Məhkəmə qərarları › İş №1(011)-85/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-85/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-85/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yış evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair və xx xxxx 2003-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 avqust 2024-cü il tarixdə saat 05:30-da ünvan 4 ünvanında «Ümüd» mərasim evinin qarşısında X1 diqqətini yayındırdıqda Təqsirləndirilən şəxs2, Məhəmməd Qədirovun əlində tutduğu 2 manat dəyərində qara rəngli pul qabını içərisində 35 manat dəyərində 01 ədəd «Samsung- Galaxy J3» markalı mobil telefon aparatını üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə və 0,30 manat dəyərində 01 ədəd qara rəngli telefon arxalığı (kabura) ilə, balansında 4 manat olan 10 manat dəyərində «Kapital Bank» təqaüd kartını, balansında 5 manat olan 2 manat dəyərində «1 Kart»nı, Məhəmməd Qədirova məxsus şəxsiyyət vəsiqəsini və 200 manat nağd pul ilə birlikdə əlindən alıb açıq yolla talayıb hadisə yerindən qaçarkən pul qabını mobil telefon və kartları yaxınlıqdakı qarajın damına atmış, əldə etdikləri 200 manat nağd pul vəsaitini aralarında bölərək zərərçəkmiş şəxs X2 cəmi 263 (iki yüz altmış üç) manat 30 qəpik miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 avqust 2024-cü il tarixdə saat 05:30-da ünvan 4 ünvanında «Ümüd» mərasim evinin qarşısında Təqsirləndirilən şəxs1, X1 diqqətini yayındırdıqda o, Məhəmməd Qədirovun əlində tutduğu 2 manat dəyərində qara rəngli pul qabını içərisində 35 manat dəyərində 01 ədəd «Samsung-Galaxy J3» markalı mobil telefon aparatını üzərində 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə və 0,30 manat dəyərində 01 ədəd qara rəngli telefon arxalığı (kabura) ilə, balansında 4 manat olan 10 manat dəyərində «Kapital Bank» təqaüd kartını, balansında 5 manat olan 2 manat dəyərində «1 Kart»nı, Məhəmməd Qədirova məxsus şəxsiyyət vəsiqəsini və 200 manat nağd pul ilə birlikdə əlindən alıb açıq yolla talayıb hadisə yerindən qaçarkən pul qabını mobil telefon və kartları yaxınlıqdakı qarajın damına atmış, əldə etdikləri 200 manat nağd pul vəsaitini aralarında bölərək zərərçəkmiş şəxs X2 cəmi 263 (iki yüz altmış üç) manat 30 qəpik miqdarda maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdirlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə səhər saatlarına qədər spirtli içki qəbul edərək sərxoş olmuşdurlar. Riad ona getməli olduğunu bildirmiş, həmin vaxt onların pulu olmamışdır. Bu səbəbdən o zərərçəkmiş şəxsə yaxınlaşaraq getmək üçün bir manatının olub-olmadığını soruşmuş, həmin şəxs onlara əli ilə işarə edərək çıxıb getməklərini deyərək hərəkətinə davam etmişdir. Bundan sona Riad həmin şəxsin əlindəki çantanı götürüb qaçmış, o, Riada dayanmasını desədə, Riad dayanmadığından o da qaçmaq məcburiyyətində qalmışdır. Verilmiş ittihamda Riadla əlbir olduğu, zərərçəkmiş şəxsin fikrini yayındırdığı qeyd edilsə də, hadisə elə baş verməmişdir, onların əvvəldən belə bir əməl törətməkləri barədə razılığı olmamışdır. Onun tək səhvi sonda çantada olan 70 (yetmiş) manatı Riadla bölməyi olmuşdur. Əlavə olaraq törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərəri ödədiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 23 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Əhmədli adlanan ərazidə kafelərin birində spirtli içki içmişlər və bu səbəbdən onlarda pul qalmamışdır. Onlar evə qayıtmaq üçün küçədə bir nəfər yaşlı kişiyə yaxınlaşaraq ondan pul istəmişlər, həmin şəxs onlara oradan getməklərini demiş, bu zaman o sonuncunun əlində olan kiçik çantanı əlindən alaraq qaçmışlar, qaçan zaman İsrəfil ona geri qayıtmağı təklif etsə də, artıq gec olmuşdur. Daha sonra Sabunçu adlanan əraziyə getmişlər və orada çantanın içində olan 70 (yetmiş) manatı bölərək içindəkiləri tullamışlar. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Əlavə olaraq törətdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edərək göstərdi ki, 23 avqust 2024-cü il tarixdə anası ona zəng edərək atasına qarşı soyğunçuluq edildiyini, polisə məlumat verildiyini bildirmişdir. O, atasının yanına getmiş və oradan polis əməkdaşları ilə birlikdə 35-ci polis bölməsinə getmişlər. Atası izahat verdikdən sonra hadisənin baş verdiyi ünvana polis əməkdaşları ilə birlikdə gedərək orada kamera görüntülərinə baxdıqdan sonra evə getmişlər. Axşam saatlarında müstəntiq zəng edərək atasını Xətai Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada olarkən həmin əməli törətmiş şəxslərin saxlanıldığını bilmişlər və atası onları gördükdə tanımışdır. Daha sonra xəstəliyi ilə əlaqədar atası vəfat etmiş və o cinayət işi üzrə hüquqi varis kimi tanınmışdır. Atası çantada 200 (iki yüz) manatın olduğunu dediyindən atasına inandığını bu səbəbdən onun göstərdiyi halı təsdiq etdiyini bildirmişdir. Əlavə olaraq ona dəymiş zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild i.v. 33-34); şübhəli şəxsin tutulması haqqında 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild i.v. 59-60); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 116-118); başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild i.v. 123-125); diskə baxış keçirilməsi haqqında 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X8 tərəfindən diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 və sağ əlində “smartphone” tipli mobil telefon olan Təqsirləndirilən şəxs1 ilə birlikdə X2 yaxınlaşmışlar və Təqsirləndirilən şəxs1 onu söhbətə tutaraq fikrini yayındırarkən Təqsirləndirilən şəxs2 isə Məhəmməd Qədirovun əlində olan qara rəngli əl çantasını götürmüş, daha sonra sonuncu ilə birgə Təqsirləndirilən şəxs1 hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Məhəmməd Qədirovun 3-4 addım irəlilədiyi, daha sonra yorulduğu üçün yerində qaldığı və onların arxasınca baxdığı müəyyən edilmişdir. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs2 videogörüntüdə Məhəmməd Qədirovun əlində olan qara rəngli əl çantasını götürən şəxsin özü olduğunu, onun yanında olan şəxsin isə Təqsirləndirilən şəxs1 olduğunu, hadisədən sonra pul kisəsinin içərisindəki pulu götürüb öz aralarında bərabər şəkildə böldüklərini, pul kisəsini isə içərisindəki mobil telefon və kartlarla birlikdə atdıqlarını təsdiq etmişdir (İ cild i.v. 75); Həmçinin məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntülərdə hadisənin diskə baxış keçirilməsi haqqında protokolda göstərildiyi şəkildə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 sentyabr 2024-cü il tarixli 9/7271 nömrəli rəyindən görünür ki, eksperti tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 01 ədəd istifadədə olmuş “Samsung Galaxy J3” markalı mobil telefon – 35,00 manat; - 01 ədəd istifadədə olmuş qara rəngli telefon arxalığı (kabura) – 0,30 manat; - 01 ədəd ***-***-**-** saylı GSM sim nömrə - 5,00 manat; - 01 ədəd istifadədə olmuş üzərində istismar xarakterli qüsurlu olan qara rəngli pul qabı – 2,00 manat. (İ cild i.v. 148-152); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 noyabr 2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İ cild i.v. 168); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 noyabr 2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətində intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş (İ cild i.v. 169-170); 02 oktyabr 2024-cü il tarixli AZ-İİ №455866 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə düz bağırsağın bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür (İ cild i.v. 164); zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 09 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, X6 mərhum zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır (İ cild i.v. 155-156); zərəçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş maddi zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. 08 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə mərhum atası X2 məxsus olan 01 ədəd pul qabı, “Samsung Galaxy J3” markalı mobil telefon üzərindəki ***-***-**-** saylı GSM nömrə və qara rəngli telefon arxalığı (kabura) X5 təhvil verilmişdir (İ cild i.v. 165); Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ilk dəfə məhkum olunmasını, könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, həmçinin cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin çantasında 200 (iki yüz) manatın olmadığı, həmin məbləğin 70 (yetmiş) manat olması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, soyğunçuluq cinayətinin törədilməsində Təqsirləndirilən şəxs2 daha aktiv iştirakını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, həmçinin cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin çantasında 200 (iki yüz) manatın olmadığı, həmin məbləğin 70 (yetmiş) manat olması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək tutuldğu 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 17 yanvar 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək tutuldğu 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 01 (bir) ədəd “disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat pul ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar