Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-75/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri X3 və X6, təqsirləndirilən şəxs X8 və müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X13 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X18 özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 övladı Şahid1 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2019-cu ilin fevral ayından noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs5 və qızı Şahid1 Bakı şəhərinin müxtəlif ərazilərində, sonuncu dəfə ünvan 1 ünvanında yerləşən ofisində hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 15389 manat məbləğində nağd pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 övladı Şahid1 “Socar” şirkətində işə düzəltmək adı ilə aldadıb etibarından sui-istifadə edərək 2019-cu ilin fevral ayından noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs5 və qızı Şahid1 Bakı şəhərinin müxtəlif ərazilərində, sonuncu dəfə ünvan 1 ünvanında yerləşən ofisində hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 5732 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Daha sonra o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2020-ci ilin dekabr ayının sonlarından başlayaraq 2021-ci ilin avqust ayının sonlarınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində və sonuncu dəfə işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10290 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin mart ayının əvvəllərindən başlayaraq oktyabr ayının ortalarınadək olan müddət ərzində işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 7200 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Daha sonra o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 övladı X14 Dağıstan Respublikasında aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin may ayının ortalarında işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 tanışı Şahid5 Fizuli oğlunun vasitəsilə 13000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 oğlu Pərviz Abasovun diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin may ayının sonlarında işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs4 qohumu Şahid6 vasitəsilə 6700 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Daha sonra o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin oktyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən ofisində 6000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 övladı X1 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2022-ci ilin yanvar ayının ortarından fevral ayının ortalarınadək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs7 həyat yoldaşı X2 və Zərərçəkmiş şəxs7 qohumu X4 vasitəsilə hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 12300 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Daha sonra o, təkrarən özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 12000 manata Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə yanğın söndürən vəzifəsinə düzəltmək adı ilə aldadıb etibarından sui-istifadə edərək 2022-ci ilin mart ayının əvvəllərindən başlayaraq ünvan 1 ünvanında yerləşən ofisində, Bakı şəhərinin müxtəlif ərazilərində və sonuncu dəfə 26 yanvar 2023-cü il tarixdə Xətai rayonu, 28 noyabr prospekti, 22 ünvanında yerləşən «Nargilə» kafesinin yanındakı Milliön vasitəsilə göndərdiyi 160 manatla birlikdə olmaqla hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 8500 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 bacısı Şahid4 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən ofisində 18025 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bununla da X18 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Əhmədli X16 Zülfiyyə Əli qızı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2020-ci ilin dekabr ayının sonlarından başlayaraq 2021-ci ilin avqust ayının sonlarınadək olan müddət ərzində Bakı şəhərinin müxtəlif ərazilərində və sonuncu dəfə işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 10290 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Daha sonra o, təkrarən X18 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin mart ayının əvvəllərindən başlayaraq oktyabr ayının ortalarınadək olan müddət ərzində işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 7200 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən X18 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 övladı X14 Dağıstan Respublikasında aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin may ayının ortalarında işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs3 tanışı Şahid5 Fizuli oğlunun vasitəsilə 13000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 oğlu Pərviz Abasovun diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Daha sonra o, təkrarən X18 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin may ayının sonlarında işlədiyi ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs4 qohumu Şahid6 vasitəsilə 6700 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən X18 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2021-ci ilin oktyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən ofisində 6000 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 diplomunun tanınması ilə bağlı saxta şəhadətnamə verib xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Daha sonra o, təkrarən X18 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 övladı X1 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2022-ci ilin yanvar ayının ortarından fevral ayının ortalarınadək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs7 həyat yoldaşı X2 və Zərərçəkmiş şəxs7 qohumu X4 vasitəsilə hissə-hissə olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 12300 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən X18 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 bacısı Şahid4 Ukraynada aldığı ali təhsilinə dair diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq olunması adı ilə aldadıb etibarından sui-istifadə edərək 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən ofisində 18025 manat məbləğində nağd pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxs X8 müdafiəçisi Müdafiəçi2 yazılı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi X8 təqsirləndirildiyi cinayət işi üzrə ibtidai istintaq zamanı AR CPM-nin 303.3, 303.3.2-ci və 303.3.7-ci maddələri ilə nəzərdə tutulan hüquqları pozulmuşdur. Həmin maddələrə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə hüququnun pozulması və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının verilməməsi cinayət işinə baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarması üçün əsasdır. Belə ki, X18 1984-cü ildə Türkmənistan Respublikasında doğulmuş, orta təhsilini orada rus dilində almağa başlamış, sonradan ailəsi ilə birgə Azərbaycan Respublikasına köçsə də təhsilini Bakıda orta məktəbdə rus bölməsində davam etdirmiş, ali təhsilini isə Bakı Slavyan Universitetində yenə də rus dilində almışdır. İşlədiyi müddətdə də həmişə rus dilinin tədrisi kurslarında çalışmışdır. Ona görə də onun Azərbaycan dilini tam mənimsəməsi, Azərbaycan dilində sərbəst danışmağı və yazmağı öyrənməsi mümkün olmamışdır. Z.Bəbirova istintaq zamanı tərcüməçinin köməyindən istifadə etmədiyindən konkret olaraq nədə ittiham olunduğunu aydın dərk etməmiş, elan olunmuş ittihamın mahiyyəti ona tam aydın olmamış, bu səbəbdən də barəsində qəbul edilmiş qərarlara və digər prosessual sənədlərə qanunla nəzərdə tutulmuş qaydada vaxtında münasibət bildirə, yəni qanunvericilikdə təqsirləndirilən şəxs üçün nəzərdə tutulan hüquqlardan istifadə etmək hüququndan məhrum olmuşdur. Hazırkı cinayət işi üzrə Zülfiyyə Bəbirova və Təqsirləndirilən şəxs1 məhkəməyə verilsə də, cinayətin digər iştirakçıları, demək olar ki, əsas iştirakçıları barəsində heç bir əsas, heç bir zərurət olmadan ayrıca icraata cinayət işi ayrılmışdır. Z.Bəbirova Təqsirləndirilən şəxs1 "xxxx" MMC-yə rəhbərlik etdiyini və bu səbəbdən də xaricdə təhsil almış tələbələrin diplomlarının Azərbaycanda tanınması işini təşkil edə biləcəyi barədə sözlərinə inanmış, zərərçəkmiş şəxslərdən aldığı pulları ona və onun dediyi adamlara bank köçürmələri vasitəsilə göndərmişdir. Z.Bəbirova sonradan diplomların tanınması barədə sertifikatların saxta olduğu bilinəndən sonra zərərçəkmişlərə 45 min manata qədər pul qaytarmışdır. Halbuki, həmin pulları Təqsirləndirilən şəxs1 və qeyriləri ələ keçirmişlər. Tərcüməçinin köməyindən istifadə etməməsi onu cinayət işinin materialları ilə qanuni şəkildə tam və başa düşülən formada tanış olmaqdan və qanunla nəzərdə tutulan hüquqlarından istifadə etməkdən məhrum etmişdir. Odur ki, qeyd etdiyi məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntuları aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs X18 müdafiəçisi tərəfindən verilmiş vəsatətlə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, ibtidai istintaq zamanı onun müdafiə hüququ və tərcüməçidən istifadə etmək hüququ pozularaq barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki o, xx.xx.1984-cü ildə Türkmənistan Respublikasında doğulmuş, orta təhsilini orada rus dilində almağa başlamış, 2-ci sinfə qədər Türkmənistanda məktəbə getmiş, sonradan ailəsi ilə birgə Azərbaycan Respublikasına köçsə də təhsilini Bakıda orta məktəbdə rus bölməsində davam etdirmiş, ali təhsilini isə Bakı Slavyan Universitetində yenə də rus dilində almışdır. Həmçinin, o, magistr pilləsi üzrə təhsilini də Ukraynada yerləşən Xarkov universitetində rus dilində almışdır. O, Azərbaycan dilində sadə sözləri danışa, yaza və oxuya bilsə də, ona hüquqi terminlərin mənası aydın olmamışdır. Bu səbəbdən ittiham aktını aldıqdan sonra ona məlum olmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən ciddi nöqsanlara yol verilərək ona əsassız olaraq ittiham elan edilmişdir. Beləliklə o, ibtidai istintaq zamanı ona iş materiallarının rus dilində təqdim olunmadığını və rus dilinə tərcümənin təmin olunmadığını bildirərək barəsində başlanmış cinayət işinə xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1, onun müdafiəçiləri X9 və X15 hər biri ayrı-ayrılıqda cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslərlə barışmadıqlarını, onlara dəymiş maddi ziyanın ödənilmədiyini və şikayətçi olduqlarını bildirərək cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verilmədiyindən vəsatətin təmin edilməməsini, X8 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ibtidai istintaq zamanı iş üzrə kobud pozuntulara yol verildiyindən Müdafiəçi2 vəsatəti təmin edilməli, X8 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş 007067 nömrəli şəhadətnamədən görünür ki, X8 adına xx.xx.2013-cü ildə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş ali təhsil haqqında Dİ 030913 saylı magistr diplomu Azərbaycan Respublikasında tanınmışdır; Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş 007891 nömrəli şəhadətnamədən görünür ki, X8 adına xx.xx.2013-cü ildə Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş ali təhsil haqqında Dİ 030913 saylı magistr diplomu “060201 – Filologiya Dilşünaslıq (rus dili üzrə)” ixtisasının magistr dərəcəsi üzrə verilən diploma ekvivalentdir; Bakı Slavyan Universiteti tərəfindən verilmiş B 100694 nömrəli bakalavr diplomunun surətindən görünür ki, X18 xx.xx.2007-ci il tarixdə həmin universitetin rus dili və ədəbiyyatı ixtisasının bakalavr pilləsini bitirmişdir; Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş Dİ 030913 saylı magistr diplomundan görünür ki, X18 xx.xx.2013-cü il tarixdə həmin universitetin rus dili və ədəbiyyatı ixtisasının magistr pilləsini bitirmişdir; 253245 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1984-cü ildə Türkmənistan Respublikasında doğulmuş, atası X22, anası X10r; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Slavyan Universiteti tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 13 saylı arayışdan görünür ki, Bakı Slavyan Universitetinin arxiv fondunda saxlanılan sənədlərə əsasən xx.xx.1984-cü il təvəllüdlü X8 27 avqust 2003-cü ildə Bakı Slavyan Universitetinin “Rus dili və ədəbiyyatı” ixtisasının rus bölməsinə 230/3 nömrəli əmrlə əyani təhsil formasında qəbul olmuşdur. Z.Ə.Bəbirova 07 iyun 2007-ci ildə 275/3 nömrəli əmrlə həmin ixtisasın rus bölməsini əyani təhsil formasında bitirmişdir; Bakı şəhəri Xətai rayonu Z.Məmmədov adına 171 saylı orta məktəbin orta təhsil haqqında attestatının surətindən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Z.Məmmədov adına 171 saylı orta məktəbinin 435 saylı arayışından görünür ki, X18 2000-2001-ci tədris ilində həmin məktəbin rus bölməsinin 11a sinfini bitirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X5 tərəfindən ********* saylı cinayət işi üzrə aparılan istintaq zamanı CPM-nin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən nöqsanlara yol verilmişdir. Məhkəmə ilk növbədə hesab edir ki, istintaq orqanı məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnu pozmaqla və təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının və digər zəruri sənədlərin surətlərini verməməklə cinayət prosessual qanunvericiliyinin tələblərini aşkar surətdə pozmuşdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X18 Azərbaycan dilində çətinliklə danışa bilsə də, orta məktəbi rus dilində bitirmişdir. Bu səbəbdən də Azərbaycan dilində yazıb oxuya bilsə də əksər hüquqi terminləri və sözləri başa düşmür. Belə olan halda təqsirləndirilən şəxs X18 məhkəməyədək icraat zamanı cinayət prosesinə cəlb edildiyi andan tərcüməçi ilə təmin edilməli olduğu halda tərcüməçi ilə təmin olunmamış, sonrakı mərhələdə, yəni təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə və ittiham aktının təqdim olunması mərhələsində X8 cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuş, ittiham aktının və digər zəruri sənədlərin surətləri onun başa düşdüyü dilə tərcümə olunmaqla ona təqdim olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 28 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2023-cü il tarixli protokolda X8 və müdafiəçisi Müdafiəçi2 vaxt məhdudiyyəti olmadan cinayət işinin materialları ilə tanış olmaları qeyd edilsə də, ittiham aktının təqsirləndirilən şəxs X11 rus dilinə tərcümə edilmiş nüsxəsinin təqdim edilməsini təsdiqləyən qəbz iş materiallarına əlavə olunmamışdır. Başqa sözlə, istintaq orqanı tərəfindən rus dilinə tərcümə olunmuş ittiham aktının surətinin təqsirləndirilən şəxs X11 verilməsini təsdiq edən sənədlər, rus dilinə tərcümə ittiham aktının sonuncu tərəfindən alınmasını təsdiq edən qəbzlər və rus dilində olan ittiham aktınının surəti cinayət işinin materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının öz ana dilindən istifadə etmək və ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək hüquqlarını təmin etməlidir. 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. 91.5.11 və 95.5.12-ci maddələrinə əsasən ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək təqsirləndirilən şəxsin hüquqları sırasına daxildir. 99.1-ci maddəsinə əsasən tərcüməçi cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında icraatın materiallarını, habelə məhkəmə iclasının gedişi, istintaq və ya digər prosessual hərəkətlərin aparılması zamanı səslənən bütün danışıqları tərcümə etmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Tərcüməçi cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. 99.2-ci maddəsinə əsasən tərcüməçi cinayət mühakimə icraatının aparıldığı dili sərbəst bilməklə yanaşı, tərcümə olunan dili də sərbəst bilməlidir. Hakim, prokuror, müstəntiq, təhqiqatçı, müdafiəçi, nümayəndə və prosesin digər iştirakçıları, hal şahidləri, məhkəmə iclasının katibi, ekspert və şahid tərcümə edilən dilləri bilsə də, üzərinə tərcüməçi vəzifəsini götürməməlidirlər. 99.4.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tərcüməçi cinayət prosesini həyata keçirən orqana tərcümə edilən dilləri bilməsini təsdiq edən sənəd təqdim etmək; cinayət prosesini həyata keçirən orqanın, həmçinin məhkəmə iclasında cinayət prosesi tərəflərinin tələbi ilə tərcüməni tam və düzgün yerinə yetirməsi qabiliyyətini düzgün qiymətləndirmək vəzifələrini yerinə yetirməlidir. Bununlada, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən məhkəməyədək icraat təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparılmışdır. Belə ki, təqsirləndirilən şəxsin tərcüməçi ilə təmin edilməməsi və bununlada iş materiallarında olan mühüm prosessual sənədlərin təqsirləndirilən şəxsin başa düşdüyü dilə tərcümə olunmaması həmin sənədlərin formal olaraq imzalandığını təsdiq edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs iş materialları ilə formal olaraq tanış olsa da, həmin sənədlərin məzmununu başa düşmədiyi üçün müdafiə imkanından da məhrum olmuşdur. Başqa sözlə, məhkəməyədək icraat zamanı istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin mühüm prosessual hüququ olan müdafiə hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlara dair məlumatlanmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar tərcüməçi ilə təmin olunmaq hüququ ilə əlaqəli olduğundan həmin hüququn pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. İnsan Hüquqları və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququ vardır. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin: 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.2. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması; 303.3.7-ci maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1, 303.3.2 və 303.3.7-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən müdafiəçinin vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Müdafiəçi2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər X8 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-75/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-75/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver