Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-90/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Lənkəran rayon Xolmili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Vel kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını talama məqsədi ilə 2020-ci ilin avqust ayının sonlarından sentyabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanda yerləşən istifadəyə verilməmiş 4 mərtəbəli fərdi yaşayış evinin darvazasının kilidini özündə olan dəmir alətlə sındırıb, darvazanı açmaqla evin həyətyanı sahəsinə, oradan isə yaşayış sahəsinə qanunsuz daxil olub, evin həyətyanı sahəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 15.000 (on beş min) manat qiymətində 1 metrinin qiyməti 1.10 manat olan 20 mm-lik “Fırat” markalı plastik boru, bir metrinin qiyməti 1.80 manat olan 25 mm-lik “Fırat” markalı platik boru, bir metrinin qiyməti 7.90 manat olan 50 millimetrlik “Fırat” markalı plastik boru, bir metrinin qiyməti 20.2 manat olan 70 millimetrlik “Fırat” markalı plastik boru, bir metrinin qiyməti 50.6 manat olan 100 millimetrlik “Fırat” markalı plastik boruları, bir ədədi 200 (iki yüz) manat qiymətində Çin istehsalı olan “Three Phaze induction motor” markalı elektrik mühərrikini, bir cütünün qiyməti 3 (üç) manat olan 8 (səkkiz) cüt boru sıxan alətləri, bir ədədinin qiyməti 01 qəpik olan 1300 (min üç yüz) ədəd 13 mm diametrli şaybaları, bir ədədinin qiyməti 01 qəpik olan 1370 (min üç yüz yetmiş) ədəd klema boltları, bir ədədinin qiyməti 01 qəpik olan 950 (doqquz yüz əlli) ədəd qaykaları, bir ədədinin qiyməti 15 qəpik olan 660 (altı yüz altmış) ədəd 133 mm diametrli boltları, bir ədədinin qiyməti 17 qəpik olan 840 (səkkiz yüz qırx) ədəd 17 mm diametrli boltları, qəlib üçün nəzərdə tutulmuş ikilik, üçlük, beşlik olmaqla 2000 (iki min) manat qiymətində 10 kub metr taxta diktləri, qəlib üçün nəzərdə tutulmuş on ikilik, on dördlük olmaqla 3000 (üç min) manat qiymətində 3 ton armaturları, 1000 (min) manat qiymətində 01 ədəd “LG” markalı televizoru, 500 (beş yüz) manat qiymətində “Samsung” markalı soyuducunu, bir kvadrat/metrinin qiyməti 60 manat olan pol üçün nəzərdə tutulmuş Türkiyə və İtalya istehsalı ümumilikdə 2500 (iki min beş yüz) manat qiymətində mərmərləri, 4000 (dörd min) manat qiymətində “BMW 750” markalı avtomobilə məxsus işlənmiş 4 ədəd təkər və 4 ədəd diski, hər birinin qiyməti 500 (beş yüz) manat olan 45 kv/metrlik “Samsung” markalı 6 ədəd kondisioneri, səkkiz seksiyalı, on iki seksiyalı və 20 seksiyalı kombi radiatorlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 30.927,80 (otuz min doqquz yüz iyirmi yeddi manat səksən qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evlidir, iki övladı vardır, maddi imkanı zəif olduğundan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 2020-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanda yerləşən 3 mərtəbəli mansarlı fərdi yaşayış evinin qarşısından keçən zaman evdə yaşayış olmadığını görmüş, içəri baxan zaman həyətdə çox sayda dəmir və plastik materiallar olmasını görmüş və oğurluq etmək üçün darvazanın qapısı üzərində olan qıfılı yerdən tapdığı dəmir parçası ilə sındırıb evin həyətinə daxil olmuşdur. Həmin evdən taxta dikt, armatur və başqa təmir-tikinti əşyalarını həyətdə olan işləmiş arabaya yığaraq həyətdən çıxararaq oğurlamışdır. Evdə yaşayış olmadığına tam əmin olmuş və bilmişdir ki, həmin evə heç kim gəlib getmir, ona görə də həmin arabanı özündə saxlamış və həmin həyətə gələrək müxtəlif saatlarda oradan taxta dikt, armatur, soyuducu, müxtəlif ölçülü su və kanalizasiya boruları, avtomobilə məxsus 4 ədəd təkər və disklər, kombi radiatorları, kondinsionerə məxsus motorlar və digər tikinti alətləri oğurlamışdır. Oğurladığı əşyaları evin çöl tərəfinə yığaraq yaxınlıqdan keçən, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilini dayandırıb Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Rus” bazarı deyilən yerə aparmış, orada tanımadığı şəxslərə satmışdır. Əşyaları ayrı-ayrı vaxtlarda evdən çıxarmışdır ki, yaxınlıqda olan şəxslər evdən oğurluq etdiyini anlamasın. Bazarda oğurladığı əşyaları ümumilikdə 1000 manat pulun müqabilində satmışdır. Bundan sonra növbəti dəfə həmin evdən plastik turbaları oğurlamışdır. Turbaların bir qismini araba ilə bir qismini isə tanımadığı taksi ilə aparıb NZS qəsəbəsində Zabit adlı şəxsə satmışdır. Sonuncu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində oğurluq məqsədilə yenidən həmin ünvana getmişdir. Yenə də həmin evin zirzəmisindən isti və soyuq su, həmçinin kanalizasiya boruları, elektrik naqillərini oğurlayaraq həyətin qarşısına yığmışdır. Daha sonra avtomobil yolundan taksi kimi işarəsi olan «VAZ-21063» markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmışdır. Həmin taksi avtomobilinin sürücüsünə yaxınlaşıb yolun kənarına yığmış olduğu təmir-tikinti əşyalarını Xətai rayonu, NZS qəsəbəsinə aparmasını xahiş etmişdir. Əvvəlcə sürücü 10 manat pulun müqabilində qeyd olunan ünvana aparacağını bildirsə də, təmir-tikinti əşyalarının çox olduğunu bildirib həmin əşyaları 20 manat pulun müqabilində aparacağını demişdir. Həmin sürücü ilə razılaşmış və sonra əşyaları avtomobilə yükləməyə başlamışdır. Su və kanalizasiya boruları uzun olduğu üçün avtomobilin sürücüsü həmin boruları avtomobilə yükləməkdə kömək etmiş, sonra sürücü idarə etdiyi avtomobil ilə Xətai rayonu, NZS qəsəbəsində yerləşən «NZS pivə zavodu» deyilən ərazi ilə üzbəüz yerləşən yolun kənarında olan əlvan metal və plasmas qəbulu məntəqəsinin qarşısına gətirmişdir. Orada taksi sürücüsünə 20 manat pul vermiş, sonra taksi sürücüsü avtomobilə əyləşib çıxıb getmişdir. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu, iki azyaşlı uşağının olmasını, hissə-hissə dəymiş ziyanı ödəyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təmirtikinti işləri ilə məşğul olur. Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanında yerləşən 3 mərtəbəli mansarlı fərdi yaşayış evi ona məxsusdur. Təxminən iki ilə yaxındır ki, təmir işləri ilə əlaqədar olaraq həmin evdə yaşayış yoxdur. Həmin vaxtdan etibarən qeyd olunan evdə başladığı təmir işlərini dayandırmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat təxminən 16 radələrində həmin evin həyətinə daxil olduqda ona məlum olub ki, naməlum şəxs (lər) həmin evin həytində olan təmir-tikinti, məişət və digər əşyaları oğurlamışdır. Belə ki, naməlum şəxs evin həyətinə darvazadan daxil olaraq 2000 manat qiymətində qəlib (apalovka) üçün istifadə olunması nəzərdə tutulmuş 10 kub 2-lik, 3-lük, 5-lik taxta dikt, 3000 manat qiymətində 12-lik, 14-lük qəlib (apalovka) üçün nəzərdə tutulmuş 3 ton armatur, 1000 manat qiymətində «LG» markalı televizor, 500 manat qiymətində ”Samsung” markalı soyuducu, hər biri ayrı-ayrılıqda 500 manat olmaqla cəmi qiyməti 3000 manat qiymətində “Samsung” markalı 45 kvadrat metrlik 6 ədəd kondisioner, 2500 manat qiymətində 20 kvadrat metr Türkiyə istehsalı olan və 5 kvadrat metr İtaliya istehsalı olan mərmər, 10 ədəd qazan dəsti, 10 ədəd bıçaq, 3 ədəd soba, 50 ədəd çəngəl, 100 ədəd boşqab, 20 ədəd çaynik, 30 ədəd tava, 15.000 manat qiymətində 20-lik, 25-lik, 50-lik, 70-lik və 100-lük “Fırat” firmasına məxsus isti və soyuq su, həmçinin kanalizasiya boruları, 3.000 manat qiymətində 4-lük, 6-lıq, 8-lik mis əsaslı elektrik naqilləri, 5.000 manat qiymətində «BMW 750» markalı avtomobil üçün işlənmiş 4 ədəd disk və 4 ədəd təkər, 5.000 manat qiymətində 6 ədəd 8 seksiyalı, 6 ədəd 12 seksiyalı və 5 ədəd 20 seksiyalı ümumilikdə 17 ədəd kombi radiatorlarının oğurlanmasını aşkar edib. Baş vermiş oğurluğa görə ümumilikdə 31000 manat maddi ziyan dəymişdir. Bundan başqa məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 373 saylı və xx xxxxxx 2020-ci il tarixli 569 saylı rəyləri ilə tam razıdır, ekspertiza rəylərində qeyd olunan əmlakının dəyərinin rəydə göstərilən qiymətlərlə əsas götürülməsinə etiraz etməmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və ona qarşı şikayətçi olduğunu qeyd edərək cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən Bakı şəhəri, X1 şöbəsində operator vəzifəsində işləyir. İşi növbəli iş qrafiki olduğundan, bir gündən bir işdə olduğu üçün «VAZ 21063» markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri ərazisində fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. xx xxxxxxxx 2020-ci il tarixdə saat 12-13 radələrində həmin avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvandan keçərkən 4 mərtəbəli fərdi yaşayış evinin qarşısında əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs Orxan oğlu əli ilə işarə edib avtomobili saxlatmışdır. Avtomobili saxladıqda Elgün yaxınlaşıb küçəyə yığdığı təmir-tikinti əşyalarını NZS qəsəbəsinə aparmaq istədiyini bildirmişdir. İlkin olaraq 10 manat pulun müqablində Elgünü qeyd olunan ünvana aparacağını demişdir. Lakin avtomobildən düşdükdə yolun kənarında 50- 60 ədəd 2-3 metr uzunluğunda kanalizasiya boruları və təxminən 7-8 ədəd yaşıl rəngli qum kisəsinin olduğunu görüb 10 manata deyil, 20 manata qeyd etdiyi ünvana apara biləcəyini demiş, Elgün də razılaşmışdır. Elgünü və həmin əşyaları idarə etdiyi avtomobili ilə Xətai rayonu, NZS qəsəbəsində yerləşən «NZS pivə zavodu» deyilən ərazi ilə üzbəüz yerləşən yolun kənarında olan metal qəbulu məntəqəsinin qarşısına aparmışdır. Orada boruları avtomobildən düşürməyə Elgünə kömək etmiş, lakin kisələri Elgün özü avtomobildən düşürmüşdür. Orada Elgün 20 manat pul vermişdir. Daha sonra avtomobilə əyləşib oradan çıxıb getmişdir. Səhəri gün Suraxanı rayonunda yerləşən Bakı şəhəri Yaşıllaşdırma İdarəsində işdə olduğu zaman Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru mobil telefonuna zəng edib xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanından təmir-tikinti materialları aparıb-aparmadığını soruşmuşdur. Polis əməkdaşlarına taksi kimi apardığını bildirmişdir. Daha sonra polis əməkdaşı ilə birlikdə Elgünü apardığı Xətai rayonu, NZS qəsəbəsində yerləşən «NZS pivə zavodu» deyilən ərazi ilə üzbəüz yerləşən yolun kənarında olan metal qəbulu məntəqəsinin qarşısına aparıb qeyd olunan ünvanı göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ağ şəhər” adlanan kafesinin yanında metal və plastik məmulatların alışı ilə məşğul olur. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs yanına gəlmiş və bəzilərinin işlənmiş, bəzilərinin isə işlənməmiş olan plastik borularını satmaq istədiyini demişdir. Həmin şəxsdən maraqlandıqda boruların uzun müddətdir ki, zirzəmidə qaldığını və lazımsız olduğu üçün satmaq istədiyini demişdir. Elgün təhvil vermək istədiyi plastiklərin özünə məxsus olduğunu demişdir. Bir neçə saatdan sonra tanımadığı, hazırda nömrəsini və markasını xatırlamadığım taksi avtomobili ilə Elgün üzərində xeyli sayda plastik borular gətirmişdir. Həmin borulara baxmış və həqiqətən də zirzəmidə saxlanılan borulara oxşamışdır. Boruları çəkmiş və 200 kq yaxın plastik olmuşdur. Boruların bir kiloqramı üçün 50 qəpikdən olmaqla Elgünə 97 manat pul vermişdir. Bundan sonra Elgün oradan getmişdir. Həmin gündən bir neçə gün sonra xx xxxxxxxx 2020-ci ildə saat təxminən 13-14 radələrində Elgün yenə də yanına gələrək həmin turbalardan yenə də olduğunu və onları təhvil vermək istədiyini demişdir. Yenə də Elgünün gətirdiyi böyük və kiçik plastik turbaları çəkmiş və 150 kq etmişdir. Elgünə 75 manat pul vemiş və o, çıxıb getmişdir. Bir neçə saat sonra özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər yanına gələrək onunla maraqlanmış və Elgünün təhvil verdiyi plastik boruların oğurluq olduğunu bildirmişlər. Elgünü xx xxxxxxxx 2020-ci il tarixdə isə təhvil verdiyi turbaların hamısnı istintaqa təqdim etmişdir. Həmin əşyaların oğurluq olduğunu güman belə etməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020ci il tarixli 373 saylı rəyindən məlum olur ki, diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış borunun bir ədədinin qiyməti 5 manat 50 qəpik, 9 ədədinin qiyməti 49 manat 50 qəpik, diametri 100 mm, uzunluğu 1 metr olan, plastik materialdan hazırlanmış borunun bir ədədinin qiyməti 2 manat, 5 ədədinin qiyməti 10 manat, diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış borunun bir ədədinin qiyməti 5 manat, 9 ədədinin qiyməti 49 manat 50 qəpik, bir ədəd istifadə olunmuş Çində istehsal edilmiş üzərində “Three Phaze induction motor” markalanma yazısı olan elektrik mühərriyinin qiyməti 200 manat, üzərində heç bir markalanma yazısı olmayan 8 cüt boru sıxanın bir cütünün qiyməti 3 manat, 8 cütünün qiyməti 24 manat, diametri 13 mm olan şaybanın bir ədədinin qiyməti 1 qəpik, 1300 ədədinin qiyməti 130 manat, klema boltun bir ədədinin qiyməti 1 qəpik, 1370 ədədinin qiyməti 137 manat, bir ədəd qaykanın qiyməti 1 qəpik, 950 ədədinin qiyməti 95 manat, diametri 133 mm olan boltun bir ədədinin qiyməti 15 qəpik, 660 ədədinin qiyməti 99 manat və diametri 17 mm olan botun bir ədədinin qiyməti 17 qəpik, 840 ədədinin qiyməti isə 142 manat 8 qəpik olmaqla həmin əşyaların qiyməti 2020-ci ilin avqust-sentyabr ayına orta bazar qiyməti ümumilikdə 949 manat 30 qəpik müəyyən edilir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 569 saylı rəyindən məlum olur ki, apalovka üçün nəzərdə tutulmuş ikilik, üçlük, beşlik olmaqla taxta diktatın 1 kubunun qiyməti 200 manat olmaqla, 10 kubunun qiyməti 2000 manat, apalovka üçün nəfərdə tutulmuş on ikilik, on dördlük armaturun 1 tonun qiyməti 800 manat olmaqla, 3 tonun qiyməti 2400 manat, 1 ədəd “Samsung” markalı soyuducunun qiyməti 400 manat, 1 ədəd “LG” markalı 108 santimetrlik televizorun qiyməti 800 manat, 1 ədəd 45kv metrlik “Samsung” markalı kondisionerin qiyməti 500 manat, pol üçün nəzərdə tutulmuş Türkiyə və İtaliya istehsalı olan mərmərin 1 m2-nin qiyməti 60 manat, 20-lik “Firat” markalı plastik borunun 1 metri 1.10 manat, 25-lik “Firat” markalı plastik boru 1 metrinin qyiməti 1,8 manat, 50-lik “Firat” markalı plastik borunun 1 metrinin qiyməti 7.9 manat, 70-lik “Firat” markalı plastik borunun 1 metrinin qiyməti 20.2 manat, 100-lük “Firat” markalı plastik boru 1 metrinin qiyməti 50.6 manat, 4-lük mis əsaslı ərintidən olan elektrik naqili 1 metrinin qiyməti 0.5 manat, 6-lıq mis əsaslı ərintidən olan elektrik naqili 1 metrinin qiyməti 0,7 manat, 8-lik mis əsaslı ərintidən olan elektrik naqilinin 1 metrinin qiyməti 1,1 manat, 2014-cü il buraxlışlı “BMW750” markalı avtomobilə məxsusu disklı birlikdə 1 ədəd təkərin qiyməti 1000 manat, 4 ədəd təkərin 4000 manat, 8 seksialı kombi radiatoru 1 ədədinin qiyməti 80 manat, 12 seksialı kombi radiatoru 1 ədədinin qiyməti 120 manat, 20 seksialı kombi radiatoru 1 ədədinin qiyməti 200 manat, qazan dəstinin 1 ədədinin qiyməti 40 manat olmaqla, 10 ədədinin qiyməti 400 manat, mətbəx biçağının 1 ədədinin qiyməti 5 manat olmaqla, 10 ədədinin qiyməti 50 manat, çəngəlin 1 ədədi 3 manat olmaqla 50 ədədinin qiyməti 150 manat,boşqabın 1 ədədi 2,50 manat olmaqla 100 ədədinin qiyməti 250 manat, nəlbəkinin 1 ədədi 1,50 manat olmaqla 50 ədədi 75 manat, stəkanın 1 ədədi 1 manat olmaqla 100 ədədinin qiyməti 100 manat, Çaynikin 1 ədədi 20 manat olmaqla 20 ədədinin 400 manat, tavanın 1 ədədinin 25 manat olmaqla 30 ədədnin 750 manat olmaqla həmin əşyaların qiyməti 2020-ci ilin avqust-sentyabr ayına orta bazar qiyməti ümumilikdə 12818,90 manat müəyyən edilir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixdə və xx xxxxxxxx 2020-ci il tarixədə Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 3-cü yaşayış, 3-cü dairəvi ünvanda yerləşən 4 mərtəbəli yaşayış evinin giriş qapısından həyətə daxil olmasını və oradan 28 ədəd boru, elektrik naqili, bir ədəd mator, 8 cüt boru sıxan, şayba, bolt və qayka oğurladığını deyərək hadisə yerlərini göstərmişdir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi, polis mayoru Tofiq Namazovun tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, diametri 100 mm, uzunluğu 1 metr olan, plastik materialdan hazırlanmış 5 ədəd boru, diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, bir ədəd istifadə olunmuş elektrik mühərriyi, 8 cüt boru sıxan, diametri 13 mm olan 1300 ədəd şayba, 1370 ədəd klema bolt, 950 ədəd qayka, diametri 133 mm olan 660 ədəd bolt və diametri 17 mm olan 840 ədəd bolt Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində Şahid1 götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan (iş vərəqi 154-172) məlum olur ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə ələ keçirdiyi diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, diametri 100 mm, uzunluğu 1 metr olan, plastik materialdan hazırlanmış 5 ədəd boru, diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, bir ədəd istifadə olunmuş elektrik mühərriyi, 8 cüt boru sıxan, diametri 13 mm olan 1300 ədəd şayba, 1370 ədəd klema bolt, 950 ədəd qayka, diametri 133 mm olan 660 ədəd bolt və diametri 17 mm olan 840 ədəd bolt iş üçün mühüm əhəmiyyət kəsb etdiyin maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarımışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materialında olan (iş vərəqi101) nikah haqqında şəhadətnamənin və iş vərəqi 105- 106-da olan vətəndaşın şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu ilə X3 arasında xx xxxxxx 2013-cü il tarixdə nikah bağlanmış və həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü Fatimə və xx.xx.2011-ci il təvəllüdlü Zəhra adlı iki azyaşlı uşaqları var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu və himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, oğurluq nəticəsində vurmuş olduğu zərərləri ödəməməsini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs faktiki şübhəli şəxs kimi xx xxxxxxxx 2020-ci il tarixdən saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişə verilmiş diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, diametri 100 mm, uzunluğu 1 metr olan, plastik materialdan hazırlanmış 5 ədəd boru, diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, bir ədəd istifadə olunmuş elektrik mühərriyi, 8 cüt boru sıxan, diametri 13 mm olan 1300 ədəd şayba, 1370 ədəd klema bolt, 950 ədəd qayka, diametri 133 mm olan 660 ədəd bolt və diametri 17 mm olan 840 ədəd bolt zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə zərərçəkmişə verilmiş diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, diametri 100 mm, uzunluğu 1 metr olan, plastik materialdan hazırlanmış 5 ədəd boru, diametri 100 mm, uzunluğu 3 metr olan, plastik materialdan hazırlanmış 9 ədəd boru, bir ədəd istifadə olunmuş elektrik mühərriyi, 8 cüt boru sıxan, diametri 13 mm olan 1300 ədəd şayba, 1370 ədəd klema bolt, 950 ədəd qayka, diametri 133 mm olan 660 ədəd bolt və diametri 17 mm olan 840 ədəd bolt zərəçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-90/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-90/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver