Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-83/2023 05.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq tanışı X2 və X1 vasitəçiliyi ilə şəxsiyyəti istintaqla araşdırılan Hüseyn adlı şəxsdən 40 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,204 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarında 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram psixotrop maddə metamfetamin əldə edib üstündə daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 19:30-da ünvan 3 ünvanda saxlanılıb, ünvan 4ai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə paltarında keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, artıq uzun müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qəbul edir. Narkotik vasitə heroini də o müxtəlif yerlərdən tanımadığı şəxslərdən almış, narkomaniya xəstəliyinə tutulmuş, narkotik vasitələr və ya psixotrop maddələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olmuş, yuxusuzluqdan, baş gicəllənmə və baş ağrılarından əziyyət çəkmişdir. Əmrah adlı şəxslə təxminən bir neçə ay əvvəl UPD qəsəbəsində təsadüfən tanış olmuş, aralarında yaş fərqi olmasına baxmayaraq normal münasibətləri olmuş, Əmrahla tanışlıq zamanı onun da, narkotik vasitələrdən istifadə etdiyini öyrəndiyi üçün bir neçə dəfə ya onun, ya da özünün əldə etdiyi narkotik vasitələrdən birgə istifadə etməklə qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü ona narkotik vasitə və ya psixotrop maddə satacaq şəxsin axtarışına başlamış, həmin gün günorta saatlarında UPD qəsəbəsinə gəlməklə, tanışı Əmrahla görüşmüş, görüş zamanı ona narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə çətinlik çəkdiyini deyib, həmin vasitələrin əldə edilməsində köməklik göstərməsini, belə ki, əldə edəcəkləri narkotik vasitə və ya psixotrop maddədən birgə qəbul edərək ağrıdan yaxa qutara biləcəklərini demiş, Əmrah da onlara narkotik vasitə və psixotrop maddə sata biləcək Hüseyn adlı şəxsi tanıdığını deyib, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartından Hüseyn adlı şəxsin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrə kartına zəng edib, ondan 40 manat pul müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin sifariş vermiş, Əmrah danışığını bitirdikdən sonra, tanışı Elçin adlı şəxsin də, hazırda Hüseynin yanında olduğunu, sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni məhz Elçinin götürərək, Ulduz marketin yaxınlığına gətirəcəyini demiş, bundan sonra o, Əmrahla birgə qeyd edilən ünvana gəlib, Elçinin gəlməsini gözləməyə başlamış, Elçin adlı şəxsi tanımadığından hər hansı şübhə doğurmamaq üçün sifariş verdikləri narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin götürülməsindən ötrü 40 manat pulu Əmraha vermiş, bir neçə dəqiqədən sonra Elçin adlı şəxs gəldiyindən Əmrah ondan kənarlaşıb tək halda Elçinlə yaxınlaşaraq, ondan 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin götürüb ona yaxınlaşmış, ardınca götürdüyü 02 ədəd bükümdə olan narkotik vasitə heroini, habelə 01 ədəd bükümdə psixotrop maddə metamfetamini ona verib, müəyyən işləri olduğu üçün o, əldə etdikləri narkotik vasitə heroindən 01 ədəd bükümünü Əmraha verib, getməli olduğu üçün həmin heroini özünün tək şəkildə qəbul etməsini təklif etmiş, Əmrah da etiraz etməyib, həmin 01 ədəd bükümü ondan götürdükdən sonra sağollaşaraq ayrılmışdir. UPD qəsəbəsi ərazisində işlərini tamamladıqdan sonra, həmin gün saat 19 radələrində təkrarən Ulduz marketin qarşısına gəlib, əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qəbul etmək üçün gizlin bir yer axtarmağa başlamış, bu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 37-ci PŞ-nə getməsini bildirmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı iki ədəd kağıza bükülmüş vəziyyətə olan narkotik vasitə heroin və matamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin polis sahə inspektoru vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 26 sentyabr 2022-ci il tarixdə Elşən adlı şəxsin Xətai rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və onların istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında dərhal tərəflərindən məlumatda adı qeyd olunmuş şəxsin cinayətkar əməlinin ifşa olunması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü bölmə rəhbərliyinə raportla məruzə olunmuş, icazə verildiyi üçün həmin tarixdə «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» qərar qəbul olunmuş, həmin qərar əsasında o və şöbənin sahə inspektoru Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, 26 sentyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qəbul edilmiş qərarın icrası ilə əlaqədar əməliyyat qrupu ilə birlikdə Elşən adlı şəxsin həmin vaxt olması güman edilən Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsində yerləşən “Ulduz” marketin yaxınlığına gəlmiş, qeyd edilən ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşcə Elşən adlı şəxsə bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüş, bu zaman həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etmə və istifadə etmədə şübhəli olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmiş, şöbəyə gəldikdən sonra, Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan və 01 ədəd kağız bükümü təqdim edib sellofan bükümdəki maddənin narkotik vasitə heroin, digər kağız bükümdəki maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümləri açıb, həmin bükümlərin içərisinə baxdıqda, sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər, digər kağız bükümdə isə ağ rəngli, kristallik formalı, psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş maddələri həmin gün Əmrah adlı tanışından özünün istifadəsi üçün 10 manat pul müqabilində əldə etdiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzi ilə ölçülmüş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüş, ardınca aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 və təqsirləndirilən şəxsin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞnin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 3-cü Əhmədli küçəsi yaxınlığında qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlamada şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,26 qram qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0,09 qram ağ rəngli, kristallik formalı, pisxotorop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD-R disk protokola əlavə edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5540 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ ...Təqsirləndirilən şəxs... ” sözləri olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,204 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (tədqiqatdan sonra qalıq 0,154 qr), bir ədəd bükümdə təmiz çəkisi 0,022 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (tədqiqatdan sonra qalıq 0,012 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 Şəxsinin 29 oktyabr 2022-ci il tarixli 6440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçini öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə 0,154 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, bir ədəd bükümdə 0,012 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd DVD-R disk iş üzrə maddi sübut qismində tanınmışdır. Bir ədəd bükümdə 0,154 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, bir ədəd bükümdə 0,012 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmiş, 01 ədəd DVD-R disk isə cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən qəbul edilmiş 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan 28 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad edilmişdir. Məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhykəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmadığından, sadəcə ərazi narkoloji dispanserə qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,154 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,012 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,154 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,012 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-83/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-83/2023
05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver