Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-89/2025 18.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Naxçıvan MR-nin Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 29 iyun 2024-cü il tarixdə saat 17:30-da yaşadıqları ünvan 2 ünvanda toplanmış zibili qızı Şahid3 otağı qarşısına atması səbəbindən nəvəsi Zərərçəkmiş şəxs arasında bu zəmində yaranmış münaqişə zamanı sonuncunun saçından tutub yerə yıxaraq başını yataq otağının qapısına vurmaqla yerə tökülmüş şüşə qırıntılarının üzərində sürüyərək ona qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi, sağ çənə nahiyəsinin dərialtı hematoması, alın, hər iki yanaq, boyun və sağ bazu nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvandakı mənzildə 42 ildir yaşayır. Təxmirən 19 ildir qızı Şahid3 Şahid1 Süpəddin oğlu ilə ailə qurub. Bu nikahdan iki övladı var. Ailə qurduqdan sonra qızı ilə əri 3 ay müddətində Naxçıvan MR-da yaşasalar da sonradan onun evinə köçərək birlikdə yaşayıblar. Kürəkəni narkotik maddə qəbul etdiyinə görə məhkum edilərək, 7 il cəzaçəkmə müəsissəsində cəza çəkmişdir. Azadlığa çıxdıqdan sonra yenidən qızı ilə birlikdə onunla yaşayırlar. xx.xx.2024-cü il tarixdə o, bacısı qızı Şahid2 ilə birlikdə evdə olduğu zaman qızı Günel və Toğrul da evdə olmuşlar. Jalə anası Günellə birlikdə mətbəxdə, o, isə qonaq otağında Sahilə ilə birlikdə idilər. Sonra mətbəxə keçib xörək qızdırmaq istədikdə, nəvəsi Jalə onun ünvanına nalayiq ifadələr işlədərək, nə üçün onun yandırdığı qaz sobasında yemək qızdırdığını demişdir. O, isə Jaləyə demişdir ki, ev onundur və evində nə isə etmək üçün ondan icazə alası deyil. Bundan sonra qızı Günel ona məxsus yeməyi ocaqdan götürüb zibilə tökmüşdür. Bundan sonra Toğrul gələrək əlindəki stəkanla onun başına vurub, xəsarət yetirmişdir. Bacısı qızı Sahilə isə bunu görüb yaxınlaşaraq onu Toğrulun əlindən almışdır. Bundan sonra o, Xətai RPİ-nin 34-cü PŞ-nə gedərək, Toğrul barəsində şikayət etmiş və məhkəmə tibbi müayinəsindən keçirilmişdir. Polis şöbəsindən qayıdandan sonra Şahid1 şikayət etdiyi üçün qızı Şahid3 ona əsəbləşərək, stolun üstündə olan örtüyü çəkərək stolun üstündə olan şüşə qabları yerə töküb sındırmışdır. Bundan sonra o, həmin sınmış qabları süpürüb evin bir küncünə yığsa da zibilə atmamışdır. Həmin gün evdə başqa heç bir hadisə olmamışdır. Səhəri gün Toğrul ondan şikayət etdiyinə görə qızı Zərərçəkmiş şəxs öyrətmişdir ki, guya onun Jaləni döyməsi bağlı şikayət etsin. Zərərçəkmiş şəxs də onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində guya onun saçından tutaraq yerə tökülmüş şüşə qırıntılarının üstündə sürüyüb başını yataq otağının qapısına vuraraq bədən xəsarətləri yetirdiyini bildirsə də, nə o, nə də Şahid2 Jaləni döyməmişdir. Jalə ilə aralarında olan münaqişə təxminən 1-2 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 3 ünvanında anası Şahid3 ilə birlikdə mətbəxdə oturub yemək yedikləri zaman nənəsi Təqsirləndirilən şəxs mətbəxə gəlib soyuducunu açmış və soyuducuda bəzi ərzaqların yerində olmadığını bildirərək onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman atası Şahid1 nənəsi Təqsirləndirilən şəxs nalayiq ifadələrini eşidib mətbəxə gəlmiş və nənəsindən nə üçün təhqiramiz ifadələr işlətdiyini soruşmuşdur. Nənəsi Təqsirləndirilən şəxs atası Toğrulun üstünə hücum etmişdir. Bu zaman atası əlindəki stəkanda olan suyu nənəsinin üzünə atmışdır. Mübahisənin kəsilməsindən ötrü anası birlikdə atasını tutub başqa otağa aparmışdır. Nənəsi isə onun atasından Xətai RPİ-nin 34-cü polis şöbəsinə şikayət etməyə getmişdir. Bundan sonra polis əməkdaşları evə gəlmiş, atası Şahid1 polis şöbəsinə gedib izahat vermişdir. Təxminən 3 aydan çoxdur ki, anası Şahid3 xalası qızı Şahid2 da onlarla eyni mənzildə yaşayır. Atası ilə nənəsinin arasında olan mübahisə ilə bağlı Şahid2 da polis şöbəsində atasının əleyhinə izahat vermişdir. Şahid2 onlarla birlikdə yaşadığı müddət ərzində heç vaxt mübahisələri olmasa da nənəsinin təkidi ilə Sahilə Məmmdova yalandan atasının guya stəkanla nənəsini vurduğunu demişdir. Sonra Şahid2 və nənəsi Təqsirləndirilən şəxs evə gələrək atasının polis şöbəsində saxlanıldığını demişlər. Anası isə bundan əsəbləşərək stolun üstündə olan süfrəni çəkmiş və stolun üzərində olan qablar yerə tökülərək sınmışlar. Buna görə də anası ilə nənəsi arasında sözlə mübahisə olmuşdur. Bir neçə dəqiqə sonra atası evə qayıtmışdır. Anası da yerə tökülmüş şüşə qırıntılarını süpürərək evin bir küncünə yığmışdır. Həmin gün nənəsi ilə aralarında başqa heç bir söz-söhbət olmamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında nənəsi Təqsirləndirilən şəxs anasının süpürüb bir kənarda yığdığı şüşə qırıntılarını gətirib onların yatdıqları otağın qapısına səpmişdir. Sonra atası və anası işə getmişlər. X4 isə şəxsi işləri ilə bağlı evdən getmişdir. Həmin gün saat 17:30 radələrində nənəsi anasının xalası qızı Şahid2 ilə birlikdə qonaq otağında yüksək səslə onun atasının, anasının və onun ünvanlarına nalayiq ifadə işlətdiklərini eşitmişdir. Bunu eşitdikdə öz otağından çıxaraq onlardan nə üçün atası, anası və onun haqqında nalayiq ifadələrlə işlətdiklərini soruşmuşdur. Bu zaman nənəsi Gülsabah onun üstünə hücum edib saçından tutub başını qapının küncünə vurmuş və o, yerə yıxılmışdır. Nənəsi onun yerə yıxıldığını görüb yenidən saçından tutaraq, onu yerə tökülmüş şüşə qırıntılarının üstündə sürümüşdür. O, ayağa qalxmağa çalışdıqda isə ayağı ilə onun başından tutub yerə sıxmışdır. Şahid2 isə guya onları ayırmağa gələrək, onun qollarından tutmuşdur. Nənəsi isə başından və bədəninin müxtəlif nahiyələrindən təpiklə vurmuşdur. Bundan sonra üzünün qanadığını görüb ondan kənarlaşmışlar. Özünə gəldikdə sürünərək otağına keçib, qapını ayağı ilə örtərək anasına zəng edərək, hadisə barədə ona bildirmişdir. Sonra anası polis əməkdaşları ilə birlikdə evə gəlmişlər. Polis əməkdaşları nənəsini və Sahiləni polis şöbəsinə aparmışlar. Bundan sonra anası ona tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım çağırmışdır. Atası evə gəldikdən sonra anası ilə birlikdə onu TTY-nin həkimləri ilə birlikdə KTM-ə aparmışlar. Həmin xəstəxanada 2 gün qalmaqla müalicə almışdır. Onu təkcə nənəsi Təqsirləndirilən şəxs vursa da, Şahid2 özünü guya onları ayırmaq istəyən kimi göstərərək nənəsinə müqavimət göstərə bilməməsi üçün onun qollarından tutmuşdur. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bu hərəkətlərinə görə bağışlamadığını və onun ağır cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 05 iyun 2024-cü il tarixdən evində təmir işləri getdiyi üçün müvəqqəti olaraq xalası Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən evinə köçüb birlikdə yaşayırdı. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində xalası Təqsirləndirilən şəxs mətbəxdə qaz sobasının üstündə yemək qızdırdığı zaman nəvəsi Jalə qışqıraraq onun yandırdığı qaz sobasının üstündə nə üçün yemək qızdırdığını demişdir. Təqsirləndirilən şəxs da Jaləyə evin onun olduğunu, istədiyi yerdə yemək qızdıra biləcəyini və qazın pulunu da özü verdiyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Eyni zamanda da Təqsirləndirilən şəxs nəvəsinə və ata anasının ünvanına nalayiq ifadələr işlətmiş və buna görə onların arasında münaqişə yaranmışdır. Həmin vaxt Toğrul mətbəxə gəlmiş və Təqsirləndirilən şəxs ilə mübahisəyə qoşulduqda bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər. Toğrul əlindəki kapron su qabında olan suyu Təqsirləndirilən şəxs üzünə atdıqdan sonra su qabını da Gülsabaha tərəf atmışdır. O, Təqsirləndirilən şəxs üzünə su dəydiyini görsə də, kapron su qabının onun başına dəyməsini görməmişdir. Bundan sonra o, Toğrulu kənara çəkmişdir. Gülsabah isə DİN-nin 102 xidmətinə zəng edib Toğruldan şikayət etmişdir. Bundan sonra polis əməkdaşları gəlib Toğrulu polis şöbəsinə aparmışlar. Gülsabah isə ərizə yazmaq üçün onunla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində ərizə və izahat yazdıqdan sonra evə qayıtmışlar. Təqsirləndirilən şəxs evə çatan kimi qızı Şahid3 Şahid1 tutudurduğunu demişdir. Bu zaman Şahid3 stolun üstündəki örtüyü dartmış və stolun üstündəki qabları yerə tökülərək sınmışlar. Bir neçə saatdan sonra Şahid1 da evə qayıtmışdır. Həmin gün başqa heç bir hadisə olmamışdır. Səhəri gün yəni xx.xx.2024-cü il tarixdə Şahid3 axşamdan stolun üstündən yerə tökülüb qırılmış qabları süpürüb evin bir küncündə komalayıb saxlamışdır. Sonra isə Şahid3, X7 və həyat yoldaşı Şahid1 evdən çıxıb şəxsi işləri ilə bağlı getmişlər. O, xalası Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs isə evdə qalmışlar. Saat 17:30-da xalası Təqsirləndirilən şəxs evin küncündə yığılmış qırıq qabları götürüb Toğrul və Günelin yataq otağının qapısının qarşısında yerə tökmüşdür. Jalə də bunu görüb Təqsirləndirilən şəxs nə üçün zibili valideyinlərinin yataq otağının qapısına tökdüyünü soruşmuşdur. Buna görədə Təqsirləndirilən şəxsvə Jalə arasında münaqişə baş vermiş və onlar bir birinin ünvanına nalayiq ifadələr işlətmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. O, bunu görüb onlara yaxınlaşaraq onları ayırmağa çalışmışdır. Lakin Jalə onun da qızının ünvanına nalayiq ifadə işlətmişdir. O, da Jaləyə onun qızının adını ağzına almasını, qızının onun tayı olmadığını demişdir. Jalənin bu hərəkətindən sonra onlardan ayrılıb divanda oturmuşdur. Təqsirləndirilən şəxs Jaləni döyməsinə inanmadığını bildirmişdir. Ola bilsin Jaləni tənbeh edib amma döyməyib. Sonra Jalə otağına keçmişdir. Bundan sonra Jalənin anasına zəng edib, hadisəni bildirdiyini eşitmişdir. Bundan sonra Günel Həsənli polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. Polis əməkdaşları onun və Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmasını bildirmişlər. Baş vermiş münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, əvvəllər ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində yaşadığı ünvanda qızı Zərərçəkmiş şəxs ilə birlikdə mətbəxdə oturub yemək yedikləri zaman anası Təqsirləndirilən şəxs mətbəxə gəlib soyuducunu açmış və soyuducuda bəzi ərzaqların yerində olmadığını bildirərək onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həyat yoldaşı Şahid1 onun nalayiq ifadələrini eşidib mətbəxə gəlmiş və Təqsirləndirilən şəxs nə üçün təhqiramiz ifadələr işlətdiyini soruşmuşdur. Anası Təqsirləndirilən şəxs onun üstünə hücum etdikdə Toğrul əlindəki suyu anasının üzünə atmışdır. O, Jalə ilə birlikdə Toğrulu tutub başqa otağa aparmışlar. Bundan sonra anası Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü polis şöbəsinə şikayət etməyə getmişdir. Daha sonra polis əməkdaşları evə gəlmişlər və Şahid1 şikayətlə bağlı onlarla birlikdə polis şöbəsinə izahat verməyə getmişdir. Təxminən 3 aydan çoxdur ki, xalası qızı Şahid2 da onlarla həmin mənzildə yaşayırdı. Şahid2 onlarla birlikdə yaşadığı müddət ərzində heç vaxt mübahisələri olmasa da onun anasının təkidi ilə polis şöbəsində yalandan Toğrulun guya stəkanla anasını vurduğunu demişdir. Sonra Şahid2 və anası Təqsirləndirilən şəxs evə gələrək Toğrulun polis şöbəsində saxlanıldığını demişlər. O bundan əsəbləşərək stolun üstündə olan süfrəni çəkmiş və stolun üzərində olan qablar yerə tökülərək sınmışlar. Buna görə anası ilə aralarında sözlə mübahisə olmuşdur. Bir neçə dəqiqə sonra Toğrul evə qayıtmışdır. Həmin gün başqa heç bir söz-söhbət olmamışdır. O, yerə tökülmüş şüşə qırıntılarını süpürərək evin bir küncünə yığmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında anası Təqsirləndirilən şəxs onun süpürüb bir kənarda yığdığı şüşə qırıntılarını gətirib onların yatdıqları otağın qapısına səpmişdir. Sonra o, əri Şahid1la birlikdə işə getmişlər. X7 isə şəxsi işləri ilə bağlı evdən getmişdir. Həmin gün saat 17:30 radələrində Jalə ona zəng edib, ağlaya-ağlaya Gülsabah tərəfindən döyülməsini bildirmişdir. O da həyat yoldaşı Şahid1 bu barədə bildirdikdə, Toğrul zəng edib, bu barədə polisə şikayət etməsini istəmişdir. O, da DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və işdən icazə alıb evə gəlmişdir. O, evə çatanda polis əməkdaşları da evə gələrək, anası Təqsirləndirilən şəxs və Şahid2 polis şöbəsinə aparmışlar. Bundan sonra çağırdıqları TTY-nın həkimləri tərəfindən qızı Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstəridikdən sonra Jaləni KTM-ə aparmışlar. Qızı Zərərçəkmiş şəxs 2 gün müddətində həmin tibb müəsissəsində müalicə olunmuşdur. Hadisə zamanı Şahid2 Jalə ilə anası Təqsirləndirilən şəxs ayırmağa çalışıb Zərərçəkmiş şəxs vurmamışdır. Jaləni təkcə nənəsi Təqsirləndirilən şəxs döymüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində yaşadıqları həmin ünvanda ailəsi ilə birlikdə olduğu zaman mətbəxdə qaynanası Təqsirləndirilən şəxs yüksək səslə qışqırıb, soyuducuda bəzi ərzaqların yerində olmadığını bildirərək, onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. Qaynanası Təqsirləndirilən şəxs nə üçün təhqiramiz ifadələr işlətdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə onun üstünə hücum etdikdə üstünə gəlməməsi üçün əlində stəkanda olan suyu qaynanasının üzünə atmışdır. Sonra qızı Jalə və həyat yoldaşı Şahid3 onu tutub başqa otağa aparmışlar. Qaynanası Gülsabah isə onun barəsində şikayət etmək üçün 34-cü polis şöbəsinə getmişdir. Bundan sonra polis əməkdaşları evə gəldikdə, onlarla birlikdə polis şöbəsinə gedib izahat vermişdir. Təxminən 3 aydan çoxdur ki, arvadının xalası qızı Şahid2 da onlarla eyni mənzildə yaşayır. Qayınanası Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə ilə bağlı Şahid2 da polis şöbəsində onun əleyhində izahat verərək, guya onun qaynanası Təqsirləndirilən şəxs başına şüşə stəkanla vurub xəsarət yetidiyini bildirmişdir. Sonra Şahid2 və Təqsirləndirilən şəxs evə gələrək guya onun polis şöbəsində saxlanıldığını və polis tərəfindən həbs olunduğunu demişlər. Həqiqətdə isə polis əməkdaşları qayınanası Təqsirləndirilən şəxs ona şər-böhtan danışdığını görüb onu evə buraxmışlar. O, evə gələndə həyat yoldaşı Şahid3 əsəbləşərək stolun üstündə olan süfrəni çəkib stolun üzərində olan qabları yerə töküb qırdığını öyrənmişdir. Belə ki, həyat yoldaşı Şahid3 ona demişdir ki, anası Təqsirləndirilən şəxs haqsız hərəkətlərindən əsəbləşib qabları qırmışdır. Bundan sonra Günel yerə tökülmüş şüşə qırıntılarını süpürərək evin bir küncünə yığmışdır. Həmin gün aralarında başqa heç bir söz-söhbət olmamışdır xx.xx.2024-cü il tarixdə səhər saatlarında qayınanası Təqsirləndirilən şəxs Günelin süpürüb bir kənarda yığdığı şüşə qırıntılarını gətirib onların yatdıqları otağın qapısına səpmişdir. Sonra o, həyat yoldaşı ilə birlikdə şəxsi işləri ilə bağlı evdən getmişlər və qayınanası Təqsirləndirilən şəxs bu hərəkətlərinə fikir verməmişlər. X7 də şəxsi işləri ilə bağlı evdən getmişdir. Həmin gün saat 17:30 radələrində həyat yoldaşı Şahid3 ona zəng edib, qızı Jalənin qaynanası Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmişdir. O, da Günelə polisə zəng edib məlumat verməsini deyərək, evə gəlmişdir. Evə gəlmiş polis əməkdaşları qaynanası Təqsirləndirilən şəxsm və Şahid2 polis şöbəsinə aparmışlar. Bundan sonra təcili tibbi yardım çağırmışlar. Qızı Jaləyə TTY-nın həkimləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra qızını KTM-ə aparmışlar. Qızı Zərərçəkmiş şəxs 2 gün ərzində KTM-də müalicə olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 16 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 X5 verdiyi xx.xx.2024-cü il tarixli 843 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, sağ çənə nahiyəsinin dərialtı hematoması, alın, hər iki yanaq, boyun və sağ bazu nahiyəsilərinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. (i.v.17-18) - Cinayət işinin icraata qəbul edilməsi barədə 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 icraatına qəbul edilmiş və istintaqı aparılmışdır.(i.v.19) - Zərərçəkən şəxs qismində tanımaq haqqında 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək qərar ona elan edilmişdir. (i.v.52-54) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(i.v.74) - Qətimkan tədbirinin seçilməsi haqqında 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1961-ci ildə Naxçıvan MR-nin Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqına» qətimkan tədbiri seçilmişdir.(i.v. 914-92) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 10 faizi tutulmaqla 06 ay, islah işləri cəzasına məhkum edilmişdir. (i.v.38-39) - Nizami Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 1(007)-125/2010 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu gündən hesablansın. (i.v.99-101) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin məhkəmə sorğusuna cavabından görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 15 mart 2010-cu il tarixli, 1(007)-125/2010 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli qərarının təsiri altına düşdüyündən o, cəzadan azad olmuşdur. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Həmçinin Şahid2 da ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olan ifadəsi qeyri səmimidir. Belə ki, şahid ibtidai istintaq zamanı Jaləyə əsəbi olduğu üçün o cür ifadə verdiyini qeyd etsə də bu həqiqətə uyğun gəlmir çünki o halda şahid xalası Təqsirləndirilən şəxs əleyhinə deyil məhz Zərərçəkmiş şəxs ziyanına ifadə verməli idi. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs 64 yaşlı qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə islah etmək mümkündür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Tərəflərin qohumluq əlaqələrini və birlikdə yaşamasını nəzərə alaraq məhkəmə hesab edir ki, məişət zorakılığını törətmiş Təqsirləndirilən şəxs profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün yerli icra hakimiyyəti və polis qurumuna məlumat verilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Məişət zorakılığını törətmiş Təqsirləndirilən şəxs profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün yerli icra hakimiyyəti və polis qurumuna məlumat verilsin. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən, elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-89/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-89/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver