Məhkəmə qərarları › İş №1(011)-89/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-89/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-89/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3, müdafiəçi Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, subaydır, əvvəllər məhkum olunmamış, işləmir, ünvan 1 ünvanında qeydiyaytda olmaqla yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, sosial şəbəkədə ünsiyyətdə olaraq mesajlaşdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış narazılığa aydınlıq gətirməsi üçün, 18 may 2023-cü il tarixdə saat 17:30-da sonuncunun məşq etdiyi ünvan 2 ünvanda yerləşən “Lider” idman zalının yanına gəlib Zərərçəkmiş şəxslə görüşərkən həmin narazılıqla bağlı yaranmış mübahisə zamanı yumruqları ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona alın nahiyəsinin sıyrığı, sol qulaq seyvanı, sağ gicgah nahiyəsinin qançırları, burun nahiyəsinin qançır-şikinlik halında əziyi kimi xəsarətlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən və sol gözaltı nahiyənin və göz qapaqlarının hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 18 may 2023-cü il tarixdə onunla bir məktəbdə təhsil aldığı dostu Şahid4 “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə danışaraq tanımadığı saxta profildən kimsə yazaraq bacısına sataşdığını, buna görə narahat olduğunu və köməklik etməsini ondan xahiş etmişdir. Daha sonra Sübhan “Ucuz satış burada” adlı saxta profili ona göndərmiş və bu məsələni aydınlaşdırmasını xahiş etmişdir. O da həmin səhifəyə yazaraq özünü Sübhanın dostu kimi təqdim edib həmin şəxsdən Sübhana niyə şər atmasını xəbər almışdır. Həmin profili yaradan şəxs özünü təqdim etməyib, Sübhanın güya onun bacısına sataşmasını və bu işin ona aid olmamasını yazmışdır. Sonra həmin şəxs harada oxumağını xəbər aldıqda cavab olaraq mesaj yazmışdır ki, zənginə cavab versin danışıb bu məsələyə aydınlıq versin. Lakin həmin şəxs özünün və anasının ünvanına nalayiq sözlər deyib təhqir edərək bloka atmışdır. Söyüşə görə əsəbiləşib Sübhandan həmin şəxsi necə tapa biləcəyini xəbər almışdır. Sübhan həmin şəxslə bir zalda məşq etdiyini və saat 16 radələrində Lider idman zalında olacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində dostları Rafiq, Fəqan, Elnur və Nihata bildirmişdir ki, Lider idman zalında məşq edən, adını bilmədiyi şəxslə dalaşacaq. Həmin şəxslə dalaşan zaman kənardan kimsə müdaxilə edərsə onların qarşısını almalarını xahiş etmişdir. Bundan sonra birlikdə Sadıqcan küçəsi 3 saylı ünvanda yerləşən Lider idman zalının qarşısına getmişlər. Görüşəcəyi şəxsi tanımadığına görə Sübhanla görüşüb xahiş etmişdir ki, onunla yazışıb özünün və anasının ünvanına təhqiredici sözlər deyən şəxsi ona göstərsin. Sübhan da idman zalının çöl tərəfindən zalda olan bir nəfəri göstərib adının Ramil olduğunu və saat 17:00-da idman zalından çıxacağını bildirmişdir. Dostları ilə birlikdə idman zalının qarşısında bir müddət gözlədikdən sonra Ramilin idman zalından çıxdığını görüb ona yaxınlaşmışdır. Saxta profil ilə özünü və anasını söyməsini Ramilə bildirdikdə sonuncu onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı yumruqla Ramilin sifət nahiyəsindən bir neçə dəfə vurmuşdur. Dava zamanı özü yerə yıxılmış və Ramildə onun üzərinə yıxılmışdır. Ramillə dalaşanda o da əli ilə başına və bədəninin müxtəlif yerlərindən vurmuşdur. Yanlarında olan dostları və digər tanımadığı şəxslər onları ayırmışlar. Dava-dalaş zamanı orada tanıdıqları Şahid5, Şahid2, Rafiq və Elnur adlı şəxslər, həmçinin tanımadığı bir neçə nəfər şəxslər olmuşdur. Törətdiyi əməldən peşman deyil. Ona cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən yüngülləşdirici halların nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, yetkinlik yaşına çatdığı üçün sürücülük vəsiqəsi əldə edəcək və işləyəcəkdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdən ünvan 2 ünvanda yerləşən “Lider” idman klubunda ağır atletika üzrə məşqə gedir. Məşq etdiy dövrdə Şahid4 ilə tanış olmuş və aralarında məşq yoldaşı kimi yaxın münasibətləri olmuşdur. Lakin sonradan Sübhan onunla xoşagəlməyən zarafatlar etdiyinə görə ondan uzaqlaşıb bildrmişdir ki, xoşa gəlməyən zarafatlar etməsin. Sübhanda onunla zarafat etməmişdir. Ancaq aralarında hər hansı bir mübahisə və dava-dalaşı olmamışdır. Buna baxmayaraq Sübhanla danışmamış və mobil nömrəsini bloklamışdır ki, zəng etməsin. 18 may 2023-cü il tarixdə təxminən saat 15:00 radələrində həmişəki kimi Sadıqcan küçəsi 3 saylı ünvanda yerləşən “Lider” idman klubuna məşqə getmişdir. Saat 17:30 radələrindək olan müddət ərzində zalda məşq etmişdir. Bu müddət ərzində Sübhan da zalda olmuş və aralarında hər hansı bir məzmunlu danışıqları olmamış, hətta bir-birlərinə salam verməmişlər. Saat 17:30 radələrində təkcə idman klubundan bayıra çıxanda ona tanımadığı, təxminən 15 nəfərə yaxın, 17-18 yaşlarında olan adamlar yaxınlaşmışlar. Onlardan biri, hansı ki sonradan adının Nihat olduğunu bildiyi şəxs ona yaxınlaşıb nə üçün “Sübhanı söyüb təhqir etmisən” deyə müraciət etmişdir. O da Sübhanı söymədiyini və təhqir etmədiyini bildirmişdir. Bundan sonra Nihat ona demişdir ki, “Sübhana deyib ki, bacısına niyə söz atıb”. O da cavab vermişdir ki, bacısı yoxdur, Sübhana da belə söz deməyib, ola bilsin ki, onu kiminləsə səhv salır. Bu zaman Sübhan onlara yaxınlaşıb demişdir ki, söhbətinizi dayandırın. Nihat da Sübhana bu söhbətin axırına çıxacağını demişdir. Bundan sonra Nihat əsəbidir deyib gözləmədiyi anda yumruqla sol tərəf göz nəhiyəsinə vurmuş, daha sonra dayanmadan yumruqları və təpikləri ilə bədəninin müxtəlif yerlərindən vurmağa başlamışdır. Nihatdan başqa onun yanında olanlardan adlarını bilmədiyi və əvvəllər görmədiyi, təxminən 10 nəfər şəxslər də əlləri və ayaqları ilə onun bədəninə və sifətinə vurmuşlar. Hadisə yerində olan tanımağı şəxslər onları ayırmışlar. O, bundan istifadə edib qardaşı Rəsula zəng edib hadisə barədə ona məlumat verib hadisə yerinə dəvət etmişdir. Bundan sonra yaxınlıqda yerləşən dönərxanaya getmişdir. Təxminən 5 dəqiqədən sonra Rəsul onun olduğu ünvana gəlmişdir. Rəsulun gəldiyini görüb dönərxanadan bayıra çıxmışdır. Rəsul gələndən sonra onu döyən şəxslərin kimlər olduğunu aydınladırmağa başlamışdır. Təqsirləndirilən şəxs mobil telefonunda onunla yazışmalarını Rəsula göstərmişdir. Rəsul Nihatla danışan zaman onlar Rəsulla dalaşmaq istəmiş və Rəsulu parka dəvət etmişlər. Lakin Rəsul parka getməkdən imtina etmiş və evlərinə tərəf qaçmışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə saat 17:30 radələrində hazırlıqdan çıxıb yaşadığı evə gedərkən ünvan 3 ünvanda yerləşən “Lider” idman klubunun qarşısından keçəndə onunla bir məktəbdə təhsil alan, eyni zamanda qonşuluqda yaşayan Təqsirləndirilən şəxs və soyadını bilmədiyi Rafiq adlı şəxsin dayandıqlarını görüb onlarla görüşüb həmin yerdə dayanmalarının səbəbini xəbər almışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, “Lider” idman klubundan çıxacaq Ramil adlı şəxs ona qarşı söyüş işlətdiyinə görə dalaşacaq. Nihatın dalaşacağı şəxsə yanındakılardan kimsə köməklik etsə onları ayırmağı xahiş etmişdir. O Nihatla Rafiqin yanında dayanmışdır. Həmin vaxtı Nihat, Rafiq və tanımadığı, adlarını bilmədiyi şəxslər də olmuşdur. Dayandıqdan təxminən 15-20 dəqiqə sonra “Lider” idman klubundan bayıra, sonradan adının Ramil olduğunu bildiyi şəxs çıxmışdır. Ramil bayıra çıxanda Nihat ona yaxınlaşıb nə isə demiş və 10-15 dəqiqə danışdıqdan sonra Nihat yumruqla Ramili vurmağa başlamışdır. Dava zamanı onların ikisi də yerə yıxılmışdır. O, və orada olan tanıdığı şəxslərdən Şahid2 və tanımadığı təxminən 10-12 nəfər onları ayırmışlar. Bundan sonra Ramil harasa getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdən ünvan 2 ünvanda yerləşən “Lider” idman klubunda ağır atletika üzrə məşqə gedir. Məşq etdiy dövrdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. İlk zamanlar onunla arasında hər hansı bir xoşa gəlməyən hallar olmamış, lakin sonradan Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onunla xoşa gəlməyən zarafatlar etmişdir. Sonda isə naməlum instoqram hesabından instoqram hesabına tanımadığı şəxs mesaj yazmışdır ki, giya onun bacısına söz atıb. O da cavab yazmışdır ki, heç kimin bacısına söz atmayıb. Daha sonra həmin şəxs mesaj yazmışdır ki, Ramildən üzr istəsin və həmin yazının şəklini çəkib ona göndərsin. O da cavab yazmışdır ki, Ramildən niyə üzr istəsin, axı ona heç nə deməyib. Bu məzmunlu yazışmadan sonra 18 may 2023-cü il tarixdə, saat 14:30 radələrində istifadəsində olan mobil telefonundan tanıdığı Nihat adlı şəxsə zəng edib demişdir ki, Ramillə arasında olan bu məsələni aydınlaşdırsın. Nihat da məşq etdikləri zala gəlib Ramillə danışıb izah edəcəyini demişdir. 18 may 2023-cü il tarixdə saat 15:15 radələrində Nihatla 245 saylı tam orta məktəbin yanında görüşmüşdür. Həmin vaxt Nihat tək olmuşdur. O, Nihata demişdir ki, Ramil adlı məşq yoldaşı onunla xoşa gəlməyən zarafatlar edir, söyüş söyür və instoqram hesabında ona mesaj yazır ki, guya onun bacısına söz atmışdır. Ona görə də ondan üzr istəsin. Nihat da ondan mesaj yazan şəxsin istoqram hesabını istəmiş, o da hesab nömrəsini Nihata verib yaşadığı evə getmişdir. Həmin günü saat 16:30 radələrində həmişəki kimi məşq etmək üçün ünvan 4 ünvanda yerləşən “Lider” idman klubuna getmişdir. İdman klubuna çatanda görmüşdür ki, Nihat “Lider” idman klubunun qarşısında oturacaqda əyləşib, yanında da tanımadığı 3-4 nəfər cavan oğlanlar var. Nihata yaxınlaşıb görüşüb demişdir ki, Ramilnən arasında olan məsələ həll olub, ona görə də getsin. Nihat da narahrçılıq olmadığını, sadəcə Ramili göstrərməsini xahiş etmişdir. O da idman zalının açıq qapısından Ramili Nihata göstərib zala daxil olmuşdur. Zala daxil olandan təxminın bir saat keçəndən sonra Ramil məşqini başa çatdırıb zaldan bayıra çıxmışdır. Ramil bayıra çıxandan sonra dava-dalaş baş verdiyinin səsini eşidib küçəyə çıxanda görmüşdür ki, Nihat Ramillə dalaşır. Tanımadığı şəxslər isə onları ayırmağa çalışırlar. O da istəmişdir ki, ayırsın. Lakin onları ayıran adamlar çox olduğuna görə zala qayıtmışdır. Zalda təxminən 1 saat məşq etdikdən sonra evə getmək üçün bayıra çıxanda idman klubunun qarşısında Ramili, valideynləri, qardaşı və polis əməkdaşları ilə görmüşdür. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşıb 36-cı PB-yə dəvət etmişdir. Polis şöbəsində izahatını alandan sonra evə göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 3 ildir ünvan 2 ünvanda yerləşən “Lider” idman klubunda məşqçi işləyir. Zərərçəkmiş şəxs və Şahid4 məşqçi olduğu idman zalında məşq edirlər. Məşqdə olduqları zamanlar o, nə vaxtsa onların mübahisə etdiklərini görməmişdir. 18 may 2023-cü il tarixdə, saat 17:30 radələrində idman zalında olduğu zaman bayırda uşaqların mübahisə etmələri səsini eşidib bayıra çıxmış və görmüşdür ki, təxminən 16-17 yaşlarında olan bir uşaq Zərərçəkmiş şəxslə dalaşır. Onların yanlarında olan cavan uşaqlar və yaşlı kişilər də onları ayırırlar. Qısa bir zamanda həmin şəxslər Zərərçəkmiş şəxslə dalaşan şəxsi ayırmışlar. Bundan sonra məşq zalına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə, təxminən saat 17:30 radələrində oğlu Təqsirləndirilən şəxs ona zəng edib demişdir ki, bir nəfər uşaq onun özünün və anasının ünvanına söyüş söydüyünə görə ünvan 5n klubunun qarşısında onunla dalaşıb və yoldan keçən tanımadığı şəxslər də onunla dalaşmaq istəyir. Mən tez bir zamanda həmin ünvana getdim. Ora çatanda orada təxminən 15-20 nəfər tanımdığım şəxslər olduğunu gördüm. Ancaq hər hansı bir davadalaş yox idi. Mən Nihata yaxınlaşıb nə hadisəsinin baş verdiyini xəbər alıb onu tənbeh etməyə başladım. Nihat da orada olan cavan bir oğlanı göstərib dedi ki, bu oğlan özünün və anasının ünvanına söyüş söydüyünə görə onunla dalaşıb. Bu zaman həmin oğlanın yanında olan böyük qardaşı ona yaxınlaşıb demişdir ki, söyüb-söyüb də burada nə var deyə cavab vermişdir. O da söymək lazım deyil qardaşını da götürüb getməsini bildirmişdir. Bundan sonra onlar həmin yerdən getmişlər. O da oğlu ilə birlikdə evinə getmişdir. Həmçinin Şahid1 onuda göstərmişdir ki, o, Rəsul Babayevin yaxasından tutmayıb və ünvanına söyüş söyməyib. Eyni zamanda Ceyhun Babayevə hər hansı bir formada hədə-qorxu gəlməyib, barəsində nalayiq sözlər işlətməyib. Ona zəng etməkdə məqsədi barışmaq olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-nin sahə inspektoru vəzifəsində işləyir. ünvan 2 ünvan xidmət apardığı inizbati inzibati ərazisinə aiddir. 18 may 2023-cü il tarixdə, saat 17:30 radələrində Sadıqcan küçəsi 3 saylı ünvanda yerləşən “Lider” idman klubunun qarşısında yetginlik yaşına çatmayan şəxslərin dalaşmalarına dair həmin günü məlumatı olmuşdur. Hadisə baş verən ünvanda, həmin ünvanın qarşısında və ya yaxınlığında baş vermiş münaqişəni qeydə ala biləcək kameralar yoxdur. Həmin münaqişə ilə bağlı başlanmış cinayət işi üzrə şahidlərin müəyyən edilməsi, eyni zamanda yaxın ərazidə kameraların olub-olmmasına dair əməliyyat tapşırığında göstərilənlərin icra olunması ona həvalə edilmişdir. Əməliyyat tapşırğının icrası zamanı hadisəni görə biləcək şəxsləri müəyyən etmək mümkün olmamış, həmçinin hadisə yerini göstərə biləcək kameralar olamdığına görə və çəkiliş müddəti bitdiyinə görə cavab məktubundə qeyd etmişdir ki, kameraların çəkiliş müddəti bitmişdir. Lakin özü yaşayış binalarının həyətində quraşdırlmış videomüşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərə baxanda münaqişədən bir neçə dəqiqə sonra iki azyaşlı uşaqların binanın dəhlizinə daxil olmaları, onlardan sonra da bir neçə nəfərin binanın həyətinə gəlmələrini görüb həmin video yazını diskə köçürüb təhqiqatçı Ramin İsmayılova təqdim etmişdir. Ola bilsin ki, C.Babayevə həmin görüntünü Ramil İsmayılov göstərib. Həmin videogörüntüdə münqaişə yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özünün etirafı, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanması qərara alınmışdır. (i.v. 1); X8 18 may 2023-cü il tarixində Bak şəhəri Xətai RPİ-nin 36-cı PB-ə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Xətai rayonu, Sadıqcan küçəsi 3 saylı ünvanda yerləşən “Lider” İdman kubunun qarşısında oğlu 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tanımadığı təxminən bir neçə şəxslər döyərək xəsarət yetirmişlər. Oğlunu döyən şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir.(i.v12) xx.xx.2023-cü il tarixində Hadisə yerinə baxış keçirilməsi barədə tərtib edilmiş protokoldan və fotoşəkillərdən görünür ki, hal şahidlərin iştirakı ilə Xətai rayonu, Sadıqcan küçəsi 3 saylı ünvanda yerləşən “Lider” İdman kubunun qarşısında baxış keçirilmişdir. (i.v.19-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 556 saylı ekspert rəyindən görünür ki, 1.Vət.X9 boyun və sol körpücük nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, müddəti qərarda göstərilmiş xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. 2.Vət.X9 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsinə xarakterik deyildir (i.v 36-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X12- Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 543 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyəsinin sıyrığı, sol gözaltı nahiyənin və göz qapaqlarının hematoması, sol qulaq seyvanı, sağ gicgah nahiyəsinin qançırı, burun nahiyəsinin qançır-şişkinlik halında əziyi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətləri xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həmdə ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilməmişdir. ( i.v.39-41); 12 iyul 2023-cü il tarixində Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.67) 08 dekabr 2023-cü il tarixli qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, X8 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v 261) 10 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 16:00-da saxlanılaraq Xətai RPİ 36cı PB-nə gətirilmişdir.(i.v 87) 10 avqust 2023-cü il tarixli şübhəli şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və onun saxlandığı MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 91) 10 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v 114) 10 avqust 2023-cü il tarixli mesaj mətnlərinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid4 arasında baş vermiş və A 4 farmatlı kağıza köçürülmüş mesaj mətn yazışmalarına baxış keçirildikdə müəyyən edildi ki, "ucuz satış burada" profilini yaratmış şəxs Şahid4 yazır ki, sən mənim bacıma niyə ilişmisən?. Şahid4 də cavab yazır ki, bağışlayın sizin bacınızı tanımıram, sizi tanımıram. 2-ci vərəqdə qeyd edilənlər:-saat 5-in yarısı Orda olacam. Sən birinci dava elədiyin Ramildən üzr istə vahatsapda yaz mənə şəklinidə atacaqsan. Raul, sənə nağarmışam ki, Raul; yox Raul deyil, nağarmışam ki, özün bilirsən, Tez elə yaz ona; 3-cü vərəqədə qeyd edilənlər-Ay qaqa, Bax bir söz deyim, de; Kişi kimi mən onnan heç dava eləməmişəm. Mən də olub günah Qardaşına takip atmışam, Ala üzr istə onnan; qardaşına tapik atmışam, Səhv eləmisən. Üzr istəməsən başına oyun açacaq. 4-cü vərəqədə qeyd edilənlər- Səhv eləmisən üzr istəməsən başına oyun açacaq, ssat 5 -in yarısı ol lederdə. Deyirəm ki, üzr istə, pis olacaq sənin üçün. Aya qaqa gəl düzünü deyək, nağarmışam. Səhv səndədi üzr istə, 5 in yarısı ol liderdə, üzr istə, 5 in yarısı ol Liderdə 5-ci vərəqədə qeyd edilənlər- başa salacağ. Sağol, Kimsən ki, Məni tanımırsan amma bacımı tanıyırsan. Kimdir də Bacın. Liderdə bilərsən, davay sağol. Təqsirləndirilən şəxs ilə yazışmaların mətnləri. 1-ci vərəqədə qeyd edilənlər:-Salam qaqam, Sübhan yazmısan bacıma niyə ilişmisən nə məsələdir qaqaşım Sübhan elə oğlan deyil kiminsə bacısına qızına ilişsin. Hə ilişib bilmirsən danışma. Zəngi aç. Açmıram. 2-ci vərəqədə qeyd edilənlər:-Adın nədi senin qaqam 245 de oxuyursan sən?, sana yanıt verdi. Sən harda oxuyursan?, Mən 245-de oxuyuram qaqam Mən şəhərdə, bacın 245 de oxuyur? Pis çıxmasın. Sən kimsən?. Qaqam deyirəm zəngi aç danışaq. aydınlaşdıraq. Mesaj yaz. 3-cü vərəqədə qeyd edilənlər:-Sən harda oxuyursan?. Mən 245 de oxuyuram qaqam. Mən şəhərdə. Bacın 245 de oxuyur?. Pis çıxmasın. Sən kimsən?. Qaqam deyirəm zəngi aç danışaq, aydınlaşdıraq. Qəhbə vızqırd buradan buradan qancığdan əmələ gələn (i.v 132-133) 25 avqust 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, X5 Şahid5 qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v 136) 25 avqust 2023-cü il tarixli yetkinlik yaşına çatmayan şahidə qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, X6 Şahid2 qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v 146) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 159); 28 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs Şahid2 onu vurmasını bildirsə də, Şahid2 zərərçəkmiş şəxsi vurmadığını onun üzünə demişdir.(i.v 165-166) 28 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs Şahid5 onu vurmasını bildirsə də, Şahid5 zərərçəkmiş şəxsi vurmadığını onun üzünə demişdir.(i.v 167-168) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi və onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi, Şahid1 Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır.(i.v 226-231) 08 dekabr 2023-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xətai RPİ-nin xidməti otağındakı <HP>> markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 2 ədəd "VİD- 20230608-WA0016" və "VİD-20230608-WA0017" adlı video fayllar aşkar olundu. Həmin video fayllardan "VİD-20230608-WA0016 saylı video fayl açıldıqda hündür mərtəbəli yaşayış binalarının həyətinin avtomobil yolunun giriş hissəsinin görüntüsü vardır. Ekranın sol yuxarı hissəsində 2023 Pe 18:07:10 sözləri yazılmışdır. Görüntüyə baxan zaman binanın həyətinə 2 nəfərin qaç-qaça binanın 1-ci blokuna daxil olduqları, onlardan sonra binanın həyətinə 9 nəfərin daxil olduğu görünür. 9 nəfərin arasında olanlardan biri, hansı ki, kürəyində məktəbli çantası olan bir nəfər binanın 1-ci blokuna daxil olur və dərhalda blokdan bayıra çıxır və onların hamısı binanın həyətindən geri qayıtdıqları görünür. Bundan başqa "VİD-20230608-WA0017 saylı video fayl açıldıqda hündür mərtəbəli yaşayış binalarının həyətinin avtomobil yolu ilə 9 nəfər şəxsin adi yerişlə binanın həyət yolu ilə hərəkətlərini davam etdirib naməlum istiqamətə getdikləri görünür. Videogörüntülərdə hər-hansı bir dava-dalaş olması öz əksini tapmamışdır. (i.v 265) 08 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş "yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbacyan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs almış olduğu xəsarət dərəcəsi təyin edilməyən olduğuna və həmin xəsarət qəsdən yetirilmədiyinə görə bu xüsusat üzrə cinayət təqibinə xitam verilməsi, Zərərçəkmiş şəxs 10 və daha çox şəxs tərəfindən döyülərək xəsarət yetirilməsi təsdiqini tapmadığı üçün bu barədə cinayət təqibinə xitam verilməsi, Şahid2 və Şahid5 əməllərində Azərbaycan Respublikasının CMnin 128 və 221.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün bu xüsusət üzrə də cinayət təqibi başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişədən sonra bir qrup şəxsin yaşayış binalarının həyətindən keçmələrinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmalı və istintaq materiallarına əlavə edilməsi, cinayət işinin bəzi materiallarında təqsirləndirilən şəxs X4 göstəriləsə də cinayət işində olan rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxsdur. Odur ki, Təqsirləndirilən şəxs kimi qəbul edilməsi, eyni zamanda cinayət işinin bəzi materiallarında zərərçəkmiş şəxs X2 göstəriləsə də cinayət işində olan rəsmi sənədlərə əsasən Zərərçəkmiş şəxsdur. Odur ki, Zərərçəkmiş şəxs kimi qəbul edilməsi, istintaq zamanı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları məhkəmə-tibbi ekspertizasının rəyi iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v 267-274a) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid1 qanuni nümayəndə qismində iştirakına xitam verilmişdir. Məhkəmə iclaslında diskə baxış keçirilmiş, baxış zamanı hər-hansı bir dava-dalaş olması öz əksini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından görünür ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını(CM59.1.2), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM59.2) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, əməli törətmiş şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin olunmalı(CM-nin 85.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar