Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-86/2021 19.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan şəhəri, H.Əliyev küçəsi, ev 141-də qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx xxx 2020-ci il tarixdə saat 02 radələrində ünvan 1 a ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus qarajın dəmir qapısının seyf qıfılını özləri ilə götürdükləri lingdən (lom) istifadə etməklə sındırmış, razılaşmaya əsasən Şahid1 ərtafa nəzarət etmək üçün qarajın qapısının qarşısında dayanmış, o isə saxlanc yeri hesab edilən qaraja giriş qapısından qanunsuz daxil olub- 1 (bir) ədədinin qiyməti 60 (altmış) manat olan 2 (iki) ədəd elektrik drelləri, 1 (bir) ədədinin qiyməti 100 (yüz) manat olan 2(iki) ədəd elektrik perforatorları, 1 (bir) ədəd 30 manat qiymətində lobzik, 25 manat qiymətində 1 (bir) ədəd şürup bağlayan drel, 80 (səksən) manat qiymətində 1 (bir) ədəd laqonda, 1 (bir) ədədi 50 (əlli) manat qiymətində Rusiya Federasiyası istehsalı 2 (iki) ədəd elektrik drelləri, 1 (bir) ədədi 3 manat 50 qəpik 25 (iyirini beş) ədəd 25-lik plastmass kranlar, 1 (bir) ədədi 30 manat qiymətində 100 (yüz) ədəd latun metaldan smestıtelləri, 1 (bir) ədədi 5 (beş) manat qiymətində 2 (iki) ədəd 180-lıq təxtə kəsən mişar, 1 (bir) ədədi 8 manat qiymətində 2 (iki) ədəd kafel kəsən 180-lıq mişarlar, 1 (bir)ədədi 3 manat 50 qəpik qiymətində 80 (səksən) ədəd amerikanka, 1 (bir) ədədi 20 (iyirmi) qəpik qiymətində 20-lik plastmass uqolniklər 70 ədəd, 1 (bir) ədədi 40 qəpik qiymətində 40 (qırx) ədəd 0.25-lik plastmas traynik, 1 (bir) ədədi 40 manat qiymətində 3 (üç) ədəd Markus markalı su nasosları, 1 (bir) ədədi 35 manat qiymətində 2 (iki) ədəd işlənmiş su nasosları, 100 manat qiymətində 40 metr uzunluğunda mis kabel, 1 (bir) ədədi 2 manat 50 qəpik qiymətində 100 (yüz) ədəd işlənmiş Rusiya Federasiyası istehsalı 15- 20-lik latun vintillər, 1 (bir) ədədi 70 qəpik qiymətində 15-20-lik latun baçonkalar 200 (iki yüz) ədəd, 1 (bir) ədədi 4 manat qiymətində 20 (iyirmi) ədəd latun amerikankalar, 16 manat qiymətində 1 (bir) ədəd qara rəngli çamadan, 1 (bir) ədədi 20 manat qiymətində 5 (beş) dəqiqəlik işlənmiş radiatorlar 3 (üç) ədəd, 1 (bir) paçka 10 (on) manat qiymətində 4lük elektrod, 30 (otuz) manat qiymətində 100 (yüz) metr internet kabeli, 6 (altı) manat qiymətində 16 (on altı) ədəd 16-lıq kranlar və 1 (bir) manat qiymətində 14 ədəd 16-lıq mufta - ümumilikdə 4964 (dörd min doqquz yüz altmış dörd) manat 50 (əlli) qəpik dəyərində özgənin əmlakını gizli talayaraq Zərərçəkmiş şəxs ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə o, ünvan 2 saylı ünvanda yerləşən qarajlardan birini icarəyə götürüb, rəngsaz kimi fəaliyyət göstərmişdir. Həmin vaxtlar isə həmin məhəllədə yaşayan Musa adlı sakinin də, həmin qarajlardan birinin sahibi olduğunu və həmin şəxsin qarajda müxtəlif əşyalar və dəmir metal saxladığın bilmişdir. Maddi cəhətdən çəktinlik çəkdiyindən, oğurluq edərək qazanc əldə etmək qərarına gəlmiş və həmin vaxt Musa adlı həmin şəxsin qarajına girib oradan oğurluq edə biləcəyini düşünmüşdür. Belə ki, o, həmin məhəllədə işlədiyi zaman məhəllə sakini kimi tanıdığı və əvvəllər oğurluq cinayəti törətdiyini bildiyi Şahid1 xx xxx 2020-ci il tarixdə qarajdan oğurluq etmək barədə təklif etmiş və Elçin də onunla razılaşmışdır. Bundan sonra, birlikdə həmin qaraja oğurluq məqsədi ilə girmək üçün artıq xx xxx 2020-ci il tarixdə gecə saat təxminən 02 radələrinə kimi gözləmişlər və 02 radələrində birlikdə qarajın qarşısına gəlmişlər. Bundan sonra, qarajın ətrafına nəzər yetirib, qaranlıq olduğunu heç kəsin görməyəcəyinə əmin olduqdan sonra, o özündə olan linglə qarajın qapısının qıfılını sındırmış və ikisi də qaraja daxil olaraq, həmin qarajda olan 2 ədəd tünd yaşıl rəngli direlləri, 1 ədəd "Zubr D-55 GR” markalı, kiçik ölçülü şrup bağlayan, 2 ədəd “BOSCH” markalı, tünd-yaşıl rəngli perfarator, 1 ədəd “Einhell” markalı böyük perfarator, 1 ədəd markasız perfarator, 2 ədəd üzərində tünd-yaşıl rəngli su nasosu, 1 ədəd üzərində laqonda, 1 ədəd üzərində tünd göy rəngli su nasosu, 1 ədəd yaşıl rəngli balaca su nasosu, 1 ədəd balaca tünd göy rəngli su nasosu, 2 ədəd laqonda üçün taxta mişarlar, 1 ədəd latun metaldan smistitel, 1 ədəd perforator, 1 ədəd lobzik, 25 ədəd 25-lik plastmass kranları, 99 ədəd latun metaldan smestitellər, 2 ədəd 180-lıq taxta kəsən mişar, 2 ədəd kafel kəsən 180-lıq mişarlar, 80 ədəd amerikanka, 70 ədəd 20-lik plastmass künelüklər, 40 ədəd plastmas 0,25-lik üçlük, təxminən 40 metr uzunluğunda miss kabel, 100 ədəd işlənmiş Rusiya istehsalı 15-20-lik latun vintillər, 200 ədəd latun 15-20-lik baçonkalar, 20 ədəd latun amerikanka, 1 ədəd qara rəngli çemodan, 3 ədəd radiatorlar, bir paket 4-lük elektrod, 100 metr uzunluğunda internet kabeli, 16 ədəd 16-lıq kranlar, 14 ədəd 16-lıq muftaları kisələrə yığaraq gətirdikləri əl arabası ilə oradan daşıyıb Yeni Günəşli qəsəbəsi istiqamətində aparmışlar. X4 yolunda dayanmış və oradan keçən tanımadıqları metal qəbulu ilə məşğul olan «Qazel» markalı avtomobil ilə gəlmiş bir nəfərə həmin əşyaları ümumilikdə 500 ABŞ dollarına satmışlar. Həmin məbləğdən isə 200 ABŞ dollarını Elçinə vermiş, qalanını isə özü götürmüşdür. xx xxxxxxxx 2020-ci il tarixdə isə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları Biləsuvar rayonunda bacısının evindən onu taparaq, ifadəsində qeyd etdiyi oğurluq hadisəsi ilə bağlı cinayət işi başlanması və onun da axtarışa verilməsi barədə bildirmişlər, o da artıq ifşa olunduğunu başa düşərək, polis əməkdaşlarına şifahi olaraq törətdiyi cinayəti etiraf etmişdir. Daha sonra əməlindən peşman olmasını, dəymiş ziyanı gələcəkdə qaytaracağını, səmimi etirafını, ilk məhkumluğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xətai rayonu General Mehmandarov küçəsi 147 a ünvanında avtomobil üçün qarajı var, həmin qarajda usta alətlərini və müxtəlif təsərrüfat malları saxlayırlar. xx xxx 2020-ci il tarixdə günortaya kimi atası Məcid ilə birlikdə qarajda olmuş, günorta saatlarında qarajın qapısını bağlayıb getmişlər. xx xxx 2020-ci il tarixdə saat 09:30 radələrində qaraja gedib görmüşdür ki, qarajın qapısının qıfılı sındırılıb, sındırılmış qıfıl qapının üzərindədir. O, əvvəl atası Məcidə bu barədə telefonla məlumat vermişdir. Saat 13:44-də Azərbaycan Respublikası DİN-nin zəng mərkəzinə atasının istifadəsində olan 050 ***-**-** mobil nömirə ilə zəng vurub hadisə barədə məlumat vermişdir. Özünə məxsus olan qarajın içərisini atası Məcid ilə birlikdə nəzərdən keçirəndə sonra müəyyən eləmişlər ki, hər biri 60 (altmış) manat dəyərində 2 (iki) ədəd elektrik drelləri, hər biri 100 (yüz) manat dəyərində olmaqla 2 (iki) ədəd perforatorlar, 30 manat dəyərində 1 (bir) ədəd lobzik, 25 manat dəyərində 1 (bir) ədəd şürüp bağlayan drel, 80 (səksən) manat dəyərində 1 (bir) ədəd laqonda, hər biri 50 (əlli) manat qiymətində olmaqla Rusiya istehsalı 2 (iki) ədəd drellər, hər biri 3 manat 50 qəpik qiymətində olmaqla 25 (iyirmi beş) ədəd 25-lik plastmass kranlar (cəmi 87) manat, hər biri 30 manat dəyərində latun metaldan smestitellər 100 ədəd (cəmi 3000) manat, hər biri 5 manat dəyərində 2 (iki) ədəd 180-lıq taxta kəsən mişar 10 manat, hər biri 8 manat dəyərində 2 (iki) ədəd kafel kəsən 180-lıq mişarlar 16 manat, hər biri 3 manat 50 qəpik dəyərində 80 (səksən) ədəd amerikanka 280 manat, hər biri 20 (iyirmi) qəpik dəyərində 20-lik plastmass uqolniklər 70 ədəd 14 manat, hər biri 40 qəpik dəyərində olmaqla 40 (qırx) ədəd plastmas traynik 0,25-lik 16 manat, hər biri 40 manat dəyərində 3 (üç) ədəd Markus markalı su nasosları hər biri 35 manat dəyərində 2 (iki) ədəd işlənmiş su nasosları 70 manat, 100 manat dəyərində 40 metr uzunluğunda mis kabel, hər biri 2 manat 50 qəpik olmaqla 100 ədəd işlənmiş Rusiya istehsalı 15-20-lik latun vintillər cəmi 250 manat, latun 15-20-lik baçonkalar 200 ədəd hər biri 70 qəpik dəyərində 140 manat, hər biri 4 manat dəyərində olmaqla 20 ədəd latun amerikanka 80 manat, 16 manat dəyərində bir ədəd qara rəngli çamadan, Rusiya istehsalı, hər biri 20 manat dəyərində 5-dəqiqəlik işlənmiş radiatorlar 3 (üç) ədəd 60 manat, bir paçka 4-lük elektrod 10 manat dəyərində, 30 manat dəyərində 100 metr uzunluğunda internet kabeli, 6 manat dəyərində 16 ədəd 16-lıq kranlar, cəmi 96 manat, hər biri 1 manat dəyərində 14 ədəd 16-lıq mufta 14 manat olmaqla ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində ona 4964 (dörd min doqquz yüz altmış dörd) manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar olmuşdur. Məhkəmə iclasında cinayət işi üzrə dindirilmiş Şahid1 və onun anası Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadəsi Təqsirləndirilən şəxs oğlunun səmimi etirafına oxşar olmuş və təqsirləndirilən şəxsin cinayət əməlini bir daha təsdiq etmişdir. İş materiallarından məlum olur ki, 2 ədəd göy-qara rəngli drel, Rusiya Federasiya istehsalı 2 ədəd tünd yaşıl rəngli drel, 1 ədəd şrup bağlayan, 2 ədəd tünd-yaşıl rəngli böyük perferator, 1 ədəd tünd-yaşıl rəngli su nasosu, 1 ədəd tünd göy rəngli su nasosu, 1 ədəd yaşıl rəngli Kama markalı balaca su nasosu, 1 ədəd balaca su nasosu, 2 ədəd laqonda üçün taxta mişarlar, 1 ədəd smistitel, 1 ədəd 180-lıq laqonda aşkar edilərək götürülmüş və həmin qeyd olunan predmetlər istintaqa təqdim olunmuşdur. İstintaqa təqdim edilmiş 2 ədəd göy-qara rəngli drellər, Rusiya Federasiya istehsalı 2 ədəd tünd yaşıl rəngli drel, 1 ədəd şrup bağlayan, 1 ədəd tünd-yaşıl rəngli böyük perferator, 1 ədəd tünd-yaşıl rəngli su nasosu, 1 ədəd 180-lıq laqonda, 1 ədəd tünd göy rəngli su nasosu, 1 ədəd yaşıl rəngli Kama markalı balaca su nasosu, 1 ədəd balaca su nasosu, 2 ədəd laqonda üçün taxta mişar ********* saylı cinayət işi üzrə xx.xx.2020-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə sahibinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxx 2020-ci il tarixli 9/1241 saylı rəydən məlum olur kı, ekspertiza tədqiqatına təqdim edilmiş 12 adda – 1. 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan ümumi dəyəri 40 (qırx) manat olan 2 (iki) ədəd Rusiya istehsalı olan uzun müddət istifadə olmuş, tünd yaşıl rəngli direllər, 2. 1 (bir) ədədinin qiyməti 15 (on beş) manat olan 1 (bir) ədəd “Zubr D-55 GR” markalı, kiçik ölçülü şrup bağlayan, 3. 1 (bir) ədədinin qiyməti 80 (səksən) manat olan ümumi dəyəri 160 (yüz altmış) manat olan 2 (iki) ədəd “BOSCH” markalı, ”GBH2-24” model tünd-yaşıl rəngli perfarator, 4. 1 (bir) ədədinin qiyməti 80 (səksən) manat olan 1 (bir) ədəd “Einhell” markalı, BH- G 826” model böyük perfarator, 5. 1 (bir) ədədinin qiyməti 65 (altmış beş) manat olan 1 (bir) ədəd markasız perfarator, 6. 1 (bir) ədədinin qiyməti 35 (otuz beş) manat olan ümumi dəyəri 70 (yetmiş) manat olan 2 (iki) ədəd üzərində “Vicounte VKP 60 0,37KW” yazısı olan tündyaşıl rəngli su nasosu. 7. 1 (bir) ədədinin qiyməti 50 (əlli) manat olan 1 (bir) ədəd üzərində “RTR MAX MAG 180” yazıları olan laqonda, 8. 1 (bir) ədədinin qiyməti 35 (otuz beş) manat olan 1 (bir) ədəd üzərində ‘'MARS XKM 60 0,37 KW” tünd göy rəngli su nasosu, 9. 1 (bir) ədədinin qiyməti 15 (on beş) manat olan 1 (bir) ədəd yaşıl rəngli üzərində “W 15G Kama"yazılari olan balaca su nasosu, 10. 1 (bir) ədədinin qiyməti 35 (otuz beş) manat olan 1 (bir) ədəd balaca üzərində “Kalibr WG 260” yazıları olan tünd göy rəngli su nasosu, 11. 1 (bir) ədədinin qiyməti 2 (iki) manat olan 2 (iki) ədəd ümumi dəyəri 4 (dörd) manat olan laqonda üçün taxta mişarlar, 1 (bir) ədədinin qiyməti 20 (iyirmi) manat olan 1 (bir) ədəd latun metaldan smistitelin istifadə olunması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 589.00 (beş yüz səksən doqquz) manat, təqdim edilməyən 2 adda - 1 ədəd 65 manat dəyərində perforator, hər biri 30 manat olmaqla, cəmi 2970 manat dəyərində 99 ədəd latun metaldan smestitellər nəzəri qaydada 3035.00 (üç min otuz beş) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərarın təsviri hissəsində qeyd edilən, tədqiqata təqdim edilməyən 17 adda malların - 1 ədəd lobzik, 25 (iyirmi beş) ədəd 25-lik plastmass kranları, 2 (iki) ədəd 180-lıq taxta kəsən mişar, 2(iki) ədəd kafel kəsən 180-lıq mişarlar, 80 (səksən) ədəd amerikanka, 70 ədəd 20-lik plastmass künclüklər, 40 (qırx) ədəd plastmas 0,25-lik üçlük, 40 metr uzunluğunda miss kabel, 100 ədəd işlənmiş Rusiya istehsalı 15-20-lik latun vintillər, 200 ədəd latun 15-20-lik baçonkalar, 20 ədəd latun amerikanka, 1 ədəd qara rəngli çemodan, 5-dəqiqəlik işlənmiş 3 ədəd radiatorlar, bir paket 4-lük elektrod, 100 metr uzunluğunda internet kabeli, 16 ədəd 16-lıq kranlar, 14 ədəd 16-lıq muftanın markasını modelləri, istehsal yerini, vəziyyətini müəyyən etmək mümkün olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, oğurluq nəticəsində vurmuş olduğu zərərləri ödəməməsini eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış - 2 ədəd göy-qara rəngli drellər, Rusiya Federasiya istehsalı 2 ədəd tünd yaşıl rəngli drel, 1 ədəd şrup bağlayan, 2 ədəd tünd-yaşıl rəngli böyük perferator, 1 ədəd tünd - yaşıl rəngli su nasosu, 1 ədəd tünd göy rəngli su nasosu, 1 ədəd yaşıl rəngli Kama markalı balaca su nasosu, 1 ədəd balaca su nasosu, 2 ədəd laqonda üçün taxta mişarlar, 1 ədəd smistitel, 1 ədəd 180-lıq laqonda sahibi Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə xərci 50 (əlli) manatın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Şahid1 alınıb dövlət büdcəsinə keçirilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-86/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-86/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver