Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-76/2025 04.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi – X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1977-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, usta işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi, ev 62M/26-da qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,532 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış və 24 avqust 2024-cü il tarixdə saat 17:30-da Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 1 ünvanın 4-cü mərtəbəsində dəhlizdə saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,532 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərində ittihamda qeyd edilən qədər metamfetamin olmayıb. Tutulan zaman olduğu evin sahibi ona 20 manat borclu idi. Həmin evə getmiş, evin sahibi də qapını açmışdır. O da həmin şəxsə demişdir ki, ona metamfetamin tapsın. Həmin şəxs də zəng edib qonşusuna demiş, o da gəlmişdir. Həmin qonşu da 50 manata 0,5 qram metamfetamin gətirmişdir. Lakin 0,5 qram metamfetamindən bir hissəsini istifadə etmişdir. Bu səbəbdən onun üzərində 0,5 qram metamfetamin qala bilməzdi. Metamfetamini ona satan şəxsin adı Orxandır və o da hazırda tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis kapitanı rütbəsindədir. Xidmət etdiyi şöbəyə etimad doğuran, məlum və qərəzsiz mənbədən xx xxxxxx 1977-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi ev 62, mənzil 26-da qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bildirilmiş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə şöbə rəisinə məruzə olunmuş, sonra rəhbərliyi ilə xidmət etdiyi şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 24 avqust 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək, həmin günü saat saat 17:30-da ünvan 2 ünvanın 4-cü mərtəbəsindəki dəhlizdə olan zaman saxlanılmış və şöbənin sahə inspektoru, polis baş leytenantı Şahid3 tərəfindən “İphone” markalı videokamera vasitəsilə çəkiliş edilərək Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellafon bükümdə ağ rəngli kütlə, həmin şalvarın sol cibindən içərisində 14 ədəd siqaret olan “West” markalı siqaret və üzərində ***-***-**-** simkartı olan “İtel” markalı mobil telefon aşkar edilərək götürülmüş, sonra 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə olan ağ rəngli kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,73 qram olması müəyyən edilib qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş başqa bir əşya aşkar edilməmişdir. Sonra 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli kütlə və üzərində ***-***-**-** simkartı olan «İtel» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, «West» markalı siqaret isə özünə qaytarılmış, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdəki ağ rəngli kütlənin psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün əldə etməsini bildirmiş, bundan sonra müvafiq protokol tərtib olunması üçün şərait olmadığından Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına getmiş, orada tərəfindən əməliyyat tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılaraq baxış keçirilməsi barədə protokol tərtib edilərək imzalarla təsqdiq olunmuş və şübhəli şəxs Təqsirləndirilən şəxs maddi sübutlarla və əməliyyat tədbirinin keçirilməsi barədə qeydə alınmış 01 ədəd CD disklə birlikdə şöbənin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənova təhvil verilmişdir. Bundan sonra şöbənin sahə inspektoru, polis baş leytenantı Şahid3 tərəfindən “İphone” markalı videokamera vasitəsilə çəkiliş davam etdirilərək təhqiqatçı Vüqar Həsənov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən keçirilmiş əməliyyat tədbiri zamanı üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış bir ədəd zərfdəki 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdəki ağ rəngli kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş və çəkisinin 0,71 qram olması müəyyən edilmiş, sonra həmin kütlə yenidən zərfə qoyulub möhürlənərək qablaşdırılmış, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış 01 ədəd CD diskə “Lenovo” markalı kompyuterdə baxış keçirilmiş, həmin videogörüntüdə tədqiqata təqdim olunan psixortrop maddə metamfetaminə bənzən kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin maddənin üzərindən aşkar edilməsini bildirməsi əksini tapmış, sonra təhqiqatçı Vüqar Həsənov tərəfindən bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və 01 ədəd CD disk protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən və şöbəyə aparılarkən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanda yaşamış, əvvəllər bir neçə dəfə məhkum olunmuş, ailəlidir, usta işləmişdir, uzun müddətdir narkotik vasitədən və psixotrop maddədən istifadə edir, hər dəfə naroktik vasitə və psixotrop maddə lazım olduqda Bakı şəhərində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə etmişdir. ünvan 5 ünvanın 4-cü mərtəbəsində yaşayan narkotik vasitə istifadəçisi olan tanışı Şəhriyar 20 manat borclu olduğundan 24 avqust 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvana gedib pulunu istəmiş, həmin vaxt Şəhriyar mənzilinə dəvət etmiş və nağd pulu olmadığını, lakin əvəzində psixotrop maddə verə biləcəyini bildirmiş, onunla razılaşdıqda Şəhriyar digər ümumi tanışları olan Orxanın bir azdan gələcəyini və psixotrop maddə olan metamfetamin gətirəcəyini bildirmiş, buna görə Şəhriyarın evində oturub Orxanın gəlməsini gözləmiş, bir qədər sonra Orxan gəlmiş və Şəhriyara istədiyi psixotrop maddəni vermiş, Şəhriyar da həmin metmfetamindən bir iri bükümünü borcunun əvəzində ona vermiş, elə orada həmin bükümdə olan metamfetamindən bir az götürüb istifadə etmiş, qalanını isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuş, tanışı Şəhriyarın mənzilindən çıxıb Xətai rayonu, M.Hadi küçəsi 80 Blok 7 A ünvanın 4-cü mərtəbəsində dəhlizdə olan zaman polis əməkdaşları videoçəkilişlə yaxınlaşıb saxlamış və üstünə baxış keçirərək Şəhriyarın verdiyi qalıq qalmış bir büküm metamfetamini və sol cibində olan mobil telefonunu götürmüş, sonra isə Xətai RPİ-nin 36-cı PŞ-nə aparmış, orada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə aparılan zaman ona hər hansı bir formada təzyiq göstərilməmiş, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 25 avqust 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır; (i.v. 1) - 24 avqust 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl X4 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütləni, şalvarın sol cibindən 1 (bir) ədəd üzərində WEST yazılmış içərisində 14 ədəd siqaret olan bağlama, sol cibindən 1 (bir) ***- ***-**-** nömrəsi olan İtel markalı mobil telefonu təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisi 0.73 (sıfır nöqtə yetmiş üç) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli narkotik maddəyə bənzər kütlə və 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. X7 verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, M.Hadi 80, Blok 7A ünvanının 4-cü mərtəbəsindəki dəhlizdə keçirilmişdir. Üstünü yoxlama və baxış zamanı «İphone» markalı videokamera vasitəsi ilə Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru polis baş leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Xətai RPİ-nin 36-cı PŞ-nin İnzibati binasında tərtib edilmişdir. Protokol imzalarla təsdiq edilmiş, protoloka 1(bir) ədəd DVD əlavə olunmuşdur; (i.v. 11-12) - Cinayət işində olan Təqsirləndirilən şəxs əməliyyat çəkilişinin əks olunduğu bir ədəd disk sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir; (i.v. 13) - 24 avqust 2024-cü il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 36-cı PŞnə vət. Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 24 avqust 2024-cü il tarixdə, saat 17:30-da ünvan 7 ünvanında saxlanılaraq üstü yoxlanılması və üzərindən 1 ədəd sellofan bükümdə "metafetamin"-ə bənzər maddənin və 1 ədəd üzərində "İtel" markalı mobil telefon aşkar edilərək götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal şəkilli "metafetamin"-ə bənzər maddə aşkar olunmuş və "Çin" istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.71 qram olduğu müəyyən edilmiş sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə "Lenovo" markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddə "metafetamin"-ə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır; (i.v. 15) - Cinayət işində olan təqdim olunan əşyaya baxış keçirilməsinin əks olunduğu 01 ədəd CD disk sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir; (i.v. 16) - 24 avqust 2024-cü il tarixli tərcüməçinin təyin edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs HK-1-1909 sıra nömrəsi ilə qeydə alınmış müraciəti üzrə Şəms tərcümə mərkəzinin rus dili tərcüməçisi ali təhsilli, X6 mütəxəssis qismində təyin edilmişdir; (i.v. 25) - 24 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 17:30 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 38) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4317 nömrəli 25 avqust 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "1) Təqsirləndirilən şəxs (imza)..." yazıları və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,532 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,532 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,482 qram; (i.v. 50-54) - 25 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən “İtel” markalı mobil telefon aparatı qara rəngli, sadə və düyməli olmaqla işlək vəziyyətdədir, həmin telefonun daxili yaddaşına baxış keçirilərkən orada istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir zəng, şəkil və SMS məlumatları aşkar edilməmişdir; (i.v. 62) - 25 avqust 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış yer binanın mərtəbə dəhlizidir, videogörüntüdən müəyyən edilir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü yoxlayaraq baxış keçirir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli kütlə, həmin şalvarın sol cibindən içərisində 14 ədəd siqaret olan “West” markalı siqaret və üzərində ***-***-**-** simkartı olan «İtel» markalı mobil telefon aşkar edilərək götürülür, sonra 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,73 qram olması müəyyən edilərək qablaşdırılır, daha sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilir, lakin qanunla qadağan edilmiş başqa bir əşya aşkar edilmir. Sonra 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli kütlə və üzərində ***-***-**-** simkartı olan «İtel» markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülür, “West” markalı siqaret isə Təqsirləndirilən şəxs qaytarılır. Daha sonra aşkar edilərək götürülmüş həmin 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli kütlə zərfə qoyularaq möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır; (i.v.63) - 25 avqust 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, süni işıqlandırma ilə işıqlandırılmış yer Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənovun xidməti iş otağıdır. Videogörüntüdən müəyyən edilir ki, Xətai RPİ-nin 36-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru X13 RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Xətai RPİ-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddi sübutlara baxış keçirir və keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış bir ədəd zərfdəki 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdəki ağ rəngli kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0,71 qram olması müəyyən edilir, sonra həmin kütlə yenidən zərfə qoyulub möhürlənərək qablaşdırılır, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış 01 ədəd CD diskə “Lenova” markalı kompyuterdə baxış keçirilir, həmin videogörüntüdə tədqiqata təqdim olunan kütlənin Təqsirləndirilən şəxs aşkar olunması, Təqsirləndirilən şəxs həmin maddənin üzərindən aşkar edilməsini bildirməsi əksini tapmışdır. Sonra təhqiqatçı Vüqar Həsənov tərəfindən bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunur və 01 ədəd CD disk protokola əlavə edilir; (i.v.64) - 26 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.71-72) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-573/2024 saylı, 26 avqust 2024-cü il tarixli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx xxxxxx 1977-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, usta işləyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi ev 62M/26-da qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.99- 102) - Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli 645 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi 62M/26 saylı evdə yaşayır; (i.v.110) - Azərbaycan Respublikası Bakı Şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, M.Ş.Vazeh küçəsi 62M/26 saylı evdə qeydiyyatdadır, göstərilən ünvanda yaşayır. Yaşadığı dövr ərzində onun barəsində Hövsan qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır; (i.v.111) - Nikah haqqındqa şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X9 18 aprel 2014-cü il tarixdə 320№-li qeyd ilə nikahlarını bağlamışlar; (i.v.112) - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 02 mart 2014-cü il təvəllüdlü X3 və 02 mart 2014-cü il təvəllüdlü X5 Təqsirləndirilən şəxs övladlarıdır; (i.v.113- 114) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 1(010)-186/2021 saylı Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilindiyi 240100296, 240100056, ********* nömrəli cinayət işləri xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmiş, lakin nəticəsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin residivi vardır; (i.v. 130-140) - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 43 nömrəli şəhər poliklinikasının 03 oktyabr 2024-cü il tarixli 18-1-1- 68/2-316/2024 saylı məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tibbi xidmət göstərilən ərazi üzrə ruhi-əsəb barədə müəssisənin Təqsirləndirilən şəxs tibbi xidmət göstərilən ərazi üzrə ruhi-əsəb barədə müəssisənin psixiatriya kabinetində qeydiyyatda yoxdur; (i.v. 141) - 22 oktyabr 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən göndərilmiş 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur; (i.v. 153-154) - 22 oktyabr 2024-cü il tarixdə diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, üzərində “Verbatim” yazısı olan CD-R formatlı disk “HP” markalı kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd fayl olması müəyyən edilmişdir. Həmin fayllar: 1.050548693_SMS; 2.**********39, 3.abuneçilər, 4.antenna. Həmin diskdəki fayllara baxış keçirilən zaman orada narkotik vasitələrin satışı ilə bağlı istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir zəng və sms məlumatlar aşkat edilməmişdir; (i.v. 155) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin 27 avqust 2024-cü il tarixli 5888 №-li Ambulator X2 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs SİNTETİK OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.156-157) - 22 oktyabr 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və həmin tarixdə Xətai rayon məhkəməsinin hakimi Rəfail Sadıxov tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən təmiz çəkisi 0,532 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,482 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir. Cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və baxış keçirilməsi prosesinin, eləcə də təqdim olunan əşyaya baxış keçirilməsi və prosesi götürmə prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,532 qram olması hesab edilmilşdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd içərisində ***-***-**-** simkanı nömrəsi olan "İtel” markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etmədiyindən Xətai RPİ-nin saxlancına verilmişdir. (i.v.158-167) Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına və məhkəmə baxışı zamanı əldə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, onun üzərində 0,5 qram metamfetamin olmaması həqiqətə uyğun deyil. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış bir ədəd zərfdəki 01 ədəd ağ rəngli şəffaf sellofan bükümdəki ağ rəngli kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,71 qram olması müəyyən edilmiş, sonra həmin kütlə yenidən zərfə qoyulub möhürlənərək qablaşdırılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,532 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində 2 yetkinlik yaşına çatmayan övladlarının olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 24 avqust 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X2nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,482 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin Xərai RPİ-nin saxlancında olan “İtel” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 24 avqust 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,482 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin Xərai RPİ-nin saxlancında olan “İtel” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan - üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-76/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-76/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver