Məhkəmə qərarları › İş №1(011)-90/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-90/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-90/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək faktiki olaraq əmək müqaviləsinə əsasən həmin MMC-nin satış mütəxəssisi vəzifəsində işləyib maddi-məsul şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək davamlı olaraq mənimsəməyə yönələn və vahid qəsdlə əhatə olunan niyyətlə cinayət əməllərini törətməklə dislokasiyasına daxil olan satış nöqtələrinə lazer cihazlarının, həmçinin ehtiyat hissələrinin satışı, cihazların icarəyə verilməsi və servis xidmətlərinin təşkili ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 12 nəfər müştəri yəni, X14 tərəfindən ödənilmiş 3523 manatın 3458 manatını, X3 tərəfindən ödənilmiş 1536 manatdan 400 manatını, X18 tərəfindən ödənilmiş 1008 manatdan 800 manatını, X19 tərəfindən ödənilmiş 2856 manatın hamısını, X7 tərəfindən ödənilmiş 7530 manatdan 3031 manatı, X5 tərəfindən ödənilmiş 1300 manatdan 1000 manatı, X6 tərəfindən ödənilmiş 300 manatın hamısını, X12 tərəfindən ödənilmiş 1258 manatdan 500 manatı, X15 qızı tərəfindən ödənilmiş 1184 manatdan 500 manatını, X8 tərəfindən ödənilmiş 1308 manatdan 1060 manatını, X20 tərəfindən ödənilmiş 2000 manatın hamısını və X16 tərəfindən ödənilmiş 400 manatın hamısınıümumilikdə 16305 (on altı min üç yüz beş) manat pul vəsaitini MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən kassasına mədaxil etməyib özünün şəxsi ehtiyaclarına sərf etməklə talayaraq əmlak sahibi zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin dövlət hesabına vurulmuş zərərin 25% yəni, 4077 manat ödəməsinin nəzərə alaraq onun işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hal-hazırda ona dəymiş zərərin tam olaraq ödənilməsini, təqsirləndirilən şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən "xxxx" MMC-də satış müdiri vəzifəsində işləyir. "xxxx" MMC-nin fəaliyyət istiqaməti lazer cihazlarının, həmçinin ehtiyat hissələrinin satışı, cihazların icarəyə verilməsi və servis xidmətlərinin təşkili olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də fakitiki olaraq satış mütəxəssisi vəzifəsində işləməyə başlamışdır. Satış mütəxəssisi kimi Təqsirləndirilən şəxs vəzifəsi gözəllik salonlarına gedərək şirkətin məhsulları və xidmətlərini təklif etmək, satılan məhsullara və göstərilən xidmətlərə görə ödənişləri qəbul edərək şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən kassasına təhvil verməkdən ibarət olmuşdur. 2024-cü ilin iyun ayında müştərilərdən birinin ödədiyi 2000 manat pulu Təqsirləndirilən şəxs kassaya təhvil verməyi ləngitmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs müştərilər tərəfindən ödənilmiş pulları mənimsəyəcəyindən şübhələnərək araşdırma aparmağa başlamış və Təqsirləndirilən şəxs bu barədə soruşmuşdur. Təqsirləndirilən şəxs hər şeyi etiraf etmiş və 12 nəfər müştərinin ödədiyi ümumilikdə 16305 manat pul vəsaitini mənimsədiyini bildirmişdir. Qeyd edilən halı onlar daxili yoxlama əsasında da müəyyən etmişlər. Belə ki, o, MMC-nin icraçı direktoru Nümayəndə, anbardar Şahid3 və mühasib X1 Rahid Bəxtiyar oğlunun dislokasiyasına daxil olan satış nöqtələrinə göstərilən xidmətlərə görə satış nöqtələrindən ödənilən pulların inventarizasiyasının aparmışlar. İnventarizasiya nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 12 nəfər müştəri yəni, Ulduz Ömərovanın ödədiyi 3523 manatın 3458 manatını, Rübabə Əkbərovanın ödədiyi 1536 manatdan 400 manatını, Tərlalə Əliyevanın ödədiyi 1008 manatdan 800 manatını, Nicat Nəcəfzadənin ödədiyi 2856 manatın hamısını, Səbinə Əliyevanın ödədiyi 7530 manatdan 3031 manatı, Nərgiz Məhərrəmovanın ödədiyi 1300 manatdan 1000 manatı, Könül İsmayilovanın ödədiyi 300 manatın hamısını, Aişə Həsənovanın ödədiyi 1258 manatdan 500 manatı, Rüfanə Səfərovanın ödədiyi 1184 manatdan 500 manatını, Gülbəniz Əliyevanın ödədiyi 1308 manatdan 1060 manatını, Sevda Əhmədovanın ödədiyi 2000 manatın hamısını və Liza Bağbanovanın ödədiyi 400 manatın hamısını kassaya təhvil verməyərək mənimsədiyi müəyyən edilmişdir. Qeyd edilən fakt müstəqil audit yoxlaması nəticəsində təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özü şəxsən audit yoxlamasında iştirak etmiş, 16305 manatı mənimsəməsini öz yazılı izahatı ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin pul vəsaitini qaytaracağına söz vermiş, lakin bu günədək həmin pul vəsaitlərini geri qaytarmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də anbardar vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdən isə həmin MMC-də servis müdiri vəzifəsində işləyir. "xxxx" MMCnin fəaliyyət istiqaməti lazer cihazlarının, həmçinin ehtiyat hissələrinin satışı, cihazların icarəyə verilməsi və servis xidmətlərinin təşkili olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə "xxxx" MMC-də fakitiki olaraq satış mütəxəssisi vəzifəsində işləməyə başlamışdır. Satış mütəxəssisi kimi Təqsirləndirilən şəxs vəzifəsi gözəllik salonlarına gedərək şirkətin məhsulları və xidmətlərini təklif etmək, satılan məhsullara və göstərilən xidmətlərə görə ödənişləri qəbul edərək şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən kassasına təhvil verməkdən ibarət olmuşdur. 2024-cü ilin iyun ayında müştərilərdən birinin ödədiyi 2000 manat pulu Təqsirləndirilən şəxs kassaya təhvil verməyi ləngitmişdir. Bu zaman MMC-nin satış müdiri Şahid1 Təqsirləndirilən şəxs müştərilər tərəfindən ödənilmiş pulları mənimsəyəcəyindən şübhələnərək araşdırma aparmağa başlamış və Təqsirləndirilən şəxs bu barədə soruşmuşdur. Təqsirləndirilən şəxs hər şeyi etiraf etmiş və 12 nəfər müştərinin ödədiyi ümumilikdə 16305 manat pul vəsaitini mənimsədiyini bildirmişdir. Qeyd edilən halı onlar daxili yoxlama əsasında da müəyyən etmişlər. Belə ki, o, MMC-nin icraçı direktoru Nümayəndə, satış müdiri Şahid1 və mühasib X1 Rahid Bəxtiyar oğlunun dislokasiyasına daxil olan satış nöqtələrinə göstərilən xidmətlərə görə satış nöqtələrindən ödənilən pulların inventarizasiyasının aparmışlar. İnventarizasiya nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 12 nəfər müştəri yəni, Ulduz Ömərovanın ödədiyi 3523 manatın 3458 manatını, Rübabə Əkbərovanın ödədiyi 1536 manatdan 400 manatını, Tərlalə Əliyevanın ödədiyi 1008 manatdan 800 manatını, Nicat Nəcəfzadənin ödədiyi 2856 manatın hamısını, Səbinə Əliyevanın ödədiyi 7530 manatdan 3031 manatı, Nərgiz Məhərrəmovanın ödədiyi 1300 manatdan 1000 manatı, Könül İsmayilovanın ödədiyi 300 manatın hamısını, Aişə Həsənovanın ödədiyi 1258 manatdan 500 manatı, Rüfanə Səfərovanın ödədiyi 1184 manatdan 500 manatını, Gülbəniz Əliyevanın ödədiyi 1308 manatdan 1060 manatını, Sevda Əhmədovanın ödədiyi 2000 manatın hamısını və Liza Bağbanovanın ödədiyi 400 manatın hamısını kassaya təhvil verməyərək mənimsədiyi müəyyən edilmişdir. Qeyd edilən fakt müstəqil audit yoxlaması nəticəsində təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs özü şəxsən audit yoxlamasında iştirak etmiş, 16305 manatı mənimsəməsini öz yazılı izahatı ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin pul vəsaitini qaytaracağına söz vermiş, lakin bu günədək həmin pul vəsaitlərini geri qaytarmamışdır. Məhkəmə iştirak etməyən şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır(i.v. 1); Nümayəndə tərəfindən Xətai rayon prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-dən 16000 manatdan çox pul vəsaiti mənimsənilmiş, qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v.9) Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli müstəqil auditor hesabatında göstərilmişdir ki, "xxxx" MMC-nin satış mütəxəssisi Təqsirləndirilən şəxs Cəmiyyətlə əməkdaşlıq edən müştərilərə göstərilən xidmətə görə həmin müştərilərdən aldığı xidmət haqqının məbləğini Cəmiyyətin kassasına ödənişini dəfələrlə uzun müddətə gecikdirməklə tam ödəməməsi nəticəsində, onun öhdəsində 16305,00 (on altı min üç yüz beş) manat məbləğində xidmət haqqı pulunun çatışmazlığı aşkar edilmiş, son nəticədə onun tərəfindən həmin məbləğ qədər "xxxx" MMC-yə ziyan vurulmuşdur.(i.v. 11-22) Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli satış mütəxəssisinin vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs satış mütəxəssisi kimi vəzifə öhdəliklərindən biri ehtiyat hissələrinin və aparat satışı zamanı ödənişlərin və debitor borcların yığılmasını təmin etmək olmuşdur.(İ.v. 44-46) Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək "xxxx" MMC-nin satış mütəxəssisi vəzifəsində işləmişdir. (i.v. 47) 04 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, “LASER” SERVİCE” MMC-nin zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.(i.v 103) 04 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında qərardan görünür ki, Nümayəndə “LASER” SERVİCE” MMC zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması qərara alınmışdır.(i.v 106) Şahidlərin təqdim etdiyi ödəniş qəbzlərinin surəti və Təqsirləndirilən şəxs təqdim etdiyi, özünə məxsus "xxxx" ASC-də olan 5261-6333-3349-8104 nömrəli kart hesabının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışlarına və "xxxx" ASC-yə məxsus “Leobank”-da mövcud olan 5411-2498-0358-9253 nömrəli kart hesabının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışlarına Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Baxış zamanı şahid X9 təqdim etdiyi 11 ədəd ödəniş qəbzinin surətləri və şahid X4 təqdim etdiyi 01 ədəd ödəniş qəbzinin surəti Təqsirləndirilən şəxs təqdim etdiyi "xxxx" ASC-də olan 5261-6333-3349-8104 nömrəli və "xxxx" ASC-yə məxsus “Leobank”-da mövcud olan 5411-2498-0358-9253 nömrəli kart hesablarının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarışları ilə birlikdə müqayisəli şəkildə tədqiq edilmiş və tədqiq nəticəsində X27 Bayramova məxsus "xxxx" ASC-də olan 5261-6333- 3349-8104 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 11:33-də 200 AZN, xx.xx.2024-cü il tarixdə, saat 20:38-də 300 AZN, xx.xx.2024-cü il tarixdə, saat 20:06-da 98 AZN, xx.xx.2024-cü il tarixdə, saat 20:05-də 550 AZN, xx.xx.2024-cü il tarixdə, saat 17:11də 100 AZN, xx.xx.2024-cü il tarixdə, saat 16:55-də 40 AZN, xx.xx.2024-cü il tarixdə, saat 14:07-də 74 AZN, xx.xx.2024-cü il tarixdə, saat 14:15-də 685 AZN və Unibank” ASC-yə məxsus “Leobank”-da mövcud olan 5411-2498-0358-9253 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə, saat 21:25-də 200 AZN, xx.xx.2024-cü il tarixdə, saat 22:42-də 150 AZN və xx.xx.2024-cü il tarixdə, saat 13:27-də 100 AZN pul vəsaiti köçürdüyü müəyyən edilmişdir. Həmçinin, müqayisəli tədqiq zamanı X22 Bayramova məxsus "xxxx" ASC-də olan 5261-6333-3349-8104 nömrəli kart hesabına 20.05. 2024-cü il tarixdə, saat 17:02-də 1700 AZN pul vəsaiti köçürdüyü müəyyən edilmişdir.(İ.v. 119-129, 150, 192-203, 204-215, 223) X2 Sisteminin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluqla bağlı məlumat yoxdur.(i.v 224) 02 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, . Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair qərar qəbul edilsin və ona həmin maddələrlə ittiham edilməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri, o cümlədən Təqsirləndirilən şəxs etirafedici ifadəsi, müstəqil auditor hesabatı, ödəniş qəbzləri, bank hesablarından çıxarışlar, baxış protokolu və işdə olan digər istintaq materiallarının iş üzrə sübut növü kimi qəbul olunması qərara alınmışdır.(i.v 225-236) 03 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v 240) 03 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 250) Zərərçəkmiş şəxs Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin surətindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər ödənilmişdir, təqsirlədndirilən şəxs ilə barışmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2821 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 4077 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli Plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40(qırx) saat üçün nəzərdə tutulan 240(iki yüz qırx) manat pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar