Məhkəmə qərarları › İş №1(011)-89/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-89/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-89/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 aprel 2020-ci il tarixdən başlayaraq hər ay bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində alimenti övladları 15 oktyabr 2006-cı il təvəllüdlü X2 və 20 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 fevral 2020-ci il tarixli, 2(011)-1956/2020 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 01 avqust 2022-ci il tarixli, 3(011)- 2651/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 18 avqust 2022-ci il, 15 sentyabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 oktyabr 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 8726,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, kondisioner ustası işləyir və aylıq gəliri 250,00 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə 2005-ci ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da övladları Zərərçəkmiş şəxs himayəsində yaşamış, 2020-ci ildə aliment tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(011)- 1956/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 06 aprel 2020-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları Aytən Məmmədovanın və Ayan Məmmədovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, 01 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Daha sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və bu səbəbdən zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığını qeyd edərək barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşaqları onun himayəsində yaşamış, Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(011)-1956/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək hər ay bir uşağa 150,00 manat, iki uşağa cəmi 300,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 01 avqust 2022-ci il tarixli, 3(011)-2651/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmış və nəticədə cəmi 8726,00 manat aliment borcu yaranmışdır .Daha sonra Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödədiyindən onunla barışdığını qeyd edərək onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş bu barədə olan yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 və Şahid2 ifadələri təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə oxşar olmuşdur. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(011)-1956/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 06 aprel 2020-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 150,00 manat, cəmi 300,00 manat sabit pul məbləğində aliment 15 oktyabr 2006-cı il təvəllüdlü X2 və 20 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli 2(011)-1956/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişdən məlum olur ki, Təqsirləndirilən şəxs 10 (on) gün müddətində tələbi könüllü icra etməsi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəmənin 01 avqust 2022-ci il tarixli 3(011)-2651/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 iyul 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində (306.1, 306.2, 263.1, 263.1-1) nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə də, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini və onun həmin cinayət təqibi üzrə icraata xitam verilməsi barədə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2 ,40.3, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar