Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-78/2021 09.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Kürdəmir şəhəri Şirvan küçəsi ev 17-də qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Baxçalı evlər ev 9 b mənzil 37-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 saylı ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı başı ilə sonuncunun üz nahiyəsindən qəsdən vuraraq ona burun tənəfüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişmiş sınığı və burun yumşaq toxumasının hematoması kimi Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs qeyri-rəsmi nikahla yaşadığı Şahid qohumu olmuş, Murğuzla toyuq alğı-satqısı etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Murğuzdan dörd ədəd toyuq istəməsinə baxmayaraq sonuncu satmaq məqsədi ilə Bakı şəhərinə 15 ədəd toyuq gətirmiş, sonuncuya həmin toyuqları satıb pulunu verəcəyini vəd etmişdir. Həmin toyuqlardan 4 ədədini satsa da, geri qalan toyuqları sata bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Murğuz onun işlədiyi Bakı şəhəri Xətai rayonu Sarayev küçəsində yerləşən “PakDad” restoranına bir neçə dəfə gələrək pulunu tələb etmiş və onu iş yerində narahat etmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində növbəti dəfə Murğuz onun iş yerinə gələrək pulunu tələb etdikdə aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, başı ilə Murğuzun üz nahiyəsindən vuraraq burnuna xəsarət yetirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 15 ədəd toyuq gətirərək tanışı Ceyhuna vermiş, sonuncu toyuqları satıb pulunu ona verməli olmuşdur. Ceyhun həmin toyuqlardan bir neçəsini satıb pulunu verdikdən sonra ona 66 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Ceyhunun işlədiyi Baki şəhəri Xətai rayonu Sarayev küçəsində yerləşən “PakDad” restoranına getmiş və orada Ceyhundan 66 manat borcunu istəmişdir. Bu zaman aralarında yaranmış mübahisə zamanı Ceyhun başı ilə qəsdən onun üz nahiyəsindən vuraraq burnuna xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, qeyri-rəsmi nikahda yaşadığı Təqsirləndirilən şəxs ilə həmyerlisi və uzaq qohumu olan Zərərçəkmiş şəxs o, tanış etmiş və onlar tanış olduqdan sonra aralarında toyuq alğı-satqısı haqqında razılaşmaları olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvanda olarkən Ceyhun ona zəng vuraraq Murğuzla mübahisə etdiyini və mübahisə zamanı qəsdən başı ilə Murğuzu vurduğunu, nəticədə Murğuzun burnundan xəsarət almasını bildirmişdir. O, həmin əraziyə yaxın yerdə yaşadığı üçün bir neçə dəqiqə ərzində həmin yerə getmiş və Ceyhunun Murğuza tibbi yardım etdiyini və ətrafda heç kimin olmadığının şahidi olmuşdur. O, Murğuzu sakitləşdirərək tibbi yardım göstərmək məqsədi ilə yaşadığı ünvana aparmış və ona tibbi yardım göstərmişdir. Murğuz tibbi yardımdan imtina edərək evdən çıxmış və Ceyhun barəsində polisə şikayət edəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” X2 Şəxsin Xətai rayon şöbəsinin verdiyi xx xxxxxx 2020-ci il tarixli 1190 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün qapalı yerdəyişməli sınığı və burnun yumşaq toxumasının hematoması müəyyən edilmiş, xəsarətlər bərk-küt əşyanın təsirindən törənmiş, müddəti xx.xx.2020-ci il tarixə uyğun gələn dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir (i.v.28-30); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 40); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, əməlindən peşiman olmuş, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs həmin ərizəsində Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş zərərin tam ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-78/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-78/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver