Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-77/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, etibarnamə əsasında «BC» kateqoriyalı AD175240 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan «Toyota-Prius» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili 05 aprel 2024-cü il tarixdə saat 15:25-də Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində 30 km/saat sürətlə idarə edərkən həmin küçənin 13 ünvanın qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa doğru keçən xx.xx.2013-cü il təvəllüdlü piyada Zərərçəkmiş şəxs vurub ona ehtiyatsızlıqdan sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları və sol qaş nahiyəsinin cırılmış yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uşaq ehtiyyatsızlıq edib maşının qabağına qaçmışdır. Elə vəziyyət olmuşdur ki, saxlamaq imkanı olmamışdır. Uşaq avtobusun arxasından 1 saniyənin içində çıxıb özünü maşının qabağına atmışdır. O uşağı məktəbin qabağında vurmamışdır, əsas yol idi, surəti də çox deyildi, 30 km/s olmuşdur. Hadisədən sonra uşağı həkimə də aparmışdır, gücü çatdığı qədər köməklik də etmişdir, dərmanlarını almışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasına Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadəsində göstərmişdir ki, Yevlax rayonu, Ələş kəndində qeydiyyatda olsa da hazırda valideynləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Xətai rayonunda yerləşən 254 nömrəli tam orla məktəbin 3-cü sinifində oxuyur. 05 aprel 2024-cü il tarixdə saat 14 radələrində dərsləri bitdiyinə görə oxuduğu məktəbdən çıxıb yaşadığı ünvana getmək üçün 51 saylı avtobusa minmiş, ancaq yolda yuxuladığı üçün evinin yanında olan dayanacağı buraxıb məcbur olub təkrarən geriyə dönüş etmiş, yaşadığı evin yaxınlığında, yəni Polad Həşimov küçəsindəki dayanacaqda düşərək keçiddən istifadə edərək avtobusun arxasında yola çıxmış, bu zaman sağ tərəfdən avtomobil gəlib sağ dizindən vurmuş və yolun hərəkət hissəsinə yıxılmışdır. Sonra orada olan şəxslər, eləcə də hadisəni törədən sürücüsü yerdən qaldırb avtomaşına qoymuş və onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə təqsirləndirilən şəxslə barışığın əldə edilmədiyini və hazırda şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin 2021-ci ilin oktyabr ayından etibarnamə və «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə icarəyə götürüb idarə etdiyi «Toyota-Prius» markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. 05 aprel 2024cü il tarixdə saat 14:45-də Xətai rayonu, Qara Qarayev prospektindən sifarişi qəbul edərək, Xətai rayonu, Polad Həşimov küçəsi yolun kənarında müştərini düşürtmüş, həmin sifarişi bitirəndən sonra işlədiyi "Bolt" proqramı vasitəsi ilə saat 15:25-də həmin küçədən yeni sifariş qəbul etmiş və hərəkətə başlamış, Polad Həşimov küçəsi ilə saatda 30 km sürətlə hərəkətdə olarkən Polad Həşimov küçəsi 13 ünvanında yolun sol hissəsində dayanacaqdan kənarda nömrəsini bilmədiyi sərnişin avtobusu dayanmış, idarə ediyi avtomobillə avtobusun yanından keçən zaman təxminən 10 yaşında bir oğlan uşağı avtobusun arxasından çıxaraq idarə eldiyi atomobilin qarşısına çıxmış və yolu soldan sağa doğru qaçıb keçmiş, həmin vaxt uşaqla arasında məsafə az olduğundan əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməmiş və avtomaşının sol ön hissəsi ilə uşağı vurmuşdur. Hadisədən sonra maşını saxlamış və avtomobillə vurduğu uşağın maşının sol arxa hissəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, dərhal avtomaşından düşüb uşağa yaxınlaşmış, həmin azyaşlı uşağı avtomobilinə qoyub Xətai rayonu, Həzi Aslanov metrosunun yanında olan təcili tibbi yardım stansiyasına aparmış, orada həkim müayinəsindən keçdikdən sonra uşağı Semaşka xəstaxanasına göndərmişdirlər. Hadisə zamanı sərxoş olmamış, hava aydın və yağmursuz olmuş, həmin vaxt avtomobildə sərnişin və ya yük olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobilin sol ön buferi əzilmişdir, eləcədə hadisə zamanı özü heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 05 aprel 2024-cü il tarixdə işdə olarkən istifadəsində olan mobil nömrəsinə tanımadığı nömrədən zəng gələrək 11 yaşlı oğlu Zərərçəkmiş şəxs 254 saylı tam orta məktəbdən evə gələn zaman yaşadığı ünvan 6 ünvanın qarşısında yolu keçən vaxtı avtomobil vurması və oğlunun xəsarət alması barədə məlumat verilmişdir. Dərhal xəstəxanaya getmiş, orada oğlunu həkimlər müayinə etdiyini görmüş, oğlu Yusifi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vuraraq xəstəxanaya gətirdiyi ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır; (i.v.1) - 05 aprel 2024-cü il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində baş vermişdir; (i.v.6-17) - 05 aprel 2024-cü il tarixli 2/18058 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; (i.v.18) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 08 may 2024-cü il tarixli, 401 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onda sağ baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları və sol qaş nahiyəsinin cırılmış yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat qəzası zamanı törənə bilərdilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilmişdir; (i.v.29-31) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2024-cü il tarixli, 8/1391 №-li ekspert rəyindən görünür ki, “Toyota Prius” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; (i.v.35-40) - 17 sentyabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır; (i.v.42) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 26 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X6 rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixli Bakı Apcllyasiya məhkəməsinin qərarı ilə cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.1 maddəsinə tövsif edilərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixli Nərimanov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2009-cu il tarixli amnistiya haqqında qərarının 4cü bəndinə əsasən çəkilməmiş cəzası yarıyadək azaldılmışdır. xx.xx.2009-cu il tarixli Nərimanov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 23 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur; (i.v. 53-54) - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-12/2009 saylı, 16 yanvar 2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir; (i.v. 55-59) - 19 sentyabr 2024-cü il tarixli yetkinlik yaşına çatmamış zərərçəkmişin qanuni nümayəndəsi kimi tanınması haqqında qərardan görünür ki, cinayət işi üzrə Qanuni nümayəndə xx.xx.2013-cü il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır; (i.v. 61) - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2013-cü ildə doğulmuşdur; (i.v. 66) - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 oktyabr 2024-cü il tarixli 5526 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Maştağa qəsəbəsi, R.Salmanov küçəsi, ev 5 ünvanında daimi pasport qeydiyyatındadır; (i.v. 73) - Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 oktyabr 2024-cü il tarixli 5526 №-li xasiyyətnamədən görünür ki, Maştağa qəsəbə nümayəndəliyinə vətəndaş, Təqsirləndirilən şəxs barəsində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır; (i.v. 74) - 02 yanvar 2024-cü il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs X4 məxsus olan **-BK-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (HİBRİD)” minik markalı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Etibarnamə xx.xx.2025-ci il saat 23:59-dək qüvvədədir; (i.v.77) - Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 17 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx.xx.1981ci il tarixində Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məxsus AD175240 saylı sürücülük vəsiqəsi xx.xx.2025-ci il tarixədək etibarlıdır; (i.v.81-82) - 22 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264 və 143-ci maddələrinin tərkib əlamətləri olmadığında barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. “Toyota-Prius” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi X2 qaytarılması, cinayət işi üzrə hadisə yerinə, avtomobilə keçirilmiş baxış protokolu, hadisə yerinin sxemi, ifadənin yerində yoxlanması protokolu, foto şəkillər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Elspertiza və X8 X12 08 may 2024-cü il tarixli 401 nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin məhkəmə yol-nəqliyyat ekspertizalarının 01 avqust 2024-cü il tarixli 8\1391 nömrəli rəyləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid ifadəsi sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır; (i.v.93-97) - 22 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.107-108) - 22 oktyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.122-123) Beləliklə, Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda–iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan “Toyota Prius” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi vöen **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – “Toyota Prius” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomonilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-77/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-77/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver