Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-91/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu, Aşqallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq ********* saylı cinayət üzrə müəyyən etmişdir k, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqla araşdırılan Hüseyn adlı şəxsdən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 qram və 0,290 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram psixotrop maddə metamfetamin, habelə özünün istifadəsi üçün 18 manat pul müqabilində 01 ədəd bükümdə təmiz çəkisi 0,222 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,092 qram psixotrop maddə metamfetamin əldə edib, üstündə daşımaqla saxlayıb, 26 sentyabr 2022-ci il tarixdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,204 qram və 0,290 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,022 qram psixotrop maddə metamfetamini 40 manat pul müqabilində Şahid4 satmış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18:15-də ünvan 2 ünvanda saxlanılıb ünvan 3i RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə paltarında keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,222 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,092 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təminən bir ilə yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən bir ay əvvəl UPD qəsəbəsində Hüseyn adlı şəxslə tanış olmuş, tanışlıq zamanı Hüseyn adlı şəxs onun narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdən sonra, özünün bir neçə vaxtdır ki, müxtəlif növ narkotik vasitələr və psixotrop maddələrin alqı-saqtısını ilə məşğul olduğunu deyib, ona istənilən növ narkotik vasitə və ya psixotrop maddənin satışını həyata keçirə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Hüseynə zəng vurub, öz istifadəsi üçün 13 manat pul müqabilində 01 büküm narkotik vasitə heroin, 5 manat pul müqabilində isə 01 büküm psixotrop maddə metamfetamin sifariş vermiş, Hüseyn də razılaşıb Nargilə dairəsi yaxınlığında ona ümumilikdə 18 manat pul verməklə, razılaşdıqları kimi 01 ədəd büküm narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin almış, Hüseynlə söhbətləşən ərəfədə onun mobil telefonuna zəng gəlməsinin şahidi olmuş, ona zəng edən nömrəyə diqqət etdikdə, nömrənin ***-***-**-** saylı olmaqla tanışı Əmraha məxsus olmasını məlum etmişdir. Əmrahı məhəllə adamı kimi 2 ilə yaxındır ki, tanımışdır. Əmrahın telefonla Hüseynə 02 büküm narkotik vasitə heroin, 01 büküm isə psixotrop maddə metamfetamin istəmişdir.Əmrahla münasibəti olduğu sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni özünün ona çatdıracağını bildirmişdir.Bu səbəbdən Ulduz marketin yaxınlığında görüş təyin etmişdir. Hüseyndən Əmrahın sifariş verdiyi narkotik vasitələri ona verməsini xahiş etmiş, belə ki, qısa aradan sonra Əmrahla özünün görüşüb narkotik vasitə və psixotrop maddələri ona verəcəyini, müqabilində isə danışılan pulu götürüb ona çatdıracağını demişdir. Hüseynlə ilə razılaşıb, Əmrahla razılaşdıqları kimi 02 bükümdə narkotik vasitə heroin, 01 büküm isə psixotrop maddə metamfetamini ona verib, qısa zamanda danışılan 40 manatı alıb ona verəcəyini demişdir. Həmin maddələri götürüb Ulduz marketin yaxınlığına gəldiyində, Əmrahın əvvəllər tanımadığı, sonradan adını öyrəndiyi Elşən adlı şəxslə birgə onu gözləməsinin şahidi olmuş, həmin zaman Əmrah tək şəkildə ona yaxınlaşdıqda, Hüseyndən götürdüyü 02 bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini ona vermiş, Əmrah da ona 40 manat pul vermişdir. Pulu götürdükdən dərhal sonra Nargilə dairəsi yaxınlığında Hüseynlə görüşüb, Əmrahdan aldığı 40 manatı əlbəəl ona vermişdir. Həmin gün saat 18 radələrində Xətai rayonu, Lenovski küçəsi ilə hərəkət etdiyi zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, daha sonra qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 37-ci PŞ-nə getməsini bildirmiş, o, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 37-ci PŞ-nə gəlmiş, PŞ-nə gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, hüquq və vəzifələri izah edilmiş, ardınca videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparalıcağı barədə xəbərdar edilmiş, bundan sonra isə şəxsi axtarışına başlanmış, belə ki, polis əməkdaşları şəxsi axtarışını aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu etmiş, həmin zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibində sağladığı iki ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Əmraha narkotik vasitə və ya psixotrop maddə satmadığını və ümumiyyətlə həmin maddələrin satışı ilə məşğul olmadığını bildirmiş, Əmraha Hüseynin satışı təşkil etdiyi narkotik vasitə və psxiotrop maddənin çatdırmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 6 aya yaxındır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. UPD qəsəbəsində istifadəsi üçün ona narkotik vasitə və ya psixotrop maddə satacaq şəxs axtardığı zaman təsadüfən Hüseyn adlı şəxslə tanış olmuş, tanışlıqları zamanı Hüseyn müxtəlif növ narkotik vasitələr və psixotrop maddələrin satışın həyata keçirdiyini bildirdiyi üçün bundan sonrakı vaxtlarda ondan bir neçə dəfə öz istifadəsi üçün, narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin almış, xx.xx.2022-ci il tarixdə UPD qəsəbəsində olduğu zaman tanışı Elşən adlı şəxslə qarşılaşmış, Elşənlə tanışlıq zamanı onun da narkotik vasitələrdən istifadə etdiyini öyrənmiş, Elşən 40 manat pulunun olduğunu, həmin pul müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin istəmişdir. O, Hüseynə zəng edib ondan 40 manat pul müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin sifariş vermiş, Hüseyn razılaşıb, işi olduğundan həmin gün axşam saatlarında görüş təyin etmiş, ondan narkotik vasitənin qısa zamanda çatdırılmasını xahiş etmişdir. Tanışı Elçin telefonunu Hüseyndən alıb, sifariş verdiyi narkotik vasitə və psixotrop maddəni ona çatdıracağını demişdir. Sifariş verdikləri narkotik vasitə və psixotrop maddəni götürməkdən ötrü Elşənlə birgə Ulduz marketin yaxınlığına gəlmiş, bir neçə dəqiqə sonra Elçin həmin ünvana gəldikdə, o, 40 manat pulu Elşəndən alıb, özü tək şəkildə Elçinə yaxınlaşmış, 02 bükümdə narkotik vasitə heroini və 01 ədəd bükümdə olan psixotrop maddə metafetamini ondan götürmüş, 40 manat pulu Elçinə vermişdir. O, Elşənə yaxınlaşıb həmin 02 bükümdəki narkotik vasitə heroin və 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə Şahid4 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, Şahid4 saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə Şahid4 şəxsi axtarışı aparılan zaman, üstündən 01 ədəd bükümə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Şahid4 həmin kütləni tanışı Elçin adlı şəxsdən aldığını bildirmiş, tərəflərindən Elçin adlı şəxsin şəxsiyyəti müəyyən edilərək, Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra, onun cinayətkar əməlinin ifşa olunması üçün o və şöbənin polis sahə rəisi Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, 26 sentyabr 2022-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs həmin vaxt olması güman edilən Bakı şəhəri, Xətai rayonu, Levonovski küçəsi 17 ünvanına gəlmiş, bir neçə vaxt ərzində müşahidə apardıqdan sonra, xarici görünüşcə Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsin həmin ünvana gəldiyini görmüş, bu zaman onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib, özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü təqdim etmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etmə və istifadə etmədə şübhəli olduğunu izah edib, onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmiş, şöbəyə gəldikdən sonra, Bakı şəhəri 13 saylı Vəkil Bürosundan vəkil dəvət olunaraq ona təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə üstündə şəxsi axtarışı aparılacağı izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə izah edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd kağız bükümü təqdim edib, kağız bükümdəkilərin birində narkotik vasitə heroin, digər digərində isə metamfetamin olduğunu bildirmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd sellofan bükümün içərisindəki kağız bükümləri açıb içərisinə baxdıqda bükümlərdən birində narkotik maddə hesab olunan heroinə oxşar kütlənin olması, digər kağız bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitələri xx.xx.2022-ci il tarixdə NZS qəsəbəsində Hüseyn adlı şəxsdən özünün istifadəsi üçün 18 manat müqabilində əldə etdiyini bildirmiş, eyni zamanda o, Şahid4 Aydın oğluna narkotik vasitə satıb-satmaması barədə sorğulandıqda, sonuncu həmin şəxsə narkotik vasitə satmadığını və ümumiyyətlə narkotik satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzi ilə ölçülmüş, ardınca müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra götürülmüş, ardınca aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin polis sahə rəisi Şahid1 ifadəsi elan olunaraq tədqiq edilmiş, onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 34-cü PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində olan 2 ədəd kağıza bükülmüş bükümü təqdim etmiş və həmin kağızın içərisində olan bükümlərin birinin içərisindəki qəhvəyi rəngli toz şəkilli maddə və digər bükümdəki ağ rəngli, kristalşəkilli maddə olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan kakos adı ilə bildiyi narkotik vasitə “heroin” və “şüşə” adı ilə bildiyi narkotik vasitə olmasını bildirdi. Həmin bükümdə olan maddələrin elektron tərəzidə çəkilməsi nəticəsində məlum olmuşdur ki, qəhvəyi rəngli maddənin çəkisi 0.32 qram, ağ rəngli kristalşəkilli maddənin çəkisi isə 0.17 qramdır. Keçirilmiş istintaq hərəkətinin görüntüsü elektron daşıyıcıya köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofandakı 02 ədəd bükümdə qablaşdırma ilə birgə çəkisi 0,32 qram narkotik vasitə heroinə bənzər maddə, kütləsi 0.17 qram olan metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5542 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza) ..” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,222 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Tədqiqatdan sonra qalıq 0.172 qram), bir ədəd bükümdə təmiz çəkisi 0.092 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir ( Tədqiqatdan sonra qalıq 0.082 qram). İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5540 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid3” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,204 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Tədqiqatdan sonra qalıq 0.154 qram), bir ədəd bükümdə təmiz çəkisi 0.022 qram olan ağ rəngli krisatllik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (Tədqiqatdan sonra qalıq 0.012 qram). İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 6/5541 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Şahid4-imza sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,290 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Tədqiqatdan sonra qalıq 0.240 qram). Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5957 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,222 qram olan narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.092 qram matamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,172 qram çəkidə narkotik vasitə heroin və 0.082 qram metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Axtarış və götürməni əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. 26 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tələbnamədən və Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasından 02 il 03 ay 27 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin qismən etirafı, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və şahidlərin ifadəsi ilə onun Şahid4 Hüseyn adlı şəxsdən sifariş etdiyi 2 büküm heroin və 1 büküm metamfetamini Əmraha çatdırması və aldığı 40 manat pulu Hüseyn adlı şəxsə aparıb verməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs hansı məqsədlə bu əməli etdiyini bildirməmişdir. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə və psixotrop maddə çatdırması məqsədsiz ola bilməz, o, bundan heç bir qazanc əldə etməsə də, bu əməli şəxsi maraq məqsədilə törətmişdir. Buna görə də ifadəsində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmamasını bildirməsi onun özünü müdafiə və cinayət məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması və qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satması cinayətlərini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli isə ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin olunmalıdır. Ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 26 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalmış 0,172 qram narkotik vasitə heroin və 0.082 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış axtarış və götürməni əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 03 (üç) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınaraq Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 0,172 qram narkotik vasitə heroin və 0,082 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-91/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-91/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver