Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-75/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, mülki iddiaçı Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, mülki iddiaçı Zərərçəkmiş şəxs16 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs18, mülki iddiaçı Zərərçəkmiş şəxs19, mülki iddiaçı Zərərçəkmiş şəxs20, mülki iddiaçı Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, mülki iddiaçı Zərərçəkmiş şəxs23, mülki iddiaçı Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Dövlət Neft Şirkətinin “Neftqazelmitədqiqat” Layihə İnstitunda işləyən, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs15 oğlu X33 Respublikası Dövlət Neft Şirkətinə fəhlə kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq, ondan 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda 1200 manat nağd pulunu alıb, aldatmaqla ələ keçirib zərərəçəkmiş şəxsə 1200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs15 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq, Zərərçəkmiş şəxs15 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda 3000 manat nağd pulunu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 3000 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs1 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, məhəllə 3007 ünvanında 3000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 3000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs17 Bəxtiyar oğluna Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs17 2019-cu ilin dekabr ayında ünvan 3 ünvanda 3000 manat pulu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 3000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs21 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyi adı ilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs21 29 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi, küçəsi, 88 a saylı ünvanda 3000 manat pulu aldatma və etibardan sui-istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş şəxsə 3000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs20 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyi adı ilə yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs20 25 dekabr 2019-cu il tarixdə ünvan 4 ünvanda yerləşən Bakı Metropalitenin “28 may” stansiyasında 1000 manat, 27 dekabr 2019-cu il taixdə həmin ünvanda 500 manat, 10 yanvar 2020-ci il tarixdə həmin ünvanda 500 manat pulu vahid niyyətlə alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs19 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyi adı ilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs19 24 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi, küçəsi, 88 a saylı ünvanda 4450 manat pulu aldatma və etibardan sui-istifadə etməklə alıb ələ keçirərək zərərçəkmiş şəxsə 4450 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs22 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyi adı ilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs22 25 yanvar 2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən Bakı Metropalitenin “Əhmədli” stansiyasının qarşısında 2000 manat məbləğində pulu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs24 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyi adı ilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs24 2020-ci ilin fevral ayının əvvələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi, küçəsi, 88 a saylı ünvanda 2000 manat manat məbləğində pulu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyi adı ilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs5 25 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanda 2500 manat pulu vahid niyyətlə alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 5500 manat məbləğində xeyil miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs23 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzillər almasına kömək göstərəcəyi adı ilə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs23 28 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 9 ünvanda 1500 manat pulu vahid niyyətlə alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 4500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, aldadaraq Zərərçəkmiş şəxs3 12 mart 2020-ci il tarixdə ünvan 10 ünvanda yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında 2000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs9 2020-ci ilin mart ayının ortalarında ünvan 11 ünvanda yerləşən “Neptun” marketin qarşısında 2500 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2500 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyişni yalandan vəd verib, aldadaraq Zərərçəkmiş şəxs4 13 mart 2020-ci il tarixdə ünvan 12 ünvanın qarşısında 4000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 4000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs18 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs18 15 mart 2020-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “Neptun” marketin qarşısında 2000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs16 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs16 2020-ci ilin mart ayının ortalarında ünvan 11 ünvanda yerləşən “Neptun” marketin qarşısında 4500 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 4500 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda 1700 manat, 2020-ci ilin mart ayının ortalarında isə ünvan 13 ünvanda 800 manat pulu vahid niyyətlə alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 2500 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq, Zərərçəkmiş şəxs8 18 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda 2500 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2500 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 İsmayıl oğluna Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs6 06 mart 2020-ci il tarixdə ünvan 12 ünvanın qarşısında 2000 manat, 26 mart 2020-ci il tarixdə isə ünvan 12 ünvanın qarşısında şəxsiyyəti istintaqa məlum olmayan taksi fəaliyyəti ilə məşğul olan şəxsin vasitəsi ilə 1400 manat pulu vahid niyyətlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 3400 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs10 06 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda 2000 manat pulu alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs11 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs11 06 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda 4000 manat, 09 aprel 2020-ci il tarixdə isə ünvan 14 ünvanın qarşısında 3000 manat pulu vahid niyyətlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda 7000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs14 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs14 06 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanın qarşısında 2000 manat, bundan təxminən bir həftə sonra ünvan 15 ünvanın qarşısında 500 manat, 09 aprel 2020-ci il tarixdə isə ünvan 16 ünvanın qarşısında 1500 manat pulu vahid niyyətlə alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 4000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs12 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs12 14 aprel 2020-ci il tarixdə ünvan 17 ünvanın qarşısında 2000 manat pulu alıb aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 2000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs13 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs13 2020-ci ilin fevral ayının əvvəllərində iş yerinin qarşısında, yəni Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 18 ünvanın qarşısında 2000 manat, 17 aprel 2020-ci il tarixdə isə ünvan 19 ünvanın qarşısında 2200 manat pulu vahid niyyətlə alıb, aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 4200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs7 2020-ci ilin mart ayının sonlarında ünvan 12 ünvanın qarşısında 2000 manat, bundan bir neçə gün sonra 2020-ci ilin mart ayının sonlarında şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü vasitəsi ilə 500 manat, 26 aprel 2020-ci il tarixdə anası Şahid4 məxsus bankomat kartı vasitəsi ilə ünvan 15 ünvanda yerləşən “Beynəlxalq Bank” aid bonkamatdan 900 manat pulu çıxardıb ələ keçirərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxsə 3400 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Dövlət Neft Şirkəti (SOCAR)-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda mühəndis vəzifəsində işlədiyindən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını dələduzluqla, yəni aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs25 Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən binada güzəştli mənzil almasına kömək göstərəcəyini yalandan vəd verib, sonuncunu aldadaraq, Zərərçəkmiş şəxs25 29 aprel 2020-ci il tarixdə öz adına olan karta köçürmüş olduğu 2500 manat pulu ünvan 15 ünvanda yerləşən “Beynəlxalq Bank”a aid bonkomatdan çıxardıb ələ keçirərək aldatma və etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxsə 2500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən “Socar”da hazırki işində işləyir. Hazırda yaşadığı ünvanda atası, anası, qardaşı Kənan, Kənanın həyat yoldaşı Şahid7a və onların iki qız övladları ilə birlikdə yaşayır. O, heç vaxt ailə həyatı qurmamışdır. Əvvəllər Yasamal rayonunda yaşamış, sonradan o, faizə pul götürüb qaytara bilmədikdə atası evi 2016-cı ildə satmışdır. Sonra Masazır qəsəbəsində kirayədə yaşayıb, sonradan gəlinləri Ləmanın anasına məxsus Bakı şəhəri, Xətai rayonunda yerləşən hazırki evə köçmüşdür. 2018-ci il tarixdə Masazır qəsəbəsində yaşadığı vaxtdan tanıdığı Məhəmməd və arvadı Aysel adlı şəxslərlə tanış olmuşdur. O, onlardan hissə-hissə 59.000 manat pul almışdır. O, həmişə borca və ya faizə pul alıb xərcləməyi xoşlamışdır. Sonradan da borcu qaytarmaq vaxtı gələndə gedib faizə girmişdir ki, axırda da faizlər yığılmışdır. O, Məhəmməd və arvadı Ayseldən sələmə pullar götürüb özünə xərclədikdən sonra onların pullarının qaytarılması vaxtı çatanda qərara gəlmişdir ki, dələduzluq yolu ilə insanları aldadıb pullarını ələ keçirsin. 2019-cu ilin yay aylarında onunla bir idarədə bir qadın ona demişdir ki, Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində tikilən sosial evlərdən güzəştli yolla ev almağa kömək edən tanış vardır. Bu fikir onun ağlına batmış və düşünmüşdür ki, özünü Mənzil İnşaat Dövlət Agentliyinin rəhbər şəxslərinin tanışı kimi təqdim edib, bu adla başqa şəxslərdən pul ala bilər. Odur ki, əhatəsində olan insanlarla söhbət zamanı daima özünü MİDA-nın rəhbər şəxslərinin tanışı kimi təqdim etmiş və istənilən şəxsə ev almağa kömək edə biləcəyini bildirmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs15 onun qardaşının həyat yoldaşının bacısının qaynanasıdır. Həmin şəxs onun SOCAR-da işlədiyini bilmiş və 2019-cu ilin oktyabr ayında Lalə ona müraciət edərək, oğlunun işsiz olduğunu, dəfələrlə fəhlə işləmək üçün SOCAR-a müraciət etdiyini, lakin oğlunun işə götürülmədiyini bildirmişdir. O, Laləyə oğlunun işə düzəldilməsi üçün SOCAR-ın rəhbərliyi ilə danışacağını bildirmiş və bir müddət sonra rəhbər şəxslərlə danışdığını, oğlunun fəhlə kimi işə düzəldilməsi müqabilində 1200 manat pul tələb olunduğunu demişdir. Bundan sonra 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında Lalə ilə görüşmüş və Lalədən 1200 manat pulu və sənədləri almışdır. Həmçinin Lalə onun MİDAnın rəhbərliyi ilə tanışlığının olduğunu bilib, verilən sosial evləri almağa “köməklik” edə bildiyimi eşitmiş və bu məqsədlə də həmin evlərdən birini almaq istədiyi, köməklik göstərməyini xahiş etmişdir. O, Laləyə məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə Lalə ilə danışmış və bu işdə Lalyəə köməklik edə biləcəyini bildirmişdir. Lalə ona internetdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən 3 otaqlı MİDA-ya məxsus mənzili görüb bəyəndiyini bildirmiş və həmin mənzili almaq istədiyini demişdir. O, Laləyə həmin mənzili almaq üçün İlkin olaraq, 3000 manat pul verməli olduğunu bildirmiş və Lalə ilə 2019-cu ilin dekabr ayında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşüb, Lalədən 3000 manat pul almışdır. Beləliklə, o, Lalədən 3000 manat mənzil alması, 1200 manat oğlu Elşənin işə düzəldilməsi üçün olmaqla, ümumilikdə 4200 manat pul almışdır. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Laləyə məxsus ümumilikdə 4200 manat pulu aldadaraq, ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Laləyə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Lalənin ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Lalənin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun uzaq qohumudur və 2019-cu ilin sonlarında Fəzilə ona zəng edərək, onun MİDA-nın rəhbərliyi ilə yaxın olmağını, onlar vasitəsi ilə mənzil almağa köməklik etmək imkanının olduğunu eşitdiyini, mənzil almağa köməklik etməyi xahiş etmişdir. O, Fəziləyə köməklik edə biləcəyini, lakin bu işin həlli üçün müəyyən məbləğdə pul tələb olunduğunu, bu məsələnin telefonla deyil, üzbəüz söhbət edilməli olunduğunu, görüş zamanı sənədlərin surətini də gətirmək lazım olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra, 2019-cu ilin dekabr ayında o, Fəzilə ilə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüşdür. Söhbət zamanı Fəzilə qohumu olan Zərərçəkmiş şəxs17 və özünə MİDA-dan mənzil almaq istədiyini bildirmişdir. Fəzilə ona özlərinin internetdə mənzilləri seçdiyini bildirmiş və ona məlum olmuşdur ki, hər iki şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən 3 otaqlı mənzilləri almaq istəyirlər. O, onlara həmin ərazidə yerləşən hər bir 3 otaqlı mənzili almaq üçün 3000 manat pul lazım olduğunu bildirmiş və Fəzilə onun bu təklifi ilə razılaşmışdır. Bu zaman Fəzilə ona sənədlərin surətini özü ilə gətirdiklərini bildirib, sənədləri və hər bir mənzil üçün 3000 manat olmaqla, ümumilikdə 6000 manat pulu ona təqdim etmişdir. O, narahat olmamağı, qısa müddət ərzində MİDA tərəfindən tikilən evlərdə olan mənzillərin veriləcəyini bildirərək, Fəzilənin etibarını qazanmışdır. Lakin onun belə bir niyyəti olmamış, məqsədi həmin şəxslərə məxsus 6000 manat pulu onları aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, onlara yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, bir müddət sonra isə ümumiyyətlə, həmin şəxslərin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs17 onun uzaq qohumudur və Fəridlə bir məclisdə tanımış olmuşdur. Fərid ona MİDA-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, Fəridə 3 otaqlı evi üçün 3000 manat pul verməli olduğunu bildirmiş və bundan sonra Fərid ilə 01 dekabr 2019-cu il tarixdə Fəridin qardaşı X35 şəhərində yaşadığı evdə görüşüb Fəriddən 3.000 (üç min) manat pul almış və Fəridə qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Fəridə məxsus ümumilikdə 3000 manat pulu onu aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Fəridə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Fərid ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Fəridin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs21 o, Zərərçəkmiş şəxs20 vasitəsi ilə tanımış və Məmmədağaya da Bakı şəhəri Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşkil edə biləcəyini bildirmişdir. O, Məmmədağa ilə Bakı şəhəri Xətai rayonunda yerləşən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında görüşmüşdür. O, Məmmədağa bir qədər söhbət etdikdən sonra Məmmədağa, İlkin ödənişi kimi 3000 manat verəcəyini bildirmişdir. Məmmədağa onunla razılaşmışdır. Bundan sonra Məmmədağadan 29 dekabr 2019-cu ildə Yasamal rayonu ərazisində yerləşən SOCAR–ın Lahiya İnstitutun qarşısında 3000 manat pul almış və bildirmişdir ki, 3 otaqlı mənzil təşkil edəcəkdir. Bundan sonra Məmmədağa iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əmək haqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim etmişdir. Sonradan “Watsapp” ani mesajlaşma sistemi vasitəsi mənzilərə seçim mərhələsi üçün Məmmədağaya siyahı göndərmişdir. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Məmmədağaya yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Məmmədağa ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Məmmədağanın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs20 o, Zərərçəkmiş şəxs19 vasitəsi ilə tanımış və Nadirə də Bakı şəhəri Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi inşa etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşkil edə biləcəyini bildirmişdir. 2019-ci il dekabr ayının sonlarında o, Zərərçəkmiş şəxs20lə telefon vasitəsi ilə danışıb, Nadirlə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında görüşmüşdür. O, Nadirə Yasamal rayonunda yerləşən Mənzil İnşaat Agentli tərəfindən inşa edilən binadan ipoteka yolu ilə mənzil almağına kömək edə biləcəyini bildirmişdir. Nadirlə o, bir qədər söhbət etdikdən mənzilin İlkin ödənişi kimi 3000 manat verəcəyini bildirmişdir. Nadir onunla razılaşmamış və bildirmişdir ki, həmin məbləği hissə-hissə verəcəkdir. O, Nadirlə razılaşmışdır. Bundan sonra 25 dekabr 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «28 may» metrostansiyasının daxilində Nadirdən 1000 manat, 27 dekabr 2019-cu ildə yənə həmin yerdə 500 manat, 10 yanvar 2020-ci ldə yenə həmin yerdə 500 manat almaqla ümumilikdə Nadirdən 2000 manat pul almış və Nadirə bildirmişdir ki, 3 otaqlı mənzil təşkil edəcək. Bundan sonra Nadir iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin ona təqdim etmişdir. Sonradan “Watsapp” ani mesajlaşma sistemi vasitəsi mənzilərə seçim mərhələsi üçün Nadirə siyahı göndərmişdir. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Nadirə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Nadirin ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Nadirin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs19 tanışlarının vasiytəsi ilə tanımış və Ruslana da Bakı şəhəri Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşil edə biləcəyini bildirmişdir. 2020–ci ilin yanvarın 24-də Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında Zərərçəkmiş şəxs19la görüşüb Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin inşa etdiyi kompleksdən güzəştli ipoteka yolu ilə mənzilin əldə olunması müqabilində Ruslandan 4450 pul alaraq, qeyd etdiyi sənədlərin gətirməyini bildirmiş və Ruslana 3 otaqlı mənzil təşkil etməyi bildirmişdir. Ruslan da iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surəti ona təqdim etmişdir. Sonradan “Watsapp” ani mesajlaşma sistemi vasitəsi mənzilərə seçim mərhələsi üçün siyahı Ruslana göndərmişdir. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Ruslana yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Ruslan ona verdiyi pulu geri tələb etdikdən sonra isə ümumiyyətlə, Ruslanın telefon zənglərinə cavab verməmşdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs22 o, Zərərçəkmiş şəxs19 vasitəsi ilə tanımış və Rəşada da Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi inşa etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, Rəşadla telefonla danışıb, Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında görüşmüşdür. O, Rəşadla bir qədər söhbət etdikdən sonra Rəşad mənzilin İlkin ödənişi kimi 2000 manat verəcəyini bildirmişdir. Bundan sonra Rəşad ona 25 yanvar 2020-ci ildə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının qarşısında 2000 manat pulu vermiş və o da Rəşada bildirmişdir ki, 3 otaqlı mənzil təşkil edəcəkdir. Rəşad bundan sonra iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin ona təqdim etmişdir. Bundan sonra hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Rəşada yalan vədlər verir və işin qısa müddət ərzində həll olunacağını bildirmişdir, Rəşad ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Rəşadın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs24 o, Zərərçəkmiş şəxs19 vasitəsi ilə tanımış və Mehmana da Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşkil edə biləcəyini bildirmişdir. O, Mehmanla işlədiyi Bakı şəhəri, Yasamal rayonunda yerləşən SOCAR-ın Lahiyə İnstitutun qarşısında görüşmüşdür. Mehmanla o, bir qədər söhbət etdikdən sonra Mehmana mənzilin İlkin ödənişi kimi 2000 manat verməsini bildirmişdir. Mehman onunla razılaşmışdır. Bundan sonra Mehman ona 2020-ci ilin fevral ayının əvvələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən SOCAR-ın Lahiyə İnstitutun qarşısında görüşərək, 2000 manat pulu vermişdir. O, Mehmana bildirmişdir ki, ona 3 otaqlı mənzil təşkil edəcəkdir. Bundan sonra Mehman iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim etmişdir. Bundan sonra hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Mehmana yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Mehman ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Mehmanın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki X11 təxminən 1 il yarımdır ki, tanıyır. Belə ki, həmin şəxs onun yaşadığı ünvan 20 ünvandan onunla qonşudur. Həmçinin Könülün oğlu onun qardaşının qızı ilə birlikdə məktəbdə oxumuşlar. Həmin şəxsin maddi durumunun normal vəziyyətdə olduğunu görüb, Könülün pulunu ələ keçirməyi qərara almışdır. Bunun üçün istifadəsində olan mobil nömrə ilə Könülün istifadəsində olan mobil nömrəyə Whatsapp mobil tətbiqi vasitəsilə MİDA-da evlərin güzəştli şərtlərlə əldə olunması ilə bağlı ismarıc yazmışdır. Bir müddət keçəndən sonra Könül ona zəng etmiş və ondan mesaj barədə maraqlanmışdır. O isə həmin mesajı səhv göndərdiyini demişdir. Danışıq zamanı Könül də ev almaq istədiyini bildirmiş və hazırda əlində imkan olmadığını qeyd etmişdir. Təxminən bir il sonra Könül ona zəng etmiş və ev almaq istədiyini bildirmişdir. O, Könülə ev almaq üçün köməklik edə biləcəyini bildirmişdir. Könül ilə aralarında olan söhbət zamanı Könül ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən biri 2 otaqlı, digəri isə 3 otaqlı olmaqla 2 ədəd mənzil almaq istədiyini bildirmişdir. O, 2 otaqlı mənzil üçün 2500 manat, 3 otaqlı mənzil üçün isə 3000 manat pul lazım olduğunu bildirmiş və Könül əri Kamal ilə məsləhətləşdikdən sonra həmin mənzilləri almaq istəmişdir. Odur ki, o, 23 fevral 2020-ci il tarixdə Könül ilə iş yerinin yanında, yəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüş və Könüldən 3000 manat pul almışdır. Bundan 4 gün sonra, yəni 27 fevral 2020-ci il tarixdə yenidən Könül ilə iş yerinin yanında, yəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüş və Könüldən digər mənzil üçün 2500 manat pul almışdır. Bundan sonra o, Könülə özünün düzəltdiyi bildirişləri Whatsapp mobil tətbiqi vasitəsilə göndərmiş və həmin şəxsin inamını daha da qazanmışdır. Aralarında olan telefon danışıqları zamanı o, tezliklə Könülün işinin həll olunacağını bildirmişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Könülə məxsus ümumilikdə 5500 manat pulu Könülü aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Könülə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Könül ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Könülün telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs23 o, Zərərçəkmiş şəxs19 vasitəsi ilə tanımış və Anara da Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşkil edə biləcəyini bildirmişdir. Anarla o, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında görüşmüşdür. Orada Anarla bir qədər söhbət etdikdən sonra Anara mənzilin İlkin ödənişi kimi 3000 manat verəcəyini bildirmişdir. Anar onunla razılaşmışdır. Bundan sonra Anar ona 28 yanvar 2020-ci ildə işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında 3000 manat pulu vermiş və o, Anara bildirmişdir ki, Anara 3 otaqlı mənzil təşkil edəcəkdir. Bundan sonra Anar ona zəng edərək 1 otaqlı mənzil də təşkil edə biləcəyini əlavə olaraqda 1500 manat pul verəcəyini bildirmişdir. İlkin olaraq Anar onunla razılaşmmış, lakin 2020-ci ilin fevral ayının sonunda Anar onun işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında 1500 manat pul vermişdir. Beləliklə o, Anara 3 otaqlı və 1 otaqlı 2 mənzil Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi binadan təşkil edəcəyini bildirmişdir. Həmin vaxtı Anar işləmədiyindən onun bacısının adına sənədləşdirmə paracağını bildirmiş və bacısı X14 işlədiyi yerdən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətini ona təqdim etmişdir. Bundan sonra hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Anara yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Anar ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Anarın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs3 mart ayının əvvəllərindən tanıyır. Belə ki, dəqiq yadımda olmayan tarixdə onun mobil nömrəsinə zəng gəlmiş və o, həmin zəngə cavab verən zaman bir nəfər kişi cinsindən olan şəxs ona Zərərçəkmiş şəxs3 olduğunu demiş və qeyd etmişdir ki, mobil nömrəsini Kamal Məsməliyevdən almışdır. Həmin şəxs mənə ipoteka ilə mənzil almaq istəyini bildirmiş və bu məsələdə kömək etməyini xahiş etmişdir. O da Ruslana İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunduğunu bildirmişdir. Həmçinin, ev almaq üçün lazım olan şərtləri qeyd etmişdir. Həmin şəxs həyat yoldaşının adına 2 otaqlı ev almaq istədiyini qeyd etdi. Aralarında olan razılaşmaya görə 12 mart 2020-ci il tarixdə gönorta saatlarında o, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yanında görüşmüşdür. Həmin vaxtı Ruslan ona 2000 manat pul və lazım olan sənədləri vermişdir. Sonrakı müddətdə o, pulun “MİDA” ya ödənilməsi barədə “Whatsapp” mesajlaşma sistemi vasitəsi ilə Ruslana bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 manat pul almış və Ruslana qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Ruslana məxsus ümumilikdə 2000 manat pulu aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Ruslana yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Ruslanın ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Ruslanın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, 2020-ci ilin mart ayının əvəllərində Kamal Məsməliyev vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs9 Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəlmək adı ilə Zərərçəkmiş şəxs9la telefonla danışmış və maraqlandıqda o, Elçinə dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verildiyini, İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. Zərərçəkmiş şəxs9 istədiyi sənədlərin surətlərini ona vermişdir. O, Zərərçəkmiş şəxs9 İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunduğunu demişdir. Zərərçəkmiş şəxs9 bir ədəd üç otaqlı ev almaq istədiyini bildirmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs9 onunla Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Neptun” marketin qarşısında görüşərək güzəştli şərtlərlə ipoteka ilə mənzil almaq məqsdilə 2500 manat pulu vermişdir. Sonrakı müddətdə o, pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə Elçin Səmədəova bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Bununla o, Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək Elçinin 2500 manat pulunu güzəştli şərtlərlə ipoteka ilə mənzil satmaq adıyla ələ keçirmişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Vüqara məxsus ümumilikdə 4000 manat pulu Elçini aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Elçinə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Elçinin ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Elçinin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs11 vasitəsi ilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs11 qohumudur. Vüsal onun vasitəsi ilə MİDA-dan ev alacağını həmin şəxsə bildirmiş, Vüqar da onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən iki ədəd 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, Vüqara 2 otaqlı evin biri üçün 2000 manat olmaqla, ümumilikdə 4000 manat pul verməli olduğunu bildirmiş və bundan sonra Vüqar ilə 13 mart 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında təklikdə görüşüb, Vüqardan 4000 manat almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs4 4000 manat pul almış və Vüqara qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Vüqara məxsus ümumilikdə 4000 manat pulu Vüqarı aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Vüqara yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Vüqarın ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Vüqarın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs18 Zərərçəkmiş şəxs11 vasitəsi ilə tanımışdır. Belə ki Vüsal Məhəmmədin kürəkənidir. Vüsal onun vasitəsi ilə MİDA-dan ev alacağını həmin şəxsə bildirmiş, Məhəmməd də onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, 2 otaqlı evin biri üçün 2000 manat pul verməli olduğunu bildirmiş və bundan sonra Məhəmməd ilə 15 mart 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında “Neptun” marketin qarşısında təklikdə görüşüb, Məhəmməddən 2000 manat pul almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs18 2000 manat pul aldım və Məhəmmədə qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Məhəmmədə məxsus ümumilikdə 2000 manat pulu Məhəmmədi aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Məhəmmədə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Məhəmmədin ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Məhəmmədin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs16 Zərərçəkmiş şəxs11 vasitəsi ilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs16 də Zərərçəkmiş şəxs11 iş yoldaşıdır. Vüsal onun vasitəsi ilə MİDA-dan ev alacağını həmin şəxsə bildirmiş, İradə də onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən bir ədəd 3 otaqlı, bir ədəd 2 otaqlı olmaqla, ümumilikdə 2 ədəd mənzil almaq istədiyini bildirmişdir. O, İradəyə 2 otaqlı ev üçün 2000 manat, 3 otaqlı ev üçün isə 2500 manat pul lazım olduğunu bildirmiş və İradə ilə 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonunda yerləşən «H.Aslanov» metrostansiyası yaxınlığında yerləşən “Neptun” adlı marketin qarşısında təklikdə görüşüb, İradədən ümumilikdə 4500 manat almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs16 ümumilikdə 4500 manat pul almış və İradəyə qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi İradəyə məxsus ümumilikdə 4500 manat pulu İradəni aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, İradəyə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirimiş, İradə ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, İradənin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs2 X7 əri Kamal vasitəsi ilə tanımışdır. Belə ki, Kamal özünün onun vasitəsi ilə MİDA-da ev alacağını həmin şəxsə bildirmiş, Ruslan da onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən bir ədəd 2 otaqlı, bir ədəd 3 otaqlı olmaqla, 2 ədəd mənzil almaq istədiyini bildirmişdir. Görüş zamanı o, Ruslana kömək edə biləcəyini bildirmiş və Ruslandan tələb etdiyi sənədlərin surətini almışdır. Bundan sonra 2018-ci ilin mart ayının əvvəllərində Ruslanla iş yerimin yanında, yəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüş və Ruslandan 1700 manat pulu təklikdə almışdır. Qısa müddət sonra “Əhmədli” metrostansiyasının qarşısında 800 manat, daha sonra isə Ruslanın yaşadığı binanın qarşısında 2000 manat pul almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs2 ümumilikdə 4.500 manat pul almış və Ruslana qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Ruslana məxsus ümumilikdə 4500 manat pulu Ruslanı aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Ruslana yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Ruslan ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Ruslanın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs16 vasitəsi ilə tanımışdır. Belə ki İlkin və İradə qonşudurlar. İlkin onun vasitəsi ilə MİDA-dan ev alacağını həmin şəxsə bildirmiş, İlkin də onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, İlkinə 3 otaqlı evin biri üçün 2500 manat pul verməli olduğunu bildirmiş və bundan sonra İlkin ilə 18 mart 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən işlədiyi Socarın idarəsinin giriş qapısının qarşısında təklikdə görüşüb, İlkindən 2500 manat pul almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs8 2500 manat pul almış və İlkinə qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi İlkin məxsus ümumilikdə 2500 manat pulu onu aldadaraq, ələ keçirmək və dələduzluq etmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, İlkinə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, İlkin ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, İlkinin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs6 mart ayının əvvəllərindən tanıyır. Belə ki, dəqiq yadımda olmayan tarixdə onun mobil nömrəsinə zəng gəlmiş və o, həmin zəngə cavab verən zaman bir nəfər kişi cinsindən olan şəxs ona Oruc olduğunu demiş və qeyd etmişdir ki, mobil nömrəni Kamal Məsməliyevdən almışdır. Həmin şəxs ona ipoteka ilə mənzil almaq istəyini bildirmiş və bu məsələdə kömək etməyini xahiş etmişdir. O da Oruca İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunduğunu bildirmişdir. Həmçinin, ev almaq üçün lazım olan şərtləri qeyd etmişdir. Oruc ona demişdir ki, məcburi köçkündür və güzəştli şərtlər onlara da aiddir. O da Orucun dediklərini təsdiq etmişdir. Aralarında olan razılaşmaya əsasən 06 mart 2020-ci il tarixdə o, Xətai rayonunda H.Aslanov metrostansiyasının yanında Oruc ilə görüşmüşdür. Görüş zamanı Oruc ona 2000 manat pul vermişdir. Bir neçə gün sonra o, yenədə həmin yerdə görüşmüş və Oruc lazım olan sənədləri ona vermişdir. Bir müddət sonra o, Orucla əlaqə saxlayıb əlavə 500 manat da pul istəmiş və demişdir ki, «artıq pul versəniz sizin növbəniz əvvələ düşəcəkdir». Oruc da razılaşmışdır. Bunun üçün 26 mart 2020-ci il tarixdə o, taksi fəaliyyəti ilə məşğul olan qonşusu Yaqubu H.Aslanov metrostansiyasının yanına göndərmişdir ki, orada Orucdan 1400 manat pul alsın. Sonrakı müddətdə o, pulun “MİDA” ya ödənilməsi barədə “Whatsapp” mesajlaşma sistemi vasitəsi ilə Oruca bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Beləliklə, o, Orucdan ümumilikdə 3400 manat pul almış və Oruca qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Oruca məxsus ümumilikdə 3400 manat pulu onu aldadaraq ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Oruca yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Orucun ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Orucun telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs11 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs10 Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəltmək adı ilə Rəşidlə əvvəlcə telefonla danışıb bildirmişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını istəmişdir. Rəşid özəl işdə işlədiyindən Socarda mühəndis işləyən qızı, 1996-cı il təvəllüdlü X15 adına mənzil almaq istədiyini bildirmişdir. Buna görə də qızına məxsus sənədlərin surətlərini ona vermişdir. O, Zərərçəkmiş şəxs10 İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunduğunu bildirmişdir. Rəşid, bir ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. 06 aprel 2020-ci il tarixdə Rəşid onunla danışıb işlədiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Socarın Neftqazlayihələndirmə İnstitutunun qarşısına gəlmiş və onunla görüşüb 2.000 manat pul vermişdir. Danışdıq ki, qalan pulu da evi alqı-satqı edərkən verəcəkdir. Sonrakı müddətdə o, pulun “MİDA” ya ödənilməsi barədə “Whatsapp” mesajlaşma sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs10 bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Beləliklə o, Rəşidin etibarında sui-istifadə edərək Zərərçəkmiş şəxs10 pulunu Rəşidə güzəştli şərtlərlə ipoteka düzəltmək adı ilə ələ keçirmişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs11 da X7 əri Kamal vasitəsi ilə tanımışdır. Belə ki, Kamal özünün onun vasitəsi ilə MİDA-da ev alacağını həmin şəxsə bildirmiş, Vüsal da onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən bir ədəd 2 ədəd 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, Vüsala hər bir mənzil üçün 2000 manat pul lazım olduğunu bildirmiş və Vüsal ilə 06 mart 2020-ci il tarixdə iş yerinin yanında, yəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüşdür. Görüş zamanı o, ondan 4000 manat pulu təklikdə almışdır. Bir müddət sonra o, Vüsala ev məsələsinin demək olar ki, həll olunduğunu, lakin mənzilin ödənişi üçün hər mənzilə görə 1500 olmaqla ümumilikdə 3000 manat pul lazım olduğunu bildirmiş və bundan sonra Vüsal ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində təklikdə görüşmüş və həmin ünvanda Vüsaldan 3000 manat pul almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs11 ümumilikdə 7000 manat pul almış və Vüsala qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Vüsala məxsus ümumilikdə 7000 manat pulu Vüsalı aldadaraq, ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Vüsala yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Vüsal ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Vüsalın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs14 Zərərçəkmiş şəxs11 vasitəsi ilə tanımışdır. Belə ki, Vüsal özünün onun vasitəsi ilə MİDA-da ev alacağını həmin şəxsə bildirmiş, İslam da onun telefon nömrəsinə zəng edərək özü üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən bir ədəd 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. O, İslama hər bir mənzil üçün 2000 manat pul lazım olduğunu bildirmiş və İslam ilə 06 mart 2020-ci il tarixdə iş yerinin yanında, yəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüşdür. Görüş zamanı o, İslamdan 2000 manat pulu təklikdə almışdır. Bundan təxminən 1 həftə sonra İslam ona zəng edərək, 2 otaqlı deyil, 3 otaqlı ev almaq istədiyini bildirmiş və buna görə ona yaşadığı ünvan 20 ünvanda binanın blokunda əlavə olaraq 500 manat da pulu vermişdir. Bir müddət sonra o, İslama ev məsələsinin demək olar ki, həll olunduğunu bildirmişdir. Bundan sonra o, yenidən Zərərçəkmiş şəxs14 məxsus pulu ələ keçirmək üçün İslama maddi durumunun yaxşı olmadığını bildirərək, İslamdan borc istəmiş və bu pulun sonda İslamın mənzil ödənişindən çıxılacağını demişdir. Həqiqətdə isə o, İslamdan borc istəyərkən niyyəti həmin borcu qaytarmamaq, sadəcə bu üsulla İslama məxsus pulu ələ keçirmək olmuşdur. 09 aprel 2020-ci il tarixdə o, İslamın yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Şıxslinski küçəsi 52 saylı binanın qarşısında İslamla görüşmüş və orada İslamdan 1500 manat pul almışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs14 ümumilikdə 4000 manat pul almış və İslama qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi İslama məxsus ümumilikdə 4000 manat pulu İslamı aldadaraq, ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, İslama yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, İslam ona verdiyi pulu geri tələb etdikdən sonra isə ümumiyyətlə, İslamın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, 2020-ci ilin mart ayının əvəllərində Zərərçəkmiş şəxs11 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs12 Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəlmək adı ilə Nihadla telefonda danışmış və Nihada dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verildiyini, İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. Zərərçəkmiş şəxs12 tələbə olduğundan və heç bir yerdə işləmədiyindən müəllimə işləyən anası X12 adına mənzil almaq qərarına gəlmiş, buna görə də anasına məxsus sənədlərin surətlərini ona vermişdir. O, Nihada İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunduğunu bildirmişdir. Nihad bir ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. 14 aprel 2020-ci il tarixdə Nihad onunla danışıb 2.000 manat pulu onun göndərdiyi “Volksvagen” markalı avtomobillə taksi sürücüsü Xırdalanda yaşadığı evin qarşısında vermişdir. Pul ona çatandan sonra o, Nihada məlumat vermişdir. Sonrakı müddətdə o, pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs12 bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs12 2000 manat pul almış və Nihada qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Nihada məxsus ümumilikdə 4000 manat pulu onu aldadaraq, ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Nihada yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Nihad ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Nihadın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs13 qonşusu Elşən vasitəsi ilə tanımışdır. Belə ki, qonşusu Elşən ilə arasında olan söhbət zamanı Elşən ona Etibar adlı tanışının olduğunu və həmin şəxsi MİDA-dan ev almaq istədiyini bildirmişdir. O, Elşənə heç bir problem olmadığını bildirmiş və onu Etibarla tanış etməsini xahiş etmişdir. Bundan sonra Etibar onun istifadəsində olan mobil nömrəyə zəng edərək, nömrəni Elşəndən götürdüyünü bildirib, MİDA tərəfindən tikilmiş sosial mənzillərdən birini internetdən bəyəndiyini, lakin bunu almaq üçün müəyyən çətinliklərinin olduğunu, ev almaqda kömək etməyini xahiş etmişdir. O, bu məsələni üzbəüz söhbət edə biləcəyini bildirmiş və o, bacısı Xədicə adlı qadınla Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmüşdür. Görüş zamanı həmin mənzili almaq üçün İlkin ödəniş kimi 2500 manat, onun da zəhmət haqqı kimi 1500 manat olmaqla, ümumilikdə 4000 manat pul lazım olduğunu bildirmiş və Etibar onunla razılaşıb, qısa müddət ərzində həmin pulu ona çatdıracağını bildirmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində o, Etibarın bacısı Xədicə ilə iş yerinin qarşısında, yəni Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında təklikdə görüşmüş və Xədicədən sənədlərin surətini, eyni zamanda 2000 manat pulu almış və mənzil məsələsinin 3-4 ay ərzində həll olunacağı barədə yalan vədlər vermişdir. Bu hadisədən təxminən 2 ay sonra, yəni 2020-ci ilin aprel aylarında o, Etibara maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və ona borc pul verməsini xahiş etmişdir. Etibar ona iş alındıqdan sonra verməli olduğu zəhmət haqqını indidən vermək istədiyini demiş və 17 aprel 2020-ci il tarixdə onunla Bakı şəhəri, “Əhmədli” metrostansiyası yaxınlığında görüşüb, 1700 manat pulu ona vermişdir. Həmçinin o, həmin görüş zamanı Etibarın ona verməli olduğu digər 500 manatı bank ödənİşləri adı ilə aldmışdır. O, həmin ünvanda da Etibara yalandan vədlər vermiş və tezliklə mənzil işinin alınacağını bildirmişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Etibara məxsus ümumilikdə 4200 manat pulu aldadaraq, ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Etibara yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Etibarın ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Etibarın telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs7 mart ayından tanıyır. Amidlə görüşməsə də, dəfələrlə telefon vasitəsilə əlaqə saxlamışdır. Belə ki, mart ayının 21-də onun mobil nömrəsinə zəng gəlmiş və o, həmin zəngə cavab verən zaman bir nəfər kişi cinsindən olan şəxs ona Amid olduğunu demişdir və qeyd etmişdir ki, mobil nömrəsini Zərərçəkmiş şəxs6 almışdır. Həmin şəxs ona ipoteka ilə mənzil almaq istəyini bildirmiş və bu məsələdə kömək etməyini xahiş etmişdir. O, da İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunduğunu bildirmişdir. Həmçinin, ev almaq üçün lazım olan şərtləri qeyd etmişdir. Amid də onun dediyim şərtlərlə razılaşmış və həyat yoldaşının adına 3 otaqlı ev istədiyini demişdir. Həmin şəxs Zaqatala rayonunda olduğunu bildirmiş və demişdir ki, lazımi sənədləri Whatsapp vasitəsilə ona göndərəcəkdir. O da razılaşmışdır. Amid həmçinin, qeyd emişdir ki, pulu dostu Oruc verəcəkdir. Beləliklə, mart ayının sonlarına yaxın o, Orucla «Həzi Aslanov» metro stansiyasının yanında görüşüb 2000 manat pul almışdır. Bir müddətdən sonra Amidlə danışıb əlavə 500 manat da lazım olduğunu qeyd etmişdir. Yenə də, mart ayının sonlarında dəqiq yadında olmayan tarixdə o, qonşusu Yaqubu H.Aslanov metrostansiyasının yanına göndərmiş və Yaqub orada 500 manatı Orucdan almışdır. Bir müddətdən sonra o, Amid ilə əlaqə saxlayıb demişdir ki, özünə ev almaq istəyir, amma, imkanı yoxdur. Bu barədə Amiddən kömək istəmişdir. O, həmçinin, Amidə demişdir ki, ona köməklik edib pul versə sonda həmin pul ümumi borcdan çıxılacaqdır. Amid də razılaşmış və 900 manat pulu kart ilə göndərə biləcəyini demişdir. O, anasına məxsus kartın nömrəsini Amidə göndərmiş və Amid də aprel ayının 26-da həmin pulu karta göndərmişdir. Amidin göndərdiyi pulu o, aprel ayının 27-də Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 101 ünvanında yerləşən Beynəlxalq Bank aid olan bonkamatdan çıxatrmışdır. Beləliklə, o, Amiddən ümumilikdə 3400 manat pul almış və Amidə qısa müddətə mənzil məsələsinin həll olunacağını vəd vermişdir. Lakin onun belə bir niyyəti olmamış, məqsədi Amidə məxsus ümumilikdə 3400 manat pulu Amidi aldadaraq ələ keçirmək olmuşdur. Məhz bu səbəbdən də, hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Amidə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Amidin ona verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Amidin telefon zənglərinə cavab verməmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs25 onun sinif yoldaşı olmuş və Səidəyə də Bakı şəhəri, Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi inşa etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təşkil edə biləcəyini bildirmişdir. 2020-ci ilin aprel ayında Səidə ilə “Facebook” sosial şəbəkəsində əlaqə saxlamışdır. Səidə ilə onun münasibəti yaranmış və Səidə ilə daha sonra mobil telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. O, Səidəyə telefonla danışıq zamanı sosial evlərdən ev almağı təklif etmiş və bildirmişdir ki, həmin sahədə çalışan adamlarla yaxın əlaqəsi vardır. O, Səidəyə evin alınması üçün ilk öncədən 2500 manat ödəməli olduğlarını bildirmişdir. Bütün sənədləşmə işi qurtardıqdan sonra Səidəyə bildirmişdir ki, 4000 manat pulda ödəyəcək və evin ümumi dəyərini isə 65000 manat olacaqdır. Səidə də onunla razılaşmış və ona kart vasitəsilə 29 aprel 2020-ci il tarixdə 2500 manat pul köçürmüş və məndə pulu həmin gün ünvan 22 ünvanında yerləşən «Beynəlxalq» Bana aid olan bonkamatdan çıxatrmışdır. Bundan sonra hadisənin üzərindən aylar keçməsinə baxmayaraq, o, Səidiyə yalan vədlər vermiş və işin qısa müddət ərzində həll olunacağını bildirmiş, Səidə verdiyi pulu geri tələb etməsindən sonra isə ümumiyyətlə, Səidənin telefon zənglərinə cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zamanla vurduğu zərərləri qaytaracağını, ilk məhkumluğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur və Şəbnəmi təxminən 7-8 ildir ki, tanıyır. O, Təqsirləndirilən şəxs SOCAR-da işlədiyini əvvəldən bilmiş və görüşlərin birində söhbət zamanı Şəbnəmə oğlunun işsiz olduğunu, dəfələrlə SOCAR-a fəhlə kimi işə düzəldilməsi üçün müraciət etdiyini, lakin iş tapa bilmədiyini demiş və Şəbnəmdən kömək etməsini xahiş etmişdir. Şəbnəm oğlunun işə düzəldilməsi üçün SOCAR-ın rəhbərliyi ilə danışacağını bildirmiş və bir müddət sonra rəhbər şəxslərlə danışdığını, oğlunun fəhlə kimi işə düzəldilməsi müqabilində 1200 manat pul tələb olunduğunu demişdir. 2019-cu ilin oktyabr ayının sonlarında o, Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında Şəbnəm ilə görüşmüş və orada Şəbnəmə 1200 manat pulu vermişdir. Daha sonra Təqsirləndirilən şəxs MİDA-dan verilən sosial evləri almağa köməklik edə bildiyini eşitmiş və bu məqsədlə də həmin evlərdən birini almaq istədiyi üçün Şəbnəmə müraciət etmişdir. Təqsirləndirilən şəxs telefon nömrəsi ilə Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, Şəbnəmə internetdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yenitikilidən 3 otaqlı MİDA-ya məxsus mənzili görüb bəyəndiyini bildirmiş və həmin mənzili almaq istədiyini demişdir. Şəbnəm ona həmin mənzili almaq üçün İlkin olaraq, 3000 manat pul verməli olduğunu bildirmiş və o, Şəbnəm ilə 2019-cu ilin dekabr ayında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında oğlu Elşən Həsənov ilə birlikdə görüşüb, Şəbnəmə 3000 manat pulu vermişdir. Beləliklə, o, Şəbnəmə ümumilikdə 4200 manat pul vermişdir. O, Şəbnəmə çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019cu ilin dekabr ayının ortalarında dayısının arvadı Zərərçəkmiş şəxs15 uzaq qohumu Təqsirləndirilən şəxs vasitəsilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəltdiyini demişdir. Ona maraqlı gəldiyindən Təqsirləndirilən şəxs telefon nömrəsini alıb Şəbnəm ilə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əmək haqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işlədiyindən Xırdalan şəhər poliklinikasında tibb bacısı işləyən anası X13 adına mənzil almaq qərarına gəlmişdir. Buna görə də anasına məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 3 otaqlı evlərə görə 3000 manat pul tələb olunur. O, bir ədəd üç otaqlı ev almaq istədiyini bildirmişdir. O, 2019-cu ilin dekabr ayının ortalarında Şəbnəmlə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən gül mağazasının qarşısında Şəbnəmə 3000 manat pul vermişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə ona bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapmış və beləcə müddəti uzatmağa çalışmışdır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Bundan sonra o, Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm müxtəlif bəhanələr gəlməyə başlamışdır. O və onun kimi pul verən şəxslər məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs21 oğlu – mülki iddiaçı ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonunda kirayədə yaşayır. O, uzun müddətdir ki, Bakı şəhərində ipoteka yolu ilə ev almaq istəmiş, buna görə bu barədə tanışlarıına bildirmişdir. 2019-ci il dekabrın 25-də tanışı Zərərçəkmiş şəxs20 ona zəng edərək X28 tərəfindən Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təklif etmişdir. O, Nadirə bildirmişdir ki, Şəbnəm adlı qadının mobil telefonunu versin, özü Şəbnəmlə danışıb, görüşsün. Nadir ona Şəbnəmin telefonunu vermiş və o, Təqsirləndirilən şəxs ilə telefonla danışıb, Şəbnəmlə Bakı şəhəri, Xətai rayonunda yerləşən «Həzi Aslanov» metrostansiyasının yaxınlığında görüşmüşdür. Təqsirləndirilən şəxs ona Yasamal rayonunda yerləşən Mənzil İnşaat Agentliyi tərəfindən inşa edilən binadan ipoteka yolu ilə mənzil almağına kömək edə biləcəyini bildirmişdir. Şəbnəmlə o, bir qədər söhbət etdikdən sonra Şəbnəm ona mənzilin İlkin ödənişi kimi 3000 manat verəcəyini bildirmişdir. O, Şəbnəmlə razılaşmışdır. Bundan sonra o, Şəbnəmə 29 dekabr 2019-cu ildə Yasamal rayonu ərazisində yerləşən SOCAR–ın Lahiya İnstitutun qarşısında 3000 manat pul vermişdir. Şəbnəm mənə 3 otaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Şəbnəm bundan sonra iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs istədiyi sənədlərin surətlərini Şəbnəmə vermişdir. Sonradan “Watsapp” ani mesajlaşma sistemi vasitəsi mənzilərə seçim mərhələsi üçün siyahı göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuşdur. O, Şəbnəmə çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapmış və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın, Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də də, Şəbnəm ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə 3000 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonunda Nürəddin Süleymanov küçəsi bina 1, mənzil 25-də kirayədə yaşayır. Uzun müddətdir ki, Bakı şəhərində ipoteka yolu ilə ev almaq istəmiş və buna görə bu barədə tanışlarına bildirmişdir. 2019-ci il dekabrın 24-də onun tanışı Zərərçəkmiş şəxs19 ona zəng edərək X28 tərəfindən Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təklif etmişdir. O, Ruslana bildirmişdir ki, Şəbnəm adlı qadının mobil telefonunu ona versin, özü Şəbnəmlə danışıb, görüşsün. Ruslanda ona Şəbnəmin telefonunu versin və o, Təqsirləndirilən şəxsynan telefonla danışıb, Şəbnəmlə Bakı şəhəri Xətai rayonunda yerləşən Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşmüşdür. Təqsirləndirilən şəxs ona Yasamal rayonunda yerləşən Mənzil İnşaat Agentli tərəfindən inşa edilən binadan ipoteka yolu ilə mənzil almağıma kömək edə biləcəyini ona bildirmişdir. Şəbnəmlə o, bir qədər söhbət etdikdən sonra Şəbnəm ona mənzilin İlkin ödənişi kimi 3000 manat verəcəyini bildirmişdir. O, Şəbnəmlə razılaşmamış və bildirmişdir ki, həmin məbləği o, hissə-hissə verəcəkdir. Şəbnəm onunla razılaşmışdır. Bundan sonra o, İlkin olaraq 25 dekabr 2019-cu ildə Şəbnəmə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 28 may metrostansiyasının daxilində 1000 manat, 27 dekabr 2019-cu ildə yənə həmin yerdə 500 manat, 10 yanvar 2020-ci ldə yenə həmin yerdə 500 manat verməklə ümumilikdə Şəbnəmə 2000 manat pul vermişdir. Şəbnəm ona 3 otaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Şəbnəm bundan sonra iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əmək haqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs ondan istədiyi sənədlərin surətlərini Şəbnəmə vermişdir. Sonradan “Watsapp” ani mesajlaşma sistemi vasitəsi mənzilərə seçim mərhələsi üçün siyahı göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuşdur. O, Şəbnəmə çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapmış və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də Şəbnəm ona müxtəlif bəhanələr gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə 2000 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Şıxlınski küçəsi, bina 37, mənzil 33-də kirayədə yaşayır. O, uzun müddətdir ki, Bakı şəhərində ipoteka yolu ilə ev almaq istəmişdir və buna görə bu barədə qohumlarına bildirmişdir. 2019-ci il dekabrın 23də onun qohumu X16 ona zəng edərək X28 tərəfindən Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təklif etmişdir. O, öz növbəsində təklifi almasa da X19 Şəbnəm kim olduğunu və nə ilə məşğul olduğunu soruşmuşdur. Gülzar isə ona demişdir ki, «mən şəxsən onu tanımıram, mənim rəfiqəmin tanışıdır ancaq onu bilirəm ki, SOCAR – da işləyir yaxşı vəzifəsi var və hardasa 1500 azn maaş alır, yəni ciddi adamdır». O, təklifi qəbul etməsə də, əlaqa nömrəsini almış və ətraflı məlumat üçün zəng etmişdir. Məlumat o qədər inanmışdır ki, o, təklifi iş yoldaşına və özü kimi mənzilə ehtiyacı olan bir neçə nəfərə təklif etmişdir. Təklifi qəbul etməməyinin səbəbi Dövlət tərəfindən təşkil olunacaq kirayə mənzillərin ipotekayla verilməsinin gözlədiyi MİDA-ya İlkin olaraq sənəd vermək olmamışdır. İpoteka saytında yaranmış texniki problem səbəbindən, sənəd verə bilmədiyi üçün bu təklifi dəyərləndirməyi qərara almışdır. Həmin vaxtı o, tanışları Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs21 ipoteka yolu ilə MİDA-dan mənzil almaq məqsədi ilə Təqsirləndirilən şəxs pul vermişdilər. Onlarda onun vasitəsilə Təqsirləndirilən şəxs tanımışdılar. O, buna görə də Təqsirləndirilən şəxs zəng edib, danışdıqdan sonra Şəbnəmə mənzil almaq məqsədi ilə pul vermək qərarına gəlmiş və bu səbəbdən 2020-ci ilin yanvarın 24-də Yasamal rayonu ərazisində yerləşən SOCAR–ın Lahiya İnstitutun qarşısında Təqsirləndirilən şəxs ilə görüşərək Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyinin inşa etdiyi kompleksdən güzəştli ipoteka yolu ilə mənzilin əldə olunması müqabilində ondan 4450 pul alaraq ona qeyd etdiyi sənədlərin gətirməyini bildirmiş və ona demişdir ki, ona 3 otaqlı mənzil veriləcəkdir. O da iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin Şəbnəmə təqdim olunmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs ondan istədiyi sənədlərin surətlərini Şəbnəmə vermişdir. Sonradan “Watsapp” ani mesajlaşma sistemi vasitəsi mənzilərə seçim mərhələsi üçün siyahı göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuşdur. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm ona müxtəlif bəhanələr gəlməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə 4450 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai rayonunda kirayədə yaşayır. O, uzun müddətdir ki, Bakı şəhərində ipoteka yolu ilə ev almaq istəmiş və buna görə bu barədə tanışlarına bildirmişdir. 2020-ci ilin yanvar ayının 23-də tanışı Zərərçəkmiş şəxs19 ona zəng edərək X28 tərəfindən Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təklif etmişdir. O, Ruslana bildirmişdir ki, Şəbnəm adlı qadının mobil telefonunu versin. Ruslanda ona Şəbnəmin telefonunu vermiş və o, Təqsirləndirilən şəxs ilə telefonla danışıb, Şəbnəmlə Bakı şəhəri, Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında görüşmüşdür. Təqsirləndirilən şəxs ona Yasamal rayonunda yerləşən Mənzil İnşaat Agentliyi tərəfindən inşa edilən binadan ipoteka yolu ilə mənzil almağına kömək edə biləcəyini bildirmişdir. Şəbnəmlə o, bir qədər söhbət etdikdən sonra Şəbnəm ona mənzilin İlkin ödənişi kimi 2000 manat verəcəyini bildirmişdir. O, Şəbnəmlə razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs 25 yanvar 2020-ci ildə Bakı şəhəri Xətai rayonunda yerləşən “Əhmədli” metrostansiyasının qarşısında 2000 manat pulu vermişdir. Şəbnəm ona 3 otaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Şəbnəm bundan sonra iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, Şəbnəmə çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. O, isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də Şəbnəm ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonunda kirayədə yaşayır. O, uzun müddətdir ki, Bakı şəhərində ipoteka yolu ilə ev almaq istəmiş və buna görə bu barədə tanışları və qohumlarına ipoteka yolu ilə mənzil axtarmağını bildirmişdir. 2020-ci ilin yanvar ayının sonlarında qohumu Zərərçəkmiş şəxs19 ona zəng edərək X28 tərəfindən Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi inşa etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təklif etmişdir. O, Ruslana bildirmişdir ki, Şəbnəm adlı qadının mobil telefonunu versin. Ruslanda ona Şəbnəmin telefonunu vermiş və o, Təqsirləndirilən şəxs ilə telefonla danışıb, Şəbnəmlə Bakı şəhəri, Yasamal rayonunda yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs ona Yasamal rayonunda yerləşən Mənzil İnşaat Agentliyi tərəfindən inşa edilən binadan ipoteka yolu ilə mənzil almağına kömək edə biləcəyini ona bildirmişdir. Şəbnəmlə o, bir qədər söhbət etdikdən sonra Şəbnəm ona mənzilin İlkin ödənişi kimi 2000 manat verməyi bildirmişdir. o, Şəbnəmlə razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayının əvvələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında qarşısında görüşərək, Şəbnəmə 2000 manat pulu vermişdir. Şəbnəm ona 3 otaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Şəbnəm bundan sonra iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, işləmədiyindən, həyat yoldaşı X29 Bakı şəhəri, Yasamal rayonunda yerləşən 60 saylı orta məktəbdə müəllimə işlədiyindən iş yerindən arayış arayış almış və şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra o, Şəbnəmə çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. O isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də Şəbnəm ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə 2000 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Ləman adlı Daxili İşlər Nazirliyində işləyən qadının qızı Ayan onun oğlu ilə Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə 2-ci sinifdə oxumuşlar. O, Ləmanı əvvəldən tanımamışdır. 2019-cu ilin fevral ayında Ləmanın həyat yoldaşının bacısı Şəbnəm kimi özünü ona təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadın demişdir ki, Ayanın bibisi olaraq sinifdə oxuyan uşaqlarının valideynlərinin “Watsapp” qrupuna onun da nömrəsinin salınmasını xahiş etmiş, o da etiraz etməmişdir. Sonralar o, uşağın dalınca məktəbə gələndə Şəbnəmi görmüşdür. Həmin ərəfələrdə Şəbnəmin telefon nömrəsindən onun telefon nömrəsinə sms gəlmiş və adı ilə müraciət olunaraq yazılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən MİDA tərəfindən tikilən sosial evlərdən güzəştli ipoteka yolu ilə mənzil almaqda ona köməklik edə bilər. O, ilk əvvəl Şəbnəmin nömrəsini tanımamış və buna görə sms gələn nömrəyə zəng etmişdir. Danışanda Şəbnəm olduğunu bilmiş və Şəbnəm ona guya sms-in ona deyil, başqa Könül adlı adama göndərdiyini, lakin səhv olaraq ona gəldiyini demişdir. O, həmin vaxt buna əhəmiyyət verməyib sms-də yazılanlar barədə Şəbnəmdən soruşmuşdur. Şəbnəm ona İlkin ödəniş kimi pulların verilməli olduğunu dedikdə onun yoldaşının işsiz olmasına və maddi imkanının olmamasına görə mənzillərlə bağlı sadəcə maraqlanmaqla kifayətlənmişdir. Təxminən bir ildən sonra artıq yoldaşı Kamal işləmiş və nisbətən maddi vəziyyətləri yaxşı olduğundan Şəbnəmi məktəbin həyətində görəndə Şəbnəmin sms-də yazdıqları yadına düşmüş və Şəbnəmdən satılmamış mənzillərin qalıb-qalmadığını soruşmuşdur. Şəbnəm ona bir neçə mənzil qaldığını və tezliklə alınmalı olduğunu bildirmişdir. Şəbnəm İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əmək haqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, dövlət işində işlədiyindən iş yerindən arayışı və sair sənədləri götürüb Şəbnəmə vermişdir. Şəbnəm ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. Şəbnəm həmçinin ona demşdir ki. nə qədər çox pul versək o, qədər mənzil almaq məsələsi tez həllini tapar. O, bu barədə yoldaşı Kamla demiş və qərara gəlmişlər ki, bir ədəd iki otaqlı və bir ədəd üçotaqlı mənzil alsınlar. O, Şəbnəmə bu barədə dedikdə Şəbnəm etiraz etməmişdir. O, 23.02.2020-ci il tarixdə iki otaqlı evə görə 3.000 manat pulu, 27.02.2020-ci il tarixdə isə üçotaqlı evə görə 2.500 manat pulu Şəbnəmin işlədiyi Socarın Neftqazelmilayihələndirmə İnstitutunun giriş qapısının qarşsında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 23 ünvanında Şəbnəm özü ilə görüşüb vermişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bildirişlər göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. O və yoldaşı Kamal Şəbnəmlə danışanda tanışları eşitmiş və o, qohumları Şəbnəmlə əlaqələndirib Şəbnəmin telefon nömrəsini vermişdir. Şəbnəm də onun kimi qohumların mənzil məsələlərini həll edəcəyi adı ilə xeyli miqdarda pullarını almışdır. Vaxt uzandıqda o, Şəbnəmə demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişdir. Orada onun kimi Şəbnəmə pul verən Zərərçəkmiş şəxs16 ilə tanış olmuşdur. O, olanları İradəyə danışmışdır. O, İradə xanımla birlikdə Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Şəbnəmin qardaşının arvadı Ləman gəlmiş və şikayət etməməyi, tezliklə Şəbnəmin pulları qaytaracağını bildirmişdir. X6tışmadığını bildirmiş və Ləman başqa bir vəd verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonunda kirayədə yaşayır. Uzun müddətdir ki, Bakı şəhərində ipoteka yolu ilə ev almaq istəmiş və buna görə bu barədə tanışlarına bildirmişdir. 2020-ci ilin yanvar ayının sonunda tanışı Zərərçəkmiş şəxs24 qohumu Zərərçəkmiş şəxs19 ona zəng edərək X28 tərəfindən Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Agentliyi İnşaat etdiyi kompleksdə güzəştli ipoteka yolu ilə mənzil əldə olunmasını təklif etmişdir. O, Ruslana bildirmişdir ki, Şəbnəm adlı qadının mobil telefonunu versin. Ruslanda ona Şəbnəmin telefonunu vermiş və o, Təqsirləndirilən şəxs ilə telefonla danışıb, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında görüşmüşdür. Təqsirləndirilən şəxs ona Yasamal rayonunda yerləşən Mənzil İnşaat Agentli tərəfindən inşa edilən binadan ipoteka yolu ilə mənzil almağına kömək edə biləcəyini ona bildirmişdir. Şəbnəmlə o, bir qədər söhbət etdikdən sonra Şəbnəm ona mənzilin İlkin ödənişi kimi 3000 manat verəcəyini bildirmişdir. O, Şəbnəmlə razılaşmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs 28 yanvar 2020-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutun qarşısında 3000 manat pulu vermişdir. Şəbnəm ona 3 otaqlı mənzil təşkil edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng edərək, əlavə olaraq 1 otaqlı mənzil də təşkil edəcəyini və ondan 1500 manat pul istəmiş, o, İlkin olaraq, Şəbnəmlə razılaşmamış, lakin Təqsirləndirilən şəxs ondan əl çəkməmiş və ona mənzilin daha da əlverişli olduğunu bildirərək, ondan əlavə olaraq 2020-ci ilin fevral ayının sonunda Şəbnəmə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən SOCAR-ın Lahiya İnstitutunun qarşısında 1500 manat pul vermişdir. Beləliklə Təqsirləndirilən şəxs ona 3 otaqlı və 1 otaqlı 2 mənzil Yasamal rayonunda yerləşən Mənzil İnşaat Dövlət Aqentliyi İnşaat etdiyi binadan təşkil edəcəyini bildirmişdir. O, işləmədiyindən məcbur olub bacısı X14 işlədiyi yerdən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin Şəbnəmə təqdim etmişdir. O, Şəbnəmə çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. O, isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də Şəbnəm ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə 4450 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020ci ili mart ayının əvəllərində qohumu Zərərçəkmiş şəxs11 demişdir ki, özü üçün Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə Təqsirləndirilən şəxs adlı qadın mənzil düzəldir. Ona maraqlı gəldiyindən Vüsaldan Təqsirləndirilən şəxs telefon nömrəsini almışdır. O, həmin Şəbnəmlə danışdıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işlədiyindən müəllimə işləyən anası X2 adına mənzil ala biləcəyini Şəbnəmdən soruşmuşdur. Şənbnəm xanım mümkün olduğunu bildirdikdən sonra ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, məbləğin uyğun olduğunu görüb bacısının yoldaşı və dövlət işində işləyən X23 adına da özü üçün mənzil almaq qərarına gəlmişdir. Bu barədə Şəbnəm xanıma dedikdə etiraz etməmişdir. 13 mart 2020-ci il tarixdə o, Şəbnəm xanımla Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında görüşüb Şəbnəm iki ədəd 2 otaqlı mənzilin alınması üçün ümumilikdə 4.000 manat pul vermişdir. Bundan sonra Şəbnəmin tələb etdiyi sənədlərin surətlərini, yaşayış yerindən arayışları, iş yerindən arayışları və sair sənədləri Şəbnəmin işlədiyi Socarın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən idarəsində giriş qapısının qarşısında vermişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bizə bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. Sonradan ona məlum olmşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçiribdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm ona və mənim kimi eyni adla pul aldığı şəxslərə müxtəlif bəhanələr gəlməyə başlamışır. O və onun kimi pul verən şəxslər məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişlər. Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Şəbnəmim qardaşı Kənan adlı şəxs və yoldaşı Ləman xanım gəlmişdir. Ləman xanım ona DİN-də işlədiyini, şikayət etməməyi, tezliklə Şəbnəmin onun pulunu qaytaracağını bildirmişdir. O, Ləman xanımı birinci dəfə idi ki, görmüş və Ləmanla heç bir danışığı olmamışdır. Ləman xanım ona heç bir başqa vəd verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 2020ci ili mart ayının əvəllərində kürəkəni, həm də onunla birlikdə işləyən Zərərçəkmiş şəxs11 demişdir ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə bir qadın mənzil düzəldir. Ona maraqlı gəldiyindən Təqsirləndirilən şəxs telefon nömrəsini alıb Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işlədiyindən müəllimə işləyən baldızı X20 adına mənzil almaq qərarına gəlmişdir. Buna görə də baldızına məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, bir ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. O, 2020-ci ilin mart ayının əvvəllərində Şəbnəmlə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığındakı evinin qarşısında Şəbnəmə 2.000 manat pul vermişdir. Qalan pulu da evi alqı-satqı edərkən verəcəyni bildirmişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə ona bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Vüsala dedikdə ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçiribdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm müxtəlif bəhanələr gəlməyə başlamışdır. O və onun kimi pul verən şəxslər məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişdir. Birlikdə Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Şəbnəmim qardaşı Kənan adlı şəxs və Şəbnəmin yoldaşı Ləman xanım gəlmişdir. Ləman xanım ona DİN-də işlədiyini, şikayət etməməyi, tezliklə Şəbnəmin pulumuzu qaytaracağını bildirmişdir. O, Ləman xanımı birinci dəfə idi ki, görmüş və Ləmanla heç bir danışığı olmamışdır. Ləman xanım ona heç bir başqa vəd verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 2020-ci ili mart ayının əvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs11 demişdir ki, tanışı Kamal Məsməliyev üçün Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə bir qadın mənzil düzəldir. Vüsal onun da evə ehtiyacı olduğunu bilib ona və digər iş yoldaşı Zərərçəkmiş şəxs14 bu barədə demişdir. Vüsaldan o, mənzil barədə soruşanda Vüsal ona Təqsirləndirilən şəxs adlı qadının telefon nömrəsini vermişdir. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin notariatda təsdiq olunmuş surətinin təqdim olunmasını bildirmişdir. O və həyat yoldaşı özəl işdə işlədiyindən o, əvvəllər Dövlət Statistika Komitəsində işləyən zamandan tanıdığı və hazırda orada şöbə müdiri işləyən Şahid1 bu işdə kömək etməsini xahiş etmişdir. Aypara etiraz etməyib sənədlərini ona vermiş və o, Şəbnəm xanımla Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında yerləşən ünvanda görüşüb sənədləri vermişdir. Həmin gün yoldaşının dostu Rüfət Mahmudzadə də sənədlərinin surətlərini çıxarıb 2500 manat pulla onun yanında Şəbnəm xanıma vermişdir. Şəbnəm xanım demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. Aypara xanım demişdir ki, həmin şərtlərlə özü üçün də ev almaq istəyir. O, bu barədə Şəbnəm xanıma dedikdə Şəbnəm, bunun mümkün olduğunu bildirmişdir. Sonradan o, Şəbnəm xanıma yaşadığı Xətai rayonu ərazisində yerləşən evinin yaxınlığında özü üçün 2.500, Aypara xanım üçün 2.000 manat olmaqla ümumilikdə 4.500 manat pulu Şəbnəmə vermişdir. Həmin 4.500 manat pul onun özünə məxsus pul olmuşdur. O, öz yerinə və Aypara xanımın yerinə pul verdikdə həmin vaxt yanımızda olan Rüfət də ona verdiyi 2.500 manat pulu o, sayıb Şəbnəmə vermişdir. Amma, 2500 manat pulun ona heç bir aidiyyəti yoxdur və Rüfətə məxsusdur. O, Şəbnəm haqqında öyrəndikdə məlum olmuşdur ki, Şəbnəm Socar şirkətində işləyir və iş yeri, 20 yanvar metrostansiyası yaxınlığında Tusi klinikası ilə üzbəüz yerləşən Socarın inzibati binasıdır. Tanışı Zərərçəkmiş şəxs14 da qaynanası X21 adına sənədləri və pul vəsaitini Şəbnəmə vermişdi. Onun iş yoldaşı və Şəbnəm haqqında eşitdiyim Zərərçəkmiş şəxs11 də anası X17 adına sənədləri və pul vəsaitini Şəbnəmə vermişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə ona bildirişlər göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Daha sonra o, Şəbnəm xanma demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, yoldaşıyla gedib binaya baxdıqda komendant demişdir ki, burada olan mənzillər çoxdan satılıb. O, bundan sonra Şəbnəmlə görüşmək istəsək də, Şəbnəm müxtəlif bəhanələr gəlməyə başlamışdır. O, məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişdir. Orada iş yoldaşı Vüsalın tanışı Kamal adlı şəxsin arvadı Zərərçəkmiş şəxs5 ilə tanış olmuşdur. Könül xanım da onun kimi Şəbnəmə MİDA-dan mənzil almaq üçün pul vermişdir. Könül demişdir ki, Şəbnəmin qardaşının yoldaşı Ləman adlı Daxili İşlər Nazirliyində işləyən xanımla rəfiqə olduğunu və Şəbnəm Ləmanın telefonundan Könül xanıma mənzil barəsində sms yazıb, sonra deyib ki, guya səhv göndərmişdir. Könül xanım üçün də smsdə göstərilənlər maraqlı olub Şəbnəm xanıma müraciət edibdir. O, Könül xanımla birlikdə Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Ləman xanım gəlmiş və ona DİN-də işlədiyini, şikayət etməməyi, tezliklə Şəbnəmin pulları qaytaracağını bildirmişdir. O, Ləman xanımı birinci dəfə idi ki, görmüş və Ləmanla heç bir danışığı olmamışdır. Ləman xanım ona heç bir başqa vəd verməmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə maddi ziyana görə 4500 manat və mənəvi ziyana görə 10000 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, evi iş yerindən uzaq olduğuna görə uzun müddət idi ki, uyğun şərtlərlə Bakı şəhərindən ev axtarmışdır. 2020-ci ilin mart ayının əvəllərində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs16 və yoldaşı Elgün Xəlilzadə ilə səhər birlikdə işə gedərkən onlar ona demişlər ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə bir qadın mənzil düzəldir. Ona maraqlı gəldiyindən İradə xanımdan bunun necə olduğunu soruşmuşdur. İradə xanım ona Təqsirləndirilən şəxs adlı qadının telefon nömrəsini vermişdir. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işlədiyindən yoldaşının müəllimə işləyən bibisi X1 bu işdə bizə köməklik etməsini xahiş etmişdir. Mehparə xanım da etiraz etməyib razılıq vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, üç otaqlı ev almaq istədiyimi bildirmişdir. 18 mart 2020-ci il tarixdə o, Şəbnəm xanımla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən Şəbnəmin işlədiyi Socarın idarəsinin giriş qapısının qarşısında görüşüb Şəbnəmə 2.500 manat pul vermişdir. Həmin vaxt onun yanında Elgün də olmuşdur. Şəbnəm ondan tələb etdiyi sənədləri Mehparə xanımdan alıb Şəbnəmə vermişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bildirişlər və mənzili almağıma dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığımdan Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə İradə və Elgünə dedikdə ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm müxtəlif bəhanələr gətirməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini bildirmiş, iş üzrə 2500 manat məbləğində mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun evi olmadığına, kirayədə yaşadığına görə uzun müddət idi ki, ev axtarmışdır. 2020-ci ili mart ayının əvəllərində onun Xətai adlı tanışı ona demişdir ki, tanışı Kamal Məsməliyev üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə bir qadın mənzil düzəldir. Ona maraqlı gəldiyindən Kamalın nömrəsinə zəng edib soruşduqda Kamal Təqsirləndirilən şəxs adlı qadının telefon nömrəsini vermişdir. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işləsə də bilmişdir ki, məcburi köçkün olduğundan ona güzəştli ipoteka düşür. Bu barədə Şəbnəmə dedikdə sonuncu onun imtiyazlı şəxslərə aid olduğunu təsdiq edib güzəştli ipoteka ilə mənzil ala biləcəyini bildirmişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, üçotaqlı ev almaq istədiyini bildirmişdir. 06 mart 2020-ci il tarixdə o, Şəbnəm xanımla Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyası yaxınlığında görüşüb Şəbnəmə 2.000 manat pul vermişdir. Bildirmişdir ki, qalan pulu da evi alqı-satqı edərkən verəcəkdir. 09 mart 2020-ci il tarixdə o, Şəbnəmə tələb etdiyi sənədlərin surətləri, nigah haqqında şəhadətnamənin surəti, yoldaşı ilə onun şəxsiyyət vəsiqələrinin surətlərini, yaşayış yerindən arayışı, iş yerindən arayışı və sair sənədləri H.Aslanov metrostansiyası yaxınlığında özü ilə görüşüb vermişdir. Sonradan Şəbnəm ona zəng edib demişdir ki, hamı 3 otaqlı evə 2.500 manat pul verib, o da əlavə 500 manatı verməlidir, guya Şəbnəmdən MİDA-nın rəhbərliyi nəsə şübhələnər. Şəbnəmin bu sözündən sonra o, 500 manat pulu vermək istəyəndə Şəbnəm ona demişdir ki, onsuzda alqı-satqı zamanı o, pul verməlidir, indidən biraz artıq pul versə, onun mənzil almaq növbəsi əvvələ düşər. O, Şəbnəmin bu yalanına da aldanmış və 26 mart 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonda Şəbnəmin göndərdiyi taksi sürücüsünə ümumilikdə 1.400 manat pul vermişdir. Şəbnəm həmin pulun çatdığını təsdiq etmişdir. O, Şəbnəm haqqında öyrəndikdə ona demİşlər ki, Şəbnəm Socar şirkətində işləyir və iş yeri, 20 yanvar metrostansiyası yaxınlığında Tusi klinikası ilə üzbəüz yerləşir. Şəbnəm Socarın həmin idarəsində mühəndis vəzifəsində işləyir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdi. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDAya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapmış və beləcə müddəti uzatmağa çalışmışdır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Kamala dedikdə ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçiribdir. Bundan sonra Şəbnəmlə görüşmək istəsək də, Şəbnəm ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. O və onun kimi pul verən şəxslər məcbur olub onun yaşadığı binanın qarşısına getmişdir. Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Şəbnəmim qardaşı Kənan adlı şəxs və Şəbnəmin yoldaşı Ləman xanım gəlmişdir. Ləman xanım ona DİN-də işlədiyini, şikayət etməməyi, tezliklə Şəbnəmin aldığı pulu qaytaracağını bildirmişdir. O, Ləman xanımı birinci dəfə idi ki, görmüş və onunla heç bir danışığı olmamışdır. Ləman xanım ona heç bir başqa vəd verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2020ci ilin mart ayının əvəllərində onun qohumu Zərərçəkmiş şəxs11 ona demişdir ki, özü üçün bir qadın Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəldir. Ona maraqlı gəldiyindən Vüsaldan Təqsirləndirilən şəxs telefon nömrəsini alıb Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işlədiyindən Socarda mühəndis işləyən qızı, 1996-cı il təvəllüdlü X15 adına mənzil almaq qərarına gəlmişdir. Buna görə də qızına məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, bir ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. 06 aprel 2020-ci il tarixdə o, Şəbnəm xanımla danışıb Şəbnəmin işlədiyi, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Socarın Neftqazlayihələndirmə İnstitutunun qarşısına gəlib Şəbnəmlə görüşüb 2.000 manat pulu Şəbnəmə vermişdir. Danışmışlar ki, qalan pulu da evi alqı-satqı edərkən verəcəkdir. Sonrakı müddətdə Şəbnəm pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə ona bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunü qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Vüsalla danışdıqda ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2020ci ili mart ayının əvəllərində onun Elçin adlı tanışı ona demişdir ki, tanışı Kamal Məsməliyev üçün Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə bir qadın mənzil düzəldir. Ona maraqlı gəldiyindən Kamalın nömrəsinə zəng edib soruşmuş, Kamal da ona Təqsirləndirilən şəxs adlı qadının telefon nömrəsini vermişdir. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, özəl işdə işlədiyindən müəllimə işləyən anası X17 adına mənzil almaq qərarına gəlmişdir. Buna görə də anasına məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, iki ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. 06 mart 2020-ci il tarixdə o, Şəbnəm xanımla işlədiyi, Bakı şəhəri, Yasamal rayonu ərazsində yerləşən Socarın Neftqazlayihələndirmə İnstitutunda giriş qapısının qarşısında Şəbnəmə 4.000 manat pul vermiş, qalan pulu da evi alqı-satqı edərkən verəcəkdir. Sonradan Şəbnəm ona zəng edib demşdir ki, onsuzda alqı-satqı zamanı o, mənzillərə görə əlavə pul verməlidir, indidən biraz artıq pul versə, onun mənzil almaq növbəsi əvvələ düşər, eyni zamanda onun verdiyi pul sonradan evin ümumi məbləğindən çıxarılaraq, hesablanacaqdır. Həmçinin Təqsirləndirilən şəxs ona özünün maddi durumunun yaxşı olmadığını, özünə də ev almaq istədiyini bildirmişdir. O, Şəbnəmin bu yalanına da aldanmış və 09 aprel 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində Şəbnəmə 3.000 manat pul vermişdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə ona bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından onun dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Kamala dedikdə ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçiribdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm ona müxtəlif bəhanələr gəlməyə başlamışdır. O və onun kimi pul verən şəxslər məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişdir. Birlikdə Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Şəbnəmim qardaşı Kənan adlı şəxs və yoldaşı Ləman xanım gəlmişdir. Ləman xanım ona DİN-də işlədiyini, şikayət etməməyi, tezliklə Şəbnəmin pulları qaytaracağını bildirmişdir. O, Ləman xanımı birinci dəfə idi ki, görmüş və Ləmanla heç bir danışığı olmamışdır. Ləman xanım ona heç bir başqa vəd verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşı Zərərçəkmiş şəxs11 vasitəsi ilə tanımışdır. Belə ki, Vüsal ilə söhbət zamanı Vüsal Şəbnəm adlı tanışının olduğunu, Şəbnəmin MİDA-nın rəhbərliyinin tanışı olmasını, istənilən şəxsin MİDA-dan ev almasına köməklik göstərə biləcəyini bildirmişdir. Ona maraqlı gəldiyindən Vüsaldan Təqsirləndirilən şəxs telefon nömrəsini alıb Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin ona təqdim olunmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona 2 otaqlı ev üçün 2000 manat, 3 otaqlı ev üçün isə 2500 manat pulun tələb olunduğunu bildirmiş və bundan sonra o, 2 otaqlı evin ona kifayət edə biləcəyini fikirləşmişdir. Bu məqsədlə də, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən MİDA tərəfindən tikilmiş 2 otaqlı evi almaq istədiyini bildirmiş və Şəbnəmlə iş yerinin yanında, yəni Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında Şəbnəm Vəliyavaya 2000 manat pul vermişdir. Bu hadisədən təxminən 10 gün sonra o, 2 otaqlı evin mənə kifayət etməyəcəyini düşünmüş və 3 otaqlı ev almaq istəmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ilə danışmış və Şəbnəm xanım ona əlavə olaraq 500 manat verməli olduğunu demişdir. O, Şəbnəmlə Şəbnəmin yaşadığı ünvan 20 ünvanda blokda görüşmüş və Şəbnəmə 3 otaqlı ev üçün əlavə olaraq 500 manat pul vermişdir. Bu hadisədən bir müddət sonra Şəbnəm ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və ondan borc istəmişdir. Şəbnəm ona yekunda bunun onun mənzil üçün ödəməli olduğu məbləğdən çıxılacağını bildirmişdir. Şəbnəm onun etibarını qazandığı üçün artıq mənzilin alınmasında hər hansı bir problemlə qarşılaşmayacağını düşünmüşdür. Şəbnəmlə danışıq zamanı Şəbnəm ona artıq hər şeyin hazır olduğunu deyib, bununla bağlı ona Whatsapp mobil tətbiqlə bildirişlər göndərmişdir. Həmin bildirişləri gördükdən sonra o, mənzilinin alınmağına hər hansı bir şübhə etməmişdir. Şəbnəmin maddi durumunun pis olmasına görə 09 aprel 2020-ci il tarixdə Şəbnəmlə onun yaşadığı ünvan 25 ünvanın qarşısında görüşərək, 1500 manat pulu Şəbnəmə vermişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvəllərində onun qohumu Zərərçəkmiş şəxs11 ona demişdir ki, onun üçün bir qadın Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəldir. Ona maraqlı gəldiyindən Vüsaldan Təqsirləndirilən şəxs telefon nömrəsini almışdır. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əmək haqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, tələbə olduğundan və heç bir yerdə işləmədiyindən müəllimə işləyən anası X12 adına mənzil almaq qərarına gəlmişdir. Buna görə də anasına məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, bir ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. 14 aprel 2020-ci il tarixdə o, Şəbnəm xanımla danışıb 2.000 manat pulu Şəbnəmin göndərdiyi Volksvagen markalı avtomobillə gələn taksi sürcüsünə Xırdalanda yaşadığı evin qarşısında vermişdir. Pulu alandan sonra Şəbnəm ona məlumat vermişdir. Sonrakı müddətdə Şəbnəm pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bizə bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Vüsalla danışdıqda ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçiribdir. O, bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm ona müxtəlif bəhanələr gəlməyə başlamışdır. O və onun kimi pul verən şəxslər məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişdir. Birlikdə Şəbnəmin yaşadığı evə getdikdə Şəbnəmin ailə üzvləri ilə tanış olmuş, sonra Şəbnəmin qardaşı Kənan adlı şəxs və yoldaşı Ləman xanım gəlmişdir. Ləman xanım ona DİN-də işlədiyini, şikayət etməməyi, tezliklə Şəbnəmin pulları qaytaracağını bildirmişdir. O, Ləman xanımı birinci dəfə idi ki, görmüş və Ləmanla heç bir danışığı olmamışdır. Ləman xanım ona heç bir başqa vəd verməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Elşən adlı şəxs vasitəsi ilə tanımışdır. Belə ki, Elşən Şəbnəmin qonşusu olmuş və Elşənlə arasında olan söhbət zamanı Elşən Şəbnəm adlı qonşusunun olduğunu, Şəbnəmin MİDA-nın rəhbərliyinin tanışı olmasını, istənilən şəxsin MİDA-dan ev almasına köməklik göstərə biləcəyini bildirmişdir. Ona maraqlı gəldiyindən Elşəndən Təqsirləndirilən şəxs telefon nömrəsini alıb Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin ona təqdim olunmasını bildirmişdir. O və bacısı Xədicə Şəbnəmlə Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmüş və orada özünə məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. O, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən bir ədəd üç otaqlı ev almaq istədiyini bildirmişdir. Şəbnəm ona ev üçün 2000 manat, öz zəhmət haqqı üçün isə təxminən 1000-1500 manat pul lazım olduğunu demişdir. 2020-ci il tarixdə fevral ayının əvvəllərində Şəbnəm xanımla danışmış və bacısı Xədicə vasitəsi ilə Şəbnəmə 2000 manat pul göndərmişdir. Bundan sonra ona məlum olmuşdur ki, bacısı Xədicə Şəbnəmin işlədiyi, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Socarın Neftqazlayihələndirmə İnstitutunun qarşısına gəlib Şəbnəmlə görüşüb, orada Şəbnəmə 2000 manat pul vermişdir. Bu hadisədən bir müddət sonra Şəbnəm ona maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və ondan borc istəmişdir. O, Şəbnəmə onsuz da ev məsələmə görə zəhmət haqqı verməlidi imiş və Şəbnəm onun etibarını qazandığı üçün artıq mənzilin alınmasında hər hansı bir problemlə qarşılaşmayacağını düşünmüşdür. Şəbnəmlə aralarında olan danışıq zamanı Şəbnəm ona artıq hər şeyin hazır olduğunu deyib, bununla bağlı ona Whatsapp mobil tətbiqlə bildirişlər göndərmişdir. Həmin bildirişləri gördükdən sonra o, mənzilinin alınmağına hər hansı bir şübhə etməmişdir. Şəbnəm ona sonuncu olaraq, bank İşlərinin həlli üçün əlavə 500 manat lazım olduğunu demişdir. Şəbnəmin maddi durumunun pis olmasına görə 17 aprel 2020-ci il tarixdə Bakı şəhəri, “Əhmədli” metrostansiyası yaxınlığında Şəbnəmlə təklikdə görüşərək, 1700 manat pulu zəhmət haqqı, 500 manat pulu isə bank ödənİşləri kimi olmaqla, Şəbnəmə ümumilikdə 2200 manat pul vermişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demşdir ki, əgər iş alınmırsa pulunu qaytarsın. O isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. Bu barədə Kamalla danışdıqda ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla və orada ailəsi ilə birlikdə yaşayır. Özü “xxxx” bankda mütəxəssis işləyir, Təqsirləndirilən şəxs barəsində DYNPl-nə ərizə ilə mən müraciət etmişdir, ərizə əsasında onu qeyd etmək istəyir ki, o, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 42 saylı orta məktəbi bitirmiş, Təqsirləndirilən şəxs isə onun sinif yoldaşı olmuşdur. Məktəbi bitirdikdən sonra onunla münasibəti olmamış, 2020-ci ilin aprel ayında Şəbnəm onunla “Facebook” sosial şəbəkəsində əlaqə saxlamağa başlamış, onların münasibətləri yaranmış və daha sonra mobil telefon vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. O, özünü “Socar”ın əməkdaşı kimi təqdim etmiş və bildirirmişdir ki, orada işləmiş, Şəbnəm telefonla danışıq zamanı ona sosial evlərdən ev almağı təklif etmiş və ona bildirmişdir ki, həmin sahədə çalışan adamlarla yaxın əlaqəsi vardır. Şəbnəm evin alınması üçün ilk öncədən 2500 manat ödəməli olduğunu bildirmiş, bütün sənədləşmə işi qurtardıqdan sonra Şəbnəmin dediyinə görə daha 4000 manat pul ödəməli imiş və evin ümumi dəyərinin isə 65000 manat olduğunu demiş, o, da Şəbnəmlə razılaşmış və işlədiyi ünvan 26 ünvanda yerləşən “xxxx” bank ASC-dən köçürmə yolu ilə onun göndərdiyi “Beynəlxalq Bank” da olan kart hesabına 29 aprel 2020-ci il tarixdə 2500 manat pul köçürmüş, həmin pul ona məxsusdur. Həmin köçürmə əməliyyatının qəbzinin surətini də təqdim etmişdir. Daha sonra isə Şəbnəm ona verdiyi vədi əməl etməmiş və pulunu da geri qaytarmamışdır. Şəbnəm pulunu ələ keçirmış və pulunu ələ keçirdikdən sonra onu aldatmış və ümumiyyətlə onun istifadə etdiyi (055) ***-**-** və (050) *** ** ** nömrələri ilə əlaqə saxlamaq mümkün olmamış və bu səbəbdən onunla əlaqə saxlaya bilməmişdir. Halhazırda Təqsirləndirilən şəxs ilə barışmadığını, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin sahəsi az olduğu üçün mənzilməişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət etmək qərarına gəlmişdir. Onun ipoteka yolu ilə ev almaq istədiyindən qohumlarının da xəbəri olmuşdur. 2019-cu ilin noyabr ayının sonunda qohumları ilə bir məclisə olarkən söhbət edən zaman uzaq qohumu Təqsirləndirilən şəxs Rafıq qızı Mənzil İnşaatı Dövlət Agentliyinin vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və Agentliyin Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi binada 3 otaqlı mənzil əldə etməmə köməklik göstərə biləcəyini bildirmişdir. Habelə, qeyd etmişdir ki, bunun üçün İlkin olaraq 3.000(üç min) manat vəsait ödənilməlidir. O, Təqsirləndirilən şəxs dedikləri ilə razılaşmış və 01 dekabr 2019-cu il tarixdə qardaşı X35 şəhərində yaşaydığı evdə Şəbnəmlə görüşüb Şəbnəmə 3.000 (üç min) manat pul vəsaiti vermişdir. Həmin vaxt, Təqsirləndirilən şəxs vəsaiti Agentliyin bank hesabına ödəyəcəyini və evin sənədləşməsi ilə bağlı digər məslələri yaxın müddət ərzində həll edəcəyini bildirmişdir. Lakin, həmin müddətdən 3 ay keçməsinə baxmayraq Təqsirləndirilən şəxs tərəfindən heç bir sənədləşəmə aparılmadığını görüb, Şəbnəmdən verdiyi 3.000 (üç min) manat vəsaiti geri tələb etmişdir. Təqsirləndirilən şəxs vəsaiti Agentliyin bank hesabına köçürdüyünü, yaxın günlər ərzində hesabdan geri çəkib qaytaracağını bildirmiş, lakin həmin vaxtdan 2 ay müddət keçməsinə baxmayaraq Şəbnəm bankın bağlı olduğunu, Agentliyin bank hesabı ilə bağlı çətinliklər yarandığını və bu kimi müxtəlif bəhanələr gətirərək vəsaiti geri qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvəllərində qardaşı Feyziyev Bəhruz ona demişdir ki, iş yoldaşı Kamal Məsməliyev üçün bir qadın Bakı şəhəri, Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəldir. Maraqlı gəldiyindən Kamalın nömrəsinə zəng edib soruşdum, Kamal da ona Təqsirləndirilən şəxs adlı qadının telefon nömrəsini vermişdir. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunması lazımdır. O, həkim işləyən yoldaşı X24 adına mənzil almaq qərarına gəlmişdir. Buna görə də yoldaşına məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, bir ədəd iki otaqlı ev almaq istədiyini bildirmişdir. 12 mart 2020-ci il tarixdə o, Şəbnəm xanımla danışıb Şəbnəmin işlədiyi, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Socarın Neftqazlayihələndirmə İnstitutunun qarşısına getmiş, orada Şəbnəmə zəng edəndə Şəbnəm ona demişdir ki, yaxınlıqda yerləşən kafelərdən birində yemək yeyir. O da buna görə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yanına getmiş və orada sənədləri, həmçinin, 2000 manat pulu Şəbnəmə vermişdir. Danışmışlar ki, qalan pulu da evi alqı-satqı edərkən verəcəkdir. Sonrakı müddətdə Şəbnəm ona pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDAya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O, həmin ərəfədə yoldaşı ilə birlikdə ona sms-lə göndərilən mənzilə baxmaq üçün Yasamal rayonuna sosial evlərin tikildiyi yerə getdikdə məlum olmuşdur ki, ona sms-lə göndərilən mənzildə artıq başqa adamlar yaşayır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsı. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Kamalla danışdıqda məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm müxtəlif bəhanələr gəlməyə başlamışdır. O və onun kimi pul verən şəxslər məcbur olub Şəbnəmin yaşadığı binanın qarşısına getmişlər. Ondan başqa pul verən şəxslər Şəbnəmin yaşadığı mənzilə qalxsalar da o, həmin şəxslərlə birlikdə qalxmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvəllərində qohumu Kamal Məsməliyev ona demişdir ki, öznü üçün bir qadın Bakı şəhəri, Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəldir. Ona maraqlı gəldiyindən Kamaldan Təqsirləndirilən şəxs telefon nömrəsini almışdır. O, həmin Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əmək haqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim olunmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs ondan istədiyi sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, bir ədəd üç otaqlı ev almaq istədiyini bildirmişdir. 2020-ci ilin mart ayının əvvəllərində o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Neptun” marketin qarşısında 2500 manat pulu vermişdir. Sonrakı müddətdə Şəbnəm pulun “MİDA” ya ödənilməsi barədə “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə ona bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapmış və beləcə müddəti uzatmağa çalışmışdır. O, artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulumu qaytarsın. Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. O, bu barədə Kamalla danışdıqda ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Bundan sonra Şəbnəmlə görüşmək istəsə də, Şəbnəm ona müxtəlif bəhanələr gəlməyə başlamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvəllərində tanışı Kamal Məsməliyev ona dedi ki, onun üçün Şəbnəm adlı bir qadın Bakı şəhəri Yasamal rayonunda yerləşən sosial evlərdən güzəştli ipoteka ilə mənzil düzəldir. Maraqlı gəldiyindən Kamaldan Təqsirləndirilən şəxs telefon nömrəsini alıb Şəbnəmlə danışmış və maraqlandıqda Şəbnəm ona demişdir ki, dövlət işində işləyən şəxslərə güzəştli ipoteka ilə mənzillər verilir. İlkin sənədlər kimi iş yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, əməkhaqqı kartının üst hissəsinin surətini və nigah haqqında şəhadətnamənin surətinin təqdim etmək lazımdır. O, özünə məxsus sənədlərin surətlərini Şəbnəmə vermişdir. Şəbnəm xanım ona demişdir ki, İlkin ödəniş kimi sosial evlərdən 2 otaqlı evlərə görə 2.000 manat, 3 otaqlı evlərə görə isə 2.500 manat pul tələb olunur. O, bir ədəd üç otaqlı ev almaq istədiyini bildirmişdir. 2020-ci ilin mart ayının əvvəllərində tarixdə o, Şəbnəm xanımla danışıb Şəbnəmin işlədiyi, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Socarın Neftqazlayihələndirmə İnstitutunun qarşısına gəlib Şəbnəmlə görüşüb 1.700 manat pulu Şəbnəmə vermişdir. Bundan təxminən bir iki gün sonra o, Şəbnəmə Əhmədli metrostansiyasının qarşısında 800 manat pul vermişdir. Danışmışlar ki, qalan pulu da evi alqı-satqı edərkən verəcəkdir. Lakin Şəbnəm az müddət keçmiş ondan əlavə 2.000 manat pul istəmişdir ki, o da həmin pulu Şəbnəmə inandığına görə öz yaşadığı evin qarşısında, yəni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 59 saylı binanın qarşısında Şəbnəmlə görüşüb 2000 manat pulu təklikdə Şəbnəmə vermişdir. Sonrakı müddətdə Şəbnəm pulun “MİDA” ya ödənilməsi barədə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə bizə bildirişlər və mənzili almağına dair buraxılış vərəqəsi göndərmişdir. Həmin bildirişlərdə MİDA-nın rəhbərinin adı və imzası da olmuş və pul vəsaitlərinin MİDA-ya ödənilməsi göstərilmişdir. O, Şəbnəm xanıma çox inandığından Şəbnəmin dedikləri ilə razılaşıb verdiyi vədlərinə inanıb gözləmişdir. Lakin görmüşdür ki, Şəbnəm hər dəfə müəyyən bir vaxt deyib, həmin vaxt çatan zaman yeni bir bəhanə tapır və beləcə müddəti uzatmağa çalışır. O artıq Şəbnəmin yalan danışdığını bilib demişdir ki, əgər iş alınmırsa pulunu qaytarsın, Şəbnəm isə buna etiraz edib pulun ödənildiyini və mənzillərin yaxın müddətdə veriləcəyini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Şəbnəm onun kimi çoxlu adamları bu formada aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, ipoteka ilə ev almaq istəmişşdir. İş yoldaşı Zərərçəkmiş şəxs6la söhbət zamanı Oruc da ona ipoteka ilə ev almaq istədiyini və bu işi həll edə bilən bir nəfər şəxs tapdığını qeyd etmişdir. Mart ayında Azərbaycanda karantin rejimi tətbiq olunduğundan və həmin müddətdə o, Zaqatala rayonu ərazisində olduğundan Bakıya gələ bilməmişdir. Oruc ilə telefon əlaqəsi saxlayan zaman ona demişdir ki, onun ipoteka ilə ev almaq məsələsi demək olar ki, həll olunur. O da həmin işi həll edən Şəbnəm xanımın mobil nömrəsini almışdır. Təxminən mart ayının 21də o, Şəbnəm xanımla əlaqə saxlamış və ipoteka ilə ev almaq istəyimi Şəbnəmə bildirmişdir. Şəbnəm isə ona dövlət işində işləyən şəxs lazım olduğunu demişdir. O da Şəbnəmə demişdir ki, həyat yoldaşı X8 müəllimədir. Şəbnəm xanım bu işin alına biləcəyini demiş və evin yoldaşının adına rəsmiləşəcəyini qeyd etmişdir. 3 otaqlı ev üçün 6500 manat lazım olduğunu və İlkin olaraq 2000 manat verilməli olduğunu qeyd etmişdir. O da razılaşmışdır. Karantin rejimi olduğundan o, Bakı şəhərinə gələ bilməmiş və iş yoldaşı Orucdan xahiş etmişdir ki, onun əvəzinə Şəbnəm xanıma 2000 manat pul versin. Mart ayının sonlarında Xətai rayonunda H.Aslanov metrostansiyasının yaxınlığında həmin pulu Şəbnəm xanıma çatdırmışdır. İki-üç gün sonra Şəbnəm xanım onunla əlaqə saxlayaraq demişdir ki, İlkin ödənişin məbləğini səhv deyib və əlavə olaraq 500 manat da vermək lazımdır. O, yenə də Oruc ilə əlaqə saxlayıb Şəbnəm xanıma 500 manat verməsini xahiş etmişdir. Mart ayının sonlarında dəqiq yadında olmayan tarixdə Oruc 500 manatı Şəbnəm xanıma vermişdir. O, həmin pulları Bakı şəhərinə qayıtdıqdan sonra Oruca vermişdir. Həmçinin, Şəbnəm xanım ona demişdir ki, lazımi sənədləri Whatsapp mobil tətbiqi vasitəsi ilə ona göndərsin. O da lazımi sənədləri Şəbnəmə göndərmişdir. Bir müddətdən sonra Whatsapp mobil tətbiqi vasitəsilə ona ismarıc gəlmiş və həmin ismarıcda ev seçimi ilə bağlı siyahı olmuşdur. O, həmin sənədi görəndən sonra Şəbnəm xanıma daha da inanmışdır. Bu sənədi ona göndərəndən təxminən bir gün sonra Şəbnəm xanım onunla əlaqə saxlayaraq özü üçün ev almaq istədiyini, lakin maddi imkanının zəif olduğunu və bunun üçün faizə pul verən şəxs axtardığın demişdir. O da elə bir şəxs tanımadığını dedik də, ondan xahiş etmişdir ki, köməklik etsin. Şəbnəm xanım həmçinin, demişdir ki, ona hansı miqdarda köməklik etsə sonda həmin məbləğ ipotekadan çıxılacaqdır. O da Şəbnəmlə razılaşmış və 900 manat göndərə biləcəyini demişdir. Şəbnəm xanım ona anası Şahid4 adına olan Beynəlxalq Banka məxsus pensiya kartının şəkilini göndərmişdir. O da təxminən aprel ayının 10-da telefonundakı “AFB Bank” mobil tətbiqi vasitəsilə onlayn şəkildə özünə məxsus AFB Bank maaş kartından 900 manat pul göndərmişdir. Beləliklə, o, Şəbnəm xanıma ümumilikdə 3400 manat vermişdir. Sonradan Şəbnəm xanımla əlaqə saxlayan zaman Şəbnəm demişdir ki, aprel ayının 21-də Asan Xidmətdə evin alqı-satqısı olacaqdır. Hamin vaxt gələndən isə Şəbnəm onunla əlaqə saxlayıb alqı-satqının aprel ayının 26 qaldığını demişdir. Aprel ayının 26-da onunla əlaqə saxlamış və demişdir ki, MİDA evlərin alqı-satqısını rədd edib və pullarını geri qaytarılacaqdır. Həmin müddətdən sonra bu günə qədər xəbər çıxmamış və pulunu geri ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Zərərçəkmiş şəxs25 ifadəsinə oxşar ifadə vermişdir. Şahid1 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında onun istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir, onun ifadəsi Zərərçəkmiş şəxs16 ifadəsinə oxşar olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2, X31, Şahid4, Şahid5 və X18 ifadələri elan edilərək tədqiq edilmiş, onlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinə oxşar ifadə vermişlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 oktyabr 2020-ci il tarixli 5/644 №-li rəyindən müəyyən edilmişdir ki, X15, X21, X3, X9, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs9, X4, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs13 adına şəxsi kabinet-ərizələrin və digər sənədlərin fototəsvirlərində montaj əlamətləri müəyyən edilməmişdir. İş materiallarında olan 17 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs14 təqdim etdiyi Təqsirləndirilən şəxs onlara göndərdiyi bildirişlər, Zərərçəkmiş şəxs5 təqdim etdiyi Təqsirləndirilən şəxs ondan pul almasını təsdiq edən və sonuncunun özü tərəfindən yazılmış əlyazmalar, Zərərçəkmiş şəxs25 təqdim etdiyi Təqsirləndirilən şəxs göndərdiyi pula aid ödəniş tapşırığı və Təqsirləndirilən şəxs ilə arasında olan yazışmalar cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqi 202). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30.06.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2020-ci il tarixdən hesablanmışdır (cild 3, iş vərəqi 49-53). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqi 54). Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs20 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 2000 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs21 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 3000 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs23 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 4450 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs24 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 2000 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs19 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 4450 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs16 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 4500 manat, həmçinin mənəvi ziyana görə 10.000 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 2500 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaqda verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasan Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk məhkumluğunu yüngülləşdirici hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını,zərərçəkmiş şəxslərə dəymiş ziyanların ödənilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində müəyyən müddətə mühəndis fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası müstəqil icra olunmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2020-ci il tarixindən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda, eyni zamanda, qeyd olunur ki, mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda, belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X22 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda, həmçinin, qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X22 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs16 hadisə nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 4500 manat, mənəvi ziyana görə 500 manat, ümumilikdə 5000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs16 xeyrinə tutulmalıdır. Mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 2000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs20 xeyrinə tutulmalıdır. Mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 3000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs21 xeyrinə tutulmalıdır. Mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 4450 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs23 xeyrinə tutulmalıdır. Mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 2000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs24 xeyrinə tutulmalıdır. Mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 4450 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs19 xeyrinə tutulmalıdır. Mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 2500 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs8 xeyrinə tutulmalıdır. Maddi sübut kimi tanınmış bildirişlər, əlyazmalar, ödəniş tapşırığı və yazışmalar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 61.52 (altmış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətinə mühəndis fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 4500 (dörd min beş yüz) manat, mənəvi ziyana görə 500 (beş yüz) manat, ümumilikdə 5000 (beş min) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs16 xeyrinə tutulsun. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 2000 (iki min) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs20 xeyrinə tutulsun. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 3000 (üç min) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı X10 xeyrinə tutulsun. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs23 xeyrinə tutulsun. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 2000 (iki min) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs24 xeyrinə tutulsun. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 4450 (dörd min dörd yüz əlli) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs19 xeyrinə tutulsun. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs8 xeyrinə tutulsun. Maddi sübut kimi tanınmış bildirişlər, əlyazmalar, ödəniş tapşırığı və yazışmalar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 61.52 (altmış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-75/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-75/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver