Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-74/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonu, Hacıbədəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hacıbədəlli Ə/D, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını talama məqsədi ilə 29 iyul 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən çayxananın plastik materialdan olan giriş qapısını əlləri ilə itələyib açmaq yolu ilə qanunsuz daxil olduqdan sonra, mətbəxinin də plastik materialdan olan qapısını həmin üsulla açmaqla oradan 1000 manat dəyərində 40 litrlik 01 ədəd samovarı və 180 manat dəyərində 07 litrlik 01 ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1180 (min yüz səksən) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942 ünvanında yerləşən çayxanadan 02 samovar oğurlamışdır. 29 iyul 2023-cü il tarixdə saat 03 radələrində X.Məmmədov küçəsi ilə piyada hərəkət edərkən çayxananın bağlı vəziyyətdə olduğunu, çayxanada və ətrafda heç kimin olmadığını görüb, oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə çayxananın giriş qapısına yaxınlaşmış, çayxananın giriş qapısının plastik materialdan olduğunu görüb itələməklə, yəni zor göstərməklə aça biləcəyini düşünərək əlləri ilə qapını var gücüylə bir neçə dəfə itələmiş, nəticədə qapı açılmışdır. Bundan sonra o, çayxanaya daxil olmuş, qarşıda mətbəxin qapısının da plastik materialdan olmaqla bağlı vəziyyətdə olduğunu görmüş, çayxananın giriş qapısını itələməklə açdığı kimi mətbəxin qapısını da o, formada aça biləcəyini düşünərək qapıya yaxınlaşmış, əlləri ilə bir neçə dəfə itələyərək qapını açmışdır. O, mətbəxə daxil olduqda 01 ədəd böyük, 01 ədəd isə kiçik ölçüdə samovarın olduğunu görmüş, onları oğurlamaq məqsədi ilə ilk əvvəl böyük samovarı, daha sonra isə kiçik samovarı götürərək çayxanadan küçəyə çıxartmış və yolun kənarında dayanaraq yolda hərəkətdə olan taksiçilik fəaliyyəti ilə məşğul olan avtomobilin gəlməsini gözləmişdir. Təxminən 5-10 dəqiqədən sonra halhazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiçilik fəaliyyəti ilə məşğul olan avtomobilin hərəkət etdiyini görüb həmin avtomobilin dayanması üçün əli ilə işarə etmiş, həmin avtomobil dayandıqdan sonra isə samovarları avtomobilin arxa yük yerinə yerləşdirmiş, daha sonra verdiyi sifarişə əsasən taksi sürücüsü onu yaşadığı Xətai rayonu, Gəncə prospekti, ev 15 ünvanına aparmışdır. O, avtomobildən samovarları düşürdükdən sonra taksiyə verməli olduğu 3 manat pulu verərək samovarları yaşadığı mənzilə aparmışdır. Həmin günün sabahı oğurladığı 02 ədəd samovarların şəkillərini çəkərək satmaq məqsədi ilə «Lalafo» saytına yerləşdirmişdir. Həmin günün sabahı tanımadığı şəxs hal-hazırda xatırlamadığı mobil telefon vasitəsi ilə onunla əlaqə yaradaraq böyük ölçüdə olan 40 litrlik samovarı almaq istədiyini bildirmiş, nəticədə həmin şəxsə 40 litrlik samovarı 320 manata satmışdır. Təxminən 3-4 gündən sonra isə tanımadığı şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, kiçik ölçüdə olan 07 litrlik samovarı almaq istədiyini bildirmiş, nəticədə həmin şəxsə samovarı 150 manata satmışdır. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, göstərilən oğurluğu törədərkən ona hər hansısa formada köməklik edən şəxs olmamış, həmin oğurluğu tək törətmiş, oğurluğu edərkən onu heç kim görməmiş və oğurluğu törətməsindən heç kimin məlumatı olmamışdır. Beləliklə o, əməlindən səmimi peşman olduğunu, habelə zərərçəkmiş şəxslə barışdığını, ona vurduğu ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2022-ci ilin noyabr ayından etibarən Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942 ünvanında yerləşən çayxananı icarə ilə işlədir. Gündəlik olaraq saat 11 radələrində çayxananı açmış, saat 02 radələrində isə çayxananı bağlayaraq yaşadığı evə getmişdir. Gündəlik olduğu kimi 28 iyul 2023-cü il tarixdə saat təxminən 11 radələrində çayxananı açmışdır. 29 iyul 2023-cü il tarixdə saat 02:30 radələrində çayxananı bağlayıb evə getmək məqsədi ilə çayxananın həyətində olan 01 ədəd 40 litrlik samovarı və 01 ədəd 07 litrlik samovarı çayxananın mətbəxinə qoymuş, mətbəxin plastik materialdan olan qapısının kilidini açarla bağlamışdır. Bundan sonra çayxananın plastik materialdan olan giriş qapısının da kilidini açarla bağlayaraq evə getmişdir. Təxminən saat 06 radələrində qardaşı Şahid1 onunla mobil telefon vasitəsilə ilə əlaqə saxlayaraq icarəyə işlətdiyi çayxananın qapılarının açıq vəziyyətdə olduğunu və mətbəxdə olan samovarların yerində olmadığını bildirmişdir. Bundan sonra o, çayxanaya getmiş, çayxanaya baxış keçirərkən çayxananın giriş və mətbəxinin qapısının açıq vəziyyətdə olduğunu, mətbəxdə olan 01 ədəd 40 litrlik və 01 ədəd 07 litrlik samovarın yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Verilmiş suallara cavab olaraq o, əlavə olaraq bildirmişdir ki, oğurlanmış 40 litrlik samovar 1000 manat dəyərində, 07 litrlik samovar isə ekspertiza rəyində göstərildiyi kimi 180 manat dəyərində olmuşdur. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onun tərəfindən dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 Xanəhməd oğlu bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942 ünvanında yerləşən çayxananı icarə ilə işlədir, o da işdən çıxdıqdan sonra çayxanaya gedərək Vidadiyə köməklik etmişdir. Gündəlik olaraq saat 06 radələrində idarə etdiyi avtomobili Vidadinin işlətdiyi çayxananın qarşısında saxlayıb, metro ilə «Koroğlu» metrosuna oradan isə servis avtobusu vasitəsi ilə Qaradağ rayonu ərazisində yerləşən çilingər işlədiyi «Ağdağ Gips» zavoduna getmişdir. Vidadinin işlətdiyi çayxananın giriş qapısı plastik materialdan olduğundan orada oğurluq ola biləcəyini fikirləşərək hər dəfə işə getməmişdən əvvəl çayxanaya nəzər yetirmişdir. 29 iyul 2023-cü il tarixdə saat 06 radələrində idarə etdiyi avtomobili Vidadinin işlətdiyi çayxananın qarşısında saxlamış, çayxanaya baxış keçirtmək istəyərkən giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra dərhal çayxanaya daxil olmuş, mətbəxinə yaxınlaşdıqda oranın da giriş qapısının açıq vəziyyətdə durduğunu görmüşdür. Bununla əlaqədar mətbəxə daxil olmuş, mətbəxdə olan 01 ədəd 40 litrlik və 01 ədəd 07 litrlik samovarların yerində olmadığını oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Vidadi ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq çayxanın qapılarının açıq vəziyyətdə olduğunu və mətbəxdə olan 02 ədəd samovarın yerində olmadığını, oğurlandığını bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra Vidadi gəlmiş, samovarların oğurlandığını gördükdən sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamış, Təqsirləndirilən şəxs «Lalafo» internet saytında yerləşdirdiyi 07 litrlik samovarı o, almışdır. Belə ki, 2023-cü ilin avqust ayının əvvəllərində samovar almaq məqsədi ilə «Lalafo» saytına baxış keçirərkən 07 litrlik samovarın 150 manata satılması barədə elan yerləşdirildiyini görmüşdür. Bundan sonra sayta qoyulmuş hal-hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsla mobil telefon vasitəsi ilə danışarkən, Təqsirləndirilən şəxs tanışlıq üçün adının Röyal olduğunu deyib samovarın ona məxsus olduğunu, samovarın hal-hazırda yaşadığı ünvanda olmaqla 150 manata satdığını bildirmişdir. Bundan sonra samovarı almaq məqsədi ilə Röyalın yaşadığı Xətai rayonu, Gəncə prospektində yerləşən evinə getmişdir. Röyal ilə tanış olduqdan sonra, Röyal samovarın özünə məxsus olduğunu deyərək ona təqdim etmiş, o, samovarın işlək vəziyyətdə olduğunu gördükdən Röyala 150 manat pul vermiş və samovarı ondan alaraq çıxıb getmişdir. Aldığı samovarın oğurluq olması barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla tanış olarkən isə, Röyal samovarın özünə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul olunmuşdur (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən çayxanaya baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 9-12); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30-31); zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 42); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 49-50); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı MSY-dən azad olunmuşdur (i.v. 59-60); təqdim etmə və götürmə barədə 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 istintaq orqanına təqdim etdiyi 01 ədəd 07 litrlik samovar müstəntiq tərəfindən götürülmüş, həmçinin Şahid2 həmin samovarı təqdim edərkən onu Təqsirləndirilən şəxs adlı şəxsdən 150 manata aldığını bildirmişdir (i.v. 69); baxış keçirilməsi haqqında 13 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 01 ədəd 07 litrlik samovarın ona məxsus olduğunu bildirmişdir (i.v. 70-72); ifadənin yerində yoxlanılması haqqında 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 78-80); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 81); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8763 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 7 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 180,00 manat, ekspertiza təyini haqqında qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən 01 ədəd 40 litr su tutumlu odun samovarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat müəyyən edilir (i.v. 93-95); 21 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən 01 ədəd 07 litrlik samovar saz vəziyyətdə müstəntiqdən təhvil alınmışdır (i.v. 97a); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 180-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması haqqında protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmişlər, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 07 litrlik samovar ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (i.v. 98-103); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi yenidən ittiham elan olunmuşdur (i.v. 105-106); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını talama məqsədi ilə 29 iyul 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən çayxananın plastik materialdan olan giriş qapısını əlləri ilə itələyib açmaq yolu ilə qanunsuz daxil olduqdan sonra, mətbəxinin də plastik materialdan olan qapısını həmin üsulla açmaqla oradan 1000 manat dəyərində 40 litrlik 01 ədəd samovarı və 180 manat dəyərində 07 litrlik 01 ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1180 (min yüz səksən) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8763 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təxminən 7 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti təxminən 180,00 manat, ekspertiza təyini haqqında qərarda qeyd edilən, lakin tədqiqata təqdim edilməyən 01 ədəd 40 litr su tutumlu odun samovarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat müəyyən edilir. Göründüyü kimi istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə 01 ədəd 40 litr su tutumlu odun samovarını oğurlamaqla 1000 manat məbləğində maddi ziyan vurmasını qeyd etmiş və zərərçəkmiş şəxsin ifadəsini daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8763 saylı ekspert rəyində 01 ədəd 40 litr su tutumlu odun samovarının 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 980 (doqquz yüz səksən) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.12, 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınan – 01 ədəd 07 litrlik samovarın zərərçəkmiş şəxs Şahid1 Xanəhməd oğluna geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək şübhəli qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 07 litrlik samovarın zərərçəkmiş şəxs Şahid1 Xanəhməd oğluna geri qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-74/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-74/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver