Məhkəmə qərarları › İş №1(011)-78/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-78/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-78/2025 12.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəşidov Xəzər Araz oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyasının Stavropol vilayətində anadan olmuş evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, hazırda işsiz, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Mühafizə idarəsinin 1-ci Mühafizə şöbəsinin müvəkkili vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə, xx.xx.1986-cı il tarixdə Biləsuvar rayonunun Ovçubərə kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, hazırda işsiz, cinayət törədilən vaxt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinin Bəyannamələr idarəsinin Bəyannamələrin təhlili şöbəsində dövlət vergi müfəttişi vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarixli, **********177400 nömrəli əmri ilə əvvəlki adı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Mühafizə idarəsinin 1-ci Mühafizə şöbəsinin, hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Mühafizə idarəsinin 1-ci Mühafizə şöbəsinin müvəkkili vəzifəsinə təyin edilərək, həmin vəzifədə işləyərkən, həmin Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Bəyannamələr və təhlil idarəsinin Bəyannamələrin təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə işləyən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Zərərçəkmiş şəxs "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 5 ünvanında 5 mərtəbəli yaşayış binasının inşası zamanı dövlət büdcəsinə yaranmış 15.467,73 manat əsas və həmin borcun vaxtında ödənilməməsi səbəbindən üzərinə faiz olaraq toplanmış 57.055,73 manat olmaqla ümumilikdə 72.523,46 məbləğində vergi borcunun yenidən hesablanaraq məbləğin azaldılması ilə bağlı 2023-cü ilin iyun ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar sonuncuya Təqsirləndirilən şəxs2 həmin məsələni həll etmək imkanında olmasını bildirib, 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 101 ünvanında yerləşən 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yaxınlığında Şahid1 tərəfindən kirayə götürülmüş ofisdə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs2 görüşdükdə sonuncu həmin məsələnin müsbət həll olunması ilə bağlı vergi hesabatlarının öyrənməsi üçün "xxxx" MTK-ın “Asan” elektron imzasının özünə verilməsini istəyib, vergi hesabatlarına baxış keçirdikdən sonra vergi borcunun azaldılması və ya tam silinməsi ilə bağlı məlumat verəcəyini bildirərək, 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Nərimanov parkının yaxınlığında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qeyd olunan MTK-ın adına açılmış "Asan” elektron imzanı götürdükdən sonra, Təqsirləndirilən şəxs2lə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq 2023- cü ilin iyun ayının ortalarında hesabatın düzgün aparılmaması səbəbindən həmin Kooperativin vergi borcunun əsassız olaraq çox hesablandığını, dövlətə yaranmış vergi borcunun tam silinməsini təmin etmək imkanına malik olduğunu və vergi borcunun silinməsi üçün özlərinə ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində pul vəsaiti verilməsinin zəruri olmasını, həmin vəsaitin 29.000 manat hissəsinin vergi borcuna yönələcəyini, 3.000 manat məbləğində hissəsinin isə xidmət haqqı qismində özlərinə götürəcəklərini və ilkin olaraq 22.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu istifadəsində olan (055) ***-**-** mobil telefon vasitəsi ilə şəxsən cinayətdən xəbərsiz Şahid1 və qabaqcadan əlbr olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs aldatmaqla bildirib, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olaraq özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək cirayətdən xəbərsiz Şahid1 və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxsla sövdələşib, həmin adla 2023-cü iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Nərimanov parkının yaxınlığında park edilən Zərərçəkmiş şəxs istifadəsində olmuş “Toyota Prado” model “**-SU-***” dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan 22.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra cinayətkar nyyətini davam etdirərək, həmin məqsədlə 2023-cü ilin iyul ayının əvvəlində ünvan 7 ünvanında yerləşən Ali Məhkəmənin yaxınlığında park edilən Zərərçəkmiş şəxs istifadəsində olmuş “Toyota Prado” model “**- SU-***” dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan 10.000 manat olmaqla ümumilikdə 32.000 (otuz iki min) manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin xx.xx.2022-ci il tarixli, **********380300 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin Bəyannamələr və təhlil idarəsinin Bəyannamələrin təhlili şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilərək, həmin vəzifədə işləyərkən, həmin Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Mühafizə idarəsinin 1-ci Mühafizə şöbəsinin müvəkkili vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Zərərçəkmiş şəxs “Royal İnşaat" Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 5 ünvanında 5 mərtəbəli yaşayış binasının inşası zamanı dövlət büdcəsinə yaranmış 15.467,73 manat əsas və həmin borcun vaxtında ödənilməməsi səbəbindən üzərinə faiz olaraq toplanmış 57.055,73 manat olmaqla ümumilikdə 72.523,46 məbləğində vergi borcunun yenidən hesablanaraq məbləğin azaldılması ilə bağlı 2023-cü ilin iyun ayının əvvəllərində cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi 101 ünvanında yerləşən 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yaxınlığında Şahid1 tərəfindən kirayə götürülmüş ofisdə Zərərçəkmiş şəxsla görüşdükdə həmin məsələnin müsbət həll olunması ilə bağlı vergi hesabatlarının öyrənməsi üçün "xxxx" MTK- ın “Asan” elektron imzasının özünə verilməsini istəyərək, vergi hesabatlarına baxış keçirdikdən sonra vergi borcunun azaldılması və ya tam silinməsi ilə bağlı məlumat verəcəyini bildirib, 2023-cü ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Nərimanov parkının yaxınlığında Zərərçəkmiş şəxs qeyd olunan MTK-ın adına açılmış “Asan” elektron imzanı götürdükdən sonra, Təqsirləndirilən şəxs1lə aralarında əvvəlcədən əldə edilmiş ümumi razılığa uyğun olaraq 2023-cü ilin iyun ayının ortalarında hesabatın düzgün aparılmaması səbəbindən həmin Kooperativin vergi borcunun əsassız olaraq çox hesablandığını, dövlətə yaranmış vergi borcunun tam silinməsini təmin etmək imkanına malik olduğunu və vergi borcunun silinməsi üçün özlərinə ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində pul vəsaiti verilməsinin zəruri olmasını, həmin vəsaitin 29.000 manat hissəsinin vergi borcuna yönələcəyini, 3.000 manat məbləğ ndə hissəsinin isə xidmət haqqı qismində özlərinə götürəcəklərini və ilkin olaraq 22.000 manat məbləğində pul vəsaitinin verilməli olduğunu istifadəsində olan (050) ***-**-** mobil telefon vasitəsi ilə şəxsən Zərərçəkmiş şəxs və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Şahid1 aldatmaqla bi dirib, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olaraq özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxsla sövdələşib, həmin adla 2023-cü iyun ayının sonlarında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Nərimanov parkının yaxınlığında park edilən Zərərçəkmiş şəxs istifadəsində olmuş “Toyota Prado” model “**-SU-***” dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan 22.000 manat məbləğində pul vəsaitini aldıqdan sonra cinayətkar niyyətini davam etdirərək, həmin məqsədlə 2023-cü ilin iyul ayının əvvəlində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə ünvan 7 ünvanında yerləşən Ali Məhkəmənin yaxınlığında park edilən Zərərçəkmiş şəxs istifadəsində olmuş “Toyota Prado” model “**- SU-***" dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan 10.000 manat olmaqla ümumilikdə 32.000 (otuz iki min) manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui- istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 32.000 (otuz iki min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ilkin olaraq bildirmişdir ki, 2018-ci ildən 2024-cü ilin iyul ayına kimi Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Mühafizə idarəsinin 1-ci Mühafizə şöbəsinin müvəkkili vəzifəsində işləmişdir. Onun iş fəaliyyəti Dövlət Vergi Xidmətinin Bakı şəhərində yerləşən müxtəlif vergi orqanlarının inzibati binasının giriş hissəsində mühafizə işini təşkil etmək, vergi orqanına müraciət edən vətəndaşları aidiyyəti struktur bölmələrə yönəltmək və bu kimi digər işlərdən ibarət olmuşdur. Şahid1 ilə 2011-ci ildə “İrəli" ictimai təşkilatında işləyərkən tanış olmuş, həmçinin sonuncu ilə eyni dövrdə Azərbaycan Beynəlxalq Universitetində təhsil almışdır. Şahid1 ilə yaxın dostluq münasibətləri olmuş və sonuncu onun Dövlət Vergi Xidmətində işləməsi barədə məlumatlı olmuşdur. 2023-cü ilin iyun ayında Şahid1 onunla əlaqə saxlayaraq, həmin zaman adını bilmədiyi şirkətin təxminən 75.000 manat məbləğində vergi borcu ilə bağlı tərtib olunmuş bəyannamədə yanlışlığın olduğunu bildirib, bununla əlaqədar olaraq köməklik etməsini istəmişdir. Buna cavab olaraq, həmin məsələnin hansı qaydada həll olunması ilə bağlı hər hansı bir məlumatının olmadığını qeyd etmiş, lakin həmin zaman qeyd olunan məsələyə aid sahədə yəni, Bakı şəhəri X6 üzrə Baş idarəsinin Bəyannamələr və iqtisadi təhlil idarəsinin Bəyannamələrin təhlili şöbəsində işləyən tanışı Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini Şahid1 vermişdir. Təqsirləndirilən şəxs2lə təxminən 2014-cü ildə, sonuncu hələ Azərbaycan Respublikası Təhsil Nazirliyində işlədiyi zaman tanış olmuş və Vergi Xidmətinin qeyd olunan şöbəsində yalnız Təqsirləndirilən şəxs2 tanıdığı üçün özünə olan müraciəti sonuncuya yönləndirmişdir. Həmin zaman Şahid1 vergi borcunun hansı səbəbdən yaranmasını ona bildirməmiş və hansı şirkətin borcunun yaranması ilə bağlı onun məlumatı olmamışdır. Təxminən 10 gün sonra 2023-cü ilin iyun ayında, Şahid1 onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs2lə danışdıqlarını, sonuncunun 32.000 manata şirkətin borcunun silinməsini təmin edə biləcəyini bildirdiyini və ilkin olaraq 22.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 çatdırılması üçün həmin şirkətin nümayəndəsi olan Zərərçəkmiş şəxs onunla əlaqə saxlayacağını qeyd etmişdir. Ardınca Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs həmin məsələ ilə bağlı, yəni vergi borcunun silinməsi üçün 22.000 manat məbləğində ona pul vəsaiti verəcəyini qeyd etmiş və həmin vəsaiti özünə təqdim etməsini istəmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov parkının yaxınlığında sonuncu ilə görüşmüş və Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli, “Toyota Prado” model avtomobildə Təqsirləndirilən şəxs2 təqdim etməsi üçün bir bağlamada, daxilində 22.000 manat məbləğində pul vəsaitini ona təqdim etmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs əlavə olaraq 10.000 manat məbləğində vəsaitin də bir müddət sonra verəcəyini bildirmişdir. Həmin zaman da Təqsirləndirilən şəxs2 hansı şirkətlə bağlı köməklik etdiyi ona məlum olmamışdır. Təxminən 5 dəqiqə sonra, Təqsirləndirilən şəxs2 işlədiyi Nərimanov parkının yanında yerləşən Dövlət Vergi Xidmətinin X6 Baş İdarəsinin inzibati binasından çıxıb ona yaxınlaşmış və o, daxilində 22.000 manat məbləğində vəsait olan bağlamanı elə Nərimanov parkında sonuncuya vermişdir. O, həmin bağlamanı açmamış və daxilində olan məbləği saymamış, yalnız Zərərçəkmiş şəxs deməsinə əsasən daxilində 22.000 manat məbləğində vəsaitin olduğunu bilmişdir. Təxminən bir ay sonra, 2023-cü ilin iyul ayında Şahid1 yenidən ona zəng edərək Təqsirləndirilən şəxs2 əlavə olaraq 10.000 manat məbləğində pul veriləcəyini bildirmiş və həmin vəsaiti onun Zərərçəkmiş şəxs alıb Təqsirləndirilən şəxs2 təqdim etməsini xahiş etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə Xətai rayonunun ərazisində yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binası və Xocalı parkının yaxınlığında görüşmüşdür. Həmin zaman Zərərçəkmiş şəxs yenidən istifadəsində olan ağ rəngli, "Toyota Prado" model avtomobildə Təqsirləndirilən şəxs2 təqdim etməsi üçün ona 10.000 manat məbləğində pul vəsaiti vermişdir. Həmin gün saat 18 radələrində Nərimanov parkının yanında Təqsirləndirilən şəxs2 ilə görüşmüş və 10.000 manat məbləğində vəsaiti sonuncuya təqdim etmişdir. Zərərçəkmiş şəxs tərəfindən ona təqdim olunmuş cəmi 32.000 manat məbləğində vəsaitin hamısını Təqsirləndirilən şəxs2 təqdim etmiş, Şahid1 ona Təqsirləndirilən şəxs2 pul vəsaitinin vergi borcunun silinməsi ilə bağlı verildiyi demiş, lakin nə Təqsirləndirilən şəxs2, nə Zərərçəkmiş şəxs, nədə ki Şahid1 dəqiq olaraq borcun hansı səbəbcən yaranması, borcun hansı şirkətə aid olması ilə bağlı məlumat verməmişlər. Təqsirləndirilən şəxs2 vergi borcunun silinməsi ilə bağlı aldığı pul vəsaitindən, ona hər hansı məbləğdə pul verməmiş və aralarında əvvəlcədən ona hər hansı bir məbləğdə pul vəsaitinin veriləcəyi barədə sövdələşmə olmamışdır. 2023-cü ilin oktyabr ayının sonlarında Şahid1 ona zəng edərək, Təqsirləndirilən şəxs2 işi həll etmədiyindən və lüzumsuz vaxt uzatdığı üçün, sonuncudan pulu almağını istəmişdir. O, bu barədə Təqsirləndirilən şəxs2lə danışdıqda sonuncu işi həll edə bilmədiyini və qısa zamanda pulu qaytaracağını demiş, eləcə də pulu hara xərcləməsi barədə suallarına cavab verməmişdir. Bundan sonra, mütəmadi olaraq onunla Şahid1 və Zərərçəkmiş şəxs arasında telefon danışığı olmuşdur. Həmin zaman o, Təqsirləndirilən şəxs2 pul vəsaitini "xxxx" MTK-in 75.000 manat məbləğində borcunun silinməsi üçün aldığını öyrənmişdir. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, 32 000 manat puldandan ona 3000 manat pul çatmış, ötən məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakterli olmuşdur. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini qeyd edərək himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olduğundan barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2009-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, 2019-cü ildə əvvəlki Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergi Baş İdarəsinə dövlət vergi müfəttişi vəzifəsində işə qəbul olunmuş, 2021-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Bakı şəhəri X6 üzrə Baş idarəsinin Bəyannamələr idarəsinin Bəyannamələrin təhlili şöbəsində dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuş, 2024-cü ilin aprel ayından isə Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin Elektron uyğunsuzluqlara nəzarət üzrə 2-ci şöbəsində dövlət vergi müfəttişi vəzifəsində işləmiş və 2024- cü ilin iyul ayının 5-də Dövlət Vergi Xidməti orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinin Bəyannamələr idarəsinin Bəyannamələrin təhlili şöbəsində dövlət vergi müfəttişi kimi onun vəzifələrinə vergi ödəyicisinin eyniləşdirmə nömrələrinin (VÖEN) ləğvi ilə bağlı müraciətlər üzrə araşdırma aparıb, rəy bildirmək, vergi ödəyicilərinin şikayətlərinə inzibati qaydada baxılması və sair aid olmuşdur. Təqsirləndirilən şəxs1 ilə Azərbaycan Respublikası Təhsil Nazirliyində işlədiyi vaxtda tanış olmuş və o, Vergi Xidməti üzrə Bakı şəhərinə təyinat aldıqdan sonra sonuncu ilə yaxın münasibətləri yaranmışdı, Şahid1 və Zərərçəkmiş şəxs ilə isə əvvəllər ünsiyyəti olmamışdır. 2023-cü il iyun ayında Təqsirləndirilən şəxs1 ona zəng edərək tanışının vergi borcu olduğunu bildirərək həmin borcun silinməsində kömək etməsini xahiş etmiş və "xxxx" MTK-ın “**********” nömrəli “VÖEN”-i “Whats App” mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Vergi ödəyicisi Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğu üçün məlumatlarına baxış keçirə bilməmiş və sonra Təqsirləndirilən şəxs1 özünə müraciət edən şəxslərlə görüşməyini istəmişdir. Təxminən 1 həftə sonra, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Nərimanov rayonunda, 5 nömrəli xəstəxana ilə üzbə-üz olan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisdə "xxxx" MTK-ın nümayəndəsi kimi özünü təqdim edən Zərərçəkmiş şəxsla görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs "xxxx" MTK-nın vergi borcunun yarandığını, həmin borcun silinməsinə köməklik göstərməsini xahiş etmiş və bunun qarşılığında ona maddi formada hörmət edəcəyini bildirmişdir. Verçi ödəyicisinin məlumatlarına baxış keçirə bilməsi üçün “Asan" elektron imza nömrəsinin özünə təqdim olunmasını istəmiş və “Asan” imza nömrəsini aldıqdan sonra hesabatlara baxış keçirərək vergi borcunun azaldılması və ya tam silinməsi ilə bağlı məlumat verəcəyini bildirmişdir. Həmin görüşə o, xidnəti formada getmiş və Vergi Xidmətinin əməkdaşı olması barədə sonuncuların məlumatı olmuşdur. Bir necə gün sonra, Zərərçəkmiş şəxs onunla Nərimanov rayonu, Nərimanov parkının yaxınlığında görüşmüş və "xxxx" MTK-ın “Asan” imzada qeydiyyata alındığı mobil telefon nömrəsinin olduğu “Nokia” model mobil telefonu ona təqdim etmişdir. Şəxsi istifadəsində olan mobil telefon vasitəsilə www.taxesgov.az elektron ünvanınca olan vergi ödəyicinin məlumatlarına baxış keçirmiş və şəxsi hesab vərəqəsindəki borcunun şəklini çəkərək Zərərçəkmiş şəxs göndərmişdir. “Royal İnşaat" MTK-nın şəxsi hesab vərəqəsinə əsasən təxminən 73000 manat məbləğində borc olduğunu, borcun müəssisənin özü tərəfindən verilmiş hesabatlara görə yarandığını müəyyən etmiş və borcun azalması və ya silinməsi ilə bağlı hər hansı köməkliyin göstərilməsinin mümkün olmadığını başa düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb, “Royal inşaat" MTK-nın dövlət büdcəsinə yaranmış borcunun 73000 olduğunu və həmin borcun məbləğini öz bildiyi qaydada azalda biləcəyini qeyd etmişdir. Bundan başqa, danışıq zamanı Təqsirləndirilən şəxs1 həmin məsələnin həlli üçün Zərərçəkmiş şəxs 32000 manat məbləğində pul vəsaiti istəyəcəyini və vasitəçi olduğuna, əziyyətinə görə həmin məbləğdən müəyyən məbləğdə pul vəsaitini Təqsirləndirilən şəxs1 özünə verəcəyini əlavə etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və onunla bərabər olaraq Şahid1 ilə danışıq aparmışdır. Həmin günün axşamı Zərərçəkmiş şəxs zəng edərək "xxxx" MTK-nın dövlət büdcəsinə yaranmış təxminən 73000 manat məbləğində borcunu azaldacağını, az miqdarda, təxminən 3000 manata yaxın borc qalacağını bildirmişdir. Həmin zaman şəxsi borcları olduğu üçün pula ehtiyacı olmuş və buna görə Zərərçəkmiş şəxs həmin məsələni 32000 manat məbləğində vəsait müqabilində edəcəyini, prosesin isə təxminən 3 ay müddət çəkəcəyini əlavə etmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və rəhbərliyinə məlumat verdikdən sonra mənimlə tez bir zamanda görüşəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra 2023-cü ilin iyun ayının sonları Zərərçəkmiş şəxs ona zəng edərək, qeyd etdiyi məbləğin 22000 manatını hazır etdiyini, qalan 10000 manatını isə növbəti ay verə biləcəyini qeyd etmiş və o, həmin şərtə razılaşmışdır. Elə həmin gün Təqsirləndirilən şəxs1 zəng edərək Zərərçəkmiş şəxsla görüşməyi və sonuncu tərəfindən veriləcək zərfi ona çatdırmağı xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun xahişini yerinə yetirərək, Zərərçəkmiş şəxsla görüşüb zərfi ondan götürərək saat 23 radələrində Nərimanov metro stansiyasının yaxınlığında ona təqdim etmiş və zərfdə Zərərçəkmiş şəxs qeyd etdiyi kimi 22000 manat məbləğində pul vəsaiti olmuşdur. Həmin zaman o, 22.000 manat məbləğində pul vəsaitindən 3.000 manat məbləğində vəsaiti Təqsirləndirilən şəxs1 vermişdir. Daha sonra 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs ona zəng edərək, 10000 manat pulun da hazır olduğunu bildirmiş və o, eyni qaydada Təqsirləndirilən şəxs1 həmin vəsaiti götürməsini xahiş etmişdir. Qeyd olunan vəsaiti götürdükdən sonra Təqsirləndirilən şəxs1 həmin gün saat 20 radələrində Nərimanov rayonu, Nərimanov parkının yaxınlığında daxilində 10.000 manat məbləğində pul vəsaiti olan zərfi ona təqdim etmişdir. Təqsirləndirilən şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs aldığı 32000 manat məbləğində vəsaitindən 3.000 manat məbləğində hissəsini Təqsirləndirilən şəxs1 vermiş, qalan hissəsini isə şəxsi ehtiyaclarına sərf etmişdir. "xxxx" MTK-nın dövlət büdcəsində yaranmış vergi borcunun məhkəmə yolu ilə qanuni formada azaldacağını düşünmüş, lakin həmin vəsaiti öz şəxsi borclarının ödənilməsinə xərclədiyi üçün məsələni məhkəmə qaydsında həll edə bilməmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini qeyd edərək himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğundan barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, "xxxx" MTK 2014-cü ildə təsis edilmiş və həmin zamandan qeyd olunan müəssisənin qanuni təmsilçisi Şahid2 olmuşdur. Həmin MTK tərəfindən təxminən 7 il əvvəl ünvan 8 ünvanında 5 mərtəbəli binanın inşası başlanmışdır. Həmin şirkətin rəhbərliyi ona yaxın olduğu üçün sonunculara hüquq və sair bu kimi işlərində köməklik göstərmişdir. Həmin tikinti ilə bağlı nəzərdə tutulmuş təxminən 15.500 manat dəyərində vergi ödənişləri ödənilməmiş, bu səbəbdən vergi borcu yaranmış və həmin borc nəzərdən qaçaraq, ödənilmədiyi üçün əsas vergi borcu üzərinə təxminən 57.000 manat məbləğində faiz borcu hesablanmış, bununla da ümumilikdə vergi üzrə ödənilməmiş məbləğ 72.000 manat təşkil etmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Şahid2 tərəfindən həmin borcun böyüməsinin qarşısının alınması və məbləğinin azadılması üçün bu məsələdə köməklik etməsini ondan xahiş etmişdir. Buna görə də, həmin borcun yenidən hesablanması və məbləğin azaldılması ilə bağlı vergi mütəxəssisi axtarışına başlamışdır. Bununla əlaqədar 2023-cü ilin iyun ayının əvvəllərində hüquqşünas olan tanışı Şahid1 vergi mütəxəssisi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs1lə danışıq aparmış və sonuncu həmin məsələ ilə bağlı köməklik edəyəcəni bildirmişdir. Sonradan özü Təqsirləndirilən şəxs1lə danışdıqda, sonuncu Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini ona verərək, sonuncu vasitəsi ilə “Royal İnşaat" MTK-nın vergi borcunun azaldılmasını həyata keçirəcəyini demişdir. 2023cü ilin iyun ayının əvvəllərində o, Bakı şəhəri, Nərimanov rayonunda, 5 nömrəli xəstəxana ilə üzbə-üz olan hündürmərtəbəli binanın birinci mərtəbəsində olan vəkil kirıi fəaliyyət göstərən Şahid1 tərəfindən kirayə götürülmüş ofisdə Təqsirləndirilən şəxs2lə görüşmüşdür. Görüş zamanı o, Təqsirləndirilən şəxs2 Royal İnşaat” MTK-nın vergi borcunun silinməsində köməklik etməsini xahiş etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 araşdırma aparılması üçün “Royal İnşaat" MTK-nın “Asan” elektron imzasının özünə verilməsini istəmiş və vergi hesabatlarına baxış keçirdikdən sonra vergi borcunun azaldılması və ya tam silinməsi ilə bağlı məlumat verəcəyini bildirmişdir. Həmin görüşə Təqsirləndirilən şəxs2 Vergi Xidmətinin xidməti geyim formasında gəlmiş və sonuncu Vergilər Xidmətində işlədiyini qeyd etmiş, o cümlədən həmin görüşdə Şahid1 də iştirak etmişdir. Bir necə gün sonra o, Şahid2 "xxxx" MTK- nın “Asan" imzasını alıb, Nərimanov rayonunun ərazisində yerləşən “Nərimanov” parkında Təqsirləndirilən şəxs2lə təqdim etmişdir. Daha sonra, 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs1 Şahid1 ilə əlaqə saxlayaraq, həmin cərimənin əsassız olaraq çox yazıldığını və vergi borcunun tam bağlanması üçün özlərinə 32.000 manat məbləğində pul vəsaiti verilməli olduğunu, həmin vəsaitin 29.000 manat hissəsinin vergi borcuna yönələcəyini, 3.000 manat məbləğində hissəsinin isə özlərinə xidmət haqqı qismində götürüləcəyini bildirmiş və ilkin olaraq 22.000 manat məbləğində özlərinə pul vəsaitinin verilməsini istəmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2 özü ona zəng edərək, hesabatın düzgün aparılmadığını və "xxxx" MTK-ın vergi borcunun tam silinməsi üçün 32.000 manat məbləğində özünə pul vəsaiti verilməsini istəmişdir. Təqsirləndirilən şəxs2 də həmin vəsaitin 29.000 manat hissəsinin vergi borcuna yönələcəyini. 3.000 manat məbləğində hissəsinin isə özlərinə xidmət haqqı qismində götürüləcəyini qeyd etmişdir. O, Rəşid Əliyevlə əsasən "Whats App” mobil tətbiqi vasitəsilə danışaraq əlaqə saxlamış və 32.000 manat məbləğində pul vəsaitini istəyən zaman sonuncu istifadəsində olan (050) ***-**-** mobil telefon nömrəsinin qoşulduğu “Whats App” mobil tətbiqi vasitəsilə ona zəng etmişdir. 2023-cü iyun ayının sonlarında o, Şahid2 ilə əlaqə saxlayıb, “Royal İnşaat" MTK-ın borcunun silinməsi üçün 32000 manat məbləğində vəsait tələb olunduğunu bildirmiş və həmin məsələnin həll olunmasını öz öhdəliyinə götürmüşdür. İşlər yekunlaşdıqdan sonra, Şahid2 həmin 32.000 manat məbləğində vəsaiti ona ödəyəcəyini bildirmişdir. Sonra, Faiq Ələkbər¬zadə Təqsirləndirilən şəxs1lə əlaqə saxlayıb 22.000 manat məbləğində pulu təqdim etmək üçün görüşmək istədiyini qeyd etmiş və Şahid1 həmin zaman rayonda məhkəmə prosesində iştirak etdiyi üçün onun özünün görüşə getməyini istəmişdir. Bir gün sonra, 2023-cü iyun ayının sonlarında, Nəriman rayonunun ərazisində, “Nərimanov” parkın yaxınlığında Təqsirləndirilən şəxs1lə görüşmüş və həmin ərazidə park etdiyi istifadəsində olan "Toyota Prado” model **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobildə 22.000 manat məbləğində vəsaitini bir ədəd bağlamaya bükülmüş vəziyyətdə Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 bağlamanı açaraq, pul vəsaitini hesablamışdır. Təxminən 15 gün sonra, 2023-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 Şahid1 ilə əlaqə saxlayaraq, qalıq qalan 10.000 manat məbləğində vəsaitin ödənilməli olduğunu bildirmiş və bundan sonra 2023-cü ilin iyul ayının əvvəlində Xətai rayonu, Ali Məhkəmənin inzibati binasının yaxınlığında Təqsirləndirilən şəxs1 ilə görüşmüş və həmin ərazidə park etdiyi istifadəsində olan “Toyota Prado” model **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncuya şəxsən 10.000 manat məbləğində vəsaiti vermişdir. Həmin zaman da Təqsirləndirilən şəxs1 bağlamanı açaraq, pul vəsaitini hesablamışdır. Ümumilikdə 32000 manat pul vəsaiti onun tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilməsinə baxmayaraq işin həlli ilə bağlı hər hansı müsbət nəticə əldə olunmamış və sonuncular müxtəlif bəhanələr gətirərək müddət uzatmışlar. Pulun verilməsindən təxminən 3 ay sonra nəticə əldə olunmadığından o, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verdiyi 32000 manat məbləğində pulu tələb etməyə başlamış, lakin sonuncular vəsaiti qaytarmadıqlarına görə Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində dələduzluq əməllərinə görə Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Bundan sonra, 2024-cu ilin iyun ayında Təqsirləndirilən şəxs2 qardaşı Behruz Əliyev 19.500 manat məbləğində pul vəsaitini ödəmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Qanunçuluq” vəkil bürosunun vəkili olmaqla "xxxx" MTK-da hüquqşünas vəzifəsində işləyir. Təxminən 2023-cü ilin may ayında “Royal İnşaat" MTK-nın işlərində köməklik edən, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ona müraciət edərək həmin şirkətin vergi borcunun yarandığını və bununla əlaqədar olaraq həmin borcun yenidən hesablanması və azadılması ilə bağlı kömək etməsini xahiş etmişdir."xxxx" MTK ünvan 9 ünvanında 5 mərtəbəli yaşayış binasının inşasını həyata keçirmişdi'. Həmin tikinti ilə bağlı vergi ödənişləri icra edilən zaman orada təxminən 15000 manat məbləğində əsas borc yaranmış və həmin borc ödənilmədiyi üçün üzərinə təxminən 57.000 manat məbləğində faiz hesablanmış, bununla da ümumilikdə "xxxx" MTK-ın təxminən 72.000 manat məbləğində borcu olmuşdur. Həmin borcla bağlı ödənişinin məbləğinin azadılması və artmasının qarşısını əlmaq, eləcə də yenidən hesablanması üçün vergi sahəsində bu məsələdə köməklik edəcək şəxs axtarmağa başlamışdır. Bu barədə Azərbaycan Beynəlxalq Universitetində Vergi işi fakültəsində təhsil almış və əvvəlcədən tanıdığı Vergilər Xidmətində işləyən Təqsirləndirilən şəxs1 ilə məsləhətləşmişdir. Sonuncu vergi mütəxəssisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 ona kömək edə biləcəyini bildirmişdir. Sonradan o, Təqsirləndirilən şəxs1 vasitəsi ilə aldığı Təqsirləndirilən şəxs2 telefon nömrəsini Zərərçəkmiş şəxs vermişdir. 2023-cü ilin iyun ayının əvvələrində tərəfindən icarəyə götürülmüş Bakı şəhəri, Nərimanov rayonunda, 5 nömrəli xəstəxana ilə üzbə-üz olan hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşən ofisdə onun iştirakı ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2lə görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 “Royal İnşaat" MTK-nın vergi borcunun silinməsində köməklik etməsini xahiş etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 araşdırma aparılması üçün “Royal İnşaat" MTK-nın “Asan” elektron imzasının özünə verilməsini istəmiş və vergi hesabatlarına baxış keçirdikdən sonra vergi borcunun azaldılması və ya tam silinməsi ilə bağlı məlumat verəcəyini bildirmişdir. Həmin görüşə Təqsirləndirilən şəxs2 Vergi Xidmətinin xidməti geyim formasında gəlmiş və sonuncu özünün Vergilər Xidmətində işlədiyini bildirmişdir. Bir necə gün sonra, Zərərçəkmiş şəxs “Royal İnşaat" MTK-ın rəhbərliyindən “ASAN” imzanı alaraq Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Daha sonra, 2023-cü ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs1 istifadəsində olan (070) ***-**-** mobil telefon nömrənin qoşulduğu “Whatsapp" mobil tətbiqi vasitəsi ilə onunla əlaqə saxlayaraq, həmin cərimənin əsassız olaraq çox yazıldığını və vergi borcunun tam bağlanması üçün özlərinə 32.000 manat məbləğində pul vəsaiti verilməli olduğunu, həmin vəsaitin 29.000 manat hissəsinin vergi borcuna yönələcəyini, qalan, yəni 3.000 manat məbləğində hissəsinin isə özlərinə xidmət haqqı qismində götürəcəklərini bildirmiş və ilkin olaraq 22.000 manat məbləğində özlərinə pul vəsaiti verilməsini istəmişdir. O, bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Təqsirləndirilən şəxs2 özü də Zərərçəkmiş şəxs zəng edərək, eyni qaydada vergi borcunun tam silinmə üçün 32.000 manat məbləğində pul vəsaiti verilməli olduğunu, həmin vəsaitin 29.000 manat hissəsinin vergi borcuna yönələcəyini, 3.000 manat məbləğində hissəsinin isə özlərinə xidmət haqqı qismində götürüləcəyini demişdir. Bir müddət sonra, Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb, ilkin olaraq verilməsi nəzərdə tutulmuş 22.000 manat məbləğində pul vəsaitini verməyə hazır olduğunu qeyd etmiş və o, bu barədə Təqsirləndirilən şəxs1 bildirmişdir. 2023- cü ilin iyun ayının sonlarında o, Bakıdan kənarda olduğu üçün Zərərçəkmiş şəxs özü Təqsirləndirilən şəxs1lə görüşmüş və 22.000 manat məbləğində pul vəsaitini sonuncuya təqdim etmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq, qalıq qalan 10.000 manat məbləğində vəsaitin ödənilməli olduğunu bildirmiş və o, bu barədə Zərərçəkmiş şəxs bildirdikdən sonra, sonuncu yenidən özü Təqsirləndirilən şəxs1lə görüşərək, 10.000 manat məbləğində vəsaiti vermişdir. Ümumilikdə 32000 manat məbləğində vəsait Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilməsinə baxmayaraq işin gedişatında hər hansı müsbət nəticə əldə olunmamış və bu səbəbdən o, və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 işin gedişatı ilə bağlı maraqlansalar da onlar ümumi sözlərlə müxtəlif bəhanələr gətirərək işinin yubandığı bildirmişlər. Təxminən 3 ay sonra, hər hansı bir irəliləyiş olmadığı üçün pulu geri qaytarmaqlarını Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tələb etmişlər, lakin sonuncuların vaxt uzadaraq vəsaiti qaytarmaq fikirlərinin olmadığını başa düşdüklərindən o, Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, qanuni təmsilçisi olduğu "xxxx" MTK-in 15.000 manat məbləğinə vergi borcunun ödənilməməsi səbəbindən, əsas vergi borcunun üzərinə toplanmış təxminən 57.000 manat məbləğində faiz borcunun, yəni ümümilikdə təxminən 72.000 manat məbləğində vergi borcunun düzgün hesablanmasının yoxlanması və həmin borcun əsas hissəsi faiz olaraq toplandığından məbləğinin azaldılmasında köməklik göstərməsi üçün daim iş fəaliyyətində ona köməklik edən Zərərçəkmiş şəxs müraciət etmiş, bununla əlaqədar olaraqs sonuncu Vergi Xidmətində işləyən şəxslərə müraciət etmiş və həmin şəxs 32.000 manat məbləğində vəsait müqabilində vergi borcunun bağlanacağını bildirmiş, Zərərçəkmiş şəxs vergi borcu bağlandıqdan sonra ona 32.000 manat məbləğində pul vəsaiti verəcəyini qeyd etmiş və həmin vergi işçilərinə verilmiş 32.000 manat məbləğində vəsait Zərərçəkmiş şəxs məxsus olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır (cild 1, i.v. 4); cinayət işini icraata qəbul etmək haqqında 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v. 5); 15 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına könüllü olaraq təqdim edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə arasında aparılmış danışığın və yazışmanın köçürüldüyü "CD" daşıyıcısına baxış keçirilmiş və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v. 94-101); cinayət işi üzrə icraatın dayandırılması haqqında 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v. 182); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v. 193); 18 sentyabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, şahid Təqsirləndirilən şəxs1 və şahid Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha bir-birilərinin iştirakı ilə təsdiq etmişlər (cild 1, i.v. 200-201); cinayət işi üzrə icraatın dayandırılması haqqında 18 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild 1, i.v. 202); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (cild 1, i.v. 208); 21 oktyabr 2024-cü il tarixli rabitə qurğuları ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "Azercell Telekom” MMC-dən daxil olmuş və həmin cinayət işinə əlavə olunmuş "CD” daşıyıcısına baxış keçirilmiş və cinayət işi materiallarına əlavə edilmişdir ( cild 1, i.v. 212-213); sübutların qiymətləndirilməsi haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində "xxxx" MTK-nın dövlət büdcəsində yaranmış vergi borcunun silinməsini məhkəmə müstəvində həll etməyi nəzərdə tutması ilə bağlı göstərdiyi xüsusatlar öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməsi və ifadəsinin həmin hissədə sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs1 ifadəsində "xxxx" MTKnın dövlət büdcəsində yaranmış vergi borcunun silinməsi ilə bağlı Zərərçəkmiş şəxs məxsus pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməməsi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aldığı vəsaitdən ona hər hansı məbləğdə pul verməməsi, ümumiyyətlə Zərərçəkmiş şəxsla danışıq aparılan və sonuncu maddi vəsaiti verdiyi zaman vergi borcunun silinməsi nəzərdə tutulan şirkət barədə məlumatı olmaması ilə bağlı göstərdiyi xüsusatlar öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi qiymətləndirilməsi və ifadəsinin həmin hissədə sübut növü kimi qəbul edilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178:2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməsi və barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilməsi, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilənlərə əsasən Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlbir olaraq dələduzluq cinayət əməllərini törətməsi barədə xüsusat üzrə aparılan cinayət təqibinin Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi və buna dair material ayrılaraq qeydiyyata alınmaqla KQMBİ İstintaq idarəsinin arxivində saxlanılması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın 32.000 manat təşkil etməsinin nəzərə alınması, cinayət işi üzrə X1, Şahid1 kimi oxunması, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə cinayət işinə əlavə Zərərçəkmiş şəxs təqdim etdiyi "AUDİO-2024-1", "AUDİO-2024- 1", "AUDİO-2024-05-03-11-51-28" adlı audio fayların və "Whats App" mobil tətbiqi vasitəsilə aparılmış yazışmanın fotoşəkillərinin köçürüldü 1 ədəd "CD" daşıyıcısı, "xxxx" MMC-dən daxil olan 1 "CD" daşıyıcısı maddi sübut kimi tanınması, cinayət işi üzrə şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərin cinayət işi üzrə sübut kimi tanınması, cinayət işinin başlanması rədd edilmiş xüsusatlarla bağlı materiallar ayrılaraq idarənin arxivində saxlanılması qərara alınmışdır (cild 2, i.v. 1-21); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, i.v. 24-25); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 36-38); qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 66-67); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 2, i.v. 69-71); qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 98-99); Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onun onlara qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş edir; Təqsirləndirilən şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onun onlara qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş edir; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmadığını, onlara qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2013-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 vardır; “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə olunmuş çıxarışdan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018-ci il təvəllüdlü X5 vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxslərin ərizələrini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində tətbiq edilməli və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və onlar cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilən CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri az ağır cinayətlərdir və Təqsirləndirilən şəxs1 himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs1 əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən törədilən CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri az ağır cinayətlərdir və Təqsirləndirilən şəxs2 himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs2 əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut 02 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut 02 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar