Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-72/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi(direktoru) Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinə əsasən həmin MMC-nin aparıcı mühasibi vəzifəsində işləyib maddi-məsul şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək cinayət əməlini törədib həmin MMC-nin xx.xx.2023-cü il tarixli, 005/23-CVL-TDAL saylı xidmət müqaviləsi əsasında xidmət göstərdiyi X16 Liseyinin müəlliməsi vəzifəsində işləmiş Şahid1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində mövcud olan 5228-9717-3748-9432 nömrəli əmək haqqı kartının hesabına xx.xx.2024-cü il tarixdə yanlışlıqla artıq köçürülmüş, əmək haqqı öhdəliyinə aid olmayan 1166.27 (bir min bir yüz altmış altı manat, iyirmi yeddi qəpik) manat pul vəsaitinin həmin tarixdə, saat 18:43-də sonuncu tərəfindən özünə məxsus "xxxx" ASC-də mövcud olan "Leobank"-dakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürülməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə talayaraq əmlak sahibi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, təkrarən əmək müqaviləsinə əsasən həmin MMC-nin aparıcı mühasibi vəzifəsində işləyib maddi-məsul şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək cinayət əməlini törədib MMC-nin xx.xx.2023-cü il tarixli, 005/23-CVL-TDAL saylı xidmət müqaviləsi əsasında xidmət göstərdiyi X16 Liseyinin müəlliməsi vəzifəsində işləmiş Şahid2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində mövcud olan 5228-9717-7367-3584 nömrəli əmək haqqı kartının hesabına xx.xx.2024-cü il tarixdə, saat 15:36-da yanlışlıqla artıq köçürülmüş, əmək haqqı öhdəliyinə aid olmayan 540.63 (beş yüz qırx manat, altmış üç qəpik) manat pul vəsaitinin xx.xx.2024-cü il tarixdə, saat 10:04-də sonuncu tərəfindən özünə məxsus "xxxx" ASC-də mövcud olan “Leobank”-dakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürülməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə talayaraq əmlak sahibi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, təkrarən əmək müqaviləsinə əsasən həmin MMC-nin aparıcı mühasibi vəzifəsində işləyib maddi-məsul şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək cinayət əməlini törədib xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində MMC-nin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15, "xxxx" biznes mərkəzi, 14-cü mərtəbə, ofis 90 ünvanına gəlib MMC-nin "xxxx" ASC-də qeydiyyata alınmış AZ52PAHA40060AZNHC********** nömrəli bank hesabında mövcud olan, ona etibar edilmiş, əmək haqqı öhdəliyinə aid olmayan 5333,46 (beş min üç yüz otuz üç manat, qırx altı qəpik) manat pul vəsaitini saat 05:24-də həmin bankda özünə məxsus olan AZ33PAHA41010AZNFK********** hesab nömrəli əmək haqqı kartına köçürüb şəxsi ehtiyaclarına sərf etməklə talayaraq əmlak sahibi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 5333.46 (beş min üç yüz otuz üç manat qırx altı qəpik) manat maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildən 2024-cü ilin iyul ayınadək müxtəlif şirkətlərdə mühasib vəzifələrində işləmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də aparıcı mühasib vəzifəsində işə qəbul olunmuşdur. O, MMC ilə bağlı maliyyə və vergi əməliyyatlarını həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə o, MMC-nin maliyyə hesablarını yoxlayan zaman əməliyyatlar zamanı yanlışlıq olduğunu, "xxxx" MMC-nin maliyyə sahəsində xidmət göstərdiyi Türk Dünyası Bakı Atatürk Liseyinin müəlliməsi Şahid2 “Ziraat” Bankdakı əmək haqqı kartının hesabına ardıcıl olaraq 02 dəfə 540,63 manat pul köçürüldüyünü müəyyən etmişdir. Həmin vaxt ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj gəlmişdir. Mesaj yazan şəxs ona Şahid2 olduğunu və sonuncunun əmək haqqı kartının hesabına 02 dəfə pul köçürüldüyünü bildirmişdir. O da Şahid2 pulun "xxxx" MMCnin hesabına qaytarılması üçün onun özünə məxsus "xxxx" ASC-də mövcud olan “Leobank”-dakı 4098-5844-7847-5013 nömrəli kartının şəklini göndərərək artıq köçən məbləğin həmin karta göndərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə həmin kart hesabına 540.63 AZN köçürülmüşdür. O, həmin dövrdə pul lazım olduğu və borcları çox olduğu üçün həmin pulu "xxxx" MMC-nin hesabına qaytarmamışdır. Həmçinin, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə o, MMC-nin maliyyə hesablarını yoxlayan zaman əməliyyatlar zamanı yanlışlıq olduğunu, "xxxx" MMC-nin maliyyə sahəsində xidmət göstərdiyi Türk Dünyası Bakı Atatürk Liseyinin müəlliməsi Şahid1 “Ziraat” Bankdakı əmək haqqı kartının hesabına ardıcıl olaraq 02 dəfə əvvəlcə 1140,67 manat, daha sonra 1166.27 manat pul köçürüldüyünü müəyyən etmişdir. O, Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsini taparaq həmin nömrəyə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazmış və Şahid1 vəziyyəti izah etmişdir. O, Şahid1 "xxxx" ASC-də mövcud olan “Leobank“-dakı 4098-5844- 7847-5013 nömrəli kartının şəklini göndərərək artıq köçən məbləğin həmin karta göndərilməsini xahiş etmişdir. Şahid1 onun kart hesabına 1172,85 AZN köçürmüşdür. Həmin dövrdə ona pul lazım olduğu və borcları çox olduğu üçün həmin pulu "xxxx" MMCnin hesabına qaytarmamışdır. 2024-cü ilin iyul ayının sonlarına yaxın onun çoxlu borcu olduğu üçün pul lazım olmuşdur. Bu səbəbdən o, xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15, "xxxx" biznes mərkəzi, 14-cü mərtəbə, ofis 90 ünvanında yerləşən ofisinə getmişdir. Həmin vaxt ofisdə masanın üzərində olan “Nokia” markalı telefonda olan "xxxx"-nı götürmüş və əvvəlcə öz əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra son hesablaşma kimi MMC-nin "xxxx" ASC-də olan hesabından həmin bankda olan özünə məxsus əmək haqqı kartının hesabına 5370.79 manat pulu köçürmüşdür. Köçürmə zamanı 37.33 manat komissiya tutulmuş və onun kart hesabına 5333.46 manat köçürülmüşdür. O, “Nokia” markalı telefonda olan “ASAN İMZANİ” yerinə qoymuş və əmək kitabçasına AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağının qeyd olunmasının qarşısını almaq üçün əmək kitabçasını və "tam maddi məsuliyyət müqaviləsi"ni öz şəxsi işindən götürərək ofisi tərk etmişdir. O, həmin pulu öz borclarının ödənişinə xərcləmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda zərərçəkmiş hüquqi şəxs ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi(direktoru) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. MMC-nin fəaliyyət istiqaməti insan resursları və maliyyə sahələri üzrə hüquqi məsləhət xidmətləri göstərilməsindən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən etibarən MMCdə aparıcı mühasib vəzifəsində işləmiş, gündəlik hesabatları hazırlanması, vergi, mühasibatlıq işlərinin icra edilməsi, bu işlərə dair sənədlərin tərtib edilməsi vəzifələrini icra etmişdir. Təqsirləndirilən şəxs çalışdığı qısa müddət ərzində vəzifə öhdəliklərini qüsurlarla icra etmiş. MMC-nin daxili nizam-intizam qaydalarını pozmuş, üzrlü səbəblər olmadan işə gəlməmişdir. MMC-nin işçilərindən və müştərilərdən daimi olaraq borclar istəmiş, həmçinin dəfələrlə maddi vəziyyətinin pis olması, borclarının çox olması və şəxsi problemlərini əsas gətirərək maaşının avans qaydada ödənilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs MMC-də işlədiyi dövrdə sonuncuya əmək haqqıları və bonuslar vaxtı-vaxtında ödənilmişdir. MMC-nin Təqsirləndirilən şəxs heç bir borcu və ya ödəməli olduğu hər hansı pul vəsaiti yoxdur. X9 bir neçə dəfə ümumilikdə 2000 manat pul vəsaitini ondan və digər işçilərdən borc qismində almış və həmin pulu bugünədək də geri qaytarmamışdır. xx.xx.2024-cü il tarixində səhər saat 10:44-də o, Şirkətin "xxxx" ASC-də qeydiyyata alınmış bank hesabını yoxlayan zaman əsas məbləği 5333.46 AZN (beş min üç yüz otuz üç manat, 46 qəpik), komissiya məbləği 37.33 AZN (otuz yeddi manat, 33 qəpik) olmaqla, ümumilikdə Şirkətin bank hesabında 5370.79 AZN (beş min üç yüz yetmiş manat, 79 qəpik) məbləğində əksiklik olması faktını aşkar etmişdir. Müvafiq əksik məbləğinin əsası araşdırılan zaman Təqsirləndirilən şəxs tərəfindən həmin məbləğin hər hansı bir qanuni əsas və təsdiq olmadan mənimsəmə yolu ilə özbaşına surətdə öz əmək haqqı kartına köçürülməsi aşkar edilmişdir. Belə ki, müvafiq təsdiqedici video-müşahidə kameraları görüntüləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində səhər saat 05:13 radələrində Şirkətin Bakı şəhəri. Xətai rayonu, 8 Noyabr prospekti 15, X17, 14-cü mərtəbə, ofis 90 ünvanında yerləşən ofisinə gəlməsi və təxmini olaraq 25 dəqiqə ərzində ofisdə vaxt keçirməsi müəyyən edilmişdir. Belə ki, müvafiq müddət ərzində Təqsirləndirilən şəxs “ASAN İmzanı” icazəsiz şəkildə götürmüş, yəni talamışdır. Çünki "xxxx" həmişə ofisdə onun otağında olmuşdur. MMC-də olduğu zaman maliyyə əməliyyatlarını o, təsdiq etmişdir. O, işdə olmayan zaman isə MMC-nin mühasibi Mehriban Abuzərli təsdiq edirdi. Həmin "xxxx" vasitəsilə Şirkətin "xxxx" ASC-də qeydiyyata alınmış AZ52PAHA40060AZNHC********** nömrəli bank hesabına daxil olaraq yuxarıda qeyd edilmiş məbləği qanunsuz surətdə Təqsirləndirilən şəxs özünün "xxxx" ASC-də mövcüd olan AZ33PAHA41010AZNFK********** hesab nömrəli əmək haqqı kartının hesabına köçürməklə mənimsəmişdir. Qeyd edilməli ən önəmli məsələ isə Təqsirləndirilən şəxs hesabda mövcud olan məbləği demək olar ki, tamamilə mənimsəmişdir. Bu hal Təqsirləndirilən şəxs hesabda daha böyük məbləğdə vəsait olsa idi, həmin vəsaitləri də mənimsəyəcəyinə əsaslı şübhələr yaratmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs öz əməllərini gizlətmək və məsuliyyətdən yayınmaq üçün ofisdə olduğu müddətdə Əmək və Məşğulluq altsisteminə qanunsuz və səlahiyyəti olmadan daxil olaraq özünün əmək müqaviləsinə öz xahişi ilə əsası ilə özbaşına şəkildə xitam vermiş, həmçinin oğurluq əsasında nüsxəsi Şirkətdə saxlanılması olan, ofisdə yerləşən şkafdakı əmək müqavilələri qovluğundakı "tam maddi məsuliyyət müqaviləsi"ni özü ilə aparmış və imzanın saxtalaşdırılması yolu ilə öz əmək kitabçasında MMC-nin möhüründən qanunsuz olaraq istifadə edərək qeydlər aparmış və əmək kitabçasını da özü ilə aparmışdır. Həmçinin, "xxxx" MMC-nin müqavilə əsasında xidmət göstərdiyi X18 Liseyinin əməkdaşları olan Şahid1 hesabına xx.xx.2024-cü il tarixində əmək haqqı öhdəliyinə aid olmayan 1166.27 AZN (bir min bir yüz altmış altı manat, 27 qəpik) məbləğ və X2 hesabına xx.xx.2024-cü il tarixində əmək haqqı öhdəliyinə aid olmayan 540.63 AZN (beş yüz qırx manat, 63 qəpik) məbləğ köçürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs qeyd edilən əməkdaşlardan həmin məbləğləri geri istəyərək özünə məxsus "xxxx" ASC-də mövcüd olan “Leobank"dakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürtmüşdür. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əmək haqqıları vaxtı-vaxtında ödənilmişdir. MMC-nin Təqsirləndirilən şəxs ödəməli olduğu heç bir pul vəsaiti yoxdur. Təqsirləndirilən şəxs öz hesabına qanunsuz olaraq köçürdüyü məbləğlərin heç biri sonuncuya əmək haqqı və ya digər formada ödənilməli olan pul vəsaiti deyildir. Təqsirləndirilən şəxs 5333.46 AZN pul vəsaitini xx.xx.2024-cü il tarixində səhər saat 05:24-də, yəni heç kimin işdə olmadığı vaxt gəlib köçürmüşdür. Səhər saat 05:24-də 5333.46 AZN pul vəsaitinin əmək haqqı və ya son hesablaşma kimi köçürülməsi gülünc hesab olunur. Həmçinin o, ərizə təqdim edərək hal-hazırda təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğunu, dəymiş ziyanın tam olaraq ödənildiyini bildirərək təqsirləndirilən şəxs barəsində alternativ cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək Türk Dünyası Bakı Atatürk Liseyində ingilis dili müəlliməsi vəzifəsində işləmişdir. 2024-cü ilin iyul ayında işdən çıxmaq qərarına gəlmiş və bu səbəbdən liseylə onun arasında son maliyyə hesablaşmaları aparılmışdır. xx.xx.2024-cü il tarixdə ona məxsus olan “Ziraat” bankda qeydiyyata alınmış, 5228-9717-3748 nömrəli əmək haqqı kartının hesabına əvvəlcə 1140.67 AZN daha sonra, artıq olaraq 1166.27 AZN pul vəsaiti son hesablaşma kimi köçürülmüşdür. Həmin gün saat 18 radələrində ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj gəlmişdir. Mesaj göndərən şəxs ona Türk Dünyası Bakı Atatürk Liseyinin mühasibi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona maliyyə əməliyyatları zamanı səhvə yol verilərək eyni məbləğin iki dəfə onun əmək haqqı kartının hesabına köçürüldüyünü və 1172.85 AZN pulun Samirin ona bildirdiyi "xxxx" ASCdə mövcud olan “Leobank”-dakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşaraq pulu qısa müddət ərzində sonuncuya geri qaytaracağını bildirmişdir. Həmin dövrdə “Ziraat” bankın mobil tətbiqində problemlər olmuşdur. Bu səbəbdən o, həmin məbləği ATM vasitəsilə nağdlaşdıraraq özünə məxsus "xxxx" ASC-də mövcud olan “Leobank”-dakı 4098-5844-7132-5371 nömrəli kart hesabına köçürmüşdür. Bundan sonra o, 1172.85 AZN pul vəsaitini telefonunda olan “Leobank” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs ona bildirdiyi həmin bankdakı "xxxx" ASC-də mövcud olan ”Leobank”-dakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürmüşdür. O, bildirdiyi xüsusatlara dair yazışmaların fotoşəkillərini təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, 2024-cü ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. İlkin Səlimzadə ilə nikaha daxil olması səbəbilə o, soyadını dəyişmişdir. Nikaha daxil olanadək onun soyadı Məmmədova olmuşdur. 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək Türk Dünyası Bakı Atatürk Liseyində sinif rəhbəri vəzifəsində işləmişdir. 2024-cü ilin iyun ayında işdən çıxmaq qərarına gəlmiş və bu səbəbdən liseylə onun arasında son maliyyə hesablaşmaları aparılmışdır. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə ona məxsus olan “Ziraat” bankda qeydiyyat alınmış 5228-9717-7367-3584 nömrəli əmək haqqı kartının hesabına saat 15:02-də 540.63 AZN və saat 15:36-da artıq olaraq yenidən 540,63 AZN pul vəsaiti son hesablaşma kimi köçürülmüşdür. O, əmək haqqılarının ödənilməsi ilə bağlı əməliyyatları həyata keçirən "xxxx" MMC ilə əlaqə saxlamışdır. MMCdən onu aparıcı mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs yönəltmişdirlər. O, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj yazaraq baş verənləri izah etmişdir. Təqsirləndirilən şəxs ona əməliyyatlar zamanı səhvə yol verilərək eyni məbləğin iki dəfə onun əmək haqqı kartının hesabına köçürüldüyünü və 540,63 AZN pulun sonuncunun ona bildirdiyi "xxxx" ASC-də mövcud olan “Leobank”-dakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs onun telefonunda “Ziraat” Bankın tətbiqinin olmadığını və bu səbəbdən növbəti gün pulu ATM vasitəsilə nağdlaşdıraraq ödəniş terminalları vasitəsilə həmin kart hesabına köçürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona pulu dəqiqliklə, yəni qəpiyinədək köçürməli olduğunu bildirmişdir. O, baş verənlər barədə əri İlkin Səlimzadəyə danışmışdır. Ödəniş terminallarında qəpiklə köçürmə etmək mümkün olmadığı üçün xx.xx.2024-cü il tarixdə əri İlkin Səlimzadənin istifadəsində olan "xxxx" ASC-də mövcud olan “Leobank”-dakı 4098-5844-9229-7856 nömrəli kart hesabından Təqsirləndirilən şəxs ona bildirdiyi həmin bankdakı 4098-5844-7847-5013 nömrəli kart hesabına köçürmüşdür. O, bildirdiyi xüsusatlara dair əmək haqqı kartlarının fotoşəkillərini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.2 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (i.v. 1); "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən və əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin şirkətdə aparıcı mühasib vəzifəsinə işə qəbul edilmişdir (i.v. 7-18); "xxxx" ASC-dən əldə olunmuş əmək haqqı üzrə çıxarışdan görünür ki, AZ52PAHA40060AZNHC********** nömrəli hesabdan Təqsirləndirilən şəxs məxsus bank hesabına xx.xx.2024-cü il tarixdə, saat 05:24-də 37.33 manat komissiya haqqı tutulmaqla, 5333.46 manat məbləğində pul vəsaiti köçürülmüşdür (i.v. 21-22, 67-68); "xxxx" KB ASC-dən əldə olunmuş çıxarışdan görünür ki, Şahid1 tərəfindən xx.xx.2024cü il tarixdə, saat 18:43-də 1172.85 manat məbləğində pul vəsaiti “Samir M.” adlı şəxsə məxsus 409858****5013 nömrəli karta köçürülmüşdür (i.v. 23); "xxxx" KB ASC-dən əldə olunmuş çıxarışdan görünür ki, İlkin Səlimzadə tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:04-də 540.63 manat məbləğində pul vəsaiti “Samir M.” adlı şəxsə məxsus 409858****5013 nömrəli karta köçürülmüşdür (i.v. 24); “Whatsapp” ani mesajlaşma tətbiqi ilə aparılmış yazışmaların fotoşəkillərindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-dən müəyyən məbləğdə pul vəsaiti mənimsədiyini etiraf etmişdir (i.v. 25-29); Təqsirləndirilən şəxs ilə Şahid2 arasında “Whatsapp” ani mesajlaşma tətbiqi ilə aparılmış yazışmaların fotoşəkillərindən və ödəniş barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 4098 5844 7847 5013 saylı “Leobank”a məxsus kartı Şahid2 göndərmiş və sonuncu tərəfindən həmin karta xx.xx.2024-cü il tarixdə 540.63 manat məbləğində pul vəsaiti köçürülmüşdür (i.v. 47-53); zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 54); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i.v. 57-58); Təqsirləndirilən şəxs ilə Şahid1 arasında “Whatsapp” ani mesajlaşma tətbiqi ilə aparılmış yazışmaların fotoşəkillərindən və ödəniş barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 4098 5844 7847 5013 saylı “Leobank”a məxsus kartı Şahid1 göndərmiş və sonuncu tərəfindən həmin karta xx.xx.2024-cü il tarixdə 1172.85 manat cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 117-118); CD diskə baxış keçirilməsi haqqında 09 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, diskdə 02 ədəd video vardır, “video 1” adlı videonun müddəti 25 saniyədir. Həmin videoda əyinində ağ rəngli köynək və göy rəngli cins şalvar olan kişi cinsli şəxs dəhlizlə hərəkət edir. Videonun sol yuxarı küncündə tarix kimi “xx-xx- 2024 saat 05:03” qeyd edilmişdir. “Video 2” adlı videonun müddəti 20 saniyədir. Həmin videoda əynində ağ rəngli köynək və göy rəngli cins şalvar olan kişi cinsli şəxs dəhlizlə hərəkət edir. Videonun sol yuxarı küncündə tarix kimi "xx-xx-2024 saat 05:24" qeyd edilmişdir. Qeyd edilən videolar şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs videoları izlədikdən sonra bildirmişdir ki, hər iki videodakı şəxs onun özüdür. Onun hərəkət etdiyi yer isə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15, "xxxx" biznes mərkəzi, 14-cü mərtəbədir. xx.xx.2024-cü il tarixi doğrudur. Lakin, qeyd edilən saat real vaxtdan 10 dəqiqə geriyədir. Yəni o, saat 05:14-də "xxxx" MMC-nin yerləşdiyi 90 saylı ofisə 05:14-də daxil olmuş, 05:34-də tərk etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, 2024-cü ilin iyul ayının sonlarına yaxın onun çoxlu borcu olduğu üçün pul lazım olmuşdur. Bu səbəbdən o, xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində MMC-nin Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 15, "xxxx" biznes mərkəzi, 14-cü mərtəbə, ofis 90 ünvanında yerləşən ofisinə gəlmişdir. Həmin vaxt ofisdə masanın üzərində olan “Nokia” markalı telefonda olan "xxxx"-nı götürmüş və əvvəlcə öz əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra son hesablaşma kimi MMC-nin "xxxx" ASC-də olan hesabında həmin bankda olan özünə məxsus əmək haqqı kartının hesabına 5.370,79 manat pulu köçürmüş, köçürmə zamanı 37.33 manat komissiya tutulmuş və onun kart hesabına 5333.46 manat köçürülmüşdür. O, “Nokia” markalı telefonda olan "xxxx"-nı yerinə qoymuş və əmək kitabçasına AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağının qeyd olunmasının qarşısını almaq üçün əmək kitabçasını və "tam maddi məsuliyyət müqaviləsi"ni öz şəxsi işindən götürüb ofisi tərk etmişdir. O, həmin pulu öz borclarının ödənişinə xərcləmişdir (i.v. 135-137); sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair qərar qəbul edilməklə ona həmin maddələrlə ittiham elan edilmiş, onun barəsində CM-nin 320 və 326-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxsin, zəzərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut kimi qiymətləndirilmişlər (i.v. 139-152); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 154- 156); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-647/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay 21 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 172-176); MKTİB-nin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 177); Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 591982 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının AA4905005 seriyalı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3r (i.v. 181-182); Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 924109 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının AA4689853 seriyalı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X3r (i.v. 181-182); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir; zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi(direktoru) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X7 ilə aralarında barışıq olmuşdur, vurulmuş ziyan tam ödənilmişdir, barəsində alternativ cəza tədbirlərinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında 01 ədəd “CD-R” formatlı diskdə olan videogörüntüyə baxış keçirilmiş və diskdə olan görüntünün 09 oktyabr 2024-cü il tarixli protokolun məzmununda göstərilən hallara uyğun olması müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxs ilə barışıq əldə etməsini, dəymiş ziyanı tam olaraq ödəməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59-cu maddəsinə əsasən nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsi, ona dəymiş ziyanı tam olaraq ödəməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, “dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan” məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 10 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 01 (bir) gün müddət, ümumilikdə 08 (səkkiz) ay 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM- 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, iş üzrə maddi sübut hesab edilən 01 ədəd “CD-R” formatlı diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri olan ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Sumqayıt şəhəri ərazilərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdən 10 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, həmçinin kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Sumqayıt şəhəri ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-72/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-72/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver