Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-84/2024 29.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində "həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə xx.xx.1994-cü ildə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də nəzarətçi işləmiş, məhkum olunmamış, ünvan 8-də qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən edilmişdir ki, Təqsirləndirilən şəxs1 verilmi. ittihama əsasən o, 28 sentyabr 2023-cü il tarixdə saat 22:30-da ünvan 2 ünvanında yerləşən piyadaların intensiv hərəkət etdiyi köşkün qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlərlə Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb, yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, o isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs2 baş nahiyyəsinə vuraraq sonuncuya sağ təpə nahiyyəsində əzilmiş-cızılmış yara ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 28 sentyabr 2023-cü il tarixdə saat 22:30-da ünvan 2 ünvanında yerləşən piyadaların intensiv hərəkət etdiyi köşkün qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlərlə Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə söyüb, yumruq və təpiklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, Təqsirləndirilən şəxs1 isə silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsinə vuraraq sonuncuya sağ təpə nahiyəsində əzilmiş-cırılmış yara ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuraraq qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsiri zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, cinayət işinə əlavə edilmiş sənədlər, rəsmi sənədlər və digər mötəbər və təkzibedilməz sübutların məcmusunda öz əksini tapan Təqsirləndirilən şəxs1 qismən etirafları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Anar ilə Natiq gəlməsəydi, gəlib söyüş söyməsəydilər hadisə baş verməyəcəkdi. Hadisə ilkin olaraq siqaret üstündə baş vermişdir. Rüfət köşkə daxil olduqdan sonra Natiq və Elnur gəlmişlər. Rüfət salamatçılıqdır dediyi üçün söz-söhbət başlamışdır. Natiq ona söyüş söydüyü üçün o da, Natiqi yumruqla vurmuşdur. Cavid Elnuru əl ilə vurmuşdur. Cavid Elnuru əl ilə vurmuşdur. Hadisə baş verərkən o, içkili olmuşdur. Zərərçəkmiş şəxslərlə barışmışdır. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 8-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 20 ildir tanıyır, Cavid ilə bir məhəllədə böyümüşdür. Natiq, Elnur adlı qardaşları təxminən 10 ildir ki tanıyır, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən kafelərin birində oturub tək spirtli içki qəbul etmişdir. Oradan çıxıb bir az həmin ərazidə piyada gəzmişdir. Həmin vaxt Cavid ilə qarşılaşmış və söhbət edə-edə həmin gün saat 22:20 radələrində Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən Xanəli adlı oğlanın işlətdiyi köşkün qarşısına getmişlər. O, orada Xanəlidən nisyə siqaret götürmək istəmişdir. Həmin vaxt Xanəlinin yanında olan adını bilmədiyi oğlan narazı halda onunla danışmışdır. Cavid onun söhbət etdiyini görüb içəri girmişdir. Həmin vaxt içəridə olan oğlanla o və Cavid sözlə mübahisə etməyə başlamışdır. Onların səsinə köşkün yanında meyvə-tərəvəz mağazası işlədən Natiq və Elnur gəlmişlər. O, içkili olduğu üçün Natiq və Elnurla mübahisə etməyə başlamışdır. Onların səsinə Cavid də içəridən çıxıb yanlarına gəlmişdir. Həmin vaxt orada 10-15 nəfər tanımadığı şəxs onların səs-küyünə toplaşmışdır. Onların arasında mübahisə yaranmış və o, yumruqla əvvəlcə Natiqi vurmuş, sonra isə Elnuru vurmağa başlamışdır. Cavid də onunla birlikdə yumruq və təpiklə Elnuru baş nahiyəsindən vurmağa başlamışdır. Onlar mübahisə edə-edə Natiq və Elnurun işlətdiyi mağazanın qarşısına getmişlər. Orada Natiq mağazaya daxil olaraq içəridən böyük bir bıçaq götürüb üstlərinə gəlmişdir. O, Natiqin bel nahiyəsindən qucaqlayıb onları vurmasına mane olmaq istəmişdir. Həmin vaxt Cavid də ona köməklik etmişdir. Elnur, Natiqin əlində olan bıçağı götürüb onlara tərəf vurmaq istəmişdir. Elnur bıçaqla Cavidin qol nahiyəsinə vurmuşdur. Hadisə zamanı o da sol qol nahiyəsindən xəsarət almış, lakin həmin xəsarəti kimin yetirməsini konkret görməmişdir. Onun fikrincə Elnur Cavidi vuran zaman bıçaq həm də onun sol qol nahiyəsinə dəymişdir. Daha sonra polis əməkdaşları onu saxlayıb 36-cı polis bölməsinə aparmışlar. Hadisə zamanı o, Natiq və Elnurun hər ikisini yumruqla sifət nahiyəsindən vurmuş, Cavid də Elnuru yumruqla vurmuşdur. Həmin vaxt orada o, Cavid, Natiq, Elnur və adını bilmədiyi 15-20 nəfər adam olmuşdur. Hadisə zamanı o, sol qol nahiyəsindən xəsarət almışdır. Fikrincə Elnur bıçaqla Cavidi vurub xəsarət yetirən zaman onun da qol nahiyəsinə vurmuşdur. Dava-dalaş təxminən 7-8 dəqiqə davam etmişdir. Hadisə zamanı Elnurun əlində bıçaq olmuşdur. (i.v 133- 135) Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 20 ildir tanıyır, Anarla bir məhəllədə böyümüşdür. Anarla Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən kioskun qarşısına getmişlər. Anar orada köşkü işlədən oğlandan siqaret götürmək istəyən zaman Anarla satıcının arasında narazılıq yaranmışdır. O, Anarla satıcını sakitləşdirən zaman içəri başqa tanımadığı şəxs daxil olmuşdur. Həmin şəxs narazı halda danışdığı üçün onların arasında sözlə mübahisə yaranmış və o, həmin şəxsi sakitləşdirməyə başlamışdır. Səs-küyə köşkün yanında meyvə-tərəvəz mağazasını işlədən, adlarını sonradan bildiyi Natiq və Elnur gəlmişdir. O, köşkün içərisində həmin şəxsi sakitləşdirən zaman köşkün qarşısında Anarın mübahisə etdiyini eşidib köşkün qarşısına çıxmışdır. Həmin vaxt orada 10-15 nəfər tanımadığı şəxsin onların səs-küyünə toplaşdığını görmüşdür. O, Anarı Elnurun vurduğunu görmüş və Anara kömək etmək üçün Elnuru kənara çəkmişdir. O, Elnurun bu hərəkətindən əsəbiləşib sonuncunu bir neçə dəfə yumruqla baş nahiyyəsindən vurmuşdur. O, Elnuru vurarkən əlində bıçaq olmamışdır, əlində alışqan olmuşdur. Yumruq atarkən alışqan ovcunun içində olmuşdur. Onlar mübahisə edə-edə Natiq və Elnurun işlətdiyi mağazanın qarşısına getmişlər. Orada Natiq mağazaya daxil olaraq içəridən böyük bir bıçaq götürüb üstlərinə gəlmişdir. Anar Natiqi bel nahiyyəsindən qucaqlayıb onları vurmasına mane olmaq istəmişdir. Həmin vaxt o da Anara köməklik etmişdir. Elnur Natiqin əlində olan bıçağı götürüb onlara tərəf vurmaq istəmişdir. Elnur bıçaqla onun sol qol nahiyyəsinə vurmuşdur. Daha sonra polis əməkdaşları onu saxlayıb 36-cı Polis Bölməsinə aparmışlar. O, Natiq, Elnur qardaşlarını tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hadisə zamanı yalnız Elnuru yumruq təpiklə vurmuşdur. Həmin vaxt orada o, Anar, Natiq, Elnur və adını bilmədiyi 15-20 nəfər adam olmuşdur. Hadisə zamanı o, sol qol nahiyyəsindən xəsarət almışdır. Hadisə zamanı Elnurun əlində bıçaq, onun əlində isə alışqan olmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə aralarında barışıq əldə edilmişdir, onlara qarşı şikayət və tələbləri yoxdur. Son sözündə ailəli olmasını, himayəsində bir azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən meyvə-tərəvəz dükanını qardaşı Natiqlə birlikdə icarəyə götürməklə işlədir. Təqsirləndirilən şəxs2 tanımış, Təqsirləndirilən şəxs1 isə üzdən tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində mağazada olan zaman onunla qonşuluqda yerləşən Xanəli adlı oğlanın işlətdiyi köşkdən səs-küy gəldiyini eşidib küçəyə çıxmışdır. Həmin vaxt kioskun qarşısında 10- 15 nəfər adamın toplaşdığını, qardaşı Natiqin də orada olduğunu və Anarı sakitləşdirmək istədiyini, Cavidin isə qardaşı Natiq ilə mübahisə etdiyini görmüşdür. Həmin vaxt qəfildən Anar yumruqla Natiqi vurmuş, o, araya girib Anarı itələmişdir. Cavid və Anar onu nalayiq söyüşlərlə söyərək vurmağa başlamışlar. Anar və Cavid onun baş nahiyəsindən vurmuşlar. Cavid əlində olan əşya ilə baş nahiyəsindən vurmuş, o, müvazinətini itirib yerə yıxılmışdır. O, yıxılan kimi Cavid başına zərbələr endirməyə başlamışdır. Ayağa qalxan zaman paltarı cırılıb əynindən çıxmışdır. Həmin vaxt qardaşı Natiq onu döydüklərini görüb Anarla Cavidi onlardan kənarlaşdırmaları üçün mağazaya girib istifadə etdikləri bıçağı götürüb geri qayıtmışdır. Natiq, Anarla Cavidi ondan kənarlaşdırmaq istəmişdir. Həmin vaxt Anar bıçağı almaq üçün Natiqi arxadan qucaqlamış və Cavid də Natiqə yaxınlaşmışdır. O, ayırmaq üçün yaxınlaşmış və Natiqin əlindəki bıçağı götürmüşdür. Cavid onun üstünə gəlmiş və o, Cavidin yenidən onu vuracağından qorxduğu üçün, həmçinin Natiqdən kənarlaşdırmaq üçün bıçağı Cavidə tərəf vurmuşdur. Bıçaq Cavidin sol qol nahiyəsinə dəymiş və Cavid onlardan kənarlaşmışdır. Həmin vaxt səs-küyə polis əməkdaşları gəlmiş, Cavid və Anarı saxlamışlar. Onun əlində olan bıçağı Natiq götürmüş və o, mağazaya daxil olmuşdur. Orada olan şəxslər onu aparıb əl üzünü yumuşlar. Daha sonra başından qan gəldiyi üçün onu kənara aparmışlar. Hadisə zamanı Cavid və Anar onu yumruqla vurmuşlar. Bundan başqa Cavid əlindəki əşya ilə baş nahiyəsinə zərbələr vurmuşdur. O, qaranlıq olduğu üçün Cavidin onu konkret olaraq nə ilə vurmasını görə bilməmişdir. Sadəcə zərbənin təsirindən əşya olmasını bilmişdir. Həmin vaxt orada o, Natiq, Cavid, Anar, Xanəli, Rüfət, Elnur və tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Dava-dalaş təxminən 7-8 dəqiqə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, işlətdiyi meyvə-tərəvəz mağazasının yanında yerləşən köşkdə səsküy olduğu üçün ora yaxınlaşmışdır. Anarı sakitləşdirməyə çalışarkən sonuncu onu yumruqla vurmuşdur. Daha sonra qardaşı Elnur ora yaxınlaşdıqda Cavid ilə Anar Elnuru döymüşlər. Elnurun paltarı cırılmış və həmçinin o, qan içində olmuşdur. Ətrafdakı insanlar Cavidin əlində bıçaq olmasını qışqırdıqları üçün o da, işlədiyi mağazadan bıçaq götürüb Cavidin əlinə vuraraq həmin bıçağın düşməsinə nail olmaq istəmişdir. Qərar qəbul edərkən bu halın nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi ev 87 mənzil 2-də ailəmlə birlikdə yaşayır. ünvan 2 ünvanında yerləşən meyvə-tərəvəz dükanını qardaşı Elnurla birlikdə icarəyə götürməklə işlədir. Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə üzdən tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində mağazada olan zaman onunla qonşuluqda yerləşən Xanəli adlı oğlanın işlətdiyi köşkdən səsküy gəldiyini eşidib küçəyə çıxmışdır. Həmin vaxt kioskun qarşısında 10-15 nəfər adamın toplaşdığını, Anarın nalayiq söyüşlər söyərək səs küy saldığını görmüşdür. O, Anara yaxınlaşıb sakitləşdirmək istəmişdir. Həmin vaxt Anar ona problem olmadığını demiş, lakin qəflətən Anar onun sifətinin sol tərəfindən yumruqla vurmuşdur. O və Anar yaxalaşmış, həmin vaxt səslərinə qardaşı Elnur içəridən çıxıb gəlmişdir. Cavid və Anar Elnuru nalayiq söyüşlərlə söyərək vurmağa başlamışdır. Anar və Cavid Elnurun baş nahiyəsindən vurmuşlar. Cavid Elnurun baş nahiyəsindən vurmuş və Elnur müvazinətini itirib yerə yıxılmışdır. Elnur yıxılan kimi Cavid Elnurun başına zərbələr endirməyə başlamışdır. Elnur ayağa qalxan zaman paltarı cırılıb əynindən çıxmışdır. O, Cavidin əlində bıçaq olduğunu, mağazaya tərəf gəldiyini görüb, özünü və Elnuru qorumaq, həmçinin Cavid və Anarı uzaqlaşdırmaqdan ötrü mağazaya daxil olaraq piştaxtanın üzərində olan bıçağı götürüb mağazanın qarşısına çıxmışdır. O, qışqırıb Cavid və Anarı oradan uzaqlaşdırmaq istəmiş, lakin sonuncular sakitləşməmişlər. Həmin vaxt Anar onu arxadan qucaqlamış və Cavid də onların yanına gəlmişdir. Elnur onun əlində olan bıçağı almış və Cavidi uzaqlaşdırmaq üçün sonuncuya tərəf vurmuşdur. Bıçaq Cavidin sol qol nahiyəsinə dəymişdir. Həmin vaxt səs-küyə polis əməkdaşları gəlmiş, o, Elnurun əlindəki bıçağı alıb kənara qoymuşdur. Polis əməkdaşları Anarı və Cavidi avtomobilə əyləşdirmişlər. Elnur mağazaya daxil olmuşdur. Orada olan şəxslər və o, Elnuru aparıb əl üzünü yumuşlar. Hadisə zamanı Anar onu yumruqla sifət nahiyəsindən vurmuşdur. Bundan başqa Cavid və Anar isə Elnuru vurmuşlar. Təqsirləndirilən şəxs1 qardaşı Elnuru vurub xəsarət yetirən zaman hər hansı silah və ya predmetdən istifadə etməsini qaranlıq olduğu üçün görməmişdir. Lakin Elnurun başındakı xəsarətdən Cavidin Elnuru alətlə vurmasını bilmişdir. Həmin vaxt orada o, Elnur, Cavid, Anar, Xanəli, Rüfət, Elnur və tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Hadisə zamanı o, heç kimə xəsarət yetirməmiş, sadəcə Anarı itələmişdir. Dava-dalaş təxminən 7-8 dəqiqə davam etmişdir. O, bıçağı mağazanın qarşısına qoymuşdur. Səhəri gün gəlib mağazanı açan zaman bıçağın orada olmadığını görmüşdür. (i.v 71-74) Zərərçəkmiş şəxs1 ifadəsi elan olunduqdan sonra o, ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, köşkdə olarkən Cavid və Anar siqaret almaq üçün köşkə yaxınlaşmışlar. Onların istədiyi siqaret olmadığı üçün biraz əsəbləşmişlər. Daha sonra Rüfət içəri gəlmişdir. İçəridə biraz qalmaqal yaranmışdır. O, konkret olaraq hadisə baş verərkən bıçaq görməmişdir. Daha sonra görüntülərə baxarkən Cavidin əlində bıçaq olmasını görmüşdür. Anargilin çöldə nə etdiklərindən xəbərsiz olub. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini oxuyub imza çəkmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatda olsa da ünvan 3 ünvanında ailəsilə birlikdə yaşayır. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən köşkdə satıcı işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzdən tanıyır, onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində satıcı işlətdiyi köşkə Anar və Cavid gəlmişlər. Anar ondan nisyə siqaret istəmiş, o da nisyə siqaret olmadığını demişdir. Bu zaman Cavid ona "sən niyə belə danışırsan" demiş və hər ikisi köşkün içərisinə keçmişlər. Cavid orada olan siqaretlərdən birini əlində tutub onunla söhbət edirmiş. Bir az danışdıqdan sonra Cavid köşkdən çıxmaq üçün ayağa qalxmış və getməyə başlamışdır. Həmin vaxt tanışı Rüfət köşkə girmiş və ona "salamatçılıqdı?" sözünü demiş, o da hər şeyin qaydasında olduğunu demişdir. Bu vaxt Cavid geri çevrilib "kimdi onu deyən, salamatçılıq olmasa nə olacaq?" demiş, Rüfət isə cavab olaraq "soruşuram" demişdir. Bu zaman Cavidlə Rüfət arasında sözlə mübahisə yaranmışdır. Cavid əlini cibinə aparıb sol cibindən bıçağı çıxarıb Rüfətin üzərinə gəlmişdir. O, Cavidi sakitləşdirib, köşkdən çıxmasını xahiş etmişdir. Onların səs-küyünə yaxınlıqda olan meyvə-tərəvəz dükanını işlədən Natiq və Elnur gəlmişdir. Natiq Cavidi köşkdən çıxarmışdır. Həmin vaxt orada 10-15 nəfər adamın toplaşmış, Anarla Natiq mübahisə etməyə başlamışdır. Onların arasında dava düşmüş və Anarla Cavid birlikdə Natiqlə Elnuru vurmağa başlamışlar. Anar yumruqla Natiqi və Elnuru vurmuşdur. Cavid də Elnuru vurmağa başlamışdır. Orada olan şəxslər sonuncuları sakitləşdirib ayırmışlar. Həmin vaxt səsküyə polis əməkdaşları gəlmiş və Cavidi avtomobilə əyləşdirib aparmışlar. Hadisə zamanı Cavid və Anar Elnur və Natiqi vurmuşdur. Həmin vaxt orada o, Rüfət, Natiq, Elnur, Cavid, Anar, tanışı Elnur və tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Başqa ətrafda şəxslərin olmasına fikir verməmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Dava-dalaş təxminən 7-8 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Cavidin əlində bıçaq görmüş, lakin konkret olaraq kimisə vurmasını görməmişdir. (i.v 165-167) İş üzrə digər Şahid2 məhkəməyə teleqramla müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etidyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Şahid2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Məhkəmə, işə Şahid2 iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerə işləmir, idman akademiyasının 3-cü kurs tələbəsidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzdən tanımış onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən tanışım Xanəlinin işlətdiyi köşkə gəlmişdir. Həmin vaxt içəridən səs-küy gəldiyini görüb, köşkün içərisinə girmişdir. Bu zaman Cavidin Xanəli ilə söhbət etdiyini görmüşdür. O, Xanəliyə “salamatçılıqdı?” sözünü demiş, Xanəlidə hər şeyin qaydasında olduğunu bildirmişdir. Bu vaxt Cavid geri çevrilib “kimdi onu deyən, salamatçılıq olmasa nə olacaq ?” demişdir. Cavid sol cibindən gümüşü rəngli yandan açılıb bağlanan bıçağı çıxarıb üzərinə gəlmişdir. O, Cavidi sakitləşdirib, köşkdən çıxmasını demişdir. Onların səs-küyünə yaxınlıqda olan meyvə tərəvəz dükanını işlədən Natiq və Elnur gəlib Cavidi köşkdən çıxarmış, o da səs-küy olduğunu görüb, köşkün qarşısına çıxmışdır. Həmin vaxt orada 10-15 nəfər adamın toplaşdığını, Anarla Natiqin mübahisə etdiyini görmüşdür. Bu zaman onların arasında dava düşmüş və Anarla Cavid birlikdə Natiqlə Elnuru vurmağa başlamışlar. Anar yumruqla Natiqi və Elnuru vurmuşdur. Cavid isə əlindəki bıçaqla Elnuru vurmağa başlamışdır. O, orada olan şəxslərlə birlikdə sonuncuları sakitləşdirib ayırmışlar. Bu zaman səs-küyə polis əməkdaşları gəlmiş və onları avtomobilə əyləşdirib oradan getmişlər. Hadisə zamanı Cavid əlindəki bıçaqla Elnuru vurmuş, Anar isə yumruqla Elnur və Natiqi vurmuşdur. Həmin vaxt orada o, Xanəli, Natiq, Elnur, Cavid, Anar, tanışı Elnur və tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Başqa ətrafda şəxslərin olmasına fikir verməmişdir. O, heç bir xəsarət almamışdır. Dava-dalaş təxminən 7-8 dəqiqə davam etmişdir.(i.v172-173) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir. ( i.v. 1); xx.xx.2023-cü il tarixli, 2165 saylı raportdan görünür ki, ƏÇPA-nın 3-cü PB-nin polis serjantları tərəfindən ünvan 6 ünvanında bir qrup şəxs arasında münaqişə düşməsi və xəsarətlər alınması barədə məlumat daxil olmuşdur ( i.v. 3); Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 sentyabr 2023-cü il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 29 sentyabr 2023-cü il tarixdə saat 00:15-dən; Təqsirləndirilən şəxs1 29 sentyabr 2023-cü il tarixdə saat 02:15-dən tutulmuşdur. (i.v. 16-17);(i.v. 41-42); 29 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.54) 29 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.65) 29 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə ünvan 7 ünvanında hadisəni əyani təsvir etmişdir. (i.v. 83-84) 29 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə ünvan 7 ünvanında hadisəni əyani təsvir etmişdir. (i.v. 85-86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 29 sentyabr 2023-cü il tarixli 1113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (i.v 87-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 29 sentyabr 2023-cü il tarixli 1114 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarət - sağ təpə nahiyyəsində əzilmiş-cırılmış yara küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. (i.v 89-91) 29 sentyabr 2023-cü il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 92); 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (i.v. 94-95) 29 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (i.v. 115-116) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 29 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 148-152); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 29 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 153-157); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 03 oktyabr 2023-cü il tarixli, 1/4723 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdirlər. (i.v. 164) 05 oktyabr 2023-cü il tarixli götürmə aparılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 təqdim etdiyi 01 ədəd "DVD" disk götürülmüş, cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 168) 28 noyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə baş vermiş dava-dalaş hadisənin görüntüsü köçürülmüş 01 ədəd DVD formatlı diskə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 22:22:07-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 köşkə daxil olub satıcı ilə söhbət etmələri, bir müddət sonra Təqsirləndirilən şəxs1 içəridən çıxması və içəriyə qara köynək qara şalvar geyinmiş bir nəfər daxil olması, həmin vaxt Təqsirləndirilən şəxs1 geri qayıdaraq nə isə danışmağa başlaması, saat 22:23:07-də Təqsirləndirilən şəxs1 əlini cibinə aparıb, sol cibindən nə isə çıxarıb sağ əlinə keçirib mübahisə etməsi, Təqsirləndirilən şəxs2 də geri qayıdaraq mübahisə etməyə başlaması, həmin şəxsin yanında ağ rəngli köynək geyinmiş Zərərçəkmiş şəxs1 onları sakitləşdirmək istəməsi, Təqsirləndirilən şəxs1 əli ilə Zərərçəkmiş şəxs1 itələyərək onu köşkün içərisindən çıxarıb qapını bağlamaq istəməsi, Təqsirləndirilən şəxs1 orada olan şəxslə söhbət edib köşkdən çıxdıqdan sonra onun arxasınca satıcı və digər şəxsin də içəridən çıxaraq Zərərçəkmiş şəxs2 Oqtay oğlu ilə mübahisə etməsi, saat 22:24:00-da Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs1 bir neçə dəfə vurması, həmin vaxt Zərərçəkmiş şəxs2 də oraya gəlib Təqsirləndirilən şəxs2 ayırmaq istəməsi, həmin vaxt Təqsirləndirilən şəxs1 əlində bıçağa oxşar əşya olması və onun Zərərçəkmiş şəxs1lə, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2lə mübahisə etməsi, saat 22:24:34-də Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 dartaraq kənara çəkməsi, həmin vaxt ətrafa çoxlu sayda adamın yığılması müşahidə edilmişdir. Görüntünün davamında Zərərçəkmiş şəxs1 qaçaraq oradan uzaqlaşması, saat 22:25:00-da Təqsirləndirilən şəxs1 əlində olan əşya ilə Zərərçəkmiş şəxs2 başının arxa nahiyəsinə zərbələr endirməsi, Zərərçəkmiş şəxs2 ayağa qalxaraq oradan uzaqlaşmaq istəməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 üzərinə gedərək onu vurmağa başlamaları, saat 22:25:27-də Zərərçəkmiş şəxs2 köynəyi cırılmış vəziyyətdə mağazanın qarşısına gəlməsi, onun arxasınca isə Anar və Cavid gəlməsi, Cavidin əlində bıçağa oxşar əşya olması, həmin vaxt Anar yumruqla Zərərçəkmiş şəxs2 vurması, Zərərçəkmiş şəxs1 əlində bıçaqla mağazadan çıxması, Anar və Cavid Natiqi tutaraq əlindəki bıçağı almaq istəmələri, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 əlindəki bıçağı götürüb və iki dəfə Təqsirləndirilən şəxs1 tərəf vurmaq istəməsi, birinci zərbədən Təqsirləndirilən şəxs1 çəkilsə də ikinci zərbə Təqsirləndirilən şəxs1 qol nahiyəsinə dəyməsi, daha sonra isə hadisə yerin polis avtomobili yaxınlaşıb onlar ayırması müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 video görüntüdə əynində ağ rəngli şalvar, ağ və müxtəlif rənglər olan köynək və başında ağ rəngli papaq olan şəxsin özü olduğunu, yanında olan şəxsin Təqsirləndirilən şəxs1 olmasını, digər mübahisə etdiyi şəxslərin isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmasını, hadisə zamanı Cavidin əlində bıçaq olub-olmadığını görmədyini bildirmişdir. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs1 video görüntüdə üzü saqqalı, əynində qısa cins şalvar, rəngli köynək, qara ayaqqabı və belində çanta olan şəxsin özü olduğunu, yanında olan şəxsin Təqsirləndirilən şəxs2 olmasını, digər mübahisə etdiyi şəxslərin isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 olmasını, hadisə zamanı onun əlində bıçaq olmadığını, əlində sadəcə alışqan olmasını bildirmişdir.(i.v205-206;209- 210) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v 174) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 03 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 70ci maddəsi tətbiq olunmaqla 03 il sınaq müddəti müəyyən olunmaqla cəzası şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CM-nin 70-ci maddəsi ləğv edilərək AR CM-nin 67-ci maddəsinə əsasən xx.xx.2008-ci il tarixli hökmü ilə birləşdirilərək qəti olaraq 10 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 20.10.17 tarixli 816 VQD saylı qanunun tətbiqi ilə 05 il 11 ay cəza təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (i.v. 175- 177) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(011)-398/2018 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində "Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında" 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanun tətbiq edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə təyin edilmiş 10 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 05 il 10 ay 11 gün hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 05 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 30 mart 2016-cı il tarixindən hesablanması qərara alınmışdır. (i.v. 178-185) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)-223/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, ona təyin olunmuş cəza Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 il 11 aya endirilmiş cəzanın çəkilməmiş qalmış 02 il 07 ay 17 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm olunmuşdur. (i.v. 186-189) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-689/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 08 ay 25 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 190-195) Sübutların qiymətləndirilməsi haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 isə xx.xx.2023-cü il tarixdə həmin Məcəllənin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamların dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1113 və 1114 saylı, xx.xx.2023-cü il tarixli, 1115 və 1116 saylı rəylərinin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş Prokurorunun 01 dekabr 2006-cı il tarixli 09/84 №li "Cinayət təqibi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" əmrin 19-cu maddəsinin tələbinə əsasən bu barədə materialın ayrılıb rayon prokurorluğunun arxivində saxlanılması üçün göndərilməsi, iş üzrə xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında baş vermiş dava-dalaş hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi və onun əməlinin cinayətlərin residivi kimi qiymətləndirilməsi, cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə baş vermiş dava-dalaş hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işinin materialından Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vuraraq xəsarət yetirməsi xüsusatı üzrə materialın ayrılması və həmin materialda Zərərçəkmiş şəxs2 və qeyrilərinin əməllərinə hüquqi qiymıt verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v 217-229) Məhkəmə iclas zalında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən DVD-R diskə tərəflərin iştirakı ilə baxış keçirilmiş, diskə baxış keçirilməsi zamanı 28 noyabr 2023cü il tarixli CD diskə baxış keçirilməsi barədə protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. Həmçinin diskdə olan ch01_**********2018 adlı videonun(köşkün daxilini çəkən kamera görüntüləri) 22:21:46-da sonra müəyyən edilir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 köşkün içərisində oturmuş, köşkün bayır tərəfindən Təqsirləndirilən şəxs2 ilkin olaraq köşkə yaxınlaşmış, daha sonra isə Təqsirləndirilən şəxs1 Anarın yanına yaxınlaşaraq Şahid1 ilə söhbət edirlər. 22:22:08 Təqsirləndirilən şəxs2 ilkin olaraq köşkə daxil olaraq Şahid1 oğlu ilə söhbət etmiş, sonra Təqsirləndirilən şəxs1 içəri daxil olaraq Anarın kənara çəkilməsini bildirərək əl-qol hərəkətləri ilə Əkbərzadə Fuad ilə söhbət etməyə başlamışdır.22:22:52-də Şahid2 köşkə daxil olarkən Təqsirləndirilən şəxs1 onunla əl ilə görüşərək köşkü tərk etdikdən sonra yenidən köşkə qaydır. 22:23:09-da Təqsirləndirilən şəxs1 iş üzrə Şahid2la söhbət edərkən sol əli sol cibindən nəsə götürərərək sağ əlinə aparmış, daha sonra isə sol əlinin köməyi ilə həmin əşyanı açması, 22:23:13-də Şahid2 tərəf sağ əl ilə hərəkət etdirən zaman, həmin əşyanın uc hissəsinin gümüşü rəngli parıldayan əşya olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Şahid2 tərəf gedərkən Təqsirləndirilən şəxs1 onu sol əli ilə itələmiş, 22:23:19-da Təqsirləndirilən şəxs2 sağ əli ilə R.Ramazonovu vurmuş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 qucaqlayaraq bayıra çıxarmaq istəmiş, bu zaman Təqsirləndirilən şəxs1 Şahid2 ilə əl ilə mübahisə edən zaman Təqsirləndirilən şəxs1 aralamaq istəyən zərərçəkmiş şəx Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 sol əli ilə itələmişdir. 22:23:40da isə Təqsirləndirilən şəxs1 sağ əlində tutduğu əşyanın bıçaq olması müəyyən edilir. ch03_**********2000 adlı videonun(köşkün çölünü çəkən videokamera görüntüləri) 22:245:05-də isə təqsirləndirilən şəxs A.Müsazənin dəfələrlə Zərərçəkmiş şəxs1 yumruq atması müəyyən edilir.22:24:12-də isə Təqsirləndirilən şəxs1 əlindəki aşkar görülən bıçaqla Zərərçəkmiş şəxs1lə mübahisə edərkən, Təqsirləndirilən şəxs2 isə onları ayırmağa çalışan digər Zərərçəkmiş şəxs2lə mübahisə etmişdir. Həmin görüntülərin davamında əks olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 özünə tərəf çəkərək sağ əlində sağladığı əşya ilə birlikdə onun başına vurmuşdur. Növbəti görüntülərdə əks olunanlar isə 28 noyabr 2023-cü il tarixli DVD-R diskə baxış keçirilməsi barədə protokolda göstərilən xüsusatlar ilə eynilik təşkil edir. Həmin görüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 bir daha bildirmişdir ki, onun əlində saxladığı əşya alışqandır. Digər Təqsirləndirilən şəxs2 isə bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ona söyüş söydüyü üçün onu yumruqla vurmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin ittihamda şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs1 əlində bıçaq yox alışqan olması ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və qeyd etmək istəyir ki, onun bu ifadəsi DVD-R diskdə olan görüntülərlə, zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclas zalında vermiş olduğu ifadələri və digər sübutlarlar ilə təkzib edilir. Həmçinin Təqsirləndirilən şəxs1 bu ifadəsini məsuliyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır. Bundan əlavə təqsirləndirilən şəxs özü məhkəmə iclasında vermiş olduğu ifadəsində əlində alışqan olmasını və həmin alışqanı əlində tutaraq Zərərçəkmiş şəxs2 zərbələr vurmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində yumruq atmasını Zərərçəkmiş şəxs1 söyüş söyməsi ilə əlaqələndirsə də, həmin görüntülərə baxış keçirilərkən və iş üzrə digər sübutlarla müəyyən edilir ki, hadisənin təşəbbüskarları təqsirləndirilən şəxslərdi və hadisə ilkin olaraq köşkdə başlamış, zərərçəkmiş şəxslər isə təqsirləndirilən şəxsləri ayırmağa çalışmışdır. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı zamanı vermiş olduğu ilkin ifadəsində bildirdiyi ziddiyətli ifadələri ilə əlaqədar onun barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyatı üzrə prokurorluğa məlumat verilməsi məqsədə müvafiq hesab edilmir. Belə ki, o məhkəmə istintaqında hadisənin baş verdiyi zaman həyəcanlı olduğu üçün bıçaq görməsə də, lakin görüntülərə baxarkən bıçağın olmasını görməsini bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş esab edilir. 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə görə eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il qərarından görünür ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 181.2.1, 181.2.2 və 181.2.5-ci(ağır cinayət olduğundan məhkumluğun ödənilmə müddəti 06 il müəyyən olunnmuşdur) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CM-nin 70-ci maddəsi ləğv edilərək AR CM-nin 67-ci maddəsinə əsasən xx.xx.2008-ci il tarixli hökmü ilə birləşdirilərək qəti olaraq 10 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasından şərti azad olunduğu xx.xx.2021-ci il tarixdən 06 il keçmədən, əvvəllər ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən az ağır cinayət törətmiş şəxs hesab edilməli və qeyd edilən halın cinayətin residivini yaratması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) törətdiyi əməldən səmimi peşman olmasını(CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 06 ay müddət, bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri - Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi1 80 (səksən) saat üçün nəzərdə tutulan 480 (dörd yüz səksən) manat pul, Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi2 80 (səksən) saat üçün nəzərdə tutulan 480 (dörd yüz səksən) manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 həbsdə olduğu 06 (altı) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01(bir) il 02(iki) ay müddət ona təyin olunmuş 02 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanını saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarından saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər birinə 50 (əlli) saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-84/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-84/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver