Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-82/2023 05.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Qazax rayonu, Eynallı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" QSC-də böyük motorçu işləyən, Ağstafa rayonu, Eynallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 36, mənzil 10-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 36 saylı evin 10-cu mənzilində aralarında ailə məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı arvadı X1 qəsdən saçlarından tutub dartaraq və əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək sonuncuya sol dirsək oynağının əzilməsi, təpə nahiyəsində tük yataqlarına qansızma, sol bazu və sağ bud nahiyələrinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2010-cu il tarixdən rəsmi olaraq nikah bağlayaraq ailə qurmuşlar və hal-hazırda boşanma ərəfəsindədirlər. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kirayədə yaşadıqları Xətai rayonu, Gəncə prospekti 36 saylı evin 10-cu mənzilində arvadı Aysel ilə onun işləmək istəməsi üstündə mübahisələri yaranmışdır. Mübahisə zamanı Aysel onu söydüyünə görə əli ilə baş və bədəninin müxtəlif yerlərinə vurmuşdur. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, əvvəllər məhkum olunmamasını qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurmuş və rəsmi olaraq nikah bağlamışlar. Həmin nikahdan iki azyaşlı övladları doğulmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları Xətai rayonu, Gəncə prospekti 36 saylı evin 10-cu mənzilində Rafiq ilə aralarında onun işləməyi üstündə mübahisə yaranmışdır. Mübahisə vaxtı Rafiq əli ilə onun baş və bədəninin müxtəlif yerlərindən vuraraq döymüş və müxtəlif cür bədən xəsarətləri yetirmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə bağışlamadığını və onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X3 Şəxsi Xətai rayon Şöbəsinin verdiyi 23 noyabr 2022-ci il tarixli 1336 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol dirsək oynağının əzilməsi, təpə nahiyəsində tük yataqlarına qansızma, sol bazu və sağ bud nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan – xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfındən yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-110/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş AZE 11505625 və AZE 11505641 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Abdullayev Məzahir və və xx.xx.2013-ci il təvəllüdlü Abdullazadə Damla adında 2 azyaşlı uşağı var. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, iki azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, iki azyaşlı uşağının olmasını, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməklə islah etmək mümkündür. Cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədinə nail olmağı təmin edəcəkdir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib iş yeri üzrə qazancından 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-82/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-82/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver