Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-84/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, İmişli rayonu, Məzrəli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq tanışı Şahid3 xahişi əsasında onun üçün narkotik vasitə və psixotrop maddə əldə etməkdən ötrü sonuncudan 40 manat pul aldıqdan sonra, həmin pul müqabilində X3 vasitəçiliyi ilə şəxsiyyəti istintaqla araşdırılan Hüseyn adlı şəxsdən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 qram və 0,290 qram narkotik vasitə heroin və şəxsi istehlak miqdarında 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram psixotrop maddə metamfetamin əldə edib, 01 ədəd bükümdəki təmiz çəksi 0,204 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram psixotrop maddə metamfetamini tanışı Şahid3 verib, 01 bükümdə olan təmiz çəkisi 0,290 qram narkotik vasitə heroini üstündə daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 16:20-də Bakı şəhəri, Xətai rayonu, Levonovski küçəsində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə paltarında keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,290 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6 aya yaxındır ki, qeyd etmək istəmədiyi səbəblərə görə narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin istifadəsinə başlamış, həmin narkotik vasitə və psixotrop maddəni də müxtəlif yerlərdən tanımadığı şəxslərdən almış, təxminən bir ay əvvəl UPD qəsəbəsində istifadəsi üçün ona narkotik vasitə və ya psixotrop maddə satacaq şəxs axtardığı zaman təsadüfən Hüseyn adlı şəxslə tanış olmuş, tanışlıqları zamanı Hüseyn müxtəlif növ narkotik vaistǝlər və psixotrop maddələrin satışın həyata keçirdiyini bildirdiyi üçün, bundan sonra ondan bir neçə dəfə öz istifadəsi üçün, narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin almış, xx.xx.2022-ci il tarixdə UPD qəsbəsində olduğum zaman tanışı Elşən adlı şəxslə qarşılaşmış, Elşən adlı şəxslə təxminən bir neçə ay əvvəl UPD qəsəbəsində təsadüfən tanış olmuş, aralarında yaş fərqi olmasına baxmayaraq normal münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamış, Elşənlə tanışlıq zamanı onun da, narkotik vasitələrdən istifadə etdiyini öyrəndiyi üçün, bir neçə dəfə ya onun ya da özünün əldə etdiyi narkotik vasitələrdən birgə istifadə etməklə qəbul etmiş, bununla belə Elşənlə görüşləri zamanı o, bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü narkotik vasitə və ya psixotrop maddə əldə etmək istədiyini, lakin bununla bağlı çətinlik çəkdiyini deyib, həmin vasitələrin əldə edilməsində ona köməklik göstərməsini xahiş etmiş, eyni zamanda narkotik vasitə və ya psixotrop maddə əldə edəcəkləri halda, həmin vasitələrdən istifadə etmək üçün ona da pay verəcəyini demiş, həmin ərəfədə o, narkotik vasitə heroin və psixotrop metamfetamini Hüseyn adlı şəxsdən əldə etdiyi üçün, bu barədə ona məlumat verib ondan konkret olaraq hansı miqdarda narkotik vasitə heroin va psixotrop maddo metamfetamin istəməsi barədə məlumat almış, Elşən də, oz novbesinde 40 manat pulunun olduğunu, həmin pul müqabilində 02 ədəd bükümdə narkotik vasite heroin, 01 aded bükümdə isə psixotrop madda metamfetamin istədiyindən, o, istifadəsində olan 055- ***-**-** saylı mobil nömrə kartından Hüseyn adlı şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrə kartına zəng edib, ondan 40 manat pul müqabilində 02 ədəd bükümda narkotik vasita heroin, 01 ədəd bükümdə isə psixotrop madda metamfetamin sifariş vermiş, Hüseyn razılaşıb, işi olduğundan həmin gün axşam saatlarında görüş təyin etmiş narkotik vasitə va psixotrop madde onlara həmin vaxta lazım olduğu üçün, ondan narkotik vasitənin qısa zamanda çatdırılmasını xahiş etmiş, bu minvalla aralarında olan danışıq zamanı tanışı Elçin Hüseyndən telefonunu alıb, hazırda Hüseyinin yanında olduğunu, belə ki, ondan özünün istifadəsi üçün narkotik vasitə və psixotrop maddə aldığını deyib, sifariş verdiyi narkotik vasita va psixotrop maddəni Hüseyindən alıb, ona çatdıracağını deyərək narahat olmamasını tapşırmış, belə olan halda, onlar bir neçə dəqiqə sonra Ulduz marketin yaxınlığında görüşmək barədə razılaşmış, o, Elçini məhəllə adamı kimi 2 ilə yaxındır ki, tanımış, aralarında yoldaşlıq münasibələri olmuş, münasibətləri olduğu üçün, onun da narkotik maddə istifadəçisi olduğunu bilmiş, lakin Hüseynlə əlaqəsindən məlumatsız olmuş, bununla belə Elçinlə danışıb, sağollaşdıqdan sonra, sifariş verdikləri narkotik vasitə və psixotrop maddəni götürməkdən ötrü Elşənlə birgə Ulduz marketin yaxınlığına gəlmiş, bir neçə dəqiqə sonra Elçin həmin ünvana gəldikdə, o, Elşani tanımadığı üçün, hər hansı şübhə doğurmamaq üçün sifariş verdikləri narkotik vasita heroin va psixotrop madde metamfetaminin götürülməsindən ötrü 40 manat pulu Elşəndən alıb, özü tək şəkildə Elçinə yaxınlaşmış, onunla görüşüb, hal-əhval etdikdən sonra, 02 bükümdə narkotik vasite heroini ve 01 ǝded bükümdə olan psixotrop madde metafetamini ondan götürmüş, bükümləri açıb, içərilərinə nəzər yetirərək, bükümlərdən 02 ədədinin içərisində heroin, digər 01 bükümündə isə metamfetamin olduğuna əmin olduqdan sonra 40 manat pulun Hüseynə çatdırılmasından ötrü Elçinə vermiş, Elçin də, 40 manatı ondan götürməklə, Hüseynin onu gözlədiyini və həmin pulu ona çatdırmalı olduğunu deyib uzaqlaşmış, o da, Elşənə yaxınlaşıb, həmin 02 bükümdəki narkotik vasitə heroin və 01 eded bükümdəki psixotrop maddə metamfetamini ona vermiş, eyni zamanda həmin zaman bədənində ağrılar olmadığı üçün, aldə etdikləri heroin ve metamfetamini bir qədər sonra istifadə etməyi təklif etmiş, həmin vaxt Elşən əldə etdikləri heroindan 01 bükümünü ona verib, işi olduğu üçün getməli olduğunu deyib, həmin heroini özünün tək şəkildə qəbul etməsini xahiş etmiş, o da, etiraz etməyib, həmin 01 ədəd bükümü ondan götürmüş, bundan sonra sağollaşaraq ayrılıb, yaşadığı ev istiqamətdə hərəkətə başlamış, həmin gün saat 16 radələrində Xətai rayonu, Lenovski küçəsi ilə hərəkət etdiyi zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 37-ci PŞ-nə getməmi bildirmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş. hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalicağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, bele ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının onun qanunsuz əməlləri, yəni narkotik vasitə istifadə etməsi barədə məlumatlı olduqlarını bilib əynindəki göy rəngli cins şalvarın sağ yan cibində sağladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim edib, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmçinin sorğu zamanı Hüseyninin ifşa edilməməsi üçün narkotik vasitə heroini Elçin adlı şəxsdən 40 manat pul müqabilində alıb, öz istifadəsi üçün saxladığını bildirmiş polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra, qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş her hansı aşya aşkar edilməmiş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduagdan sonra, o özü, müdafiəçi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonunun inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və onların istifadəsi ilə məşğul olması barədə Əməliyyat məlumatı daxil olmuşdur. 26 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qəbul edilmiş qərarın icrası ilə əlaqədar əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs həmin vaxt olması güman edilən ünvan 4 ünvan ətrafında əməliyyat mövqeyi tutub, bir qədər müşahidə apardıqdan sonra, xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüş, bu zaman həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 37-ci PŞ-nin Əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü xx.xx.1998-ci ildə İmişli rayonunda anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etmə və istifadə etmədə şübhəli olduğunu izah edib, onu qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, bundan sonra onu Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nǝ dəvət etmiş, şöbəyə gəldikdən sonra, Bakı şəhəri, 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edib, təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini tutulmamışdan bir qədər əvvəl özünün istifadəsi üçün tanışı Elçin adlı şəxsdən aldığını bildirmiş, ardınca Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin Üstündən başqa heç bir qeyri qanuni əşya aşkar edilməmiş, eyni zamanda müdafiəçinin İştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd bükümə baxış keçirdikdə. bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik maddə hesab olunan heroinə oxşar kütlənin olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə elektron tərəzi ilə ölçülmüş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri imzalandıqdan sonra götürülmüş, ardınca aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunduqdan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o məhkəməyə gəlməmiş və ərizə ilə müraciət edərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə həmin şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid2 ilə oxşar məzmunlu ifadələr verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid3 gəlməmiş, təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək, iş üzrə sonuncunun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, artıq uzun müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çəkməklə və ya inyeksiya yolu ilə qəbul etmiş, həmin narkotik vasitə heroini də o müxtəlif yerlərdən tanımadığı şəxslərdən almış, narkotik vasitələr və psixotrop maddələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, belə ki, narkotik vasitələr və ya psixotrop maddələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olmuş, yuxusuzluqdan, baş gicəllənmə və baş ağrılarından əziyyət çəkmiş, Əmrah adlı şəxslə təxminən bir neçə ay əvvəl UPD qəsəbəsində təsadüfən tanış olmuş, aralarında yaş fərqi olmasına baxmayaraq normal münasibətləri olmuş, hər hansı ədavət və ya düşmənçilikləri olmamış, Əmrahla tanışlıq zamanı onun da, narkotik vasitələrdən istifadə etdiyini öyrəndiyi üçün, bir neçə dəfə ya onun, ya da özünün əldə etdiyi narkotik vasitələrdən birgə istifadə etməklə qəbul etmiş, bununla belə xx.xx.2022-ci il tarixdə bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü ona narkotik vasitə və ya psixotrop maddə satacaq şəxsin axtarışına başlamış, bununla bağlı bir neçə yerə getsə də, narkotik vasitə satacaq şəxsi tapa bilməmiş, belə olan halda, həmin gün günorta saatlarında UPD qəsəbəsinə gəlməklə, tanışı Əmrahla görüşmüş, görüş zamanı ona narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə çətinlik çəkdiyini deyib, həmin vasitələrin əldə edilməsində köməklik göstərməsini, belə ki, əldə edəcəkləri narkotik vasitə və ya psixotrop maddədən birgə qəbul edərək ağrıdan yaxa qutara biləcəklərini demiş, Əmrah da, onlara narkotik vasitə və psixotrop maddə sata biləcək Hüseyn adlı şəxsi tanıdığını deyib, istifadəsində olan ***-***-**-** saylı mobil nörmə kartından Hüseyn adlı şəxsin istifadəsində olan hazırda xatırlamadığı mobil nömrə kartına zəng edib, ondan 40 manat pul müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin sifariş vermiş, Əmrah danışığını bitirdikdən sonra, tanışı Elçin adlı şəxsin də, hazırda Hüseynin yanında olduğunu, sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni məhz Elçinin götürərək, Ulduz marketin yaxınlığına gətirəcəyini demiş, bundan sonra o, Əmrahla birgə qeyd edilən ünvana gəlib, Elçinin gəlməsini gözləməyə başlamış, Elçin adlı şəxsi tanımadığından hər hansı şübhə doğurmamaq üçün sifariş verdikləri narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin götürülməsindən ötrü 40 manat pulu Əmraha vermiş, bir neçə dəqiqədən sonra Elçin adlı şəxs gəldiyindən, Əmrah ondan kənarlaşıb tək halda Elçinlə yaxınalaşaraq, ondan 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin götürüb ona yaxınlaşmış, ardınca götürdüyü 02 ədəd bükümdə olan narkotik vasitə heroini, habelə 01 ədəd bükümdə psixotrop maddə metamfetamini ona verib, bədənində ağrılar olmadığı üçün, əldə etdikləri həmin vasitələri bir qədər sonra istifadə etməyi təklif etmiş, müəyyən işləri olduğu üçün o, əldə etdikləri narkotik vasitə heroindən 01 ədəd bükümünü Əmraha verib, getməli olduğu üçün həmin heroini özünün tək şəkildə qəbul etməsini təklif etmiş, Əmrah da, etiraz etməyib, həmin 01 ədəd bükümü ondan götürdükdən sonra sağollaşaraq ayrılmış, UPD qəsəbəsi ərazisində işlərini tamamladıqdan sonra, həmin gün saat 19 radələrində təkrarən Ulduz marketin qarşısına gəlib, əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qəbul etmək üçün gizlin bir yer axtarmağa başlamış, bu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin Əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib. saxlamada şübhəli olduğumu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 37-ci PŞ-nə getməmi bildirmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 37-ci PS-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq ve vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, artıq polis əməkdaşlarının onun qanunsuz əməlləri, yəni narkotik vasitə istifadə etməsi barədə məlumatlı olduqlarını bilib. əynindəki göy rəngli cins şalvarın sağ yan cibində sağladığı iki ədəd kağıza bükülmüş vəziyyətə olan narkotik vasitə heroin və matamfetamini polis əməkdaşlarına təqdim etmiş, eyni zamanda polis əməkdaşları təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşduqda, o, həmin bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digərinin içərisində isə psixotrop maddə metafetamin olduğunu bildirmiş, həmçinin Elçin və Hüseyn adlı şəxsləri tanımadığndan, habelə onların ifşa edilməməsi üçün həmin narkotik vasitə və psixotrop maddəni Əmrah və Elçinin vasitəsi ilə Hüseyn adlı şəxsdən adlığını deyil, həmin vasitələri saxlanmamışdan bir qədər əvvəl Ulduz marketin yaxınlığında tanışı Əmrah adlı şəxsdən 10 manat pul müqabilində alıb, öz istifadəsi üçün saxladığını bildirmiş, polis əməkdaşları təqdim etdiyi 02 ədəd bükümə baxış keçirib, çəkisini müəyyən etdikdən sonra, qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üstündən başqa qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və baxışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır.(i.v 60-64, 80-83) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 26 sentyabr 2022-ci il tarixdə, saat 17:10-da Xətai RPİ 37-ci PŞ-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən saat 16:20-dan hesablanmışdır ( i.v. 20); şəxsi axtarış və götürmə aparılması haqqında 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 oğlunun, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etməsi, həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, xx.xx.2022-ci il tarixdə Elçin adlı şəxsdən 40 manata almasını bildirməsi, həmin maddənin zərfə qoyularaq qablaşdırılması və Zərflər üçün 153 saylı möhür ilə möhürlənərək götürülməsi müəyyən olunmuşdur (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli, 6/5541 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ".. (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), daxildir. (i.v. 39-42); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 66-67); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİnin İŞ-nin müstəntiqi İsaq Həsənovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiəsindən imtina olunmuş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad olunmuşdur.(i.v 88-89) Qətimkan tədbirinin seçilməsi haqqında 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6436 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbul edilməsi nəticəsində (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 102-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyya-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 105) Sübutların qiymətləndirilməsi haqqında 15 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxalnılması, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5541 nömrəli və məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 29 oktyabr 2022-ci il tarixli 6436 // nömrəli rəyləri toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uygun gəldiyindən iş üzrə mötəbər sübut növü kimi qiymətləndirilməsi, iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd "DVD-R" formatlı disk maddi sübut kimi tanınsın, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0,240 qram narkotik vasitə heroin prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilsin, 01 ədəd "DVD-R formatlı disk isə cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilməsi, iş fzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5541 nömrəli rəyində göstərilən rəqəmlər əsas götürülməklə, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə heronin təmiz çəkisi 0,290 qram hesab edilməsi qərara alınmışdır. (i.v. 106-115). Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etməsi, həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını, xx.xx.2022-ci il tarixdə Elçin adlı şəxsdən 40 manata almasını bildirməsi, həmin maddənin zərfə qoyularaq qablaşdırılması və Zərflər üçün 153 saylı möhür ilə möhürlənərək götürülməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,290 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və il dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,240 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-84/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-84/2023
29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver