Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-71/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X8, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Köryədi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən X1 Azərbaycan Respublikası CM-in 178.2.1-ci və 178.2.2-ci maddələri ilə, xx xxxx 1997-ci il tarixdə Kürdəmir rayonuda andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Yardımlı rayonu, Köryərdi kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində başqa cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs2 İsrail qızı ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək sonuncunun tibb bacısı vəzifəsində çalışdığı “X11” MMC-nin müdiri Zərərçəkmiş şəxs ilə arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olaraq özünün X6 əməkdaşı olması və yüksək vəzifədə işləyən, dövlət orqanların fəaliyyətinə təsir göstərmək səlahiyyətinə malik olan “Səccəd” adlı atasının olması barədə yalan məlumatlar verərək ona məxsus klinikaya Səhiyə Nazirliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində Zərərçəkmiş şəxs yazılmalı olan 10.000 manat cərimənin 6.000 manata endirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2021 -ci ilin iyun ayının ortalarında ünvan 4 ünvanında yerləşən “X11”nın binasında Zərərçəkmiş şəxs 500 manat pulu və həmin cərimənin ləğv edilməsinə və bir müddət sonra 6.000 manat təzminat almasına atası vasitəsi ilə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2021-ci ilin dekabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən “X12”nın binasında Zərərçəkmiş şəxs 4.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 4.500 (dörd min beş yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkararən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs2 İsrail qızı ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək sonuncunun tibb bacısı vəzifəsində çalışdığı “X11” MMC-nin müdiri Zərərçəkmiş şəxs ilə arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olaraq özünün X6 əməkdaşı olması və yüksək vəzifədə işləyən, dövlət orqanların fəaliyyətinə təsir göstərmək səlahiyyətinə malik olan “Səccəd” adlı atasının olması barədə yalan məlumatlar verərək “Səccəd” adlı şəxsə 1.700 manat pulu çatdırmağa dair yalan vəd verib aldadaraq arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2022ci ilin fevral ayının sonlarında ünvan 4 ünvanında yerləşən “X12”nın binasında Zərərçəkmiş şəxs 1.700 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 1.700 (bir min yeddi yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə özünün tibb bacısı vəzifəsində çalışdığı “X11” MMC-nin müdiri Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs1 X6 əməkdaşı olması və yüksək vəzifədə işləyən, dövlət orqanların fəaliyyətinə təsir göstərmək səlahiyyətinə malik olan “Səccəd” adlı qayınatasının olması barədə yalan məlumatlar verərək Zərərçəkmiş şəxs məxsus klinikaya Səhiyyə Nazirliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində yazılmalı olan 10.000 manat cərimənin 6.000 manata endirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin iyun ayının ortalarında ünvan 5 ünvanında yerləşən “X12”nın binasında Zərərçəkmiş şəxs 500 manat pulu və həmin cərimənin ləğv edilməsinə və bir müddət sonra 6.000 manat təzminat almasına qayınatası vasitəsi ilə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin dekabr ayının sonlarında ünvan 5 ünvanında yerləşən “X11”-nın binasında Zərərçəkmiş şəxs 4.000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 4.500 (dörd min beş yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair əldə edilmiş razılığa görə özünün tibb bacısı vəzifəsində çalışdığı “X11” MMC-nin müdiri Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs1 X6 əməkdaşı olması və yüksək vəzifədə işləyən, dövlət orqanların fəaliyyətinə təsir göstərmək səlahiyyətinə malik olan “Səccəd” adlı qaynatasınm olması barədə yalan məlumatlar verərək ona 1.700 manat pulu çatdırmağa dair yalan vəd verib aldadaraq 2022-ci ilin fevral ayının sonlarında ünvan 4 ünvanında yerləşən “X11” binasında Zərərçəkmiş şəxs 1.700 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 1.700 (min yeddi yüz) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun özü də aldadılmışdır. O, Zərərçəkmiş şəxsla münasibətlərinin bu qədər pisləşməsini heç vaxt istəməmişdir. Zərərçəkmiş şəxs ilə artıq bir-birilərin tanıyırdılar və telefonla danışırdılar. Tanışları ona Rüzgar deyərək müraciət etdiyindən o, Səfərə özünü Rüzgar kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, onun işlətdiyi klinikaya Səhiyyə Nazirliyindən yoxlama gəlməlidir və ondan xahiş etmişdir ki, o, Səccədə, yəni Elxana bu barədə bildirsin. Özü və Əzizə hamıya demişdi ki, Səccəd, yəni Elxan onun atasıdır, Əzizənin isə qaynatasıdır. O, Səfərə bildirmişdir ki, o, Səccəd, yəni Elxan ilə bu haqda danışacaq. Bir neçə dəqiqədən sonra ona Əzizə zəng edərək eyni məsələ ilə bağlı müraciət etmişdir və o, Əzizəyə bildirmişdir ki, artıq bu məsələ ilə bağlı Səfər ilə danışıb. O, Elxana zəng edərək məsələ ilə bağlı məlumat vermişdir və Elxan ona demişdir ki, heç bir problem yoxdur, həmin yoxlama gəldikdə ona məlumat versinlər. O, Əzizəyə izah etmişdir ki, yoxlama gələn kimi Əzizə ona bu haqda desin. Bir neçə gün keçdikdən sonra Əzizə ona zəng edərək bildirmişdir ki, onun işlədiyi klinikaya yoxlama gəlib və o, təcili olaraq Elxana zəng edib bu haqda danışmışdır. O bildirmişdir ki, həmin məsələni həll edib, yoxlama müəyyən nöqsanlara göz yumacaq. O, buna görə Elxana 500 manat pul verməli olacaq. Əzizə ona bildirmişdir ki, həmin yoxlama Zərərçəkmiş şəxs 10.000 manat cərimə yazmalı idi, lakin 6.000 manat cərimə yazılıb və ona 500 manat pulu verərək bildirmişdir ki, həmin pulu Zərərçəkmiş şəxs vermişdir ki, həmin pul Elxana verilsin. O, Elxan ilə danışaraq onunla parkda görüşmüş və ona həmin 500 manat pulu vermişdir və həmin vaxtı Elxan ona bildirmişdir ki, həmin cəriməni silinməsində gələcəkdə köməklik göstərəcək. Daha sonra Elxanla tanışlığı barədə məlumat verərkən o, ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu qəsəbəsindən evə gedən zaman Lökbatan qəsəbəsində yolun kənarında qara rəngli cip modelli avtomaşının yolun kənarında nasaz vəziyyətdə dayandığını görüb həmin avtomaşına yaxınlaşaraq bir nəfər şəxsin həmin avtomaşını təmir etməyə cəhd etdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq köməyə ehtiyac olub-olmadığını soruşmuşdur. Həmin şəxs isə ona bildirmişdir ki, həmin nəqliyyat vasitəsi işə düşmür. Həmin avtomaşından bir nəfər orta yaşlı şəxs düşərək ona yaxınlaşmış və bildirmişdi ki, şəhər istiqamətinə gedirsə onu da özü ilə aparsın. Özü həmin şəxsə Xətai rayonu ərazisində yerləşən “Nargilə” kafesi adlanan yerə getdiyini bildirmişdir. Həmin şəxs təxminən 55-60 yaşlı, qara rəngli qısa saç düzümlü, orta bədən quruluşlu, hündürboylu baxımlı, səliqəli paltarda idi. Onlar yol ilə hərəkət edən zaman aralarında səmimi münasibət yaranmışdı onlar söhbət etmişlər, həmin şəxs özünü Elxan kimi təqdim etmişdi və bildirmişdi ki, özü dövlət məmurudur. Elxan avtomaşından düşən zaman onun telefon nömrəsin götürmüş və bildirmişdir ki, ona “whatsapp” tətbiqi vasitəsi ilə yazacaq və özü də ona nəsə problemi olsa müraciət edə bilər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, özü heç yerdə işləmir. Ailəlidir. 30 aprel 2021-ci il tarixdə özü X3 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan sonra Əzizə onun soyadını götürərək Baloğlanlı olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ilin may ayının ortaları olardı, özünə məxsus “Mersedes C klass” markalı, **-HB- *** dövlət nömrə nişanlı avtomaşın ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən həmin vaxtı yaşadığı ünvan 6 ünvanında yerləşən mənzilinə gedən zamanı Lökbatan qəsəbəsində yolun kənarında qara rəngli “Lexus” markalı jip modelli avtomaşının yolun kənarında nasaz vəziyyətdə dayandığını görüb həmin avtomaşın istiqamətində hərəkət etmiş və həmin avtomaşının mühərrik xanasının açıq olmasını və bir nəfər şəxsin həmin avtomaşını təmir etməyə cəhd etdiyini görmüş və həmin şəxsə yaxınlaşaraq nəyin baş verdiyini soruşmuşdur. Həmin cavan oğlan ona bildirmişdi ki, avtomaşın xarab olub. Özü avtomaşının mühərrikin işə salmağa cəhd etmişdi, lakin buna nail olmadıqda həmin şəxsə bildirmişdi ki, həmin avtomaşın təmir emalatxanasına getməlidir. Bu zaman həmin avtomaşından bir nəfər orta yaşlı şəxs düşərək ona yaxınlaşmış və bildirmişdi ki, şəhər istiqamətinə gedirsə onu da özü ilə aparsın. Özü həmin şəxsi Bakı şəhəri, Xətai rayonu, Nargilə kafesi istiqamətində getdiyini bildirdikdə, həmin şəxs ona razılıq verərək onun avtomaşınına əyləşmiş və onlarla bir yerdə şəhər istiqamətinə hərəkətə başlamışlar. Həmin şəxs təxminən 55-60 yaşlı, qara rəngli qısa saç düzümlü, orta bədən quruluşlu, hündürboylu baxımlı, səliqəli paltarda idi. Onlar yol ilə hərəkət edən zaman aralarında səmimi münasibət yaranmışdı onlar söhbət etmişlər, həmin şəxs özünü Elxan kimi təqdim etmişdi və bildirmişdi ki, özü dövlət məmurudur. Həmin şəxsin xarici görünüşünü və düşdüyü avtomaşını gördüyündən həmin şəxsin dövlət məmuru olması və maddi cəhətdən imkanlı olması onda şübhə doğurmamışdır. Elxan ona konkret harada işləməsini bildirməmişdir. Elxan adlı şəxs ondan harada işlədiyini soruşmuş və özü ona bildirmişdir ki, o, Böyük Britaniya səfırliyində servis xidmətində fəhlə vəzifəsində çalışır. Söhbət əsnasında Elxan ondan ailə vəziyyəti haqqında soruşmuş və ailə üzvlərinin harada işləməsini maraqlanmışdır, özü də ona bildirmişdir ki, onun yoldaşı diş klinikasında tibb bacısı vəzifəsində çalışır, o isə ona cavab olaraq bildirmişdir ki, onun bir qızı var o, İsraildə səhiyyə üzrə təhsil alır və əlavə olaraq ona bildirmişdir ki, tez bir zamanda qızı təhsilin bitirib Bakiya döndükdə o, tibbi klinika açacaq və ona da təklif etmişdir ki, onun yoldaşı qızı ilə birlikdə işləsin. Özü Elxana bildirmişdir ki, onun qızı Bakı şəhərinə döndükdə bu barədə əlavə söhbət edəcəklər. Özü həmin şəxs ilə ümumi mövzular əsasında söhbət edərək Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsinə çatdıqda onun harada yaşamasını soruşmuş və onu hara aparacağı ilə maraqlanmışdır, lakin Elxan, ona avtomaşını saxlamağı tələb etmiş və “Nargilə” kafesinin yanında avtomaşından düşmüş və bildirmişdir ki, onu oradan gəlib götürəcəklər. Elxan avtomaşından düşən zaman onun telefon nömrəsin götürmüş və bildirmişdir ki, ona “whatsapp” tətbiqi vasitəsi ilə yazacaq və özü ona nəsə problemi olsa müraciət edə bilər. Sonra cibindən pul çıxararaq ona 100 manat pul vermişdi. Özü Elxana taksi sürücüsü olmadığını bildirmiş, lakin o, israrla həmin pulu ona vermiş və bildirmişki, o, yaşda ondan böyükdü və o onun verdiyi pulu götürməlidir. Özü oradan çıxıb yaşadığı evə getmişdi və baş vermiş hadisəni yoldaşı Əzizəyə danışmışdı. Əlavə olaraq qeyd etmişdir ki, o evə çatanda Elxan adlı şəxs ona +1(747)285-2478 nömrəli mobil telefonundan salam yazaraq Elxan olduğunu bildirmişdir. Özü həmin vaxtı fəhlə işlədiyindən və səhətində müəyyən problemlər olduğundan, yəni belində qrija olduğundan özü fiziki işlə məşqul ola bilmirdi, olduğu halda isə onun kəskin ağrıları olurdu. Növbəti gün evdə olan zaman onun belindən ağrılar tutduğundan o, işdə qala bilməmiş, icazə alaraq evə gəlmiş və müəyyən dərman vurduqdan sonra bu barədə yoldaşı Əzizə ilə danışmışdır. Əzizə ona bildirmişdir ki, o Elxan ilə danışsın və ola bilər ki, onun tanışlarına sürücü lazım olsun. Özü Əzizəyə razılığını vermiş və Elxanın qeyd etdiyi nömrəyə “whatsapp” vasitəsi ilə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Elxan ona razılıq vermiş və onlar axşam Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda görüşməyə danışmışlar. Təxminən 1 saat keçdikdən sonra özü, tək, özünə məxsus avtomaşın ilə qeyd olunan ünvana getmiş, orada Elxan ilə görüşüb onunla söhbət etmiş, ona vəziyyəti izah etmişdir və xahiş etmişdir ki, kiməsə sürücü lazım olsa ona bu barədə bildirsin. Elxan ona razılıq vermiş və Elxan ona məxsus şəxsiyyət vəsiqəsin şəkilini telefonla çəkmiş və onlar bir neçə dəqiqə söhbət edib oradan çıxıb getmişdir. Özü Elxanın ora hansı avtomaşın ilə gəldiyini görməmişdir. Təxminən 2-3 gün keçdidkən sonra Elxan ona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində onun bağ evi var və həmin evə müşahidə kameraları çəkilməlidir və bu işi ona təklif etmişdir. O, Elxana razılıq versə də həmin bağ evində internet xətti olmadığından Elxanın həmin görüntüyə kənardan baxa bilməyəcəyini bildirmiş, Elxan isə ona demişdir ki, bir neçə günə həmin bağa internet xətti çəkiləcək və xətt çəkildikdən sonra ona deyəcək. Təxminən 2 gün keçdikdən sonra Elxan yenə ona zəng edərək axşam radələrində görüşməyi təklif etmişdi. O, Elxan ilə axşam saat 19 radələrində Xətai rayonu, Neapol küçəsində yerləşən parkda görüşməyi danışmış və müəyyən olunmuş vaxtda özü həmin parka gedərək Elxan ilə görüşmüşdür. Söhbət zamanı Elxan ona bildirmişdi ki, özü ona işlə bağlı müraciət etmişdir və o, Daxili İşlər Nazirliyin yüksək vəzifəli əməkdaşı ilə söhbət etdiyi zaman onun barəsində həmin şəxsə bildirmiş və iş axtardığını demişdir. Həmin şəxs onun polis orqanlarına qəbul edilməsi ilə bağlı müəyyən göstəriş vermişdir. Bu işin müqabilində özü Elxana 10.000 manat pul verməli olduğunu bildirmişdi. Özü Elxana bildirmişdi ki, onun o qədər pulu yoxdur, lakin evə gedib bu barədə məsləhətləşə bilər. Daha sonra o oradan çıxıb yaşadığı evə gəlmiş və Əzizəyə bu haqda danışmış, lakin Əzizə buna tənqidi yanaşaraq həmin məsələnin mümkün olmadığı bildirmişdir. Bir neçə şəxsdən bu barədə maraqlanmışdır, lakin həmin şəxslər ona bu məsələnin mümkünsüz olduğunu bildirmişlər. Özü həmin günü Elxana zəng edərək bildirmişdir ki, o bir neçə nəfərdən həmin məsələ ilə bağlı marağlanmış və həmin şəxslər ona bu işin mümkünsüz olduğunu demişlər, Elxan isə ona demişdir ki, deyən səhv deyir, o həmin məsələni həll edə bilər. Təxminən 2 gün keçdikdən sonra 2021-ci ilin avqust ayı olardı o özünə məxsus avtomaşını 11500 manata satmış və həmin puldan 10.000 manat pulu ayırmış pulun qalan hissəsini isə evdə qoymuşdur. Özü həmin gün Elxana zəng edərək pulu düzəltdiyini bildirmişdir və ondan hansı sənədlərin lazım olduğunu soruşmuşdur, Elxan isə ona bir sıra sənədləri toplamağa tapşırmışdır. Növbəti gün özü Elxanın dediyi sənədləri toplayıb ona zəng etmişdir və onunla görüşməyə razılaşmışlar. Həmin gün 2021- ci ilin avqust ayının ortalarında özü saat 19 radələrində Elxan ilə Xətai rayonu, Neapol küçəsində yerləşən parkda görüşərək Elxana lazım olan sənədləri və 10.000 manat pulu sayıb vermişdir. Özü həmin pulu Elxana verən zaman yanlarında heç kim olmamışdır. Sonra Elxan ona bildirmişdi ki, bir neçə günə onun əmri çıxacaq və o, 3 ay müddətinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən polis məktəbində kurs keçəcək. Təxminən 10 gün keçdikdən o Elxan ilə yaşadığı evin qarşısında görüşmüş və Elxan ona 1 ədəd arxasında polis sözü və DİN-in gerbi həkk olunan qısaqol gödəkçəni və üzərində Daxili İşlər Nazirliyi yazısı olan vəsiqə qabını vermiş və demişdir ki, həmin əşyaları verirdilər və həmin əşyaları onun üçün götürüb qalan geyim əşyalarını isə bir neçə günə özü gətirəcək və ona maaş kartını da düzəltdirəcək. Həmin vaxtı özü yoldaşı Əzizənin işlədiyi “Gülüş Dental” klinikasının rəhbəri olan Zərərçəkmiş şəxs ilə artıq bir-birilərin tanıyırdı, onlar telefonla danışırdılar, lakin bir-birilərini görməmişdilər. Əlavə olaraq bildirmişdir ki, ona tanışları Rüzgar deyərək müraciət etdiyindən o, Səfərə özünü Rüzgar kimi təqdim etmişdir və yalandan bildirmişdir ki, o, polis əməkdaşıdır. 2021-ci ilin iyun ayının ortalarında, tarix dəqiq yadında deyil, Səfər ona zəng edərək bildirmişdir ki, onun işlətdiyi klinikaya Səhiyyə Nazirliyindən yoxlama gəlməlidir və ondan xahiş etmişdir ki, o Səccədə, yəni Elxana bu barədə bildirsin. Əlavə olaraq bildirmişdir ki, özü Elxanın hüquq sahəsində savadlı olmasını bilirdi və ona görə də Əzizənin işində kimin hüquq sahəsi ilə nəsə problemi olanda o, bu barədə Elxan ilə danışırdı və Elxan həmişə çıxış yolun göstərirdi. Özü və Əzizə hamıya demişdi ki, Səccəd, yəni Elxan onun atasıdır, Əzizənin isə qayınatasıdır. O, Səfərə bildirmişdir ki, o Səccəd, yəni Elxan ilə bu haqda danışacaq. Bir neçə dəqiqədən sonra ona Əzizə zəng edərək eyni məsələ ilə bağlı müraciət etmişdir və o, Əzizəyə bildirmişdir ki, artıq bu məsələ ilə bağlı Səfər ilə danışıb. Özü Elxana zəng edərək məsələ ilə bağlı məlumat vermişdir və Elxan ona demişdir ki, heç bir problem yoxdur, həmin yoxlama gəldikdə ona məlumat versinlər. Özü eyni qaydada Əzizəyə izah etmişdir ki, yoxlama gələn kimi Əzizə ona bu haqda desin. Bir neçə gün keçdikdən sonra yəni 2021-ci ilin iyun ayının ortalarında Əzizə ona zəng edərək bildirmişdir ki, onun işlədiyi klinikaya yoxlama gəlib və o təcili olaraq Elxana zəng edib bu haqda danışmışdır. Elxan ona bir neçə dəqiqədən sonra zəng edərək bildirmişdir ki, o həmin məsələni həll edib, yoxlama müəyyən nöqsanlara göz yumacaq, əlavə olaraq bildirmişdir ki, o buna görə Elxana 500 manat pul verməli olacaq. Həmin pulun kiməsə verəcəyi barədə ona heç nə deməmişdir. Özü eyni qaydada olaraq Əzizəyə zəng edərək bildirmişdir. Həmin gün axşam radələrində Əzizə yaşadığı evdə ona bildirmişdir ki, həmin yoxlama Zərərçəkmiş şəxs 10.000 manat cərimə yazmalı idi, lakin 6.000 manat cərimə yazılıb və ona 500 manat pulu verərək bildirmişdir ki, həmin pulu Zərərçəkmiş şəxs vermişdir, ki həmin pulu o Elxana versin. Özü Elxan ilə danışaraq onunla Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda görüşmüş və ona həmin 500 manat pulu vermişdir və həmin vaxtı Elxan ona bildirmişdir ki, həmin cəriməni silinməsində gələcəkdə köməklik göstərəcək. 2021-ci ilin dekabr ayının axırlarında onun yoldaşı Əzizə ona zəng edərək Elxanın mobil telefon nömrəsini ondan götürmüşdür və ona bildirmişdir ki, Səfər Elxan ilə cərimənin silinməsi üçün danışıqlar aparsın. Özü Elxanın nömrəsini Əzizəyə vermişdir. Bir neçə gündən sonra özü Elxan ilə danışan zaman Elxan ona bildirmişdir ki, o, Səfər ilə danışıb və cərimənin silinməsinə köməklik göstərəcək. Həmin gün axşam radələrində Əzizə yaşadığları evə gələrək ona 4.000 manat pul vermişdi ki, özü həmin pulu Elxana versin. Özü həmin gün axşam radələrində Əzizə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda Elxan ilə görüşmüş və o həmin 4.000 manat pulu Elxana vermişdir və Elxan bildirmişdir ki, tez bir zamanda Səfərin cərimə məsələsini həll edəcək. Daha sonra onlar yaşadığı evə qayıtmışdılar. Əlavə olaraq bildirmişdir ki, Səfər Elxanı onun vasitəsi ilə tanımışdır və o Səfərə demişdir ki, Elxan onun atasıdır, yoldaşı Əzizə isə onun Səfərə verdiyi yalan məlumatı təsdiqləmişdir, bundan başqa Səfər ondan harada işlədiyini soruşduqda o Səfərə yalandan bildirmişdir ki, o polis əməkdaşıdır və baş idarədə işləyir, Əzizə isə onun Səfərə verdiyi yalan məlumatı yenə də təsdiq etmişdir. Bir müddət keçdikdən sonra Səfər ona zəng edərək bildirmişdir ki, onun atası Səccəd, yəni Elxan məsələni həll etməyib və onun cəriməsi qüvvədə qalıb və ondan pulun tələb etmişdi. Özü isə Elxana bu barədə zəng edərək bildirmişdir. Elxan isə ona cavab olaraq bildirmişdir ki, bir neçə günə o Səfərin pulun geri qaytaracaq və cərimənin silinməsi ilə bağlı sənədləri təqdim edəcək. Özü bu barədə Səfərə bildirmişdir. Bir müdddət keçdikdən sonra Elxan ona bildirmişdi ki, onu müəyyən vəzifəyə təyin ediblər, lakin hansı vəzifəyə təyin edildiyini bildirməmiş, və ona görə başı qarışıqdır bir neçə vaxta Səfərin pulunu qaytaracaq. 2022-ci ilin fevral ayının axırlarında o Elxan ilə danışan zaman Elxan ona bildirmişdir ki, o, onunla görüşmək istəyir və əlavə olaraq bildirmişdir ki, o Səfərin pulunu qaytaracaq. Özü bu barədə Əzizəyə bildirmişdir və axşam yaşadığları evdə olan zaman Əzizə ona bildirmişdi ki, onda Səfərə məxsus, klinikanın icarə haqqının ödənilməsi üçün nəzərədə tutulmuş 1.700 manat pul var və o, artıq həmin işdə işləmək istəmədiyini və Səfər ilə münasibətləri korlandığını deyərək Elxan ilə Səfər görüşəcəyi halda ona 1.700 manat pulu vermişdi ki, o həmin pulu Elxana versin ki, Elxan Səfərə qaytardığı 4000 manat pulu onun üstünə qoyaraq ona 5.700 manat pul versin. Özü Əzizəyə razılığını vermişdi və Əzizə ona 1.700 manat pul vermişdi. Özü Elxan ilə həmin gün axşam radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda görüşərək Elxan ilə danışmışdı və Elxan ona demişdir ki, o, Səfər ilə görüşməyə gedir və bu barədə Səfər ilə danışıb. Özü Elxana 1.700 manat pulu vermişdir ki, o həmin pulu Səfərə versin, Elxan ona razılığın vermiş və həmin 1.700 manat pulu Elxana vermişdir və oradan çıxıb getmişdir. Bundan sonra Səfər ona mütəmmadi olaraq zəng edərək bildirirdi ki, Əzizə ondan götürdüyü pulları qaytarsın, özü isə ona demişdir ki, özü Əzizə ondan götürdüyü puların hamısını Elxan adlı şəxsə vermiş, özü ona Elxanın yalandan onun atası olmasını bildirsə də Elxan onun atası deyil, və özü ona deməmişdir ki, o Elxana pul versin. Əlavə olaraq bildirmişdir ki, özü Elxan adlı şəxslə heç vaxt mobil telefon vasitəsi ilə danışmamış, onunla ancaq “whatsapp” tətbiqində əlaqə saxlamış, Elxanın anket məlumatlarını, habelə onun ad, soyadını bilməmiş, onun hansı avtomaşınla gəldiyini görməmişdir. Bundan başqa özü Zərərçəkmiş şəxs Elxanın adını Səccəd kimi bildirmişdir çünki Elxan ona bildirmişdir ki, onun adını Səccəd kimi bildirim, özü Əzizə ilə danışıq zamanı Elxan adlı şəxsə Baba deyərək müraciət edirdilər, ona görə də özü Əzizə ilə öz aralarında danışanda ona çox vaxt Baba deyirdilər. Qeyd olunan hadisələrlə bağlı Əzizənin heç bir xəbəri olmamışdır. O, yalandan Səfərə bildirmişdir ki, o polis əməkdaşıdır, çünki həmin vaxtı Elxan ona bildirmişdir ki, tez bir zamanda onun əmri çıxacaq və ona görə də o artıq özünü polis əməkdaşı kimi təqdim edirdi, Əzizə də onun yalanı üzə çıxmasın deyə Səfərə yalandan elə demişdir. Əzizə yalandan Səfərə bidlirmişdir ki, Elxan adlı şəxs onun atasıdır, çünki Elxan ona bildirmişdir ki, Əzizə hamıya Elxanı onun atası kimi təqdim etsin (Cild 1, i.v 102-107). Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Klinikada bütün işlərə özü nəzarət edirdi. Zərərçəkmiş şəxs onun yoldaşı Təqsirləndirilən şəxs1 tanıyırdı, çünki Kənan daima onu işə aparıb-gətirirdi. Həmçinin, Təqsirləndirilən şəxs1 həmin klinikada öz dişlərini düzəltdirmişdir. Onların arasında bir neçə dəfə telefon danışıqları olmuş, hətta Zərərçəkmiş şəxs onun oğlu üçün sürücülük vəsiqəsinin alınmasını və bacısı oğlunun həbsxanadan çıxarılmasına dair yardım etməyi xahiş etmişdir. 1 ay öncədən Səhiyyə Nazirliyindən yoxlamanın keçirilməsinə dair məktub gəlmiş və bu səbəbdən Zərərçəkmiş şəxs təşvişə düşmüşdür, çünki klinikada qanunsuz bir çox məsələlər var idi. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 zəng edərək bildirmişdir ki, Əzizədən saat 7-dən sonra işdə qalmasını xahiş etmişdir. Polis Şöbəsi klinika ilə üzbəüz olduğundan şübhə çəkməmək üçün əşyaları gecə daşıyacaqlarını bildirmiş və Təqsirləndirilən şəxs1 buna etiraz etməmişdir. Klinikanın mühasibi səhvlik edərək sertifikatı olmayan həkimi qeydiyyatdan çıxartmamışdır. Bu səbəbdən də klinikaya cərimə yazılmışdır. Cəriməni bildikdən sonra Zərərçəkmiş şəxs onun yoldaşına zəng edərək, ondan bu məsələnin həllində yardım etməsini xahiş etmişdir və yoldaşı ona bildirmişdir ki, əgər mümkün olsa bu məsələni həll edəcəkdir. Elxan adlı şəxs onlara bildirmişdir ki, onu hər kəs Səccəd kimi tanıyır. Həmin şəxs kimliyinin yayılmaması üçün Təqsirləndirilən şəxs1 xahiş etmişdir ki, onu atası kimi təqdim etsin. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 Səccəd adlı şəxsi qaynatası kimi təqdim etmişdir. Həmin adam cərimə ilə bağlı sənədlərin ona göndərilməsini xahiş etmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin şəxsin nömrəsini istəmiş və daha sonra onların razılaşdıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs ona 4.000 manat verərək, bildirmişdir ki, həmin pulu yoldaşına versin, o da həmin pulu Elxana versin. O bildirmişdir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir və barışıq əldə etmişdir. O bildirmişdir ki, ziyanın 25 faizi məbləğində dövlət nəfinə pul da ödəmişdir, lakin hazırda həbsdə olduğu üçün qəbzi təqdim edə bilmir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci madələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, özü heç yerdə işləmir. Ailəlidir. 30 aprel 2021 ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onun nikahdan əvvəlki soyadı Həsənova olmuş, lakin nikaha daxil olduqdan sonra ərinin soyadını götürərək soyadı Baloğlanlı olmuşdur. 2018-ci ildən ünvan 7 ünvanında yerləşən “Dental Gülüş” klinikasında tibb bacısı vəzifəsində çalışmışdır. 2021 -ci ilin may ayın ortalarında o həmin vaxt kirayə yaşadığı ünvan 8 ünvanında olan zaman əri Təqsirləndirilən şəxs1 evə gələrək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən evə özünə məxsus dövlət nömrə nişanını xatırlamadığı “Mersedes C Klass” markalı avtomaşın ilə gələn zaman yolda bir nəfər adını Elxan kimi bildiyi şəxslə tanış olmuşdur. Bildirmişdir ki, Elxan maddi cəhətdən imkanlı şəxsə oxşamışdır və o, həmin şəxsin avtomaşının nasaz olduğundan götürüb yaşadığı evin qarşısında düşürmüşdür və həmin şəxs ona 100 manat pul vermişdir. Kənan həmin pulu ona təqdim etmişdir. O, Kənandan həmin şəxsin mobil telefon nömrəsini aldığını soruşmuş, Kənan isə ona bildirmişdir ki o, həmin şəxsə işlətdiyi ***-***-**-** nömrəli mobil telefonun vermiş və həmin şəxsin mobil telefonunu özündə qeyd etmişdir və ona həmin telefon nömrəsini göstərmişdir. Həmin telefon nömrəsi +1 ilə başlayırdı, o həmin telefon nömrəsin yadda saxlamamışdır, lakin telefon nömrəsinin +1 ilə başlamasına xüsusi diqqət yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əri Kənanın səhhətində müəyyən problemlər var idi. Belə ki, onun belində qrija mövcud olmuş və ona görə də Kənan fiziki işlərlə məşğul ola bilmirdi, olduğu halda onun ağrıları kəskinləşirdi. Kənan həmin vaxtı Böyük Britaniya səfirliyinin servis xidmətində fəhlə kimi işləyirdi və o, Kənana bildirmişdir ki, o həmin Elxan adlı şəxslə əlaqə saxladıqda Elxana bildirsin ki, o, Kənana iş tapsın, Kənan ona razılığını bildirmişdir və demişdir ki, Elxanla gələn dəfə danışdıqda ona bu barədə bildirəcək. Bir neçə gün keçdidkən sonra yaşadığı evdə olan zaman Kənan ona bildirmişdir ki, Elxan adlı şəxs ona zəng edib bildirmişdir ki, onun Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində bağ evi var və həmin bağ evinə videomüşahidə kameraları çəkmək lazımdı və ona görə də onunla görüşməyi təklif etmiş və buna görə də o, həmin günü Elxan adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən adını bilmədiyi parkda görüşərək bu barədə söhbət ediblər, lakin bir neçə gün keçdikdən sonra Kənan ona demişdir ki, Elxan ona zəng edərək bildirib ki, həmin bağ evində internet xətti olmadığından kameranın çəkilməsi müvəqqəti təxirə salınmışdır və həmin söhbət zamanı Kənan Elxana bildirmişdir ki, hər hansı fiziki qüvvə tələb edilməyən işə işçi lazım olsa bu barədə ona desin və Elxan ona razılıq vermişdir və bildirmişdir ki, işçi lazım olsa ona bu barədə bildirəcək. Bunların hamısını Kənan ona danışmışdır. Təxminən 3 gün keçdikdən sonra Kənan ona bildirmişdir ki, Elxan ona ’’whatsapp” tətbiqi vasitəsi ilə yazaraq onun üçün iş tapdığını və buna görə də görüşməyi təklif etmişdir. Kənan həmin günün axşamı Elxan adlı şəxslə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda görüşərək iş barəsində söhbət etmiş və Elxan ona bildirmişdir ki, o, Kənanı polis sıralarına işə düzəltəcək, lakin bunun üçün 10.000 manat pul verməli olacaqlar. Kənan həmin görüşdən gələndən sonra bu haqda ona bildirmişdi və o, Kənana bildirmişdir ki, o, bu barədə məsləhətləşsin, lazım olsa onlar Kənana məxsus “Mersedes” markalı avtomaşını satıb pulu verərlər. Bununla bağlı Kənan bir neçə nəfər şəxslə maraqlanmış, lakin həmin şəxslər Kənanın boyunun balaca olduğundan onun polis nəfəri kimi işə düzəldilməsinin mümkün olmamasının bildirmişlər, ali təhsili olmadığı halda isə zabit qismində polisə düzəldilməsinin mükünsüz olduğunu bildirmişlər. Kənan bu barədə Elxana yazaraq bildirmişdir, lakin Elxan ona bildirmişdir ki, onun daxili işlər nazirliyinin rəhbərliyi ilə yaxın dost münasibətləri var və o, Kənanı işə düzəldəcək. Onlar Elxana inanmış və Kənan özünə məxsus “Mersedes” markalı avtomaşını 11.800 manata sataraq 10.000 manat pulu ayırmışdılar. Elxan Kənana bir sıra sənədləri də təqdim etməyi xahiş etmişdir. Bir neçə gün sonra təxminən 2021-ci ilin avqust ayınnın ortalarında Kənan ona bildirmişdir ki, o, 10.000 manat pulu və sənədlərin sürətlərini Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda Elxana vermişdir və Elxan ona bildirmişdir ki, 3 aylıq kursa daxil olacaq və kursu bitirdikdən sonra xidmətə başlayacaq. Kənanın dediyinə görə Elxan Kənana oğlum deyərək müraciət edirdi və Kənan bildirmişdir ki, onun övladı olmadığından onun Kənana qarşı atalıq hissləri olmuş və xahiş etmişdir ki, Kənan ona ata deyərək müraciət etsin. Bir neçə dəfə o, iş yerində olan zaman hüquqi yardım üçün Kənana bildirmişdir ki, o Elxana müraciət etsin çünki Kənan ona bildirmişdir ki, Elxan hüququi cəhətdən çox savadlı insandır və hər dəfə Elxan ona hüquqi yardım göstərək məsləhətlər vermişdir və onun iş yerində kimə nə məsləhət lazım olduqda hamı ondan xahiş edirdi ki, o maraqlansın. Bir dəfə dəqiq tarix yadında deyil onun müdiri olan Səfərə hüquqi məsləhət lazım olduğundan o, Kənandan Elxanın telefon nömrəsin almışdı və Səfərə vermişdi və onlar öz aralarında danışmışlar. Səfər ilə Elxan nə haqda danışmaqları barədə onun məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Kənan ona bildirmişdir ki, Səfər həmin şəxsin kim olması soruşduqda onun adının Səccəd olmasını və qaynatası olmasını desin. Daha sonra ona məlum olmuşdur ki, Elxan ilə Səfər öz aralarında danışıblar və Elxan onun qayınatası, əri Kənanın isə atası olmasını bildirmişdir. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində onun işlədiyi klinikaya yoxlama gəlməli idi və Səfər ona bildirmişdir ki, o Səccəddən, yəni Elxandan xahiş etsin ki, həmin yoxlama ilə danışsın ki, həmin yoxlama problem yaratmasın. O bu barədə Kənana demişdir və Kənan ona bildirmişdir ki, Səfər artıq ona bu barədə deyib. Həmin vaxtı əri Kənan Səfər ilə telefonla danışırdı, lakin bir-birilərini görməmişlər. Daha sonra Kənan ona zəng edərək bildirmişdir ki, o Elxan ilə bu haqda danışıb və Elxan ona bildirmişdir ki, yoxlama gələn zaman onunla əlaqə saxlasınlar. O bu barədə Səfərə bildirmişdir. Bir neçə gün keçdikdən sonra təxminən 2021-ci ilin iyun ayının ortalarında o işdə olan zaman onun işlədiyi klinikaya yoxlama gəlmişdi və həmin yoxlama müəyyən nöqsanlar aşkar edərək klinikanın rəhbəri Zərərçəkmiş şəxs 10.000 manatdan çox cərimə yazılmalı olduğunu bildirmiş və müşavirə etmək üçün kənara çəkilmişdirlər. O, Kənana zəng edərək bu barədə bildirmişdir və Kənan ona demişdir ki, o tez bir zamanda Elxanla danışıb xəbər verəcək. Bir neçə dəqiqə keçdikdən sonra Kənan ona zəng edərək bildirmişdir ki, o Elxanla danışıb və Elxan bu məsələni həll edəcək. Bu zaman klinikaya gəlmiş yoxlama qayıdaraq klinikanın rəhbərli Zərərçəkmiş şəxs 6.000 manat cərimə nəzərdə tutulan protokolun tərtib edilərək məhkəməyə göndəriləcəyini bildirmişdi, əlavə olaraq bildirmişdir ki, ola bilər ki, məhkəmə həmin protokolu təsdiq etməsin. Səfər buna razılığını bildirmişdi. Yoxlama getdikdən sonra Kənan ona zəng edərək bildirmişdir ki, həmin məsələ həll olunduğuna, yəni Zərərçəkmiş şəxs 10.000 manat cərimə yazılmalı olan halda 6.000 manat cərimə yazıldığına görə onlar Elxana 500 manat pul verməlidirlər və ola bilər ki, gələcəkdə həmin cərimənin silinməsində Elxan köməklik göstərəcək. O bu haqda Zərərçəkmiş şəxs bildirmişdir və Səfər ona həmin gün işlədiyi klinikanın binasında 500 manat pul vermişdir. Həmin gün axşam radələrində o evdə olan zaman həmin 500 manat pulu əri Kənana vermişdir və o çıxıb getmiş və təxminən bir saatdan sonra qayıdaraq bildirmişdir ki, o 500 manat pulu Elxan adlı şəxsə vermişdir. Təxminən 10 gün keçdikdən sonra Səfərə mesaj gəlmişdir ki, onu Xətai rayon məhkəməsinə dəvət edirlər və həmin günü Səfər Xətai rayon məhkəməsinə getmiş və ona 6000 manat cərimə yazılmış, əlavə olaraq rüsum kimi 400 manat ödəməli idi. Səfər klinikaya gələrək ondan, yəni kassadan 400 manat pul götürərək 400 manat rüsumun ödəmişdi. Bir müddət keçdikdən sonra, yəni 2021-ci ilin dekabr ayının ortalarında Səfər ona bildirmişdir ki, o onun qaynatasının, yəni Elxanın nömrəsini itirmiş və ondan xahiş etmişdi ki, o cərimə ilə bağlı onunla danışsın, lakin o Səfərə bildirmişdir ki o onun işlərinə qarışa bilməz və bu barədə Kənana demişdi. Həmin vaxtı Elxan artıq nömrəsini dəyişmişdi, lakin nömrə onun hal-hazırda yadında qalmayıb. O, bu barədə Kənana bildirmişdir və Kənan ona Elxanın təzə nömrəsin yazmış və o həmin nömrəni Səfərə vermişdir. Bir neçə dəqiqə keçdikdən sonra Səfər ona bildirmişdir ki, o Elxan ilə danışmış və Elxan ona bildirmişdir ki, o, cəriməni 4000 manat müqabilində sildirə bilər. Səfər ona izah etmişdi ki, Elxan ona bildirib ki, o, 4000 manat müqabilində sənədləşdirməni elə edəcək ki, ona yazılmış 6000 manat pul və 400 manat rüsum ona bank vasitəsi ilə qaytarılacaq. Həmin gün Səfər ona 4000 manat pul vermişdi və bildirmişdi ki, o həmin pulu Elxana versin ki, o cərimənin silinməsi məsələsinə başlasın. Həmin gün axşam evdə olan zaman Kənan Elxan ilə danışaraq bildirmişdir, ki pul ondadı və Elxan ona demişdir ki, Kənan, onu də götürüb həmişə görüşdükləri parka gəlsin. Axşam radələrində o Kənan ilə birlikdə Neapol küçəsində yerləşən parka getmişdir və orada Elxan adlı şəxslə görüşmüşlər. Elxan ilə görüşən zaman Elxanın əynində qara rəngli kostyum var idi, yaşı təxminən 50-55 arası idi, qara rəngli qısa saç düzümlü, bığsız və saqqalsız hər hansı bir xüsusi əlaməti olmayan şəxs idi. Kənan orada Elxana ondan götürdüyü 4000 manat pulu vermişdi və onlar oradan çıxıb getmişdir. Bir müddət keçdikdən sonra o işə gedən zaman Səfər ona bildirmişdi ki, onun qaynatası olan Elxan nə cəriməni sildirib nədə ki, pulu qaytarmır, o Kənandan Elxanın nömrəsin alıb bu barədə Elxana yazmışdır, Elxan isə ona cavab olaraq bildirmişdir ki, təyin edilmiş vaxtda onun cəriməsi silinəcək və ona mesaj gəldikdən sonra gedib pulu götürə biləcək və xahiş etmişdi ki, həmin məsələ ilə bağlı bir daha onu narahat etməsin. O bu barədə Səfərə bildirmişdir və Səfər ona bildirmidir ki, çalışıb tez bir zamanda cərimə məsələsin həll etsin. 2022-ci ilin fevral ayının axırlarında Kənan ona bildirmişdir ki, o Elxan ilə danışıb və Elxan Səfərdən götürdüyü 4000 manat pulu qaytarır və o bu haqda Səfərə bildirmişdir. Səfər buna sevinmişdi və həmin gün ona 1700 manat pul vermişdir ki, o həmin pul ilə klinikanın icarə haqqın ödəsin. Həmin axşam o evə gəldikdə evdə Kənan ona bildirmişdir ki, o, Elxan ilə danışıb və Elxan Səfər ilə görüşüb onun pulun qaytarmaq istəyir. Həmin vaxtı Səfər ona verdiyi 1700 manat icarə haqqını ödəmədiyindən və artıq Səfərin yanında işləmək istəmədiyindən o Kənana bildirmişdir ki, onda olan 1700 manat pulu da Elxana versin ki, o həmin pulu Səfərə çatdırsın. Həmin axşam Kənan ondan həmin 1700 mant pulu götürərək çıxıb getmiş və bir saatdan sonra qayıdaraq pulu Elxana verməyini bildirmişdi. Növbəti gün Səfər onun telefonuna zəng edərək niyə 1700 manat icarə haqqının ödənilməməsini soruşmuş və o Səfərə bildirmişdir ki, o həmin pulu əri Kənana vermişdir ki, o, həmin pulu Elxana versin ki, o da 1700 manat pulu 4000 manat pula əlavə edərək ona qaytasın. O, həmin pulu Kənan vasitəsi ilə Elxana göndərən zaman Zərərçəkmiş şəxs bununla bağlı heç nə deməmişdir. Özü bu barədə Kənana bildirmişdir və Kənan ona demişdir ki, o narahat olmasın Elxanın bir az problemləri var o tez bir zamanda həmin pulları Səfərə çatdıracaq. O, bu barədə bir neçə dəfə Elxan ilə danışmış və ona bildirmiş ki, o tez bir zamanda Səfərin pulun geri qaytarsın, lakin o hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Əlavə verilən şullara cavab olaraq bildirmişdir ki, o Zərərçəkmiş şəxs Səccəd yəni Elxan adlı şəxsin onun qayınatası olmamasını, həmin şəxsi ümumiyyətlə tanımadığını bildirsəydi Zərərçəkmiş şəxs həmin pulları verməzdi, Səccəd, yəni Elxan adlı şəxsin onun qayınatası kimi təqdim etməsini isə ona əri Təqsirləndirilən şəxs1 bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən Təqsirləndirilən şəxs2 onun rəhbərlik etdiyi klinikaya işə düzəlmişdir. Təqsirləndirilən şəxs2 daha əvvəl işlədiyi yerdən oğurluq üstündə işdən çıxarılmışdır. Söhbət əsnasında dəfələrlə Əzizə ona bildirmişdir ki, onun əri olan Rüzgar kimi təqdim etdiyi şəxs polis əməkdaşıdır və Rüzgarın atası olan Səccəd müəllim, yüksək vəzifədə çalışır. Özü həmin vaxt Əzizənin ərini görməmişdir. 2021-ci ilin yay aylarında onun rəhbərlik etdiyi klinikaya Səhiyyə Nazirliyi tərəfindən yoxlama gəlmişdir. Həmin yoxlama gəlib yoxladıqdan sonra ona inzibati protokol tərtib edilmişdir. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 6.000 manat cərimə edilmişdir. Əzizə ona bildirmişdir ki, o qayınatası Səccəd ilə danışıb. Daha sonra iş yerində bildirmişdir ki, güya ki, onun qayınatası həmin cərimə məsələsin həll edib. Özü bu barədə Əzizənin əri olan adını Rüzgar kimi bildiyi şəxslə telefonla danışan zaman ona bildirmişdir, o isə ona bildirmişdir ki, o, atası ilə danışıb və həmin yoxlamaya 500 manat pul verilməlidir. Bir müddət keçdikdən sonra Əzizə ona bildirmişdir ki onun qayınatası olan Səccəd ona yazılmış 6000 manat cəriməni həll edə bilər, lakin o 4.000 manat pul ödəməlidir. Özü Əzizəyə bildirmişdir ki, 4.000 manat verib məsələni həll etməkdənsə, özü 6.000 manat verib cəriməni ödəyə bilər. Əzizə ilsə ona izah etmişdir ki güya o qayınatası Səccəd ilə danışıb və Səccəd ona bildirib ki, o həmin 4.000 manat pulu ona versə Səccəd ona yazılmış olduğu 6.000 manat cəriməni onun tərəfindən tam ödənilməsini yazar və daha sonra protokolu ləğv edib həmin 6.000 manat pulu ona 2022-ci ilin yanvar ayında qaytaracaq. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona qarşı dələduzluq edərək ona 6.200 manat maddi ziyan vurmuşlar. Daha sonra o ərizə verərək bildirmişdir ki, təqsirləndirilən şəxslər ona dəymiş 6.200 manat zərəri ödəmişlər, onlardan şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 330.1 və 329.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır, 2015-ci ildə “Dental Gülüş” diş klinikasını təsis etmiş və hal-hazırda həmin diş klinikasının rəhbəri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi klinikada ancaq dişlə bağlı prosedurlar aparılır. Təxminən 2020-ci ildən etibarən Əzizə Həsənova rəhbərlik etdiyi tibb klinikasına tibb bacısı vəzifəsinə işə düzəlmişdir. Əlavə olaraq bildirmişdir ki, Əzizə Həsənova işə düzələn vaxtı subay olmuşdur, lakin sonra ailə qurduqdan o ərinin soyadının götürüb Baloğlanlı olmuşdur. Təqsirləndirilən şəxs2 işə düzəldikdən sonra o yaxşı işçi olduğundan özü ona etibar etməyə başlamışdır. Belə ki, o işləməyə başladıqdan təxminən 6 ay sonra özü ona klinikanın ümumi kassasına nəzarəti ona tapşırmışdır. Belə ki, həkimlərin kassaya keçirdikləri pulları Əzizə yığıb, daha sonra ona verirdi. Söhbət əsnasında dəfələrlə Əzizə ona bildirmişdir ki, onun əri olan Rüzgar kimi təqdim etdiyi şəxs polis əməkdaşıdır və Rüzgarın atası olan Səccəd müəllim, yüksək vəzifədə çalışır. Özü həmin vaxt Əzizənin ərini görməmişdir. 2021-ci ilin ayı dəqiq yadında deyil, pandemiya ilə əlaqədar olaraq o Əzizəyə bildirmişdir ki, o şənbə günləri işə çıxsın. Özü ona razılıq versə də həmin günün axşamı onun mobil telefonuna “whatsapp” internet tətbiqi vasitəsi ilə +1(747)285-2478 telefon nömrəsindən tanımadığı şəxs yazaraq özünü Əzizənin qaynatası kimi təqdim etmiş və adının Səccəd olduğunu bildirmiş və demişdir ki, o, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İnturist” mehmanxanasının icarəyə götürüb və şənbə günləri Əzizə həmin mehmanxananın işlədilməsində ona köməklik göstərir və ondan xahiş etmişdir ki, o Əzizəni şənbə günləri işdən azad etsin. O, bu barədə Əzizə ilə danışmışdır və Əzizə ona bildirmişdi ki, Səccəd onun qaynatası, yəni əri Rüzgarın atasıdır və o mütəmmadi olaraq işləri ilə əlaqədar olaraq ABŞ Kaliforniya şəhərinə getdiyindən ona görə də həmin ölkəyə məxsus telefon nömrəsin işlədir. Özü Əzizədən qaynatası Rüzgarın hansı vəzifədə işlədiyini soruşsa da Əzizə ona bildirmişdir ki, onun qaynatası Elxan yüksək vəzifəli şəxslərin vəkilidir və onun yüksək vəzifədə olan çoxsaylı dostları var, lakin konkret olaraq hansı vəzifədə çalışdığını bildirməmişdir. Əlavə olaraq demişdir ki, onun əri Rüzgar polis əməkdaşıdır və Bakı şəhər Baş Polis İdarəsində xidmət edir. Qeyd olunan hadisədən sonra Əzizənin qayınatası kimi özünü təqdim edən şəxs mütəmmadi olaraq həmin nömrədən “whatsapp” tətbiqi vasitəsi ilə ona yazıb, Əzizə üçün icazələr almışdır və özü ona hər dəfə razılıq verib Əzizəni işdən buraxmışdır. Bir dəfə özünü Səccəd kimi təqdim edən şəxs “whatsapp” vasitəsi ilə yazışaraq danışan zaman ona söhbət əsnasında bildirmişdir ki, o dəfələrlə Əzizəyə işdən çıxmağı xahiş etmiş, lakin Əzizə ona razılıq verməmişdir. Özü dəfələrlə Əzizəyə bildirmişdir ki, onun elə maddi cəhətdən zəngin qayınatası ola-ola niyə o, onun rəhbərlik etdiyi klinikada tibb bacısı vəzifəsində çalışır, o isə ona bildirmişdir ki, o, klinikanın kollektivinə öyrəşib və buna görə də işləmək istəyir. Əlavə olaraq bildirmişdir ki, Əzizənin ona danışdıqlarından və özünü aparmağından, habelə özünü Səcəd kimi təqdim edən şəxsin onunla yazışaraq danışdığından inanmışdır ki, həqiqətən Əzizənin qayınatası Səccəd maddi cəhətdən zəngin şəxsdir. 2021-ci ilin iyun ayının ortalarında onun rəhbərlik etdiyi klinikaya Səhiyyə Nazirliyi tərəfindən yoxlama gəlmişdir. Əzizə ona bildirmişdir ki, həmin yoxlama ilə bağlı o əri Kənana bildirib və həmin yoxlama nəticəsində heç bir problem olmayacaq. Yoxlama zamanı onun rəhbərlik etdiyi klinikada müəyyən problemlər yaranmış və buna görə də ona 6000 manat cərimə yazılmışdı. Əzizə ona bildirmişdir ki, o qayınatası Səccəd ilə danışıb daha sonra iş yerində bildirmişdir ki, güya ki, onun qaynatası həmin cərimə məsələsin həll edib. Özü bu barədə Əzizənin əri olan adını Rüzgar kimi bildiyi şəxslə telefonla danışan zaman ona bildirmişdir, o isə ona bildirmişdir ki, o, atası ilə danışıb və həmin yoxlamaya 500 manat pul verilməlidir. Özü Əzizəyə həmin gün, yəni 2021 -ci ilin iyun ayının ortalarında rəhbərlik etdiyi, ünvan 4 ünvanında yerləşən “Dental Gülüş” klinikasının binasında 500 manat pulu vermişdi. Daha əvvəl Əzizə onun qayınatasının güclü vəkil olduğunu düşünərək həmin 500 manat pulun onun xidmətlərin haqqı kimi verdiyini başa düşmüşdür. Bir müddət keçdikdən sonra, yəni 2021-ci ilin dekabr ayının əvvəlində Əzizə ona bildirmişdir ki onun qayınatası olan Səccəd ona yazılmış 6.000 manat cəriməni həll edə bilər, lakin o 4.000 manat pul ödəməlidir. Özü Əzizəyə bildirmişdir ki, 4.000 manat verib məsləni həll etməkdənsə özü 6.000 manat verib cəriməni ödəyə bilər. Əzizə ilsə ona izah etmişdir ki güya o qaynatası Səccəd ilə danışıb və Səccəd ona bildirib ki, o həmin 4.000 manat pulu ona versə Səccəd ona yazılmış olduğu 6.000 manat cəriməni onun tərəfindən tam ödənilməsi və daha sonra protokolu ləğv edib həmin 6000 manat pulu ona 2022-ci ilin yanvar ayında qaytaracaq. O bununla bağlı özünü Səccəd kimi təqdim etmiş şəxslə “Whatsapp” tətbiqi vasitəsi ilə yazışaraq danışmışdır və o da ona Əzizə dediyini təsdiq etmişdir və bildirmişdir ki, o həmin 4.000 manat pulu Əzizəyə versin. Bundan başqa bildirmişdir ki, o Səccəd adlı şəxsi görməmişdi və onun səsini belə eşitməmişdir, o Əzizənin əri olan özünü Rüzgar kimi təqdim edən daha sonra adın Kənan olduğunu bildiyi şəxslə telefon vasitəsi ilə ***-***-**-** dəfələrlə danışmışdı, lakin özün görməmişdir, və o da danışıq zamanı Əzizənin dediklərini hamısını təsdiq etmişdir və ona bildirmişdir ki, Səccəd onun atasıdır. Özü Əzizəni tanıdığından və ona etibar etdiyindən ona 2022-ci ilin dekabr ayının sonlarında, tarix dəqiq yadında deyil rəhbərlik etdiyi, ünvan 4 ünvanında yerləşən “Dental Gülüş”klinikasının inzibati binasında 4.000 manat pulu Əzizəyə vermiş, Əzizə ona bildirmişdir ki, o həmin pulun qayınatası Səccədə verəcək. Səhəri gün Əzizə iş yerində olan zaman ona bildirmişdir ki, o həmin 4.000 manat pulu qaynatası Səccədə vermişdir. Əzizə ona bildirmişdir ki Səccəd söz verib ki, tez bir zamanda bu məsələ həll olunacaq. Özünü Səccəd kimi təqdim edən şəxs ona “Whatsapp” tətbiqi vasitəsi ilə yazaraq bildirmişdir ki, pul ona çatmışdır və əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin fevral ayında ona Mərkəzi Bankdan zəng gələcək və ona zəng gəlsə o bildirsin ki, Səccəd onun vəkilidir. Özü Səccədi görməsə də, o Əzizəyə etibar edirdi və bilirdi ki, Səccəd Əzizənin qayınatasıdır və o, pulların hamısını Əzizəyə vermişdir. 2022- ci ilin fevral ayının sonunda o, rəhbərlik etdiyi, ünvan 4 ünvanında yerləşən “Dental Gülüş”klinikasının inzibati binasında Əzizəyə 1.700 manat pul vermişdir ki, o, həmin pulu özündə saxlayaraq klinikanın icarə haqqını ödəsin, lakin səhəri günü ona məlum olmuşdur ki, Əzizə ona verilmiş 1.700 manat icarə haqqını ödəməmişdir. Bundan sonra bir neçə dəfə o, Əzizəyə verdiyi 4.000 manat pul və icarə haqqı kimi verdiyi 1.700 manat pul haqqında maraqlanmışdır, lakin Əzizə hər dəfə ona bəhanələr gətirərək məsələnin həll olunmasına söz vermişdir. Daha sorna isə bildirmişdir ki, o həmin 1.700 manat pulu da qayınatası olan Səccədə vermişdir. Özü bu haqda özünü Səccəd kimi təqdim edən şəxslə “votsapp” tətbiqi vasitəsi ilə yazışaraq danışmışdır, lakin o hər dəfə ona başqa-başqa bəhanələr gətirmişdir, belə ki ona bir dəfə Əzizə bildirmişdir ki, onun qayınanası, yəni Səccədin arvadı vəfat etmiş və onların başı qarışıqdı, o bir insan kimi onları başa düşmüş və bir neçə gün onları narahat etməmişdi, daha sonra Əzizə ona bildirmişdir ki, məsələ həll olunub və pul artıq hazırdır, lakin əri Kənan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından başları qarışıqdı, o yenə də onları narahat etməmişdi. Əzizə ilə bir neçə dəfə danışmış və o, hər dəfə bildirmişdir ki tez bir zamanda məsələ həll olunacaq, lakin sonuncu danışıq zamanı ona bildirmişdir ki, o artıq heçnə edə bilmir və ona polis orqanlarına müraciət etməyi tövsiyə etmişdir. Xətai RPİ-nin TŞ-də aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, o Rüzgar kimi tanıdığı Əzizənin ərinin adı Kənandır, Səccəd kimi bildiyi şəxsin adı Babadır və həmin şəxs ümumiyyətlə nə Kənanın atası nədə ki Əzizənin qaynanasıdır, onarın ona dedikləri hamısı yalan olmuş, onun cəriməsinin silinməsi istiqamətində heç bir iş görməyiblər və ondan aldığı pulları ələ keçirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona qarşı dələduzluq edərək ona 6.200 manat maddi ziyan vurmuşlar. (cild 1, i.v 75-79) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 10 iyun 2022ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Xətai RPİ-nin TŞ-də toplanmış HK1-1-441 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (Cild 1, i.v. 1); -“ cinayət işinin icraata qəbul edilməsi haqqında” 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (Cild 1, i.v 18); - “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət törətmiş şəxsin müəyyən olunmadığından cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır - “Elektron daşıyıcıda olan görüntüyə baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd CD-R formatlı diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış Xətai RPİ-nin binasında baxış keçirilmişdir. Həmin disk CD-R formatlı üzərində hər hansı bir yazı yoxdur. Qeyd olunan disk “HP” markalı kompyüterə daxil olunmuş və həmin diskə daxil olunduqda həmin diskdə 3 ədəd “Ezize Tibb bacısı *** *** ** **”, “Rüzgar” və Səccəd müəllim” adlıq qovluqların olması müəyyən olunmuşdur. “Ezize Tibb bacısı” qovluğunda 175 ədəd “WhatsApp Audio 2022- 05-15” adlı səs yazma faylların, 8 ədəd şəkil və “Yazılar” adlı faylın olması müəyyən olunmuşdur. Həmin səs yazmaların Zərərçəkmiş şəxs aid olması, həmin səsyazmaların məzmununda isə Təqsirləndirilən şəxs2 qaynatası kimi bildiyi Səccəd adlı şəxsə 4.000 manat pul verməsi və həmin pulu geri tələb etməsi aydın olur. “Yazılar” faylında Əzizə Baoğlanlı ilə “WhatsApp” tətbiqində apardığı yazışmalar olması müəyyən olunmuş və həmin yazışmaları oxuduqda Həsən Səfərovun pulu geri tələb etməsi, Təqsirləndirilən şəxs2 isə tez bir zamanda həmin məsələnin həll olunmasını söz verməsi görünür. “Rüzgar adlı qovluğa daxil olduqda 9 ədəd “WhatsApp audio 20xx-xx-2012” adlı səsyazma faylların, 1 ədəd şəkil və “Yazılar” adlı faylın olması müəyyən olunmuşdur. Həmin səsyazmaların Zərərçəkmiş şəxs aid olması, həmin səsyazmaları məzmununda isə Təqsirləndirilən şəxs1 atası kimi bildiyi Səccəd adlı şəxsə 4.000 manat pul verməsi və həmin pulun geri tələb edilməsi aydın olunur. “Səccəd” adlı qovluqda 15 ədəd “WhatsApp Audio 2022-05-15” adlı səsyazma faylların, 10 ədəd şəkil və “Yazılar” adlı faylın olması müəyyən olunmuşdur. Həmin səsyazmaların Zərərçəkmiş şəxs aid olması, həmin səsyazmaların məzmununda Səccəd adlı şəxsdən verdiyi 4.000 manat pul geri tələb etməsi aydın olur. Bundan başqa “Yazılar” faylına daxil olduqda Səccəd adlı şəxs ilə “WhatsApp” tətbiqində apardığı yazışmalar olması müəyyən olunur və həmin yazışmaları oxuduqda Səccəd adlı şəxsin ailəsində problem olduğunu və tez bir zamanda məsələlərin həll olunmasına dair verdiyi sözlər olması müəyyən olunmuşdur (Cild 1, i.v 39) Həmin diskə məhkəmə iclasında baxış keçirilərkən 29 iyun 2022-ci il tarixli protokolda əks olunmuş hallar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (Cild 1, i.v. 66); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (Cild 1, i.v. 67); -“zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.68); -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, i.v 81-82); - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir və o həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(Cild 1, i.v 93-95); - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178-ci.1 və 32.4, 312.1-ci maddələri lə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə 29 iyul 2022-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Babaşov Məhərrəm İldırım oğluna özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmaqla lazimi kadr məsələlərini həll edə biləcək şəxs kimi təqdim edərək özünün vasitəsi ilə həmin Xidmətin general rütbəsi daşıyan “Nizami” və ya “Nazim” adlı yüksək vəzifəli şəxsinə rüşvət verməyə təhrik edərək, yəni həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar Məhərrəm Babaşovu həmin Xidmətə zabit kimi sürücü vəzifəsinə işə düzəldilməsi üçün adının sürücülük kursuna yazdırılmasından ötrü 4.000 (dörd min) manat pulun güya həmin generala çatdırılması adı ilə Məhərrəm Babaşovu aldadıb etibarından sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə 15 saat radələrində ünvan 9 ünvanın qarşısında idarə etdiyi **- SM-*** dövlət qeydiyyatlı “KİA Optima” markalı avtomobilin salonunda sonuncudan 4.000 (dörd min) manat pulu alıb ələ keçirməklə əmlak sahibinə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir (Cild 1, i.v 112-119); - ********* saylı cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsinin tərkibi olmadğmdan onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs götürdüyü pulların hamısının və əlavə olaraq özünə məxsus 10.000 manat pulun Elxan adlı şəxsə verməsi iş materialları ilə təsdiq olunmayaraq təkzib edilmiş və özünü müdafiə xarakterin daşıması kimi qiymətləndirilmişdir. “Elxan” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində Həsən Səfərovdan götürdüyü 4000 manat pulu əri Təqsirləndirilən şəxs1 verməsi və onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda “Elxan” adlı şəxslə görüşərək pulu ona verməsi xüsusatı iş materialları ilə təsdiq olunmamışdır, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi həmin xüsusat, yaxın qohumu olan əri Təqsirləndirilən şəxs1 müdafiəsi üçün göstərilməsi kimi qiymətləndirilmişdir. İstintaq zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsulliyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İstintaq zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsulliyətini yüngülləşdirən hallar aşkar olunmamışdır. (Cild 1, i.v 120-135) - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi lə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə 07 sentyabr 2022-ci il tarixli ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 ittiham olunur ondan ötrü ki, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs2 İsrail qızının tibb bacısı vəzifəsində çalışdığı “X11”MMC-nin müdiri Zərərçəkmiş şəxs ilə arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olaraq özünün X6 əməkdaşı olması və yüksək vəzifədə işləyən, dövlət orqanlarının fəaliyyətinə təsir göstərmək səlahiyyətinə malik olan “Səccəd” adlı atasının olması barədə yalan məlumatlar verərək ona məxsus klinikaya Səhiyə Nazirliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində ona yazılmalı olan 10.000 manat cərimənin 6.000 manata sallmmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2021-ci ilin iyun ayinim ortalarında ünvan 4 ünvanında yerləşən “X12”nın binasında Zərərçəkmiş şəxs 500 manat pulu və həmin cərimənin ləğv edilməsinə və bir müddət sonra 6.000 manat təzminat almasına atası asitəsi ilə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq arvadı Təqsirləndirilən şəxs2 hrayıl qızının vasitəsi ilə 2021-ci ilin dekabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən “X12”nın binasında Zərərçəkmiş şəxs 4.000 manat pulu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 4.500 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə arvadı Təqsirləndirilən şəxs2 tibb bacısı vəzifəsində çalışdığı “X11” MMC-nin müdrü Zərərçəkmiş şəxs ilə arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanış olaraq özünün X6 əməkdaşı olması və yüksək vəzifədə işləyən, dövlət orqanların fəaliyyətinə təsir göstərmək səlahiyyətinə malik olan “Səccəd” adlı atasının olması barədə yalan məlumatlar verərək ona 1.700 manat pulu çatdırmağa dair yalan vəd verib aldadaraq arvadı Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2022-ci ilin fevral ayının sonlarında ünvan 4 ünvanında yerləşən “X12”nın binasında Zərərçəkmiş şəxs 1.700 manat pulu ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 1.700 manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir (Cild 01, i.v 141-156) “İttiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ittiham aktı təsdiq edilməyərək, cinayət işi əlavə istintaq aparılmasından ötrü Xətai RPİ-nin istintaq şöbəsinə qaytarılmışdır. - “cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. - “ibtidai istintaq müddətinin uzadılması haqqında” 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon polis idarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay, 05 (beş) ayadək, yəni 24 noyabr 2022-ci il tarixədək üzadılmışdır (Cild 1, i.v 170-172); - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-400/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (Cild 1, i.v 174-178); - İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-400/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələrinə tövsif edilmişdir (Cild 1, i.v 184-185); - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham elan olunmuş və o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild 1, i.v 196-197); -“başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. (Cild 1, i.v 212-213); -“təqsirləndirilən şəxsə yeni məzmunlu ittiham elan edilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ittiham elan olunmuş və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild 1, i.v 216-218); -“Sübutların qiymətləndirilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun 1(011)-400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32,4 312.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan RespublikasıCM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə ona qəti olaraq 02 (iki) il, 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi üzrə əməlləri barəsində hökmün qanuni qüvvəyə mindiyi tarixdən əvvəl törətməsi onun əməlində cinayətin residivi tərkibin yaratmaması kimi qiymətləndirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İsrayil qızının, Zərərçəkmiş şəxs, dindirilməsi protokolları, Zərərçəkmiş şəxs təqdim etdiyi CD-R formatlı diskə baxiş keçirilməsi haqqında protokollar toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi, iş materiallarına əlavə olunmuş 01 ədəd CD-R formatlı disk maddi sübut kimi qiymətləndirilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsinin tərkibi olmadığından onlar barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs götürdüyü pulların hamısın və əlavə olaraq özlərinə məxsus 10.000 manat pulun Elxan adlı şəxsə verməsi iş materialları ilə təsdiq olunmayaraq təkzib edilmiş və özlərini müdafiə xarakterin daşıması kimi qiymətləndirilmiş, “Elxan” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsində Həsən Səfərovdan götürdüyü 4.000 manat pulu və 1.700 manat pulu əri Təqsirləndirilən şəxs1 verməsi və onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən parkda “Elxan” adlı şəxslə görüşərək pulu ona verməsi xüsusatı iş materialları ilə təsdiq olunmamışdır. Belə olan halda həmin xüsusat özlərini müdafiəsi üçün göstərilməsi kimi qiymətləndirilmişdir. (Cild 01, i.v 231-247) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 481/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 257/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla müəyyən edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Sabunçu Rayon Məhkəməsinin 1(008)-481/2023 saylı xx.xx.2023cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadqlıdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs2 tapılanadək cinayət işi üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs2 tapılanadək cinayət işi üzrə icraat dayandırılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-71/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - Ayrıca icraatda ibtidai istintaqı aparılmış başqa bir cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-624/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 13 (on üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş 6.200 manat məbləğində zərər tam ödənilmişdir və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 tərəfindən 2023-cü ilin may-oktyabr aylarında "xxxx" ASC vasitəsilə dövlət büdcəsində cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədi ilə ödənişlərin icra olunub-olunmaması (dövlət büdcəsinə ödənişlər, iş üzrə əhəmiyyətli olan sair ödənişlər) barədə məlumatların "xxxx" ASC-dən götürülməsi və qərarın icrasının "xxxx" ASC-yə tapşırılması qərara alınmışdır. - İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 111/11684/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, 2023-cü ilin mayoktyabr aylarında Təqsirləndirilən şəxs2 tərəfindən ödəniş aşkar edilməmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birgə dələduzluq etmədikləri ilə bağlı məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müxtəlif vaxtlarda ifadələri alınmışdır. Həmin ifadələrin alınması zamanı onlar özlərini təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, ittihamın məzmununa uyğun ifadələr vermişlər. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri ifadələri, zərərçəkmiş şəxsin istintaqda verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkilməsi müəyyən olunmuşdur; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 177.2.2-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), ibtidai istintaq və məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi ifadə verməsini, əməlindən peşman olmasını (CM – 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də təqsirləndirildiyi maddənin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun səmimi etirafını, vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını (CM-59.1.12), yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini qismən etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2.-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, X2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-257/2023 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-257/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla X1 cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.-ci maddələri ilə təqsirli bilinib 02 (iki) 6 (altı) ay il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(011)-624/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №1(011)-71/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-71/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver