Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-92/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mühafizə Alayının 14-cü Atıcı Bölüyünün tağım komandiri vəzifəsində işləyən, Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi 76, mənzil 99 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və ardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan maqla ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2008-ci il tarixli 324-K nömrəli əmrlə ədliyyə orqanlarına işə qəbul edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 saylı çəkmə müəssisəsinin tərbiyə X3 böyük ispektoru (dəstə rəisi) və digər müxtəlif vəzifələrə, sonuncu dəfə həmin Xidmətin rəisinin xx.xx.2020-ci il tarixli i ilə 13 saylı X1 X3 böyük inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Şahid1 övladı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə həmin Cəzaçəkmə Müəssisəsində görüşləri zamanı, guya Şahid1 cəza müddətinin azaldılması və vaxtından əvvəl azadlığa buraxılmasına köməklik göstərilməsi imkanına malik olmasını Zərərçəkmiş şəxs yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Ali Məhkəmədə işləyən səlahiyyətli vəzifəli şəxslərə Şahid1 xeyrinə edəcəyi hərəkətə görə 26.000 (iyirmi altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, həmin adla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bak Metropoliteni" QSC-nin "Nəriman Nərimanov" metorstansiyasının qarşısında yerləşən parkda Şahid3 iştirakı ilə 5.000 (beş min) manat, 04.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu "xxxx" QSC-nin Neffçilər" metorstansiyasının qarşısında 9.000 (doqquz min) manat, xx.xx.2022-ci il xdə Bakı şəhəri, Yasamal rayonu, "xxxx" QSC-nin "Elmlər Akademiyası" metrostansiyasının qarşısında Şahid2 iştirakı ilə 7.000 yeddi min) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevə küçəsində əşən "Bakı Kinoteatrı"nın yaxınlığında 5.000 (beş min) manat olmaqla, ümumilikdə 26000 (iyirmi altı min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs şəxsən alaraq, sin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə etməklə atma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 26000 (iyirmi altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin dövlət hesabına vurulmuş zərərin 25% yəni, 6507 manat ödəməsinin nəzərə alaraq onun işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, atası Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkmək üçün Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilmişdir. Ona görə o, 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib orada Şahid1lə görüşür. Belə ki, xx.xx.2022-ci il tarixdə 13 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarkən orada adı sonradan ma məlum olan Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşıb birlikdə şəhərə getməyi xahiş etmişdir. O, havanın soyuq olduğunu, Təqsirləndirilən şəxs isə xüsusi formada və rütbədə olduğunu görüb razılaşmış, Təqsirləndirilən şəxs öz növbəsində ona məxsus olan "Volkswagen" markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs onunla səmimi münasibət yaradıb Cəzaçəkmə Müəssisəsinə kimin yanına gəlibgetdiyini soruşmuş, o da öz növbəsində atası Şahid1 yanına gəlib-getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 tanıdığını, Şahid1 elə onun nəzarət etdiyi dəstədə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsini soruşub, öz mobil telefon nömrəsini də Zərərçəkmiş şəxs vermiş və Şahid1lə bağlı nəsə lazım olarsa onunla əlaqə saxlamağını Zərərçəkmiş şəxs bildirmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxsla razılaşıb onu Xətai rayonu ərazisində Neapol dairəsi yaxınlığında yola salmışdır. Həmin vaxtdan təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs ********** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng edib görüşmək istədiyini bildirmişdir. O öz növbəsində marahat olub Təqsirləndirilən şəxs atasına nəsə olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs Şahid1lə bağlı heç bir narahatlığın olmadığını bildirib, əksinə ona şad xəbərinin olduğunu demişdir. O da Təqsirləndirilən şəxsla razılaşmışdır, belə ki, təxminən xx.xx.2022-ci il tarixdə o Təqsirləndirilən şəxsla Neftçilər Metrostansiyasının yaxınlığında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs Şahid1 barəsində tətbiq edilmiş cəza müddətinin çox olduğunu, bu qərarın düzgün olmadığını, Şahid1 səhhətində narahatlığın olduğunu və s bu kimi əsasları ona bildirib qeyd etmişdir ki, 26.000 manat qarşılığında Şahid1 təyin edilmiş cəza müddətini azaldıb onu azadlığa buraxdırmaq imkanına malikdir. Bu məsələni Ali Məhkəmədə işləyən Azər adlı tanışının vasitəsilə həll edəcəyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs indiyə qədər bu formada çox şəxsə köməklik etdiyini bildirmiş və bir xeyli söhbətdən sonra onu inandırmışdır. O öz növbəsində bu məsələ ilə bağlı ailəsi ilə məsləhət etmiş, sonra Təqsirləndirilən şəxsla razılığa gəlmişdir. Belə ki, ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov Parkının qarşısında yeznəsi Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs 5.000 (beş min) manat, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində Neftçilər Metrostansiyasının çıxışında 9.000 (doqquz min) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Elmlər Metrostansiyasının çıxışında tanışı Şahid2 iştirakı ilə 7.000 (yeddi min) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində “Neapol” dairəsinin yaxınlığında 5.000 (beş min) manat olmaqla ümumilikdə 26.000 (iyirmi altı min) manat pulu Təqsirləndirilən şəxs vermişdir və Təqsirləndirilən şəxs ona həmin pulun müqabilində Şahid1 2022-ci ilin sonuna qədər azadlığa buraxdıracağına dair vəd vermişdir. O, pulun 21.000 manatını Təqsirləndirilən şəxs paketin içərisində, 5.000 manatı isə açıq şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs pulları ondan alanda paketi açıb içinə baxmamışdır. Hər dəfə Təqsirləndirilən şəxs pulu alanda ən geci 2022-ci ilin dekabr ayında Şahid1 cəza müddətinin azaldılacağı və azadlığa buraxılacağına dair vəd vermişdir. O da Təqsirləndirilən şəxs inanaraq razılaşmışdır. O, həmin vaxtdan sonra Təqsirləndirilən şəxsla tez-tez əlaqə saxlayıb n gedişatı barədə maraqlanmışdır. Hətta bir neçə dəfə anası Şahid4 da öz istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxsla danışıb işin gedişatı barədə maraqlanmışdır. 2023-cü ilin sonuna qədər Təqsirləndirilən şəxs gözlədikdən sonra o Təqsirləndirilən şəxs onu aldatdığını başa düşüb verdiyi 26.000 manat pulu geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs da hər dəfə bir bəhanə ilə vaxtı uzadıb işi həll ediləcəyinə, əsk halda pulu geri qaytaracağına söz vermişdir. Buna baxmayaraq, indiyə qədər nə Şahid1 tətbiq edilmiş cəza müddəti azaldılmamış, nədə ki, Təqsirləndirilən şəxs ondan aldığı 26.000 manat pulu geri qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə ərizə təqdim edərək bildirmişdir ki, vurulmuş zərər tam olaraq ödənilmişdir. Barışmışdır. Şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Təxminən 4-5 ildir ki, dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs atası Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkmək üçün Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilmişdir. Zərərçəkmiş şəxs atası ilə görüşmək üçün təxminən ayda 2 dəfə həmin Cəzaçəkmə Müəssisəsinə getmişdir. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Təqsirləndirilən şəxs Şahid1 cəza müddətinin azaldılması və azadlığa buraxılması məsələsini həll edəcəyinə vəd edib bu işin qarşılığında ondan 26.000 manat pul istəyir. Müzakirə zamanı o Zərərçəkmiş şəxs bu işi görməməsini məsləhət etmişdir. Lakin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində Penitensiar Xidmətin əməkdaşı olduğunu, vəzifəli və rütbəli biri olduğunu bildirərək, bu əsasla Təqsirləndirilən şəxs bu məsələni müsbət həll edə biləcəyinə inandığını söyləmişdir. Ondan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşmış və hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 26.000 manat pul vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Təqsirləndirilən şəxs pul verməlidir və ondan birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Elmlər Metrostansiyasının çıxışına getməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxslə razılaşmış və birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Elmlər Metrostansiyasının çıxışına getmişlər, orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla görüşmüş və sonuncuya 7.000 (yeddi min) manat pul vermişdir. Həmin vaxt o, kənarda durub Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs müşahidə etmişdir. Təqsirləndirilən şəxs pulu alıb Bakı Dövlət Universiteti istiqamətində getmişdir. Ondan sonra o, Zərərçəkmiş şəxslə birlikdə oradan kənarlaşmışlar. Zərərçəkmiş şəxs söhbət zamanı ona bildirmişdir ki, Təqsirləndirilən şəxs artıq 14.000 manat pul verib. Bir müddət sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq, Şahid1 köməklik göstərməmiş, nədə ki, aldığı pulu geri qaytarmamışdır. Dəqiq xatırlamadığı tarixdə o Zərərçəkmiş şəxslə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsi, Bakı Kinoteatrının yaxınlığında açıq havada olan çayxanada Təqsirləndirilən şəxsla görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs qısa müddət ərzində Şahid1 azadlığa buraxılacağına dair vədlər vermişdir. Zərərçəkmiş şəxs yenə Təqsirləndirilən şəxs inanıb işi həll etməsini, əks halda isə aldığı pulu geri qaytarmasını bildirmişdir. Bundan sonra heç bir məsələdə iştirakı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, həyat yoldaşı Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkmək üçün Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilmişdir. Ona görə o və oğlu Zərərçəkmiş şəxs 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib orada Şahid1lə görüşürlər. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 13 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarkən orada adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilinə yaxınlaşıb birlikdə şəhərə getməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs havanın soyuq olduğunu, Təqsirləndirilən şəxs isə xüsusi formada və rütbədə olduğunu görüb razılaşmış və onlar birlikdə şəhərə doğru gəlmişlər. Yolda olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə səmimi münasibət yaradıb Cəzaçəkmə Müəssisəsinə kimin yanına gedib-gəldiyini soruşmuşdur. Zərərçəkmiş şəxs də öz növbəsində Şahid1 yanına gedib-gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində Şahid1 tanıdığını, Şahid1 elə onun nəzarət etdiyi dəstədə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mobil telefon nömrəsini soruşub öz mobil telefon nömrəsini də Zərərçəkmiş şəxs verib Şahid1lə bağlı nəsə lazım olarsa onunla əlaqə saxlamağını ldirmişdir. Həmin vaxtdan təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs ********** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng edib görüşmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs də öz növbəsində narahat olub Şahid1lə bağlı narahatlığın olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs Şahid1lə bağlı heç bir narahatlığın olmadığını bildirib, əksinə şad xəbərinin olduğunu demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və təxminən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla Neftçilər Metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs Şahid1 barəsində tətbiq edilmiş cəza müddətinin çox olduğunu, bu qərarın düzgün olmadığını, səhhətində narahatlığın olduğunu və s bu kimi əsasları bildirib, 26.000 manat qarşılığında Şahid1 təyin edilmiş cəza müddətini azaldıb onu azadlığa buraxdırmaq imkanına malik olduğunu qeyd etmişdir. Bu məsələni Ali Məhkəmədə işləyən Azər adlı tanışının vasitəsilə həll edəcəyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs indiyə qədər bu formada çox şəxsə kömək etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bu təklifini evdə onunla məsləhət etdikdən sonra Təqsirləndirilən şəxsla razılaşmışdır. Belə ki, Zərərçəkmiş şəxs ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov Parkının qarşısında onun kürəkəni Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs 5.000 (beş min) manat, sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində Neftçilər Metrostansiyasının çıxışında 9.000 (doqquz min) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Elmlər Metrostansiyasının çıxışında tanışı Şahid2 iştirakı ilə 7.000 (yeddi min) manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində "Neapol" dairəsinin yaxınlığında 5.000 (beş min) manat olmaqla ümumilikdə 26.000 (iyirmi altı min) manat pulu Təqsirləndirilən şəxs vermişdir və Təqsirləndirilən şəxs həmin pulun müqabilində Şahid1 2022-ci ilin sonuna qədər azadlığa buraxdıracağına dair vəd vermişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla tez-tez əlaqə saxlayıb işin gedişatı barədə maraqlanırdı. Hətta bir neçə dəfə o özü istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxsla danışıb işin gedişatı barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs adını və mobil telefon nömrəsini dəqiq xatırlamadığı bacısı və anası ilə də telefon əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs anası və bacısı hər dəfə onunla danışarkən Təqsirləndirilən şəxs evinin olduğunu, pis halda həmin evi satıb vurulmuş 26.000 manat ziyanın geri qaytarılacağına dair vəd verirmişlər. Lakin, bugünə qədər nə Şahid1 azadlığa buraxılmamış, nədə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi 26.000 manat pul geri qaytarılmamışdır. Məhkəmə iştirak etməyən şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması qərara alınmışdır.(i.v 1) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 108) 23 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs özünü müdafiə kimi qiymətləndirilməyən ifadələri, eləcə də, şahidlərin ifadələri, baxış protokolları, digər istintaq hərəkətlərinə dair protokollar işin hallarına uyğun olduğuna görə sübut növü kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı 26.000 manat pulu anasının xəstəliyi ilə əlaqədar olaraq zərurət qarşısında qalaraq aldığı kimi göstərdiyi xüsusatlar özünü müdafiə üçün gətirdiyi dəlillər qismində qəbul edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-R formatlı disk və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 313-cü maddələrinin tərkib əlamətləri mövcud olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində hər hansı bir şəxsin iştirakı və əlbirliyi təsdiq edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibinin həyata keçirilməsi rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verdiyindən barələrində Azərbaycan Respublikasının CM-in 312-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs hərbi qulluqçu olmaması işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi zamanı nəzərə alınması qərara alınmışdır.(i.v 77-94). 23 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v 97) 25 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.111-112) Zərərçəkmiş şəxs nümayəndəsi “Ədalət” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin surətindən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxs ilə barışmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, iş üzrə icraatın dayandırılması və təqsirləndirilən şəxsin axtarışının elan edilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 27255 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 6507 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk və Zərərçəkmiş şəxs tərəfindən cinayət işinə əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk və Zərərçəkmiş şəxs tərəfindən cinayət işinə əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-92/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-92/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver