Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-8/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi – 16 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1950-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır xəsarət vurulmasına səbəb olmuşdur. Belə ki, ittiham aktına əsasən 01 may 2022-ci il tarixda saat 17:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə "BB 500802" nömrəli "B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus boz ağ rəngli VAZ-21061 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edǝrǝk G.Şıxlinski küçəsi 37 ünvanın qarşısında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni yol nişanının tələbinə əməl etməli, avtomobili yolayrıcına daxil etməməli və sol tərəfdən yolayrıcına daxil olan avtomobillərə yol verməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib Xətai rayonu, N.Tusi küçəsi istiqamətində hərəkətdə olan X4 idarə etdiyi "X15" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün qapalı sınığı, sol mil sümüyünün qapalı sınığı, sol diz oynağı nahiyənin əzilmiş yarası, hər iki baldırın qançırları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, avtomobilinin arxa orta hissəsində əyləşmiş sərnişin xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 burun və sol almacıq sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsi idarə etmişdir. VAZ-21061 markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil tam mülkiyyət üzrə özünə məxsusdur. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşur. Belə ki, avtomobili ilə qonşulquda yaşayan şəxsləri məktəbə və yaxud digər ünvanlara aparmışdır. 01 may 2022-ci il tarixdə saat 17 radələrində Bakı Metropolitenin Xətai rayonu ərazisində yerləşən "Əhmədli stansiyasının yaxınlığında dayanan zaman qonşuluqda yaşayan Süsən Əhmədova, sonuncunun iki qızı Şahid2, Şahid1 və onların sinif yoldaşları Nərmin yanına gəlmişdir. Süsən ondan xahiş etmişdir ki, onları evlərinə aparsın. Bundan sonra həmin qadınlar avtomobilinə əyləşmişdir. Süsən avtomobilin qabaq oturacağında, qızlar isə arxa oturacaqda əyləşmişlər. Bundan sonra avtomobilini idarə edərək həmin qadınları yaşadığı evə aparmağa başlamışdır. Bir neçə dəqiqədən sonra Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ilə həmin küçənin kəsişməsinə çatan zaman avtomobilini saxlayaraq yolun sağ va sol hissasina baxaraq avtomobillərin gəlib gəlmədiyini baxmışdır. Yolun boş olmasını görüb avtomobili harəkətə gətirmiş va anidən **-FU-*** dövlət qeydiyyat nişanlı "X15" markalı avtomobil idarə etdiyi avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Hadisə zaman yolun yarı hissəsinə qədər olan məsafəni qət etmişdir. Hadisə baş verdikdən sonra hadisə yerina TTYS-nin əməkdaşları yaxınlaşmiş və 3 saylı ŞKX-na aparmışlar. Hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yaşayır, evlidir və üç yetkinlik yaşına çatmamış uşağı vardır. 01 may 2022-ci il tarixdə saat 16-17 radələrində yetkinlik yaşına çatmamış qızları Şahid1, Şahid2 və qızlarının sinif yoldaşı Nərmin Nazirova ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan "Əhmədli" stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığından ağ rəngli VAZ-21061 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər. Həmin avtomobil taksi avtomobili olmuşdur. O, avtomobilin qabaq sağ oturacağında, qızlar isə avtomobilin arxa oturacağında əyləşmişlər. Taksi sürücüsünə yaşadığı ünvanı bildirib onları evlərinə aparmasını xahiş etmişdir. Taksi sürücüsü avtomobili idarə edib onları evlərinə aparmağa başlamışdır. Saat 17 radələrində Xətai rayonu, N.Tusi küçəsi ilə G.Şıxlinski küçəsinin kəsişməsinə çatdıqda ani bir anda taqqıltı səsi eşitmiş və bir anlıq huşunu itirmişdir. Gözlərini açdıqda yerdə uzanıqlı vəziyyətdə olmağını görmüşdür. Məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Xəsarət aldığı üçün qalxa bilməmişdir. Oraya toplaşan şəxslər ona bildirmişlər ki, qızları və Nərmin xəsarət almışlar, lakin heç bir qorxulu hal yoxdur. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmişdir. Təcili tibbi yardım ilə onları xəstəxanaya aparmışlar. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilmişdir. Qızları və onların sinif yoldaşı Nərmin ilə VAZ-21061 markalı avtomobilin arxa oturacağında, o, isa qabaq sağ oturacaqda əyləşmişlər. Avtomobil Xətai rayonu, N.Tusi küçəsi ilə G.Şıxlinski küçəsinin kəsişməsinə çatdıqda ani bir anda toqquşma baş vermişdir. Lakin toqquşmamı görə bilməmişdir. Belə ki, yola fikir verməmişdir. Ona görədə hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. İş üzrə təqsirkar şəxs tərəfindən ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, bina 39, mənzil 137 unvanda yaşayır və Bakı şəhəri 264 nömrəli tam orta məktəbin Vİ sinif şagirdidir Atası və anasının himayəsində yaşayır, bir bacısı və bir qardaşı vardır. 01 may 2022-ci il tarixdə saat 16-17 radələrində sinif yoldaşı Şahid2, sonuncunun anası Zərərçəkmiş şəxs1 və bacısı Şahid1 ilə Bakı Metropolitenin Xətai rayonu ərazisində olan "Əhmədli" stansiyası yaxınlığına gəlmişlər. Metronun yaxınlığından ağ rəngli VAZ-21061 markalı **-UF-*** dövlət qeydiyyat 4 nişanlı avtomobila əyləşmişlər. Həmin avtomobil taksi avtomobili olmuşdur. Aysel arxa sağ oturacaqda, Əsmər avtomobilin sol oturacağında, o, onların arasında, Süsən isə avtomobilin qabaq sağ oturacağın əyləşmişdir. Süsən taksi sürücüsünə gedəcəkləri unvanı bildirib onları aparmasını xahiş etmişdir. Taksi sürücüsü yaşlı kişi olmuşdur. Həmin şəxs avtomobili idarə edib onları aparmağa başlamışdır. Əsmər va Aysel ilə avtomobilin arxa oturacağında əyləşib söhbət etmişlər. Ona görədə hansı ünvana çatmaqlarını bilməmiş və yola fikir də verməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra ani bir anda taqqıltı səsi eşitmişdir. Həmin an huşumu itirmişdir. Özünə gəldikdə görmüşdür ki, onu avtomobildən tanımadığı şəxs çıxarır. Avtomobildən çıxdıqdan sonra avtomobillərin toqquşmasını görmüşdür. Hadisə yerinə çoxsayda şəxslər toplaşmışdır. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, təcili tibbi yardım ilə onları xəstəxanaya aparmışlar və xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. O, Əsmər və Aysel ilə VAZ- 21061 markalı avtomobilin arxa oturacağında əyləşmişlər və yola fikir verməyərək söhbət etmişlər. Ona görədə hadisənin hansı şəraitdə baş verməsini bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahidlər Şahid2 və Şahid1 qanuni nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, işləri ilə əlaqədar gələ bilməyəcəyini bildirmiş, anası iş üzrə Zərərçəkmiş şəxs1 isə həmin iş üzrə zərərçəkmiş şəxs olduğundan qeyd olunan şahidlərin dindirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır (cild 1, i.v. 1-2); - yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi ilə N. Tusi küçəsinin kəsişməsində baş vemrişdir. Yolun hissəsi eniş, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, hərəkə zolaqlarının eni 4metr, sayı 2, hərəkətin üsulu nizamlanmayan, yol zonası 2.5 yol nişanı mövcuddur. Hadisə yerinin və avtomobillərin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (cild 1, i.v. 5-14); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli 8/1337 №-li məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21061 markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş ya həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən X15 markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir (cild 1, i. v. 38-41). - 07 iyul 2022-ci il tarixli diskə baxış keçirilməsi protokolundan görünür ki, baxış keçirilən disk "DVD" formatlıdır, diskin üzərində markalanma yazıları və göstəriciləri yoxdur, belə ki, diskin üzəri ağ rənglidir, disk açıldıqda içərisində üç ədəd fayl olması müəyyən olundu, həmin fayllar özlərində videogörüntüləri əks etdirir, birinci fayl, 10 dəqiqə 02 saniyədən, ikinci fayl 10 dəqiqə 02 saniyədən, üçün fayl da 10 dəqiqə 02 saniyədən ibarətdir. Həmin fayllarda olan videogörütülər Baki şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində olan TS-5-43 saylı müşahidə kameralarında qeydə alınmışdır. Hər üç görüntü eynidir. Videogörüntüdə G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində avtomobillər hərəkət edir, həmin yerdə yol iki tərəflidir və hər bir tərəfində avtomobillərin hərəkətini tənzimləyən yol xətləri vardır. Yolun ətrafında iaişə obyektləri və yaşayış binaları vardır. G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsinə çatmamış işiforlar quraşdırılmışdır. Videogörüntünün 04 dəqiqə 45 saniyəsində ağ rəngli VAZ-2106 markalı avtomobil G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsindən üzü N.Tusi küçəsi istiqamətində hərəkətdə olan zaman N.Tusi küçəsi ilə üzü Ukrayna airəsi istiqamətində hərəkətdə olan ağ rəngli "X15" markalı avtomobilin hərəkət hissəsinə çıxaraq toqquşurlar. Hər iki avtomobil hadisə yerində dayanır, avtomobillərin ətrafına çoxsayda şəxslər toplaşır və avtomobillər dayanır. Avtomobildə olan şəxslərə kömək edirlər. Baxış zamanı Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili idarə edən şəxsin o, Əfqan Cabbarov isə "X15" markalı avtomobili idarə edən şəxsin özü olmasını bildirirdi. Baxış zamanı bir ədəd "DVD" diskdə olan fayl baxıldıqdan sonra qablaşdırılaraq DİN-nin 42 saylı möhürü ilə möhürləndi və tərtib olunmuş protokola əlavə olundu.( cild 1, i.v. 47-48) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin 25 iyun 2022-ci il tarixli 567 №-li canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağlamlığa zərərvurma dərəcəsi onun adına tərtib edilmiş tibbi sənədlər ekpertizaya təqdim edildikdən sonra təyin edilə bilər.( cild 1, i. v. 51- 52). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin 01 iyun 2022-ci il tarixli 608 №-li canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ bazu sümüyünün qapalı sınığı, sol mil sümüyünün qapalı sınığı, sol diz oynağı nahiyəsinin əzilmiş yarası, hər iki baldırın qançırları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.( cild 1, i. v. 53-54) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2022-ci il tarixli 8/1987 №-li ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21061 markalı, 90UF264 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən X15 markalı, 90FU514 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.( cild 1, i. v. 58-62). - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.( cild 1, i. v. 70) - Qanuni nümayəndə təyin edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmadığını nəzərə alaraq, onun hüquq və qanuni mənafelərinin müdafiəsi üçün anası X7 qanuni nümayəndə qismində tanınmışdır.( cild 1, i. v. 78) - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.( cild 1, i. v. 82) - Qanuni nümayəndə təyin edilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid2 yetkinlik yaşına çatmadığını nəzərə alaraq, onun hüquq və qanuni mənafelərinin müdafiəsi üçün atası X2 qanuni nümayəndə qismində tanınmışdır.( cild 1, i. v. 90) - Qanuni nümayəndə təyin edilməsi haqqında 06 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 yetkinlik yaşına çatmadığını nəzərə alaraq, onun hüquq və qanuni mənafelərinin müdafiəsi üçün atası X2 qanuni nümayəndə qismində tanınmışdır.( cild 1, i. v. 98) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 13 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (cild 1, i.v.107) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyinin 18 noyabr 2022-ci il tarixli 20/567 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 burun va sol almacıq sümüklərinin qəlpəli sınıqları müəyyən edildi. Xəsarət bərk küt əşya (lar)təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixda baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.( cild 1, i.v. 114-116) - 18 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild 1, i.v. 129-130) - 18 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. (cild 1, i.v. 176-177) - 18 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.205-206) - 21 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən disk "DVD" formatlıdır, diskin üzərində markalanma yazıları və göstəriciləri yoxdur, belə ki, diskin üzəri ağ rənglidir, disk açıldıqda içərisində üç ədəd fayl olması müəyyən olundu, həmin fayllar özlərində videogörüntüləri əks etdirir, birinci fayl, 10 dəqiqə 02 saniyədən, ikinci fayl 10 dəqiqə 02 saniyədən, üçüncü fayl da 10 dəqiqə 02 saniyədən ibarətdir. Həmin fayllarda olan videogörütülər Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində olan TŞ-5-43 saylı müşahidə kameralarında qeydə alınmışdır. Hər üç görüntü eynidir. Videogörüntüdə G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsində avtomobillər hərəkət edir, həmin yerdə yol iki tərəflidir və hər bir tərəfində avtomobillərin hərəkətini tənzimləyən yol xətləri vardır. Yolun ətrafında iaişə obyektləri və yaşayış binaları vardır. G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsinə çatmamış işiqforlar quraşdırılmışdır. Videogörüntünün 04 dəqiqə 45 saniyəsində ağ rəngli VAZ-2106 markalı avtomobil G.Mehmandarov küçəsi ilə N.Tusi küçəsinin kəsişməsindən üzü N.Tusi küçəsi istiqamətində hərəkətdə olan zaman N.Tusi küçəsi ilə üzü Ukrayna dairəsi istiqamətində hərəkətdə olan ağ rəngli "X15" markalı avtomobilin hərəkət hissəsinə çıxaraq toqquşurlar. Hər iki avtomobil hadisə yerində dayanır, avtomobillərin ətrafına çoxsayda şəxslər toplaşır və avtomobillər dayanır. Avtomobildə olan şəxslərə kömək edirlər. Baxış zamanı Təqsirləndirilən şəxs VAZ-2106 markalı avtomobili idarə edən şəxsin o, Əfqan Cabbarov isə “X15" markalı avtomobili idarə edən şəxsin özü olmasını bildirdirilmişdir. Baxış zamanı bir ədəd "DVD" diskdə olan fayl baxıldıqdan sonra qablaşdırılaraq DİN-nin 42 saylı möhürü ilə möhürlənmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur.( cild 1, i.v 210-211) - 22 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməməsi və qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yera getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusi ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ifadələri, şahid qismində dindirilmiş Şahid2, Şahid2 ifadələri, hadisə yerinə, disko baxış protokolları, məhkəmə tibbi ekspertizasının 25 may 2022-ci il tarixli 567, 01 iyun 2022-ci il tarixli 608, 24 iyun 2022-ci il tarixli 52/2022, 16 noyabr 2022-ci il tarixli 1305, 16 noyabr 2022-ci il tarixli 1306, 18 noyabr 2022-ci il tarixli 20/567 saylı rəyləri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2022-ci il tarixli 8/1337 saylı, 13 sentyabr 2022-ci il tarixli 8/1987 saylı rəyləri, hadisə yerinə və diskə baxış protokolları iş üzra sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi VAZ-21061 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi, X4 idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi, "X15" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut kimi tanınması və saxlanılması üçün sahibinə təhvil verilməsi, cinayət işində olan ünvan 4 ünvanın qarşısına yolun kənarında quraşdırılmış TŞ 5-068 saylı müşahidə kameralarında qeyd alınmış görüntülərin olduğu bir ədəd DVD disk sübut kimi tanınması, X9 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Şahid1 və Şahid2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaması, X4 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması qərara alınmışdır. ( cild 1, i.v. 212-220) - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Atamlı oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mütəxəssis dəvət olunması və qərarın icrasının Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi X16 Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 1(011)-112/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. ( cild 2, i.v. 127-138) - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1698/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-112/2023 saylı, 25 iyun 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti cinayət işi ilə birlikdə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. ( cild 2, i.v. 177-179) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(011)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızı tərəfindən özü-özünə verilmiş etiraz təmin edilmişdir. - 05 iyun 2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Tahir Xanəliyevin və katib Nailə Əliyevanın iştirakı ilə videoçəkil edilməklə haisə yerinə baxış keçirilmiş və mütəxəssis tərəfindən müvafiq qeydlər aparılmışdır (i.v. 42-43) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 8/2580-4/1425 nömrəli ekspert rəyindən görünür ki, 3a. Ekspertizaya təqdim olunmuş bir ədəd diskə yazılmış “TŞ5-043 2-2022-05-01_17h25min00s000ms” adlı videoyazıya görə “Vaz 2106” markalı avtomobilin “X15” markalı avtomobilin hərəkət zolağına daxil olduğu andan avtomobillərin toqquşmasına kimi t=1,84 san vaxt keçmişdir. Ekspertizaya təqdim olunmuş bir ədəd diskə yazılmış “TŞ5-043 2-2022-05- 01_17h25min00s000ms” adlı videoyazıya görə tədqiqi hissədə göstərilən məsafədə “Vaz 2106” markalı avtomobil yavaşıyan sürətlə hərəkət etmiş və həmin məsafədə avtomobilin orta sürəti V=19,66 km/saat olmuşdur. "X15" markalı avtomobilin hərəkəti kameranın baş optik oxu istiqamətində baş verdiyindən və avtomobil kameranın yerləşdiyi yerdən uzaq məsafədə olduğundan avtomobilin konkret zamanda koordinantını müəyyən etmək üçün hesablama cisimləri seçmək mümkün olmamışdır. Bu səbəbdən də "TŞ5-043-2-2022-05- 01_17h25min00s000ms" EKSP adlı videoyazıya görə "X15" markalı avtomobilin hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. 1, 3b.Məhkəmə tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən VAZ-2106 markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 2.Məhkəmə tərəfindən təqdim olunmuş və videogörüntü ekspertizası yolu ilə müəyyən edilmiş məlumatlara əsasən X15 markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən sübutlara istinad edə bilməz. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilimişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yolnəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materillarına əlavə edilmiş, TŞ-5-43 saylı müşahidə kameralarından əldə edilmiş görüntülərə baxdıqda qeyd olunan yerdə heç bir nizamlayıcı işarə müşahidə olunmamışdır. Həmin görüntülərdə baxış keçirildikdə ibtidai istintaq zamanı tərtib edilmiş sxemin düzgün tərtib olunmadığı müəyyən edilmiş və həmin sxemin əsas götürülərək tərtib edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 8/1987 saylı rəyinin doğruluğunu şübhə altına alır. Məhkəmə iclasında müdafiəçinin vəsatəti ilə hadisə yerinə baxış keçirilmiş, Xətai Rayon Polis İdarəsi X16i Şöbəsindən mütəxəssis dəvət olunmuş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer iş materiallarında qeyd olunan G.Şıxlinski küçəsi ilə N.Tusi küçəsinin kəsişməsi yoxş sadıcı G.Şıxlinski küçəsidir. Həmçinin hadisə yerinə baxış zamanı heç bir tənzimləyici və üstünlük nişanı müəyyən olunmamışdır.Qeyd olunan hallar müdafiəçinin vəsatətinin haqlı olmasına dəlalət etmişdir. Qeyd olunan xüsusatlar əsasında təyin edilmiş təkrar məhkəmə ekpertizasının rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq imkanı olmamış, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmamış, Hyunday santa Fe markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 8/1987 saylı rəyi yalnış sxem əsasında tərtib olunmuş (ibtidai araşdırma zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli sxemin yalnışlığı cinayət işi materiallarında olan hadisənin baş verməsini əks etdirən kamera görüntüləri və məhkəmənin təşəbbüsü ilə hadisə yerinə baxış keçirilməsi zamanı mütəxəssis tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sxem ilə müəyyən olunur) və həmin rəyin mötəbər sübut kimi qəbul edilməsi məqsədə müvafiq deyildir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş təkrar məhkəmə yol-nəqliyyat ekspertizası nəticəsində verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2025-ci il tarixli, 8/2580-4/1425 rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməldir. Bu, iş materiallarında olan videogörüntü və digər sübutlarla öz təsdiqini tapır. Eyni zamanda məhkəmə qeyd edir ki, hər hansı bir sübut, onun sübut kimi qəbul edilməsi üçün əsaslı şübhə yaratmamalıdır. Əgər sübut əsaslı şübhə yaradırsa, bu təqsirləndirilən şəxsin xeyrinə yozulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının; 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” (1988) şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış dörd ədəd “DVD-R” formatlı “CD” disk iş materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz qalmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış dörd ədəd “DVD-R” formatlı “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 641 (altı yüz qırx bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-8/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-8/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver