Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-82/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 21 avqust 1991-ci ildə Astara rayonu Pensər kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Astara rayonu Pensər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 5-də yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-86/2022 nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 01 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən “COURT” restoranına müştəri kimi daxil olub ətrafda heç kimin olmadığını görüb restoranın birinci mərtəbəsində yerləşən foyenin arxa hissəsinə keçib orada olan kassa aparatının siyirməsindən 1000 manat nağd pulu gizli talayıb, Zərərçəkmiş şəxs cəmi 1000 (bir min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı,oğurluq hadisəsini əks etdirən video görüntü, zərərçəkmiş şəxsin şahidin istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, azərbaycanlıdır, Azərbaycan dilində sərbəst danışır və başa düşür, tərcüməçiyə ehtiyacı yoxdur, müstəntiqi incitmək və vaxt uzatmaq üçün istintaqda tərcüməciyə ehtiyacı olduğunu bildirmişdir. Astara rayonu, Pensər kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər soyğunçuluq cinayəti törətdiyinə və narkotik vasitədən istifadə etdiyinə görə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 06.10.2020-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra özünə iş axtarsa da, heç bir yerdə iş tapa bilməmiş və maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. 01 sentyabr 2021-ci il tarixdə Bak şəhəri Xətai rayonu ərazisində özünə iş axtarmışdır. Həmin gün saat 18 radələrində Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsində yerləşən “Court” adlı restoranının qarşısından keçən zaman o, həmin restoranda ofisiant işi olubolmaması barədə maraqlanmaq üçün restoranın giriş qapısına yaxınlaşıb qapını açaraq içəri daxil olmuşdur. Restoranın birinci mərtəbəsində nəzər salan zaman heç kimin olmadığını görmüşdür. Restoranın birinci mərtəbəsində olan kassa hissəsində olan foyenin arxasına keçib kassa aparatını açaraq içərisində kağız pulları götürüb cibinə qoyaraq tez restorandan çıxıb qaçaraq oradan uşaqlaşmışdır. Bir qədər getdikdən sonra o, oğurladığı pulları çıxarıb sayan zaman həmin pulun 1000 manat olmasını müəyyən etmişdir. Əldə etdiyi pulları şəxsi işlərinə xərcləmişdir. Daha sonra əməlindən peşman olduğunu, dəymiş ziyanın istintaq zamanı tam ödənilməsini və zərərçəkmişlə barışdığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə telefonoqram verərək təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətçi olmadığını qeyd edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəni və ərizəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin səmimi etirafını və zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən hazırki vaxta kimi ünvan 1 ünvanında yerləşən “COURT” adlı restoranı icarəyə götürüb təmir edərək işlədir. Həmin restoran üç mərtəbədən ibarətdir və birinci mərtəbəsində kassa yerləşir. Həmin restoranı hər gün saat 11:00-da açaraq işə başlayır və həmin gün axşam saat 24:00-da bağlayaraq yaşadığı evə gedir. Restoranda ümumilikdə 15 nəfər işçi işləyir və həmin işçilərdən biri də, kassir işləyən Şahid olmuşdur. Faiq işlədiyi restoranın birinci mərtəbəsində yerləşən kasada əyləşmişdir. 01 sentyabr 2021-ci il tarixdə saat 11:00-da işlədiyi restorana açaraq işə başlamışdır. Həmin gün saat 18 radələrində kassir işləyən Şahid onunla əlaqə saxlayaraq kassanı bir neçə dəqiqəlik boş qoyub ikinci mərtəbəyə qalxdığını, geri qayıdan zaman kassada olan 1000 manat pulun yerində olmadığını, oğurlandığını aşkar etməsi barədə məlumat vermişdir. Bundan sonra o, restorana gedib müşahidə kamerasına baxan zaman bir nəfər kişi cinsindən olan şəxsin restorana daxil olmasını, həmin şəxsin birinci mərtəbədə heç kimin olmadığını görüb kassa hissəsinə keçərək kassada olan 1000 manat pulu götürüb aparmasını müşahidə etmişdir. Buna görə də, Faiq DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra 37-ci PŞ-in əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər və o, orada hadisə barədə ərizə ilə müraciət edərək izahat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. İşlətdiyi restorandan olan kassadan 1000 manat nağd pul götürülmüş və hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Restorandan oğurlanmış pullar ona məxsus olmuşdur. Məhkəmə iclasında Şahid ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materialında olan 24 noyabr 2021-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış zamanı 01 sentyabr 2021-ci il tarixdə əynində boz rəngli qısaqol köynək və qara rəngli şalvar, ağzında qara rəngli tibbi maska olan bir nəfər kişi cinsindən olan şəxsin ünvan 1 ünvanında yerləşən “COURT" restoranının kassa hissəsinə yaxınlaşıb kassa aparatının siyirməsində olan kağız əsginasdan ibarət pulları götürüb dərhal restorandan çölə çıxıb qaçaraq oradan uzaqlaşması aşkar olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdə saat 18 radələrində “COURT’ restoranının kassa hissəsinə yaxınlaşaraq orada olan 1000 manat pulu götürən və əynində boz rəngli qısaqol köynək, qara rəngli şalvar, ağzında qara rəngli tibbi maska olan şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan 01 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, 01.09.2021-ci il tarixdə “COURT" restoranında baş vermiş oğurluq hadisəsinin görüntüsü əks olunmuş 01 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 24.11.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri seçilmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki,məhkəmə çağırışlarından yayındığından Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının məktubundan məlum olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Məmmədov X2 rayonunda təqib edilən cinayət işi üzrə 02 mart 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11.11.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 11.11.2015ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 29,180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26.09.2018-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Qanun tətbiq edilərək üzərində 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasında saxlanılmış və 06.10.2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad edilmiş, 07.12.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət törədilən vaxta məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, hadisə yerinin videogörüntüsü və digər iş materialları ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-86/2022 nömrəli cinayət işi üzrə seçilmiş və icra edilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə seçilmiş və icra olunmamış həbs qətimkan tədbiri əhəmiyyətini itirdiyindən ləğv edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01.09.2021-ci il tarixdə “COURT" restoranında baş vermiş oğurluq hadisəsinin görüntüsü əks olunmuş 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 1(005)-86/2022 nömrəli cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01.09.2021-ci il tarixdə “COURT" restoranında baş vermiş oğurluq hadisəsinin görüntüsü əks olunmuş 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-82/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-82/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver