Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-81/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 05 aprel 2023-cü il Bakı şəhəri Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin nümayəndəsi 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, "xxxx" ASC-də ixrac meneceri işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötrü ki, o, 18 iyun 2022-ci il tarixdə saat 00:30-da yaşadıqları ünvan 2 ünvanında aralarında yaranmış şəxsi münasibətlər zamanı baş vermiş mübahisə zəminində arvadı Zərərçəkmiş şəxs ilə əvvəlcə sözlü mübahisə edib sonradan onu əli ilə döyüb eləcə də qəsdən itələyib sonunucya alının sol yarısının dərialtı hematoması, sol dirsək oynağının hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun sıyırığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdənyüngül xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. İş materialarrıını araşdırıb, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələrini dinləyib, toplanmış sübutlara müqayisəli qaydada qiymət verərək məhkəmə hesa edir ki, məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən və təqsirliliyini təsdiq edən sübutlar kifayət etmədiyindən ona bəraət verilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə rəsmi nikahdan iki azyaşlı qız övladı vardır. Aralarında əvvələr də bir neçə dəfə söz-söhbət olmuş, lakin o, qeyd edilən problemləri öz aralarında həll etmiş və bu barədə heç bir yerə şikayət etməmişdir. Hadisənin baş verdiyi gün yoldaşı Təqsirləndirilən şəxs ona telefonla zəng vuraraq həkimlərin peşə bayramı ilə əlaqədar olaraq onu “El Çaço” restoranına dəvət etmişdir. O da təklifi qəbul etmiş, onlar birlikdə “El Çaço” restoranına getmişlər. Restoranda hər ikisi alkoqolik içki qəbul etmişdir. O, bir ya iki bokal çaxır içmiş, Təqsirləndirilən şəxs isə 200- 300 qram araq içmişdir. Həmçinin Təqsirləndirilən şəxs restorana gələrkən başqa yerdə alkoqolik içki qəbul edib gəlmişdir. Onlar restoranda qərara almışlar ki, şirniyyatı evdə yesinlər. Restorandan çıxıb ayaqla evə gedərkən, yaşadıqları evin altında yerləşən mağazaya çatarkən Fərqan səbəbini bilmədən əsəbləşmiş və evə getməli olduqlarını bildirmişdir. O da, ona başqa cür danışdıqlarını, mağazadan tort alıb evə gedəcəklərini bildirsə də, Fərqan ona məhəl qoymadığından o, özü tək mağazaya getmiş, lakin mağzanın digər qapısından çıxaraq yaşadığı mənzilə getmişdir. Evə gəlib hamama keçib yatmaq üçün hazırlaşmışdır. Bu zaman Fərqan onun valideyinləri haqqında danışarkən, o da, Fərqana cavab qaytarmışdır. Bu zaman Fərqan onu əl ilə boğmağa başlamışdır. O da Fərqanı itələmiş və qışqırmağa başlamışdır ki, hamını evə çağıraq. O, qaçmaq istəyərkən onu Fərqan itələmiş, sonra durmaq istəyərkən yenidən tutmuş və itələmişdir. Başından heç bir xəsarət almamışdır. Arxa tərəfində və qollarında xəsarətlər yaranmışdır. Sonradan evdən çıxmaq istəyərkən, onu itələyərək heç bir yerə getməyəcəyini bildirmişdir. Təkrarən evdən qaçmağa cəhd göstərərkən bir daha Fərqan onu itələmişdir. Qapının girəcəyində oturmuşlar və müəyyən vaxtdan sonra Fərqan evi tərk edib getmişdir. Hadisə baş verən zaman uşaqlar evdə olmamışlar.Daha sonra o, bacısına zəng vuraraq evə dəvət etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdikləri doğru deyil, belə ki, atası onun ailəsinə heç vaxtı müdaxilə etməmiş, əksinə uşaqlara daim qayğı göstərmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmamış və barışmaq niyyətində də deyildir. İşə ədalətli baxılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə baş verdikdən sonra 3 gün sonra şikayət etmiş, belə ki, hadisə təxminən 5-ci gün olduğundan heç bir yerə şikayət etməmişdir. Məhkəmə iclasında Şahid tərcüməçinin iştirakı ilə vermiş olduğu ifadəsində bildirmişdir ki, hadisə baş verən günü gecə radələrində bacısı ona zəng vuraraq yaşadığı evə dəvət etmişdir. O da, bacısının yaşadığı ünvana getmiş və bacısının bədənin müxtəlif nahiyələrində xəsarət izləri müəyyən etmişdir. O, bacısından bu barədə soruşduqda, bacısı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onu itələmiş, bu səbəbdən onun üzərində xəsarətlər yaranmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Ağbaba oğlu ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 mart 2009-cu ildə Zərərçəkmiş şəxs Alavərdi qızı ilə ailə quraraq rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə onların iki az yaşlı övladları olmuşdur. Natellanın anası milliyyətcə rus olduğu üçün uşaqlarını rus mentalitetinə uyğun şəkildə tərbiyə etdiyuindən, aralarında mübahisələr olurdu. 17 iyun 2022-ci il tarixdə həkimlərin peşə bayramı ilə əlaqədar olaraq o, Natellanı restorana şam yeməyinə dəvət etmiş və onlar birlikdə restorana getmiş və orada şam yeməyi yemişlər. Natella təxminən 300 qram çaxır içmiş, o isə 150 qram araq qəbul etmişdir. Sonra onlar evə qayıtmış və yolda olarkən yenidən aralarında mübahisə başlamış və mübahisə evdə davam etmişdir. Natella onun üstünə gələrkən ayağı sürüşmüş və vanna otağında yıxılmışdır. Daha sonra o Natellanın ayağa qalxdığını gördüyü üçün mübahisənin davam etməməsi üçün çantasını götürüb mənzili tərk etmişdir. Zərərçəkmiş şəxs izahatında dedikləri doğru deyildir. O, onu nə vurmamış, nə də ki, itələməmişdir. Sadəcə olaraq, içkili olmama qollarından tutub sakitləşdirmək istəmişdir. Hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onun xəbəri olmadan müstəntiq istintaq ekperimenti aparmışdır. Bundan əlavə o, bir daha bildirmişdir ki, Natellanı itələməmiş, sadəcə sonuncu onun üzərinə gələndə onu itələmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 1); Zərərçəkmiş şəxs tərəfindən Xətai Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır və sonuncudan şiddət gördüyü üçün nigahları faktiki olaraq pozulmuşdur. 2022-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecə X1 vəziyyətində yaşadıqları mənzildə ona hücum edərək vəhşicəsinə döymüşdür. Odur ki, həmin şəxsin barəsində tədbir görülməsini xahiş etmişdir (i.v. 3); Zərərçəkmiş şəxs Xətai RPİ-nə ünvanlanan xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, 28 mart 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə quraraq rəsmi nigaha daxil olmuşdur. Birgə nigah dövründə onların iki az yaşlı övladları olmuşdur. Son zamanlar Fərqan mütəmadi olaraq spirtli içkilər qəbul etdikdən sonra aqressivləşir və onunla mütəmadi olaraq mübahisə edir. Sonuncu dəfə 17 iyun 2022-ci il tarixdə yaşadıqları mənzildə olarkən Fərqan onunla sərxoş vəziyyətdə mübahisə etmiş, oFərqanı sakitləşmək istəyərkən onu qollarından tutaraq hamam otağına itələmişdir. O. yıxılaraq arxası hamam otağında olan mərmər daşa dəymişdir. O bir təhər ayağa qalxmaq istəmiş, lakin o yenidən onu itələmiş və o yenidən yıxılaraq ǝl üz yumaq üçün nəzərdə tutulan yerin tininə dəymiş və bir anlıq huşunu itirmişdir. Sonra o özünə gələrək hamam otağından çıxmış və evdən qaçmaq istəyərkən yenidən onu arxadan tutmuş və itələyərək onu yenidən yerə yıxmışdır. Həmin vaxt evdən getsə onu və onun valideyinlərini oldürməklə hədələmiş və evdən çıxıb getmiş və özü ilə evin açarlarını aparmışdır. Bir neçə gün sonra o vəkilə müraciət etmiş və vəkil ərizə yazaraq müxtəlif instansiyalara göndərmişdir. Həmin gündən sonra o Fərqanla görüşməmişəm. Hadisə vaxtı evdə ikisi olmuşdurlar.(i.v 4) Təqsirləndirilən şəxs Xətai RPİ-nə ünvanlanan xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, 28 mart 2009-cu ildə Zərərçəkmiş şəxs Alavərdi qızı ilə ailə quraraq rəsmi nigaha daxil olmuşdur. Birgə nigah dövründə onların iki az yaşlı övladları olmuşdur. Natellanın anası milliyyətcə rus olduğu üçün uşaqlarını rus mentalitetinə uyğun şəkildə böyütdüyündən, aralarında mübahisələr olurdu. 17 iyun 2022-ci il tarixdə o, Natella ilə birlikdə restorana getmiş və orada şam yeməyi yemişlər. Natella təxminən 300 qram çaxır içmiş, o isə 150 qram araq qəbul etmişdir. Sonra onlar evə qayıtmış və yolda olarkən yenidən aralarında mübahisə başlamış və mübahisə evdə davam etmişdir. Natella onun üstünə gələrkən ayağı sürüşmüş və vanna otağında yıxılmışdır. Sonra o çantamı götürüb mənzili tərk etmişdir. Zərərçəkmiş şəxs izahatında dedikləri doğru deyildir. O, onu nə vurmamışam, nədə ki, itələməmişdir. Sadəcə olaraq qollarından tutub sakitləşdirmək istəmişdir. (i.v. 8); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 canlı şəxsin ekspertizası barədə 1237 nömrəli 25 noyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ əlin İİİ barmağı və sol əl nahiyələrdə qançırlar, sol əlin ovuc səthi və sağ əlin V barmağı nahiyələrində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (i.v. 15-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 canlı şəxsin ekspertizası barədə 756 nömrəli 07 iyul 2022-ci il tarixli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, 17 iyun 2022-ci il tarixdə saat təxminən 24 radələrində Təqsirləndirilən şəxs yaşadıqları Xətai rayonu, Gəncə prospekti ev 26, 4 nömrəli mənzildə həyat yoldaşı Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək onu döymüşdür. Müayinə olunanın deməsinə görə, xx.xx.2022-ci il tarixda yaşadığı evdə həyat voldaşı Fərqan onu əllə döyüb yerə yıxmışdır. Heç bir tibb müəssisəsinə müraciət etməyib, səhhəti ilə bağlı əsaslı şikayəti yoxdur. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. 2. Alının sol yarısında 6x5 sm ölçüdə solğun sarımtıl-qəhvəyi rəngdə sovrulmaqda Solan derialtı hematoma vardır. Sol dirsək oynağı şişkindir, sarımtıl-qəhvəyi rəngdə sirkulyar hematomalıdır, maye dalğası izlənilir, aktiv və passiv hərəkətlər bir qədər məhtuddur. Sağ bazunun aşağı 1/3 apa səthində 3x2 sm ölçüdə solğun çəhrayı rangda oval formalı piqmentsizleşmiş sahə (sıyrıq izi) vardır Digər xəsarət aşkar edilməmişdir. Rəyin nəticəvi hissəsində isə göstərilmişdir ki, 1978-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlinir Zərərçəkmiş şəxs alının sol yarısının dərialtı hematomasi, sol dirsak oynağının hematoması, şişkinliyi, hərəkət məhdudluğu və sağ bazunun iyi müayin edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvurmaya aid edilir. Vǝt. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə naticəsində əmələ gəlməsi inkar olunur. (i.v. 10-11); zərərçəkmiş şəxs qismində tanınma haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 18); zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “o, ailə üzvləri ilə ünvan 4 ünvanında yaşayır, evlidir, rəsmi olaraq həkim işləyir. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs onun əridir, xx.xx.2009-cu ildən rəsmi olaraq ailə qurmuşdur, rəsmi nigahdan iki qız övladları olub, birinin 12 yaşı, digərinin isə 7 yaşı vardır. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan əri Fərgan mütəmadi olaraq spirtli içki qəbul edib ailə münasibətlərini pozmuşdur, ona görə də münasibətləri sonradan pisləşmiş, hazırda da Fərqanla münasibətləri yaxşı deyildir. Əvvəllər də bir neçə dəfə Fərqan onu döyüb xəsarət yetirsə də o sonuncunu bağışlamışdır. sonuncu dəfə 2022-ci ilin iyun ayının 18-də təxminən saat 00:30-da Fərqan yenə də evə sərxoş vəziyyətdə gəlib evdə mübahisə yaratmış, həmçinin onu və uşaqlarını öldürməklə hədələmiş, bundan sonra isə o Fərqanı sakitləşdirmək istəyərkən isə onu əvvəlcə qollarındam tutub itələmiş, o müvazinətini itirib yerə yıxılmış, sonra isa ayağa qalxıb müvazinətini düzəldən zaman isə yenə də onu tutub yenə də onu itələyib sırf xəsarət almağı üçün itələmiş və o yenə də yerə yıxılmışdır. Həmçinin yıxılan zaman başı əl üz yuyulan yerə dəymiş və özünü itirmiş, sonra o özünə gəlib yenə ayağa qalxmış, artıq Fərqanın hərəkətləri ona həm fiziki həm də mənəvi əzab verirmiş, ona görə də o evdən qaçmaq istəmiş, lakin Fərqan bu dəfə də onu arxadan tutub zərbə ilə yerə yıxmış, o hər dəfə Fərqanın onu itələməsi zamanı yerə yıxılıb xəsarət almış, bundan sonra isə onun israrla evdən getmək istədiyini deyən zaman isə Fərqan evdən çıxıb getmişdir. Fərqanın ona xəsarət yetirməsini uşaqlar görməmiş, həmin vaxt uşaqları orada olmamışlar.” (i.v. 23-24); şahidin dindirilməsi protokolundan görünür ki, Şahid ifadəsində göstərmişdir ki, ailəlidir, rəsmi olaraq stamotoloji uşaq poliklinikasında həkim işləyir. Zərərçəkmiş şəxs onun bacısıdır, bacısının ailə münasibətləri uzun müddətdir ki, pisləşmişdir. Belə ki, bacısının əri Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edib bacısı ilə münasibətləri pisləşdirmiş, eyni zamanda evdə mütəmadi olaraq dava-dalaş salmış, bacısını əvvəllər də bir neçə dəfə döymüşdür lakin ailə münasibətlərinə zərər gəlməsin deyə bacısı ondan şikayət etməmişdir, lakin sonuncu dəfə yəni xx.xx.2022-ci il tarixdə Fərqanla bacısı Natellanı restorandan qayıdan zaman Fərqan yolda bacısını təhqir etmiş, sonra isə evə gedən zaman onu bir neçə dəfə əli ilə itələyib yıxmış, vurub xəsarətlər yetirmişdir, həmçinin bacısı onun əlindən qaçıb getmək istəyən zaman isə Fərqan bacısını yerə yıxıb getməsinə imkan verməmişdir, bacısı qışqırmaq istəyən zaman qapını bağlayıb kömək çağırmasına imkan verməmişdir, lakin sonradan Fərqan bacısından əl çəkib evi tərk etmişdir. O Fərqanın bacısını döyməsini konkret olaraq görməsə də bunları bacısı Natella ona demiş, eyni zamanda o hadisənin səhəri günün bacısını görən zaman onun bədən nahiyyəsində çoxsaylı xəsarətlər var imiş, o bacısından soruşan zaman ki, həmin xəsarətlər hansı şəraitdə almışdır, o ona həmin xəsarətləri Fərqanın yetirdiyini bildirmişdir. (i.v 28-30) 10 sentyabr 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istitnaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs bir daha zərər çəkmiş şəxsin üzünə “onu itələdiyini və zərər çəkmiş şəxsin müvazinətini itirərək xəsarət almasını bildirərək” ifadəsində dediklərini təsdiq etmişdir.(i.v 34) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 35); sübutların qiymətləndirilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, iş üzrə məhkəmə tibbi ekspertizanın 07 iyul 2022-ci il tarixli 756 nömrəli nömrəli rəyi və istintaq hərəkətlərinin protokolları işin faktiki hallarına uyğun olduğu və istintaq materialları ilə tamamlandığı üçün iş üzrə sübut növü kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 52- 53); qətimkan tədbirinin seçilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 65-66); 03 noyabr 2022-ci il tarixli zərər çəkmiş şəxsin dindirmə protokolundan görünür ki, o, əvvəllər istintaqa verdiyi ifadəsini təsdiq edir, əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxsla onlar yaşadığı evdə olan zaman Fərqan onunla mübahisə etdikdən sonra o, hamam otağına keçmiş və Fərqan da mübahisənin davamı olaraq onunla birlikdə hamam otağına keçərək onu qəsdən itəlləmiş və o, yerə yıxılmış, bundan sonra o müvazinətini düzəldib ayağa qalxan zaman Fərqan təkrar onu var gücü ilə itələmiş bu zaman o müvazinətini itirib yıxılmış, həmin vaxt isə onun alın nahiyyəsi əl üz yuyulan moydadır deyilən hamam əşyasına dəymiş va o alın nahiyyəsindən xəsarət almışdır. Bildirmək istəyirəm ki, Fərqan ondan fiziki cəhətdən güclüdür, onu hamam otağına itələyən zaman bazu və çiyin nahiyyəsindən tutub italǝmiş deyə o, bazu və çiyin nahiyyəsindən xəsarət almış, eyni zamanda yıxılan zaman da bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Bundan sonra isə o, Fərqanın ona daha çox xəsarət yetirməsinin qarşısını almaq məqsədilə evdən qaçmaq istəyərkən o, onu qapıya yaxınlaşan zaman arxa tərəfdən çiyinlərindən tutub geri qaytarmaq istəyirdi ki, o yenə də yerə yıxılsın. Əlavə olaraq qeyd etmək istəyir ki, aldığım xəsarətlərin hamısını Fərqanın onu hamam otağında bir neçə dəfə itələməsi nəticəsində almış, yerə yıxılan zaman çiynindan, ayağından və alınının əl üz yuyulan əşyaynın tininə dəyməsi nəticəsində xəsarət almışdır. Müstəntiq tərəfindən verilən suallar cavab olaraq bildirmişdir ki, “hadisə baş verən zamana uşaqları həmin vaxt anasının Bakıxanov qəsəbəsində yerləşən evində olmuşlar, ona görə evdə yox idilər.” ”Fərqan tamamilə yalan deyir, o ümumiyyatla onun üstünə gütməmiş, əksinə Fərqanla aralarında mübahisə yarandığı üçün onu cəzalandırmaq üçün bir neçə dəfə əli ilə onu itələmiş, eyni zamanda o, qapıdan çıxıb ondan qaçmaq istəyən zaman o yenə onu arxadan tutub evin koridor hissəsinə yıxmış, hamam otağında isə sırf onun xəsarət almağı üçün onu əli ilə itələyib alın nahiyyəsinin ǝl üz yuyulan hisssənin tininə dəyməsinə və xəsarət almağısına səbəb olmuş, eyni zamanda sonra yenə də onu hamam otağının kafel hissəinə yerə yıxmışdır ki, o xəsarət alsın. Fərqanın barəsində dedikləri yalandır. Fərqan onu sırf cəzalandırmaq məqsədilə itələyib xəsarət yetirmişdir.” “ Fərqan tamamilə yalan deyir, o spirtli içki qəbul etmişdi, lakin mən qəbul etməmişdim.” (i.v 113-114) 18 noyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması və istintaq eksperimenti aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Xətai RPİ İŞ-nin müstəntiqi Taleh Şamilov zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Aəzrbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin X9n Xətai rayon şöbəsinin məhkəmə tibbi eksperti işləyən X5 iştirakı ilə ifadənin yerində yoxlanılması və istintaq eksperimenti aparılması istintaq hərəkətləri keçirilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdiklərini hadisənin baş verdiyi ünvan 5 ünvanında hadisənin necə baş verməsini göstərərək bir daha təsdiq etmişdir (i.v 122-127) Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 17 nömrəli uşaq poliklinkasının17 yanvar 2023-cü il tarixli, 9 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs 18, 20, 23, 24 iyun 2022-ci il tarixlərdə işdə olub, 21-xx.xx.2022-ci il tarixlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində təlimdə olub, təlimə çağırılması haqqında məktub və iştirakı haqqında sertifikat təqdim edib. xx.xx.2022-ci il tarixdə əmək məzuniyyətinə buraxılılb, 10.08.22-ci il tarixədək əmək məzuniyyətində olub. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs xəsarətlərin yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid isə hadisəni görməmiş, sadəcə bacısının ona bildirdikləri əsasında ziddiyətli ifadələr vermişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab hesab edir ki, Şahid hadisəni birbaşa görməmiş, ifadəsində yalnız bacısının ona dediklərini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Həmin şəxslərdən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə heç bir xəsarət yetirmədiyini, sadəcə onu itələdiyini, Şahid isə hadisəni görmədiyini sadəcə bacısının ona bildirdiklərinə əsasən onun üzərində görmüş olduğu xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından hətta, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, şahid qismində dindirilmiş Şahid bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra o, şahid qismində dindirilmişdir. Həmin şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqında vermiş olduğu ifadələri ziddiyətlidir.Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında ziddiyət mövciddur. Təqsirləndirilən şəxs iş materillarına əsasən ilkin izahat, təqsirləndirilən şəxsin ifadəsi və zərər çəkmiş şəxslə aralarında keçirilən üzləşdirmə istintaq hərəkətində və məhkəmə istitnaqında eyni ifadəni vermişdir. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair yalnız zərərçəkən Zərərçəkmiş şəxs ziddiyətli ifadələri mövcuddur. Zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Elə Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, əri Təqsirləndirilən şəxsla aralarında əvvəllərdə söz-söhbət olmuş, lakin öz aralarında həll etmişlər. Cinayət işinin materiallarında görünür ki, hadisə 18 iyun 2022-ci il tarixində, saat 00:30 radələrində olsa da, zərər çəkmiş şəxs Xətai RPİ-nə 07 iyul 2022-ci il tarixdə şikayət etmişdir. Zərərçəkmiş şəxs iibtidai istintaq zamanı vermiş olduğu ifadəsində içki içmədiyini, sadəcə Təqsirləndirilən şəxs içki içdiyini bildirmiş, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində isə özünün də 1 bakal çaxır içdiyini bildirmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, hadisə xx.xx.2022-ci il tarixdə baş vermiş, zərər çəkmiş şəxs isə Xətai RPİ-nə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, lakin məhkəmə istintaqında hadisədən 3 gün sonra şikayət verdiyini və bunun səbəbi olaraq hadisənin həftənin cümə günü olmasını göstərmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs 07 iyyul 2022-ci il tarixli ərizəsində o Təqsirləndirilən şəxs tərəfindən 18 iyun 2022-ciil tarixdə saat 00-30 radələrində vəhşicəsinə döyüldüyünü qeyd etsə də, 18, 20, 23, 24 iyun 2022-ci il tarixlərdə işdə olub, 21-xx.xx.2022-ci il tarixlərdə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində təlimdə olmuşdur. Şahid S.Şauşalının ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bacısının ona hadisənin yolda gələrkən baş verməsini, Fərqanın bacısı Natellanı yolda bir neçə dəfə təhqir etməsini, məhkəmə ibitidai istintaq zamanı isə hadisənin evdə olmasını bildirməsi onun ifadələri arasında olan ziddiyətli nüanslardır. Zərərçəkmiş şəxsin və şahidin ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvələrdə mübahisə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid isə zərər çəkmiş şəxsin bacısıdır və o, hadisəni görməmiş, sadəcə bacısının ona bildirdiklərini ibtidai istintaq zamanı və məhkəmə istintaqında bildirmişdir. Beləliklə, cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərərçəkmiş şəxs ilə əleyhinə ifadə verdiyi şəxsin bir-birləri ilə mübahisələri vardır, bir-birlərinə qarşı qərəzli mövqedədirlər. Göründüyü kimi, hazırkı cinayət işi üzrə dindirilmiş zərərçəkən Zərərçəkmiş şəxs və Şahid qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr vardır. Ona görə də belə bir vəziyyətdə Zərərçəkmiş şəxs və şahid S.Şauşalının ziddiyyətli ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilmir. Təqsirləndirilən şəxs həm təhqiqat və istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr oxşar olmaqla ziddiyətli olmamış, həmin ifadələrdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirməsinə dair hər hansı xüsusat olmamışdır. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmişin təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Beləliklə də, zərərçəkmiş şəxsin ifadəsi artıq mövcud olan digər sübutlarla bağlaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş ifadələr varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilər. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimalı qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Belə olduğu təqdirdə, Zərərçəkmiş şəxs ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının Zərərçəkmiş şəxs barədə verdiyi rəylərdə göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmçinin, hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Həmçinin təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini, belə bir niyyətinin olmamasını dəfələrlə bildirmiş, hər ikisinin içkili olduğu, zərər çəkmiş şəxsin onun üzrinə gələrkən özünü müdafiə etmək üçün itələməsini bildirmişdir. Bununla da, qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Bunlardan əlavə, ittiham aktında təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs xəsarət yetirmək məqsədi ilə onu dəfələrlə itələməsi qeyd olunmuş, keçirilmiş istintaq eksperimenti istintaq hərəkətində sadəcə zərər çəkmiş şəxsin hadisə yerini göstərməsi ilə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəfələrə Təqsirləndirilən şəxs ona xəsarət yetirmək məqsədi ilə itələdiyini bildirsə də, lakin onu nə döymüş, nə də vurmamışdır. Sadəcə itələməklə kifayətlənmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həmin xəsarəti qəsdən yetirməsi iş materialları və tərəflərin ifadələri ilə şübhə altına alınır. Belə ki, həqiqətən zərər çəkmiş şəxsin ifadəsində bildirdiyi kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmək niyyəti olsa idi, dəfələrlə onu itələməklə xəsarət yetirməkdənsə onun sağlamlığna bir başa xəsarət yetirə bilərdi. Həmçinin təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs hər ikisi alkoqollu içkinin təsiri altında olmuş, qarşılıqlı mübahisə etmişlər. Hazırkı ittiham, yalnız Zərərçəkmiş şəxs ziddiyətli ifadəsi əsasında qurulmuşdur. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərərçəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı material üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların birbiri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkənlə təqsirləndirilən şəxsin və şahidin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən Zərərçəkmiş şəxs ziddiyyətli ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X7 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021 il tarixli 15 saylı qərarının 58-ci bəndinə əsasən CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin, şahidin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təstiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilməlidir. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə G.Ə.Kamalova bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri dərhal ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-81/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-81/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver