Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-70/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixində Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu ödənilməmiş, orta təhsilli, 62 saylı marşurt avtobusunun sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus 62 nömrəli marşurut üzrə idarə etdiyi "Daevoo" markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili 31 may 2024-cü il tarixdə saat 07:40-da ünvan 2 ünvanın qarşısındakı sonuncu dayanacaqda park edərkən dayanacağa aid olmayan yolun kənarında park edilmiş "Kia Ceratto" markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sərt şəkildə nalayiq ifadələr işlətməklə iradını bildirərkən ictimai qaydanı kobud surətdə pozan. cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə ictimai qaydalara laqeyd münasibət bəsləməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub bu cüzi səbəbi bəhanə edərək aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ əlin İİİ daraq sümüyünün yerdəyişmiş sınığı, sol almacıq, hər iki bazu, sağ said, qarın nahiyələrinin qançırları. boyun və qarın nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayanm bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan xəsarətlər yetirərək qəsdən sağlamlığına az ağır zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır və təxminən 12 ildir ki, 62 saylı marşurut avtobusunun sürücüsü işləyir. 31 may 2024-cü il tarixdə saat 07:40 radələrində idarə etdiyi "DAEVOO" markah ** TH *** dövlət qeydiyyat nişanlı 62 saylı marşurut avtobusu ilə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 62 saylı marşurut avtobusunun sonuncu dayanacağına gələrək avtobusu dayanacaqda saxlayan zaman görmüşdür ki, ağ rəngli "Kia Ceratto" markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili danacağın qarşısında saxlamış və avtomobildən düşən zaman həmin sürücüyə sonradan bildiyi Zərərçəkmiş şəxs bildirmişdir ki, idarə etdiyi avtomobili irəlidə saxlasın ki, danacaqdan çıxa bilsin. Bundan sonra Tural aqresiv şəkildə avtobusun qabaq qapısına yaxınlaşıb ona demişdir ki, "avtomobilimi çəkmirəm, sən avtobusu arxaya ver çıx". Bundan sonra Tural şirniyyat mağazasına daxil olmuş və bir dəqiqə keçəndən sonra mağazadan çıxıb uşağını avtomobilinə otuzdurub yenidən avtobusun qabaq qapısına yaxınlaşıb ona demişdir ki, avtomobilini qabağa vermiyəcək, "sən avtobusu arxaya ver. Bundan sonra Tural avtobusun içərisinə minərək onunla söz mübahisəsi edən zaman o, avtobusdan yerə düşmüş və Tural ilə yerdə söz mübahisəsi edəndə ətrafda olan şəxslər yaxınlaşıb onları ayırmışlar. Bu zaman Tural qəflətən yumruqla onun gözündən bir dəfə vurmuş, zərbədən o. hüşunu itirmiş, sonra Tural onun boynundan tutub əymişdir. Daha sonra isə hadisə yerində olan sərnişinlər və digər şəxslər onları ayırmışlar. Bundan sonra o, xəstəxanaya getmiş və xəstəxanada həkimlər ona tibbi yardım göstərib buraxmışlar. Daha sonra isə Xətai RPİ-nin 35-ci PB-nə gedərək baş vermiş hadisə ilə əlaqədar rəsmi ərizə ilə müraciət etmişdir. İlkin zərbəni Turala o vurmuş, lakin heç bir söyüş söyməmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31 may 2024-cü il tarixdə saat 07:40 radələrində idarə etdiyi "Kia Ceratto" markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə azyaşlı övladı X3 məktəbə aparırmış. Həmin vaxt arvadı X6 da maşında olmuşdur. O şirniyyat almaq məqsədi ilə Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 62 saylı marşurut avtobusunun sonuncu dayanacağının sağ tərəfində yerləşən şirniyyat mağazasının qarşısında idarə etdiyi avtomobili saxlayıb şirniyyat mağazasına daxil olmaq istəyəndə 62 saylı marşurut avtobusunun sürücüsü adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi marşurut avtobusunu onun avtomobilinin arxasında saxlayaraq ona avtomobilini irəlidə saxlamağını bildirmiş, o isə Samirə demişdir ki, idarə etdiyi avtomobili dayanacağın qarşısında saxlamamış, avtomobili dayanacaqdan aralıda saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs aqresiv şəkildə ona iradını bildirmişdir. O isə marşurut avtobusunun qabaq qapısına yaxınlaşıb Samirə öz iradını bildirərək nə üçün avtobusda olan sərnişinlərin yanında onunla aqresiv danışmasını soruşmuş, bu zaman Samir oturduğu oturacaqdan qalxıb təhlükəsizlik kəmərini çıxaran zaman o, eynəyini özünə məxsus avtomobilin qabaq sağ oturacağına qoyub yenidən marşurut avtobusunun qabaq qapısından avtobusun içərisinə qalxmış həmin vaxt avtobusda olan sərnişinlərdən biri onun qarşısına keçərək bildirmişdir ki, "aşağı düşmə", o, da iradını bildirmişdir ki, "sən ictimai nəqliyyat vasitəsini idarə edirsən, özünü düzgün apar və avtobusda ana bacı var. N üçün onların yanında nalayiq ifadələr işlədirsən". Samir isə ona demişdir ki, avtobusdan düş çöldə səni başa salacam. O avtobusdan düşən kimi dayanacağın qarşısında Samirlə əlbəyaxa olmuş, həmin vaxt Samir yumruqla onun üz nahiyəsindən və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, o da özünü müdafiə edərək Samirin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bu zaman avtobusun içərisində olan və avtobus dayanacağında olan sərnişinlər araya keçərək onları ayırmışlar. O da şirniyyat mağazasından şirniyyat alıb uşağını məktəbə düşürdüb yaşadığı evə getmişdir. 04 iyun 2024-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona məlum olmuşdur ki. Təqsirləndirilən şəxs onunla mübahisə edəndən sonra 35-ci PB-nə gedərək şikayət etmişdir. Bundan sonra o, da baş vermiş hasdisə ilə əlaqədar izahat yazmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, hadisə zamanı o. avtobusun içərisinə minmişdir ki, Samirə öz iradını bildirsin və Samir avtobusun içərisində onunla yalnız söz mübahisəsi etməmiş, avtobusdan düşəndən sonra isə ilk öncə Samir onun bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurandan sonra o, özünü müdafiə edərək Samiri bir dəfə yumruqla vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla bir xətdə sürücü işləyir və onların normal münasibəti var. 31 may 2024-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 62 saylı marşurut avtobbusunun sonuncu dayanacağında idarə etdiyi "Daevvo" markalı ** TH *** dövlət qeydiyyat nişanlı 62 saylı marşurut avtobusu ilə dayanacağa daxil olmaq istəyirmiş, ondan irəlidə isə Təqsirləndirilən şəxs idarə etdiyi marşurut avtobusu ilə dayanacağa daxil olurmuş. Həmin vaxt o, gözləmişdir ki. Samir sərnişinləri yığıb dayanacaqdan çıxandan sonra o, dayanacağa daxil olmalıymış. Həmin vaxt Samirə zəng vurub nə qədər vaxtı qaldığını soruşmuş, lakin Samirdən qabaq ağ rəngli Kia markalı avtomobilin sürücüsü dayanacağın qarşısında saxlayıb mağazaya daxil olmaq istəyəndə Samir ona demişdir ki, avtomobilini irəli də saxlasın ki, o, dayanacaqdan çıxa bilsin. Bu zaman həmin şəxslə Samirin arasında söz mübahisəsi yaranmış və həmin şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs eynəyini idarə etdiyi maşına qoyub yenidən avtobusa tərəf qayıdan zaman o, idarə eytdiyi avtobusdan düşüb onlara yaxınlaşmış, həmin vaxt Tural Samirin idarə etdiyi marşurut avtobusuna minib Samirlə mübahisə edən zaman o, Turalın arxası ilə avtobusa minib Turalı avtobusdan yerə düşürtmüşdür. Bu zaman onun arxası ilə Samir avtobusdan düşmüş və onaların arasında münaqişə baş vermişdir. Dava zamanı ilk öncə Samir bir neçə yumruq zərbələri ilə Turalı vurmuş, sonra isə Tural Samirin başından tutub əymiş və yumruqla Samirin göz nahiyəsindən vurmuşdur. Bundan sonra o, dayanacaqda olan şəxslərlə birlikdə onların arasına keçib onları ayırmışlar. Daha sonra isə ona məlum olmuşdur ki, baş vermiş mübahisədən sonra Samir Xətai RPİ-nin 35-ci PBnə gedərək ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 iyul 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müraciətləri əsasında Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində toplanmış material üzrə faktal bağlı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır.(i.v 1-2) Təqsirləndirilən şəxs tərəfindən 35-ci PB-nə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 3) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət edərək həmin tarixdə idarə etdiyi 62 saylı marşurut avtobusunun sonuncu dayanacağında tanımadığı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Baxış keçirilən ünvan ünvan 3nın qarşısındakı asfalt örtüklü avtomobil yoludur, avtomobil yolunun Şıxlınski küçəsi istiqamətində yolun hərəkət hissəsinin sol tərəfinin qarşısındakı ərazidir. Həmin yerin qarşısında "Panorama" restoranı, dönər köşkü və şirniya mağazası yerləşir. Baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs "Panorama" restoranının giriş qapısının qarşısında əvvəl avtobusun içərisində sonra isə danacağın qarşısında tanımadığı şəxs tərəfindən döyülməsini bildirmişdir. Hadisə yerinin görüntüləri "İphone X" markalı mobil telefon vasitəsi ilə foşəkillər çəkilərək protoklola əlavə edilmişdir.(i.8-10) 02 iyun 2024-cü il tarixli videokameraların qeydə aldığı görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinin yaxınlığında yerləşən "Spar" marketə məxsus olan müşahidə kamerasının qeyd aldığı görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 31 may 2024-cü il tarixdə saat 07:45:30-da ağ rəngli "Kia Cerato" markalı avtomobil yolun hərəkət hissəsinin G.Şıxlinski küçəsi istiqamətində, sağ tərəfində, səkiyə yaxın məsafədə, şirniyyat mağazasının qarşısında park etmiş, avtomobilin arxa sağ qapısı açılsa da həmin yerdən heçkim düşməmiş, sonra avtomobildən əynində yaşıl rəngli şalvar, qara rəngli qısaqol könək, gözündə qara rəngli eynək olan sürücü düşmüş, 07:45:43-də ağ rəngli, 62 saylı marşrut avtobusu sonuncu dayanacaqdan dönmə əməliyyatı edərək "Kia Cerato" markalı avtomolin arxa tərəfində onunla eyni istiqamətdə dayanmış, yaxınlıqda gözləyən sərnişinlər avtobusa minmiş, bir qədər sonra Kia markalı avtomobilin sürücüsü avtobusun giriş qapısına yaxınlaşmış, minmədən sürücü ilə mübahisə etməyə başlamış, bir neçə dəqiqədən sonra həmin şəxs eynəyini çıxarıb. avtobusa geri dönərək avtobusa qalxmış, sonra sərnişin tərəfindən yerə endirilmiş, daha sonra avtobusdan bir nəfər şəxs enərək yerdə hər ikisi bir birinə qarşılıqlı zərbələr vurmağa başlamış, iki nəfər şəxs qara köynəkli şəxsi uzaqlaşdırmağa çalışsa da həmin şəxs yenidən avtobusa yaxınlaşmağa çalışmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüləri diqqətlə izləyib videogörüntülərdə qeydə alınmış hadisə zamanı avtobusu idarə edən şəxsin özünün olmasını təsdiq etmişdir. Bundan başqa baxış zamanı iş üçün əhəmiyyətli olan digər hər hansı bir hal aşkar olunmamışdır.(i.v 11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» birliyi X15 Xətai rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 601 №-li rəydən görünür ki, Təqsirləndirilən şəxs sol gözətrafı nahiyənin dərialtı hematoması, sol göz almasının kontuziyası və qansızma müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir(.i.v 17-18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X15 Xətai rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 602 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin İİİ daraq sümüyünün yerdəyişmiş sınığı, sol almacıq, hər iki bazu, sağ said, qarın nahiyələrinin qançırları, boyun və qarın nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin İİİ daraq sümüyünün yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir, digər xəsarətlər isə sağlamlığa zərərvurmaya xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur.(i.v 19-21) 30 iyul 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 30-31) xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində, saat 13:00-da tutulmuşdur.(i.v 47) 02 avqust 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq Asəf Məmmədovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs saxlandığı Xətai MSY-dən dərhal azad edilməsi qərara alınmışdır.(i.v 91-92) 02 avqust 2024-cü il tarixli qətimkan tədbirnin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 93-94) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və Sabunçu rayon Məhkəməsinin hakimi X1 xx.xx.2019-cu il tarixli, 1(008)- 74/2019 №-li hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququqndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad olunmuş, xx.xx.2023-cü il tarixdə əlavə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır.(i.v 104-111) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»-in Publik Hüquqi şəxsdən alınmış xx.xx.2024-cü il tarixli 2422 №-li rəydən görünür ki, cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v129-131) 12749453 və 12749477 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı, yəni xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 olmasıdır(i.v 145-146) 08 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.1-ci maddələrinə tövsüf edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə yenidən ittiham edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, X2 əməlində əri Zərərçəkmiş şəxs barədə ifadə verməkdən imtina etməsinə görə Azərbaycan Respublikası CM-nin 298 və 307-ci maddələrinin əlamətləri olmadığından həmin hissə üzrə cinayət təqibi rədd edilsin və material ayrılaraq Xətai rayon prokurorluğuna göndərilməsi, "Spar" marketə məxsus olan müşahidə kamerasından götürülmüş 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv aparılması məqsədi ilə X7 əməlində cinayət əlamətlərinin olduğunu nəzərə alaraq icraatımda olan ********* nömrəli cinayət işinin matertiallarından Tural Hüseynovun barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ilə başqa cinayət işi ayrılmaqla, həmin cinayət işi üzrə istintaq davam etdirilməklə onun cinayət məsuliyyətinə cəlb olunması təmin edilsin və ayrılacaq cinayət işindən zəruri sənədlər ayrılaraq yeni cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu. N.Tusi küçəsində yerləşən 62 saylı marşurut avtobusunun sonuncu dayanacağında baş vermiş mübahisə zamanı X8 vuraraq xəsarət yetirmədiyini özünün müdafiəsi üçün dəlil gətirmiş, lakin onun göstərdiyi xüsusat vəsatət kimi qəbul edilib rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun təqsirləndirilən şəxs qismində dindirilmə protokolu, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, maddi sübut. Azərbaycan Respublikası SN-nin «MTE və PA» ETT birliyinin Xətai rayon şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 601 və 602 №-li rəyləri, hadisə yerinə baxış protokolu, fotoşəkillər, üzləşmə istintaq hərəkəti ilə tam sübuta yetirildiyindən və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs əvvəlki cəzası resediv kimi qiymətləndirilməməsi qərara alınmışdır.(i.v147-157) 08 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ititham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə yenidən itiham elan edilməsi qərara alınmışdır.(i.v 164) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.4-cü maddəsinə əsasən qəti olaraq 800 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında hadisənin baş verməsini əks etdirən DVD diskə baxış keçirilmiş, videogörüntüyə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 127.2.3-cü maddəsinə görə Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması(CM59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş əlavə cəzasını çəkib qurtardığı xx.xx.2023-cü il tarixindən 02 il müddət keçmədən yenidən cinayət törətdiyindən o məhkumluğu ödənilməmiş şəxs hesab edilməli, lakin əvvəlki cəzası ehtiyatsızlıqdan törədilən cinayət əməlinə görə verildiyindən onun əməlində cinayətin residivinin olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan, həmin məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən onun tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə olunmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin məcəllənin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02(iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün müddət ona təyin edilmiş 02(iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02(iki) il 05(beş)ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnın cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-70/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-70/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver