Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-76/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2, 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələri ilə; xx.xx.1988-ci ildə Qubadlı rayonu, Çaytumas kəndində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu, Çaytumas kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2-ci maddələri ilə; xx.xx.1990-cı ildə Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Naxçıvan MR, Sədərək rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindəki körpünün üzərində, "xxxx" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisindən təxminən diametri 28 millimetr olan, MKBAB- 7x4x1,2 markalı rabitə və işarəvermə sahəsində istifadə olunan dövlət əhəmiyyətli magistral rabitə xəttinin hər metrinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən 30 metrlik hissəsini özü ilə gətirdiyi dəmirkəsən mişarın tiyəsi ilə kəsmiş, həmin zaman “Bakı Neft Terminalı”nın mühafizəçisi Şahid2 onları görüb ərazidən uzaqlaşmalarını bildirdiyindən, yəni öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməyərək bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluğa cəhd etmişdir. Bundan başqa, o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindəki körpünün üzərində, “Azərbaycan Dəmir Yolları" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisinə gələrək 1 saat əvvəl tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə kəsərək oğurlamağa cəhd etdikləri təxminən diametri 28 millimetr olan, MKBAB-7x4x1,2 markalı rabitə və işarəvermə sahəsində istifadə olunan dövlət əhəmiyyətli magistral rabitə xəttinin hər metrinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən 30 metrlik hissəsini həmin ərazidən Təqsirləndirilən şəxs1 və digərləri ilə sürütləyərək aparıb gizli olaraq talamaqla "xxxx" QSC-nə ümumilikdə 660 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini oğurlamışdır. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindəki körpünün üzərində, "xxxx" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisindən təxminən diametri 28 millimetr olan, MKBAB- 7x4x1,2 markalı rabitə və işarəvermə sahəsində istifadə olunan dövlət əhəmiyyətli magistral rabitə xəttinin hər metrinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən 30 metrlik hissəsini özü ilə gətirdiyi dəmirkəsən mişarın tiyəsi ilə kəsmiş, həmin zaman “Bakı Neft Terminalı”nm mühafizəçisi Şahid2 onları görüb ərazidən uzaqlaşmalarını bildirdiyindən yəni, öz iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməyərək bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərinə münasibətdə oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindəki körpünün üzərində, "xxxx" QSCnin Əhmədli stansiyasının 23-cü postarası ərazisinə gələrək 1 saat əvvəl tanışları Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 birlikdə kəsərək oğurlamağa cəhd etdikləri təxminən diametri 28 millimetr olan, MKBAB-7x4xl,2 markalı rabitə və işarəvermə sahəsində istifadə olunan dövlət əhəmiyyətli magistral rabitə xəttinin hər metrinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 660 manat təşkil edən 30 metrlik hissəsini həmin ərazidən Təqsirləndirilən şəxs2, Şahid3 və Şahid1la birlikdə sürütləyərək aparıb gizli olaraq talamaqla "xxxx" QSC-nə ümumilikdə 660 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, videogörüntü və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, yaşadığı evin təxminən 100-150 metrliyindən keçən dəmir yolu xəttinin kənarından, içərisində mis naqillər olan rabitə kabeli diqqətini cəlb etmişdir. Əvvəllər onların qonşuluqlarında yaşamış Elnur adlı şəxslə xx.xx.2022-ci il tarixdə dəmirkəsən mişarın tiyəsi ilə həmin rabitə kabelini kəsməyə başlamış, kabeli kəsərkən mühafizəçi gələrək onları oradan qovmuş, bu səbəbdən də kəsdikləri rabitə kabelini apara bilməmişlər. Elnur ondan ayrılaraq getmiş, kabeli tək oğurlamağa gücü çatmadığından bu işdə ona kömək etmələri üçün evinin yanında inşa edilən binada mühafizəçi işləyən Təqsirləndirilən şəxs1 yanına gəlmişdir. Orada tanışları Samrad, Rinad və Əliyə bu işdə ona kömək etmələrini təklif etmişdir. Həmin şəxslər onunla razılaşmış və birlikdə dəmir yolunun yanına gəlmişlər. O gələrək kabeli dartmağa başlamış, bundan sonra Əli, Rinad və Samrad ona köməklik edərək kabeli sürüyüb Əlinin kirayədə yaşadığı evə aparmışlar. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, himayəsində iki uşağın olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, xalası oğlu Firuz Hacıyev yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət aldığına görə xəstəxanada müalicə aldığından onun ailə üzvlərinin gecə vaxtı qorxmamaları məqsədi ilə özünün də əvvəllər yaşadığı, Bakı şəhəri, Xətai rayonu, “Zığ Yolu” küçəsindəki evində qalmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində küçəyə çıxmış, tanışı Təqsirləndirilən şəxs2lə küçədə görüşüb bir qədər söhbət etmiş, Ramillə gəzə-gəzə dəmir yolunun yanına gəlmiş, bundan sonra Ramil dəmirkəsən mişarının tiyəsi ilə kabeli kəsməyə başlamışdır. Həmin vaxt Ramilin yanında oturaqlı vəziyyətdə olarkən ərazinin yaxınlığında yerləşən “Bakı Neft Terminalı”nın mühafizəçisi gələrək onları həmin yerdən qovmuşdur. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmiş və istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində iş yerində tanışı və qonşuları Rinad və Şahid1 qardaşları ilə söhbət edərkən digər qonşuları Təqsirləndirilən şəxs2 iş yerinə gəlib onlara dəmir yolunun kənarındakı içərisi mis olan rabitə kabellərini birlikdə gətirmələrini təklif etmişdir. Ramilin təklifi ilə razılaşmış, Ramil, Samrad və Rinad birlikdə dəmir yolunun kənarı ilə gedərək Elnurla Ramilin bir qədər əvvəl kəsdikləri dəmir yoluna məxsus rabitə kabelini birlikdə sürüyüb onun kirayədə qaldığı evə gətirmişlər. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış əmlaklar qaytarılmış, onlara qarşı heç bir mülki iddia yoxdur, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmış, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində bildirmişdir ki, "xxxx" QSC-nin Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində dəmir yolunun Əhmədli stansiyasının 23-cü postarası ərazisində QSC-nə məxsus, istifadəyə yararlı, işlək vəziyyətdə olan “MKBAB-7x4x1,2” markalı magistral rabitə kabelininin 30 metr hissəsi kəsib oğurlamaqla "xxxx" QSC-nə maddi ziyan dəymiş, QSC tərəfindən verilmiş ziyana dair qiymətin illər əvvəl həmin malın qiyməti olduğundan rabitə kabelinin hal-hazırda orta bazar qiymətinin ekspertizanın rəyində qeyd olunan kimi 660 manat hesablanmasını xahiş emişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Bakı Neft Terminalında növbə rəisi işləyir. 08 fevral 2022-ci il tarixdə saat 03:00 radələrində zavodda işdə olarkən müşahidə kamerasından iki nəfər şəxsin körpünün üzərində oturub zavoda tərəf baxdıqlarını müşahidə etmiş, dərhal onlara doğru gedib körpünün üzərində nə üçün oturduqlarını soruşmuş, qeyd edilən şəxslərdən biri hava aldıqlarını dedikdə onlara həmin ərazidə oturmalarının qadağan olduğunu deyib öz postuna qayıtmışdır. Həmin şəxslər onun sözündən sonra çıxıb getmişlər. Təxminən 1 saat sonra müşahidə kamerası ilə müşahidə edib 4 nəfər şəxsin dəmir yoluna məxsus kabeli dartıb apardıqlarını görmüş, dərhal bu barədə Xətai RPİ-nin 37 PB-nin növbətçi hissəsinə məlumat vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 məhkəmə iclasında ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi təqsirləndirilən şəxslərin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan videogörüntülərə baxış keçirilməsi barədə protokoldan görünür ki, «Azərtrans MMC»-nin müşahidə kamerasından götürülmüş bir ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə birlikdə oturaqlı vəziyyətdə "xxxx" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisindəki istifadəyə yararlı, işlək vəziyyətdə olan “MKBAB-7x4xl,2” markalı magistral rabitə kabelini özləri ilə gətirdiyi kəsici alətlə kəsir, daha sonra isə həmin kabeli yuxarı və aşağı qatlayaraq sındırırlar. Həmin vaxt kənardan kiminsə gəldiyini görən Təqsirləndirilən şəxs3 ayağı ilə rabitə kabelini görünməməsi üçün aşağıya doğru itələyir. Onlar görüntüsü kameraya düşməyən şəxslə danışırlar, həmin vaxt Təqsirləndirilən şəxs2 əlində dəmirkəsən mişarın tiyəsinin olduğu aydın şəkildə görünür. Bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oturduqları yerdən durub gedirlər. Diskdə olan digər görüntüdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə birlikdə "xxxx" QSC-nin Əhmədli stansiyasının 23-cü postarası ərazisindəki körpünün üzəri ilə gəlib körpünün kənarında oturduqdan sonra birlikdə QSC-nə məxsus magistral rabitə kabelini özləri ilə gətirdiyi kəsici alətlə kəsməyə başlayırlar. Həmin ərazidəki mühafizəçisi çölə çıxaraq onlarla söhbət etdikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oturduqları yerdən durub gedirlər. Diskdə olan digər görüntüdə Təqsirləndirilən şəxs2 dəmir yolunun üzəri ilə əyilə-əyilə, daha sonra sürünə-sürünə kəsilmiş magistral rabitə kabelinə yaxınlaşıb mobil telefonla zəng vurur, kəsilmiş kabeli qaldıraraq dartmağa başlayır, bundan sonra Şahid1, Şahid3 və Təqsirləndirilən şəxs1 köməyə gələrək birlikdə kəsilmiş kabeli sürüyərək oğurlayırlar. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1334 nömrəli rəyində qeyd olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 16 sm uzunluğunda nümunə əsasında qara-qəhvəyi rəngli, üzəri metal izolyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış mis naqillər (damarlar kağız ilə izolyasiya edilmişdir) keçən ümumi diametri təxminən 28 mm olan naqilin (MKBAB-7x4xl,2) istifadədə olması nəzərə alınmaqla 30 metrinin hadisə baş verən tarixə, yəni 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 660,00 (30 metr x 22 manat) manat müəyyən olunur. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 205853 nömrəli məktubundan görünür ki, sözügedən kabeldən ADY-nin rabitə və işarəvermə sahəsində istifadə olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 175702 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Əhmədli stansiyasının 23-cü post ərazisindən oğurlanmış 30 metr uzunluğunda olan rabitə kabeli oğurlanan zaman işlək vəziyyətdə olmuşdur. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “Azərtrans MMC”-nin müşahidə kamerasından götürülmüş CD disk və MKBAB-7x4x1,2 markalı 30 metr naqil iş üzrə maddi sübut kimi tanınmış, CD disk maddi sübut kimi tanınmış və naqil saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 05 iyul 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika X3 X5 X1 ekspert komissiyasının 20 sentyabr 2022-ci il tarixli, 5353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, məcburi müalicəyə əks göstərişi yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika X3 X5 X1 ekspert komissiyasının 30 sentyabr 2022-ci il tarixli, 5673 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmayan şəxslərdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanovun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış əmlaklar qaytarılmış, onlara qarşı heç bir mülki iddia yoxdur, cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. İş materiallarında olan AZE 10725545 saylı və AZE 10725557 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Rahil Vəliyev və xx.xx.2009-cu il təvəllüdlü Həsən Vəliyev adlı 2 uşağı var. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2019-cu il təvəllüdlü Mehman Məhyəddinli adlı azyaşlı uşağı var. İş materiallarında olan AA ******* saylı və AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il təvəllüdlü Əkrəm Məmmədhəsənov və xx.xx.2021-ci il təvəllüdlü Arzu Məmmədhəsənov adlı 2 azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, videogörüntü, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2-ci maddələri və Təqsirləndirilən şəxs1 cinayət əməli CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində 2 uşağın olması, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3- 2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2-ci maddəsinin sanksiyası həddində nisbətən aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-ə qaytarılmış 30 metr uzunluğunda “MKBAB-7x4xl,2” markalı magistral rabitə kabeli hökm qanuni qüvvəsini aldıqdan sonra onların istifadəsinə verilmiş hesab edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci hesab edilən 50 (əlli) manat müştərək qaydada, yəni 16.67 (on altı manat altmış yeddi qəpik) manat Təqsirləndirilən şəxs2, 16.67 (on altı manat altmış yeddi qəpik) Təqsirləndirilən şəxs3 və 16.67 (on altı manat altmış yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2, 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-ə qaytarılmış 30 metr uzunluğunda “MKBAB-7x4xl,2” markalı magistral rabitə kabeli hökm qanuni qüvvəsini aldıqdan sonra onların istifadəsinə verilmiş hesab edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci hesab edilən 50 (əlli) manat - müştərək qaydada, yəni 16.67 (on altı manat altmış yeddi qəpik) manat Təqsirləndirilən şəxs2, 16.67 (on altı manat altmış yeddi qəpik) Təqsirləndirilən şəxs3 və 16.67 (on altı manat altmış yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-76/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-76/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver