Məhkəmə qərarları › İş №1(011)-74/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-74/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-74/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, tanışı X3 tərəfindən ünvan 1 ünvanında gizlədilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,721 qram psixotrop maddə olan metamfetamini sonuncunun ona olan borcunu vermədiyi üçün 30 avqust 2021-ci il tarixdə, saat 02 radələrində talamış, həmin tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2199 ünvanının qarşısında Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli şalvarın sağ yan cibindən üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,609 qram, 0,508 qram və 0,604 qram olmaqla, ümumi təmiz çəkisi 1,721 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə ittiham elan edilmiş və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə ittiham aktı 28 dekabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək, cinayət işi ilə birlikdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, iş üzrə məhkəmənin hazırlıq iclası 25 yanvar 2022-ci il tarixdə keçirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə məhkəməyə verilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmənin baxış iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 17-ci bəndində göstərilmişdir ki, narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama və ya hədə-qorxu ilə tələb etmənin, sonradan həmin predmetləri satma məqsədi ilə törədilməsi müəyyən olunarsa, onda təqsirləndirilənin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in müvafiq maddələri ilə nəzərdə tutulan cinayətə hazırlıq kimi tövsif olunmalıdır. Şərh olunan cinayətin predmetlərini talama və ya hədə-qorxu ilə tələb etmədən sonra bu predmetləri satış məqsədi ilə və ya bunsuz saxlama, emal etmə, daşıma və göndərmə mövcud olarsa, əməl cinayətlərin məcmusu üzrə CM-in 235-ci və 234-cü maddələri ilə tövsif olunmalıdır. Narkotik vasitələri, psixotrop maddələri və prekursorları talama və ya hədə-qorxu ilə tələb etmənin sonradan həmin predmetləri satma məqsədi ilə törədilməsi müəyyən olunarsa, onda təqsirləndirilənin əməli cinayətlərin məcmusu qaydasında, həm də CM-in müvafiq maddələri ilə nəzərdə tutulan cinayətə hazırlıq kimi tövsif olunmalıdır. Hazırki iş üzrə verilmiş ittihamdan göründüyü kimi, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında taladığı narkotik vasitəni həmin tarixdə, saat 06:30 radələrinədək Xətai rayonu, Babək prospekti 2199 ünvanına kimi üzərində saxlamaqla daşımışdır. Bundan başqa, iş materiallarından görünür ki, "xxxx" MMC-dən alınmış diskə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən xx.xx.2020-ci il tarixdə, saat 25:57:53-də “Ay cavk yadimnan cixdi ger varsa mene berez gerde sehere kimi idare edim”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021ci il tarixdə, saat 00:35:48-də “.... gedib seni verirem 29 a pati satansan, ac telfonumu”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 23:03:48-də “Balam sende olan 1rin yarisin getirde mene seher gunorta pulunu vererem draznit qalmiwam butun eseb olmuwam”, ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdə saat 04:08:46da “Menem aysel 05 lazimdir” məzmunlu sms-lərin göndərilməsi müəyyən edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan SMS-ləri yazan şəxslər müəyyənləşdirilərək ifadələri alınmamış, yalnız özünün həmin şəxsləri tanımaması barədə ifadəsinə əsasən onun əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlinmişdir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 235.1-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddələr ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin, dövlət ittihamçısı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 1 (bir) ay həddində uzadılmasını təklif etdi. Məhkəmə proses iştirakçılarının vəsatət barədə fikirlərini dinləyib hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında dövlət ittihamçısının vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlanılma müddəti 1 (bir) ay olmaqla, 28 may 2022-ci il tarixə kimi uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318, 346, 347, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlanılma müddəti 1 (bir) ay olmaqla, 28 may 2022-ci il tarixə kimi uzadılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar