Məhkəmə qərarları › İş №1(011)-80/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-80/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-80/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Balakən rayonu Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləmiş, məhkum olunmamış, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 19 ünvanda yerləşən “Fəridə” şadlıq sarayının həyətində “AF 020547” nömrəli “BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “RR FOOD" MMC-yə məxsus ağ rəngli “Hyundai HD-65" yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı furqon soyuducu avtomobili yol vərəqəsi əsasında 5-10 km/saat sürətlə arxa-arxaya idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobili geriyə doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili geriyə doğru manevr etdirməməli, lazım gəldikdə avtomobili geriyə doğru hərəkət etdirərkən digər şəxslərin köməyindən istifadə etməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib şadlıq sarayının həyətində hərəkətdə olan piyada X9 avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyin qişalarına, qişaları altına, toxumasına və mədəciklərinə qansızma, alın və burun nahiyələrinin sıyrıqları, iki tərəfli hematoraksla müşayiət olunmuş hər iki ağciyərin kontuziyası, sidik kisəsinin cırılması, sidik axarının qopması, sağ bud, hər iki qamış, sağ oturaq və qasıq, sol oturaq sümüklərinin sınıqları, sol qalça tini nahiyəsinin qançırı, hər iki mil-bilək oynağı nahiyələrinin sıyrıqları, baş, döş qəfəsi və qarının küt travması ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla ölüm ilə bir-başa səbəbli əlaqəli olan xəsarətlər yetirmiş, nəticədə İlqar Tağılının 27 mart 2023-cü il tarixdə 3 saylı şəhər kliniki xəstəxanasında ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən 2023-cü ilin mart ayının sonlarına qədər “RR FOOD" MMC-də sürücü işləmişdir. MMC-yə məxsus ağ rəngli “Hyundai HD-65" yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı furqon soyuduculu nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında sürücüsüdür. İşlədiyi MMC toyuq məhsullarının satışını həyata keçirmişdir. 16 mart 2023-cü il tarixdə işlədiyi MMC-dən avtomobili və toyuq məhsullarını təhvil alıb Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayına gəlmişdir. Malları təhvil verib qurtardıqdan sonra saat 17 radələrində avtomobili saatda 5-10 km sürətlə arxa-arxaya idarə edib şadlıq sarayının həyətindən çıxmaq istəmişdir. Avtomobili arxa-arxaya idarə edən zaman səs eşitmiş və dərhal avtomobilin əyləcinə basaraq avtomobili saxlamışdır. Avtomobildən düşdükdə görmüşdür ki, bir nəfər orta yaşlı kişi avtomobilin arxa sağ təkərinin yanında uzanıqlı vəziyyətdədir. Həmin şəxsə kömək edib onu avtomobilin altından çıxarıb kənara aparmışdır. Sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım ilə kişini xəstəxanaya aparmışlar. O isə polis əməkdaşıları ilə hadisə yerində qalmışdır. Polis əməkdaşları onu həkim müayinəsindən keçirib sərxoşluğunu yoxlamışlar. Həmin günü izahatı alındıqdan sonra piyadanın 3 saylı şəhər kliniki xəstəxanasında olmasını öyrənib oraya getmişdir. Orada öyrənmişdir ki, piyada X10r. İlqara xəstəxanada tibbi yardım göstərilmişdir. Mütəmadi olaraq xəstəxanaya getmiş və yaxud İlqarın yaxın qohumları ilə əlaqə saxlayıb səhhəti ilə maraqlanmışdır. 27 mart 2023-cü il tarixdə isə öyrənmişdir ki, İlqar xəstəxanada ölmüşdür. Bundan başqa əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, ondan şikayətçi olmadığını, himayəsində iki azyaşlı uşaq olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qardaşı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, mərhum X15 onun qardaşı olmuşdur. Qardaşı İlqar İİ qrup əlil olduğundan daimi iş yeri olmamış və fərdi qaydada yüngül işlər görmüşdür. 16 mart 2023cü il tarixdə axşam saatlarında mobil telefonuna polis əməkdaşı tərəfindən zəng gəlmiş və qardaşını avtomobil vurmasını, 3 saylı şəhər kliniki xəstəxanada olmasını bildirmişdir. Bundan sonra 3 saylı şəhər kliniki xəstəxanaya getmişdir. Orada qardaşını avtomobillə vurmuş sürücünün qohumlarını görmüşdür. Məlum olmuşdur ki, qardaşını 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus “Hyundai HD-65" yük markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə" şadlıq sarayının həyətində arxa-arxa idarə edərkən vurmuşdur. 27 mart 2023-cü il tarixədək qardaşı xəstəxanada müalicə olunmuşdur. Yavərin qohumları tərəfindən onlara lazım olan bütün köməklik olunmuşdur. xx.xx.2023-cü il tarixdə 3 saylı şəhər kliniki xəstəxanasında ölmüşdür. Onlar qardaşını el adəti üzrə qəbirstanlıqda dəfn etmişlər. Yavər və yaxın qohumları qardaşının yas mərasiminin bütün xərclərini qarşılamışdır. Onların Yavərdən heç bir şikayəti və tələbləri yoxdur. Bu səbəbdən anaları X3 01 aprel 2023-cü il tarixdə notarial qaydada barışıq ərizəsi vermişdir. Daha sonra istintaq zamanı anasının sağlamlıq vəziyyəti yaxşı olmadığına görə hüquqi varis kimi onu tanımışlar. Hadisənin ehtiyatsızlıqdan olduğunu, Təqsirləndirilən şəxs ilə barışdığını ona qarşı şikayətin və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan X11 tərəfindən tərtib edilmiş 16 mart 2023-cü il tarixli Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, RPİ-nin TŞnin baş təhqiqatçısı, polis polkovnik leytenantı hadisə yerinə baxış keçirilməsi protokolu ilə müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti 19 ünvanda yerləşən “Fəridə" şadlıq sarayının həyətində baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Hyundai HD-65” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici səthində və digər yerlərində hər hansı bir əzik, rəng töküntüsü, şüşələrinin qırılması, faralarının sınması müəyyən olunmadı. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 16 mart 2023cü il tarixli 2/8258 saylı protokoldan görünür ki, hadisə zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X19 27 mart 2023-cü il tarixli 32 saylı rəydən görünür ki, mərhum X7 meyitində müəyyən edilmiş xəsarətlər-baş beyin qişalarına, qişalarıaltına, toxumasına və mədəciklərinə qansızma, alın və burun nahiyələrinin sıyrıqları, iki tərəfli hematoraksla müşayiət olunmuş hər iki ağciyərin kontuziyası, sidik kisəsinin cırılması, sidik axarının qopması, sağ bud, hər iki qamış, sağ oturaq və qasıq, sol oturaq sümüklərinin sınıqları, sol qalça tini nahiyəsinin qançırı, hər iki mil-bilək oynağı nahiyələrinin sıyrıqları, baş, döş qəfəsi və qarının küt travması. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya təsirindən törətnmişdir, eləxədə yol-nəqliyyat hadisəsi şəraitində mərhumun xəstəxanaya (xx.xx.2023-cü il 18.00) müraciət etməsindən bir qədər əvvəl törənmişlər və dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. X2 ölümünə səbəb onun almış olduğu çoxsaylı xəsarətlər nəticəsində baş vermiş kəskin ürəkağciyər çatışmamazlığı olmuşdur. Ölüm xəstəxanada xx.xx.2023-cü il tarixdə saat 15.20da baş vermişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin verdiyi 06 iyun 2023-cü il tarixli 8/1463 saylı rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai HD-65 markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdrəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-cü il tarixədək etibarlı olan) BDYPİ QİŞ tərəfindən AF 020547 nömrəli “B C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 20 iyun 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan nihah və doğum haqqında şəhadətnamələrdən məlum olur ki, Rəşidov X4 Aygün İbrahim qızı ilə xx.xx.2013-cü il tarixdə nikah bağlamışlar və himayəsində xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X13 adlı 2 azyaşlı uşağı vardır. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “RR FOOD" MMC-yə məxsus “Hyundai HD-65" yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin anası X1 01 aprel 2023-cü il tarixdə notarial qaydada bağlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətin və tələbinin olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə olan uyğunsuzluqla, hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə nisbətən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X17 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-yə təhvil verilmiş “Hyundai HD-65” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmış hesab edilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X17 müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X17 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün "xxxx" MMC-yə təhvil verilmiş “Hyundai HD-65” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar