Məhkəmə qərarları › İş №1(011)-9/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-9/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-9/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində "xxxx" qətimkan tədbiri seçilmiş, hal hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 21 mart 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 özünə məxsus 4169 7416 9294 8523 nömrəli "Visa Electron” əmək haqqı kartını Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17 ünvanda yerləşən "Araz" marketin qarşısında olan "xxxx" ASC-in bankomatına daxil edib pulun bankomatdan çıxmasını gözlədiyi zaman əməliyyatın gecikməsini görüb pulun çıxmaması ilə bağlı sual verdiyi zaman o, problemlə bağlı Zərərçəkmiş şəxs2 "Araz" marketin nəzarətçisinə müraciət etməyi təklif etmiş. sonuncu bankomatın qarşısından uzaqlaşıb mağazaya daxil olduqda bundan istifadə edib bankomatdan çıxan 1.000 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 17 aprel 2022-ci il tarixdə saat 16:13 dəqiqədə ünvan 4 ünvanın qarşısı ilə piyada hərəkət edən zaman həmin ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısında dayanan Zərərçəkmiş şəxs1 bankomatdan pul çıxara bilməməsini görüb ona yaxınlaşaraq bankomata daxil edilmiş sonuncuya məxsus 5103 0714 3076 5350 nömrəli "xxxx" kartından pul çıxarılmasında kömək edəcəyi adı ilə aldadıb bankomatda pul olmadığını və digər bankomata yaxınlaşmasını bildirməklə 1.976 manat pul vəsaitini çıxarıb kartı sononcuya qaytarıb oradan uzaqlaşmış, onun hərəkətlərindən şübhələnən Zərərçəkmiş şəxs1 digər bankomatda kartını yoxladıqda kartda pul olmadığını görüb pulun onun tərəfindən götürülməsini başa düşərək arxasınca qaçaraq dayanması üçün qışqırmış, lakin o, sonuncunun qışqırmasına məhəl qoymayaraq 1.976 manat pul vəsaitini açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.976 (min doqquz yetmiş altı) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 21 mart 2022-ci il tarixdə saat 11:00 radələrində tanışı ilə görüşmək üçün Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanda yerləşən "Araz" marketin qarşısına gəlmişdir. Orada tanışını gözləyən zaman 55-60 yaşlarında bir nəfər şəxsin mağazanım qarşısında olan "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşdığını görmüşdür. Həmin şəxsin yaşlı olmadığından istifadə edə biləcəyini fikirləşmiş və sonuncuya yaxınlaşmışdır. Həmin şəxsə kömək etmək məqsədilə gəlməsini göstərmişdir. Həmin şəxs kartını bankomata daxil edib şifrəsini yazdıqdan sonra məbləği qeyd etmiş və vəsaitin çıxmasını gözləmişdir. Kart bankomatdan çıxımış, lakin pul çıxmamış və gecikmişdir. Həmin şəxs kömək etməsini xahiş etmiş, sonuncuya kömək edə bilməyəcəyini bildirmiş və "Araz" marketdə işləyən nəzarətçiyə yaxınlaşmasını məsləhət etmişdir. Bundan sonra həmin şəxs "Araz" marketə daxil olmuş, həmin anda bankomatdan 1.000 manat pul vəsaiti çıxmış, həmin şəxsin orada olmamasından istifadə edərək pulu dərhal götürmüş və iti addımlar ilə oradan uzaqlaşmışdır. Oğurladığı pulun bir qismini azyaşlı qızının müalicəsinə, bir qismini isə evə bazarlıq edərək xərcləmişdir. Oğurluq edən zaman onu heç kim görməmiş və bilməmişdir. Törətdiyi əməldən səmimi peşmandır. 17 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ilə piyada hərəkətdə olmuşdur. Həmin küçədə olan bankomata yaxınlaşıb qızı Şükufənin sosial kartından pul çıxarmaq istəmişdir. Lakin, adam çox olduğundan kartdan pul çıxara bilməmişdir. 17 aprel 2022-ci il tarixdə Xətai rayonunda heç bir cinayət hadisəsi törətməmişdir. Yalnız həmin tarixdə Sarayevo küçəsi ilə piyada keçib getmişdir. Bankomatı da gördükdə qızı Şükufənin də sosial kartından pul çıxarıb bankomatın qarşısından uzaqlaşıb getmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmənin sonraki iclasında bildirmişdir ki, qızının sosial kartından pul çıxarıb çıxarmamasını xatırlamır. Həmin ünvanda bankomata yaxınlaşarkən iki nəfər qadının olduğunu həmin qadınlardan birinin digərinə pul çıxarmaq üçün kömək etdiyini görmüşdür. Həmin ərazidə o hər hansı bir cinayət törətməmişdir. Sadəcə olaraq bankomtaın qarşısından uzaqlaşıb getmişdir. Həmin qadınların kim olduğunu bilmir. Təqsirləndirilən şəxs son sözündə soyğunçuluq cinayətini törətmədiyini, oğurluq edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 pulunu oğurlamasından səmimi peşman olduğunu, həmin əməli səmimi olaraq etiraf etdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını, həmin məcəllənin 177.1-ci maddəsi ilə isə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, evlidir, iki uşağı vardır, belə ki, oğlu 2004-cü il, qızı isə 2007-ci il təvəllüdlüdür. "X9" məktəb liseyində texnologiya müəllimi işləyir. Oğlu və qızı uzun illədir ki, xəstədir və buna görə də müalicə olunur. Bir neçə aydır ki, yaxın qohumları və tanışları uşaqlarının müalicəsi və əməliyyat olunması üçün dəstək məqsədilə pul toplamışlar. Ümumilikdə 1.976 manat pul toplanmışdır. Həmin pulla uşağını əməliyyat etdirmək niyyəti olmuşdur. Pulu özünə məxsus olan "xxxx" tərəfindən verilmiş kart hesabında saxlamışdır. 17 aprel 2022-ci il tarixdə saat 16:13 dəqiqədə ünvan 4 ünvanın qarşısında olan "xxxx" ASC-in bankomatına getmişdir. Bankomatın qarşısına çatdıqda bank kartını bankomata daxil edib şifrəni yığıb kartının içərisində olan 1.976 manat pulu çıxartmaq istədikdə, bankomatın ekranında müəyyən yazılar gəlmişdir. Başa düşməmiş və kartdan pulu çıxara bilməmişdir. Həmin vaxt əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq kömək etməyə başlamışdır. Həmin şəxs ona narahat olmamağını bildirmiş və bankomatın rəqəmlərini basıb pul çıxaracağını demişdir. Sonra həmin şəxs bir neçə düyməni basmış, həmin şəxs bankomatın düyməsini basdıqda əlləri əsmiş, bundan şübhələnmiş, belə ki, bir anlıq fikirləşmişdir ki, həmin şəxs narkoman ola bilər. Tanımadığı şəxs bankomatda pul olmadığını bildirib digər bankomata yaxınlaşmağını məsləhət görərək kartı çıxarıb ona vermişdir. Kartını götürəndən sonra o digər bankomata yaxınlaşmış və kartını daxil etdikdə kartında 71 qəpik qalıq olduğunu görmüşdür. Artıq məlum olmuşdur ki, həmin şəxs onu aldadaraq kartının içərisində olan pulunu çıxardıb ələ keçirmişdir. Bundan sonra dərhal ətrafa baxıb həmin şəxsi axtarmış və sonuncunu uzaqdan görərək ona tərəf qaçmışdır. Pulunu oğurlayan şəxs də onu görən kimi qaçmağa başlamışdır. Qışqırıb həmin şəxsin arxasınca qaçaraq dayanmasını istəmişdir, lakin sonuncu qaçaraq uzaqlaşmışdır. Ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ziyanının ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilkin ifadəsi elan edilmiş, zərər çəkmiş şəxsin vermiş olduğu ifadələr arasında olan ziddiyətlərlə bağlı suallar verilmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bildirdi ki, ilkin ifadə verən zaman orada olan imza və yazılar ona məxsusdur. 102 məlumat mərkəzinə yaşadığı evdən deyil, oğurluq baş verən ərazidə olan "xxxx" ASC-nin qarşısından zəng etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin binasında müstəntiq Rövşən Xanbabayev 1-ci mərtəbədə pilləkənlərlə yuxarı qalxan zaman ona 5 ədəd eyni şəxsin fotoşəklini göstərərək, həmin şəxsin oğurluq cinayətləri törətdiyini, həmin şəxsin narkoman olduğunu bildirmişdir. Ona demişdir ki, sakit formada yuxarı çıxsın və bildirsin ki, onun kartından pulu məhz həmin şəxs çıxarıb. Eyni zamanda Rövşən Xanbabayev ona həmin şəxsin fotoşəklini ona qabaqcadan göstərməsini heç bir yerdə deməməyi tapşırmışdır. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclas zalında təkrar dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs bankomtda olarkən onun yanında olmuş və Samirin onun yanında olmasını təsdiq edən görüntüləri "xxxx"-da ona göstərmişlər. Bundan əlavə bildirmişdir ki, Xətai RPİ binasında olarkən Rövşən Xanbabyev ona şəkillər göstərək bildirmişdir ki, narkomana kartıvı vermisən və o, səndən oğurluq etmişdir. Müstəntiq ona şəkillər göstərən zaman o da bildirmişdir ki, ondan oğurluq edən Samir budur. O, yalan danışmadığını hadisəni olduğu kimi danışdığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, evlidir, iki yetkinlik yaşıma çatmamış uşağı vardır, belə ki, oğlu 2004-cü il, qızı isə 2007-ci il təvəllüdlüdür. "X10" məktəb liseyində texnologiya müəllimi işləyir. Oğlu və qızı uzun illədir ki, xəstədir və buna görədə müalicə olunur. Bir neçə aydır ki, yaxın qohumları uşaqlarının müalicəsi dəstək məqsədilə pul vermişlər. Ümumilikdə 1.976 manat pul toplamışdır. Həmin pulla uşağını əməliyyat etdirməli olmuşdur. Pulu özünə məxsus olan "xxxx" tərəfindən verilmiş kart hesabında saxlamışdır. 17 aprel 2022-ci il tarixdə saat 16:13 dəqiqədə ünvan 4 ünvanın qarşısında olan "xxxx" ASC-in bankomatına getmişdir. Bankomatın qarşısına çatdıqda bank kartımı bankomata daxil edib şifrəni yığıb kartının içərisində olan 1.976 manat pulunu çıxartmaq istədikdə, bankomatın ekranında müəyyən yazılar gəlmişdir. Başa düşməmiş və kartdan pulu çıxara bilməmişdir. Həmin vaxt əvvəllər görmədiyi və tanımadığı bir nəfər şəxs yaxınlaşaraq kömək etməyə başlamışdır. Həmin şəxs narahat olamamağını bildirmiş və bankomatın rəqəmlərini basıb pul çıxardacağım demişdir. Sonra həmin şəxs bir neçə düyməni basmış, həmin şəxs bankomatın düyməsini basdıqda əlləri əsmiş, bundan şübhələnmiş, belə ki, bir anlıq fikirləşmişdir ki, həmin şəxs narkoman ola bilər. Həmin şəxs bankomatda pul olmadığı bildirib digər bankomata yaxınlaşmağını məsləhət etmişdir. Həmin şəxs bankomatdan kartını çıxarıb vermişdir. Kartını götürəndən sonra digər bankomata yaxınlaşmış və karını daxil etdikdə kartında 71 qəpik qalıq olduğunu görmüşdür. Artıq məlum olmuşdı ki, həmin şəxs aldadaraq katının içərisində olan pulunu çıxardıb ələ keçirmişdir. Bundan sonra dərhal ətrafa baxıb həmin şəxsi axtarmış, həmin şəxsin uzaqdan görmüş və sonuncuya tərəf qaçmışdır. Həmin şəxs də görən kimi qaçmağa başlamışdır. Qışqırıb həmin şəxsin arxasınca qaçaraq dayanmasını istəmişdir. Lakin həmin şəxs qaçaraq uzaqlaşmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdır ki, həmin hadisə nəticəsində ümumilikdə 1.976 manat maddi ziyan dəymişdir. Həmin şəxsi ilk dəfə görmüş və sonuncunu da həmin şəxsin kartından pul çıxarmasını sonuncu kartını qaytardıqdan sonra digər bankomata yaxınlaşıb kartı yoxladıqda bilmişdir. Həmin şəxsin kartdan pul çıxarmasını bilməmiş və görməmişdir. Belə ki, həmin şəxs söhbətə tutub başını qataraq kartdan pul çıxarmışdır. Eyni zamanda bədən nahiyəsi ilə bankomatın qarşısını kəsərək kartdan pulu çıxarmışdır.(1 cild, i.v 33-36) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Tərəflər Zərərçəkmiş şəxs2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiklərini bildirmiş, məhkəmə Zərərçəkmiş şəxs2 iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 330.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində(329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.) göstərilən qaydada yol verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, 21 mart 2022-ci il tarixdə saat 11 radələrində Hüseyn Cavid prospekti 17 ünvanda yerləşən "xxxx" ASC-yə məxsus bankomata pul çıxarmaq üçün yaxınlaşmışdır. Əvvəlcə kartı bankomata daxil edib şifrəni yazmış, sonra isə lazım olan məbləği qeyd etmişdir. Bir neçə saniyə keçdikdən sonra kartı bankomatdan geri çıxmış, lakin daxil etdiyi 1.000 manat vəsaiti çıxmamışdır. Bankomatda problem olmasını fikirləşmiş və arxasında dayanan 35-40 yaşlarında, orta boylu şəxsdən kömək istəmiş, sonuncu isə "Araz" marketin içərisində olan nəzarətçinin kömək edə biləcəyini bildirmişdir. Sonra bankomatdan pulu çıxarmamış bankomatın yanından ayrılmış və mağazaya daxil olmuşdur. Mağazadan həmin bankomatda problem vardırsa, digər bankomata yaxınlaşması təklif edilmişdir. Bundan sonra mağazadan çıxaraq "xxxx" ASC-yə məxsus digər bankomata yaxınlaşmış və kartını bankomata daxil etmışdır. Şifrəni yazaraq istədiyi məbləği yazmaq istədikdə kartda lazım olan 1.000 manat vəsaitin olmadığını görmüşdür. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng elmiş, sonra isə Yasamal RPİ-nin 26-cı PB-nə gedərək ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Baş vermiş hadisə nəticəsində ona 1.000 manat ziyan dəymişdir. Hadisənin törədilməsində "Araz" marketin qarşısında olan bankomatdan pul çıxarmaq istəyən zaman arxasında dayanana şəxsdən şübhələnir. Belə ki, həmin şəxs onu "Araz" marketdə işləyən nəzarətçiyə müraciət etməsini bildirmişdir.(01 cild, i.v 128- 130) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 25 may 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(cild 1, i.v 1) xx.xx.2022-ci il tarixli, NK863 saylı raportdan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən DİN 102 xidmətinə zəng vuraraq bir nəfər şəxsdən kartdan pulu çıxartmağı istəməsi həmin şəxs kartda pul olmadığını bildirməsi, lakin pulu çıxardaraq oğurlayaraq qaçması barədə məlumat vermişdir.(cild 1, i.v 7) xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs1 tərəfindən 34-cü PŞ-nə vermiş olduğu izahatından görünür ki, “Həmin vaxt mənə məxsus mobil telefona Kapital bankdan sms gəldi və kartımdan 1976 manat pulumun çıxarılması barədə. Bundan sonra mən DİN 102 xidmətinə zəng vuraraq bu barədə məlumat verdim”, “...xeyr mən həmin şəxsin bankomatdan pulları çıxaran zaman, onu görmədim, həmin şəxs oradan uzaqlaşıb gtdikdən sonra, mən kartımda pul olmadığını, həmin şəxs tərəfindən aldanılaraq pullarımın götürüldüyünü aşkar etdim...”, “...Həmin şəxs zahirən uzun boylu idi, sarışın sifəti vardı, əynində qara kurtka var idi. Mən ətrafa baxan zaman, həmin şəxsin orada olmadığını, artıq oradan uzaqlaşıb getdiyini aşkar etdim...”(cild 1, i.v 9-10) Zərərçəkmiş şəxs1 tərəfindən Xətai RP-nin baş müstəntiqi Rövşən Xanbabayevə hansı tarixdə verilməsi məlum olmayan izahatından görünür ki, “... Daha sonra mən yaşadığım evə gəlib mobil telefonuma baxdıqda gördüm ki, kartımdan pul çıxarılması ilə bağlı mənə mesaj gəlmişdir. Bundan sonra mən DİN-nin 102 xidmətinə bu barədə məlumat verib polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim...””... Eyni zamanda həmin şəxsin xarici görünüşü barədə onu qeyd etmək istəyirəm ki, yaşı 40-dan çox olar, üzündə az tükü vardır, danışıq ləhcəsi Naxçıvan rayon ləhcəsinə oxşayırdır, hündür boyludur, orta bədən quruluşludur...” (cild 1, i.v 18-19) Zərərçəkmiş şəxs1 03 iyun 2022-ci il tarixli ifadəsindən görünür ki, “...Bundan sonra mən ətrafa baxıb həmin şəxsi axtardım, həmin şəxsi uzaqdan gördüm və ona tərəf qaçdım. Həmin şəxs də məni görən kimi qaçmağa başladı. Mən qışqırıb onun arxasınca qaçaraq dayanmasını istədim. Lakin həmin şəxs qaçaraq uzaqlaşdı”, ”... Mən ilkin təhqiqat zamanı izahatımda həyəcanlı və əsəbi olmuşam. hazırda ifadəmdə hadisəni baş verdiyi kimi göstərirəm...”(cild 1, i.v 33-36) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi dindirilərkən ifadəsində bildirdiklərini şahid Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 48-50) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə, saat 13:25-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik leytenantı Rövşən Xanbabayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v 60-61) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik leytenantı Rövşən Xanbabayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(cild 1, i.v 78-79) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-313/2022 saylı, 11 iyun 2022-ci il tarixli qərarı ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanmışdır. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü Yasamal rayonu ərazisində törətdiyi oğurluq cinayətində təqsirli bilmiş, lakin Zərərçəkmiş şəxs1 qarşı heç bir cinayət törətmədiyini bildirmişdir(cild 1, i.v 98-99) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş Xəlilov X8 Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 178.1 və 69.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2, 177.2.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək, barəsində 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 01 il 01 ay 07 gün çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2, 178.2.4 və 67.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilməklə CM-nin 178.2.4-cü maddəsi xaric edilmiş, Təqsirləndirilən şəxs cəzası 06 il 09 aya endirilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-cı il tarixli Azərbaycan Respublikası Qanunu tətbiq edilməklə Təqsirləndirilən şəxs cəzası 04 il endirilmişdir. xx.xx.2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 29 gün çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.(cild 1, i.v 106-110) 21 mart 2022-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Kamran Namazov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.(cild 1, i.v 116) 21 mart 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v 123) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 02 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Kamran Namazov tərəfindən tərəfindən şübhəli şəxs qismində saat 16:30-da tutulmuşdur(cild 1, i.v 143). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Kamran Namazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir.(cild 1, i.v 155-156) 04 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Yasamal RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(cild 1, i.v 169-171) 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 172-173) 01 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 151-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır.(cild 1, i.v 182-183) Azərbaycan Respublikası DİN-nin Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, 07 iyun 2022-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdır.(i.v 189) 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, 07 iyun 2022-ci il tarixdə Yasamal RPİnin İŞ-nin müstəntiqi, polis baş leytenantı Kamran Namazov tərəfindən ********* saylı cinayət işinin icraatı təzələnmişdir.(i.v 190-191). 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən azad olunması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v 195-196) Xətai Rayon Məhkəməsinin 4(011)-347/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş 02 ay 15 gün həddində "xxxx" qətimkan tədbiri eyni müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.(cild 1, i.v 235-237) 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 va 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.1 və 180.2.2-ci maddələrinnə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınması, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, disklərə baxış və üzləşdirmə protokolları iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1ci maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan əvvəllər məhkum edilmiş şəxs hesab edilməməsi və əvvəlki cəzası residiv kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsi tərəfindən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs1 bank kartından 17 aprel 2022-ci il tarixdə hər hansı bir məbləğdə pul çıxarmadığını və özünü həmin hissədə təqsirli bilmədiyini göstəriş göstərməsi təkzib olunduğu üçün məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs cinayət hadisələrini törətdiyi hadisələrin əks olunduğu iki ədəd "DVD" formatlı disklər sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. (cild 2, i.v 7-19) İş materiallarında olan 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, 01 avqust 2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi polis polkovnik leytenantı Rövşən Xanbabayev tərəfindən Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. .(cild 2, i.v 21-22) Bakı şəhəri Xəai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti məhkəmə hazırlıq iclası keçirilənədək uzadılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2023/111/4475 saylı məktubdan görünür ki, video müşahidə serverləri videoyazıları 2 ay saxladığından 2022-ci il tarixdə aparılan əməliyyatlara dair görüntülər mövcud deyildir. Azərbaycan Respublikası DİN-nin X4 Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 003-20242-1222 saylı məktubdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən sorğuda göstərilən müvafiq məlumatların təqdim edilməsi mümkün deyildir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-84/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 29 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. 17 oktyabr 2023-cü il tarixli, 1(007)- 84/2023 saylı göstərişdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-84/2023 saylı hökmü 17 oktyabr 2023-cü il tarixində qanuni qüvvəyə minmişdir. Kapital Bank ASC-nin 31 mart 2023-cü il tarixli məktubuna əlavə edilmiş CD diskə baxış keçirilərkən, həmin şəkillərdə Təqsirləndirilən şəxs müəyyən edilməsi mümkün olmamışdır. Kapital Bank ASC-nin 07 iyun 2023-cü il tarixli məktubuna əlavə edilmiş CD diskə baxış keçirilərkən, xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi qızı Xəlilova Şukufənin sosial kartından, yəni **********610446 saylı plastik kartdan 340 manat pul çıxarılması öz təsdiqini tapmamışdır. **********610446 saylı plastik kartdan əməliyyatlar 26 aprel 2022-ci il tarixində aparılmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 məxsus **********765350 plastik kartdan aparılan əməliyyatlar ilə əlaqədar çəkilmiş fotoşəkillər müəyyən edilmişdir. Həmin fotoşəkillərdə 2 qadın və üzündə qara maska olan, əynində qara rəngli kurtka olan bir kişi vardır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 180.2.2-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə həmin soyğunçuluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Zərər çəkmiş şəxslərin ifadəsindən - xx.xx.2022-ci il tarixli 006077 saylı diskə baxış keçirilməsi haqqında protokoldan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadələrinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxs iş üzrə marağı olan şəxsdir və o, yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır. Onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vermiş olduğu ziddiyətli ifadələr bir daha zərər çəkmiş şəxsin iş üzrə marağı olan şəxs olduğunu göstərir. Həmçinin, zərər çəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq göstərmişdir ki, cinayət işini aparan müstəntiq Rövşən Xanbabayev aşağıda pilləkanlarda olan zaman ona 5 ədəd şəkil göstərmiş, həmin şəxsin oğurluq cinayətləri törətdiyini, ona sakit formada yuxarı çıxmasını, onun kartından pulu həmin şəxsin çıxardığını deməsini və bu şəkilləri əvvəldən ona göstərməsini heç bir yerdə deməməsini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2022-ci il tarixli 006077 saylı diskə baxış keçirilməsi haqqında protokoluna qiymət verərkən bildirir ki, DVD diskdə olan şəkillərdə görünən kişi cinsli şəxsin hazırki iş üzrə Təqsirləndirilən şəxs olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus (min doqquz yetmiş altı) manat məbləğində pul vəsaitinin açıq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.976 (min doqquz yetmiş altı) manat məbləğdə maddi ziyan vuraraq soyğunçuluq etməsi hissəsində təqsirləndirilən şəxs həmin cinayət əməlini törətmədiyini bildirmişdir. Həmçinin iş materiallarına əsasən də müəyyən edilir ki, təqsirləndirilən şəxsin adından yazılan həmin epizodla əlaqədar ifadələr sonuncu tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs X6 həm ilkin olaraq vermiş olduğu izahatları, həm ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və məhkəmə iclas zalında vermiş olduğu ifadələri ziddiyət təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs1 ilkin izahatında onun kartından oğurluq edən şəxsin xarici görünüş əlamətlərini sadalayarkən, onun zahirən uzun boylu, sarışın sifətli olduğunu, əyninə qara kurtka geyindiyini bildirmişdir.(qeyd edilən izahat hadisə baş verən tarixdə alınmışdır). Daha sonra Zərərçəkmiş şəxs1 vermiş olduğu izahatında kartından oğurluq edən şəxsin əlamətlərini sadalayaraq onun yaşının 40dan çox olduğunu, üzündə az tük olduğunu, danışığının isə Naxçıvan ləhcəsinə oxşadığını, hündür boylu, orta bədən quruluşlu olduğunu bildirmişdir.(qeyd olunan izahatın hansı tarixdə alınması iş materialları ilə müəyyən edilmir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 239.1-ci maddəsinə əsasən hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. Lakin, iş üzrə istintaqı aparan müstəntiq qeyd edilən istintaq hərəkətini aparmadan üzləşdirmə istintaq hərəkəti aparmışdır. Göstərilən xüsusat Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinin-Pilləkənlərdə müstəntiq Rövşən Xanbabayev onu saxlayaraq Samirin şəkillərini göstərməsi və otağa keçərkən ondan soyğunçuluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını bildirməsi ilə bağlı nüansların onun ifadələrinin doğru olması ilə bağlı məhkəmə də haqlı şübhələr yaradır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifəsi, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 177.1ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür.Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür.Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur.Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərər çəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən oğurlu cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Belə ki, hüquqi qüvvəyə minmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.2 ve 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 dekabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisinin "Amnistiya aktının tətbiq edilməsi barədə" xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs "8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021- ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir.Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, həmin Məcəllənin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlər az ağır cinayətlər kateqoriyasına aiddir. 8 X14 münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, bu Qərarın 2.1-ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar asasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən kifayət qədər sübutlar olmadığından həmin maddə ilə ona bəraət verilməli, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və əməlində cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, ibtidai istintaq dövründə tutulub saxlandığı 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq cəzaya məhkum edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş "xxxx" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 04 (dörd) ədəd disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ziddiyətli ifadələr verməsi ilə bağlı araşdırma aparılması üçün Bakı şəhər Xətai Rayon Prokurorluğuna məlumat verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Bununla bağlı “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Ənnağı oğluna 150 (yüz əlli) saat üçün nəzərdə tutulan 900 (doqquz yüz)manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, onun qəti olaraq 02 (iki) il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək, tutulub saxlanıldığı 02 (iki) gün müddət, 07 iyun 2022-ci il tarixdə tutulub saxlandığı 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 gün ona təyin olunmuş 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-84/2023 saylı,xx.xx.2023-cü il tarixili hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla cəza çəkmə müddətinin əvvəli 09 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 04 ədəd disklər iş materiallarında saxlanılsın. “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi Ənnağı oğluna 150 (yüz əlli) saat üçün nəzərdə tutulan 900 (doqquz yüz)manat pul ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət əməlinin kim tərəfindən törədilməsinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar