Məhkəmə qərarları › İş №1(011)-73/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-73/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-73/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdam rayonu, Şişpapaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Maqsudlu Ə/N Şişpapaqlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, ümumilikdə 12.000 (on iki min) manat ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il saat 15 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətindən Zərərçəkmiş şəxs məxsus dəyəri 200 (iki yüz) manat olan 01 (bir) ədəd “Kamaz” markalı yük avtomobilinə aid 800 litr tutumlu yanacaq çənini, hər birinin dəyəri 400 (dörd yüz) manat, cəmi dəyəri 800 (səkkiz yüz) manat olan 02 (iki) ədəd “Kamaz” markalı yük avtomobilinə aid körpü ehtiyyat hissələrini, 21 avqust 2023-cü il tarixdə saat 16 radələrində həmin ünvandan dəyəri 2.000 (iki min) manat olan 01 (bir) ədəd avtomobil yağlarının saxlanması üçün nəzərdə tutulmuş 7 ton tutumlu dəmir materialdan çəni, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində həmin ünvandan dəyəri 4.500 (dörd min beş yüz) manat olan 01 ədəd yağ qarışdıran qurğunu və xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin ünvandan dəyəri 4.500 (dörd min beş yüz) manat olan 01 ədəd yağ qarışdıran qurğunu oğurlamaqla, ümumi dəyəri 12.000 (on iki min) manat təşkil edən əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 12.000 (on iki min) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadələri ilə yanaşı Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 oğlunun ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında, ifadənin yerində yoxlanılması haqqında, axtarış və götürmə haqqında, əşyanın tanımaya təqdim edilməsi haqqında istintaq hərəkəti protokolları və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu, Şişpapaqlı kəndində qeydiyyatdadır və ünvan 3 ünvanında kirayə yaşayır. Subaydır və əvvəllər məhkum olunmayıb və hal-hazırda ünvan 2 ünvanında yerləşən “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətində yerləşən “Pak Xalça” adlanan xalça yuma sexində fəhlə kimi çalışmaqdadır. 2023-cü ilin avqusta ayında işsiz olduğu üçün maddi sıxıntıları var idi. Belə ki, maddi sıxıntıları olduğundan əvvəlcədən çalışdığı sexin yaxınlığında gördüyü ünvan 2 ünvanında yerləşən “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətində qoyulmuş 02 ədəd avtomobil yağını qarışdıran qurğusunu, 01 ədəd avtomobil yağı saxlamaq üçün nəzərdə tutulmuş çəni, 01 ədəd avtomobil yanacaq çənini və 02 ədəd avtomobil ehtiyyat hissələrini götürüb metal qəbuluna sataraq pul əldə etmək qərarına gəlmişdir. Həmin əşyalar iri həcmli olduqları üçün onları bir dəfəyə götürə bilmirdi. Çünki metal əşyalar hamısı birlikdə avtomobillərə yerləşmirdi və belə olan halda o, çox diqqət cəlb etməmək üçün həmin metal əşyaları ayrı-ayrı günün işıqlı vaxtlarında hissəhissə oğurlamağı qərarlaşdırmışdır. Belə ki, xx.xx.2023-cü il saat 15.30 radələrində Bakı şəhəri, Babək prospektində yol kənarında sifarişlə çalışan dövlət qeydiyyat nişanını və mobil nömrəsini xatırlamadığı, habelə anket məlumatlarını bilmədiyi “Qazel” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşaraq özünə məxsus metal yükünün olduğunu və satmaq istədiyini bildirib sürücü ilə 20 (iyirmi) manat xidmət haqqı qarşılığında razılaşaraq birlikdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətinə gəlmişdir. Orada 01 ədəd avtomobil yanacaq çənindən və 02 ədəd avtomobil ehtiyyat hissələrindən (yük avtomobilinə aid metaldan olan körpü ötürücüyə bənzər) ibarət metal əşyaları yük maşınına yükləyib ünvan 4 ünvanında yerləşən metal qəbulu məntəqəsinə aparmış, məntəqədə əvvəllər tanıdığı, fəhlə kimi köməklik edən Azər adlı şəxsə ehtiyyat hissələrinin özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Ehtiyyat hissələrini satarkən Şahid4 sənədinin surətini verib ehtiyyat hissələrinin oğurluq olmadığını yazaraq imzalamış, bundan sonra tərəzi vasitəsilə müəyyən etdikləri təminən 300 kiloqram dəmir metalın qarşılığında Azərdən 120 (yüz iyirmi) manat pul alıb yük maşınının sürücüsünə xidmət haqqı olaraq 20 (iyirmi) manat ödəniş edərək oradan getmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 15.30 radələrində digər metal əşyaları oradan götürmək məqsədilə “166” yük daşıma xidmətinə zəng edib qarajın yerləşdiyi ünvan 2 ünvanına evakuator sifariş etmiş. Təxminən 20 dəqiqə sonra dövlət qeydiyyat nişanını və markasını bilmədiyi evakuator olduğu ünvana yaxınlaşmış, evakuatorun adını və anket məlumatlarını bilmədiyi sürücüsünə qarajın həyətində olan 01 ədəd iri həcmli dəmir metaldan ibarət çəni göstərmişdir. Sürücü həmin çənin kimə məxsus olduğunu soruşduqda, sonuncuya çənin özünə məxsus olduğunu bildirmiş, metal çənin sənədi olmadığı üçün evakuator sürücüsü yükü apara bilməyəcəyini bildirdiyindən sonuncuya şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Sürücü onun şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib çalışdığı şirkətinə göndərmiş və bundan sonra yükü aparmağa razılaşmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətindən 01 ədəd iri həcmli dəmir metaldan ibarət çəni “166” yük daşıma xidmətindən sifariş verdiyi evakuatora yükləyib Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik küçəsi 5 ünvanında yerləşən "xxxx" ASC-yə aid metal qəbulu zavoduna aparmış, orada yükün çəkisi təxminən 1600 kiloqram təyin edildikdən sonra müəssisədə çalışan adını və anket məlumatlarını bilmədiyi şəxs ona yaxınlaşaraq yükün boşaldılması üçün təyin olunmuş yeri göstərmişdir. Orada həmin yüklər evakuatordan boşaldıldıqdan sonra yükün çəkisinə dair ona verilən faktura ilə məntəqəyə yaxınlaşmış və məntəqədə ona təxminən 750 (yeddi yüz əlli) manat pul ödəmişlər. Pulu aldıqdan sonra evakuator sürücüsünə 50 (əlli) manat ödəniş edib yaşadığı ünvana geri qayıtmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Lökbatan dairəsi ətrafında adını, mobil nömrəsini və dövlət qeydiyyat nişanını bilmədiyi, fərdi olaraq sifarişlə fəaliyyət göstərən evakuator avtomobilinin dayandığını görüb, sürücüsünə yaxınlaşaraq Xətai rayonu ərazisində metaldan ibarət özünə məxsus yükünün olduğunu və həmin yükü Keşlə qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Sürücü ilə 70 manata xidmət haqqı qarşılığında razılaşdıqdan sonra həmin evakuatorla xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətinə gəlmişdir. Orada 01 ədəd qismən kiçik ölçüdə olan yağ qarışdıran qurğunu evakuatora yükləmiş və Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik küçəsi 5 ünvanında yerləşən "xxxx" ASC-yə aid metal qəbulu zavoduna apararkən yolda, yəni Keşlə qəsəbəsinin içərisində ünvanı dəqiq xatırlamadığı ərazidə səyyar şəkildə yük maşını ilə metal qəbul edən şəxslərin olduğunu görmüşdür. Həmin şəxslərlə evakuatordakı yükü göstərib yükün özünə məxsus olduğunu bildirmiş və şəxsiyyətini təsdiq edən sənədini göstərdikdən sonra sonuncularla təxminən 250-300 manat qarşılığında razılaşmışdır. Belə ki, həmin yükü zavoda aparmadan səyyar şəkildə dəmir toplayan şəxslərə təhvil verib razılaşdığı məbləği almış və evakuator sürücüsünə razılaşdığı 70 manat xidmət haqqı təşkil edən məbləği verərək yaşadığı ünvana geri qayıtmışdır. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid həmin “27/02 Qaraj” adlanan avtomobil qarajının həyətində olan 01 ədəd yaş qarışdıran qurğunu oğurlayıb satmaq məqsədi ilə saat 15.00 radələrində “166” yük daşıma xidmətinə zəng edib qarajın yerləşdiyi ünvan 2 ünvanına evakuator sifariş etmiş, təxminən 20-25 dəqiqədən sonra dövlət qeydiyyat nişanını və markasını bilmədiyi başqa bir evakuator olduğu ünvana yaxınlaşmışdır. Evakuatorun adını və anket məlumatlarını bilmədiyi sürücüsünə qarajın həyətində olan 01 ədəd avtomobil yağı çəninində ibarət yükü göstərmiş, sürücü ondan yükün sənədini tələb etdikdə sonuncuya yükün özünə aid olduğunu və onunla birlikdə gedəcəyini bildirmişdir. Evakuator sürücüsünə şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra yükü aparmağı razılaşdırmış, həmin tarixdə saat 16.00 radələrində qarajın həyətində qoyulmuş 01 ədəd avtomobil yağı saxlanması üçün nəzərdə tutulmuş çəni evakuatora yükləmişdir. Bundan sonra Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik küçəsi 5 ünvanında yerləşən "xxxx" ASC-yə aid metal qəbulu zavoduna getmiş, lakin orada həmin qurğunu ucuz qiymətə götürdükləri üçün zavod əməkdaşları razılaşmadığı üçün həmin evakuatorla yükü boşaltmadan zavodu tərk edib, ünvan 4 ünvanında yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Məntəqədə Azər adlı şəxsə yükü göstərmiş və 420 (dörd yüz iyirmi) manat qarşılığında razılaşmışdır. Bundan sonra Azər ondan metal qurğunun özünə məxsus olub olmadığını və oğurluq olub olmadığını soruşduqda, sonuncuya həmin metal qurğunun oğurluq olmadığını, özünə məxsus olduğunu və qaraj tərəfindən ona verildiyini bildirmişdir. Bundan sonra Azər ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş, sonuncuya vəsiqəsinin surətini təqdim etmiş və yükün oğurluq olmadığını yazıb imzalamışdır. Daha sonra metal çəni oraya boşaldıb Azərdən 420 (dörd yüz iyirmi) manat ödənişi alaraq 80 (səksən) manat evakuator sürücüsünə xidmət haqqı verib getmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvanın qarşısında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək onu 37-ci PŞ-nə dəvət etmişlər və onların dəvəti ilə 37-ci PŞ-yə gedib törətdiyi əməli səmimi olaraq danışmışdır. Oğurladığı metal əşyaları satmaqla əldə etmiş olduğu pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmiş və etdiyi əməldən səmimi peşman olduğunu qeyd etmişdir. Suallara cavab verən Təqsirləndirilən şəxs bundan başqa bildirmişdir ki, oğurluq hadisələrini tək törətmiş, törətdiyi cinayət əməlindən başqa heç kimin məlumatı olmamış, oğurladığı metal əşyaların konkret olaraq Zərərçəkmiş şəxs aid olduğunu bilmədiyini, lakin həmin əşyaların kiməsə olduğunu və qarajın həyətinə qoyulduğundan məlumatlı olduğunu bildirmişdir. 2016-cı ildən etibarən müxtəlif vaxtlarda Xətai rayonu, Mingəçevir küçəsi 40 ünvanında yerləşən “27/02 Qaraj” adlanan avtomobil qarajında yerləşən “Pak Xalça” adlı xalça yuma sexində fəhlə kimi çalışmış, həmin qarajın yerləşdiyi əraziyə çox yaxın məsafədə kirayə yaşayır, qarajın ərazisinə giriş gecə gündüz açıq olduğundan, həmçinin qarajın ərazisində yerləşən müxtəlif sexlərdə işləyən hər kəs onu tanıdığı üçün o, metal əşyaları oradan götürərəkən ona heç kim heç bir şəkildə irad və ya məlumat bildirilməyibdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o zərəri hissə-hissə ödəmək istəmiş, lakin zərərçəkmiş şəxs ona vurulmuş zərəri tam olaraq ödənilməsini istəmişdir. Törətdiyi əməldən səmimi peşmandır, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatdadır, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır, təxminən 6 il müddətdir ki, işlənmiş yağların alqı-satqısı ilə məşğul olan "xxxx" MMC şirkətinin təsisçisi və direktorudur və şirkət olaraq ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-yə aid “27/02 Qaraj” adlanan müxtəlif sexlərin yerləşdiyi ərazidə icarə əsasında işlətdiyi sexdə fəaliyyət gösətərməkdədir. Təxminən 5 il əvvəl işlətdiyi sexdə olan SSRİ dövrünün istehsalı dəmir və digər əlvan metallardan ibarət 02 ədəd yağ qarışdıran qurğunu, 01 ədəd 7 ton tutumlu avtomobil yağlarının saxlanması üçün nəzərdə tutulmuş çəni, 01 ədəd “Kamaz” markalı yük avtomobilinə aid 800 litr tutumlu yanacaq çənini və 02 ədəd “Kamaz” markalı yük avtomobilinə aid körpü ehtiyyat hissələrini sexdən çıxarıb həyətdə sexin qarşısında gələcəkdə istifadə etmək üçün qoymuş, cari ilin avqust ayının əvvəllərində müvəqqəti olaraq sexin fəaliyyətini dayandıraraq istirahət etmək məqsədilə Qazax rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Qazax rayonundan Bakı şəhərinə qayıtmış, həmin tarixdə saat 18.00 radələrində icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən sexə gəldikdə sexin qarşısında qoymuş olduğu özünə məxsus olan 02 ədəd yağ qarışdıran qurğunu, 01 ədəd avtomobil yağlarının saxlanması üçün nəzərdə tutulmuş çəni, 01 ədəd yük avtomobilinə aid yanacaq çənini və 02 ədəd yük avtomobilinə aid ehtiyyat hissələrininin yerində olmadığını və naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra bu barədə dərhal DİN-in 102 xidmətinə məlumat verib Xətai RPİnin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. O, oğurlanmış 02 ədəd yağ qarışdıran qurğunun hər biri 4500 (dörd min beş yüz) mana olmaqla ümumi dəyəri 9000 (doqquz min) manat, 01 ədəd avtomobil yağlarının saxlanması üçün nəzərdə tutulmuş 7 ton tutumu olan çənin qiyməti 2000 (iki min) manat, 01 ədəd yük avtomobilinə aid 800 litr tutumu olan yanacaq çəninin qiyməti 200 (iki yüz) manat və 02 ədəd yük avtomobilinə aid müxtəlif ehtiyyat hissələrinin hər biri 400 (dörd yüz) manat olmaqla ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil etdiyini və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 12000 (on iki min) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Bundan başqa o, oğurlanan əşyalarını təxminən 15-20 il əvvəl aldığını, üzərindən uzun müddət keçdiyi üçün konkret olar nəyi haradan, kimdən və neçəyə almasını xatırlamadığını, həmin əşyaların hazırkı bazar qiymətlərinin konkret olaraq yuxarıda qeyd etdiyi dəyərdə olduğunu, qeyd olunan əşyalara dair heç bir sənədinin olmadığını və bu səbəblə də oğurlanmış əşyalarına dair istintaqa hər hansı bir sənəd təqdim edə bilməyəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş zərər ödənilməmişdir. Əlavə olaraq bildirmişdir ki, 01 ədəd yağ qarışdıran qurğunu ünvan 8 ünvanında yerləşən "xxxx" ASC-yə aid metal qəbulu məntəqəsində aşkar etdilər. Onun iştirakı ilə həmin yağ qarışdıran qurğunu metal yığınağından ayıraraq fotoşəkillərini çəkdilər və məntəqinin rəhbərliyinə həmin qurğunun oğurluq olduğunu bildirərək qorunmasını tapşırdılar. Lakin bir müddət sonra metal qəbulu məntəqəsi bilərəkdən həmin qurğunu doğrayıb istifadəyə yararsız hala salmışdır. "xxxx" ASC-yə aid metal qəbulu məntəqəsinin rəhbərliyinin əməlinin araşdırılması xahiş olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2016-cı ildən ünvan 10 ünvanında yerləşən "xxxx" ASC-də işləyirəm, 2017-ci ildən etibarən isə həmin müəssisənin metal qəbulu sahəsində rəis vəzifəsində fəaliyyət göstərməkdədir. xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində xidmətdə olan zaman zavoda yüklü vəziyyətdə **-JN-*** dövlət qeydiyyat nişanlı “166” yük daşıma xidmətinə məxsus evakuator yaxınlaşdı, həmin evakuator zavodun həyətinə daxil olaraq tərəzidə dayandıqdan sonra adını sonradan öyrəndiyi, üzdən tanıdığı Təqsirləndirilən şəxs ona yaxınlaşıb dəmir çən gətirdiyini və təhvil verib satmaq istədiyini bildirmişdi. Mən, evakuatorun üzərində olan həmin yükə baxdıqda yükün təxminən 2,5-3 metr uzunluğunda, 1,2-1,5 enində və 1,2-1,3 metr hündürlüyündə dəmir metaldan ibarət çən, həmçinin bir neçə dəmir metaldan ibarət yarasız vəziyyətdə çənə bənzər xırda yük olduğunu müəyyən etmişdir. Həmin yükün dəmir metaldan ibarət olması zavodun fəaliyyətinə uyğun gəldiyindən qəbul etmək qərarına gəlmiş, tərəzidə yükün 1520 kiloqram olması müəyyən edildikdən, həmin çəkidən 3 faiz tullantı faizi çıxdıqdan sonra təmiz çəkisi 1474 kiloqram olduğu müəyyənləşmişdir. Belə ki, dəmir metalın kiloqramının 51 qəpik olmasını nəzərə alıaraq Təqsirləndirilən şəxs 751,74 AZN (yeddi yüz əlli bir manat yetmiş dörd qəpik) pul ödəyəcəyini demiş, sonuncu qiymətlə razılaşdıqdan sonra həmin yük evakuatordan boşaldılmış və Təqsirləndirilən şəxs 751,74 AZN (yeddi yüz əlli bir manat yetmiş dörd qəpik) pul vəsaiti ödənmişdir. Ödənişi qəbul etdikdən sonra isə Sərbər Bəylərov zavodun ərazisini tərk edərək getmişdir. Daha sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində **-JC-*** dövlət qeydiyyat nişanlı “166” yük daşıma xidmətinə məxsus evakuatorla təkrar zavoda yaxınlaşmış və dəmirdən ibarət yükünün olduğunu, həmin yükü təhvil verib satmaq istədiyini bildirmişdir. Belə ki, sözü gedən evakuator tərəziyə yaxınlaşmış, yükə baxdıqdan sonra əşyanın yararsız dəmir və çuqun metalından ibarət qurğu olduğunu müəyyən etmişdim. Belə olan halda, Təqsirləndirilən şəxs yükün tərkibində çuqun olduğu üçün həmin yükü qəbul edə bilməyəcəyimi bildirdim, bundan sonra isə sonuncu, gəldiyi evakuatora əyləşib zavodun ərazisini tərk etdi. Təqsirləndirilən şəxs sonuncu dəfə zavoda gətirdiyi yükü qəbul etməmişəm və geri qaytarmışam. Təqsirləndirilən şəxs tərəfindən zavoda gətirilmiş metal yüklərin oğurluq yolu ilə əldə olunduğu və xx.xx.2023-cü il tarixdə geri qaytardığı yükü hara təhvil verməsi barədə məlumatı olmamşdır. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları onu xəbardarlıq edərək bildirmişlər ki, qeyd edilən metallar maddi sübutdur və oğurluqdur. Lakin polislər gələn günü axşam gecə növbəsində olan işçilər həmin çənin üsünü doğramışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 12 ünvanda yerləşən məntəqədə olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanını xatırlamadığım “166” xidmətinə məxsus evakutorla oraya gəlmiş və ona özünə məxsus dəmir çəni satmaq istədiyini bildirmişdir. Mən, sonuncudan təhvil vermək istədiyi yükün kimə məxsus olduğunu soruşdum, Təqsirləndirilən şəxs isə yükün özünə məxsus olduğunu və qaraj tərəfindən ona verildiyini bildirmişdi. Belə olan halda evakuatorun üzərində olan yükə baxdım və həmin yükü tərəziyə qaldırdıqda çəkisinin 1050 kiloqram qara metal olan dəmir olduğunu müəyyən etdim. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini istədim, sonuncu heç tərddüd etmədən vəsiqəsinin surətini mənə təqdim etdi, Sərvərlə həmin metaldan ibarət yükə dair 420 (dörd yüz iyirmi) manata razılaşmış və dairəvi formalı dəmir metaldan ibarət çənə bənzər yükü evakuatordan salıb metal qəbulu məntəqəsinin qarşına qoymuşdur. Yükü boşaltdıqdan sonra müdiri məntəqədə olmadığı üçün Sərvərə cibindən 420 (dörd yüz iyirmi) manat pul verib yola salmış, xx.xx.2023-cü il tarixdə isə məntəqə müdiri Quliyev X1 almış olduğu həmin metaldan ibarət çəni bütöv şəkildə digər qəbul etdikləri metallarla birlikdə yük maşınına yükləyib zavodlara təhvil vermək məqsədilə aparmışdır. Bundan başqa cari ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə dövlət nömrə nişanını xatırlamadığı “Qazel” markalı yük avtomobili ilə 01 ədəd ağır tonlu yük avtomobilinə aid paslanmış dəmir metaldan ibarət körpü ehtiyyat hissəsi və 01 ədəd yük avtomobilinə aid yanacaq çəni gətirib satmaq istədiyini bildirmiş, sonuncudan həmin metalların kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs ona həmin ehtiyyat hissələrin özünə məxsus olduğunu demişdir. Bundan sonra həmin yükləri yük maşınından boşaldıb tərəziyə qoymuş və çəkisinin təxminən 300 kiloqram olduğunu müəyyən etmiş, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini almışdır. Belə ki, razılaşdıqdan sonra sonuncuya 300 (üç yüz) kiloqram dəmir metal qarşılığında 120 (yüz iyirmi) manat ödəniş etmiş və Təqsirləndirilən şəxs oradan çıxıb getmişdir. Təxminən 1-2 gün sonra Sərvərdən aldığı ehtiyyat hissələri müdiri Şahid5 digər metallarla birlikdə məntəqədən aparıb zavodlara təhvil vermişdir. Məhkəmə digər şahidlərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (İ cild, i.v. 01); Zərərçəkmiş şəxs 30 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər icarəyə işlətdiyi ünvan 13 ünvanında yerləşən avtomobil qarajının həyətində olan anbarın qarşısından ümumi dəyəri 12.000 (on iki min) manat olan 02 ədəd avtomobil yağı qarışdıran qurğu, 01 ədəd avtomobil yağı saxlamaq üçün nəzərdə tutulmuş çən, 01 ədəd avtomobil yanacaq çəni və 02 ədəd avtomobil ehtiyat hissəsi oğurlanmasını aşkar etmişdir.( İ cild,i.v 8) hadisə yerinə baxış keçirilməsi barədə 30 avqust 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 13 ünvanında yerləşən avtomobil qarajının həyətinə, anbarın qarşısına Zərərçəkmiş şəxs, hal şahidləri X2 və X4 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (İ cild,i.v. 12-14); Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (İ cild, i.v. 21-22); 05 yanvar 2023-cü il tarixli, 12 nömrəli icarə müqaviləsindən görünür ki, "xxxx" ASCyə məxsus olan ünvan 2 ünvanında sahəsi 90 kv/m olan sahə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. (İ cild,i.v.32-35) Şübhəli şəxsin tutulması haqqında 31 avqust 2023-cü il tarixli protokolda görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 31 avqust 2023-cü il tarixdə, saat 00:15-də Xətai RPİ-də tutulmuşdur (İ cild, i.v.44-45); İfadənin yerində yoxlanılması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nə aid inzibati ərazidə yerləşən anbarda ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.( İ cild,i.v 59-62) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild,i.v.63-64) Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Həmid Ağayevin vəsatətinin müdafiəsindən imtina edilmişdir. (İ cild,i.v.81-82) Qətimkan tədbirinin seçilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild,i.v.83-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İ cild,i.v.95) Təqdim etmə və baxış keçirilməsi barədə 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin metal qəbulu sahəsinin rəisi vəzifəsində çalışan Şahid1 təqdim etdiyi "xxxx" ASC-nin fəaliyyətinə dair 12 (on iki) vərəqdən ibarət sənədlərin surətləri, həmin zavodun nəzarət buraxılış kitabından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərə olan çıxarışların 04 ədəd vərəqdən ibarət surətləri, 01 ədəd "DVD-R" disk və Təqsirləndirilən şəxs təhvil verib satmış olduğu metal yükə dair ödəniş qəbzinin 01 ədəd vərəqdən barət surətləridir. Həmin surətlər və "DVD-R" disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür.( İ cild,i.v.105) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 17:52-də metal, xx.xx.2023-cü il tarixdə **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 15:10-da metal daxil olmuşdur.( İ cild,i.v.118-122) "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 321 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:50 radələrində “166 Evakuasiya- Evakuator xidməti" nə məxsus **-JN-*** dövlət qeydiyyat nişanlı evakuator avtomobili ilə təxmini ölçüləri - uzunluğu 2,5-3 metr arası, eni 1,2-1,5 metr arası, hündürlüyü 1,2-1,3 metr arasi, tutumu təxmini 4000-4200 litr təşkil edən, qara metaldan hazırlanmış, istismara "xxxx" ASC-nin ünvan 10 ünvanında yerləşən Metal qəbulu sahəsinə gətirmiş və həmin sahənin rəisi işləyən Şahid1 və müfəttiş İlyas Xabarov sözügedən istismara yararsız çəni metal tullantısı kimi qəbul etmişlər. Qeyd edilən çənin ümumi çəkisi 1520,00 kiloqram təşkil etmiş və razılaşmaya əsasən 3 faiz tullantı faizi çıxıldıqdan sonra yerdə qalan 1474,00 kq metalın hər kiloqramını 0,51 manatdan hesablamaqla həmin çənə görə 751,74 manat (yeddi yüz əlli bir) manat məbləğində pul elə həmin gün Təqsirləndirilən şəxs nağd şəkildə ödənilmişdir. Daha sonra həmin metal çən doğranaraq əridilmiş və xammal kimi istifadə olunmuşdur.( İ cild,i.v.129-130) İfadənin yerində yoxlanılması haqqında 02 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində təkrarən həmin ünvana açıq darvazadan daxil olaraq 01 ədəd avtomobil yağı saxlanması üçün nəzərdə tutulmuş qurğunu “166” yük daşıma xidmətindən sifarişlə çağırdığı evakuator vasitəsilə yükləyib əraziyə daxil olduğu açıq darvazadan evakuatorla birgə çıxaraq oğurladığını, satmaq məqsədilə ilkin olaraq ünvan 14 ünvanında yerləşən "xxxx" ASC-nin metal qəbulu zavoduna apardığını, lakin orada yükün qiyməti ucuz dəyərləndirdiyi üçün zavod əməkdaşları ilə razılaşmadığından həmin yükü eyni evakuatorla zavoddan çıxararaq ünvan 12 ünvanında yerləşən metal qəbulu məntəqəsinə təhvil verərək satdığını bildirmişdir. (İ cild,i.v 159-161) 14 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan ona məxsus oğurlanmış 02 ədəd avtomobil yağını qarışdıran qurğusunun, 01 ədəd avtomobil yağı saxlamaq üçün nəzərdə tutulmuş çənin, 01 ədəd avtomobil yanacaq çəninin və 02 ədəd avtomobil ehtiyyat hissələrinin müəyyən edilməsi və qiymətləndirilməsi mümkün olmadığından sonuncunun ifadəsində göstərdiyi dəyər əsas götürülərək ümumilikdə 12.000 (on iki min) manat kimi qiymətləndirilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə yenidən ittiham elan edilsin və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri nəzərə alınmaqla saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından, Təqsirləndirilən şəxs barəsində həmin maddələr üzrə cinayət təqibinə xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Energetik küçəsi 5 Ünvanında yerləşən "xxxx" ASC-nin metal qəbulu və emalı zavoduna, oğurlamış olduğu metaldan ibarət yükləri evakuatorlarla gətirməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, cinayət işi üzrə təqsirləndirilən və zərəçəkmiş şəxsin, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması haqqında protokolları, müxtəlif adlı metal əşyaların zavoda təhvil verilməsi haqqında qəbz, arayış, diskə baxış protokolu, təqdim etmə və götürmə protokolları, digər istintaq hərəkətlərinin keçirilməsinə dair protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (İ cild,i.v 179-188) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etmiş olduğu mülki iddia ərizəsindən görünür ki, ona vurulmuş zərərin əvəzi olaraq 12.000 manat pul və dövlət rüsumu kimi ödədiyi 126 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və zərərçəkmiş şəxsin təqdim etdiyi fotoşəkillər əsasında yağ qarışdıran çənin qiymətinin nə qədər olması ilə ekspertlər qarşısında sual qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli məlumatından görünür ki, təqdim edilən şəkillər əsasında yağ qarışdıran çənin qiymətini müəyyən etməyin mümkün olmaması səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.4.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. (CPM- 198.1.). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında səmimi olaraq vermiş olduğu ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu xəbardarlıq edərək bildirmişlər ki, qeyd edilən metallar maddi sübutdur və oğurluqdur. Lakin polislər gələn günü axşam gecə növbəsində olan işçilər həmin çənin üstünü doğramışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, Şahid1 və digər şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılması üçün Bakı Şəhəri Xətai Rayon Prokurorluğuna məlumat göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia ərizəsi təmin olunaraq 12.000 zərər və 126 manat dövlət rüsumuna ödənilmiş, ümumilikdə 12.126 manat pul təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə müsadirə ediləcək əmlak yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumemtə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bəylərov X3 Xidmətinin Konvoy taboru vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Maddi sübut – 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia ərizəsi təmin olunaraq 12.000 zərər və 126 manat dövlət rüsumuna ödənilmiş, ümumilikdə 12.126(on iki min yüz iyirmi altı) manat pul təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilsin. Şahid1 və digər şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılması üçün Bakı Şəhəri Xətai Rayon Prokurorluğuna məlumat göndərilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar