Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-88/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Mirzəyev və Partnyorları vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4, 181.2.5 və 326.1-ci maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-88/23 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs onu İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 110 (yüz on) manat, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 110 (yüz on) manat, xx.xx.2022-ci il tarixdə saat 20:09-da ünvan 4 ünvanındakı “Araz” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 150 (yüz əlii) manat, xx.xx.2022-ci il tarixdə saat 16:34-də ünvan 4 ünvanındakı “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 40 (qırx) manat, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 62 (altmış iki) manat, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartın balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına hissə-hissə olmaqla ümumilikdə 66 (altmış altı) manat, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartın balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına hissə-hissə olmaqla ümumilikdə 41 (qırx bir) manat, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında olduğu zaman sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartın balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 26 (iyirmi altı) manat, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 35 (otuz beş) manat, xx.xx.2022-ci il tarixdə saat 18:46da ünvan 5 ünvanında yerləşən “Araz Praga” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 19 (on doqquz) manat, xx.xx.2022-ci il tarixdə saat 15:50-də ünvan 6 ünvanında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli bank kartına 50 (əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartın balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli bank kartına hissə-hissə olmaqla ümumilikdə 50 (əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 18:27-də ünvan 7 ünvanında yerləşən “Keşlə Market”də quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 25 (iyirmi beş) manat, xx.xx.2022-ci il tarixdə saat 15:49-da ünvan 6 ünvanındakı “Sərhədçi MTK”da quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 11 (on bir) manat, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsi ilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 40 (qırx) manat, xx.xx.2022-ci il tarixdə saat 15:10-da ünvan 8 ünvanındakı “Məryəm” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı X1 adına olan “Bank of Baku”nun 5209 8721 2926 0188 nömrəli plastik bank kartına 25 (iyiri beş) manat, xx.xx.2022-ci il tarixdə saat 12:45-də ünvan 5 ünvanında yerləşən “Araz Praga” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 85 (səksən beş) manat, xx.xx.2022-ci il tarixdə saat 15:10-da ünvan 8 ünvanındakı “Məryəm” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 25 (iyirmi beş) manat, xx.xx.2022-ci il tarixdə saat 15:18-də ünvan 5 ünvanında yerləşən “Araz Praga” marketdəki “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 100 (yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 18:09-da ünvan 8 ünvanında yerləşən “Məryəm” marketdə quraşdırılmış “Million” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid4 adına olan “Azərbaycan Beynəlxalq Bank”ın 5522 0993 5991 4082 nömrəli plastik bank kartına 20 (iyirmi) manat, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartın balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 26 (iyirmi altı) manat, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartın balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid2 adına olan “Kapital Bank”ın 4169 7385 6286 1736 nömrəli plastik bank kartına 26 (iyirmi altı) manat, xx.xx.2022-ci il tarixdə saat 21:22-də ünvan 8 ünvanındakı “Məryəm” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid3 adına olan “Unibank”ın 4098 5844 6243 9850 nömrəli plastik bank kartına 25 (iyirmi beş) manat, xx.xx.2022-ci il tarixdə saat 18:03-də ünvan 6 ünvanındakı “Sərhədçi MTK”da quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid4 adına olan “Azərbaycan Beynəlxalq Bank”ın 5522 0993 5991 4082 nömrəli plastik bank kartına 30 (otuz) manat, xx.xx.2022-ci il tarixdə saat 18:50-də ünvan 6 ünvanındakı “Sərhədçi MTK”da quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli bank kartına 10 (on) manat pul köçürməklə ələ keçirmiş, daha sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Q.Qarayev prospekti 51 ünvanında yerləşən “Ağ Çiçəyim” gül dükanının yaxınlığında Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat nəğd pul almış, 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, C.Həsənov küçəsi 93 ünvanında yerləşən binanın qarşısında 1450 (min dörd yüz əlli) manat nəğd pul almış, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsilə öz tanışı Şahid1 adına olan “Unibank”ın 4098 5844 5885 8477 nömrəli plastik bank kartına 5 (beş) manat, xx.xx.2022-ci il tarixdə saat 11:26-da Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 38 ünvnındakı “Asan Kommunal” mərkəzində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid5 adına olan “Unibank”ın 4098 5844 6038 9370 nömrəli plastik bank kartına 10 (on) manat, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində N.Ə.Kalbalıyevin yaşadığı ünvan 3 ünvanında sonuncuya məxsus “Azərbaycan Beynəlxalq Bank”ın 4127 2093 0151 1553 nömrəli plastik bank kartının balansından “İBAM” mobil tətbiqi vasitəsi ilə öz tanışı Şahid5 adına olan “Unibank”ın 4098 5844 6038 9370 nömrəli plastik bank kartına 5 (beş) manat, xx.xx.2022-ci il tarixdə saat 15:17-də ünvan 6 ünvanında quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə öz tanışı Şahid3 adına olan “Unibank”ın 4098 5844 6243 9850 nömrəli plastik bank kartına 15 (on beş) manat pul köçürdüb alaraq ümumilikdə Zərərçəkmiş şəxs 3492 (üç min dörd yüz doğsan iki) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs “İnstagram” sosial şəbəkəsindən tanış olmaq məqsədi ilə ona məxsus olan Edel Edelmanov adlı hesaba yazmış, onlar tanış olduqdan sonra aralarında sevgi münasibəti yaranmışdır. O, ailəli olduğu üçün sosial şəbəkədə öz adından istifadə etməsə də, Nuranə ilə tanış olduqdan sonra adının Orxan olduğunu demişdir. Daha sonra onlar dəfələrlə müxtəlif yerlərdə, hətta zərərçəkmiş şəxsə məxsus mənzildə də görüşmüşlər. Onların münasibətləri olan zaman Nuranə onunla birlikdə restorana getmək və alüdəçisi olduğu spirtli içki qəbul etmək üçün anasına işə düzəlmək məqsədi ilə ona pul lazım olduğu barədə yalan deyərək valideinindən müxtəlif məbləğlərdə pullar almışdır. Həmçinin keçmiş ərinin ona ödədiyi alimentləri də gətirərək birlikdə xərcləmişlər. Həmin dövrdə maddi vəziyyəti pis olduğundan o, Nuranədən dəqiq xatırlamadığı məbləğdə müxtəlif vaxtlarda pullar almışdır. Nuranə həmin pulları onun dostlarına məxsus plastik bank kartlarına göndərmişdir. Nuranə ona heç vaxt dediyi yüksək məbləğdə pul verməyib, ümumi məbləği xatırlamasada həmişə hissə-hissə kiçik məbləğləri plastik bank kartlarına göndərmişdir. O, heç vaxt Nuranədən işə düzəltmək adı ilə pul almamışdır. Sosial şəbəkədə olan saxta profillərdən Nuranə valideyinini inandırmaq üçün özü yazıb. Hətta qısqanclıq səbəbi ilə onun istifadəsində olan “İnstagram” sosial şəbəkəsindəki hesabının da şifrəsi Nuranədə olmuşdur. Lakin Nuranə onun ailəli olduğunu öyrəndikdən sonra barəsində “102” xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, iş tapmaq məqsədi ilə “İnstagram” sosial şəbəkəsində Edel Edelmanov adlı şəxslə yazışmış, həmin şəxs yəhudi əsilli olduğunu, səfirlikdə yüksək vəzifədə işlədiyini, həmçinin anasının səfirlikdə işlədiyini bildirmişdir. Bir müddət sonra həmin şəxs ilə sevgi münasibətləri yaranmış, münasibətləri olan dövrdə onun adının Orxan olduğunu və ailəli olduğunu bilməmişdir. O, yalnız şikayət etdikdən sonra 36-cı polis bölməsində olan zaman polis əməkdaşından təqsirləndirilən şəxsin adının Orxan olduğunu öyrənmişdir. Orxan onu Filippin Respublikasının səfirliyində kitabxanaçı vəzifəsinə işə düzəldə biləcəyini, bunun üçün 3500 (üç min beş yüz) – 4000 (dörd min) manat məbləğində pulun lazım olduğunu bildirmiş, o Orxana həmin məbləğdə pulunun olmadığını, lakin dediyi işə düzəlmək istədiyini demiş, Orxan ona pulu hissə-hissə verə biləcəyini bildirdiyindən o bu təkliflə razılaşmışdır. İlk dəfə ona kabinet yaratmaq üçün 110 (bir yüz on) manat lazım olduğunu, daha sonra 180 (bir yüz səksən) manat istəmişdir. Əlavə olaraq plastik bank kartı və ödəmə terminalları vasitəsilə müxtəlif şəxslərə müəyyən məbləğdə pullar göndərmiş, qeyd etdiyi qaydada göndərdiyi pullarla bağlı çekləri və mobil bank sistemindən çıxarışların çeklərini müstəntiqə təqdim etmişdir. Bundan başqa Orxan onun yaşadığı ünvanın yaxınlığına gələrək ondan 1450 (bir min dörd yüz əlli) manat pul almış, daha sonra xalqlar adlanan ərazidə yerləşən lombarda iki ədəd üzüyü verərək götürdüyü 800 (səkkiz yüz) manatı Filippinə göndərmək üçün Orxana vermişdir. Həmin müddət ərzində Orxanın ona iş yoldaşları olduğunu dediyi Fuad Qasımov, Səidə Omarova, Sevil Sultanova, Xalid Quliyev və Fəridə Şeytan adlı şəxslərə məxsus hesablar ilə yazışmaları olmuş, Səidə Omarova adlı hesab ilə danışarkən sonuncu ondan sağlamlıq haqqında arayışın və digər sənədlərin lazım olduğunu, təcili ona çatdırmalı olduğunu bildirmişdir. Digər şəxslərə məxsus olan hesablarla da iş barədə yazışmaları olmuşdur. Orxan qeyd etdiyi formada ümumi olaraq 3492 (üç min dörd yüz doğsan iki) manat məbləğində zərər vurmuşdur. O Orxana yalnız işə düzəlmək üçün pul vermiş, heç bir halda ona borc verməmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ortaq dostu Samir vasitəsilə təxminən bir il əvvəl tanış olmuşlar. Xatırlamadığı tarixdə Orxan və Samir ilə birlikdə olarkən Orxan ona bir nəfər şəxsin ona borcunun olduğunu və həmin şəxsin ona pul göndərməsi üçün plastik bank kartının lazım olduğunu, lakin Orxanın şəxsi bank kartı olmadığından ona məxsus bank kartını istəmişdir. O, Orxan ilə razılaşaraq kartın şəklini çəkib dediyi nömrəyə göndərmişdir. Bundan sonra bir neçə dəfə həmin şəxsin göndərdiyi pulları nağdlaşdıraraq Orxana təhvil vermişdir. Bu hal təxminən 3-4 dəfə baş vermişdir. Orxan tərəfindən törədilmiş dələduzluq ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ortaq dostu olan Samir vasitəsilə təxminən 2022-ci ilin mart ayında tanış olmuşlar. Xatırlamadığı tarixdə Orxan və Samir ilə birlikdə kafedə olarkən Orxan ona bir nəfər şəxsin ona borcunun olduğunu və həmin şəxsin ona pul göndərməsi üçün plastik bank kartının lazım olduğunu, lakin özünün bank kartının olmadığını, bu səbəbdən ona məxsus olan bank kartını istəmişdir. O, Orxan ilə razılaşaraq kartın şəklini çəkib dediyi nömrəyə göndərmişdir. Bundan sonra bir neçə dəfə həmin şəxsin göndərdiyi pulları nağdlaşdıraraq Orxana vermişdir. Bu hal sayını dəqiq xatırlamasa da bir neçə dəfə baş vermişdir. Orxanın həqiqətdə bu pulları hansı səbəbdən alması ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2 ilə əvvəl tanış olmuşdur. Dəqiq xatırlamadığı tarixdə çayçıya getdikləri zaman söhət edərkən Orxan ona bir nəfər şəxsin ona borcunun olduğunu və həmin şəxsin ona pul göndərməsi üçün plastik bank kartının lazım olduğunu bildirərək onun bank kartını istəmişdir. O, Orxana inandığından bank kartının şəklini çəkib dediyi nömrəyə göndərmişdir. Bundan sonra bir neçə dəfə həmin şəxsin göndərdiyi pulları nağdlaşdıraraq Orxana vermişdir. Dəqiq sayını xatırlamasa da, bu tipli əməliyyatlar təxminən 3-4 dəfə olmuşdur. Öz adına rəsmləşdirilmiş bank kartına göndərilən pul məbləğlərinin hansı məqsədlə göndərilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdən dostluq münasibətləri olmuşdur. Təxminən 2022-ci ilin may-iyun ayları ərzində Orxan ona bir nəfər şəxsin borcunun olduğunu və həmin şəxsin ona pul göndərməsi üçün plastik bank kartının lazım olduğunu bildirərək onun bank kartını istəmişdir. O, Orxana inandığından bank kartının şəklini çəkib göndərmişdir. Bundan sonra dəqiq xatırlamasam da, təxminən üçdörd dəfə fəqrli məbləğlərdə plastik banka kartına göndərilmiş pulları nağdlaşdıraraq Orxana vermişdir. Təqsirləndirilən şəxs tərəfindən edilmiş dələduzluq əməlindən xəbəri olmamışdır. Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: zərərçəkmiş şəxs qismində tanınma haqqında 09 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 24); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 195-198); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.4, 181.2.5 və 326.1 maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 138- 139); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi darəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında qeydiyyatdadır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (i.v. 142); sübutların qiymətləndirilməsi haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ödəniş terminallarının çekləri və şəxsi bank kabineti vasitəsi ilə göndərilmiş ödənişlərlə bağlı əməliyyatların ekran şəkillərinin surətləri maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir ( i.v. 277-296); Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin: 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut elektron ödəniş terminallarının çekləri və şəxsi bank kabineti vasitəsi ilə göndərilmiş ödənişlərlə bağlı əməliyyatların ekran şəkillərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-88/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-88/2023
31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver