdə, saat 17:40-da ünvan 4 ünvanında yerləşən «Şöhrət» marketin qarşısında tanışı Şahid1 idarə etdiyi «Kia Cerato» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sol oturacağında əyləşərkən həmin oturacağın sağ tərəfində oturmuş tanışı Təqsirləndirilən şəxs2 ilə marketin qarşısında dayanmış satıcı Zərərçəkmiş şəxs bir-birilərinə baxdıqları zaman aralarında yaranmış narazılığa görə Zərərçəkmiş şəxs marketdən bir qədər aralı yerə çağırmış və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib səs-küy etmiş, Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə, o isə istintaqla müəyyən edilməyən bıçaqla bir neçə dəfə sonuncunun baş və sağrı nahiyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs ənsə və sağ sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 02 sentyabr 2023-cü il tarixdə, saat 17:40-da ünvan 4 ünvanında yerləşən «Şöhrət» marketin qarşısında tanışı Şahid1 idarə etdiyi «Kia Cerato» markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa sağ oturacağında əyləşərkən marketin qarşısında dayanmış satıcı Zərərçəkmiş şəxs bir-birlərinə baxdıqları zaman aralarında yaranmış narazılığa görə Zərərçəkmiş şəxs marketdən bir qədər aralı yerə çağırmış və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor təbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deyib səsküy etmiş, o, yumruqla Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə, Təqsirləndirilən şəxs1 isə istintaqla müəyyən edilməyən bıçaqla bir neçə dəfə sonuncunun baş və sağrı nahiyələrinə zərbələr endirərək Zərərçəkmiş şəxs ənsə və sağ sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan ümumlikdə, həm də ayrıayrılıqda sağlamılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə telefon ilə danışanda, o bildirmişdir ki, paltaq almaq istəyir, bu zaman o da bildirmişdir ki, paltar almaq istəyir və təklif etmişdir ki, bir yerdə alış-veriş etməyə getsinlər. Təqsirləndirilən şəxs2 ona demişdir ki, Əli adlı dostunun avtomobili ilə onunla birlikdə onu götürməyə gələcək. Bir az keçəndən sonra onlar onu götürmək üçün gəlmişlər, o da onları evdən çıxıb yolun kənarında gözləmişdir. Təqsirləndirilən şəxs2 əli ilə işarə edərək onu avtomobilə dəvət etmişdir. Həmin zaman avtomobil sönülü vəziyyətdə olmuş, əyləşəndən sonra görmüşdür ki, Təqsirləndirilən şəxs2 kiməsə baxır və kiminləsə danışır, sonra çöldən eşitmişdir ki, kimsə Təqsirləndirilən şəxs2 deyir ki “Nə olub? Nəyə baxırsan?”. Avtomobildən düşəndən sonra görmüşdür ki, Təqsirləndirilən şəxs2 ilə danışan qarşıda olan dükanda işləyən şəxsdir. Həmin şəxs Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs avtomobilə yaxınlaşmış və əlini avtomobilin qapısına atmışdır. O, ondan soruşmuşdur ki, “Nə olub?”. O isə ona “Görmürsən mənə baxır?” deyə cavab vermişdir. Əlini qapıya atandan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 demişdir ki, “Düş görüm, nəyə baxırsan?”. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobildən enmiş, Zərərçəkmiş şəxs onları dükana çağırmış ki, orada söhbət etsinlər. O, isə dükanda söhbət etməyə ehtiyacın olmamasını bildirmiş və təklif etmişdir ki, keçib kənarda söhbət etsinlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə 10-20 metr uzaqlaşmış, bir az sonra Zərərçəkmiş şəxs onlara yaxınlaşmış və Təqsirləndirilən şəxs2 qolundan tutub “Nə olub? Nəyə baxırsan?” deyə soruşmuşdur. O, Zərərçəkmiş şəxs demişdir ki, “Problem etməyə ehtiyac yoxdur.”. Onu sakitləşdirmək üçün əli ilə ona toxunmuşdur. Daha sonra Zərərçəkmiş şəxs təklif etmişdir ki, yanda olan parka keçsinlər və orada əyləşərək, söhbət etsinlər, o, isə “Mənim üçün bura xoşdur” deyə cavab vermiş və yenidən Təqsirləndirilən şəxs2 soruşmuşdur ki, “Niyə baxırdın mənə?”, o da cavab olaraq bildirmişdir ki, “Baxıb baxıb, burada ciddi nəsə yoxdur.”, Zərərçəkmiş şəxs isə “Baxmasın, mənə xoş deyil.” deyə cavab vermiş və bunu deyən kimi Təqsirləndirilən şəxs2 qolundan tutaraq onu başı ilə vurmuşdur, sonra çönüb dirsəyi ilə onu vurmuş və artıq o da onu vurmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 ilə birlikdə qaçmağa başlamışlar. Zərərçəkmiş şəxs birinci Təqsirləndirilən şəxs2i vurmuş, ona başı ilə zərbə endirmiş və əlləri ilə vurmağa davam etmişdir. O, Zərərçəkmiş şəxs bıçaq ilə vurmuşdur. Zərərçəkmiş şəxs ondan böyük olmuş, o, ondan qorxmuş və bu səbəbdən onu bıçaq ilə vurmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, bıçağı avtomobildən götürmüş, həmin bıçağı hadisə baş verməmişdən əvvəl götürmüşdür. Bıçağı üzərində götürməyinin səbəbi Zərərçəkmiş şəxs özünü müdafiə etmək və onun üzərində bıçaq olmasının şübhə etməyi olmuşdur. Bıçağı avtomobildən düşəndən sonra götürmüşdür. Həmin bıçağın kimin olmasını bilmir. Avtomobildə oturanda oturacaqda üzərində həmin bıçağı görmüşdür. Zərərçəkmiş şəxs bıçaq ilə vurandan sonra bıçağı atmışdır. İçkili vəziyyətdə olmamışdır, hadisəyə heçkim müdaxilə etməmişdir. Ətrafda küçədə heçkim olmamışdır, ancaq kənarda dayanacaqda bir-iki nəfər olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, paltar almaq üçün Əli adlı dostuna zəng vurmuşdur ki, gəlib onu götürsün. Əli digər dostu ilə birlikdə avtomobili ilə gəlib onu götürmüş və onlar Təqsirləndirilən şəxs1 götürməyə getmişlər, çünki, o da, əvvəlcədən ona bildirmişdir ki, paltaq almaq istəyir. Maliki götürməyə gedəndən sonra dükanın qarşısında dayanmışlar. Malik onları görmüş və gəlib avtomobilə əyləşmişdir. Avtomobili idarə edən Əli olmuş, Malik arxada onun yanında əyləşmişdir. Qabaqda isə Əlinin dostu əyləşmişdir. Malik əyləşəndən sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs ilə baxışmağa başlamış, təxmini 5 saniyə sonra Zərərçəkmiş şəxs əli ilə işarə etmişdir ki, nəyə baxır. Sonra Zərərçəkmiş şəxs yaxınlaşmış və əlini avtomobilin qapısına atmışdır ki açsın. Bunu görən Təqsirləndirilən şəxs1 ondan əvvəl avtomobildən düşmüş və Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bildirmişdir ki, “mən onun dostuyam”. Təqsirləndirilən şəxs1 onu əvvəldən market işçisi kimi tanımışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bildirmişdir ki, problemə ehtiyac yoxdur. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs1 ilə razılaşmamış və dükanın içərisində söhbət etməyə dəvət etmişdir. Bundan sonra o da avtomobildən düşmüş, düşəndən sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, dükanda yox, keçib kənarda sakit yerdə söhbət etsinlər. Sonra Zərərçəkmiş şəxs onlara bildirmişdir ki, gözləsinlər dükana gedib gəlir. Zərərçəkmiş şəxs dükandan qayıdandan sonra yanında iki nəfər şəxs də olmuşdur. Zərərçəkmiş şəxs qayıdandan sonra onlar yolun kənarı ilə getmiş və o, təklif etmişdir ki, keçib yanlarında olan parkda əyləşsinlər. Həmin zaman Zərərçəkmiş şəxs ona aqressiya göstərməyə başlamışdır. O isə aralarında mübahisəyə səbəb görməmişdir. Zərərçəkmiş şəxs onunla yenə razılaşmamış və onun qolundan tutaraq onu başı ilə vurmuşdur. Bundan sonra dava başlamış, o da özünü müdafiə etmək üçün bir neçə dəfə onu vurmuşdur. Birinci Zərərçəkmiş şəxs onu vurmuşdur. O, Heydəri başı ilə vurandan sonra o, arxaya çəkilmiş, Heydər, isə üstünə gəlməyə davam etmişdir, həmin zaman o Heydəri bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs onu vurandan sonra, çönüb dirsəyi ilə Təqsirləndirilən şəxs1 vurmuş, onun diqqəti Zərərçəkmiş şəxs olduğu üçün ətrafda baş verənləri tam dəqiq görməmişdir. Hamısı bir yerdə dalaşmışlar, lakin ətrafda olanlara tam diqqət edə bilməmişdir. Zərərçəkmiş şəxs ondan yaşca böyük olmuş, bədən quruluşuna görə ondan iri olmuşdur, bu səbəbdən diqqəti ancaq Zərərçəkmiş şəxs olmuşdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, avtomobildə əyləşərkən pəncərəsi Zərərçəkmiş şəxs tərəf olmuş, onun hər hansı niyyəti olmadan Zərərçəkmiş şəxs baxmışdır. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, hər hansı fikir ilə ona baxmır. Zərərçəkmiş şəxs özü avtomobilə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Hadisə havanın işıqlı vaxtında baş vermişdir. Hadisə baş verəndən sonra o, qorxduğu üçün hadisə yerindən qaçmağa başlamışdır. Qaçmağının səbəbi polis əməkdaşlarından yayınmaq olmamışdır. Həmin gün axşam özü polis əməkdaşlarına təslim olmuşdur.O, bu hadisənin baş verməsini istəməzdi. Zərərçəkmiş şəxslə barışmışdır. Dükandan Zərərçəkmiş şəxs ilə çıxan iki nəfər şəxs hadisəyə qarışmamışdırlar. O, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs başqa hadisəyə kimsə müdaxilə etməmişdir. O, ümumiyyətlə Zərərçəkmiş şəxs söyüb təhqir etməmişdir, lakin, o, ifadəsində əksini qeyd etmişdir. 3 nəfərdən başqa heçkim hadisəyə qarışmamışdır, onları heçkim ayırmamışdır və heçkim söyüş söyməmişdir. Hadisə zamanı onun əlində hansısa bir alət olmamışdır. Hesab edir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs dükana nəyisə götürmək üçün getmişdir. Zərərçəkmiş şəxs əlində nəyinsə olub-olmamasını görməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 baş nahiyyəsindən xəsərət yetirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 dirsəyi ilə vurmuşdur, Təqsirləndirilən şəxs1 bundan sonra Zərərçəkmiş şəxs vurmuşdur. Təqsirləndirilən şəxs1 dava etmək kimi fikiri olmamışdır. O, Zərərçəkmiş şəxs hadisə baş verməmişdən əvvəl bir neçə dəfə demişdir ki, davaya ehtiyac yoxdur. Avtomobildən düşəndən sonra təxmini 20 metr aralaşmışlar. Avtomobili idarə edən Əli adlı dostu da davaya müdaxilə etməmişdir. Dava başlayandan sonra onu görməmişdir. Mübahisə təxmini 3-4 dəqiqə çəkmişdir. Zərərçəkmiş şəxs ona söhbət etməyi təklif etmiş, lakin o, bildirmişdir ki, yolun qarşısında söhbət etməsinlər, keçib qıraqda söhbət etsinlər. Zərərçəkmiş şəxs onu birinci vurmuşdur. Həmçinin o qeyd etmişdir ki, hal-hazırda restoranda ofisiant vəzifəsinə işə düzəlmişdir iş vaxtı 00:00-da bitir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Əhmədlidə dükan işlətmiş və həmin dükanda satıcı kimi çalışmışdır. Hadisə vaxtı o, həmin dükanın qabağında siqaret çəkmiş, dükanın qarşısında olan avtomobildəki uşaqlar ilə baxışmışlar. Dəqiq yadında deyil kiminlə baxışmışdır, hamısı ilə bir yerdə baxışmışlar. Sonra avtomobildən 2-3 nəfər düşmüş və başlamışlar ona yaxınlaşmağa, o da onlara tərəf getmişdir. Dükanın qarşısında söhbət etmişlər, aralarında baxışmaq üstündə anlaşılmasızlıq olmuşdur. Həmin zaman heçkim söyüş söyməmişdir. Onlar avtomobildən düşdükləri üçün o, onlara yaxınlaşmışdır. Onlar ona yaxınlaşanda dedilər ki niyə baxır? Söhbəti davam etmək üçün o, bildirmişdir ki, dükanı bağlayıb çıxır. Söhbəti hamısı davam etmək istəmişdir. Dükanı bağlayandan sonra 10-20 metr aralaşmışlar yolun kənarına. O, tək getmişdir. Orada onu bıçaqla vuran şəxs Təqsirləndirilən şəxs1 və digəri Təqsirləndirilən şəxs2 olmuşdur. Sonra orada onlarla söhbət edən zaman o, söyüş eşitmiş, tam dəqiq bilmir kim söymüşdür, bu səbəbdən o, qarşısında dayanmış şəxsi başı ilə vurmuşdur. Bundan sonra dava başlamış, Təqsirləndirilən şəxs1 onu bıçaqla vurandan sonra ona söyüş söymüşdür. Başı ilə o, Təqsirləndirilən şəxs2 vurmuşdur. Yaddaşında problemlər olduğundan dəqiq yadında deyil kim söyüş söymüşdür. Dava 3-4 dəqiqə davam etmişdir, bundan sonra onları ayırmışlar. Orada olan şəxslər onları ayırmışlar, yaxındaki avto yumada işləyən adamlar, yanlarında olan taksi sürücələri. Bundan sonra dava etdiyi şəxslər qaçmışlar. Həmin zaman onu artıq bıçaq ilə başından və əlindən vurmuşlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, söhbət etməyə bir yerdə qərara gəlmişlər. Avtomobildə əyləşən şəxslərdən biri ona niyə baxdığını soruşmuş və sonra üç nəfər düşüb ona yaxınlaşmağa başlamışlar. Avtomobildə arxa oturacaqda əyləşən şəxs ilə baxışmağa başlamışlar, baxışan zaman avtomobildə əyləşmiş şəxs ona başı ilə işarə etmişdir ki, “Niyə baxırsan?” və ona cavab olaraq başı ilə işarə etmişdirki, “Nə olub?”. Bundan sonra isə hadisə baş vermişdir. O, avtomobilə yaxınlaşanda onlar artıq düşmüşdürlər. O, avtomobilin qapısını açmaq üçün əl atmamışdır, çünki onlar artıq düşmüşdürlər. Dükanı bağlayıb sonra söhbət etmək onun fikri olmuşdur. Onunla baxışan arxada sol tərəfdən əyləşmiş şəxs olmuşdur. Avtomobil dayanmışdır, arxada sağda əyləşən şəxs ilə baxışmışlar. Artıq əsəbləşmişdir deyə dükanda olan müştərini əli ilə çölə çıxardaraq dükanı bağlamışdır. Dükandan çıxanda əlində heçnə olmamışdır. Dükandan geri dönərkən onların əlində hansısa əşyanın olub-olmamasını görməmişdir. Dükandan sonra onlar aralaşmış, avtomobil təxmini 15 metr arxalarında qalmışdır. Söhbət etdikləri zaman ətrafda olan şəxslərdən heçkim onlara irad bildirməmişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə dava etmişdir. Onları ayıran olmasa idi davaları davam edəcəkdi. Heç biri içkili olmamışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Kənara çəkilməyi onlar ona təklif etməmişdirlər. Onlar dükanın qarşısında dayanmışdırlar və o təklif etmişdir ki, “Burada adam çoxdur, keçək qarşıda söhbət edək”. Onlardan kimsə söyüş söydü deyə birinci o, vurmuşdur. Hadisə yolun kənarında baş vermişdir. Ətrafda gedib gələn adamlar olmuşdur. Dava başlayanda səs-küy olmuş və onları ayırmışlar. Bundan əlavə o qeyd etmişdir ki, cinayət nəticəsində ona müalicə xərcləri ilə əlaqədar maddi ziyan dəymişdir, həmin maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən ona ödənilmişdir. Hal-hazırda hər iki təqsirləndirilən şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında ziddiyət olduğundan məhkəmə istintaqı zamanı ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən ünvan 5 ünvanında yerləşən Şöhrət marketdə satıcı kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində işlədiyi marketin qarşısında olan soyuducuya söykənib siqaret çəkdiyi zaman qara rəngli avtomaşın marketin qarşısında dayanmışdır. Həmin maşının arxa sağ oturacağında əyləşən saqqalı bir şəxs həmin vaxt ona aqressiv baxışlarla baxmağa başlamışdır. O da başını qaldırıb jestlə həmin şəxsə nə üçün baxdığını bildirmişdir. Həmin şəxs isə onu maşına tərəf əli ilə çağırmışdır. O avtomaşına yaxınlaşıb sözlə həmin şəxsdən nə baş verdiyini soruşmuşdur. Həmin vaxt saqqallı oğlan və maşında digər iki şəxs avtomaşından düşərək onunla mübahisə etməyə başlamış və söhbət zamanı biraz kənara çəkilərək söhbəti davam etdirməyi təklif etmişdirlər. O etiraz etməyib marketə daxil olub orada olan 2 müştərini marketdən çölə çıxardıqdan sonra həmin 3 nəfərin arxası ilə hərəkətə davam edib onlara çatmışdır. Həmin saqqallı oğlan ona bildirmişdir ki, ora onların ərazisidir və onun ailəsinin ünvanına nalayiq söyüş söymüşdür. Həmin vaxt arxadan onlardan biri onu təpiklə vurmuşdur.O da dərhal qarşısında olan həmin saqqallı oğlanı başı ilə üz nahiyəsindən vurmuşdur. Həmin zərbədən həmin şəxs təxminən 5-6 addım qabağa getmişdir.Ona qarşı işlətdiyi söyüşə görə əsəbləşərək yenə də həmin şəxsin üstünə getmişdir. Həmin vaxt arxadan bir nəfər əlindəki bıçaqla onun başından zərbə vurmuş, o zərbədən yerə yıxıldığı zaman həmin oğlan yenə də əlindəki bıçaqla ona doğru bir neçə dəfə başına zərbə vurmuş ayağa qalxdığı zaman isə bıçaqla arxasından bir dəfə zərbə vuraraq hamısı bir yerdə qaçmağa başlamışdır. O da həmin şəxslərin arxasınca qaçsa da, artıq bədəni ağrıdığından çata bilməmişdir. Onunla münaqişə edən şəxslə bir birilərinə baxdıqları zaman həmin şəxs onu yanma çağıraraq onunla aqressiv danışmış sonra onu kənara çəkdikdən sonra ünvanına nalayiq sözlər dediklərindən və ona təpiklə zərbə endirdikləri üçün o da həmin şəxslərlə dava etmişdir, həmin vaxt ona bıçaqla xəsarət yetirmişdirlər. Münaqişə etdiyi şəxslərlə onun əvvəl heç bir münasibəti olmayıb onlardan yalnız avtomaşının sürücüsü təxminən 2 dəfə onun işlədiyi marketdən alış veriş etmişdir. Digər şəxsləri ümumiyyətlə əvvəl görməmişdir. Hadisə nəticəsində bir neçə xəsarət almışdır. Zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ənsə və sağ ağrı nahiyələrində olan bıçaq xəsarətlərini ona Təqsirləndirilən şəxs1 yetirmişdir. Digər xəsarətləri yəni İV barmağı özünü həmin şəxslərdən müdafiə edərkən Malikə yumruqla vurduğu zaman əzilmişdir, bıçaq zərbəsindən sonra yerə yıxıldığı zaman sol və sağ əli asfalta zərbə ilə dəydiyindən əzilmişdir.Həmin xəsarətləri yıxılarkən almışdır. X2 əlində olan cızığ xəsarətini o yetirməmişdir. Ola bilsinki, Malikin öz bıçağı ilə əli cızılmışdır. Təqsirləndirilən şəxs2 olan sol əlinin kəsilmiş yaralarını da həmçinin o yetirməmişdir. Çünki hadisə zamanı əlində heç bir kənar əşya həmçinin bıçaq olmamışdır. Hüseynin bıçaqla xəsarət almasını görməmişdir. Ola bilsin ki, həmin xəsarəti də Hüseynə Malik bıçaqla yetirmişdir. Bundan başqa qeyd etmişdir ki, ilkin ərizə və izahatında 4 nəfər şəxslə dalaşdığını qeyd etsə də, ərizə yazarkən fikrini dəqiq qeyd edə bilməmiş,əslində həmin şəxslərin avtomaşında 4 nəfər olduğunu qeyd etmək istəmişdir. Həmin şəxslərdən yalnız ikisi ilə dava dalaşı olmuş və həmin 2 nəfər şəxs onu yumruq və bıçaqla vuraraq xəsarətlər yetirmişdirlər(i.v. 22-25, 145-147); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:30-da yaşadığı evdən işləmək məqsədilə çıxmışdır. Məhəllədə etibarnamə əsasında idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı, «Kia Cerato» markalı avtomaşını işə salıb bir müddət gözləmişdir. Həmin vaxt təsadüfən tanışı Əflan ondan xahiş etmişdir ki, onu Əhmədliyə aparsın və oradan dostlarını götürüb geriyə Sabunçu qəsəbəsinə gətirsin. Əvəzində isə avtomaşınına 10 manatlıq benzin vuracağını bildirmişdir. O da avtomaşınında yanacaq olmadığı üçün razılaşmış və Əflanın göstərdiyi ünvana getmiş və orada sonradan adını bildiyi Hüseyn adlı dostu avtomaşınına əyləşmişdir. Sonra isə birlikdə avtomaşınla Əflanın göstərdiyi ünvana gedərək orada sonradan adını bildiyi Malik adlı oğlan da Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski ünvanında yerləşən «Şöhrət» marketin qarşısında avtomaşınına əyləşmişdir. Həmin vaxt eşitmişdir ki, Hüseyn mağazanın qabağında dayanan şəxsə nə baxırsan deyə müraciət etmiş, həmin oğlan da onun avtomaşınına yaxınlaşan zaman Hüseyndən nə baş verdiyini soruşmuşdur. Sonra maşında olan Malik, Əflan və Hüseyn avtomaşından düşdüklərindən o da nə baş verdiyini öyrənmək üçün avtomaşından düşərək onlara yaxınlaşmışdır. Həmin vaxt mağazanın yanından gələn oğlan Hüseynə bildirmişdir ki, keçib kənarda söhbətlərini davam etdirsinlər. Hüseyn də həmin şəxslə razılaşaraq Əflan və Maliklə birlikdə mağazadan sağa doğru hərəkət etməyə başlamışdırlar. Həmin vaxt mübahisə edən şəxs mağazaya daxil olub geri qayıtmış və onların arxasınca getmişdir. O isə avtomaşını işə salıb avtobus dayanacağından qabağda bir yerdə avtomaşını saxlayıb geriyə onların getdiyi istiqamətə getmişdir. O, çatanda artıq dava başlamışdı. Həmin mağazadan gələn şəxs əvvəlcə kəllə ilə Hüseynin başına zərbə vurmuş, zərbədən sonra ətrafa tanımadığı şəxslər toplaşmışlar və kütləvi davanın başladığını görüb ona da kiminsə xəsarət yetirə biləcəyindən ehtiyat edərək sürətlə həmin yerdən uzaqlaşmışdır. Ona görə də sonra baş verənləri görməmiş və həyəcanlı vəziyyətdə tək gedərək avtomaşınına əyləşib yaşadığı ünvana yollanmışdır. Sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. O, ümumiyyətlə münaqişədə iştirak etməmişdir. Münaqişə başladığı zaman o, həmin yeri tərk etmişdir. Çünki hər hansı problem yaranmasını istəməmişdir. Həmçinin həmin ünvana gətirdiyi şəxslərlə aralarında heç bir dostluq münasibəti olmamışdır. Həmin şəxslərə görə özünə problem yaratmaq istəməmişdir. Həmin şəxslə Hüseyn bir-birinə baxdığı zaman Hüseyn həmin şəxsə irad bildirmiş həmin şəxs də onun maşınına yaxınlaşıb Hüseynə narazılığını bildirmişdir. Əslində mübahisəyə heç bir səbəb olmamışdır. Sadəcə baxışları toqquşduğundan bu onların xoşuna gəlməmiş və mübahisəyə başlamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:30-da yaşadığı məhəlləyə gəzmək üçün düşmüşdür. Məhəllədə təsadüfən Əlini görmüş, onunla görüşmüşdür. Əli həmin vaxt idarə etdiyi **-PT-*** dövlət qeydiyyat nişanlı «Kia Cerato» markalı avtomaşının yanında dayanmışdır. O, Əliyə bekar olduğunu demiş və xahiş etmişdir ki, birlikdə onun maşını ilə yaşadığı Sabunçu qəsəbəsində biraz gəzsinlər. Əli isə bildirmişdir ki, avtomaşınında benzin yoxdur, onun üstündə cəmi 12 manat pul olduğu üçün Əliyə bildirmişdir ki, Əliyə benzin vurmağı üçün 10 manat pul verəcək. Əli də onunla razılaşaraq birlikdə avtomaşınla Neftçilər metrostansiyasının yaxınlığında yerləşən «Lukoil» YDM-nə gəlmişlər. Yolda olarkən Hüseyn ona zəng edərək söhbət edən zaman ona bekar olduğunu, vaxtı varsa görüşməyi təklif etmişdir. O da Əli ilə razılaşmışdır. Benzin doldurduqdan sonra Əlidən xahiş etmişdir ki, Hüseynin yaşadığı ünvana maşını sürsün. O da razılaşaraq birlikdə Hüseynin yaşadığı evin qarşısına gəlmişlər və Hüseyn də onların avtomaşınına əyləşmişdir. Hüseyn avtomaşına əyləşdikdən sonra xahiş etmişdir ki, Hüseynin yaxınlıqda yaşayan dostunu da götürsünlər. Onlar da etiraz etməmiş və Hüseynin göstərdiyi ünvana gedərək orada sonradan adını bildiyi Malik adlı oğlan da Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski ünvanında yerləşən «Şöhrət» marketin qarşısında avtomaşına əyləşmişdir. Həmin vaxt eşitmişdir ki, Hüseyn mağazanın qabağında dayanan şəxsə nə baxırsan deyə müraciət etmişdir, həmin oğlan da avtomaşına yaxınlaşaraq Hüseyndən maşından düşməyi tələb etmişdir. Sonra maşında olan Hüseyn və Malik düşəndən sonra o və ən sonda Əli avtomaşından düşmüşdür. Həmin şəxslə söhbət zamanı Hüseyn ilə həmin oğlan biri-birinə niyə baxdıqları üçün sözlə mübahisə edən zaman həmin oğlan mağazaya keçərək söhbət etməyi Hüseynə təklif etmişdir. Hüseyn isə mağazada yox kənarca söhbət edə biləcəklərini həmin oğlana dedikdə, həmin oğlan razılaşaraq mağazaya girmişdir. Onlar həmin vaxt birlikdə mağazadan sağa doğru hərəkət etməyə başlamışdırlar. Həmin vaxt mübahisə edən şəxs mağazaya daxil olub geri qayıtmış və onların arxasınca gəlmişdir. Əli isə avtomaşına doğru gedərək bir müddət sonra yanlarına gəlmişdir. Mübahisə edən şəxs onlara çatdıqdan sonra yenə də eyni mövzu davam etmiş və Hüseynlə bir-birinə niyə baxdıqlarının mübahisəsi davam etmişdir. Qəflətən həmin oğlan Hüseynə kəllə ilə üzündən bir dəfə zərbə vurmuş, zərbədən sonra ətrafa tanımadığı şəxslər toplaşmışdır. Hüseyn zərbənin təsirində təxminən 10 addım arxaya getmişdir. Lakin həmin oğlan yenə də Hüseynin üstünə gəlmişdir. Hüseyn də onu yumruqla vurmuş və qarşılıqlı olaraq yumruqlaşmışdırlar. Sonra isə Malik də Hüseynə kömək üçün həmin oğlanı əli ilə vursa da, həmin oğlan ondan güclü olduğundan cibindən bıçaq çıxararaq bıçağın arxası ilə ona zərbə vurmuşdur. Lakin həmin şəxs yenə də sakitləşməyib Malik və Hüseynin üstünə gəldiyindən o da onları ayırmaq üçün çalışdığı zaman həmin oğlan ona da yumruq atmağa başlamışdır. O, arxaya çəkildiyi zaman Malik həmin şəxsi bir neçə dəfə bıçaqla başından vurmuşdur. Həmin oğlan yerə yıxıldıqda o da həmin şəxsə tərəf təpik atsa da o, ayağa qalxdığı üçün zərbəsi ona dəyməmişdir. Həmin vaxt Malik və Hüseynin qaçmağını görüb o da Malik və Hüseynə qoşularaq birlikdə qaçıb həmin yerdən uzaqlaşmışdır. Yaxınlıqda olan məhəllədə dayandıqdan sonra Hüseynlə Malik başqa istiqamətə getmişdirlər. O isə tək nömrəsini xatırlamadığı taksi avtomaşını ilə yaşadığı evə getmişdir. Sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. O, ümumiyyətlə münaqişədə iştirak etməmiş, münaqişə başladığı zaman o, onları ayırmaq istəmişdir. Həmin vaxtı Hüseynlə mübahisə edən şəxs ona hücum etsə də zərbə endirməmişdir. O da həmin şəxsi vurmaq istəsə də onu vura bilməmişdir. Həmin şəxslə Hüseyn bir birinə baxdığı zaman Hüseyn ona irad bildirmiş, həmin şəxs də maşına yaxınlaşıb Hüseynə narazılığını bildirmişdir. Əslində mübahisəyə heç bir səbəb olmamışdır. Sadəcə baxışları toqquşduğundan bu onların xoşuna gəlməmiş və mübahisəyə başlamışdırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş yolda baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerində yerləşən avtotəmir emalatxanasından hadisənin görüntülərini əksə etdirən 01 ədəd disk götürülərək protokola əlavə edilmişdir (i.v. 9-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 15:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 32-33); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 17:00 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 52-53); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 65-66); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir (i.v. 80); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 82-83); CD diskə baxış keçirilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirdikdə içərisində 02 ədəd A03.**********3010 və A04.**********4429 adlı videofayl vardır. 1) A03.**********3010 nömrəli videofayla baxış zamanı görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:38-də qara rəngli avtomaşın gələrək yolun sağ kənarında dayanır. Saat 17:39-da qara köynək, qara şalvar, başında idman papağı olan şəxs (Malik) həmin avtomaşına yaxınlaşaraq sol arxa oturacaqda əyləşir. Saat 17:39-da ağ köynək, qara şalvar, ağ ayaqqabı geyinən şəxs (Heydər) həmin avtomaşının arxa sağ qapısına yaxınlaşır, həmin vaxt arxa sol oturacaqda əyləşmiş şəxs (Malik) düşərək həmin oğlana yaxınlaşır və nəsə dedikdən sonra maşında olan digər şəxslər də düşərək onlara yaxınlaşır. Bundan sonra avtomaşına yaxınlaşmış şəxs (Heydər) mağazaya gedir, avtomaşının sağ və sol arxa hissəsində əyləşən şəxslər (Malik və Hüseyn) birlikdə sağa doğru yolun kənarı ilə hərəkət edirlər. Saat 17.40-da Heydər mağazadan çıxır və Malik və Hüseynin arxasınca gəlir. Həmin vaxt avtomaşını idarə edən şəxs (Əli) maşını sürərək gedir. Saat 17:41-də Əli də həmin istiqamətə piyada gəlir. Saat 17:42-də Heydər, Hüseyn, Malik və onların yanında olan şəxsin arxasınca qaçır, Heydər Malikin boğazından tutur, Malik onun əlindən çıxaraq qaçır, sonra Heydər Hüseyni tutur, hər ikisi bir birini baş nahiyəsindən yumruqla vurur sonra Hüseyn qaçır. Heydər yolun kənarından oturacağı götürərək onların arxasınca qaçır, sonra oturacağı yerə qoyub asta yerişlə mağazaya daxil olur. Onların arxasınca 10 nəfər şəxs də hərəkət edir. 17:58-də TTY avtomaşını hadisə yerinə gəlir. Saat 18:08-də TTY avtomaşını hadisə yerindən gedir. 2) A04.**********4429 nömrəli videofayla baxış zamanı görünür ki, saat 17:40-da avtomaşının sağ və sol arxa hissəsində əyləşən şəxslər (Malik və Hüseyn) birlikdə sağa doğru yolun kənarı ilə hərəkət edirlər. Sonra isə avtomaşında qabaq sağ oturacaqda əyləşən şəxs də onlara yaxınlaşır. Sonra isə sonra avtomaşına yaxınlaşmış şəxs (Heydər) də onların arxasınca gəlir. Saat 17:41-də avtomaşını idarə edən şəxs (Əli) də onların yanına gəlir. Saat 17:41-də Heydər Hüseyni başı ilə onun baş nahiyəsindən vurur. Hüseyn bir neçə addım arxaya doğru gedir. Heydər yenə onun üstünə gəlir və yumruqla vurduğu zaman Hüseyn də ona yumruqla zərbə vurur, həmin vaxt arxadan Hüseynə yaxınlaşan Malik əlində olan bıçaqla Heydərin baş nahiyəsinə bir neçə dəfə bıçaqla zərbə endirir. Heydər çevrilərək Malikə də yumruqla zərbə vurur. Heydər yerə yıxılır və Malik bıçaqla onun arxa nahiyəsinə bıçaqla vurur, Heydər qalxaraq yenidən Malik və Hüseynin üstünə gəlir. Həmin vaxt bıçaq Malikin əlindən yerə düşür. Sonra Malik yerdən bıçağını götürür və Hüseynlə birlikdə mağaza istiqamətinə doğru qaçır və Heydər də onların arxasınca qaçır. Baxış zamanı Təqsirləndirilən şəxs1 videogörüntüdə olan qara köynək, qara şalvarlı, başında idman papağı olan şəxsi göstərərək həmin şəxsin özü olduğunu, hadisə zamanı bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməsini təsdiq edir (i.v. 97); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.106); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 sentyabr 2023-cü il tarixdən hesablanmışdır (i.v. 113-118); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 132); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Xətai RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xx.xx.2020-ci ildə CPM-nin 40.3 və CM-nin 72.2-ci maddəsinə əsasən xitam verilmişdir (i.v. 133-134); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 04 sentyabr 2023-cü il tarixli, 1020 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol əlin cızığı müəyyən edilmişdir. Xəsarət iti uclu əşya (alət) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (i.v. 136-137); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 04 sentyabr 2023-cü il tarixli, 1021 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sol saidin kəsilmiş yarası və sol əlin arxa səthinin səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kənarlı əşya (alət) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (i.v. 138-139); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 04 sentyabr 2023-cü il tarixli, 1022 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə və sağ sağrı nahiyələrinin deşilmiş-kəsilmiş yaraları, sol bazunun aşağı 1/3-i və sağ əlin İV barmağı nahiyələrinin şişkinlik halında əzikləri, sağ bazu oynağı nahiyəsinin qançırı, sağ dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən, digər xəsarətlər isə bərk küt əşya(lar) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (i.v. 140-141); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-692/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay olmaqla, 03 ay müddətinə, yəni 03 dekabr 2023-cü il tarixədək uzadılmışdır (i.v. 153-157); Zərərçəkmiş şəxs Bakı şəhəri 36 saylı Notariat ofisində verdiyi **********308 saylı ərizəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə mübahisə edərkən xəsarət almışdır. Hazırda o, Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (i.v. 161); Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla tərəfindən Xətai Rayon Polis İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 221.2.1, 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatındadır (i.v. 164); sübutların qiymətləndirilməsi haqqında 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Şahid1 və Şahid2 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 1022 saylı rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 165-172); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 178-179); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 190-191); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-735/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, 03 ay 20 gün müddətinə, yəni 23 dekabr 2023-cü il tarixədək uzadılmışdır (i.v. 225-228); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş xəstənin tibbi kartasından 1288 nömrəli çıxarışdan və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 kalkulioz hidroureteronefroz grade-1 diaqnozu qoyulmuşdur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş maddi ziyanın ödənildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını, habelə Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini qeyd etmişdir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri ifadələrində özlərini qismən təqsirli bilərək göstərmişlər ki, Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı ona xəsarət yetirsələr də, həmin vaxt onların niyyətləri xuliqanlıq etmək olmamışdır. Lakin məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan olunmuş ittiham üzrə xuliqanlıq cinayəti törətməmələri barədə ifadələrinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl institutu kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onların bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 02 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxslərin, zərərçəkmiş şəxslərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd edir ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki,”... Orada onu bıçaqla vuran şəxs Təqsirləndirilən şəxs1 və digəri Təqsirləndirilən şəxs2 olmuşdur. Sonra orada onlarla söhbət edən zaman o, söyüş eşitmiş, tam dəqiq bilmir kim söymüşdür, bu səbəbdən o, qarşısında dayanmış şəxsi başı ilə vurmuşdur. Bundan sonra dava başlamış, Təqsirləndirilən şəxs1 onu bıçaqla vurandan sonra ona söyüş söymüşdür. Başı ilə o, Təqsirləndirilən şəxs2 vurmuşdur.” Lakin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən ünvan 5 ünvanında yerləşən Şöhrət marketdə satıcı kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində işlədiyi marketin qarşısında olan soyuducuya söykənib siqaret çəkdiyi zaman qara rəngli avtomaşın marketin qarşısında dayanmışdır. Həmin maşının arxa sağ oturacağında əyləşən saqqalı bir şəxs həmin vaxt ona aqressiv baxışlarla baxmağa başlamışdır. O da başını qaldırıb jestlə həmin şəxsə nə üçün baxdığını bildirmişdir. Həmin şəxs isə onu maşına tərəf əli ilə çağırmışdır. O avtomaşına yaxınlaşıb sözlə həmin şəxsdən nə baş verdiyini soruşmuşdur. Həmin vaxt saqqallı oğlan və maşında digər iki şəxs avtomaşından düşərək onunla mübahisə etməyə başlamış və söhbət zamanı biraz kənara çəkilərək söhbəti davam etdirməyi təklif etmişdirlər. O etiraz etməyib marketə daxil olub orada olan 2 müştərini marketdən çölə çıxardıqdan sonra həmin 3 nəfərin arxası ilə hərəkətə davam edib onlara çatmışdır. Həmin saqqallı oğlan ona bildirmişdir ki, ora onların ərazisidir və onun ailəsinin ünvanına nalayiq söyüş söymüşdür. Həmin vaxt arxadan onlardan biri onu təpiklə vurmuşdur.O da dərhal qarşısında olan həmin saqqallı oğlanı başı ilə üz nahiyəsindən vurmuşdur. Həmin zəjbədən həmin şəxs təxminən 5-6 addım qabağa gctmişdir.Ona qarşı işlətdiyi söyüşə görə əsəbələşərək yenə də həmin şəxsin üstünə getmişdir. Həmin vaxt arxadan bir nəfər əlindəki bıçaqla onun başından zərbə vurmuş, o zərbədən yerə yıxıldığı zaman həmin oğlan yenə də əlindəki bıçaqla ona doğru bir neçə dəfə başına zərbə vurmuş ayağa qalxdığı zaman isə bıçaqla arxasından bir dəfə zərbə vuraraq hamısı bir yerdə qaçmağa başlamışdır. O da həmin şəxslərin arxasınca qaçsa da, artıq bədəni ağrıdığından çata bilməmişdir. Onunla münaqişə edən şəxslə bir birilərinə baxdıqları zaman həmin şəxs onu yanma çağıraraq onunla aqressiv danışmış sonra onu kənara çəkdikdən sonra ünvanına nalayiq sözlər dediklərindən və ona təpiklə zərbə endirdikləri üçün o da həmin şəxslərlə dava etmişdir, həmin vaxt ona bıçaqla xəsarət yetirmişdirlər. Münaqişə etdiyi şəxslərlə onun əvvəl heç bir münasibəti olmayıb onlardan yalnız avtomaşının sürücüsü təxminən 2 dəfə onun işlədiyi marketdən alış veriş etmişdir. Digər şəxsləri ümumiyyətlə əvvəl görməmişdir. Hadisə nəticəsində bir neçə xəsarət almışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırda təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənildiyindən və onlar arasında barışıq əldə edildiyindən zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi üçün fərqli ifadə vermişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələr iş materiallarında olan sübutlarla uzlaşdığından onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi sübut kimi qiymətləndirilir. Belə ki, məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra, verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadələri arasındakı ziddiyyəti izah edə bilməmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi şahid ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “...o, çatanda artıq dava başlamışdır. Həmin mağazadan gələn şəxs əvvəlcə kəllə ilə Hüseynin başına zərbə vurmuş, zərbədən sonra ətrafa tanımadığı şəxslər toplaşmışlar və kütləvi davanın başladığını görüb ona da kiminsə xəsarət yetirə biləcəyindən ehtiyat edərək sürətlə həmin yerdən uzaqlaşmışdır.” Bu da bir daha təsdiq edir ki, hadisənin başlanmasına səbəb zərərçəkmiş şəxs deyil, təqsirləndirilən şəxslər olmuşdur. Bundan başqa, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin xuliqanlıq cinayəti kimi qiymətləndirilməsinin düzgün olmaması ilə bağlı dəlillərini aşağıda qeyd olunan normalarla təkzib edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilir ki, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarda göstərilmişdir ki, “xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Göründüyü kimi, həm təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, həmçinin Zərərçəkmiş şəxs və şahidlər Şahid1 və Şahid2 yuxarıda qeyd edilən ifadələri ilə bir daha təsdiq olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən «Şöhrət» marketin qarşısında baş vermiş hadisə heç bir səbəb olmadan, cüzi bəhanə ilə, yəni, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bir birinə baxmaları səbəbindən aralarında yaranmış narazılıq səbəbindən baş vermişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırki cinayət hadisəsi 02 sentyabr 2023-cü il tarixdə saat 17:40 radələrində ünvan 4 ünvanında yerləşən «Şöhrət» marketin qarşısında baş vermiş, təqsirləndirilən şəxslər ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək öz qanunsuz hərəkətləri ilə həmin vaxt oradan keçən, həmçinin orada olan digər vətəndaşların diqqətini cəlb etməklə xuliqanlıq hərəkətləri törətmişdirlər ki, bu hal həm təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq göstərmişdir ki, bıçağı avtomobildən götürmüş, həmin bıçağı hadisə baş verməmişdən əvvəl götürmüşdür. Bıçağı üzərində götürməyinin səbəbi Zərərçəkmiş şəxs özünü müdafiə etmək və onun üzərində bıçaq olmasının şübhə etməyi olmuşdur. Bıçağı avtomobildən düşəndən sonra götürmüşdür. Həmin bıçağın kimin olmasını bilmir. Avtomobildə oturanda oturacaqda üzərində həmin bıçağı görmüşdür. Zərərçəkmiş şəxs bıçaq ilə vurandan sonra bıçağı atmışdır. İçkili vəziyyətdə olmamışdır, hadisəyə heçkim müdaxilə etməmişdir. Ətrafda küçədə heçkim olmamışdır, ancaq kənarda dayanacaqda bir-iki nəfər olmuşdur. Həmçinin, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Dava 3-4 dəqiqə davam etmişdir, bundan sonra onları ayırmışlar. Orada olan şəxslər onları ayırmışlar, yaxındaki avto yumada işləyən adamlar, yanlarında olan taksi sürücələri. Bundan sonra dava etdiyi şəxslər qaçmışlar. Həmin zaman onu artıq bıçaq ilə başından və əlindən vurmuşlar. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, “...Hadisə yolun kənarında baş vermişdir. Ətrafda gedib gələn adamlar olmuşdur. Dava başlayanda səs-küy olmuş və onları ayırmışlar. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “...O, çatanda artıq dava başlamışdı. Həmin mağazadan gələn şəxs əvvəlcə kəllə ilə Hüseynin başına zərbə vurmuş, zərbədən sonra ətrafa tanımadığı şəxslər toplaşmışlar və kütləvi davanın başladığını görüb ona da kiminsə xəsarət yetirə biləcəyindən ehtiyat edərək sürətlə həmin yerdən uzaqlaşmışdır. Ona görə də sonra baş verənləri görməmiş və həyəcanlı vəziyyətdə tək gedərək avtomaşınına əyləşib yaşadığı ünvana yollanmışdır...” Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “.. Qəflətən həmin oğlan Hüseynə kəllə ilə üzündən bir dəfə zərbə vurmuş, zərbədən sonra ətrafa tanımadığı şəxslər toplaşmışdır...” . Eyni zamanda, məhkəmə ittiham tərəfinin sübut kimi istinad etdiyi hadisənin videogörüntüsünün əks olunduğu diskə və CD diskə baxış protokoluna münasibətdə qeyd edir ki, məhkəmə istintaqı zamanı iş materiallarında olan diskə baxış keçirilmiş, diskdə hər hansı görüntü müəyyən edilməmişdir. Məhkəmənin müraciətinə cavab olaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-xx-xx/23091 saylı məktubunda göstərilmişdir ki, cinayət işinə əlavə edilmiş və tərəfinizdən istintaq orqanına göndərilmiş DVD-R markalı diskin bərpa edilməsi mümkün olmamış və həmin videogörüntülər uzun müddət keçməsi səbəbindən arxivdə saxlanılmadığından yeni diskə əlavə edilərək Sizə göndərilməsi mümkün deyildir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatət verərək maddi sübut kimi tanınmış diskin və CD diskə baxış protokolunun sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti və vəsatətlə bağlı proses iştirakçılarının fikirlərini müzakirə edərək hesab edir ki, vəsatət təmin edilməli, maddi sübut kimi tanınmış disk və diskə baxış protokolu ittiham tərəfinin təqdim etdiyi sübutlar siyahısından çıxarılmalıdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzalarını çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12, 59.1.13), əməlini qismən etiraf etməsini, gənc olmasını CM-59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12, 59.1.13), əməlini qismən etiraf etməsini, gənc olmasını CM-59.2-ci maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-60), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 03 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 03 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:30-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” formatlı diskin sübutlar siyahısından çıxarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 03 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 03 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 00:30-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 01 ədəd “CD-R” formatlı diskin sübutlar siyahısından çıxarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar