Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-80/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə ünvan 2 saylı ünvanının pilləkən meydançasında divardan asılmış olan vət.Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «İsma» markalı velosipedi gizli talayıb Zərərçəkmiş şəxs1 1.200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxx 2020-ci il tarixdə saat 23 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2348/ 48 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzilə dəmir materialdan olan giriş qapısının asma qıfılının rəzəsini üzərində olan kəlbətin vasitəsi ilə kəsib qanunsuz daxil olaraq, oradan bir metri 01 (bir) manat qiymətində ümumi dəyəri 150 (yüz əlli) manat olan 4-lük mis naqili, vət.Qənbərov Anar Hüseynağa oğluna məxsus bir ədəd, 30 (otuz) manat qiymətində, üzərində «Meakida, Angle Grinder, mod. MD-125C, disk 125mm, made in China» markalanma yazıları olan laqondanı, bir ədəd, 60 (altmış) manat qiymətində, üzərində «Chinelli, Qlobal, BH-826» markalanma yazıları olan perefiratoru, bir ədəd, 60 (altmış) manat qiymətində plastmas boru yapışdıran ütünü, vət.Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 40 (qırx) manat qiymətində dreli vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 150 (yüz əlli) manat, Zərərçəkmiş şəxs3 150 (yüz əlli) manat və Zərərçəkmiş şəxs4 40 (qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində vət.Zərərçəkmiş şəxs5 məxsus ünvan 4, mənzil 60 C ünvanına giriş qapısını açmaq yolu ilə qanunsuz daxil olub, mənzilin qonaq otağında olan bir ədəd 1.300 (min üç yüz) manat qiymətində «Samsung» markalı televizoru və bir ədəd 800 (səkkiz yüz) manat qiymətində «Acer» markalı notbuku gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 2.100 (iki min yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi olan müddət ərzində vət.Zərərçəkmiş şəxs5 Pənah oğluna məxsus ünvan 4, mənzil 60 C ünvanına giriş qapısını açmaq yolu ilə qanunsuz daxil olub, mənzilin qonaq otağında olan şkafda yığılmış altı ədəd müxtəlif növ spirtli içkiləri gizli olaraq talayıb, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin və işin tədqiq olunmuş digər halları ilə qismən sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq və narkotik vasitələrin istifadəsi cinayətlərinə görə məhkum edilmişdir. O, yeni tikilmiş binalara daxil olaraq orada təmir işləri aparılan mənzillərə yaxınlaşıb yığılmış zibilləri atmaq müqabilində aldığı pulla dolanır. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 14 radələrində o, eyni məqsədlə ünvan 4 ünvanına gəlib girişlərdən birinə daxil olmuşdur. Həmin vaxt orada hazırda xatırlamadığı mənzillərdən birində təmir işləri aparılmışdır. O mənzilə yaxınlaşaraq, yığılmış zibilləri atmaq lazım olub olmadığını soruşmuş, həmin vaxt zibilləri atmaq lazım olmadığından o, yuxarı mərtəbəyə qalxmışdır. Həmin vaxt mənzildə kiminsə olub olmadığına əmin olmaq üçün su içmək adı ilə qapını döymüş, lakin qapını açan olmadığından mənzildə yaşayış olmadığına əmin olduqdan sonra üzərində olan açar vasitəsi ilə qapının kilidini açmağa cəhd göstərmiş və həmin açar vasitəsi ilə qapını açıb içəri daxil olmuşdur. Həmin vaxt mənzili axtarsa da pul və ya digər qiymətli hər hansı əşya tapmamışdır. Mənzilin qonaq otağının divarına quraşdırılmış bir ədəd «Samsung» markalı televizoru yerindən çıxarmış və şkafda saxlanılan bir ədəd «Acer» markalı notbuku da oradan götürmüşdür. Bundan sonra mənzilin qonaq otağındakı şkafda yığılan bahalı spirtli içkiləri sellofan torbaya yığaraq mənzili tərk etmişdir. Daha sonra əldə etdiyi bir ədəd «Samsung» markalı televizoru Zığ qəsəbəsində tanımadığı şəxsə 70 (yetmiş) manata, bir ədəd «Acer» markalı notbuku isə 45 (qırx beş) manata satmışdır. Spirtli içkiləri isə tanımadığı şəxslərə sataraq ümumilikdə 35 (otuz beş) manat məbləğində pul əldə etmiş və əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxxxx 2019-cu il tarixdə ünvan 2 saylı ünvanının pilləkən meydançasında divardan asılmış olan vət.Zərərçəkmiş şəxs1 məxsus «İsma» markalı velosipedi oğurlamamışdır və bu hadisədən heç bir məlumatı yoxdur. xx xxx 2020-ci il tarixdə saat 23 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus ünvan 1148 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzildə baş vermiş oğurluq cinayətini o törətməmiş və bundan heç bir məlumatı yoxdur. Həmin fakt üzrə şübhəli şəxs qismində dindirilən zaman polis əməkdaşları tərəfindən tutulanda döyüldüyü üçün həmin oğurluq cinayətini də törətdiyini bildirmiş, lakin həmin cinayət hadisəsini o törətməmiş və bu hadisədən heç bir məlumatı yoxdur. Onun tərəfindən guya təqdim edilmiş laqonda və prefaratorlar əsl həqiqətdə polis tərəfindən həmin yerə qoyulmuş və fotoşəkillər çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs5 məxsus evdən etdiyi oğurluq əməlinə görə peşman olmasını, digər oğurluqlarda özünü təqsirli bilməməsini qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin yay aylarında ara-sıra idmanla məşğul olmaq məqsədi ilə özü üçün 1.200 (min iki yüz) manat dəyərində «İsma» markalı velosiped almışdır. Belə ki, o, velosipedi yaşadığı mənzilin pilləkən meydançasında divara bərkitməklə saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam saat təxminən 19 radələrində o, işdən yaşadığı evə gəlmiş və məxsus olan «İsma» markalı velosipedin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra, o, dərhal baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bir qədər sonra isə polis əməkdaşları gələrək sənədləşmə aparmışlar. Baş vermiş hadisə nəticəsində ona 1.200 (min iki yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışmadığını nəzərə alaraq onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 4, mənzil 60 C ünvanı ona məxsusdur. Həmin mənzildə də yaşayış yoxdur. Özü arabir həmin mənzilə nəzarət etmək üçün gedib gəlir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində o, qeyd olunan mənzilə nəzarət etmək üçün gəlmiş və özünə məxsus açar vasitəsi ilə mənzilin giriş qapısını açaraq içəri daxil olmuşdur. İçəri daxil olan zaman qonaq otağında olan «Samsung» markalı televizorun divardan çıxarıldığını görüb mənzildən oğurluq olmasından şübhələnmişdir. Bundan sonra mənzilə baxış keçirən zaman məlum olmuş ki, həmin otaqda olan şkafda saxladıqları bir ədəd «Acer» markalı notbukda mənzildən oğurlanmışdır. Bundan sonra o, baş vermiş hadisə barədə ərizə ilə Xətai RPİnin 36-cı PB-yə müraciət etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və mənzilə baxış keçirmişlər. Bundan sonra o, mənzilin giriş qapısının kilidini dəyişdirərək yaşadığı ünvan 6 A ünvanına getmişdir. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 13 radələrində həmin mənzilə nəzarət etmək üçün yenidən gəlmiş və özünə məxsus açar vasitəsi ilə mənzilin giriş qapısını açaraq içəri daxil olmuşdur. İçəri daxil olan zaman qonaq otağında olan şkafa yığılmış ümumi dəyəri 500 (beş yüz) manat olan altı ədəd müxtəlif növ spirtli içkilərin oğurlanmasını aşkar edib bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı PB-yə müraciət etmişdir. Birinci hadisə nəticəsində ona məxsus bir ədəd 1.300 (min üç yüz) manat dəyərində «Samsung» markalı televizor və bir ədəd 800 (səkkiz yüz) manat dəyərində «Acer» markalı notbuk oğurlanmışdır. Nəticədə ona 2.100 (iki min yüz) manat məbləğində maddi ziyan dəymişdir. İkinci hadisə zamanı isə ümumi dəyəri 500 (beş yüz) manat olan altı ədəd müxtəlif növ spirtli içkilər oğurlanmışdır. Baş vermiş oğurluq hadisələri nəticəsində ümumilikdə 2.600 (iki min altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid1 İsa oğlunu 3-4 ay olar ki, tanıyır, onunla heç bir qohumluğu və ədavəti yoxdur. Zərərçəkmiş şəxs4 Dünyador oğlunu təxminən on il olar ki, tanıyır, bir usta kimi birlikdə işləyirlər. Son vaxtlar işlədikləri mənzilin sahibəsi Zərərçəkmiş şəxs2 Şahid1 vasitəsi ilə tanımış və sonununun mənzilində işləyərkən iki-üç dəfə görmüşlər. Belə ki, onlar Zərərçəkmiş şəxs2 mənzilində işləyən zaman sonuncu mənzilə gəlib, gedən işlərə baxıb çıxıb getmişdir. 2020ci ilin fevral ayının axırları və mart ayının əvvəllərində Şahid1 onun mobil telefonuna zəng vuraraq iş olduğunu və razılaşmadan sonra işləməyi bildirmişdir. O da bu barədə iş yoldaşı Etibara bildirmiş, Etibarla birlikdə Zərərçəkmiş şəxs2 məxsus olan ünvan 7 ünvanda yerləşən yeni tikilmiş binanın həyətində görüşmüş və üçü birlikdə qalxaraq mənzilə baxıb təmir işlərinə görə 4.000 (dörd min) manata razılaşmışlar. Belə ki, 4.000 manat təmir işlərinin görülməsi ilə bağlı zəhmət haqqı olaraq onlara verilməli, təmir üçün materialları isə mənzilin sahibi özü almalı idi. Zərərçəkmiş şəxs2 təzə təmirsiz mənzili cəmi 51 kvm olmaqla bir otaqdan ibarət olmuşdur. Zərərçəkmiş şəxs2 mənzili Xətai rayonu Telnov küçəsi 23/48 ünvanında 17 mərtəbəli binanın 14-cü mərtədəsində yerləşir. Mənzilin giriş qapısı sexlərdə düzəldilmiş list dəmirdəndir və dəmir qapı asılı qıfılla bağlanır. Mənzilin təmiri üçün lazım olan materialları Malik, Zərərçəkmiş şəxs2 ilə birlikdə alaraq mənzilə yığmışlar. O və Etibar həmin mənzildə təxminən bir ay işləmişlər. Malik isə hərdənbir gəlib işlərinə baxmış və lazım olan materialları alıb gətirmişdir. Təxminən bir aya kimi mənzildə işləmiş, sonra Respublikada COVİD-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi tətbiq edildiyindən mənzilin giriş qapısını bağlayıb çıxıb getmiş və bir daha mənzilə getməmişlər. xx xxx 2020-ci il tarixdə Malik onun mobil nömrəsinə zəng etmiş və o, xx xxx 2020-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 mənzilinə işə getmişdir. Binanın həyətində Etibarla görüşmüş və birlikdə yuxarı qalxan zaman görmüşlər ki, mənzilin qapısının asma qıfılı kəsilmiş, giriş qapı açıqdır, mənzildən alətləri və elektrik naqilləri oğurlanmışdır. Bu səbəbdən o, Malikin istifadəsində olan mobil nömrəyə zəng vurub bildirmişdir ki, Zərərçəkmiş şəxs2 mənzilin giriş qapısının asılı qıfılın rəzəsi kəsilmiş, mənzildə olan alətləri, ona məxsus bir ədəd perefırator, bir ədəd laqonda, bir ədəd plastmas boru yapışdıran ütü, usta Etibara məxsus bir ədəd drel və təxminən 150 (yüz əlli) metr uzunluğunda 4-lük mis elektrik naqili naməlum şəxs tərəfindən oğurlanmışdır. O, həmin vaxt mənzilin qapısının rəzəsinin kəsilmiş şəkilini çəkib Malikə göndərmiş və çıxıb evlərinə getmişlər. Mənzildən oğurlanmış elektrik naqilinin hər bir metrəsi 1 (bir) manatdan olmaqla 150 (yüz əlli) manat, bir ədəd perefirator 120 (yüz iyirmi) manat, bir ədəd laqonda 80 (səksən) manat, bir ədəd plastmas boru yapışdıran ütü 60 (altmış) manat, bir ədəd drel 40 (qırx) manat təşkil edir. Zərərçəkmiş şəxs2 mənzilinə gələndən sonra sahə inspektoruna və orada olarkən Xətai RPİ-nin 34-cü polis şöbəsinə zəng vurub məlumat vermiş, polis əməkdaşları gələrək mənzilə baxış keçirmişlər. Daha sonra istintaq zamanı müstəntiq ona oğurlanmış əşyalardan bir ədəd laqonda və bir ədəd prefaratorun tapıldığını bildirərək ona təqdim etmişdir. Həmin əşyaların ona məxsus olmadığını bildirsə də müstəntiq Rəşad Cəfərov təkidlə əşyaların ona məxsus olmasını yazmağını bildirmişdir. Bu səbəbdən əşyanın guya ona məxsus olmasını qeyd etmişdir. Həqiqətdə isə həmin əşyalar ona məxsus olmamışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 telefonoqramı nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında yerləşən yeni tikilmiş 17 mərtəbəli binada mənzil almış və həmin mənzil təmirsiz qalmışdır. Onun evi binanın 14-cü mərtəbəsində yerləşir. Mənzilin giriş qapısı dəmirdəndir, lakin asma qıfılla bağlanır. 2020-ci ilin fevral ayının ortalarında qərara gəlmişdir ki, mənzildə təmir işlərinə başlasın. Bu məqsədlə tanış iş icraçısı olan Malikin istifadəsində olan 051 ***-**-** GSM nömrəsi ilə əlaqə saxlayaraq sonuncu ilə danışmış və razılaşmışlar ki, Malik öz ustaları ilə mənzili təmir edib ona təhvil verəcəkdir. Bundan sonra həmin ustalar tərəfindən mənzildə təmir işləri başlamış və o, bir neçə dəfə mənzilə gedərək ustaların işlərinə baxmışdır. Ustaların mənzildə gördükləri iş xoşuna gəldiyi üçün daha mənzilə getməmişdir. Mənzildə təmir işləri aparılan ərəfədə respublikada Covid-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi tətbiq edildiyindən ustaların işləri yarımçıq qalmış və sonuncular təxminən 2020-ci ilin aprel ayının axırlarında qapını bağlayaraq getmişlər. xx xxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində iş icraçısı olan Malik onun istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdir ki, ustalar mənzildə işləmək üçün gedən zaman giriş qapısının üzərindəki asma qıfılın rəzəsi kəsilmiş və kimsə mənzilə daxil olaraq ustalara məxsus bir ədəd perefiratoru, bir ədəd laqondanı, bir ədəd plastmas boru yapışdıran ütünü, bir ədəd dreli və onun özünə məxsus olan müxtəlif elektrik avadanlıqlarını oğurlamışdır. Malik bu barədə bildirdikdən sonra o, mənzilə getmiş və həqiqətən də mənzildən oğurluq olmasını görmüşdür. Bundan sonra o, Xətai RPi-nin 34-cü Polis Şöbəsinə zəng edərək hadisə barədə məlumat vermiş və polis əməkdaşları gələrək mənzilə baxış keçirmişlər. Mənzildən oğurlanmış bir ədəd perefirator, bir ədəd laqonda, bir ədəd plastmas boru yapışdıran ütü, bir ədəd drel ustalara məxsusdur, lakin oğurlanan elektrik avadanlıqları onun özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ilin avqust ayından DİO-da xidmət edir. 2018-ci ilin avqust ayının 28-dən etibarən Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsinə, 2020-ci ilin sentyabr ayının 1-dən isə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı vəzifəsinə təyin olunmuşdur. CA üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyi dövrdə xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 ərizə ilə Xətai RPİ-nin 34-cü PŞ-yə müraciət edərək ona məxsus ünvan 1148 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzilinin dəmir materialdan olan giriş qapısının asma qıfılının sındırılmasını və mənzildən 150 metr uzunluğunda 4-lük mis naqilin, həmçinin ustalara məxsus bir ədəd perefaratorun, bir ədəd laqondanın, bir ədəd ütü dəstinin və bir ədəd drelin oğurlanmasını bildirmişdir. Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri görülmüş və müəyyən edilmişdir ki, həmin oğurluq cinayətini xx.xx.1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 9 mənzil 480 ünvanında yaşayan Təqsirləndirilən şəxs törətmişdir. Daha sonra Təqsirləndirilən şəxs müəyyən edilərək Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilmiş və orada şifahi sorğu zamanı həmin oğurluq cinayətini törətdiyini etiraf edərək, Zərərçəkmiş şəxs2 məxsus mənzildən oğurladığı əşyalardan bəzilərini satdığını, bir ədəd perefator və bir ədəd laqondanı isə yaşadığı binanın, yəni ünvan 1148 ünvandakı binanın 4-cü girişinin zirzəmisində gizlətdiyini bildirmişdir. Bundan sonra qeyd olunan yerə birlikdə gedilmiş və Təqsirləndirilən şəxs bir ədəd pereferator və bir ədəd laqondanı gizlətdiyi yerdən götürərək təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmiş və onlar tərəfindən də sonuncuya qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs yalan deyir, belə bir hadisə ümumiyyətlə baş verməmiş və sonuncu törətdiyi oğurluq cinayətini səmimi olaraq özü etiraf etməklə oğurladığı əşyaları da könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bu cür ifadə verməkdə məqsədi yalnız məsuliyyətdən boyun qaçırmaqdır. Şahid1 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir, onun ifadəsi Zərərçəkmiş şəxs3 ifadəsinə oxşar olmuşdur. Məhkəmə iclasında Şahid2 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində qeyd etmişdir ki, ünvan 10 ünvanında yerləşən hündürmərtəbəli binaların komendantı vəzifəsində işləyir. Komendant olduğu binanın girişlərində və daxildə liftlərin qarşısında kameralar qoyulmuşdur, həmin kameralar 24 saat müddətində işləyir, son vaxtlar isə kameralar işləmir. Zərərçəkmiş şəxs2 da 2347/48 ünvanda olan binanın 7-ci girişin 14-cü mərtəbəsində 895 saylı mənzilin sakini kimi tanıyır, aralarında heç bir qohumluq əlaqələri və ya ədavəti yoxdur. Bir sakin kimi münasibəti yaxşıdır. Həmçinin komendant olduğu 2347/48-ci binanın 4-cü girişin 480 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs da bir sakin kimi tanıyır, Füzuli qaçqınıdır, həmin mənzil dövlət tərəfindən onların ailəsinə verilmişdir. Zərərçəkmiş şəxs2 2020-ci ilin təxminən fevral ayında mənzilində təmirə başlamış, sonra da COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təmiri dayandırmış, ustalar qapını bağlayıb çıxıb getmişlər, yəni onlar ümumi elan etmişlər ki, pandemiya ilə əlaqədar bütün işlər dayandırılsın. xx xxx 2020-ci il tarixdə o, işdə olarkən təxminən saat 10-11 radələrində Zərərçəkmiş şəxs2 ona zəng vurmuş, telefonda bildirmişdir ki, onun mənzilindən oğurluq olmuş və sonra da yanına gəlmişdir. Zərərçəkmiş şəxs2 onun yanına gələndən sonra özü 34-cü PŞ-yə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 mənzilindən ustalara məxsus perefirator, laqonda, ütü və elektrik naqilləri oğurlanmışdır. Həmin vaxt oğurluğun kimin tərəfindən edilməsini bilməmiş, lakin sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs2 mənzilindən oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Həmin oğurluğun nə vaxt baş verməsini bilmir, lakin xx xxx 2020-ci il tarixdə bilmişdir ki, mənzildən oğurluq edilmişdir. Mənzillərin qarşısındakı meydançada kamera qoyulmamış, kamera girişlərdən binaya daxil olanları, binaların həyətini çəkir, liftlərin qarşısındakı kamera da liftə minənləri, liftdən çıxanları çəkir. Mənzillərin girişləri kameranın əhatə dairəinə düşmür. Təqsirləndirilən şəxs oğurluqla məşğul olmasını və onun 34-cü PŞ-nin əmkdaşları tərəfindən axtarılmasını eşitmiş, lakin Ruslanın oğurluq etməsini görməmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən 8-ci km bazarında müxtəlif qarışıq malların səyyari formada alışı və satışı həyata keçirilən hissəsində işləyir, eləcə də, ucuz hər hansı mal düşəndə alıb sonradan bir az baha qiymətə satmaqla pul qazanır. Aldığı mallar müxtəlif, yəni məişət malları, həmçinin tikintidə və ya bağ sahəsində istifadə edilən xırda alətlər olur. 2019-cu ilin dekabr ayının sonlarında bir nəfər onun işlədiyi bazara gələrək «İsma» markalı velosiped gətirmiş və onu satdığını bildirmişdir. O, həmin velosipedə baxıb onun saz vəziyyətdə olduğunu gördükdə qiyməti ilə maraqlanmış və həmin şəxs velosipedi 100 manata satdığını bildirmişdir. O, həmin şəxslə, yəni adını Ruslan kimi xatırladığı şəxslə velosipedi nə üçün satması barədə söhbət aparmış və sonuncu ona bildirmişdir ki, həmin velosipedi bir il istifadə etmiş və anası xəstə olduğu üçün pula ehtiyacı olduğundan velosipedi satmaq niyyətindədir. Velosiped saz vəziyyətdə olduğu üçün düşünmüşdür ki, onu alıb biraz baha qiymətə sata bilər. Ruslanla söhbət etdikdən sonra velosipedi 80 manata almağa razılaşmış, 80 manat verməklə velosipedi Ruslandan almış və Ruslan pulu alaraq getmişdir. Elə həmin gün axşam saatlarında Ruslandan aldığı velosipedi tanımadığı şəxsə 110 manata satmışdır. Təxminən yadındadır ki, o, daha sonralar da Ruslanı bazarda görmüş, lakin nə satdığını xatırlamır. Bir neçə gün sonra polis əməkdaşları bazara gələrək velosiped satılıb satılmadığını soruşmuşlar. O, velosiped aldığını bildirən zaman polis əməkdaşları ona Ruslanın şəkilini göstərmiş və o, Ruslanı tanıyaraq, sonuncudan «İsma» markalı velosiped aldığını, lakin həmin velosipedi Ruslandan aldıqdan sonra tanımadığı şəxsə satdığını bildirmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli 1681 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxxxx 2020-ci il tarixli 3/1236 №-li rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki “a”, “b” əlbarmaq izləri, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 6,7,8 saylı daktilolentlərin səthindəki ovuc izləri, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthindəki “a” əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki əlbarmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin çeçələ, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi isə onun sol əlinin şəhadət barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 2,3,4 saylı daktilolentlərin səthlərindəki “a”, “b” əl-barmaq izləri, 5 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki əlbarmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental yararlı əlbarmaq izlərindən qalmamışdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental sağ və sol ovuc izləri, sağ əlinin baş, çeçələ, sol əlinin baş barmağı tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 3,4,5 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 9-41 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Xətai rayonu, M.Hadi küçəsi, ev 66, mənzil 60 C müayinəsi zamanı götürülüb tədqiqata təqdim edilmiş 1,2 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri, 4-13 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli fotoşəkil əsasında şəxsin tanınması haqqında protokoldan görünür ki, Şahid3 ilə fotoşəkil əsasında şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş və həmin istintaq hərəkəti zamanı Şahid3 tanınma üçün ona təqdim edilmiş şəxslərin fotoşəkillərini nəzərdən keçirərək ikinci yerdə “2” nömrə altında olan fotoşəkildəki şəxsin ona “İsma” markalı velosipedi satan Ruslan adlı şəxs olduğunu bildirdi, həmin şəxsi üz cizgilərinə görə tanımışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd üzərində «Meakida, Angle Grinder, mod. MD- 125C, disk 125mm, made in China» markalanma yazıları olan laqonda, bir ədəd üzərində «Chinelli, Qlobal, BH-826» markalanma yazıları olan perefirator iş üzrə maddi sübut qismində tanınmış və həmin əşyalar cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Zərərçəkmiş şəxs5 məxsus mənzildən götürülmüş əl-barmaq izləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs5 məxsus mənzildən götürülmüş 02 ədəd daxili qıfılının silindirik mexanizmi və 04 ədəd açar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarına əsasən o, cəzasının qalan hissəsindən azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sabunçu rayonu MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə MKİS-ə qonşulardan və ümumi olaraq sakinlərdən dəfələrlə şikayət daxil olmuşdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məxsus «İsma» markalı velosiped oğurlamamasına və istintaq zamanı təzyiq altında oğurlamasını bildirməsinə dair verdiyi ifadə həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Zərərçəkmiş şəxs2 məxsus mənzildə oğurluq etmədiyini bildirdiyi kimi bu epizodu da törətmədiyini qeyd edə bilərdi. Yəni bunun heç bir məntiqi izahı yoxdur. Onun «İsma» markalı velosipedi oğurlaması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Şahid3 şəxsin tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı “2” nömrə altında olan fotoşəkildəki şəxsin ona “İsma” markalı velosipedi satan Ruslan adlı şəxs olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 11 48 ünvandakı binanın 7ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzildə baş vermiş oğurluqla bağlı epizod məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından həmin epizod ittihamdan çıxarılmalıdır. Belə ki, ibtidai istintaq orqanı bu epizod ilə verilmiş ittihamda formal mülahizəyə əsaslanmış və kifayət qədər sübuta yetirə bilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsi dindirmə protokolundan və məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus mənzildən mis naqili, laqondanı, perefiratoru, ütünü, dreli o oğurlamamışdır. Şübhəli şəxs qismində dindirilən zaman təzyiq altında həmin əşyaları oğurladığı ifadəsini vermiş, lakin həmin əşyaları oğurlamamış və bu hadisədən heç bir məlumatı da yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində istintaq zamanı ona təqdim edilən laqondanın və üzərində «Chinelli, Qlobal, BH-826» markalanma yazıları olan perefiratorun ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrindən məlum olur ki, Zərərçəkmiş şəxs2 məxsus ünvan 11 48 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzildən bir metri 01 (bir) manat qiymətində ümumi dəyəri 150 (yüz əlli) manat olan 4-lük mis naqili, vət.Zərərçəkmiş şəxs3 məxsus bir ədəd, 30 (otuz) manat qiymətində, üzərində «Meakida, Angle Grinder, mod. MD-125C, disk 125mm, made in China» markalanma yazıları olan laqondanı, bir ədəd, 60 (altmış) manat qiymətində, üzərində «Chinelli, Qlobal, BH-826» markalanma yazıları olan perefıratoru, bir ədəd, 60 (altmış) manat qiymətində plastmas boru yapışdıran ütünü, vət.Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 40 (qırx) manat qiymətində dreli Təqsirləndirilən şəxs tərəfindən oğurlamasını təsdiq edən heç bir mötəbər sübut iş materiallarında mövcud deyildir. Bu səbəbdən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan xx xxx 2020-ci il tarixdə saat 23 radələrində vət.Zərərçəkmiş şəxs2 məxsus ünvan 11 48 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzilədə baş vermiş oğurluqla bağlı epizod çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ittihamdan çıxarılmış epizod üzrə materiallar hazırki cinayət işindən ayrilmalı, oğurluq faktının araşdırılması və törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi, həmin əməli törətmiş şəxs(lər)in barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasan Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirici hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi saxlandığı 02 gün bir günə bir gün hesabı ilə nəzərə alınmaqla təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixindən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 qaytarılmış bir ədəd üzərində «Meakida, Angle Grinder, mod. MD-125C, disk 125mm, made in China» markalanma yazıları olan laqonda, bir ədəd üzərində «Chinelli, Qlobal, BH-826» markalanma yazıları olan perefirator hökm qanuni qüvvəyə mindikdən sonra istintaqa təhvil verilməlidir. Maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs5 məxsus mənzildən götürülmüş 02 ədəd daxili qıfılının silindirik mexanizmi və 04 ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılmalıdır. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs5 məxsus mənzildən götürülmüş əlbarmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 126.29 (yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1148 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzildə baş vermiş oğurluqla bağlı epizod çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 (iki) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İttihamdan çıxarılmış epizod - xx xxx 2020-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 11 48 ünvandakı binanın 7-ci girişinin 14-cü mərtəbəsində yerləşən 895 saylı mənzildə baş vermiş oğurluq faktı üzrə materiallar hazırki cinayət işindən ayrılsın və oğurluq faktının araşdırılması, törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi, həmin əməli törətmiş şəxs(lər)in barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilsin. Maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 qaytarılmış bir ədəd üzərində «Meakida, Angle Grinder, mod. MD-125C, disk 125mm, made in China» markalanma yazıları olan laqonda, bir ədəd üzərində «Chinelli, Qlobal, BH-826» markalanma yazıları olan perefirator hökm qanuni qüvvəyə mindikdən sonra istintaq orqanına qaytarılsın. Maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs5 məxsus mənzildən götürülmüş 02 ədəd daxili qıfılının silindirik mexanizmi və 04 ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılsın. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs5 məxsus mənzildən götürülmüş əlbarmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci ekspertiza tədqiqatının dəyəri 126.29 (yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-80/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-80/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver