Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-76/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs “İrşad Elektronics" MMCnin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Aralıq kəndində qeydiyyatda olan, Nizami Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanı ********* nömrəli cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 15.08.2021-ci il tarixdə “İrşad Elektronics'’ MMC-nin "online satış" şöbəsinə zəng edib özünü X3 təqdim ədib qiyməti 3229,99 manat olan bir ədəd işlənməmiş vəziyyətdə «İphone» markalı «12 X9» modeldə olan 256 Gb elektron yaddaşa malik mobil telefonu aksessuarları ilə birlikdə nağd ödəniş etmək və ünvan 1 ünvanına çatdırmaq şərti ilə sifariş etmiş, "xxxx" şirkətində “online satış” üzrə kuryer işləyən Şahid1 həmin mobil telefonu 15.08.2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanına çatdırdıqda, mobil telefona baxmaq istəmiş. Şahid1 içərisində mobil telefon və aksessuarlar olan bir ədəd qutunu əlində tutub ona göstərdikdə, həmin qutunu Şahid1 əlindən dartıb ələ keçirərək açıq talayıb “İrşad Elektronics" MMC-yə 3229,99 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmədiyini, həmin cinayəti törətmədiyini və həmin cinayətin kim tərəfindən törədildiyini bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “İrşad Elektronics" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. "xxxx" MMC məişət və elektronika texnikasının satışı ilə məşğuldur. Pandemiya ilə əlaqədar olaraq MMC həmçinin məişət və elektronika texnikasının "xxxx" satışı ilə də məşğuldur, hətta bu məqsədlə MMC-də «online satış» şöbəsi də yaradılıb. 15.08.2021-ci il tarixdə özünü X5 adı ilə təqdim edən şəxs ***-***-**-** nömrəsindən şirkətin «online satış» şöbəsinə zəng edərək «İphone» markalı 12 X9 modeldə olan 256 gb həcmində yaddaşa malik, qiyməti 3.229,99 AZN olan mobil telefonu yerində nağd ödəniş etmək və ünvana çatdırmaq şərti ilə sifariş etmişdir. Həmin sifarişin çatdırılması «online satış» şöbəsində kuryer işləyən Şahid1 adlı şəxsə həvalə edilmişdir. Şahid1 həmin sifarişi idarə etdiyi "Mercedes-Benz" markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15.08.2021-ci il tarixdə saat 17 radələrində sifarişçinin qeyd etdiyi ünvan 2 ünvanına çatdırmış, orada yuxarıda qeyd edilən mobil nömrəyə zəng edib sifariş gətirdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra kuryer Şahid1 bir cavan oğlan yaxınlaşmış, Elçin sifarişi, eləcə də onu təhvil almaq üçün sifarişçinin imza etməli olduğu zəmanət talonunu idarə etdiyi avtomobilinin arxa baqajının üzərinə qoymuşdur. Sifarişçi zəmanət talonuna imza edib sifarişin açılmasından imtina etdiyini bildirmişdir. Belə ki, hənin şəxs Elçinə mobil telefonu hədiyyə edəcəyini demişdir. Sonra həmin şəxs Elçindən baxmaq üçün mobil telefonu istəmişdir. Şahid1 təlimata uyğun olaraq pulu almamış mobil telefonu müştəriyə verə bilməzdi. Ona görə də mobil telefonu əlində tutub sifarişçiyə göstərmişdir. Həmin vaxt müştəri qismində ona yaxınlaşmış şəxs mobil telefonu əlindən dartaraq götürmüş və dərhal qaçmışdır. Şahid1 həmin şəxsin arxasınca qaçmağa və qışqırmağa çalışsa da, sonuncu buna əhəmiyyət verməyərək qaçıb uzaqlaşmış, Elçin isə ona çata bilməmişdir. Həmin şəxs qiyməti 3229,99 AZN olan yeni mobil telefonu, açılmamış vəziyyətdə bütün aksessuarları ilə birlikdə ələ keçirmişdir. Dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslə barışmadığını bildirmiş, onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" şirkətində «online satış» üzrə kuryer işləyir. 15.08.2021-ci il tarixdə özünü X5 adı ilə təqdim edən şəxs ***-***-**-** nömrəsindən şirkətin «online satış» şöbəsinə zəng edərək «İphone» markalı 12 X9 modeldə olan 256 gb həcmində yaddaşa malik, qiyməti 3.229,99 AZN olan mobil telefonu yerində nağd ödəniş etmək və ünvana çatdırmaq şərti ilə sifariş etmişdir. Həmin sifarişin çatdırılması ona həvalə edilmişdir. Həmin sifarişi idarə etdiyi "Mercedes-Benz" markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15.08.2021-ci il tarixdə saat 17 radələrində sifarişçinin qeyd etdiyi ünvan 2 ünvanına çatdırmış, orada yuxarıda qeyd etdiyi mobil nömrəyə zəng edib sifarişi gətirdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra ona bir cavan oğlan yaxınlaşmışdır. Sifarişi, eləcə də onu təhvil almaq üçün sifarişçinin imza etməli olduğu zəmanət talonunu avtomobilinin baqajının üzərinə qoymuşdur. Sifarişçi zəmanət talonuna imza edib sifarişin açılmasından imtina etdiyini bildirmişdir. Belə ki, həmin şəxs mobil telefonu hədiyyə edəcəyini demişdir. Sonra həmin şəxs baxmaq üçün mobil telefonu istəmişdir. Təlimata uyğun olaraq pulu almamış mobil telefonu verə bilməzdi. Ona görə də mobil telefonu əlində tutub müştəriyə göstərmişdir. Həmin vaxt müştəri qismində ona yaxınlaşmış şəxs mobil telefonu əlindən dartaraq götürmüş və dərhal qaçmışdır. Həmin şəxsin arxasınca qaçmağa və qışqırmağa çalışsa da, sonuncu buna əhəmiyyət verməyərək qaçıb uzaqlaşmışdır, həmin şəxsə çata bilməmişdir. Həmin şəxs qiyməti 3229,99 AZN olan yeni mobil telefonu, açılmamış vəziyyətdə bütün aksessuarları ilə birlikdə ələ keçirmişdir. Həmçinin, Şahid1 ifadəsində mobil telefonu ondan dartıb götürən şəxsin ona qarşı fiziki zor tətbiq etmədiyini göstərmişdir. Daha sonra istintaq zamanı birneçə şəxsi ona tanınmaya təqdim etmişlər. Həmin zaman əlində iki rəqəmi olan şəxsi dərhal tanımış və polislərə məhz həmin şəxsin bir ədəd İphone markalı 12 X9 modeldə olan mobil telefonu əlindən dartaraq götürüb qaçdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqaüddə olan polis əməkdaşıdır. X1 istifadəsində olan 077 *** ** ** mobil nömrəsini adına rəsmiləşdirmək üçün sonuncu ilə birlikdə 05.09.2021-ci il tarixdə «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən "xxxx" şirkətinin müştəri xidmətləri mağazasına getmişdir. Həmin gün qayını yuxarıda qeyd edilən mobil nömrəni onun adına rəsmiləşdirmişdir. Həmçinin mağazanın əməkdaşına müraciət edərək adına olan «nar» mobil nömrələrinin siyahısının verilməsini xahiş etmişdir. Əməkdaş isə bir həftə ərzində bu siyahının veriləcəyini bildirmişdir. 06.09.2021-ci il tarixdə ona "xxxx" şirkətindən SMS gəlmişdir. Həmin SMS-də adına olan «nar» nömrələr göstərilmişdir. Nömrələrin say 5 idi. Həmin nömrələrdən ikisini özü istifadə edir, birini isə qayını istifadə edir. Adına olan qalan iki nömrəni - 070 *** ** ** və 070 *** ** ** mobil nömrələri - xatırlamamışdır. Həmin nömrələrin kimin istifadəsində olmasını müəyyən etmək üçün 06.09.2021-ci il tarixdə həmin mobil nömrələrə zəng etmişdir. 070 *** ** ** mobil nömrəsinə zəng çatmamışdır, 070 *** ** ** mobil nömrəsinə zəng edəndə isə cavan bir oğlan cavab vermişdir. Həmin şəxsə qeyd edilən mobil nömrənin adına olduğunu və həmin nömrəni necə əldə etdiyini soruşmuş, lakin həmin şəxs aqressiv şəkildə «mən bilirəm hansı polisdi məni narahat edən, səndən 102-yə şikayət edəcəm» bildirib əlaqəni kəsmişdir. Həmin nömrələrin adına necə rəsmiləşdirildiyini aydınlaşdırmaq üçün növbəti gün «Elmlər Akademiyası» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən "xxxx" şirkətinin müştəri xidmətləri mağazasına getmişdir. Oradan ona bu məsələ ilə bağlı bir ay ərzində məlumat veriləcəyini bildirmişlər. Təxminən 10 gün sonra təkrar həmin müştəri xidmətləri mağazasına getmiş, orada hələ də araşdırmanın davam etdirildiyini və bununla bağlı məlumat veriləcəyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin yanvar ayında rəfiqəsi Nigarın vasitəsilə məclislərin birində tanış olmuşdur. Həmin vaxtdan aralarında münasibətlər yaranmış və bir həftə sonra ər-arvad kimi «28 May» metrostansiyasının yaxınlığında kirayə yaşadığı evdə yaşamağa başlamışlar. Turqutu tanıdığı vaxtdan sonuncu 070 *** ** ** mobil nömrəsindən istifadə etmiş və Turqut tutulana qədər onunla həmin mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. İstifadəsində isə *** *** ** **, 055 *** ** ** və 055 *** ** ** mobil nömrələr olmuşdur. Turqutla təxminən iki ay ayrı yaşamışlar, belə ki, aralarında qısqanclıq zəminində mübahisə olmuşdur. Turqutun törətdikləri cinayətlər haqda heç bir məlumatı olmamış, Turqut özü də bu haqda ona heç nə danışmamışdır. Turqutla münasibətləri hazırda normaldır. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanınma zamanı Şahid1 soldan ikinci yerdə dayanmış Təqsirləndirilən şəxs 15.08.2021-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanın qarşısında ondan bir ədəd İphone markalı 12 X9 modeldə olan mobil telefonu əlindən dartaraq götürüb qaçdığını bildirmişdir. İş materiallarında olan 07 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmiş, Təqsirləndirilən şəxs isə Şahid1 göstərdiklərini təsdiq etməyəcək cinayəti törətmədiyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02.11.2021-ci il tarixli məktubundan görünür ki, 070 *** ** ** saylı mobil nömrənin 01.07.2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin tarixlərdə 070 *** ** ** saylı mobil nömrəyə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin tarixlərdə 070 *** ** ** saylı mobil nömrəyə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd CD diskə köçürülmüş, müəyyən edilmişdir ki, 070 *** ** ** saylı mobil nömrəyə daxil olmuş SMS mətnləri Turqutun adına ünvanlanmışdır. Bundan başqa həmin nömrənin 15.08.2021-ci il tarixdə saat 17:00 radələrində istifadəsi cinayətin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətinə, yəni 24 oktyabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, onun ifadəsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, şəxsin tanınmaya təqdim edilməsi haqqında protokolla, anten məlumatları və digər iş materialları ilə tam təkzib olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materiallara ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqana tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin şikayətçi olması, ziyanın ödənilməməsi kimi xüsusatlar da cəza təyin edərkən nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edidiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış və hazırkı iş üzrə qətimkan tədbiri seçilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində bu cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-76/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-76/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver