Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-73/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X1 və Bakı Şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1965-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 17 iyun 2022-ci il tarixdə, saat 16 radələrində ünvan 3 ünvanında yerləşən "Damla" kafesində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zər tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, əlində olan "Sirab" butulkasını silah qismində istifadə edib butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq ona başın sol təpə nahiyəsinin dərialtı hematoması, əzilmiş yarası, sol gicgah və sol qaş nahiyələrinin kəsilmiş yaralarndan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat 12 radələrində o tanışı Qəhrəman ilə ünvan 4 ünvanının qarşısında görüşərək birlikdə yemək yemək üçün kafeyə getmək qərarına gəlmişlər. Qəhrəmana bildirmişdir ki, o qutab yemək istəyir və ona görə də onlar orada yaxınlıqda yerləşən qutab bişirilən yerə gedib 4 ədəd qutab alaraq yaxınlıqda yerləşən "Damła" kafesinə getmişlər. Onlar həmin kafenin załına daxil olmuşlar. Załda müştəri olmamış və onlar pəncərənin yanında yerləşən ikinci masa arxasında əyləşmişlər. Onlar masa arxasına əyləşən zaman adını bilmədiyi cavan oğlan olan ofisiant onlara yaxınlaşmış və o həmin ofisiantdan xahiş etmişdir ki, o bir bakal pivə və bir şüşə 750 ml araq gətirsin. Həmin ofisiant öz razılığını bildirmiş və bir neçə dəqiqəyə ona verdiyi sifarişi gətirmişdir. O Qəhrəman ilə oturub özləri ilə gətirdiyi qutabları yeyib araq içmişlər. Onlar orada Qəhrəman ilə oturub yemək yeyib araq içmişlər. Saat 14 radələrində onların arağı qurtardıqdan o həmin ofisiantı çağırmış və ondan xahiş etmişdi ki, o yenə də araq gətirsin. Həmin ofisiant yenə onlara 500 ml şüşədə araq gətirmiş və onlar Qəhrəman ilə həmin arağı içmişlər. Həmin vaxtı kafedə iki nəfər ofisiant və həmin kafeni işlədən daha əvvəl tanıdığı İlham adlı şəxs olmuşdur. O İlhamı bir neçə vaxtdır ki, tanımış, lakin aralarında heç bir münasibətləri olmamış, sadəcə o, bir neçə dəfə daha əvvəl həmin kafeyə gəldiyindən bilmişdir ki, həmin kafeni İlham işlədir. O, Qəhrəman ilə həmin kafedə oturub söhbət edən zaman uca səslə söhbət etmiş və həmin vaxt onların masasına baxan ofisiant ona yaxınlaşmış və ondan daha sakit danışmağı xahiş etmişdir. O, həmin ofisianta öz razılığını bildirmiş və həmin ofisiant çıxıb getmişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra o, Qəhrəman ilə yenə də uca səslə danışmağa başlamış və həmin kafeni işlədən İlham adlı şəxs ona yaxınlaşıb xahiş etmişdir ki, o mübahisə etməsin və həmin kafedə olan kabinetə keçmişdir. Qəhrəman ona bildirmişdi ki, onunla mübahisə etdiyindən o, kafedən çıxıb gedir və çöldə gözləyəcək. Qəhrəman getdikdən sonra o, bir neçə dəqiqə həmin kafedə oturmuş və ofisiantı çağırmışdır ki, hesabı ödəsin. Ofisiant ona yaxınlaşanda o, həmin ofisianta zarafatyana bildirmişdir ki, çay gətirsin, lakin həmin ofisiant sərt qaydada ona bildirmişdir ki, ona çay gətirməyəcək, çünki o içkilidir. Ofisiantın həmin sözləri ona təsir etmiş və buna görə də o əsəbiləşmiş və ümumiyyətlə hesabı ödəməyəcəyini bildirmişdir. Ofisiant çıxıb getmiş və bir neçə dəqiqə keçdikdən sonra İlham ona yaxınlaşmış və aqressiv formada ondan niyə hesabı ödəmədiyini soruşmuşdur. O, İlhama bildirmişdir ki, onun ofisiantı pis danışdığından o hesabı ödəməyəcək. Həmin vaxt İlham onu qolundan tutmuş və həmin kafenin zalından kənar olan kabinetə aparmışdır. O, həmin zaman spirtli içki qəbul etmişdir, lakin sərxoş olmamışdır, ətrafda baş verən hadisələri dərk etmiş və özünü idarə etmişdir. İlham onu qolundan tutan zaman o, İlhamı bir dəfə itələmişdir ki, əlini buraxsın. O, İlham ilə kafenin kabinetinə daxil olan zaman İlham ona təhqiramiz formada bildirmişdir ki, o niyə hesabı vermir. O, İlhama demişdir ki, onun ofisiantı onunla yaxşı danışmamışdır. İlham isə ofisiantın yaxşı elədiyini demişdir. O buna əsəbiləşmiş və İlham ilə mübahisə etmişlər. İlham onu söymüş və bir dəfə itələmişdir. Həmin vaxt yumruqla onun sifət nahiyəsindən vurmuşlar və o sifət üstə yerə yıxılmışdır. O yerdə olan zaman hiss etmişdir ki, onun sağ gözü görmür. O yerdən qalxanda sağ gözündən qan gəlmişdir. O, İlhama bildirmişdir ki, onun gözünü çıxarmışdır. İlham isə ona cavab olaraq demişdir ki, onu başından şüşə ilə vurmasaydı gözü yerində qalardı. Bir neçə saniyə keçdikdən sonra həmin kabinetə polis əməkdaşları və həmin kafedə işləyən iki nəfər ofisiant daxil olmuş və onlara köməklik göstərmişlər. Bir neçə dəqiqədən sonra digər polis əməkdaşları gələrək onları 36-cı PB-nə, daha sonra isə onu xəstəxanaya aparmışlar və xəstəxanada ona məlum olmuşdur ki, o, sağ gözündən xəsarət almış və sağ gözü tamamilə kor olmuşdur. Eyni zamanda bildirmişdir ki, 17 iyun 2022-ci il tarixdə saat 16 radələrində ünvan 6şən "Damla" kafesində münaqişə zamanı zərbə nəticəsində onun gözü çıxmış və dişi sınmışdır. Hadisə baş verdikdən sonra onun sağ gözü çıxmış və onun bir gözü kor olmasına baxmayaraq Zərərçəkmiş şəxs ondan üzr istəməmiş və o buna əsəbiləşib bu formada ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən "Damla” kafesini icarə əsasında işlətmişdir. Həmin kafedə ondan başqa 2 nəfər Zahid və Sübhan adlı ofisiant və bir nəfər Səkinə adlı xadimə işləmişdir. Onun işlədiyi kafe saat 10 radələrində açılmış və sonuncu müştəriyə kimi işləmişdir. Onun işlədiyi kafe 1 zaldan, 1 kabinetdən və həyətyanı sahədən ibarət olmuşdur. Zalda 11 masa olmuşdur. 17 iyun 2022-ci il tarixdə saat 10 radələrində o, Zahid və Sübhan işlətdiyi kafeyə gəlmiş və kafeni açıb işlətmişlər. Saat təxminən 12 radələrində kafeyə iki nəfər müştəri daxil olmuşdur. Həmin müştərilərdən biri bir neçə dəfə onun işlədiyi kafeyə gəlmiş və ona görə də sonuncunun adının Şahin olduğunu bilmiş, digər ikinci şəxs birinci dəfə kafeyə gəlmiş, o, sonuncuları tanımamışdır. Şahini müştəri kimi tanısa da aralarında heç bir münasibəti olmamışdır. Həmin şəxslər kafedə olan masanın birinin arxasına əyləşmişlər, bir şüşə spirtli içki araq və bir bokal pivə sifariş etmişlər. Həmin masaya Zahid adlı ofisiant baxmış və Zahid həmin masaya bir şüşə 750 ml araq və bir bakal pivə vermişdir. Həmin müştərilər özləri ilə qutab gətirmişlər. Şahin və yanında olan digər müştəri kafedə oturub araq içib qutab yemişlər. Həmin vaxtı kafedə digər müştəri olmamışdır. Həmin müştərilər yeyib-içdikdən sonra bir-biri ilə uca səslə mübahisə etməyə başlamışlar və Zahid həmin masaya yaxınlaşaraq müştərilərdən sakitləşmələrini xahiş etmişdir. Şahin Zahidə razılıq vermiş və Zahid kənarlaşmışdır. Bir neçə saatdan sonra Şahin və yanında olan adını sonradan Qəhrəman kimi bildiyi şəxs arağı içib qurtarmışlar və yenidən araq sifariş etmişlər. Həmin vaxtı kafeyə iki nəfər polis əməkdaşları gəlmiş və zaldan keçərək kafenin həyətyanı sahəsində oturmuşlar. Şahin və sonuncunun yanında oturan Qəhrəman bir neçə saat oturub həmin arağı içib söhbət etmişlər. Saat 16 radələrində Şahin Qəhrəman adlı şəxslə yenidən mübahisə etmişdir. Həmin vaxt o, Şahinə yaxınlaşıb xahiş etmişdir ki, sakit danışsın. Şahin ona heç bir söz deməmiş və o, çıxıb kabinetə getmişdir. Təxminən 10 dəqiqədən sonra Zahid kabinetə gələrək ona bildirmişdir ki, Qəhrəman çıxıb getmiş, Şahin isə çay istəmiş və hesabı ödəmək istəmir. O, buna əsəbləşib Şahinə yaxınlaşmışdır. Şahin həmin vaxtı artıq sərxoş olmuşdur. O, Şahindən niyə hesabı ödəmədiyini soruşmuş, Şahin isə ona kobud formada cavab vermişdir. O, görmüşdür ki, Şahin sərxoşdur və sonuncudan xahiş etmişdir ki, onunla birlikdə kabinetə keçsin. Onun Şahini kabinetə dəvət etməkdə məqsədi Şahinlə sakit formada söhbət etmək olmuşdur. Onlar Şahin ilə kabinetə keçən zaman Şahin sərxoş olduğundan yıxılmış və o, Şahini qolundan tutmuşdur ki, Şahin yıxılmasın. Lakin Şahin aqressiv formada qolunu çəkmiş və ona söyüşlə qolundan tutmamağını tələb etmişdir. O, buna əsəbləşib Şahinə söyüşlə bildirmişdir ki, artıq sərxoşdur. Sonra o Qəhrəmanla söhbət edərkən stolun üzərində olan sirab butulkasını kimsə onun başına vurmuşdur. Orada ondan və Qəhrəmandan başqa yalnız Şahin olduğundan hesab etmişdir ki, onu Şahin vurmuşdur. O, müvazinətini itirmiş və yıxılmamaq üçün Şahini sinəsindən əli ilə tutmaq istəmişdir. Lakin Şahin sərxoş olduğundan müvazinətini itirmiş və sifət üstə orada olan oturacağa dəyərək yerə yıxılmışdır. O, əlini başına vurmuş və başından qan gəldiyini görmüşdür. Daha sonra kabinetə Zahid, Sübhan və kafenin həyətyanı sahəsində oturan 2 nəfər X8 əməkdaşları gələrək onlara köməklik göstərmişlər. Daha sonra ora digər polis əməkdaşları gəlmiş və onu 36-cı Polis Bölməsinə aparmışlar. O, Şahini qəsdən vurmamış, Şahin onu qəsdən başına şüşə ilə vuran zaman o, özünü ikinci zərbədən qorumaq üçün əlini qaldırmış və Şahinin sinəsindən dəymişdir. Şahin həmin vaxtı sərxoş olduğundan müvazinətini itirmiş və orada olan oturacağa dəymişdir. O, həmin oturacağı görməmiş və fikirləşməzmiş ki, Şahin yıxılıb həmin oturacağa dəyəcək. Hadisə baş verən zaman kabinetdə onunla Şahindən başqa heç kim olmamış, onlar ikisi olmuşdur. O, Şahini qəsdlə vurmamış, Şahin onu qəsdən vurmuşdur. O, yıxılmamaq üçün Şahinin sinəsindən tutmaq istəmişdir. Lakin Şahin sərxoş olduğundan stula sifət üstə dəyərək xəsarət almışdır. Hadisə baş verən zaman kafenin kabinetində onunla Şahindən başqa heç kim olmamışdır. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə vaxtı o, Qəhrəmanla söhbət etmiş, Qəhrəmanla üzbəüz olmuşlar. Həmin vaxt o, Qəhrəmandan kafeni tərk etməsini istəmişdir. Həmin vaxt Şahin arxa tərəfdə olmuşdur. Qəhrəman onu vursaydı onu dəqiq görərmiş, çünki Qəhrəmanla üzbəüz söhbət etmişlər. Həmin vaxt orada Şahin, Qəhrəman, Sübhan və Zahid olmuşdur. Həmçinin onun Təqsirləndirilən şəxs ilə barışmasının nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs 03 dekabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 3 il olar ki qonşu kimi tanımış və onunla yoldaşlıq münasibəti olmuşdur. Onlar mütəmadi olaraq görüşüb söhbət etmişlər. 17 iyun 2022-ci il tarixdə saat 12 radələrində o Şahin ilə ünvan 4 ünvanın qarşısında görüşmüş və ünvan 6şən "Damla" adlı kafeyə getmək qərarına gəlmişlər. Orada yol ilə gedən zaman Şahin 4 ədəd qutab almış və onlar həmin kafeyə getmişlər. Onlar kafeyə daxil olan zaman kafedə müştəri olmamışdır. Orada həmin kafeni işlədən adını sonradan İlham kimi bildiyi və iki nəfər adlarını sonradan Sübhan və Zahid kimi bildiyi ofisiantlar olmuşdur. Onlar pəncərənin yanında olan masa arxasına əyləşmişlər və ofisiantı çağırmışlar. Onlara Zahid adlı ofisiant yaxınlaşmışdır. Şahin Zahidə bildirmişdir ki, o bir bokal pivə və bir şüşə 750 ml araq gətirsin. Zahid bir neçə dəqiqədən sonra 1 bokal pivə və 750 ml araq gətirmişdir. O, Şahin ilə masa arxasında oturub qutab yeyib araq içmişlər və ümumi mövzular əsasında söhbət etməyə başlamışlar. Bir müddət sonra Şahin onunla uca səslə danışmağa başlamışdır. Şahin onunla mübahisə etməmiş, lakin danışdıqları mövzular əsasında əsəbiləşmiş və uca səslə danışmışdır. Həmin kafedə ofisiant işləyən Zahid onlara yaxınlaşmış və Şahindən sakit danışmağı xahiş etmişdir. Şahin Zahidə razılığın vermiş və sakit danışmağa başlamışdır. Təxminən saat 14 radələrində onların arağı qurtardıqdan Şahin Zahidi çağırmış və ondan araq gətirməyi xahiş etmişdir. Zahid onların masasına 1 şüşə 500 ml araq gətirmiş və onlar həmin arağı içməyə başlamışlar. Şahin artıq sərxoş olmuş və ona görə də artıq onunla uca səslə mübahisə etməyə başlamışdır. O Şahinə bir neçə dəfə demişdir ki, sakit danışsın. Təxminən saat 15 radələrində İlham onların masasına yaxınlaşmış və Şahindən xahiş etmişdir ki, sakit danışsın. Şahin sərxoş olsa da, İlham ilə mübahisə etməmiş və ona öz razılığını bildirmişdir. Saat 16 radələrində həmin kafeyə iki nəfər X8 əməkdaşları gəlmişdir, lakin onlar zalda əyləşməmişlər, zal ilə keçib həmin kafenin həyətyanı sahəsinə getmişlər. Həmin vaxtı Şahin onunla mübahisə etməyə başlamışdır. O görmüşdür ki, o orda qalsa Şahin ilə mübahisə edəcək, ona görə də Şahin ilə sağollaşıb çıxıb həmin kafedən getmişdir. Sonradan baş verən hadisələrin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6şən "Damla” kafesində ofisiant vəzifəsində xidmət aparmışdır. Onun işi hər gün saat 10 radələrində başlamış və sonuncu müştəriyə kimi davam etmişdir. Həmin kafeni Zərərçəkmiş şəxs işlətmiş, ondan başqa həmin kafedə Şahid2 adlı ofisiant və Şahid5 adlı xadimə işləmişdir. 17 iyun 2022-ci il tarixdə saat 10 radələrində həmişə olduğu kimi o, iş yerinə getmişdir. O işə gedəndə İlham, Sübhan və Səkinə artıq işdə olmuşdur. Saat təxminən 12 radələrində kafeyə iki nəfər adlarını sonradan Şahin və Qəhraman kimi bildiyi müştərilər gəlmişlər. Həmin vaxtı kafedə başqa müştəri olmamışdır. Şahin və Qəhrəman pəncərənin yanında yerləşən masa arxasında əyləşmişlər. Həmin müştərilərə o xidmət etmişdir. O, həmin masaya yaxınlaşmış və Şahin ona bildirmişdi ki, onlara bir bokal pivə və bir ədəd 750 ml şüşə araq gətirsin. Onlara razılıq vermişdir və etdiyi sifarişləri aparmışdır. Şahin və Qəhrəman özləri ilə qutab gətirmişlər. Şahin və Qəhrəman həmin arağı içib gətirdiyi qutabları yemişlər. O, Sübhan və İlham həmin kafenin digər tərəfində oturmuşlar. Təxminən 1 saatdan sonra Şahin Qəhrəman ilə uca səslə danışmağa başlamışdır. İlham ona demişdir ki, həmin şəxslər artıq sərxoşdurlar və ondan xahiş etmişdir ki, yaxınlaşıb sakit danışmalarını xahiş etsin. O, həmin masaya yaxınlaşmış və Şahinə bildirmişdir ki, yavaş danışsın, Şahin ona normal cavab vermiş və sakit danışmağa başlamışdır. O isə İlhamın yanına çıxıb getmişdir. Təxminən bir saat keçəndən sonra Şahin yenə də araq sifariş etmiş və 500 ml araq aparmışdır. Şahin Qəhrəman ilə həmin arağı içmiş və yenə də mübahisə etməyə başlamışlar. Saat təxminən 16 radələri olmuşdur. İlham həmin masaya yaxınlaşaraq Şahin ilə söhbət edərək bildirmişdir ki, sakit danışsın. Şahin İlhama razılığını vermişdir. Həmin vaxt kafeyə iki nəfər X8 əməkdaşları gəlmiş və zaldan keçərək kafenin həyətyanı sahəsinə keçib orada əyləşmişlər. Təxminən 3 dəqiqə keçdikdən sonra Qəhrəman oradan çıxıb getmişdir. Saat 16:10 radələrində Şahin onu çağırıb hesabı istəmişdir. O, hesabı aparan zaman Şahin ona bildirmişdir ki, ona çay gətirsin. Ona hesabı bağladığını və artıq sərxoş olduğunu deyib hesabı ödəməsini xahiş etmişdir. Lakin Şahin kobud formada ona hesabı ödəməyəcəyini bildirmişdir. Daha sonar Qəhrəman da qayıtmışdır. O dərhal həmin vaxtı kafenin kabinetində oturan İlhama yaxınlaşıb bu barədə bildirmişdir. İlham onunla birlikdə Şahinə yaxınlaşmış və niyə hesabı ödəməməyi barədə maraqlanmışdır. Lakin Şahin sərxoş olduğundan İlham ilə mübahisə etməyə başlamışdır. İlham Şahini qolundan tutub kabinetə keçməyi təklif etmişdir. Ona və Sübhana isə bildirmişdir ki, onlar zalda qalsınlar. Bir neçə dəqiqədən sonra kabinetdən səs gəlmiş və onlar Sübhan ilə birlikdə kabinetə daxil olmuşlar. Onların kabinetə tərəf qaçdığını görən polis əməkdaşları da dərhal həmin kabinetə daxil olmuşlar. Orada görmüşdür ki, İlhamın başı qanamış, Şahinin isə sağ gözündən qan gəlir. O, İlhamdan nəyin baş verdiyini soruşduqda İlham ona bildirmişdi ki, Şahin sirab şüşəsi ilə onun başından vurmuş, o yıxılmamaq üçün Şahindən tutmaq istəyən zaman Şahin müvazinətini itirib orada olan oturacağın üstünə yıxılmış və həmin oturacağın çıxıntı hissəsi Şahinin gözünə girmişdir. O kabinetə daxil olan zaman yerdə şüşə sınıqları olmuşdur. Daha sonra orada olan polis əməkdaşları digər polis əməkdaşlarını çağırmışlar və onların hamısını Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 6şən "Damla” kafesində ofisiant vəzifəsində xidmət aparmışdır. Onun işi hər gün saat 10 radələrində başlamış və sonuncu müştəriyə kimi davam etmişdir. Həmin kafeni Zərərçəkmiş şəxs işlətmiş, ondan başqa həmin kafedə Şahid1 adlı ofisiant və Şahid5 adlı xadimə işləmişdir. 17 iyun 2022-ci il tarixdə saat 10 radələrində həmişə olduğu kimi iş yerinə gəlmişdir. O, işə gələndə İlham və Səkinə artıq işdə olmuşlar, Zahid isə ondan sonra gəlmişdir. Saat təxminən 12 radələrində kafeyə iki nəfər adlarını sonradan Şahin və Qəhrəman kimi bildiyi müştərilər gəlmişlər. Həmin vaxtı kafedə başqa müştəri olmamışdır. Şahin və Qəhrəman pəncərənin yanında yerləşən masa arxasında əyləşmişlər. Həmin müştərilərə Zahid xidmət etmişdir. Zahid həmin masaya yaxınlaşmış və Şahin Zahidə bildirmişdir ki, bir bokal pivə və bir ədəd 750 ml şüşə araq gətirsin. Zahid razılıq vermiş və etdiyi sifarişləri gətirmişdir. Şahin və Qəhrəman özləri ilə qutab gətirmişlər. Şahin və Qəhrəman həmin arağı içib gətirdiyi qutabları yemişlər. O, Zahid və İlham həmin kafenin digər tərəfində oturmuşlar. Təxminən 1 saatdan sonra Şahin Qəhrəman ilə uca səslə danışmağa başlamışdır. İlham Zahidə demişdir ki, həmin şəxslər artıq sərxoşdurlar və xahiş etmişdir ki, Zahid yaxınlaşıb sakit danışmaqlarını xahiş etsin. Zahid həmin masaya yaxınlaşmış və Şahinə bildirmişdir ki, yavaş danışsın, Şahin normal cavab vermiş və sakit danışmağa başlamış və Zahid onların yanına gəlmişdir. Təxminən bir saat keçəndən sonra Şahin yenə də araq sifariş etmiş və Zahid Şahinə araq aparmışdır. Şahin Qəhrəman ilə həmin arağı içmiş və yenə də mübahisə etməyə başlamışlar. Saat təxminən 16 radələri olmuşdur. İlham həmin masaya yaxınlaşaraq Şahin ilə söhbət etmiş və bildirmişdir ki sakit danışsın. Şahin İlhama razılığını vermişdir. Həmin vaxt kafeyə iki nəfər X8 əməkdaşları gələrək zaldan keçərək kafenin həyətyanı sahəsinə keçib orada əyləşmişlər. Təxminən 3 dəqiqə keçdikdən sonra Qəhrəman oradan çıxıb getmişdir. Saat 16:10 radələrində Şahin Zahidi çağırıb hesabı istəmiş, Zahid hesabı aparan zaman Şahin bildirmişdir ki, çay gətirsin. Zahid Şahinə hesabı bağladığını və artıq sərxoş olduğunu deyib hesabı ödəməsini xahiş etmişdir. Lakin Şahin kobud formada hesabı ödəməyəcəyini bildirmişdir. Zahid dərhal həmin vaxtı kafenin kabinetində oturan İlhama yaxınlaşıb bu barədə bildirmişdir. İlham Zahid ilə birlikdə Şahinə yaxınlaşmış və Şahindən niyə hesabı ödəməməyi barədə maraqlanmış, lakin Şahin sərxoş olduğundan İlham ilə mübahisə etməyə başlamışdır. Butulka ilə kim vurduğunu görməmişdir. İlham Şahini qolundan tutub kabinetə keçməyi təklif etmiş, ona və Zahidə isə zalda qalmalarını bildirmişdir. Bir neçə dəqiqədən sonra kabinetdən səs gəlmiş və Zahid ilə birlikdə kabinetə daxil olmuşdur. Onların kabinetə tərəf qaçdığını görən polis əmkdaşları da dərhal həmin kabinetə daxil olmuşdur. Orada o, görmüşdür ki, İlhamın başı qanayıb, Şahinin isə sağ gözündən qan gəlir. O, İlhamdan nəyin baş verdiyini soruşduqda İlham ona bildirmişdir ki, Şahin sirab şüşəsi ilə onun başından vurmuş, o yıxılmamaq üçün Şahindən tutmaq istəyən zaman Şahin müvazinətini itirib orada olan oturacağın üstünə yıxılmış və həmin oturacağın çıxıntı hissəsi Şahinin gözünə girmişdir. O, kabinetə daxil olan zaman yerdə şüşə sınıqları olmuşdur. Daha sonra orada olan polis əməkdaşları digər polis əməkdaşlarını çağırmışlar və onların hamısını Xətai RPİ-nin 36-cı PB-nə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Əlahiddə X8 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 17 iyun 2022ci il tarixdə saat 08:00-da iş yoldaşı Şahid4 Hüseyin oğlu ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində piyada xidmətə çıxmış, həmin günü saat 16 radələrində Tacir sanitar qovşağından istifadə etmək üçün onunla birlikdə Sadıqcan küçəsində yerləşən "Damla” kafesinə daxil olmuş və birlikdə sanitar qovşağı tərəfə getmişdir. Tacir sanitar qovşağına daxil olmuş, o isə Taciri sanitar qovşağının yanında gözləmişdir. Az müddət sonra kafenin içərisindən səs-küy gəlmişdir. Belə ki, şüşə qırığı və qışqırıq səsi gəlmişdir. O da Tacirin sanitar qovşağından çıxmasını gözləmədən kafenin zalına daxil olmuşdur. O, kafenin zalına daxil olarkən orada olan balaca boylu, təxminən 25-29 yaşlarında, çəp göz, sonradan adı ona məlum olan Seymur adlı şəxsin həmin vaxt gözündən qan gələn və sonradan adı ona məlum olan Şahin adlı şəxsin üzərinə hücum etdiyini görüb həmin şəxsi tutub saxlamışdır. Bir neçə dəqiqədən sonra Tacir də kömək etmək məqsədi ilə yaxınlaşmışdır. Həmin vaxt o, zalda olan Şahin adlı şəxsin sağ gözündən, kafenin sahibi İlhamın isə başından qan gəldiyini görmüşdür. Həmin vaxt gözündən qan gələn Şahin adlı şəxs “gözümü deşib töktüz" deyə qışıqırdıqda onların sakitləşdirməyə çalışdıqları adını sonradan bildikləri Seymur adlı şəxs "yaxşı elədik" deyə həmin kişiyə cavab qaytarmışdır. Bundan sonra onlar gözündən qan gələn Şahini kafedə olan stula əyləşdirmiş və dərhal dərəcə komandirinə və təcili tibbi yardıma bu barədə məlumat vermişdir. Az keçməmiş polis avtopatrulu kafenin qarşısına gəlmiş və çağırışa gələn avtopatrul vasitəsi ilə gözündən qan gələn Şahin adlı şəxsi özləri ilə X6 Adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Hüseyin oğlu ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayından Daxili İşlər Nazirliyinin Əlahiddə X8 3-cü Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. O, 17 iyun 2022-ci il tarixdə saat 08:00-da iş yoldaşı Şahid3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində piyada xidmətə çıxmış, həmin günü saat 16 radələrində o, sanitar qovşağından istifadə etmək üçün xidmət yoldaşı Elnurla birlikdə Sadıqcan küçəsində yerləşən "Damla" kafesinə daxil olmuş və xidmət yoldaşı Elnurla birlikdə sanitar qovşağı tərəfə getmişdir. O, sanitar qovşağına daxil olmuş, Elnur isə onu sanitar qovşağının yanında gözləmişdir. Az müddət sonra kafenin içərisindən səs-küy gəlmiş, belə ki, şüşə qırığı və qışqırıq səsi gəlmiş, o, da tələsik sanitar qovşağından çölə çıxdıqda xidmət yoldaşını orada görməmiş və xidmət yoldaşının səs gələn tərəfə getdiyini düşünüb oradan bir başa kafenin zalına daxil olmuşdur. O, zala daxil olduqda xidmət yoldaşı Elnurun orada olan balaca boylu, təxminən 25-29 yaşlarında, çəp göz, sonradan adı ona məlum olan Seymur adlı şəxsi tutub sakitləşdirməyə çalışdığını görmüş və dərhal da Elnura kömək məqsədi ilə həmin şəxsə yaxınlaşmışdır. Həmin vaxt o, zalda olan orta yaşlı bir kişinin sağ gözündən, kafenin sahibi İlhamın isə başından isə qan gəldiyini görmüşdür. Həmin vaxt gözündən qan gələn şəxs yəni adı sonradan ona məlum olan Şahin adlı şəxs "gözümü deşib töktüz" deyə qışıqırdıqda onların sakitləşdirməyə çalışdıqları adını sonradan bildikləri Seymur adlı şəxs "yaxşı elədik" deyə Şahinə cavab qaytarmışdır. Bundan sonra onlar gözündən qan gələn Şahini kafedə olan stula əyləşdirmiş və dərhal dərəcə komandirinə və təcili tibbi yardıma bu barədə məlumat vermişdir. Az keçməmiş avtopatrul kafenin qarşısına gəlmiş və çağırışa gələn avtopatrul vasitəsi ilə gözündən qan gələn şəxsi yəni sonradan adı onlara məlum olan Şahin adlı şəxsi özləri ilə X6 Adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, 06 iyun 2022-ci il tarixdən ünvan 6şən "Damla" kafesində xadimə vəzifəsində çalışmışdır. O hər gün saat 10 radələrində iş yerinə gəlib saat 22:30 radələrində işdən çıxıb getmişdir. Onun işi mətbəxdə, səhər kafeyə gəldikdə kafeni silib-təmizləmək, sonra isə kafenin mətbəxində olub qabları yumaqdan ibarət olmuşdur. O çox vaxt gün ərzində kafenin mətbəxində olmuş, zala ancaq orada nəyisə təmizləmək lazım olduqda daxil olmuşdur. 17 iyun 2022-ci il tarixdə həmişə olduğu kimi o, saat 10 radələrində iş yerinə getmiş və öz işləri ilə məşğul olmuşdur. Həmin günü saat 16 radələrində o, həmin kafedə olan zaman kafenin arxa həyətinə iki nəfər polis əməkdaşlarının gəldiyini görmüşdür. Bir neçə dəqiqə sonra o, həmin polis əməkdaşlarının qaçdığını görmüş, lakin hara qaçdığını bilməmişdir. Daha sonra o, səs-küy eşitmiş və kafenin kabinet istiqamətində getmiş və görmüşdür ki, kafeyə polis əməkdaşları gəlib və İlhamın başından qan gəlir, daha bir nəfər sərxoş vəziyyətdədir və gözündən qan gəlir, həmin şəxsi tanımamışdır. Daha sonra bilmişdir ki, həmin şəxsin adı Şahindir. O hadisə baş verən zaman mətbəxdə olmuş və hadisənin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 iyul 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; (İ cild, i.v.1- 3) - 14 dekabr 2022-ci il tarixli cinayət işi başlamaq və icraata götürmək barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür; (İ cild, i.v.4) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli 687 №-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsinin dərialtı hematoması, əzilmiş yarası, sol gicgah və sol qaş nahiyələrinin kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol təpə nahiyənin dərialtı hematoması və əzilmiş yarası bərk küt əşya, sol gicgah və sol qaş nahiyələrinin kəsilmiş yaraları isə iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xarakter lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur; (İ cild, i.v.39-40) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli 724 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ gözün küt travması, göz almasının dağılması, göz sklerasının dəlib keçən yarası, daxili möhtəviyyatın xaric olması və sağ gözdə görmənin tam pozulması, alt çənədə sağdan İ dişin travmatik düşməsi müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağ gözün küt travması, göz almasının dağılması, göz sklerasının dəlib keçən yarası, daxili möhtəviyyatın xaric olması və sağ gözdə görmənin tam pozulması ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin itirilməsinə səbəb olan sağlamlığa AĞİR, alt çənədə sağdan İ dişin travmatik düşməsi isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətin xarakter lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur; (İ cild, i.v.41-44) - 04 yanvar 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə qərar elan edilmişdir; (İ cild, i.v.48-49) - 06 fevral 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır; (İ cild, i.v.71) - 14 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilərək istintaq davam etdirilmişdir; (İ cild, i.v.73) - 16 aprel 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə, Zərərçəkmiş şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə tövsif edilmişdir; (İ cild, i.v.107-108) - 16 aprel 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə qərar elan edilmişdir; (İ cild, i.v.113-114) - 22 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs birbiri ilə barışdığından Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən ********* nömrəli cinayət işinə xitam verilmişdir; (İ cild, i.v.131-138) - 20 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraatına xitam verilməsi haqqında qərarın ləğv olunması, icraatın təzələnməsi, cinayət işinin istintaqı aid olan orqanın bir istintaq qurumundan digərinə verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri, Xətai rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 128 və 131.2-ci maddələri ilə istintaqı aparılaraq icraatına xitam verilmiş ********* №-li cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraatına xitam verilməsi barədə müstəntiq Rövşən Xanbabayevin 24 may 2023-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128 və 131.2-ci maddələrindən həmin Məcəllənin 126.1 və 128-ci maddələrinə tövsif edilməklə istintaq davam etdirilməsi qərara alınmışdır; (İ cild, i.v.143- 145) - 25 noyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1 və 128-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaq davam etdirilmişdir; (İ cild, i.v.146-147) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nín 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə cəzası 01 il 05 ay 28 günə endirilmiş, xx.xx.2013-cü il tarixdə Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir; (İ cild, i.v.156) - 14 dekabr 2023-cü il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CMin 126.1 və 128-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay 07 ayadək, yəni 20 dekabr 2023-cü il tarixdən 20 mart 2024cü il tarixədək uzadılmışdır; (İ cild, i.v.163-164) - 15 avqust 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır; (İİ cild, i.v.3) - 26 avqust 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyi üçün dayandırılmışdır; (İİ cild, i.v.11-12) - 04 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir; (İİ cild, i.v.15) - 04 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir; (İİ cild, i.v.27-28) - 04 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; (İİ cild, i.v.40-42) - 23 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 687 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilsin və istintaq materiallarına əlavə edilmişdir; (İİ cild, i.v.60-73) - Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanındığı cinyət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 1(101)-2086/2024 saylı hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla X4 təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilmiş, sınaq müddəti 02 (iki) il müəyyən edilmiş və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. - Zərərçəkmiş şəxs 03 dekabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. - 09 sentyabr 2014-cü il tarixli AA seriyalı 310197 №-li məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs vəsiqə Dövlətqaçqınkomun 09 sentyabr 2024cü il tarixli qərarına əsasən verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsasən eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2-ci maddəsinə əsasən eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs hazırkı mübahisə zamanı aldığı xəsarət nəticəsində sağ gözünün görmə qabiliyyətinin təmamilə itirilməsi nəticəsində əlil olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, (CM-59.1.12-59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsədə isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saat iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-73/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-73/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver