Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-92/2021 17.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 47-də qeydiyyatda olan və yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 200110288 saylı cinayət işini tədqiq edən Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:45-də “BC” kateqoriyalı, AD seriyalı 309267 nömrəli sürücülük vəsiqəsi ilə tanışı Şahid1 məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, qırmızı rəngli “Vaz 21013 minik” markalı, **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə üzü Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən “Panorama Park” yaşayış binasının yaxınlığında hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçən piyada X9 avtomobilin sol qabaq yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona qapalı kəllə beyin travması, başın hər iki alın-təpə- gicgah nahiyələrində yumşaq toxumaların əzilməsi ilə qeyd olunan geniş ölçülü dərialtı qansızmalar, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi sıxılma ilə, baş beynin diffuz travması, iki tərəfli travmatik subdural qansızma, sağ təpə-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması, sol təpə-alm-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması, sağ və sol təpə sümüklərinin, alın sümüyünün xətti sınıqları, sağ tərəfli periorbital hematoma, ikitərəfli dekompressiv kranioektomiya və hematomalarm xaric olunması kimi başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar ölümünə səbəb olan həyat üçün ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Şahid1 onunla qonşuluqda yaşadığından və təhsil aldığı orta məktəbdə eyni sinifdə oxuduğundan təxminən 20 il olar ki, dostluq edirlər. İdarə etdiyi «Vaz 21013» minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil Asifə məxsus olmuşdur. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 11:30 radələrində Asif xəstə olduğundan ondan onu Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən «Turan» klinikasına aparmağı xahiş etmişdir. O da Asifin xahişi ilə «Vaz 21013» minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Asifi növbəti müayinədən keçirmək üçün «Turan» klinikasına aparmışdır. Asif hadisədən öncə həmin klinikada yüngül cərrahi əməliyyat olunmuş və səhhətində problemləri olduğu üçün avtomobili idarə etməkdə çətinlik çəkmişdir. Təxminən 10 dəqiqədən sonra Asif klinikadan çıxaraq səhhəti ilə əlaqədar olaraq avtomobilin arxa oturacağında uzanmışdır. Yaşadıqları ünvana getmək üçün o, avtomobili idarə etməyə başladır. Saat təxminən 12:30 radələrində o, həmin avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən «Panorama Park» yaşayış binasının qarşısında yerləşən piyada keçidini təxminən 10 metr keçdikdən sonra yolun hərəkət hissəsinin 2-ci zolağının sağ hissəsi ilə saatda təxminən 60 kilometr sürətlə hərəkətdə olduğu zaman yolun hərəkət hissəsini soldan sağa doğru ondan sağdakı avtomobilin qarşısından adi addımlarla keçən piyadanın olduğunu təxminən ona 10 metr qalmış görmüşdür. O, həmin piyadanı avtomobili ilə vurmamaq üçün avtomobilin tormoz əyləcindən istifadə etmişdir. Lakin, həmin piyada öz hərəkəti ilə onu çaşdırdığı üçün o, avtomobili saxlaya bilməmiş, avtomobilin ön sol qanad hissəsi ilə piyadanı vurmuşdur. Piyadanın başının sağ tərəfi idarə etdiyi avtomobilin qabaq şüşəsinin sol küncünə, başının sağ hissəsi isə yerə asfalta dəymişdir. O, dərhal avtomobili saxlayıb avtomobildən düşüb piyadaya yaxınlaşmış və səhhəti ilə maraqlanmışdır. Həmin vaxtı ətrafdan keçən şəxslər hadisə yerinə toplaşmış və piyadaya su verib əl-üzünü yumuşlar. Həmin vaxt o, özünə məxsus mobil telefon ilə Səhiyyə nazirliyinin 103 zəng mərkəzinə zəng edərək yolnəqliyyat hadisəsi törətdiyini bildirib hadisə yerinə həkim briqadası gəlməsini xahiş etmişdir. Həmin vaxtı hadisə yerində DYPİ-nə məxsus dövlət nömrə nişanını xatırlamadığı avtomobil dayandığını görmüşdür. Yol polisi əməkdaşı idarə etdiyi xidməti avtomobilin arxa qapısını açıb ondan piyadanı avtomobilə qoymağını bildirmişdir. O da piyadanı qucağına götürüb yol polisi avtomobilinin arxa oturacağına əyləşdirmiş və özü də həmin avtomobilin ön oturacağında əyləşmişdir. Yol polisi avtomobili Respublika Neyrocərrahiyyə Xəstəxanasının yanına sürmüş və piyadanı düşürüb həmin xəstəxanaya aparmışlar. Sonradan həmin piyadanın X11 olduğunu öyrənmişdir. Famil Əsədov Respublika Neyrocərrahiyyə xəstəxanasında 9 gün müalicə aldıqdan sonra “Medical Plaza” xəstəxanasına apararaq müalicəsini davam etdirilmişlər. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə Famil Əsədov aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Sonradan öyrənmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizə ilə müraciət edərək yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş əri X6 hadisədən sonra xəstəxanada stasionar olaraq müalicə olduğu müddət ərzində ona 53.344 maddi və 50.000 manat mənəvi ziyan dəydiyini göstərdiyi üçün mülki iddiaçı kimi tanınmışdır. Fatmaxanım Məmmədova 103344 manat mülki iddia verdiyi üçün o da iş üzrə mülki cavabdeh kimi tanınaraq hüquqları izah olunmuşdur. Famil Əsədovun müalicəsinə görə Neyrocərrahiyyə Xəstəxanasında 2700 manat pul xərcləmişdir. Onun hazırda Fatmaxanım Məmmədovanın iddiasında göstərdiyi 103344 manat pulu ödəməyə imkanı yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X8 qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. X3 ifadəsində bildirmişdir ki, 2019- cu ilin avqust ayının 28-də X11 ilə ailə həyatı qurmuşdur. Evlidir. Övladı yoxdur. xx xxxx 2020-ci il tarixdə o, evdə olduğu zaman ərinin bacısı Şəbinə Əsədova onun mobil telefonuna zəng edərək Famil Əsədovun piyada qismində avtomobil yolunu keçərkən yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu ona bildirmişdir. Buna görə də o, dərhal evdən çıxıb həmin xəstəxanaya getmişdir. O, həmin xəstəxanaya çatdıqda Famili artıq əməliyyata salmışlar. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21013 minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanı ilə üzü Xətai rayonu, Zığ şosesi istiqamətində, hərəkət hissəsinin sağ kənarı ilə idarə edən zaman yolun hərəkət hissəsini soldan sağa doğru keçən orta addımlarla 6 metr məsafə qət etmiş əri X9 vuraraq ona xəsarət yetirmişdir. Famil səkkiz gün həmin xəstəxanada qaldıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X13 köçürülmüşdür. Onlar Familin həyatda qalması üçün çalışsalar da bir nəticə olmamış və Famil xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Famil X14 ölmüş və Famili dəfn etmişlər. Famil Respublika Neyrocərrahiyyə Xəstəxanasında və X7 zaman o, müalicə xərclərinə xəstəxanada 53344 (əlli üç min üç yüz qırx dörd) manat pul xərcləmişlər. Famili avtomobili ilə vuran sürücü Təqsirləndirilən şəxs onlara cəmi 2700 manat pul ödəmişdir. Sürücü Təqsirləndirilən şəxs şikayətçidir. Daha sonra, zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 bugünədək barışığın olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsə ağır cəza verilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. «Vaz 21013» minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 11:30 radələrində xəstəliyi ilə əlaqədar İlkindən onu özünə məxsus avtomobillə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən «Turan» klinikasına aparmasını xahiş etmişdir. İlkin də onun xahişi ilə ona məxsus «Vaz 21013» minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək onu həmin klinikaya aparmışdır. O, bir neçə gün ondan əvvəl orada yüngül cərrahi əməliyyat olunmuşdur. O, «Turan» klinikasına daxil olub, təxminən 10-15 dəqiqədən sonra klinikadan çıxmış və səhhəti ilə əlaqədar olaraq avtomobilin arxa oturacağında uzanmışdır. Yaşadıqları ünvana getmək üçün İlkin avtomobili idarə etmişdir. Saat təxminən 12:30 radələrində İlkin həmin avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanında yerləşən «Panorama Park» yaşayış binasının yaxınlığında idarə edərkən tappıltı səsi eşitmişdir. Həmin vaxtı İlkin dərhal avtomobili saxlamış və aydın olmuşdur ki, yolu keçən piyadanı avtomobillə vurmuşdur. İlkin düşüb piyadaya yaxınlaşıb səhhəti ilə maraqlanmışdır. Həmin vaxtı ətrafdan keçən şəxslər hadisə yerinə toplaşmış və piyadaya su verib əl-üzünü yumuşlar. Həmin vaxt İlkin özünə məxsus mobil telefon ilə Səhiyyə nazirliyinin 103 zəng mərkəzinə zəng edərək yolnəqliyyat hadisəsi törətdiyini bildirib hadisə yerinə həkim briqadası gəlməsini xahiş etmişdir. Həmin vaxtı hadisə yerində DYPİ-nə məxsus dövlət nömrə nişanını xatırlamadığı avtomobil dayandığını görmüşdür. Yol polisi əməkdaşı idarə etdiyi xidməti avtomobilin arxa qapısını açıb İlkindən piyadanı avtomobilə qoymasını bildirmişdir. İlkin də piyadanı qucağına götürüb yol polisi avtomobilinin arxa oturacağına əyləşdirmiş və özü də həmin avtomobilin ön oturacağında əyləşib xəstəxanaya getmişlər. Bundan sonra da İlkin mütəmadi olaraq piyada Famil Əsədovun səhhəti ilə maraqlanıb lazımı tibbi yardım göstərmişdir. Hadisə vaxtı o, avtomobildə arxa oturacaqlarda uzanıqlı vəziyyətdə olduğu üçün hadisəni görməmişdir. Hadisə vaxtı İlkinin idarə etdiyi ona məxsus olan avtomobildə avtomobilin sahibi kimi o, şəxsən olmuşdur. İlkin onun xahişi ilə avtomobili idarə etmişdir. Rəsmi etibarnamə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC, Dəniz Nəqliyyatı donanmasında baş mexanik vəzifəsində işləmişdir. İki övladı olmuş, övladlarından xx xxxx 1988-ci il təvəllüdlü Famil Əsədov biri, digəri isə xx xxxxxx 1995-ci il təvəllüdlü Şəbinə Əsədovadır. Övladları onun himayəsində yaşamışlar. xx xxxx 2020-ci il tarixdə o, işdə olduğu zaman qızı Şəbinə Əsədova onun mobil telefonuna zəng edərək Famil Əsədovun piyada qismində avtomobil yolunu keçərkən yol- nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu ona bildirmişdir. Buna görə də o, dərhal işdən çıxıb həmin xəstəxanaya getmişdir. O, həmin xəstəxanaya çatdıqda Famili artıq əməliyyata salmışlar. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21013 minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanı ilə üzü Xətai rayonu, Zığ şosesi istiqamətində, hərəkət hissəsinin sağ kənarı ilə idarə edən zaman yolu keçən oğlunu vuraraq xəsarət yetirmişdir. Famil səkkiz gün həmin xəstəxanada qaldıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən X13 köçürülmüşdür və Famil həmin xəstəxanada 30 gündən sonra ölmüşdür. Famil Respublika Neyrocərrahiyyə Xəstəxanasında və X7 zaman müalicə xərclərinə xəstəxanada 53344 (əlli üç min üç yüz qırx dörd) manat pul xərcləmişlər. Famili avtomobili ilə vuran sürücü Təqsirləndirilən şəxs onlara cəmi 2700 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, X11 onun qızı X1 əri olmuşdur və onlar təxminən 1 il bundan əvvəl evlənmişlər. xx xxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində o, evdə olduğu zaman oğlu Dadaş onun mobil telefonuna zəng edərək Famil Əsədovun piyada qismində avtomobil yolunu keçərkən yolnəqliyyat hadisəsi zamanı xəsarət aldığını və hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu bildirmişdir. Buna görə də o, dərhal evdən çıxıb həmin xəstəxanaya getmişdir. O, həmin xəstəxanaya çatdıqda Famili artıq cərrahi əməliyyata salmışlar. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21013 minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 30 ünvanı ilə üzü Xətai rayonu, Zığ şossesi istiqamətində, hərəkət hissəsinin sağ kənarı ilə idarə edən zaman yolu keçən Famili vuraraq xəsarət yetirmişdir. Famil səkkiz gün həmin xəstəxanada qaldıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X13 köçürülmüşdür. Famil X14 dünyasını dəyişmişdir. Onlar bu günə kimi Familin xəstəxana xərcləri üçün 53344 manat pul xərcləmişlər. Famili avtomobili ilə vuran sürücü Təqsirləndirilən şəxs onlara cəmi 2700 manat pul vermişdir. Məhkəmə iclasında dövlət ittihamçısının ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət olmasına və təqdim edilmiş sübutların baxılmış sübutlarla məhdudlaşdırılması barədə verdiyi vəsatəti tərəflərin etirazı olmadığından CPM-nin 337-ci maddəsinə əsasən təmin edilmiş və digər iki şahidlər Şahid4 və Şahid5 ifadələri tədqiq edilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 56/2020 saylı rəyində göstərilmişdir ki, X6 adına Respublika Neyrocərrahiyyə Xəstəxanasıda tərtib olunmuş stasionar xəstənin tibbi kartasında qeyd edilən xəsarətlər - Müştərək travma. QKBT. Baş beynin ağır dərəcəli əzilməsi sıxılma ilə, Sağ təpə - gicgah nahiyələrinin kəskin epidural və subdural hematoması. Sol təpə-alın - gicgah nahiyələrinin kəskin epidural və subdural hematoması. Sağ və sol təpə sümüklərinin, alın sümüyünün xətti sınıqları. Sağ və sol təpə - gicgah nahiyələrinin yumşaq toxumaların əzilməsi. Sağ tərəfli periorbital hematoma. İkitərəfli dekompressiv kranioektomiya. Hematomaların xaric olunmasından sonrakı vəziyyət bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 84 saylı rəyindən görünür ki, F.Şahid2 meyitində aşkar edilmiş xəsarətlər - müştərək travma; qapalı kəllə beyin travması; başın hər iki alın-təpə - gicgah nahiyələrində yumşaq toxumaların əzilməsi ilə qeyd olunan geniş ölçülü dərialtı qansızmalar, baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi sıxılma ilə; baş beynin diffuz travması; iki tərəfli travmatik subdural qansızma. Sağ təpəgicgah nahiyəsinin kəskin epidural və subdural hematoması; sol təpə-alın-gicgah nahiyəsinin kəskin epidural və subdural hematoması. Sağ və sol təpə sümüklərinin, alın sümüyünün xətti sınıqları. Sağ tərəfli periorbital hematoma. İkitərəfli dekompressiv kranioektomiya və hematomaların xaric olunmasından sonrakı vəziyyət həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni Neyrocərrahiyyə Xəstəxanasına daxil olmasından az əvvəl piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər. Bu xəsarətlər ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. F.Şahid2 ölümünə səbəb başın küt travması nəticəsində yaranmış kəllə sümüklərinin sınıqları, baş beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar olmuşdur. Ölüm xx.xx.2020-ci il tarixdə, saat 08:30 radələrində X14 baş vermişdir, bu da meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq olunur. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1567 saylı rəyindən görünür ki, 1-2 “VAZ 21013” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 2/10626 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olması müəyyən edilmişdir. İş materialında olan sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq, mülkiyyətçisinə qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxx 2020-ci il tarixində verilmiş AD seriyalı 309267 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. Sürücülük vəsiqəsindən görünür ki, xx xxxx 2030-cu il tarixədək etibarlılıq müddəti var. Cinayət işinin 71-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 mülki iddia ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə ümumi olaraq 53.344 manat, həmçinin mənəvi ziyana görə 50.000 manat alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarının 63-70, 87-88 və 148-ci vərəqələrində olan qəbzlərdən görünür ki, X6 xəstəxana və əməliyyat xərcləri üçün toplam 39344 manat xərclənmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçının, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarına əsasən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətdiyini, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etdiyini barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş cəza qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi məsələsini müzakirə edib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq barəsində həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 mülki iddiası ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı verilmiş həmin iddia tələbi üzrə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmış və zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən təqdim olunmuş sübutlara ayrı-ayrılıqda qiymət verərək, məhkəmə hesab edir ki, X1 mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozduğuna görə, X11 ölmüşdür. Məhkəmə istintaqı zamanı X6 müalicə olunduğu X17 tibb müəssisəsi tərəfindən verilmiş (iş vərəqi 148) qaimədən məlum olur ki, toplam 39344 manat xərclənmişdir, qəbzlər məhkəməyə təqdim edilmişdir. (iş vərəqi 63-70) Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X3 mərhumun dəfn xərcləri ilə bağlı çəkdiyi xərclərə dair sənəd təqdim etməsə də, onun dəfni ilə bağlı görülən işlər ağlabatan həddə xərclər çəkməsi inandırıcıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda, eyni zamanda, qeyd olunur ki, mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda, belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X12 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda, həmçinin, qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 hadisə nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən, yəni verilmiş qəbz və arayış həcmində təmin edilməlidir; toplam maddi zərərə görə 39344 manat, 2000 manat dəfn xərci və mənəvi ziyana görə 2.000 manat hesablanmalı Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş 2700 manat çıxılmalı və ümumi olaraq 40644 manat Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 xeyrinə tutulmalıdır, mülki iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, dövlət rüsumu 30 (otuz) manat da, Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə xərcləri və maddi sübutla bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21013” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçinin istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179, 346, 347- 349, 351-353, 354, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 38.644 (otuz səkkiz min altı yüz qırx dörd) manat, mənəvi ziyana görə 2.000 (iki min) manat və dövlət rüsumu üçün 30 (otuz) manat, ümumilikdə 40.674 (qırx min altı yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X1 xeyrinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21013” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra mülkiyyətçinin istifadəsinə verilmiş hesab edilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-92/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-92/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver