Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-71/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti «Bakı Sukanal» İdarəsində Elektrik avadanlıqlarında və yüksək gərginlik elektrik qurğularında təmir, qəza-bərpa və quraşdırma sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işləyən, məhkum olunmamış, Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqani ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.1998-ci il tarixli, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yol hərəkəti iştirakçısı velosipedçi kimi əzələ enerjisi ilə pedalların köməyi ilə hərəkətə gətirdiyi özünə məxsus 26 düyümlük “Anceer” markalı velosipedi idarə edib Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ilə yolun əks istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36 və 46-cı maddələrinin (yol hərəkəti iştirakçıları öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalıdırlar və velosipedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə hərəkət etməlidirlər) tələblərini pozmaqla bu əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyib cinayətkarcasına etinasızlıq göstərməklə xx.xx.2023-cü il tarixdə, saat 20.45-də ünvan 2 ünvanın qarşısında avtomobil yolunu keçmək istəyən yol hərəkəti iştirakçısı hesab olunan piyada X5 vuraraq bərk-küt əşya (əşyalar) təsirindən törənmiş baş beyin maddəsinə, mədəciklərə qansızına, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla xx.xx.2023-cü il tarixdə saat 02.10-da X9 ölməsi ilə birbaşa səbəbli əlaqəli xəsarətlər yetirərək X5 ehtiyatsızlıqdan öldürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, sağlamlığı üçün '‘Anceer" markalı velosiped almışdır. Velosipedi idarə edərkən başına qoruyucu dəbilqə taxıb idarə etmişdir. arxa hissəsində yerləşən tanışlarının işlətdiyi hamamda buxar aparatı işləmədiyindən dostunun xahişi ilə həmin aparata baxaraq nasazlığın aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı evdən çıxıb velosipedi ilə Babək plazaya doğru yola çıxmış, saat 20:45 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində yerləşən telefon qovşağının qarşısından yolun kənarı ilə səkiyə yaxın yoldakı nəqliyyat vasitələrinin axınının əksi istiqamətində hərəkət etmiş, həmin vaxt yolun kənarında dayanmış 45-50 yaşlarında bir nəfər şəxs anidən onun önünə çıxaraq avtomobil yolunu keçmək istəmiş, həmin şəxs addımını piyada səkisindən yola, onun önünə doğru anidən atdıqda o, səs siqnalı verərək velosipedin rolunda olan əyləci sıxmış, eyni zamanda həmin adamı vurmamaq üçün velosipedin rolunu sola doğru döndərmiş, lakin bunlar hadisənin qarşısını almağa kifayət etmədiyindən həmin şəxsi velosipedi ilə vurmuşdur. Nəticədə hər ikisi yerə yıxılmışdır. Həmin şəxsin başı asfalt örtüyünə dəymişdir. Həmin vaxt yoldan keçən avtomobillər də dayanıb onların yanına köməyə yaxınlaşmışlar, toqquşduğu şəxsin başından qan gəlməsini gördükdə dərhal 103 xidmətinə zəng edib hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gəldikdən sonra həmin şəxsi xəstəxanaya yola salmış, yoldan keçən çevik polis alayının polis əməkdaşları 102 xidmətinə zəng elmiş, hadisə yerinə gəlmiş polis əməkdaşları onu 37-ci polis şöbəsinə dəvət etmiş və o, bölmədə hadisə ilə bağlı izahat vermişdir.Daha sonra adını sonradan öyrəndiyi X4 aldığı xəsarətdən öldüyünü öyrənmiş və çox məyus olmuşdur. Əməlindən peşman olduğunu, hadisənin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım etdiyini, onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyi, videogörüntü və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhüm X1 həyat yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saat 20:35-də yaşadıqları evdə olan zaman əri Nail ona bir nəfər dostu ilə görüşüb qayıdacağını demiş və çıxmışdır.Bir saatdan sonra bacısı oğlu Tofiq Hüseynov ona telefon vasitəsi ilə zəng edərək Nailin velosiped tərəfindən vurulması və hadisə nəticəsində xəsarət alması səbəbindən xəstəxanada olması barədə məlumat vermişdir. Bakı şəhəri 1 nömrəli KTM-də həkimlərin Naili müayinə etdiklərini görmüş, həkimlər həyat yoldaşını görə bilməyəcəyini deyib onu otaqdan çıxarmış və Nailin başında güclü travması olduğundan yaşamaq ehtimalının çox az olduğunu bildirmişlər. Həkimlər ondan Nailin əməliyyata alınması üçün yazılı razılıq ərizəsini almış, bir neçə dəqiqə sonra Nail cərrahi əməliyyata aparılmış, əməliyyat təxminən 3 saat davam etmiş və xx.xx.2023cü il tarixdə saat 02:30 radələrində həkimlər ona Nailin vəfat etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs onlara maddi dəstək olmuşdur, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə baş verən zaman hava qaranlıq olmuş, ərazi şəhər elektrik işığı ilə işıqlandırılır, hadisə yerində yolun örtüyü asfalt olmuş, örtük düz, quru olmuş, hərəkət zolaqlarının sayı dörddür, “Anceer” markalı velosiped piyadanı yolun sol kənarından 0,5 metr məsafədə vurmuş, yolun hərəkət hissəsi soldan və sağdan səki ilə sədlənmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2/24413 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:50-də müayinədən keçərkən onda alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 Xətai rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 64 saylı ekspert rəyində göstərilmişdir ki, mərhum X4 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinə, mədəciklərə qansızma, bədənin müxtəlif nahiyələrinin çoxsaylı qançır və sıyrıqları. Qeyd olunun xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən tarixdə və şəraitdə törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanm əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum X4 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin X2 xidmətindən daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi ilə H.Salmanlı küçəsinin kəsişməsində quraşdırılmış TŞ 5-057 nömrəli videomüşahidə kamerasının xx.xx.2023-cü il tarixdə, saat 20:45-dən saat 20:56-dək qeydə aldığı videogörüntüdən görünür ki, saat 20.45 dəqiqədən 40 saniyədə Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi ilə yolun əks istiqamədində velosipedi pedalların köməyi ilə hərəkətə gətirən velosipedçi Mehdi Mehdizadə küçəsi 38 ünvanın qarşısında keçən kimi piyada səkisində duran piyadaya yaxınlaşan an sonuncu səkidən yolun hərəkət hissəsinə addımlaması nəticəsində velosipedçi tərəfindən vurulur və hər ikisi yerə yıxılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməyən şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Notarial qaydada təsdiq edilmiş sazişdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs 12500 (on iki min beş yüz) manat məbləğində pul vəsaitinin maddi və mənəvi zərərin əvəzi olaraq müqavilə bağlanılan vaxt notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilməsi müqabilində cinayət işi üzrə gələcəkdə yarana biləcək mülki icraat qaydasında və digər tələb üzrə hər hansı iddia tələbinin olmayacağına dair razılığa gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Bakı Sukanal” idarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, işində məsuliyyətli, tələbkar və ciddidir, nizam-intizam qaydalarına riayət edir, heç bir qanun pozuntusuna və nöqsanlara yol vermir. İş materiallarında olan (iş vərəqi 88) AZ-İİ 427754 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, Rzayev X3 Nigar Aydın qızı ilə nikah bağlamışlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, CM-nin 262 və 263-cü maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosiped surən, avtomobil və ya şəhər elektrik nəqliyyatı konduktoru və digər şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267.1-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir. Belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsinə tövsüf olunmalıdır. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və s. bu kimi hallarda) təqsirkarın əməli şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrlə tövsüf olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri,(hadisə yerinin video görüntüsü) həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisilə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsilə təqsirli bilinib qazancından 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-71/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-71/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver