Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-72/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi Şahid1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə2 Əliağa oğlunun və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Makhmudov Jekhunun, qanuni nümayəndəsi Qanuni nümayəndə3 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2006-cı ildə Ağcabədi rayonu, Avşar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, Ağcabədi rayonu, Avşar kəndi Nizami adına orta məktəbin 10-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, 25.12.2005-ci ildə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı, subay, Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbində 10-cu sinif şagirdi, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Makhmudov Jekhunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərə yol verməklə xuliqanlıq edərək, 08 iyul 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanında yerləşən parkda Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla, Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxan hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə başı ilə bir dəfə zərbə vurmaqla ona qarşı idman fəndindən istifadə edib yerə yıxaraq, ona baş beyin silkələnməsi kimi xarakterizə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid və sağ əlin V daraq sümüyünün qapalı sınığı kimi xarakterizə olunan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuş, daha sonra özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmin vaxt hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 məxsus bir ədəd, 150 (yüz əlli) manat dəyərində «Samsung J5 prime» markalı mobil telefonu sındıraraq qərəzli xuliqanlıq etmişdir. Makhmudov Jekhun tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 08 iyul 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanında yerləşən parkda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq park meydançasında oğlan və qızlardan ibarət həmyaşıdları ilə voleybol oynayan Zərərçəkmiş şəxs1 ilə voleybol topunun kənara düşməsi və Elnurun topu fontanda suda islatması, növbəti dəfə Təqsirləndirilən şəxs2 topu ələ keçirərək qərəzli şəkildə oyuna daxil olmaq istəməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunun təpik zərbəsi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vuraraq, ona başın sol gicgah nahiyəsinin qançırı kimi xarakterizə olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxan hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə başı ilə bir dəfə zərbə vurmaqla ona qarşı idman fəndindən istifadə edib yerə yıxaraq, ona baş beyin silkələnməsi kimi xarakterizə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid və sağ əlin V daraq sümüyünün qapalı sınığı kimi xarakterizə olunan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığna az ağır zərər vurmuş, daha sonra özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmin vaxt hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 məxsus bir ədəd, 150 (yüz əlli) manat dəyərində «Samsung J5 prime» markalı mobil telefonu sındırmış, Təqsirləndirilən şəxs2 təpik zərbəsi ilə Zərərçəkmiş şəxs1 sağ ayaq nahiyəsinə vuraraq, ona sağ budun və sağ baldırın qançırları kimi xarakterizə olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Makhmudov Jekhun ilə bir qrup şəxs halında 08 iyul 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanında yerləşən parkda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozaraq park meydançasında oğlan və qızlardan ibarət həmyaşıdları ilə voleybol oynayan Zərərçəkmiş şəxs1 ilə voleybol topunun kənara düşməsi və Elnurun topu fontanda suda islatması, növbəti dəfə onun topu ələ keçirərək qərəzli şəkildə oyuna daxil olmaq istəməsi ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunun təpik zərbəsi ilə Zərərçəkmiş şəxs1 sağ ayaq nahiyəsinə vuraraq, ona sağ budun və sağ baldırın qançırları kimi xarakterizə olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxan hərəkətlər edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə başı ilə bir dəfə zərbə vurmaqla ona qarşı idman fəndindən istifadə edib yerə yıxaraq, ona baş beyin silkələnməsi kimi xarakterizə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid və sağ əlin V daraq sümüyünün qapalı sınığı kimi xarakterizə olunan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığna az ağır zərər vurmuş, daha sonra özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, həmin vaxt hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 məxsus bir ədəd, 150 (yüz əlli) manat dəyərində «Samsung J5 prime» markalı mobil telefonu sındırmış, Təqsirləndirilən şəxs3 təpik zərbəsi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vuraraq, ona başın sol gicgah nahiyəsinin qançırı kimi xarakterizə olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 Əliağa oğlunun iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 21 radələrində dostları Ceyhun və Hüseyn ilə ünvan 5 ünvanında yerləşən parkda olan zaman tanımadığı həmyaşıdlarının voleybol oynadıqlarını görmüşlər. Hüseyn həmin uşaqlara yaxınlaşaraq onların da birlikdə voleybol oynamaq istədiklərini bildirmişdir. Voleybol oynayarkən topu vurduqda top onlarla birgə oynayan uşaqlardan birinin üzünə dəymişdir. Həmin uşaq, adı sonradan ona məlum olan Müslüm onun ünvanına nalayiq ifadələr istifadə edərək söyüş söymüşdür. O da Müslümə söyüş söyərək sonuncuya bilərəkdən vurmadığını bildirmişdir. Bundan sonra onlar bir-birlərini itələmişlər, Hüseyn ilə Ceyhun isə onları ayırmağa çalışmışlar. Bu zaman Müslümün atası, İlqar adlı şəxs gələrək onun sifət nahiyəsindən bir dəfə sillə vurmuşdur. O, qaçmaq istədikdə İlqar onun baş nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə və sol ayaq nahiyəsindən bir dəfə təpik zərbəsi ilə vurmuşdur. Qaçmaq istədikdə İlqar əl ataraq onun paltarını da cırmışdır. Bundan sonra o, qaçaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Makhmudov Jekhun ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 21 radələrində dostları Elnur və Hüseyn ilə ünvan 5 ünvanında yerləşən parkda gəzişən zaman həmyaşıdlarının voleybol oynadıqlarını görmüşlər. Hüseyn həmin uşaqlara yaxınlaşaraq onların da birlikdə voleybol oynamaq istədiklərini bildirmişdir. Həmin uşaqlar onların voleybol oynamalarına etiraz etməsələr də, Elnurla o, voleybol oynamaq istəmədikləri üçün oynamamış və orada dayanaraq söhbət etməyə başlamışlar. Həmin vaxt top onlara tərəf gəlmiş və Elnur topu həmin uşaqlara tərəf atdıqda top orada voleybol oynayan Müslümün sifətinə dəymişdir. Həmin vaxt Müslüm Elnurun ünvanına nalayiq ifadələrdən istifadə edərək söyüş söymüşdür. Elnur da, Müslümə söyüş söyərək topu bilərəkdən onun üzünə vurmadığını bildirmişdir. Bundan sonra Elnurla Müslüm bir birlərini itələmişlər, o da Hüseynlə birlikdə onları ayırmışlar. Bu zaman Müslümün atası gələrək Elnuru sifət nahiyəsindən bir dəfə sillə zərbəsi ilə və ayaq nahiyəsindən bir dəfə təpik zərbəsi ilə vurmuşdur. Həmin vaxt Elnur qaçmaq istədikdə Müslümün atası əl ataraq Elnurun paltarını cırmışdır. Həmin zaman İsmət yaxınlaşaraq Müslümün atasının sinəsindən itələmiş və Elnura qaçaraq oradan uzaqlaşmasını bildirmişdir. Daha sonra onlar qaçaraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 21 radələrində dostları Elnur və Ceyhun ilə birlikdə ünvan 5 ünvanında yerləşən parkda gəzirmişlər. Onlardan bir qədər aralıda adlarını bilmədiyi həmyaşıdları voleybol oynamışlar. Onlar söhbət edən zaman top onlara tərəf gəlmiş və Elnur topu həmin uşaqlara tərəf atdıqda top orada voleybol oynayan adını sonradan bildiyi Müslüm adlı uşağın sifətinə dəymişdir. Həmin uşaq Elnurun ünvanına nalayiq ifadələr istifadə edərək söyüş söymüşdür. Elnur da Müslümə söyüş söyərək ona topu bilərəkdən üzünə vurmadığını bildirmişdir. Bundan sonra Elnur və Müslüm bir birilərini itələmişlər, o da Ceyhunla birlikdə onları ayırmışlar. Bu zaman Müslümün atası gələrək Elnuru sifət nahiyəsindən bir dəfə sillə zərbəsi ilə və ayaq nahiyəsindən bir dəfə təpik zərbəsi ilə vurmuşdur. Həmin vaxt Elnur qaçmaq istədikdə Müslümün atası əl ataraq Elnurun paltarını cırmışdır. Daha sonr onlar qaçıb oradan uzaqlaşmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən parkda adlarını bilmədiyi həmyaşıdları ilə voleybol oynamışdır. Həmin zaman üç nəfər qızlar da onlarla birgə voleybol oynamışlar. Onlar voleybol oynayan zaman adı sonradan ona məlum olan Elnur adlı şəxs gəlib topa əli ilə vuraraq topu fontana salmışdır. O, həmin vaxt sonuncuya öz iradını bildirdikdə Elnur ona “Sən uşaqsan get işinlə məşğul ol” sözlərini demişdir. O, daha Elnurla mübahisə etməyin mənasız olduğunu görmüş və topu fontandan götürmüşdür. Daha sonra onlardan biri kənardan ona söz ataraq “topu qızlara yavaş at” sözlərini demişdir. O, Elnurun sözlərinə əhəmiyyət verməyərək voleybol oynamağa davam etmişdir. Bundan sonra Hüseyn topu tutaraq oynamaq istədiyini demiş və ondan oynamaq üçün yer olubolmadığını soruşmuşdur. O da Hüseynə yer olmadığını dedikdə sonuncu onun ünvanına söyüş söymüş və əli ilə sifətindən tutaraq kənara itələmişdir. O da bu hərəkətinə görə Hüseynin çiynindən itələmiş və sonuncu yerə yıxılmışdır. Bundan sonra Elnur ona hücum edərək anidən başı ilə onun baş nahiyəsindən zərbə ilə vurmuşdur, həmin vaxt gözü bir anlıq qaralmış və Elnur bu vəziyyətindən istifadə edib ona qarşı idman fəndi işlədərək onu yerə çırpmışdır. Həmin vaxt Elnurun vurduğu baş zərbəsindən hərəkətsiz qaldığı üçün sonuncunun ona qarşı işlətdiyi idman fəndinə reaksiya verə bilməmiş və sağ əli üstə yerə çırpılmışdır. Nəticədə sağ əli sınmışdır. Bundan sonra Hüseyn və adı sonradan ona məlum olan Ceyhun adlı şəxslər onlara yaxınlaşmışlar. Həmin vaxt Hüseyn təpiklə sağ ayaq nahiyəsindən, Ceyhun isə təpiklə başının sol tərəfindən vurmuşdur. Onların arasında yaranmış səs-küydən artıq ətraflarında xeyli adam yığılmış və həmin zaman parkda olan iki nəfər qadın onları ayırmışlar. Qadınlar onları ayıran zaman sonuncular həmin qadınların ünvanına da nalayiq ifadələr işlədərək söyüş söymüşlər. Həmin zaman orda olan İsmət adlı şəxs onlara yaxınlaşıb qadınların ünvanına söyüş söydükləri üçün Elnur və ya Hüseyndən hansınısa sillə zərbəsi ilə vurmuşdur. Onun da halı pisləşdiyi üçün hüşunu itirmişdir. O, ayılanda ətrafına xeyli adam yığıldığını və üzünə su vuraraq onu ayıltmağa çalışdıqlarını görmüşdür. O, ayıldıqda həmin bir qrup şəxsi ondan ayıran iki nəfər qadın onu oradan bir qədər kənara aparaq otluqda uzandırmışlar. Həmin zaman anası da artıq orada olmuşdur. O, otluqda bir qədər uzandıqdan sonra atası ilə birgə 36-cı Polis Bölməsinə getmiş və onlar hadisə barədə yazılı olaraq polisə müraciət etmişlər. Onlar polis bölməsindən çıxdıqdan sonra atası ilə birgə ünvan 6 ünvanına, yəni yaşadıqları evə getmişlər. O, evə gəldikdən bir qədər sonra özünü daha da pis hiss etməyə və qaytarmağa başlamışdır. Valideynləri onun vəziyyətinin pisləşdiyini görüb dərhal Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək yaşadıqları ünvana təcili tibbi yardım briqadası çağırmışlar. Yaşadıqları mənzilə gələn təcili tibbi yardım briqadası onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. 3 saylı Şəhər Klinik Xəstəxanasında daxili orqanlarından müayinə olunmuş və sağ əli sındığı üçün gipsə qoyulmuşdur. Lakin 3 saylı Şəhər Klinik Xəstəxanasında MRT və KT aparatlarının olmadığı üçün təcili tibbi yardım briqadası onu oradan da Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmışdır. Orada da MRT və KT aparatları vasitəsi ilə müayinə olunmuş və fəqərə qövsünün sınığı diaqnozu ilə boynuna karset qoyaraq bağlamışlar. Beləliklə o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdə Şahid1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından üç övladları vardır. 08.07.2021-ci il tarixdə saat 21 radələrində əri İlqarla birgə ünvan 5 ünvanında yerləşən parkda olmuşlar. Həmin zaman 2007-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 da parkda öz həmyaşıdları ilə birgə oyun oynamışdır. Onlar parkda olan zaman səs-küy yarandığını və xeyli şəxsin bir yerə yığıldığını görmüşlər. Yaranmış səs-küydən onlara məlum olmuşdur ki, həmin şəxslərin yığıldığı yerdə dava-dalaş düşmüşdür. Bu vaxt ətrafda olan şəxslər hamısı da həmin yerə qaçmışlar. O da İlqara demişdir ki, həmin yerə getsin və orada nə baş verdiyini aydınlaşdırsın. Təxminən 5 dəqiqə keçdikdən sonra o, İlqarın da gəlmədiyini görmüş və özü də həmin istiqamətə getmişdir. O orada olan otluq sahəyə çatdıqda iki nəfər qadının oğlu Müslümü otlaq sahəyə gətirdiklərini və oraya uzatdıqlarını görmüşdür. O, dərhal Müslümə yaxınlaşmış, Müslümün əynində olan paltarın cırılmış və üzünün isə şişmiş vəziyyətdə olduğunu görmüşdür. O, həmin qadınlardan nə baş verdiyini soruşduqda sonuncular ona demişlər ki, bir qrup şəxs Müslümü təkləyərək döymüşlər. O, həmin zaman İlqarın da bir qədər kənarda bir neçə şəxs ilə mübahisə etdiyini və adı sonradan ona məlum olan İsmət adlı şəxsin İlqarın sifət nahiyəsinə yumruqla vurduğunu görmüşdür. O, dərhal ora gedərək İsmətin sinəsindən itələmiş və İlqarı ayırmaq istəmişdir. Bu zaman adı sonradan ona məlum olan Elnur adlı şəxs onu sinəsindən itələmiş və o, müvazimətini itirərək yerə yıxılmışdır. O, yerə yıxılan zaman əlində olan özünə məxsus «Samsung J5 prime» markalı mobil telefon da yerə düşmüşdür. Elnur adlı şəxs ona məxsus mobil telefonun yerə düşdüyünü görüb təpiklə mobil telefonun üstündən vurmuş və nəticədə ona məxsus mobil telefon sınaraq yararsız hala düşmüşdür. Daha sonra həmin şəxslər qaçaraq oradan uzaqlaşmışlar. İlqar oğlu Müslümü götürərək polis bölməsinə getmiş, o isə yaşadığı mənzilə getmişdir. Təxminən bir saat keçdikdən sonra İlqar oğlu Müslümlə birlikdə yaşadıqları evə gəlmişlər. Müslüm evə gəldikdən bir qədər sonra qaytarmağa başlamışdır. O, Müslümün vəziyyətinin pisləşdiyini gördükdə dərhal Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək yaşadıqları ünvana təcili tibi yardım briqadası çağırmışdır. Yaşadıqları mənzilə gələn təcili tibbi yardım briqadası Müslümü 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. O da təcili tibbi yardım briqadasının avtomobilində 3 saylı Şəhər Klinik Xəstəxanasında getmişdir. 3 saylı Şəhər Klinik Xəstəxanasında Müslüm daxili orqanlarından müayinə olunmuş və sağ əli sındığı üçün gipsə qoyulmuşdur. Lakin 3 saylı Şəhər Klinik Xəstəxanasında MRT və KT aparatları olmadığı üçün təcili tibbi yardım briqadası Müslümü Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparmışdır. O da sonuncularla birgə həmin Xəstəxanaya getmişdir. Müslüm orada MRT və KT aparatları vasitəsi ilə müayinə olunmuş və fəqərə qövsünün sınığı diaqnozu ilə Müslümün boynuna karset qoyaraq bağlamışlar. Elnur adlı şəxsin ona məxsus “Samsung J5 prime” markalı mobil telefonun üstündən ayağı ilə vuraraq sındırması nəticəsində ona 150 (yüz əlli) manat maddi ziyan dəymişdir. Ona məxsus “Samsung J5 prime” markalı mobil telefon sınaraq yararsız hala düşdüyündən və istifadə olunmaz vəziyyətdə olduğu üçün telefonu atmışdır. Bu səbəbdən də mobil telefonu istintaqa təqdim edə bilməmişdir. Beləliklə o, hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barələrində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1998-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə ailə həyatı qurmuş və birgə nikahdan üç övladları vardır. 08.07.2021-ci il tarixdə saat 21 radələrində arvadı Sevinclə birgə ünvan 5 ünvanında yerləşən parkda olmuşlar. Həmin zaman 2007-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs1 da həmin parkda öz həmyaşıdları ilə birgə oyun oynamışdır. Onlar parkda olan zaman səs-küy yarandığını və xeyli şəxsin bir yerə yığıldığını görmüşlər. Yaranmış səsküydən onlara məlum olmuşdur ki, həmin şəxslərin yığıldığı yerdə dava-dalaş düşmüşdür. Bu vaxt ətrafda olan şəxslər hamısı həmin yerə qaçmışlar. Arvadı Sevinc də ondan həmin yerə getməsini və orada nə baş verdiyini aydınlaşdırmasını istəmişdir. O da həmin yerə getdiyi zaman bir nəfər qadının 5-6 nəfərə yüksək səslə «adamı belə döyməzlər, insanda vicdan olar» və sair bu kimi sözlər deyərək öz iradlarını bildirdiyini görmüşdür. Bu vaxt adı sonradan ona məlum olan Elnur adlı şəxs həmin qadının ünvanına nalayiq ifadələr işlədərək söyüş söymüşdür. Daha sonra adı sonradan ona məlum olan İsmət adlı şəxs Elnur adlı şəxsə yaxınlaşaraq qadının ünvanına söyüş söydüyü üçün Elnurun sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. O isə hələ həmin şəxslərin Müslümü döydüklərindən xəbərsiz olmuşdur. Qəfildən Müslümün halının pisləşdiyini və özündən getdiyini görmüşdür. Bu zaman Müslümün döyüldüyünü anlamış və dərhal oğluna yaxınlaşmışdır. O, Müslümə yaxınlaşan zaman qadınlar Müslümün üzünə su vuraraq onu ayıltmağa çalışmışlar. Müslüm özünə gəlib onu gördükdə əli ilə Elnur adlı şəxsi göstərib onu vuran şəxsin Elnur olduğunu bildirmişdir. O da Elnuru tənbeh etmək məqsədi ilə ona yaxınlaşan zaman İsmət adlı şəxs anidən yumruq zərbəsi ilə onun ağız nahiyəsindən vurmuşdur. Bu vaxt orada olan şəxslər onları ayırmağa çalışmışlar. Həmçinin arvadı Sevinc də gələrək sonuncuları ondan ayırmaq istəmişdir. Bunu görən Elnur Sevincin sinəsindən itələmiş və Sevinc yerə yıxılmışdır. Sevinc yerə yıxılan zaman əlində olan ona məxsus «Samsung J5 prime» markalı mobil telefon da yerə düşmüşdür. Elnur mobil telefonun yerə düşdüyünü görüb ayağı ilə telefonu vuraraq sındırmış və qaçaraq oradan uzaqlaşmışlar. Bundan sonra o, Sevincə evə getməsini bildirmiş və oğlu Müslümü götürərək polis bölməsinə getmişdir. Onlar 36-cı Polis Bölməsinə hadisə barədə yazılı olaraq müraciət etmişlər. Polis bölməsindən çıxdıqdan sonra o, Müslümlə birgə ünvan 6 ünvanına, yəni yaşadıqları evə gəlmişlər. Onlar evə gəldikdən bir qədər sonra Müslüm qaytarmağa başlamışdır. Onlar Müslümün vəziyyətinin daha da pisləşdiyini gördükdə arvadı Sevinc dərhal Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək yaşadıqları ünvana təcili tibbi yardım briqadası çağırmışdır. Yaşadıqları mənzilə gələn təcili tibbi yardım briqadası Müslümü Xəstəxanaya aparmışdır. Sevinc də tibb işçisi olduğu üçün təcili tibbi yardım briqadasının avtomobilində birgə Xəstəxanaya getmişdir. Müslümün sağ əli sındığı üçün xəstəxanada sağ əlinə gips və fəqərə qövsünün sınığı diaqnozu ilə boynuna karset qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında əsasən axşam saatlarında ünvan 7 ünvanda yerləşən parkda gəzmək üçün tez-tez ora getmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində parkda olduğu zaman görmüşdür ki, qonşuluqda yaşayan Müslüm öz yaşıdları ilə voleybol oynayır. Daha sonra parkda olan əvvəllər tanımadığı üç nəfər şəxslə Müslümün arasında dava dalaş yaranmışdır. Həmin uşaqlardan biri ilkin olaraq Müslümə hücum edərək ona qarşı idman fəndi işlədib yerə çırpmışdır. Bundan sonra Müslümü yerə yıxan şəxsin yanındakı digər iki nəfər şəxs sonunculara yaxınlaşmışlar, yaxınlaşdıqdan sonra onlardan biri təpiklə Müslümün sağ ayaq nahiyəsindən, digəri isə təpiklə Müslümün başından vurmuşdur. Yaranmış səs-küy zamanı ətrafa xeyli insan yığılmış və hamı sadəcə seyirci olaraq baxmışdır. O, Müslümün amansızcasına döyülməsinə etinasız qala bilməmiş və orada olan tanımadığı bir nəfər qadınla birlikdə həmin uşaqları ayıraraq Müslümü həmin uşaqların əlindən almışdır. O, Müslümün döyüldüyü görüb dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Həmin vaxt Müslümün atası İlqar da onlar olan yerə yaxınlaşmış və idman fəndindən istifadə edərək Müslümü yerə yıxan uşağın üzərinə gedib ona öz iradını bildirmək istəmişdir. Həmin zaman Müslüm hüşunu itirdiyi üçün o, Müslümü ayıltmağa çalışmışdır. Müslümü ayıltdıqdan sonra görmüşdür ki, Müslümü idman fəndindən istifadə edərək yerə yıxan uşaq həmin yerə gəlmiş Müslümün anası Sevincin sinəsindən itələmiş və Sevinc müvazinətini itirərək yerə yıxılmışdır. Sevinc yerə yıxılan zaman sonuncunun əlində olan mobil telefon yerə düşmüş və həmin uşaq Sevincə məxsus mobil telefonu ayağı ilə vuraraq sındırmışdır. Bundan sonra həmin uşaqlar hamısı qaçaraq oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən parkdan keçən zaman səs-küy yarandığını və xeyli şəxsin bir yerə yığıldığını görmüşdür. Həmin vaxt bir nəfər az yaşlı uşağın parkda olan qadınların ünvanına söyüş söydüyünü görmüşdür. O da həmin uşağa yaxınlaşaraq qadının ünvanına söyüş söydüyü üçün sonuncuya öz iradını bildirmişdir. Həmin zaman o, orada olan şəxslərdən bir neçə nəfər azyaşlı uşağın dalaşdığını öyrənmişdir. Həmin uşaqların içərisində qonşusu olaraq tanıdığı Təqsirləndirilən şəxs1 da olmuşdur. Bir nəfər azyaşlı uşaq isə yerdə ağlayaraq sağ əlini var gücü ilə yerə vurmuşdur. Bir neçə dəfə əlini var gücü ilə yerə vurduqdan sonra həmin uşağın sağ əli sınmışdır. Hətta həmin uşağın sağ əli sınan zaman sınma səsini orada olan digər şəxslər də eşitmişlər. Həmin uşağın əli sındıqdan sonra sonuncunun halı pisləşmiş və hüşunu itirmişdir. Bu zaman o və orada olan şəxslər həmin uşağın üzünə su vuraraq ayıltmağa çalışmışlar. Uşaq özünə gəldikdə orada olan bir nəfər kişiyə qonşusu Elnuru göstərərək onu vuranın Elnur olduğunu bildirmişdir. Bu zaman həmin kişi Elnuru vurmaq üçün “bura gəl” deyərək Elnura doğru qaçmışdır. O da həmin kişinin döyülən uşağın atası olduğunu anlamış və dava dalaş olmaması üçün sonuncunun sinəsindən itələyib ayırmağa çalışmışdır. O, həmin adamın sinəsindən itələyərək onu ayıran zaman Elnura da qaçmasını bildirmişdir. Elnur qaçaraq oradan uzaqlaşdıqdan sonra o da oradan ayrılaraq öz işinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və aidiyyəti üzrə göndərilməsi haqqında 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (cild 1, i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən parkda baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild 1, i.v. 11-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 09 iyul 2021-ci il tarixli 626 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Şahid1 üst dodağın iç səthinin ağızın selikli qişasının səthi əzilmiş və selikli qişanın qansızması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 08.07.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur (cild 1, i.v. 23-24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 17 iyul 2021-ci il tarixli 652 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sağ əlin V daraq sümüyünün qapalı sınığı, başın sol gicgah nahiyəsinin, sağ budun və sağ baldırın qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 08.07.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin V daraq sümüyünün qapalı sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, başın sol gicgah nahiyəsinin, sağ budun və sağ baldırın qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 təkrar mütəxəssis həkim müayinəsi vaxtı, ilkin olaraq ona təyin edilmiş “C1 (birinci boyun) fəqərəsinin qövsünün qapalı sınığı” nevroloji, radioloji olaraq öz təsdiqini tapmamışdır. Belə ki, həmin patologiya – anadan gəlmə “C1 (birinci boyun) fəqərəsinin arxa çıxıntısının anamalik olaraq tam birləşməməsidir (cild 1, i.v. 25- 27); yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qanuni nümayəndəsi qismində tanınması haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 cinayət işi üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 34); zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 39); yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndəsi qismində tanınması haqqında 06 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 Əliağa oğlu cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 77-78); yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndəsi qismində tanınması haqqında 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə3 Mövlud qızı cinayət işi üzrə yetkinlik yaşına çatmayan Makhmudov Jekhunun qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 94-95); yetkinlik yaşına çatmayan şəxsə qanuni nümayəndəsi qismində tanınması haqqında 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır (cild 1, i.v. 106-107); 18.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 117-120); 18.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 121-124); 18.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 125-128); 18.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 129-131); 18.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 132-135); zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i.v. 137); 23.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 146-148); 23.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Makhmudov Jekhun ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 149-151); 23.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 152-154); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 16.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v. 161); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 16.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v. 162); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 16.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğunun olub-olmaması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (cild 1, i.v. 163); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 05 noyabr 2021-ci il tarixli 17/652 saylı canlı şəxsin ekspertizası haqqında əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, sağ əlin V daraq sümüyünün qapalı sınığı, başın sol gicgah nahiyəsinin, sağ budun və sağ baldırın qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 08.07.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ əlin V daraq sümüyünün qapalı sınığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, başın sol gicgah nahiyəsinin, sağ budun və sağ baldırın qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər bədəninin müxtəlif səthlərində yerləşmişdir. Yuxarıda qeyd edilən xəsarətlər yonunda müəyyən edilmiş sağ əlin V daraq sümüyünün qapalı sınığı, şəxsin özünün məhkəmə-tibbi ekspertizası zamanı dediyi kimi kənar şəxs (şəxslər) tərəfindən ayaqüstü vəziyyətdə yumruq və təpiklə vurulma nəticəsində, eləcə də yerə yıxıldıqdan sonra yerdə təpik zərbələri alması nəticəsində törənməyə daha çox uyğundur. Qeyd edilən xəsarətlərdən sağ əlin V daraq sümüyünün qapalı sınığı – kənar şəxsin idman fəndindən istifadə edib yerə yıxması nəticəsində əmələ gəlməsi inkar olunmur, lakin həmin xəsarətin şəxsin öz əlini yerə vuraraq əmələ gəlməsi inkar olunur (cild 1, i.v. 165-169); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v. 173-174); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v. 184-186); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 203-205); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Makhmudov Jekhun həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, i.v. 219-221); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Makhmudov Jekhun barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 238-240); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, i.v. 9-11); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 28-30); Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal təsərrüfat Birliyinin 82 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında müvəqqəti pasport qeydiyyatında yaşayan Makhmudov Jekhun yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, 37); Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal təsərrüfat Birliyinin 82 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, 39); Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal təsərrüfat Birliyinin 82 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 2, 41); sübutların qiymətləndirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, hadisə yerinə baxış protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT birliyinin 09.07.2021-ci il tarixli 626 saylı, 17.07.2021-ci il tarixli 652 saylı və 05.11.2021-ci il tarixli 17/652 saylı rəylərinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (cild 2, i.v. 42-50); Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Makhmudov Jekhun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, təqsirləndirilən şəxslər Makhmudov Jekhun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməmələri barədə ifadələrinə tənqidi yanaşır, müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Makhmudov Jekhun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onların bilə-bilə yalan ifadə vermələrinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Makhmudov Jekhun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayınmağa çalışırlar. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslərə və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə təqsirləndirilən şəxslər Makhmudov Jekhun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri istisna edilmiş, zərərçəkmiş şəxslərin ifadələri şahidlər Şahid1 və Şahid2 ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Həmçinin, şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, Müslümün amansızcasına döyülməsinə etinasız qala bilməmiş və orada olan tanımadığı bir nəfər qadınla birlikdə həmin uşaqları ayıraraq Müslümü həmin uşaqların əlindən çətinliklə də olsa ala bilmişdir və dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Şahidlərdən Şahid3 isə təqsirləndirilən şəxsin qonşusu olması onun ifadəsinin inandırıcılığına təsir edir. Belə ki, məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 21 radələrində ünvan 5 ünvanında yerləşən parkdan keçən zaman səs-küy yarandığını və xeyli şəxsin bir yerə yığıldığını görmüşdür. Bir nəfər azyaşlı uşaq isə yerdə ağlayaraq sağ əlini var gücü ilə yerə vurmuşdur. Bir neçə dəfə əlini var gücü ilə yerə vurduqdan sonra həmin uşağın sağ əli sınmışdır. Hətta həmin uşağın sağ əli sınan zaman sınma səsini orada olan digər şəxslər də eşitmişlər. Həmin uşağın əli sındıqdan sonra sonuncunun halı pisləşmiş və hüşunu itirmişdir. Lakin 05 noyabr 2021-ci il tarixli 17/652 saylı əlavə ekspert rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən ayaqüstü vəziyyətdə yumruq və təpiklə vurulma nəticəsində, eləcə də yerə yıxıldıqdan sonra yerdə təpik zərbələri alması nəticəsində törənməyə daha çox uyğundur. Qeyd edilən xəsarətlərdən sağ əlin V daraq sümüyünün qapalı sınığı – kənar şəxsin idman fəndindən istifadə edib yerə yıxması nəticəsində əmələ gəlməsi inkar olunmur, lakin həmin xəsarətin şəxsin öz əlini yerə vuraraq əmələ gəlməsi inkar olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 5-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsinəməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizliketməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Makhmudov Jekhunun törətdiyi əməl CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 törətdiyi əməl isə CM-nin 221.2.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur; 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır; 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun» 2008-ci il tarixli qərarının 11-ci bəndində qeyd edilmişdir ki, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yetkinlik yaşına çatmayan olmasını (CM-59.1.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs Makhmudov Jekhunun əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yetkinlik yaşına çatmayan olmasını (CM-59.1.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Makhmudov Jekhunun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, yetkinlik yaşına çatmayan olmasını (CM-59.1.2), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini (CM-59.1.12), zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən mümkün olduğuna görə ona müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarına əsasən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilərək 3-1 maddəsi əlavə edilmiş, orada göstərilir ki, nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində əcnəbilərə və Azərbaycan Respublikasının ərazisində daimi yaşayış yeri olmayan şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qadağan edilir.” İş materiallarından görünür ki, X2 vətəndaşı olmaqla Azərbaycan Respublikasında müvəqqəti yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, Makhmudov Jekhunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi istisna edilir. Bundan başqa Azərbaycan Respublikasının CM-nin 85.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara islah işləri iki aydan bir ilədək müddət təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. Makhmudov Jekhunun iş yeri və rəsmi qazancı müəyyən edilmədiyindən məhkəmə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Makhmudov Jekhuna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirilən şəxs Makhmudov Jekhuna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə, təqsirləndirilən şəxs Makhmudov Jekhunun yetkinlik yaşına çatmamasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət hadisəsi 08 iyul 2021-ci il tarixdə baş vermiş, həmin tarixdən bu günədək Makhmudov Jekhunun hər hansı bir cinayət törətməsi müəyyən edilməmişdir. Qeyd olunan hal onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunacağına dəlalət edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Makhmudov Jekhun Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanuna müvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Makhmudov Jekhunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri, Makhmudov Jekhun və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 oğlunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Makhmudov Jekhun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Makhmudov Jekhuna təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Makhmudov Jekhunun üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Makhmudov Jekhunun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Makhmudov Jekhunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-72/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-72/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver