Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-72/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla Ağstafa rayonu Yenigün kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə və xx xxxxx 1969-cu ildə Naxçıvan MR-ın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 8 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ev 36 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 320.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, xx xxxxxxx 2019-cu il tarixdə fəaliyyəti dayandırılmış ünvan 3 mənzil 19 ünvanında yerləşən “xxxx” MMC-nin təsisçisi Zərərçəkmiş şəxs qardaşı Şahid1 elektron sənəd dövriyyəsinə nəzarət etməsi məqsədi ilə, Zərərçəkmiş şəxs adına olan ***-***-**-** mobil nömrəsində qeydə alınmış “Asan İmza”nı xx xxxxxx 2019-cu il tarixdə ona verməsindən sonra tanışı, Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib elektron qaydada MMC-də işləməyən müxtəlif şəxsləri həmin MMC-də əmək müqaviləsi mövcud olan işçi kimi qeydiyyata alaraq rəsmi sənəd hesab edilən kredit almaq hüququ verən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri ilə təmin etməklə banklardan kredit götürmələri üçün şərait yaradıb, pul qazanmaq qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2020-ci il tarixədək olan müddətdə Şahid5, X38, Şahid4, X39, X25, Şahid2, X27, X44, X45, X37, X19, X13, X20, X40 və X32 ilə razılaşaraq onlardan müxtəlif məbləğlərdə pul aldıqdan sonra, kredit almaları hüququnu verən saxta sənədi istifadə etmək məqsədi ilə onlar haqqında məlumatları elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “xxxx” altsisteminə daxil edərək “xxxx” MMC-nin müxtəlif sahələrdə işləyən yüksək maaşlı işçiləri kimi qeydiyyata alıb «Asan imza» vasitəsi ilə həmin şəxsləri elektron sistemdə işçi kimi təsdiq edərək rəsmi sənəd hesab edilməklə “Elektron imza və Elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə uyğun olaraq kağız daşıyıcıda olan sənədə bərabər tutulan əmək müqaviləsinin bağlanması ilə bağlı elektron əmək müqaviləsi bildirişlərini saxtalaşdırmaqla banklardan kredit götürmələri üçün satmış, həmin şəxslərdən Şahid2 xx xxxx 2020-ci il tarixdə 5.000 manat, Şahid5 xx xxxx 2020-ci il tarixdə 5.000 manat, Şahid4 xx xxxx 2020-ci il tarixdə 3.000 manat, X27 xx xxxx 2020-ci il tarixdə 3.000 manat, X39 xx xxxx 2020-ci il tarixdə 5.000 manat və X44 xx xxx 2020-ci il tarixdə 5.000 manat məbləğində “xxxx (Azərbaycan)” ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bank filiallarından kredit almışlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 320.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, xx xxxxxxx 2019-cu il tarixdə fəaliyyəti dayandırılmış ünvan 3 mənzil 19 ünvanında yerləşən “xxxx” MMC-nin təsisçisi Zərərçəkmiş şəxs qardaşı Şahid1 elektron sənəd dövriyyəsinə nəzarət etməsi məqsədi ilə, Zərərçəkmiş şəxs adına olan ***-***-**-** mobil nömrəsində qeydə alınmış “Asan İmza”nı xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 verməsini bildikdən sonra, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron qaydada müxtəlif şəxsləri həmin MMC-də işçi kimi qeydiyyata aldıraraq saxta sənəd hesab edilən kredit almaq hüququ verən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri ilə təmin etməklə banklardan kredit götürmələri üçün şərait yaradıb, pul qazanmaq qərarına gəlib, bununla bağlı Təqsirləndirilən şəxs1 ilə razılığa gələrək birləşib xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2020-ci il tarixədək olan müddətdə Şahid5, X38, Şahid4, X39, X25, Şahid2, X27, X44, X45, X37, X19, X13, X20, X40 və X14 bu işə cəlb edilməsini təşkil edib onlarla razılaşaraq müxtəlif məbləğlərdə pul alıb, onlar haqqında məlumatları elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminin “xxxx” altsisteminə daxil edərək “xxxx” MMC-nin müxtəlif sahələrdə işləyən yüksək maaşlı işçisi kimi saxta qeydiyyata aldıqdan sonra Təqsirləndirilən şəxs1 «Asan imza» vasitəsi ilə həmin şəxsləri elektron sistemdə işçi kimi təsdiq edərək rəsmi sənəd hesab edilməklə “Elektron imza və Elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə uyğun olaraq kağız daşıyıcıda olan sənədə bərabər tutulan əmək müqaviləsinin bağlanması ilə bağlı elektron əmək müqaviləsi bildirişlərini saxtalaşdırmaqla banklardan kredit götürmələri üçün satmış, həmin şəxslərdən Şahid2 xx xxxx 2020-ci il tarixdə 5.000 manat, Şahid5 xx xxxx 2020-ci il tarixdə 5.000 manat, Şahid4 xx xxxx 2020ci il tarixdə 3.000 manat, X27 xx xxxx 2020-ci il tarixdə 3.000 manat, X39 xx xxxx 2020-ci il tarixdə 5.000 manat və X44 xx xxx 2020-ci il tarixdə 5.000 manat məbləğində “xxxx (Azərbaycan)” ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif bank filiallarından kredit almışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, işləmir və nəvəsi X49 ilə birlikdə yaşayır. “xxxx” MMC-nin direktoru Zərərçəkmiş şəxs adına olan ASAN İMZA-nı yəni müvafiq sim kartı (***-***-**-**) ona Zərərçəkmiş şəxs qardaşı Şahid1 xatırlamadığı tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşərkən həmin MMC-nin fəaliyyətinin dayandırıldığı üçün vergi orqanları ilə şirkət arasında eletron sənəd dövriyyəsinə nəzarət etmək məqsədi ilə vermişdir. Həmçinin görəcəyi iş müqabilində ona əvvəlcə 100, daha sonra xırda məbləğlərdə pul vermişdir. Şahid1 tanışı X41 vasitəsi ilə tanımışdır. Belə ki, Rabil onu Nizamiyə yaxşı mühasib kimi məsləhət görmüşdür. Əvvəllər Rabilin direktoru olduğu dəmir qəbulu ilə məşğul olan “xxxx” MMC-nin bəzi mühasibat sahəsində işlərini görmüşdür. O, “xxxx” MMC-nin bütün açot işlərini qaydasında həll etmişdir. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Belə ki, tanışı Günel adlı şəxs onu Yusiflə təxminən 2018-ci ildə tanış etmişdir. Sözügedən ASAN İMZA-nı əldə etdikdən sonra şəxsi ehtiyacları yarandığından, tanımadığı şəxsləri iş yerindən arayışlarla təmin edib, onların banklardan kredit götürmələri üçün “xxxx” MMC-nin işçi kimi dövlət elektron sistemdə qeydiyyata alıb, bununla da pul qazanmaq qərarına gəlmişdir. 2020-ci ilin təxminən fevral-mart aylarında Yusifə bu barədə bildirmiş, Yusifə işə düzəltmək üçün adamlar tapmasını demişdir. Bir müddət sonra Yusif əvvəllər tanımadığı şəxslərin şəxsiyyət vəsiqələrini və ya vəsiqələrin şəkillərini əldə edərək “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərmiş, yaşadığı Ağstafa rayonunda ola-ola ASAN İMZA vasitəsi ilə həmin şəxsləri işçi kimi təsdiq etmişdir. Hər bir şəxsi qeydiyyata saldıqda Yusif müxtəlif məbləğlərdə 20, 30, 50 manat pul alıb ona yaşadığı Ağstafa rayonuna istifadəsində olan “xxxx”a aid karta göndərmişdir. Yusifin həmin pulları hansı şəraitdə, miqdarda, kimdən və harada alması ona məlum deyildir. Həmin şəxslərdən X13 “xxxx” MMC-nin kafel-metlax ustası kimi, 1250 manat məbləğində maaşla müddətsiz xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsinin əsaasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X2 texniki qurğuların quraşdırıcısı ustası kimi 1170 manat məbləğində maaşla müddətsiz xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi əsasında xx xxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X3 texniki qurğuların quraşdırıcısı ustası kimi 680 manat məbləğində maaşla xx xxxxxx 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X25 Parket ustası kimi 1170 manat məbləğində maaşla xx xxxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında sistemə daxil edilmiş, X38 iş icraçısı kimi 1270 manat məbləğində maaşla xx xxxxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında sistemə xx xxxx 2020-ci il tarixdə daxil edilmiş, X45 çardaq dam örtüyü işçisi kimi 1270 manat məbləğində maaşla xx xxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X5 texniki qurğuların quraşdırıcısı ustası kimi 1170 manat məbləğində xx xxxxxx 2019-cu il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X40 dəmirci qəlibçi ustası kimi 1240 manat məbləğində maaşla xx xxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında 21aprel 2020-ci il tarixdə sistemə daxil edilmiş, X37 satıcı ekspeditor kimi 960 manat məbləğində maaşla, xx xxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X44 rəngsaz kimi 1270 manat məbləğində maaşlı, xx xxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, Salamov X26 dam örtüyü ustası kimi 1150 manat məbləğində maaşla xx xxxxxxxx 2018-ci il tarixli əmək müqaviləsi əsasında xx xxxx 2020ci il tarixdə sistemə daxil edilmiş, X39 parket ustası kimi 1170 manat məbləğində maaşla, xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, Şahid4 sanitar texniki qurğuların quraşdırıcısı ustası kimi, 1270 manat məbləğində maaşla xx xxxxxx 2018-ci il tarixli əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sisemə daxil edilmiş, Şahid5 sanitar texniki qurğuların quraşdırıcısı ustası kimi, 1180 manat məbləğində maaşla xx xxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmiş, X4 texniki qurğuların quraşdırıcısı ustası kimi 1190 manat məbləğində maaşla, xx xxxxxxxx 2018-ci il tarixli müddətsiz əmək müqaviləsi əsasında xx xxxx 2020-ci il tarixdə sistemə daxil edilmişdir. Daha sonra xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək ona etibar edilmiş ASAN İMAZ-nı geri göndərməsini demiş, rayonda olduğundan həmin ASAN İMZA-nı göndərə bilməmiş, Nəsimi sonra yenidən zəng edərək həmin mobil nömrəni bağlatdığını və onda olan nömrənin lazım olmadığını bildirmişdir. Bundan sonra o, həmin nömrəni Ağstafa rayonu Yenigün kəndində yerləşən yaşadığı evin yaxınlığında zibilliyə atmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx xxxx 2020-ci il tarixdə, xx xxxxx 2020-ci il tarixdə və xx xxxxx 2020-ci il tarixdə 100 manat, 25 manat və 50 manat olmaqla ümumilikdə 175 manat məbləğində pulu ona Təqsirləndirilən şəxs2 göndərmişdir. Təqsirləndirilən şəxs2 axtarıb-tapdığı şəxsləri “xxxx” MMC-nə saxtakarlıq edilərək işçi kimi qeydiyyata almış, həmin şəxsləri həmin MMC-də hər hansı əmək funksiyası həyata keçirmək deyil, sadəcə banklara saxta arayış təqdim edib kredit götürmək üçün işçi kimi qediyyata almış, xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığını Təqsirləndirilən şəxs2 bildirməmişdir. Törətdiyi bu əməldən səmimi peşman olmuşdur, himayəsində bir xəstə azyaşlı nəvəsi var. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, sifariş əsasında fərdi yaşayış evlərində və mənzillərdə tikinti-təmir işlərini təşkil edir. Təqsirləndirilən şəxs1 təxminən 2018-ci il tarixdən Təmir Tikinti idarəsindən tanışlarının vasitəsi ilə tanımışdır. Onun metal alqı-satqısı ilə məşğul olan “xxxx” MMC-nin direktoru kimi tanımışdır. Həmçinin onda olan məlumata əsasən Vəzifə əvvəllər mühasib kimi fəaliyyət göstərmişdir. 2020-ci ilin yanvar ayında Vəzifə Bakı Ağır Cinayətlər məhkəməsində barəsində cinayət işinə baxıldığını, bu baxımdan da rayondan tez-tez Bakı şəhərinə gəlməli olduğunu, yol pulu olmadığından və maddi vəziyyəti ilə əlaqədar ona köməklik etməyini bildirmişdir. Vəzifə “xxxx” MMC-nin vergi orqanlarına hesabatını verdiyini, direktorun adına olan ASAN İMZA-nın etibar edildiyini demiş, işə düzəlmək istəyən olduğu halda həmin MMC-yə işçi tapmağı xahiş etmişdir. Həmçinin, Vəzifə işə düzələn adamlara yüksək maaş verilcəyini, onların kredit göterə biləcəklərini demişdir. 2020-ci ilin fevral ayı ərzində təxminən 6-7 nəfər şəxs tapmış, həmin şəxslərin şəxsiyyət vəsiqələrinin şəkillərini mobil telefonu ilə çəkib Ağstafa rayonunda yaşayan Vəzifəyə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Vəzifə isə Ağstafa rayonu ərazisindən ASAN İMZA vasitəsi ilə sənədlərinin şəkillərini göndərdiyi şəxsləri “xxxx” MMC-də müxtəlif vəzifələrə qeydiyyata almışdır. İşə düzəltmək üçün həmin şəxslər 30-60 manat civarında pul vermiş, əldə etdiyi pulların hamısını Vəzifənin ona əvvəcədən dediyi “xxxx” aid bank kartına müxtəlif yerlərdən “Milliön” portalı vasitəsi ilə göndərmişdir. 2020-ci ilin may ayında Vəzifə zəng edib “xxxx” MMC-nin direktoru Nəsiminin onun bu işlərindən xəbər tutduğunu, ondan Nəsimi ilə danışmağı xahiş etmiş, o, isə öz işini özünün həll etməsini demişdir. Bir müddət sonra Nəsimi adlı şəxs özü ona zəng edərək Vəzifə ilə əlbir olub, saxta sənədlər hazırlamaqda onu ittiham etmiş, o, isə Vəzifənin bu işlərindən xəbəri olmadığını bildirmişdir. Vəzifə həmin şəxslərin “xxxx” MMCdə hansı sahədə işləyəcəyini və nə qədər maaş alacağını ona bildirmiş, Vəzifə özünü kadrlar şöbəsinin müdiri kimi təqdim etdiyindən həmin şəxslərə Vəzifəni kadrlar şöbəsinin müdiri kimi təqdim etmiş, bundan sonra Vəzifəni həmin şəxslərlə mobil telefon vasitəsi ilə danışdırmışdır. xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığı barədə məlumatı olmamış, hər şey sonradan ortaya çıxmışdır. “xxxx” MMC-yə işçi kimi qeydiyyata aldıqları şəxslərin hansı bankdan kredit almaları barədə məlumatı olmamışdır. Həmin şəxslərin “xxxx” MMC-də saxtakarlıq edilərək yəni etibar edilmiş ASAN İMZA ilə vasitəsi ilə şirkət direktorunun məlumatı olmadan, fəaliyyəti dayandırılmış şirkətdə və faktiki olaraq həmin şirkətdə heç bir əmək funksiyası həyata keçirilmədən işçi kimi qeydiyyata alındığı barədə məlumatı olmamışdır. Belə ki, Vəzifə ona şirkət rəhbərinin bundan xəbərinin olmadığını, həmin şirkətin xx xxxxxxx 2019-cu il tarixdə fəaliyyətinin dayandırıldığını 2020-ci ilin may ayında zəng edərək demişdir. Zərərçəkmiş şəxs tanımır, bir dəfə Nəsmi ilə mobil telefon vasitəsi ilə danışmışdır. Cinayəti o, yox Vəzifə təşkil edərək törətmiş, adamları Vəzifənin xahişi ilə tapmış, bütün pulları Vəzifəyə göndərmişdir. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, özü fəaliyyəti dayandırılmış vəziyyətdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətnin direktorudur. Belə ki, həmin Cəmiyyət xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Dövlət Reyesterindən qeydiyyatdan keçmişdir. Cəmiyyətin təsisçisi anası İbrahimova Şölə Bayram qızı, qanuni təmsilçi, yəni direktor isə o, olmuşdur. Həmin cəmiyyət kommersiya təşkilatı olub, havalandırma və kondisioner qurqaşdırılmasını həyata keçirir. MMC-nin hüquqi ünvanı ünvan 4 olsa da, faktiki olaraq ünvan 3 ünvanında yerləşir. Lakin, həmin cəmiyyətin xx xxxxxxx 2019-cu il tarixdə fəaliyyəti Vergi orqanlarında qeydiyyatda alınmaqla dayandırılmış, göstərdiyi tarixdən sonra heç bir xidmət göstərilməmişdir. Cəmiyyət fəaliyyət göstərən zaman bir nəfər Rəşid adında işçisi olmuşdur. Cəmiyyət fəaliyyətini dayandırdıqdan sonra bütün hesabatlarını vergi orqanlarına vermişlər. Həmçinin vergi ilə olan elektron sənəd dövriyyəsinə nəzarət etmək üçün ***-***-**-** mobil nömrəsi ilə ASAN İMZA əldə etmişdir. Qeyd etdiyi işləri görmək üçün Rabil adlı tanışına müraciət etmiş, Rabil isə ona Təqsirləndirilən şəxs1 məsləhət bilərək ASAN İMZA nı ona etibar edə biləcəklərini bildirmişdir. Rabillə razılaşmış, sonuncu həm onun, həm də qardaşı Şahid1 tanışı olmuşdur. Həmin ərəfədə o, Almaniya Federativ Respublikasında olduğundan qardaşına xahiş etmişdir ki, Vəzifə ilə görüşüb ASAN İMAZ nı ona versin. Qardaşı Nizami onda olan məlumata əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Vəzifə ilə görüşüb ASAN İMZA nı yəni, sim kartı ona vermişdir. Görəcəyi iş müqabilində isə ona 100 manat pul vermişdir. O, xarici ölkədə olduğundan qardaşı Nizami Vəzifənin işinə nəzarət etmişdir. Belə ki, qardaşı vaxt aşırı Vəzifə ilə telefon əlaqəsi saxlayaraq işlər barədə soruşmuşdur. xx xxx 2020-ci il tarixdə Bakı şəhərində olarkən onun ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü “VTB Bank”ın işçisi kimi təqdim edib, Əsədov Elnur adlı işçinin direktoru olduğu şirkətdə işləyib-işləməməsini soruşmuş, həmçinin həmin şəxsin bankdan kredit almaq istədiyini bildirmişdir. O, isə həmin şəxsə direktoru olduğu cəmiyyətin artıq xx xxxxxxx 2019-cu il tarixdən etibarən fəaliyyətinin dayandırmasını və ümumiyyətlə bir nəfər işçilərinin olmasını, Əsədov Elnur adlı işçilərinin olmamasını bildirmişdir. Bundan sonra onlar sağollaşmışlar. Növbəti gün onun həmin mobil nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü “VTB BANK” ın Təhlükəsizlik Departametinin əməkdaşı kimi təqdim edərək, kredit almaq istəyən özünü həmin cəmiyyətin işçisi kimi təqdim etmiş Əsədov Elnurun cəmiyyətdə işləyib-işləməməsi barədə soruşmuşdur. Onun isə cəmiyyətin fəaliyyətinin dayandırıldığını və həmin şəxsin orada işləməməsini bildirdiyini demişdir. O, həmin şəxsə olanları yenidən izah etmişdir. Daha sonra həmin şəxs onu “VTB BANK” ın baş ofisinə dəvət etmişdir. O, həmin gün saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Təhsil Nazirliyi ilə üzbəüz olan VTB Bankın baş ofisinə getmişdir. Onunla əlaqə saxlayan həmin şəxslə görüşmüşdür. Ona məlum olmuşdur ki, həmin şəxs Şahid7dur və Təhlükəsizlik departamentinin işçisidir. Şahid7 ona özünü direktoru olduğu Cəmiyyətin işçisi kimi təqdim edərək “VTB BANK” dan müxtəlif məbləğlərdə kredit götürmüş şəxslərin “NAĞD KREDİT ALİNMASİ ÜÇÜN ƏRİZƏ ANKET” blanklarının surətini vermişdir. Həmin blanklara baxarkən ona məlum olmuşdur ki, X46, X39, X27, Şahid4 Möhəbbət oğlu, Şahid5, Şahid2 ümumilikdə 6 nəfər şəxsi direktoru olduğu cəmiyyətin işçi olduğunu banka bildirərək oradan kredit götürmüşlər. Bank isə müvafiq dövlət orqanına müraciət edərək müəyyən etmişdir ki, həmin işçilər doğurdanda həmin cəmiyyətdə işləyirlər. O, bank işçisinə bildirmişdir ki, direktoru olduğu cəmiyyətin artıq fəaliyyəti dayandırılmışdır. Ona görə də həmin şəxslər orada faktiki olaraq işləmirlər və o, həmin şəxsləri tanımır. O bankda göstərilən şəxslərin anket məlumatlarından həmin şəxslərin mobil nömrələrini götürmüşdür. Həmin şəxslərə bir-bir zəng etmiş və onlarla danışmışdır. Həmin şəxslər bildirmişlər ki, Yusif adlı şəxs onları “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin işçisi kimi qeydiyyata almaq üçün onlardan müxtəlif yerlərdə görüşüb və müxtəlif miqdarlarda pul almışdır. Hətta xatırlamadığı həmin şəxslərdən biri bildirmişdir ki, bir nəfər qadın özünü ““AYGÜN”” kimi təqdim edib kadrlar şöbəsinin rəisi olduğunu bildirərək onu işçi kimi pul müqabilində qeydiyyata almışdır. O, özünü “Aygün” kimi təqdim edən qadının əslində Vəzifə olduğundan şübhələnmiş və onun ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Vəzifəyə olanları danışmışdır. Vəzifə isə etdiyi cinayəti etiraf edib ağlayaraq şikayət etməməyini ondan xahiş etmişdir. Həmin Təqsirləndirilən şəxs1 etirafedici sözləri onun mobil telefonunun yaddaşında vardır və həmin səs yazısını təqdim edə bilər, həmçinin bankdan nömrələrini götürüb danışdığı şəxslərin də səs yazıları onda vardır. Bankdan kredit götürmüş Şahid5 ilə mobil telefon vasitəsi ilə danışarkən ona bildirmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən yaşayış binasının birinci mərtəbəsində ofisdə cəmiyyətin işçisi kimi qeydiyyata düşmüşdür. Daha sonra Şahid5 bir nəfər tanımadığı şəxsi onun yanına göndərmiş və o, həmin şəxslə sözügedən ofisə getmişdir. Orada olarkən həmin yerin həqiqətən də yaşayış binasının birinci mətəbəsində yerləşdiyini görmüşdür. Qapısı açıq olsa da, oraya daxil olmamışdır. Daha sonra o, ASAN İMZA-nı Vəzifdən istəsə də, Vəzifə görüşdən imtina etmiş və sim kartı ona verməmişdir. Bundan sonra o, ASAN İMZA-nın duplikatını çıxarmışdır. Daha sonra elektron sistemə baxarkən ona məlum olmuşdur ki, qeyd etdiyi 6 nəfər şəxsdən başqa ümumilikdə 17 nəfər şəxs onun xəbəri olmadan işçi kimi cəmiyyətə qeydiyyata alınmışdır. Bu barədə o, Bakı şəhəri Xətai rayon prokurorluğuna ərizə ilə müraciət etmiş və araşdırma zamanı zəruri sənədləri təqdim etimşdir. Həmçinin sualları cavablandırarkən bildirmişdir ki, qanunsuz olaraq 17 nəfər şəxsin qeydiyyata alınaraq onlara yüksək məbləğdə maaşlar təyin edilməsi gələcəkdə müaviq dövlət ödənişlərinin ödənilməsinə səbəb olmasa hazırda ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 göstərdi ki, özü hazırda “xxxx” Azərbaycan ASC-nin Təhlükəsizlik idarəsi, İqtisadi təhlükəsizlik şöbəsinin baş mütəxəssisi kimi çalışır. 2020-ci ilin may ayının 5-də vətəndaş X44 “xxxx”-yə elektron olaraq müraciət edib bank kartı istəmişdir. Əməkdaşlar tərəfindən aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs bir gün əvvəl bankdan 5000 manat məbləğində istehlak krediti əldə etmişdir. Həmin şəxs kredit götürərkən təqdim edilmiş elektron arayışa əsasən “xxxx” şirkətinin işçisi kimi qeydə alınmışdır. Hər hansı şəxsin elektron olaraq harada işləməsini (mülki işçilər nəzərədə tutulur) Bank daxili kredit konveyer sistemi vasitəsi ilə müştərilərin iş yerləri www.e-gov.az portalı (AR ƏƏSMN X1 Sistemi) vasitəsi yoxlanılır. Müştərinin təkrar yoxlaması aparılarkən tərəfindən həmin “xxxx” şirkətinin direktoru Zərərçəkmiş şəxs (***-***-**-**) ilə mobil telefonla əlaqə saxlanılmışdır. Şirkət direktoru həmin şirkətin fəaliyyətnin dayandırıldığını və işçi kimi qeyd edilən şəxsi tanımadığını bildirmişdir. Daha sonra araşdırma nəticəsində məlum olmuşdur ki, həmin şirkətin elektron arayışını təqdim edərək daha 5 nəfər şəxs də kredit götürmüşdür. Belə ki, həmin şəxslər X39-(5000 manat), X27-(3000 manat), Şahid4-(3000 manat), Şahid5-(5000 manat) və Şahid2-(5000 manat)dur. O həmin şirkət direktorunu “xxxx” Azərbaycan ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən baş ofisinə dəvət etmişdir. Zərərçəkmiş şəxs kredit götürən həmin şəxslərin “NAĞD KREDİT ALİNMASİ ÜÇÜN ƏRİZƏ ANKET” blanklarının surətini göstərdikdə Nəsimi bildirmişdir ki, qeyd edilən şəxsləri tanımır və belə bir işçilər həmin şirkətdə işləməyiblər. Əlavə olaraq qeyd etmişdir ki, kredit götürən şəxslərdən X44 və Şahid4 götürdükləri kreditləri faizləri ilə birlikdə tam olaraq ödəmişlər. Lakin digərləri yəni Şahid2, Şahid5, X27 və X6 ödənişlərini gecikdirmişlər. Həmçinin bank özlərini “xxxx” MMC-nin işçiləri kimi təqdim edən şəxslərə ümumilikdə 26000 manat məbləğində kredit vermişdir, iki kredit xətti üzrə 8000 manat məbləğində borc tam olaraq ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, o “xxxxASC-dən 5000 manat məbləğində istehlak krediti götürmüş və kredit götürərkən özünü həmin banka “xxxx” MMC-nin işçisi kimi təqdim etmişdir. 2020-ci ilin mart aylarının sonlarında o “xxxx” MMC-də çilingər kimi işə düzəlmişdir. Belə ki, həmin ərəfədə Vüqar adlı tanışı ona 1080 manat məbləğində maaşı olan iş yeri tikinti şirkətini məsləhət görmüş, daha sonra onun şəxsiyyət vəsiqəsinin şəkilini mobil telefonu ilə çəkib tanımadğı şəxsə WHATSAPP mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Həmçinin onda olan məlumata əsasən tanışı Vüqar da həmin MMC-də işləmişdir. Bundan sonra ona bir müddət gözləməyini bildirmişlər. Vüqar ona MMC-nin kadrlar şöbəsinin müdiri “Aygün” xanımın mobil nömrəsini verərək problem olacağı halda ona zəng etməyini bildirmişdir. Daha sonra pandemiya ilə əlaqədar karantin olduğundan onu çağırmamışlar. 2020-ci ilin aprel ayının təxminən 5-də o qeyd etdiyi kimi “xxxxASC-dən 5000 manat məbləğində istehlak krediti götürmüşdür. Borcunu aylıq olaraq ödəsə də gecikmələri də olmuşdur. “Aygün” xanımın mobil nömrəsi ***-***-**-**, Vüqarın mobil nömrəsi isə ***-***-**-**-dır. İşə düzəlmək üçün heç kimə pul verməmiş, onun işçi kimi “xxxx” MMC-yə qəbul olmağı xəbərini Vüqar zəng edərək bildirmiş və həmçinin onu çağıracaqlarını demişdir. Zərərçəkmiş şəxs “xxxx” MMC-nin direktorudur, onu şəxsən tanımamış, Vüqar adlı şəxsdən onun adını eşitmişdir. O, ümumiyyətlə “xxxx” MMC-ni binasını görməmiş, şirkətin direktorunun sadəcə adını eşitmiş, həmin şirkətdən maaş almamış, həmin şirkətdə heç bir əmək funksiyası yerinə yetirməmişdir. “Aygün” adlı şəxsin mobil nömrəsini ona Vüqar vermiş və “Aygün” xanımın işə düzələcəyi “xxxx” MMC-nin kadrlar şöbəsinin müdiri olmasını demiş, onu görməmiş nə də ki, onunla danışığı olmamışdır. Təqsirləndirilən şəxs1 tanımamış, Yusif adlı şəxsin adını tanışı Vüqardan eşitmişdir. Belə ki, Vüqar Yusif adlı şəxsin onun işə düzələcəyi tikinti şirkətində mühəndis işlədiyini bildirmişdir. Lakin, onu görməmiş və onunla hər hansı əlaqəsi olmamışdır. Pula ehtiyacı olduğundan kredit götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığı barədə məlumatı bankdan zəng edib ona demişlər. Lakin bu barədə əvvəllər xəbəri olmamışdır. Vüqarı yaşadığı Bakıxanov qəsəbəsindən tanımış, onda olan məlumata əsasən Vüqar “xxxx” MMC-də işləmiş və onu da həmin MMC-də işə düzəlməyi məsləhət görmüşdür. Həmçinin onun şəxsiyyət vəsiqəsinin şəkilini mobil telefonu vasitəsi ilə çəkib tanımadığı şəxsə göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstəmişdir ki, o “xxxxASC-dən 3000 manat məbləğində istehlak krediti götürmüş və kredit götürərkən özünü həmin banka “xxxx” MMC-nin işçisi kimi təqdim etmişdir. 2020-ci ilin martın ayının əvəllərində saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən kafelərdən birində tanışları ilə birlikdə əyləşib çay içərkən həmin məclisdə əyləşmiş adını bilmədiyi şəxs tikinti şirkətinin olduğunu, işçi axtarıldığını və yüksək yəni 1000 (min) manat məbləğində maaş verildiyini bildirmişdir. Həmin şirkətin adının “xxxx” MMC olduğunu, Yusif adlı şəxsin həmin şirkətin mühəndisi olduğunu və işə düzəlməkdə köməklik edə biləcəyini bildirmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmış, bundan sonra həmin şəxs ona Yusif adlı şəxsin ***-***-**-** mobil nöməsini vermişdir. Növbəti gün səhər saatlarında o, Yusif adlı şəxsə zəng etmiş və işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra Yusifin təklifi ilə Əcəmi metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşmüşlər. O, kafedə olarkən Yusif adlı şəxsə işə düzəlmək istədiyini bildirmiş, Yusif isə havalandırma işləri ilə məşğul olan “xxxx” MMC-də santexnikə ehtiyac olduğunu bildirmişdir. O, Yusifə bankdan kredit götürmək istədiyini, ona görə iş yerindən arayış lazım olduğunu demiş, Yusif 100 manat müqabilində arayış verə biləcəyini bildirmiş, Yusifə 100 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini vermişdir. Yusif adlı şəxs şəxsiyyət vəsiqəsini və 100 manat pul götürüb həmin kafedə gözləməyi bildirmiş, bir neçə dəqiqədən sonra gələrək vəsiqəni ona qaytarmışdır. Həmçinin onun adına olan əmək müqaviləsinin bağlanması ilə bağlı xxxx gətirmişdir. Gələcəkdə həmin şirkətdə işə düzəlmək üçün isə danışacaqlarını bildirmişdir. Bundan sonra o, həmin yeri tərk etmişdir. Yusif adlı şəxs isə ona məlum olmayan istiqamətdə getmişdir. 2020-ci ilin mart ayının təxminən 10-da o, qeyd etdiyi kimi “xxxxASC-dən 3000 manat məbləğində istehlak krediti götürmüşdür. Belə ki, həmin bankın Əcəmi filialına yaxınlaşmış və Yusif adlı şəxsin verdiyi onun adına olan əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxni banka təqdim etmiş və qeyd etdiyi məbləğdə kredit götürmüşdür. Daha sonra iki ay ərzində kredit borcunu tam olaraq ödəmişdir. Krediti ödədikdən sonra işə düzəlmək fikrindən daşındığı üçün Yusif adlı şəxslə heç bir əlaqə saxlamamışdır. “xxxxASC-nin Əcəmi filialına təqdim edərək kredit aldığı onun “xxxx” MMC-nin işçisi kimi təsdiq edən adına olan əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxnin saxta olduğunu bilmiş, çünki həmin arayışda onun iş stajı 2018-ci ilin noyabr ayının 19-dan etibarən hesablanmışdır. O, ümumiyyətlə həmin şirkəti görməmiş, şirkətin direktorunun sadəcə adını eşitmiş, həmin şirkətdən maaş almamış və həmin şirkətdə heç bir əmək funksiyası yerinə yetirməmişdir. “Aygün” adlı şəxsin mobil nömrəsini ona Yusif adlı şəxs vermiş, “Aygün” adlı şəxsin şirkətin kadrlar şöbəsinin müdiri olmasını demişdir. Lakin “Aygün”ü görməmiş və aralarında heç bir münasibət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Zərərçəkmiş şəxs fəaliyyəti dayandırılmış vəziyyətdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətnin direktorudur. Həmin Cəmiyyət kommersiya təşkilatı olub, havalandırma və kondisioner qurqaşdırılmasını həyata keçirir. MMC-nin hüquqi ünvanı ünvan 4 olsa da, faktiki olaraq ünvan 3 ünvanında yerləşir. Lakin həmin cəmiyyətin xx xxxxxxx 2019-cu il tarixdə fəaliyyəti Vergi orqanlarında qeydiyyatda alınmaqla dayandırılmışdır. Fəaliyyəti dayandırıldıqdan sonra qardaşı Nəsimi adına olan və ***-***-**- ** mobil nömrəsinə qeydə alınmış ASAN İMZA-nı elektron sənəd dövriyyəsinə nəzarət etməsindən ötrü hər hansı etibar edilmiş şəxsə vermək qərarına gəlmişdir. Çünki özü Almaniya Federativ Respublikasına gedəcəyindən bunu şəxsən edə bilməmişdir. Daha sonra Nəsimi Almaniyada olarkən ona zəng edib adına olan və ona verdiyi Asan imza qeydə alınmış mobil nömrəni Təqsirləndirilən şəxs1 adlı şəxslə görüşüb ona verməyini xahiş etmişdir. Həmçinin ondan xahiş etmişdir ki, Vəzifəyə ilkin olaraq 100 manat məbləğində pul versin. xx xxxxxx 2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşüb sim kartı ona vermişdir. Həmçinin qardaşının xahişi ilə görəcəyi iş müqabilində isə Vəzifəyə 100 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 gördüyü iş müqabilində aybaay müxtəlif məbləğlərdə pul vermişdir. Bir müddət sonra qardaşı Nəsimi Bakı şəhərində olarkən ona bildirmişdir ki, Vəzifə ona etibar edilmiş Asan İmza vasitəsi ilə müxtəlif şəxsləri banklardan kredit götürmələrinə şərait yaradaraq “xxxx” MMC-nə işçi kimi Yusif adlı şəxslə birləşib qeydiyyata almışdır. Həmçinin həmin qeydiyyata alınmış şəxslərdən bəziləri “xxxxASC-dən müxtəlif məbləğlərdə kreditlər götürmüşlər. Şahid6 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid6 həmin ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayının sonlarında dostu Zeynallı Hatəmə maddi vəziyyəti ilə əlaqədar iş olduğu halda bu barədə bildirməyi xahiş etmişdir. Bir müddət sonra Hatəmlə 28 may metrostansiyasının yaxınlığında görüşmüşlər. Hatəm “xxxx” tikinti şirkətinin olmasını və həmin şirkətin işçilərdən ibarət briqada toplanmasını bildirmiş, işə görə yüksək hətta 1000-1500 manata kimi maaş verildiyini, həmin şirkətin “AĞ ŞƏHƏR”-də “PAŞA HOLDİNG”-in sifariş etdiyi binaları tikəcəyini demişdir. Hatəm tanışı həmin şirkətin işçisi olan Yusif adlı şəxsin həmin şirkətə işçi qəbul etdiyini bildirmişdir. O, Hatəmə razılıq vermiş, dostları Şahid5 və Şahid2 bu barədə danışdıqda isə onlar da həmin şirkətdə işləmək istədiklərini bildirmişlər. Onlar bir yerdə Hatəmin dediyi kimi şəxsiyyət vəsiqələrinin şəkillərini onun mobil telefonu ilə çəkib WHATSAPP mobil tətbiqi vasitəsi Hatəmə göndərmişlər. Daha sonra Hatəmin dediyi təklifi yoxlamaq üçün onun dediyi kimi Bakı şəhəri, Yasmal rayonu ərazisində yerləşən Şamaxinka adlanan ərazidə “xxxx”-ın filialı ilə üzbəüz yerləşən yaşayış binasının birinci mərtəbəsindəki şirkətin ofisinə Yusif adlı şəxslə görüşməyə getmişdir. Lakin ofisin qapısı bağlı olmuş, orada Hatəmdən Yusifin mobil nömrəsini (***-***-**-**) götürüb Yusifə zəng etmişdir. Yusif adlı şəxs ona iş yerində olmadığını, həmçinin onunla əlaqə saxlayacağını bildirmiş, bundan sonra o, həmin yeri tərk etmişdir. Hatəm onlara həmin şirkətin kadrlar şöbəsinin müdiri “Aygün” xanımın ***-***-**-** mobil nömrəsini vermiş və “Aygün”lə əlaqə saxlamalarını bildirmişdir. O “Aygün” adlı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və danışmışlar. “Aygün” xanım onun şəxsiyyət vəsiqəsinin FİN kodunun portalın qəbul etmədiyini və şəxsiyyət vəsiqəsini dəyişmək lazım olduğunu, digər şəxslər Emil və Cahangirin isə işə qəbul edildiyini, onlarla əlaqə saxlanılacağını demişdir. Lakin o, 2-ci qrup əlilik dərcəsi almaq üçün müvafiq dövlət orqanına müraciət etdiyindən həmin şirkətdə işləməkdən imtina etmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Cahangir və Emil həmin MMC-nin işçisi kimi “xxxxASC-dən kredit götürmüşlər. O, işə düzəlmək üçün heç kimə pul verməmiş, Emil və Cahangirin kiməsə pul verib-verməməsi ona məlum deyildir. xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığı barədə məlumatı yoxdur. Şahid5 və Şahid2 “xxxx” MMC-nin işçiləri kimi qeydiyyata alındıqlarından sonra yaxın vaxtlarda eyni Bankdan istehlak krediti götürmələrinin səbəbi ona məlum deyildir. Zeynallı Hatəmlə iki il əvvəl olar ki, tanış olmuşdur. Onunla dostluq münasibətləri yaranmışdır. Onun mobil nömrəsi ***-***-**-**-dür. Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, Şahid6 ifadəsində göstərdiyi Zeynallı Hatəm odur. Özü “Azərbaycan Dəmir Yolları” QSM-nin təsərrüfat şöbəsində sürücü işləyir. İşlədiyi yer 28 may metrostansiyasının yaxınlığında yerləşir. Yusif adlı şəxsi o, işlədiyi yerdən tanıyır. Belə ki, işlədiyi yerin yaxınlığında yerləşən kafedə iş yoldaşları ilə tez-tez əyləşib çay içmiş və Yusif adlı şəxsdə həmin kafeyə gəlib-getmişdir. Yusif adlı şəxslə tanışlığı həmin kafedən başlamış və təxminən 5-6 ay olarki dostuluq münasibətləri yaranmışdır. Yusiflə görşüdükdə 2-3 dəfə ona bildirmişdir ki, usta işi görə bilən tanışları varsa bu barədə məlumat versin. Həmçinin tanışının tikinti şirkətinə işçi lazım olduğunu bildirmiş, lakin həmin şirkətin adını ona deməmişdir. Şahid6 isə təxminən 2 il olarki tanıyır. Onunla dostuluq münasibətləri vardır. Şahid6 ona dəfələrlə iş axtardığını bildirmiş, buna görə də o, Yusifin bu təklifindən sonra Vüqarla əlaqə saxlamış və iş yeri olduğunu bildirmişdir. Vüqar həmçinin iş axtardığını və görüşmək istədiyini bildirmişdir. O, Vüqarla 28 may metrostansiyasının yaxınlığındakı kafədə görüşmüşdür. Vüqara Yusif adlı tanışının tikinti şirkətinə işçi düzəldiyini bildirmişdir. Vüqar razılaşmış və o, Yusiflə əlaqə saxlayıb dostunun işə düzəlmək istədiyini bildirmişdir Yusif isə həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini ona WHATSAPP mobil tətbiqi vasitəsi göndərməyini xahiş etmişdir. O, Vüqara Yusifin dediklərini çatdırdıqda,Vüqar iki nəfər şəxsin də işə düzəlmək istədiyini bildirmiş, həmin iki nəfəri tanınmamışdır. O, Yusifə iki nəfərin də işə düzəlmək istədiyini bildirmiş, sonuncu isə razılaşmış və şəxsiyyət vəsiqələrinin şəkillərini ona göndərməyini xahiş etmişdir. Bundan sonra Vüqar onun mobil telefonuna WHATSAPP mobil tətbiqi vasitəsi özünün, Şahid5 və Şahid2 şəxsiyyət vəsiqələrinin şəkillərini göndərmişdir. O isə həmin şəkilləri Yusifin ***-***-**-** mobil nömrəsinə göndərmişdir. Daha sonra Vüqar ona bildirmişdir ki, onun sənədlərində problem olduğundan işi alınmamışdır. Lakin, digər iki nəfərin işləri alınmış və onlar “xxxx” MMC-yə işə qəbul olunmuşlar. Daha sonra o, həmin məsələ ilə bağlı maraqlanmamışdır. Şahid5 və Şahid2 “xxxx” MMC-nin işçisi olmasına dair elektron sistemdə qeydə alınmasının saxtalaşdırıldığı barədə məlumatı yoxdur. “Aygün” adlı şəxsin ***-***-**-** mobil nömrəsini ona Yusif demiş və həmin tikinti şirkətinin kadrlar şöbəsinin müdiri olduğunu bildirmişdir. O, isə həmin mobil nömrəni dostu Vüqara bildirmiş, nə sualı olsa kadrlar şöbəsinin müdirindən soruşmasını demişdir. Sonradan ona məlum olmuşdur ki, həmin “Aygün”ün əsil adı Vəzifədir. Belə ki, bunu ona Vüqar demişdir. O, işə düzəldikləri üçün Şahid5, Şahid2 və Şahid6 pul almamış, nə də ki, Yusif adlı şəxsin onlardan pul aldığının şahidi olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığı barədə məlumatı yox idi. Onun Şahid5 və Şahid2 özlərini “xxxx” MMC-də işləmədikləri halda oranın işçiləri kimi təqdim edərək saxta arayışlardan istifadə edib “xxxxASC-dən kredit götürmələri barədə məlumatı yoxdur, nədə ki, həmin şəxsləri tanımır. Onun vasitəsi liə “xxxx” MMC-də işə düzələn hər iki şəxsin eyni bankdan yəni “xxxxASC-dən istehlak krediti götürmələri barədə heç bir məlumatı yoxdur. Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, o, “xxxxASC-dən 5000 manat məbləğində istehlak krediti götürmüş və kredit götürərkən özünü həmin banka “xxxx” MMC-nin işçisi kimi təqdim etmişədir. 2020-ci ilin mart ayının 10-da o, “xxxx” MMCdə çardaq dam örtüyü ustası kimi işə düzəlmişdir. Belə ki, həmin ərəfədə Vüqar adlı tanışı ona 1150 manat məbləğində maaşı olan iş yeri tikinti şirkətini məsləhət görmüş, daha sonra onun istəyi ilə şəxsiyyət vəsiqəsinin şəkilini mobil telefonu ilə çəkib tanımadığı şəxsə WHATSAPP mobil tətbiqi vasitəsi ilə göndərmişdir. Həmçinin onda olan məlumata əsasən tanışı Vüqar da həmin MMC-ə işə düzəlməli idi. Bundan sonra ona bir müddət gözləməyini bildirmişlər. Tanışı Şahid5 da onunla birlikdə işə düzəlmək üçün Vüqar vasitəsi ilə həmin MMC-yə şəxsiyyət vəsiqəsinin şəkilini göndərmişdir. Vüqar ona MMC-nin kadrlar şöbəsinin müdiri “Aygün” xanımın mobil nömrəsini verərək problem olacağı halda ona zəng etməyini bildirmişdir. Daha sonra pandemiya ilə əlaqədar karantin olduğundan onu çağırmamışlar. 2020-ci ilin mart ayının 10-da o, qeyd etdiyi kimi “xxxxASC-dən 5000 manat məbləğində istehlak krediti götürmüşdür. Borcunu aylıq olaraq ödəsə də gecikmələri də olmuşdur. “Aygün” xanımın mobil nömrəsi ***-***-**-**, Vüqarın mobil nömrəsi isə ***-***-**-**-dır. İşə düzəlmək üçün heç kimə pul verməmişdir. xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC-də çardaq dam örtüyü ustası kimi qeydiyyata alındıqdan sonra həmin tarixdə qeyd etdiyi Bankdan kredit götürməsinin səbəbi pula ehtiyacının olması olmuşdur. “xxxx” MMC-də çardaq dam örtüyü ustası kimi qeydiyyata alınmaqda məqsədi işləmək olmuşdur. Lakin, sonradan ehtiyacı olduğundan kredit götürmüşdür. O, 2018-ci ilin sentyabr ayının 14-də həmin MMC ilə heç bir müqavilə bağlamamışdır. Tanışı Şahid5 bankdan kredit götürdükdən sonra o da işə qəbul olduğunu düşünüb bankdan kredit götürmüşdür. Zərərçəkmiş şəxs tanımır. O ümumiyyətlə həmin şirkəti görməmiş, həmin şirkətdən maaş almamış, həmin şirkətdə heç bir əmək funksiyası yerinə yetirməmişdir. “Aygün” adlı şəxsin mobil nömrəsini ona Vüqar vermiş və “Aygün” xanımın işə düzələcəyi “xxxx” MMC-nin kadrlar şöbəsinin müdiri olduğunu demişdir. Lakin, “Aygün”ü o, görməmiş, nədə ki, onunla danışığı olmamışdır. Təqsirləndirilən şəxs1 tanımır. Pula ehtiyacı olduğundan kredit götürmüşdür. xx xxxxxxx 2019-cu il tarixdə “xxxx” MMC-nin fəaliyyətinin dayandırıldığı barədə məlumatı olmamışdır. xx xxxx 2020-ci il tarixdə “xxxxASC-nin Neftçilər filialına müraciət etmişr və ondan maaşa dair heç bir çıxarış istəməmişlər. Özü oradan kredit götürmüşdür. Tanışı Şahid5 da onda olan məlumata görə həmin filialdan kredit götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild İ, i.v. 1); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi qismində tanınmışdır (cild İ, i.v. 58); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X9 ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nın 69.4cü maddəsinə əsasən 2500 manat cərimə cəzasına məhkum edilmişdir (cild İ, i.v. 106- 107); “xxxx (Azərbaycan )” ASC-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 2773 saylı məktubdan və məktuba əlavə edilmiş nəğd pul krediti müqavilələrindən görünür ki, nəğd pul krediti müqavilələri əsasında xx xxxx 2020-ci il tarixdə Şahid2 5.000 manat, xx xxxx 2020-ci il tarixdə Şahid5 5.000 manat, xx xxxx 2020-ci il tarixdə Şahid4 3.000 manat, X15 3.000 manat, X28 5.000 manat və X33 5.000 manat məbləğlərində kredit verilmişdir (cild İ, i.v. 132-188); “xxxx” ASC-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 157000/2-2713 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan plastik karta xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən birbank tətbiqi vasitəsi ilə 100 manat, xx xxxx 2020-ci il tarixdə digər sistem vasitəsi ilə 200 manat, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən birbank tətbiqi vasitəsi ilə 25 manat, xx xxxxx 2020-ci il tarixdə digər sistem vasitəsi ilə 100 manat, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən birbank tətbiqi vasitəsi ilə 50 manat məbləğlərində pul köçürülmüşdür (cild İ, i.v. 229-230); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, X18 xx xxxx 2020-ci il tarixdə, X16 xx xxxx 2020-ci il tarixdə və xx xxx 2020-ci il tarixdə, X21 xx xxxx 2020-ci il tarixdə, X11 xx xxxx 2020-ci il tarixdə, X10 xx xxxxx 2020-ci il tarixdə, X29 xx xxxx 2020-ci il tarixdə, Şahid5 xx xxxx 2020-ci il tarixdə, X17 xx xxx 2019-cu il tarixdə, X14 xx xxxxx 2020-ci il tarixdə, X22 xx xxxx 2020-ci il tarixdə, X8 xx xxxx 2020-ci il tarixdə, Şahid2 xx xxxx 2020-ci il tarixdə, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə, Şahid4 xx xxxx 2020-ci il tarixdə, X12 xx xxxx 2020-ci il tarixdə, X23 xx xxxxx 2020-ci il tarixdə və X30 xx xxxx 2020-ci il tarixdə “xxxx” MMC (VÖEN **********) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “xxxx” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilmişdir (cild İ, i.v. 229-230); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X9 ünvanlanmış tələbnaməyə xx xxxxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild İ, i.v. 236); “Azercell-Telecom” LLC-dən xx xxxxxx 2020-ci il tarixli, 11703 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı diskin tərkibindəki fayllara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına olan və Təqsirləndirilən şəxs1 istifadəsinə verilmiş ***-***-**-** mobil nömrəsi (Asan İmza) ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx xxxx 2020ci il tarixdə saat 10:41:22 dəqiqədə, 11:48:46 dəqiqədə və xx xxxx 2020-ci il tarixdə saat 12:07:29 dəqiqədə danışıq qeydə alınmışdır. Həmçinin xx xxxx 2020-ci il tarixdə saat 10:50:00 dəqiqədə sms göndərilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12:56:36 dəqiqədə Zərərçəkmiş şəxs adına olan Təqsirləndirilən şəxs1 istifadəsinə verilmiş ***-***-**-** mobil nömrəsi (Asan İmza) ilə “xxxxASC-nə məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs adına olan Təqsirləndirilən şəxs1 istifadəsinə verilmiş ***-***- **-** mobil nömrəsi (Asan İmza) ilə xx xxxx 2020-ci il tarixdə saat 10:31:59 dəqiqədə və 10:32:18 dəqiqədə “xxxx” a məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs adına olan Təqsirləndirilən şəxs1 istifadəsinə verilmiş ***- ***-**-** mobil nömrəsi (Asan İmza) ilə xx xxxx 2020-ci il tarixdə saat 12:01:12 dəqiqədə və 12:56:36 dəqiqədə “xxxx” a məxsus ***-***-**-** mobil nömrəsi ilə danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs adına olan Təqsirləndirilən şəxs1 istifadəsinə verilmiş ***-***- **-** mobil nömrəsi xx xxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək olan müddət ərzində əsasən Ağstafa rayonu ərazisində istifadə edilmişdir (cild İ, i.v. 240-241); “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL-13524/20 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı diskin tərkibindəki fayllara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən xx xxxxx 2020-ci il tarixdə saat 10:56:20 dəqiqədə AA1120504 şəxsiyyət vəsiqəsinin seriya nömrəsinə bənzər mətnli sms qeyrimüəyyən abonentə göndərilmişdir, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi və həmçinin “Turan Bank” a məxsus ***-***-**-** mobil nömrəsi ilə qeyri-müəyyən vaxtda danışıq aparılmışdır, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi əsasən Ağstafa rayonu ərazisində istifadə edilmişdir (cild İ, i.v. 242-243); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 32.2,320.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, “xxxx” MMC-də heç bir əmək funksiyası həyata keçirmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “xxxx” altsisteminə həmin MMC-in işçi kimi qeydiyyata alınmış X37, X34, X39, X25, X20, X45, Şahid5, X32, X38, X13, Şahid2, Şahid4, X27, X40 və X44 barəsində ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmış, ayrılmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı “xxxx” MMC-də heç bir əmək funksiyası həyata keçirmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “xxxx” altsisteminə həmin MMC-in işçi kimi qeydiyyata alınmış şəxslərin tapılmasında vasitəçilik etmiş şəxslərin əməllərinə hüquqi qiymət veriləcəyi nəzərə alınmış, “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL-13524/20 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı diskdə əks olunumş məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müyyən edilməsinə köməklik etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, “Azercell-Telecom” LLC-dən xx xxxxxx 2020-ci il tarixli, 11703 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı diskdə əks olunmuş məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd, “YA KİRİN” markalı, CD-R formatlı “CD” diskin tərkibindəki səs yazıları cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 32.3, 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi istintaqla sübuta yeritildiyindən Təqsirləndirilən şəxs1 səmimi etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 isə qismən etirafedici ifadəsindən başqa şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs, Şahid7, Şahid5, X24, Şahid4, Şahid3, Şahid2 ifadələri, “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL-13524/20 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı disk, “Azercell- Telecom” LLC-dən xx xxxxxx 2020-ci il tarixli, 11703 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı disk, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd, “YA KİRİN” markalı, CD-R formatlı “CD” disk iş üzrə sübut növləri kimi qiymətləndirilmişdir (cild İ, i.v. 244-261); təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CMnın 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild İİ, i.v. 5-6); xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v 27-28); təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə xx xxxxxxxx 2020-ciil tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CMnın 32.3, 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir (cild İİ, i.v. 33-34); xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v 57-58); Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 2500 manat cərimə cəzası saxlanılmışdır (cild İİ, i.v 69-71); Gədəbəy rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2012-ci il tarixli sərəncamından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 Vəzifə Yusif qızının qəyyumluğuna verilmişdir (cild İİ, i.v 98); epikirizdən görünür ki, X50 doğuş travmasından sonrakı ensefalopatiya, yaddaş pozğunluğu diaqnozu ilə Qazax rayon Mərkəzi xəstəxanasında müalicə və müayinə alır (cild İİ, i.v 100-101); Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 7(042)-4/16 saylı qərarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat, Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən 2500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə tövsif edilərək ona 3000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nın 69.4-cü maddəsinə əsasən həmin cəza yüngülləşdirilərək üzərində qəti olaraq 2500 manat cərimə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə verilmiş hissə ittihamdan xaric edilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasından hal hazıradək heç bir ödəniş etmədiyindən məhkumun cəza çəkməsi başa çatmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs2 oğlunun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. 32.3-cü maddəsinə əsasən cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qüvvədə olan cinayət qanununa görə cinayətin təşkilatçısı cinayətin törədilməsini təşkil edən, cinayətin törədilməsinə rəhbərlik edən, cinayəti törətmək üçün mütəşəkkil dəstə, yaxud da cinayətkar birlik yaratmış şəxs, habelə bunlara rəhbərlik etmiş şəxs sayılır. Cinayətin törədilməsini təşkil etmək cinayətin edilməsini planlaşdırmağı, cinayətin edilməsi üçün iştirakçıları — icraçını, təhrikçini, köməkçini tapmağı, təlimatlandırmağı, onların fəaliyyətlərini əlaqələndirməyi, habelə fəaliyyəti cinayətin törədilməsinə istiqamətləndirməyi və s. nəzərdə tutur. Cinayətin edilməsinə rəhbərlik etmə bilavasitə cinayətin törədilməsi prosesində iştirakçıların fəaliyyətinə rəhbərlik etmək, cinayətin edilməsinə başçılıq etmək, zəruri olduqda iştirakçılar arasında yenidən vəzifə bölgüsü aparmaq, cinayətin edilməsi prosesində meydana çıxan məsələlərin həlli ilə əlaqədar göstərişlər vermək və s. hərəkətlərdə ifadə olunur. Qüvvədə olan CM-in 32-ci maddəsində cinayətin köməkçisinin anlayışı verilir. Qanunda köməkçiliyin mümkün üsullarının dəqiq siyahısı verilmişdir. Köməkçilik aşağıdakı üsullarla həyata keçirilir: 1) məsləhət vermə; 2) göstəriş vermə; 3) vasitə vermə; 4) maneələri aradan qaldırma; 5) cinayəti törədən şəxsi, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə. Üsulundan asılı olaraq köməkçiliyin fiziki və intellektual növləri fərqləndirilir. Fiziki köməkçilik cinayətin törədilməsinə fiziki, yaxud da maddi köməyin edilməsini nəzərdə tutur. Belə köməkçilik alət və vasitələri verməyə, maneələri aradan qaldırmağa, cinayətin edilməsini asanlaşdıran digər əlverişli şərait yaratmağa yönələn hərəkətlərin edilməsini və s. nəzərdə tutur. İntellektual köməkçilik cinayətin törədilməsi ilə əlaqədar məsləhətlər, göstərişlər verməni, cinayətkarı, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə kimi alternativ hərəkətləri nəzərdə tutur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 asan imzanı əldə etdikdən sonra şəxsi ehtiyacları yarandığından, tanımadığı şəxsləri iş yerindən arayışlarla təmin edib, onların banklardan kredit götürmələri üçün “xxxx” MMC-nin işçi kimi dövlət elektron sistemdə qeydiyyata alıb, bununla da pul qazanmaq qərarına gəldiyini, 2020-ci ilin təxminən fevralmart aylarında Yusifə bu barədə bildirdiyini, Yusifə işə düzəltmək üçün adamlar tapmasını dediyini, bir müddət sonra Yusifin əvvəllər tanımadığı şəxslərin şəxsiyyət vəsiqələrini və ya vəsiqələrin şəkillərini əldə edərək “Whatsapp” mobil tətbiqi vasitəsi ilə ona göndərdiyini, yaşadığı Ağstafa rayonunda ola-ola asan imza vasitəsi ilə həmin şəxsləri işçi kimi təsdiq etdiyini qeyd etmişdir. Həmçinin, Həşimov X31 ona “xxxx” MMC-nin vergi orqanlarına hesabatını verdiyini, direktorun adına olan asan imzanın etibar edildiyini, işə düzəlmək istəyən olduğu halda həmin MMC-yə işçi tapmağı xahiş etdiyini, Vəzifənin həmin şəxsləri “xxxx” MMC-də saxtakarlıq edilərək etibar edilmiş asan imza ilə vasitəsi ilə şirkət direktorunun məlumatı olmadan işçi kimi qeydiyyata alındığı barədə məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr verməklə (işə düzəlmək istəyən şəxslərin tapılması, onların şəxsiyyət vəsiqələrinin surətlərinin Təqsirləndirilən şəxs1 ötürülməsi) cinayətin törədilməsinə yardım etmişdir. Azərbaycan Respublikası CPM-nin; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. 353.2.1-ci maddəsinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməlidir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 320.1-ci maddəsinin deyil, həmin Məcəllənin 32.5, 320.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs2 əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 320.1-ci maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 32.3, 320.1-ci maddəsindən həmin Məcəllənin 32.5, 320.1-ci maddəsinə tövsif edilməlidir. Bundan əlavə, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli qərarının 9-cu bəndinə əsasən özgə əmlakının talanmasında təşkilatçı, təhrikçi və ya köməkçi bilavasitə iştirak etməyibsə, cinayətin icraçısı tərəfindən törədilən əməl cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edilə bilməz. Belə halda, CM-nin 33.3-cü maddəsinə müvafiq olaraq, cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməlidir. Lakin, ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməklə yanaşı, həmçinin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi (ağırlaşdırıcı hal kimi) də tövsif edilmişdir. İttihamda əmək müqaviləsinin bağlanması ilə bağlı elektron əmək müqaviləsi bildirişlərinin Təqsirləndirilən şəxs1 tərəfindən saxtalaşdırılması qeyd edilmiş və bu hal məhkəmə istintaqı zamanı sübuta yetirilmiş, həmin hərəkətləri Təqsirləndirilən şəxs1 törətmiş, yəni cinayətin obyektiv cəhətini o, təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs2 isə cinayətin obyektiv cəhətini Təqsirləndirilən şəxs1 ilə birgə icra etməmiş, cinayətin törədilməsi üçün vasitələr vermək (işə düzəlmək istəyən şəxslərin tapılması, onların şəxsiyyət vəsiqələrinin surətlərinin Təqsirləndirilən şəxs1 ötürülməsi) hərəkətləri yerinə yetirməklə həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə köməkçisi qismində iştirak etmişdir. Qanunvericinin bu cür (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-nin 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Əgər belə olmasaydı, yəni qanunverici təşkilatçının, təhrikçinin, köməkçinin əməlinin icraçı ilə eyni qaydada – CM-nin Xüsusi hissəsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini nəzərdə tutan maddəsi ilə tövsif edilməsini mümkün saysaydı, onda CM-nin 32-ci maddəsinə istinad etməyə heç zərurət qalmazdı. Çünki, CM-nin 33.3-cü maddəsində nəzərdə tutulmuş qaydanın əsasında duran yanaşma da məhz ondan ibarətdir ki, şəxsin əməlinin eyni zamanda həm cinayətin icraçısı kimi – CM-nin Xüsusi hissəsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini nəzərdə tutan maddəsi ilə, həm də CM-nin 32-ci maddəsinə istinad olunmaqla tövsif olunması mümkümsüzdür, bunlardan biri digərini istisna edir. Yalnız cinayət qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən yerinə yetirildikdə, icraçı olmayan təşkilatçının, təhrikçinin, köməkçinin əməli CMnin 32-ci maddəsinə istinadən CM-nin Xüsusi hissəsinin “qabaqcdan əlbir olan bir qrup şəxs” əlamətini nəzərdə tutan maddəsi ilə tövsif oluna bilər (əgər cinayətin qabaqcadan əlbir olan icraçılar tərəfindən törədiləcəyi təşkilatçının, təhrikçinin, köməkçinin qəsdi ilə əhatə olunursa). Çünki, yanız bu halda təşkilatçı - qabaqcadan əlbir olan bir qrup şəxsin cinayətini təşkil etməklə, təhrikçi - qabaqcadan əlbir olan bir qrup şəxsi cinayəti törətməyə təhrik etməklə, köməkçi - qabaqcadan əlbir olan bir qrup şəxsə cinayəti törətməkdə kömək etməklə qabaqcadan əlbir olan bir qrup şəxsin (bir neçə icraçının) törətdiyi cinayətdə iştirak edirlər. Hazırkı halda isə icraçı yalnız bir nəfər olduğundan qeyd olunan hal hazırkı işə şamil olunmamlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamadan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi, həmçinin cinayətin Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə törədilməsi hissəsi çıxarılmalı, eyni zamanda, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamadan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi hissəsi çıxarılmalıdır. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, 18.4.4cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2), himayəsində azyaşlı uşağın olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 əvəllər cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmiş, cərimə cəzasının ödənilməsini təmin etməmiş, hazırda təqsirləndirildiyi cinayət əməlini də maddi çətinlikləri səbəbindən törətdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cərimə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunmayacaqdır. Beləliklə, məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində cərimə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar – “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL- 13524/20 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı disk, “Azercell-Telecom” LLC-dən xx xxxxxx 2020-ci il tarixli, 11703 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı disk və Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd, “YA KİRİN” markalı, CD-R formatlı “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(032)-08/2016 nömrəli hökmü və Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 7(042)-4/16 saylı qərarı ilə təyin edilmiş və ödənilməmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası bu hökm üzrə təyin olunmuş aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası və aylıq qazancından 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamadan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi, cinayətin Təqsirləndirilən şəxs2 təşkilatçılığı ilə törədilməsi hissəsi çıxarılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. İslah işləri cəzasının müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Rayon (şəhər) İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.5, 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamadan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi hissəsi çıxarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – “xxxx” MMC-dən xx xxxxxx 2020-ci il tarixli, BKC/LGL- 13524/20 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı disk, “Azercell-Telecom” LLC-dən xx xxxxxx 2020-ci il tarixli, 11703 saylı məktub vasitəsi ilə daxil olmuş 01 ədəd “Verbatim” markalı, “CD-R” formatlı disk və Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd, “YA KİRİN” markalı, CD-R formatlı “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-72/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-72/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver