Məhkəmə qərarları › İş №1(011)-77/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-77/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-77/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi – “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1972-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu Aşağı Cürəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalan vəd verib sonuncunun oğlu Şahid1 vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 14:49-da və saat 16:09-da müvafiq olaraq 2.000 manat və 4.500 manat cəmi 6.500 manat pulu Bakı şəhəri Xətai rayonu 29/30-cu məhəllə Panaroma park E yaxınlığındakı "Milli Ön" elektron ödəmə sistemi ilə terminaldan onun adına olan “Kapital Bank”ın **********562038 nömrəli hesab kartına göndərilmiş ümumilikdə 6.500 (altı min beş yüz) manat pul vəsaitini aldadıb vahid qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, 2022-ci il tarixində Zərərçəkmiş şəxs Şahid2lə birlikdə onun yanına gələrək müvafiq sənədlərin düzəldilməsini ondan xahiş etmişdir. O Fuaddan 4500 və 2000 manat olmaqla ümumilikdə 6500 manat pul almış, həmin puldan 1000 manatını qaytarmış, qalan məbləği də qaytaracaqdır. Özü İ Qarabağ Müharibəsi iştirakçısıdır. Onun barəsində ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, heç bir yerdə işləmir, təqaüdçüdür. İİ Qarabağ döyüşlərində iştirak etmiş, milli orduda müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu dəfə Müdafiə Nazirliyinin kəşfiyyat baş idarəsində Kəşfiyyat şöbəsinin bölmə rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs qonşusu Çingizin vasitəsi ilə tanımışdır. Döyüşdən sonra onun travmaları olduğu üçün əlillik dərəcəsi almaq məsələsi gecikmişdir. Çingiz isə ona yardım kimi İlhamla tanış etmişdir. İlham ona həmin əlillik dərəcəsini almaq üçün köməklik edəcəkmiş. Bu məqsədlə də 11 aprel 2022-ci ildə “Həzi Aslanov” metrostansiyasının ətrafında olan çayxanalardan birində o, İlham və Çingiz oturub çay içib onun əlillik dərəcəsini müzakirə etmişlər. İlham ona kömək edəcəyini deyib əlillik dərəcəsi almaq üçün 6500 manat pul lazım olduğunu bildirmiş, ona görə də o, oğlu Samirə zəng edib İlhamın kartına pul vurmasını istəmişdir. Oğlu Samir də İlhamın “Kapital Bank”a məxsus kart hesabına oğlu iki dəfə olmaqla, 4500 manat və 2000 manat pul göndərmişdir. İlhamla orada yeyib içmiş və İlham ona narahat olmamağını yaxın günlərdə əlillik dərəcəsi alacağını bildirmişdir. Həmin günün səhəri, yəni xx.xx.2022-ci il tarixdə İlhama zəng edib məsələnin nə yerdə olduğunu öyrənmək istəmişdir. Lakin İlham onun telefonuna cavab verməmiş və İlhamın onu aldatmasını başa düşmüşdür. Bir neçə dəfə İlhamdan pulunu tələb etsə də, İlham onun pulunu verməkdən imtina etmişdir. Sonradan İlham onun kartına iki dəfə 500 manat pul göndərməklə 1000 manat pulundan qaytarmışdır. Hazırda tələbi İlhamın ondan aldığı 6500 manat puldan qalan 5500 manat pulunu geri qaytarması olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddiaasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Atası Zərərçəkmiş şəxs İİ Qarabağ döyüşlərində iştirak etmiş və əlillik dərəcəsi almaq istəsə də, əlilliyi gecikmişdir. Ona görə də tanışı Çingiz vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs atasına əlillik dərəcəsi ala biləcəyini demişdir. 11 aprel 2022-ci il tarixdə saat 14 radələrində atası Fuad ona zəng edib Təqsirləndirilən şəxs 4169-7416-9856-2038 nömrəli kartına 6500 manat pul göndərməsini istəmişdir. O, yaşadığı evin yaxınlığında Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 3930 ünvanında yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kartına əvvəlcə 14:49-da 2000 manat, 16:09-da isə 4500 manat pul göndərmişdir. Lakin həmin pulun 6500 manatı da İlhamın atasına əlillik alması məqsədi ilə göndərilmişdir. Məhəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər Şahid2 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin şahidin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin 36 PB-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Xətai Rayon Polis İdarəsinin 36-ci PB-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İlham adlı şəxs ona 6500 (altı min beş yüz) manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v 4) zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.22) 06 sentyabr 2023-cü il tarixli götürülmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 02 ədəd A4 formatlı kağız üzərində olan sənədin surəti və xx.xx.2022-ci il tarixli 02 ədəd qəbz götürülmüşdür. (i.v 29); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Gəncə Hərbi Məhkəməsi tərəfindən 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə Gəncə Hərbi Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 07 aya endirilmiş və xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad edilmişdir.Qüvvədə olan Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur (i.v 42); 21 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında olan protokoldan görünür ki, vətəndaş M.İlham Müzəffər oğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək Xətai RPİ tərəfindən saxlanılmışdır.(i.v 59) 21 sentybar 2023-cü il tarixli üzləşdirmə haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs də, Zərərçəkmiş şəxs dediklərini qismən təsdiq edib 6500 manat puldan 4500 manatını Zərərçəkmiş şəxs əlillik dərəcəsi almaq üçün aldığını, 2000 manat pulu borc olaraq aldığını bildirmişdir.(i.v 79-80) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət tibbi-sosial ekspertiza və realibitiasiya xidmətinin 30 saylı tibbi sosial ekspert komissiyasının müayinə haqqında məlumat kağızından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyi vardır.(i.v 82) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası müharibə veteranıdır.(i.v 83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 14 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs affektiv pozuntu, depressiv epizodlar,intihar fikirləri, özünə xəsarət yetirmələrlə şəxsiyyətin ifadə dəyişkənliyi, yaddaş zəifliyi, qıcolma sindromu müəyyən edilmişdir.(i.v 84) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 18 sentyabr 2009-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aldığı tramva hərbi tramvadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. (i.v 85) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institunun 26 oktyabr 2011-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sol budun orta 3/1-in dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət bud şikirinin tramvatik nevriti, yerişin pozulması müəyyən edilmişdir.(i.v 89) 22 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v 92-93) Xətai Rayon Məhkəməsinin 4(011)-610/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş və o, dərhal məhkəmə zalından azad edilmişdir.(i.v 110-113) 22 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 114-115) “Məhkəmə-X1” X4 Ekspertinin 27 noyabr 2023-cü il tarixli 3301 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O cinayət əməlini törədərkən Anlaqlı olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni pxisi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətindədir. (i.v 136-137A) 27 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanması, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd A4 formatlı kağız üzərində olan sənədin surəti, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolu, təqdim etmə və götürmə protokolu sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs oölunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,32.4,312-ci və 32.4. 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının” 346.13,04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrilaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi,iş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan 6500 manat hesab edilməsi qərara alınmışdır. (i.v 139- 144) Biləsuvar Rayon məhkəməsinin 14 mart 2024-cü il tarixli, 1(022)-36/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi, barəsində xx.xx.2023-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs məhkəmə zalından həbs edilməsi, cəza çəkmə müddətinin əvvəli14 mart 2024-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi höküm olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli, 1(106)-500/2024 saylı qərarı ilə zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayət ilə əlaqədar dəyişdirilmədən saxlanmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 5.500 (beş min beş yüz) manat pulun alınaraq ona geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1993cü il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub,Vətən müharibəsi iştirkaçısı olduğu üçün 80 manat pensiya alır. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələrindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona maddi ziyan vurması, bununla da əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin mövcud olması tam olaraq sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş zərərdən 1000 min manat pul ödədiyindən göstərilən xüsusat vurulmuş zərərin qismən ödənilməsi hesab edilməli (CM 59.1.14), İ Qarabağ müharibəsi iştirakçısı olması(CM59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 29, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham edici hökm çıxması şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanıın ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslə barışıq əldə etməməsi və ona dəymiş ziyanı tam ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmalı və qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunduğundan, Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia ərizəsi ilə əlaqədar olaraq rüsum ödəməkdən azad olunmalı və vermiş olduğu iddia ərizəsi təmin olunaraq 5500 manat pul təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Alyans Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki höküm ilə təyin edilmiş cəza ilə qismən toplansın və ona qəti olaraq 03(üç) il 06(altı)ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03(üç) il 06(altı) ay müddətinə azadlıqdan məhrumemtə cəzasından çıxılsın və üzərində 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(022)-36/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunduğundan, Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia ərizəsi ilə əlaqədar olaraq rüsum ödəməkdən azad olunsun və vermiş olduğu iddia ərizəsi təmin olunaraq 5500(beş min beş yüz) manat pul təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Alyans Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar