Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-74/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştırakları ilə xx xxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Məhkəmənin icraatına daxil olmuş ********* saylı cinayət işindən məlum olur ki, ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə saat 03:30 radələrində ünvan 5 saylı binanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsi ilə kabinəsi arasında quraşdırılmış bir ədədinin qiyməti 350 manat olmaqla 02 ədəd akkumulyatorları yerindən çıxarmaqla, gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 700 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində ünvan 2 ünvanının qarşısında “xxxx” MMC-yə məxsus Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsi ilə kabinəsi arasında quraşdırılmış bir ədədinin qiyməti 130 manat olmaqla iki ədəd akkumulyatorları yerindən çıxarmaqla, gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 260 məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 04:30 radələrində ünvan 3 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs2 tərəfindən saxlanılmış “İsuzu” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsi ilə kabinəsi arasında quraşdırılmış bir ədədinin qiyməti 175 manat olmaqla iki ədəd akkumulyatorları yerindən çıxarmaqla, gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 350 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində ünvan 4 saylı ünvanının qarşısında olan “xxxx” MMC-yə məxsus Zərərçəkmiş şəxs3 etibarnamə əsasında idarə etdiyi “İsuzu” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsi ilə kabinəsi arasında quraşdırılmış bir ədəd 146 manat qiymətində akkumulyatoru yerindən çıxarmaqla, gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 146 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlar Respublikanın ərazisində pandemiya ilə əlaqədar olaraq iş tapa bilməyib və işsiz olduğu üçün maddi cəhətdən dolanışığında çətinliklər olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə ara küçələr ilə gəzərək Xətai rayonu NZS qəsəbəsinə gəlmiş və saat 03:30 radələrində Kamaz markalı avtomobilə yaxınlaşıb sağ tərəfində akkumulyatorlar üçün nəzərdə tutulmuş hissəni açıb orada olan iki ədəd akkumulyatorları tək-tək yerindən çıxarıb yaxınlıqda olan qamışlıqda gizlətmişdir. Akkumulyatorları gizlətdikdən sonra ara küçələri ilə yaşadığı mənzilə gedib yatmışdır. Yuxudan oyandıqdan sonra akkumulyatorları gizlətdiyi yerdən yolun kənarına gətirmiş, oradan isə taksi ilə akkumulyatorları yaxınlıqda olan metal qəbulu məntəqəsinə gətirmişdir. Orada olan şəxsə inanması üçün akkumulyatorların özünə məxsus olmasını bildirib ikisini 70 manata satmışdır. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyasının yanına gəlmişdir. Metronun yaxınlığındakı “Bank of Baku” bankının yaxınlığında “İsuzu” markalı avtomobil dayanmasını görüb vintaçanla avtomobilin akumluyator olan hissəsini açıb və orada olan iki ədəd akkumulyatorları çıxarıb oğurlamış və gizlətmişdir. Bir qədər aralaşdıqdan sonra başqa “İsuzu” markalı avtomobilin dayanmasını görüb saat təxminən 04:30 radələrində o, həmin avtomobilində sağ tərəfinə yaxınlaşıb cibində olan vintaçanı çıxardıb. Avtomobilin sağ tərəfində akumluyatorların olduğu hissəni açıb və oradakı iki ədəd akkumulyatorları vintaçanla çıxarıb yerə qoymuşdur, sonra həmin akumluyatorları da bundan əvvəl oğurladığı akumluyatorları gizlətdiyi yerə gətirib qoymuşdur. Həmin akumluyatorları da orada gizlədərək üzərini örtmüşdür. Saat təxminən 05 radələrində M.Hadi küçəsi ilə piyada keçən zaman yolun kənarında İsuzu markalı avtomobil saxlanılmasını görüb. O, həmin avtomobildə olan akkumulyatorları götürmək qərarına gəlib və avtomobilin sağ tərəfinə yaxınlaşıb heç kəsin olmadığından əmin olduqdan sonra üzərində olan vintaçanla avtomobilin sağ tərəfindən bir ədəd akkumulyatoru sökərək digər akkumulyatorları gizlətdiyi yerə gətirmişdir. Səhərisi gün 4-cü Əhmədli küçəsində evlərin yanında olan qarajda metal alqı-satqısı ilə məşğul olan şəxsə yaxınlaşıb həmin şəxsə 3 ədəd akkumulyatorları göstərib özünə məxsus olmasını bildirərək satmışdır. Oğurluq olmadığını inandırmaq üçün şəxsiyyət vəsəqəsinin surətini həmin şəxsə vermişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmişlərə dəyən ziyanların tam olaraq ödədiyini, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus “İsuzu” yük markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında idarə etdiyi həmin avtomobillə ünvan 3 saylı ünvanın qarşısına gəlmiş və həmin ərazidə saxlamışdır. Səhəri günü, yəni xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq avtomobilini saxladığı yerə gəlmişdir. Orada avtomobilinə əyləşib mühərrikini işə saldıqda avtomobilinin mühərriki işə düşməmişdir. Yerə düşüb avtomobilə nəzər saldıqda sağ tərəfdə akumluyatorların olduğu yerdən avtomobilə aid iki ədəd akumluyatorun olmadığını görmüşdür. Dərhal mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Avtomobildən yalnız iki ədəd akumluyatorlar oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ümumilikdə ona ümumilikdə 350 manat miqdarında maddi ziyan dəymişdir. Daha sonra təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, bu səbəbdən ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına gəlməyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladıqları telefonoqramlardan nəzərə alınaraq onların ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə oxşar olmuşdur. Telefonoqramda zərərçəkmiş şəxslər onlara dəymiş ziyanların təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini və bu barədə olan ərizələrini müstəntiqə təqdim etdiklərini qeyd etmişlər. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, metal qəbul məntəqəsində işləyir. Bakı şəhəri, Xətai rayonu, 1-ci Əhmədli küçəsində nömrəsiz evdə yaşayır və evinin yanında A.Rəhimov küçəsində olan qarajı sex kimi istifadə edir. Həmin sexdə metal alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, belə ki, həmin şəxsi xatırlamadığı tarixdə tanımış və ondan 04 ədəd müxtəlif akkumulyatorlar almışdır. Xatırlamadığı tarixdə günorta saatlarında İsmayıl işlədiyi məntəqəyə yük avtomobilinə aid akkumulyatorlar gətirmiş və həmin akkumulyatorları satdığını bildirmişdir. O, İsmayıldan şəxsiyyət vəsəqisəni tələb etmişdir. İsmayıl da şəxsiyyət vəsiqəsinin gətirib ona vermişdir. O, İsmayılın gətirdiyi akkumulyatorlara baxıb və qiymətləndirib. İlk dəfə iki ədəd akkumulyator üçün İsmayıla 70 manat verəcəyini bildirmişdir. İsmayıl da onunla razılaşmışdır. Bundan əlavə xatırlamadığı tarixdə İsmayıl ikinci dəfə də onun işlədiyi sexə iki ədəd akumlyator gətirib və həmin akkumulyatorları ona satmışdır. O, İsmayılın şəxsiyyət vəsiqisinin surətini çıxarıb gətirdiyi mal barədə orada qeydlər yazıb və sonuncuya imza etdirmişdir. İsmayıla gətirdiyi mala görə 70 manat pul vermişdir. Məhkəmə iclasında şahid Şahid1 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxsin səmimi ifadəsinə oxşar olmuşdur . İş materialında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, xx xxxxx 2020-ci il tarixdə saat 03:30 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış “Kamaz” yük markalı avtomobilin sağ tərəfindən iki ədəd akumluyatorları, xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində ünvan 6 saylı ünvanın qarşısında saxlanılmış “İsuzu” yük markalı avtomobilin sağ tərəfindən iki ədəd akumluyatorları, xx xxxxxx 2020-ci il tarixdə saat 04:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmış “İsuzu” yük markalı avtomobilin sağ tərəfindən iki ədəd akumluyatorları və xx xxxxxx 2020-ci il tarixdə saat 05 radələrində ünvan 4 saylı ünvanın qarşısında saxlanılmış “İsuzu” yük markalı avtomobilin sağ tərəfindən bir ədəd akumluyatorları oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında (iş vərəqi 126) olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, oğurluq nəticəsində ona dəymiş 260 manat maddi ziyan tam şəkildə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan (iş vərəqi 140) Zərərçəkmiş şəxs3 Məhəmməd oğlunun ərizəsindən görünür ki, oğurluq nəticəsində ona dəymiş 146 manat maddi ziyan tam şəkildə təqsirləndrilən Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan (iş vərəqi 149) Zərərçəkmiş şəxs2 oğlunun ərizəsindən görünür ki, oğurluq nəticəsində ona dəymiş 350 manat maddi ziyan tam şəkildə təqsirləndrilən Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan (iş vərəqi 216) Zərərçəkmiş şəxs4 oğlunun ərizəsindən görünür ki, oğurluq nəticəsində ona dəymiş 700 manat maddi ziyan tam şəkildə təqsirləndrilən Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən tutulmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan məlum olur ki, təqsirləndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.1.13-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, əvvəllər məhkum olunmamasını, vurulmuş ziyanların tamamilə ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ilk məhkumluğunu, vurulmuş ziyanların tamamilə ödədiyinə görə zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-74/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-74/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver