Məhkəmə qərarları › İş №1(011)-93/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-93/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-93/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Bist kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, “Bakoil” yanacaq doldurma məntəqəsində növbə rəisi işləyən, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Bist kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istəyinin olmasını öyrəndikdən sonra özünü işgüzar şəxs kimi təqdim edərək həmin nazirliklə əlaqələrinin geniş olmasını yalandan bildirib özünə inandırıb sonuncunu Xüsusi Riskli Xilasetmə xidmətində işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 84 ünvanda yerləşən avtomobil bazarında 2.150 manat, 17 yanvar 2021-ci il tarixdə həmin ünvanda 5.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 7.150 (yeddi min yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə, diskə baxış protokolları və sms mətinləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Zərərçəkmiş şəxs borcu vardır və onun dələduzluq etmək niyyəti olmamışdır. Həmn borcu da yaxın zamanda qaytaracaqdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evlidir və üç yetkinlik yaşına çatmamış uşağı vardır, “Bakoil” yanacaq doldurma məntəqəsində növbə rəisi işləyir, əvvəllər Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarında təkər satışı ilə məşğul olmuşdur. Özündən böyük iki qardaşı var, qardaşlarının adı Ceyhun və Məftundur. Qardaşları da maşın bazarında təkər alqı-satqısı ilə məşğul olur. İlkin vaxtlar təkər satışı ilə məşğul olub normal dolanmış, lakin sonradan qazanc əldə edə bilmədiyi üçün təkər alqı-satqısı ilə məşğul olmamışdır. Bazarda işlədiyi müddətdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Raqif ilə tanış olduqdan sonra sonuncu ilə bazarda söhbət etmiş və çay içmişlər. Raqif də bazarda işləmişdir. Belə ki, Raqif bazarda işlək vəziyyətdə təkərlərin satışı və təmiri ilə məşğul olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərində pul lazım olmuşdur ki, Dubaydan mal gətirsin. Bunun üçün də borc pul axtarmağa başlamışdır. Söhbət zamanı Raqifə bildirmişdir ki, Dubaydan mal gətirmək üçün pul lazımdır və borc axtarır. Raqif də borc pul verəcəyini demişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində Raqif bazarda 6.000 manat pul vermişdir. Pulu götürüb satış etdikdən sonra qaytaracağına söz vermişdir. 2-3 gün keçdikdən sonra Raqifdən yenidən pul istəmişdir. Raqif də 5.000 manat pul vermişdir. Raqifə öz minnətdarlığını bildirib satış edərək borca verdiyi 11.000 manat pulu tezliklə ödəyəcəyinə söz vermişdir. Raqif də narahat olmamağı və rahat şəkildə işlərini görməyini demişdir. Raqifdən aldığı pulla Dubaydan təkər gətizdirmiş və Raqifdən aldığı pulu gömrük rüsumlarına və s. xərcləmişdir. Gətirdiyi təkərləri hissə-hissə sataraq Raqifə 4.000 manat pul qaytarmış və sonuncuya 7.150 manat pul borcu qalmışdır. Lakin, həmin pulu qaytara bilməmişdir. Belə ki, işləri zəifləmişdir. Raqifin pulunu da qaytara bilmədiyi üçün sonuncu narazılıq etməyə başlamışdır. Raqif mütamadi olaraq yanına gəlmiş və zəng edərək pulunu istəmişdir. Raqifə pulu verəcəyini demişdir. Sonradan isə Raqif şikayət etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə 11.000 manat pul almışdır. Həmin pulu da borc olaraq almışdır. Zərərçəkmiş şəxs 11.000 manat pulu iki dəfəyə bazarda almışdır. Həmin vaxt da yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs hər hansı bir iş üçün pul almamışdır. Şahid1 tanışıdır, sonuncu Fövqəladə Hallar Nazirliyinin X2 Edilməsi və Daxili Təhlükəsizlik baş İdarəsinin şöbə rəisinin müavini işləyir, polkovnik leytenant rütbəsindədir. Raqifdən borca pul almağında Şahid1 heç bir iştirakı olmamışdır. Zərərçəkmiş şəxs yalan danışır, sonuncudan onun oğlunu işə düzəltmək üçün pul almamış, sonuncunun bildirdikləri barədə onların arasında danışıqlar olmamış, Elnur ona FHN-də vakant yer olacağını deməmiş, pul istəməmişdir. Pulu Raqifdən o, borc olaraq istəyib almışdır. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bazarda işlədiyi müddətdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Raqif ilə tanış olduqdan sonra sonuncu ilə bazarda söhbət etmiş və çay içmişlər. Raqif də bazarda işləmişdir. Belə ki, Rafiq bazarda işlək vəziyyətdə təkərlərin satışı və təmiri ilə məşğul olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərində müştərisi olan və Fövqəladə Hallar Nazirliyində işləyən Şahid1 bazara gəlmişdir. Elnur bazara təkər almaq üçün gəlmişdir. Elnur ilə söhbət edən zaman Raqif də bizim yanına gəlmişdir. Raqif ilə Elnuru tanış etmişdir. Hava soyuq olduğu üçün bazarda olan kafeyə daxil olmuşlar və əyləşmişlər. Orada söhbət zamanı X7 Hallar Nazirliyində işləməsini və polkovnik leytenantı rütbəsində olmasını bilmişdir. Həmin vaxt Raqif oğlunun hərbi xidmətdən qayıtmasını və işsiz olmasını bildirmişdir. Raqif onlardan oğlunu FHN-də işə düzəltmələrini xahiş etmişlər. Elnur Raqifə bildirmişdir ki, qəbul yoxdur və işə qəbul dayandırılmış, lakin maraqlanıb vakant yer elan olunacağı halda xəbər edə bilər. Bu zaman Elnura Raqif oğlunun işə düzəlməsi üçün pulda verə biləcəyini dmişdir. Elnur isə demişdir ki, “pul nədir, işə qəbul pulla olmur, mən maraqlanıb xəbər edərəm, fiziki göstəriciləri yaxşı olsa işə düzələ bilər”. Bir neçə dəqiqə söhbət etdikdən sonra Elnur çıxıb getmişdir O, isə Raqif ilə kafedə qalmışdır. Raqifə yalandan demişdir ki, özünün FHN-də işləyən tanışı var və həmin şəxslə danışıb 10.000 manat pul müqabilində oğlunu FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəldə bilər. Raqif də həmin məbləğin çox olmasını bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində maşın bazarında Raqif ilə görüşmüşdür. Raqifə yalandan demişdir ki, FHN-də işləyən tanışı xəbər göndərmiş və FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətində vakant yer var. Raqifdən pul və oğlunun sənədlərinin surətini istəmişdir. Raqif də 2.150 manat pul vermişdir. Bundan əlavə də 5.000 manat verəcəyini, başqa da pulunun olmadığını bildirmişdir. 2-3 gün keçdikdən sonra Raqif mobil telefonla oğlunun şəxsiyyət vəsiqəsinin və hərbi biletinin fotoşəkillərini çəkərək göndərmişdir. 17 yanvar 2021-ci il tarixdə Raqif ilə səhər saatlarında maşın bazarında görüşmüşdür. Həmin vaxt Raqif 5.000 manat pul vermişdir. Raqifə yalandan bildirmişdir ki, oğlunun sənədlərini və 2.150 manat pulu FHN-nə göndərmişdir. Raqifdən aldığı pulu isə öz şəxsi işləri üçün xərcləmişdir. Raqif də mütəmadi olaraq zəng edərək və yaxud onu görərək oğlunun işi ilə maraqlanmış, o, isə ona müxtəlif vədlər verərək aldatmışdır. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, Zərərçəkmiş şəxs ümumilikdə 7.150 manat pul almışdır. Həmin pulu da Raqifədən oğlunu FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətində işə qoymaq üçün almışdır. Şahid2 işə düzəltmək üçün heç bir səlahiyyəti olmamışdır. Raqifin inanması üçün sonuncuya yalandan bildirmişdir ki, FHN-də işləyən tanışı var və onun vasitəsilə oğlunu işə düzəldəcək. Raqifdən əvvəl təkər almaq üçün borc almış və vermişdir. Buna görədə ilkin ifadələrində bildirmişdir ki, Raqifdən pulu borc almışdır. 7.150 manat pulu isə borc olaraq almağını qeyd etməyində məqsədi özünü müdafiə etmək olmuşdur.(i.v 167- 170, 225-227, 321-323) Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin hadisə nəticəsində ümumilikdə 7.150 manat maddi ziyan dəymişdir. Belə ki, Abbasa 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Babək prospektində yerləşən maşın bazarında 2.150 manat, 17 yanvar 2021-ci il tarixdə isə ona maşın bazarında 5.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə işə düzəltməsi üçün vermişdir. Abbasa 7.150 manat pulu verən zaman yanında heç kim olmamışdır. Belə ki, pul verilən zaman yalnız ikisi olmuşlar. Təqsirləndirilən şəxs oğlunu həmin yerə “Elnur” adlı şəxsin düzəltdiyini bildirmişdir. Elnura şəxsən özü pul verməmiş, sonuncu ona Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətində xidmət rəisi və polkovnik leytenant rütbəsində olmasını demişdir. Elnur demişdir ki, tezliklə FHN-də vakant yerlər olacaq. Bundan sonra Elnura oğlunu işə düzəltməsini bildirmiş, sonuncu da vakant yer olduqda Abbasa xəbər edəcəyini və pul verildikdən sonra isə heç bir problem olmayacağını demişdir. Abbas demişdir ki, pulu Elnura vermişdir. Lakin Abbasın pulu Elnura verib-verməməsini bilməmişdir. Eyni zamanda həmin puldan Abbasa nə qədər çatdığını da bilməmişdir. Abbasdan pulu istədikdə sonuncu demişdir ki, pulu Elnura vermiş və ala bilmir. Təqsirləndirilən şəxs ilə pulun verilməsi ilə bağlı arasında müqavilə və yaxud qəbz olmamışdır. Ona məhkəmə icraatında 700 manat pul ödənilmişdir. Vurulmuş zərərdən cəmi 2300 manat ödəniş olunmuşdur. Təqsirləndirilən şəxsin həbs olunmasını istəmir, o sadəcə pulunu tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci ildən tanıyır, lakin onunla heç bir qohumluğu və tanışlığı olmamışdır. Abbası tanıdığı müddətdə sonuncu təkər alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, Abbas Bakı şəhəri, Babək prospektində olan avtomobil bazarında işləmişdir. Avtomobili olduğu üçün təkər lazım olduqda Abbasdan almışdır. Buna görədə bir neçə dəfə həmin bazara getməklə Abbasdan təkər almışdır. Raqif adlı şəxsi Abbasın yanında bazarda görüb tanımışdır. Raqif ilə bir dəfə qeyd etdiyi bazarın yaxınlığında Abbas ilə birlikdə kafedə əyləşmişlər. Raqif ilə Abbasın vasitəsilə tanış olmuşdur. Həmin vaxt Abbas Raqifin oğlunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətində işə düzəltmək istədiklərini bildirmişlər. Onlara bildirmişdir ki, hazırda qəbul yoxdur, hazırda işə qəbul dayandırılmışdır. Lakin maraqlanıb vakant yer elan olunacağı halda xəbər edər. Eyni zamanda Abbas Raqifin oğlunun işə düzəlməsi üçün pulda verilə biləcəyini demişdir. Bu zaman demişdir ki, “pul nədir, işə qəbul pulla olmur, mən maraqlanıb xəbər edərəm, fiziki göstəriciləri yaxşı olsa işə düzələ bilər”. Raqifə oğlunu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətində işə düzəlməsi üçün heç bir vəd verməmiş və sonuncudan ümumiyyətlə pul istəməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Şahid2 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə işə düzəltməsi üçün ümumilikdə 7.150 manat pul almasından qətiyyən xəbəri olmamış, Raqif yanında Abbasa pul verməmişdir. Abbas Raqifin oğlunun işə düzəlməsini dedikdə onlara bildirmişdir ki, hazırda qəbul yoxdur, lakin maraqlanıb xəbər edər. Eyni zamanda bildirmişdir ki, işə qəbul dayandırılmışdır. Abbas Raqifin oğlunun işə düzəlməsi üçün pulda verilə biləcəyini dedikdə onlara demişdir ki, “pul nədir, işə qəbul pulla olmur, fiziki göstəriciləri yoxşı olacağı halda işə düzələ biləcəyinin mümkün olmasını dedim”. İstər Abbasa, istərsədə Raqifə iş üçün heç bir vəd verməmişdir. Raqif və Abbasın ifadəsində onun barəsində göstərdikləri həqiq deyil, Abbas heç vaxt ona hər hansı bir məbləğdə pul verməmiş, istər iş üçün, istərsədə başqa hal üçün. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs atasıdır. X16 prospektində yerləşən avtomobil bazarında təkər təmiri ilə məşğul olur. 2018-ci il tarixdə hərbi xidmətə getmiş və 18 ay xidmətdə olduqdan sonra təxris olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra heç bir yerdə işləməmişdir. Belə ki, iş tapa bilməmişdir. Atası Raqif onu işə düzəltmək istəmişdir. Hərbi xidmətdə çavuş olduğu üçün Hərbi işlərə marağı yüksək olmuşdur. 2020-ci ilin yanvar ayında atası Raqif demişdir ki, tanışı Abbas adlı şəxs ilə onu işə düzəltmək barədə razılaşmış və sonuncu onu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinə işə düzəldəcək. Atası Raqif həmçinin bildirmişdir ki, Abbasın Elnur adlı tanışı vardır, sonuncu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətində işləyir. Atasının deməsinə görə Abbas və qardaşları bazarda təkər satırlar. 2021-ci ilin yanvar ayında atası Raqif demişdir ki, Abbasa maşın bazarında onu işə düzəltməsi üçün ümumilikdə 7.150 manat pul vermiş və sonuncu onu işə düzəldəcək. Bundan sonra gözləməyə başlamışlar. Lakin sonradan məlum olmuşdur ki, Abbas atasını aldatmış və pulu ələ keçirmişdir. X17 adlı şəxsdən pulunu tələb etsədə qaytarıb verməmişdir. Abbas və Elnur adlı şəxsləri tanımamış və görməmişdir. X10 pul verməsini eşitməmişdir. Bu barədə atası Raqif bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidyyatı üzrə göndərilməsi haqqında 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır ( i.v. 1); Hadisə yerinə baxış keçirilməsi haqqında 17 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin müstəntiqi X3, hal şahidləri X9, X1 iştirakları ilə vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, vətəndaş Zərərçəkmiş şəxs 7150 manat pulu, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında yerləşən təkər sexində X5 vermişdir ( i.v. 20-25); 15 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” sms mətinlərinin və Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə göndərdiyi səslərin olduğu bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı mətinlərdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında pul barədə yazışmalar vardır və məzmunu aşağıdakılardır. Zərərçəkmiş şəxs: Pulu ver. Təqsirləndirilən şəxs: Pul hazırdı pul verəcəm, bir kəlmə verirəm qardaş verirəm. Zərərçəkmiş şəxs: Sən görərsən. Təqsirləndirilən şəxs: Hardasan kimnensen xais edib alıb verirəm. Zərərçəkmiş şəxs: Abbas nece gündü vermirsən neçə olur. Təqsirləndirilən şəxs: Qardaş qurana and olsun verirəm verəcəm. Qurana and olsun verəcəm hazırdı. Zərərçəkmiş şəxs: Qurana and olsun səndə Elnurda görəcəksiz pulu ver pulu istəyirəm əlbir olub mənim pulumu fırladırsan. Təqsirləndirilən şəxs: Sənin pulunu verəcəm. Zərərçəkmiş şəxs: Səhər axşama qədər gözləyəcəm səhər verirsən pulu vermirsən. Təqsirləndirilən şəxs: Necə gündü işə gelmirəm yeqin ki bu işi düzəltmək üçün gəlmirdim düzəldib sabah sənin pulunu çatdıracam fiso. Zərərçəkmiş şəxs: Elnura da de and olsun Allaha şikayət edəcəm mənim pulumu verin iş düzəlmir pulumu verin. Təqsirləndirilən şəxs: Pulu verirəm səhər dedim seher verilir. Zərərçəkmiş şəxs: Abbas ver versən sənin xeyrinədi az yalan danış. Təqsirləndirilən şəxs: sənə dedim 4 verəcəm alan qardaş ən geci 20 gün gözləyərsən. Özü gələcək danış mənlik deyil. Raqif səhərə qədər hamısını verəcəklər arxayın ol cani çıxıb özləri gətirəcək 5.000 hamsını indi gəlirəm ordan işdən 5 getmişdim ora. Zərərçəkmiş şəxs: Elnurdan danışdın sənə nə dedi mənim pulumun hamısını al ver. Abbas götürdün pulu Elnurun nömrəsini at mənə özüm danışım görüm nə deyir. Təqsirləndirilən şəxs: Ay qardaş demirəm sabaha qədər gözlə. Zərərçəkmiş şəxs: Bir cavab de gözləyirəm. Təqsirləndirilən şəxs: Danışmışam göləyirəm dedim özünə oturmuşam gözləyirəm Razində saat neçədə olsa gəl. Zərərçəkmiş şəxs: Abbas necəsən bu iş qurtarmadı Təqsirləndirilən şəxs: Axşamın xeyir necəsən doğurdan mende öyrəndim bu gün vaxtı doğurdan olmadı danışdım bayaq sabah 11 də görüşəcik. Zərərçəkmiş şəxs: Qardaş sən mənim pulumu kimə vermisən al ver demirsən Elnurdadı niyə nömrəsini vermirsən. Təqsirləndirilən şəxs: Raqif bir kəlmə dedim ya mənnən gedək uada işin olsa mən gedəcəm. Raqif səhər hamısını verəcəklər arxayın ol canı çıxıb özləri gətirəcək 5.000 hamısını. Zərərçəkmiş şəxs: Pulu ver pis olacaq. Təqsirləndirilən şəxs: Onda səhər mən də oğlana deyəcəm necə ki söz verib uşağın işini həll edib çəkildi gələr bazarda beş oğlanın içində özün cavanb verərsən. Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə Zərərçəkmiş şəxs göndərdiyi səslərdə onların “WhatsApp” da yazışdığı sms mətinlərinin məzmunu ilə eynidir. (i.v 146-147) 04 avqust 2022-ci il tarixli zərər çəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v 158) 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 700 manat pul vəsaitini ödəmişdir.(i.v 175) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X6 adlı övladı var(i.v 190) 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 700 manat pul vəsaitini ödəmişdir.(i.v 193) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v 198) 12 sentyabr 2022-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə başlanmış olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir.(i.v 202-203) 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v 215-216) 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 228-229) 10 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində dediklərini bir daha Şahid1 üzünə deyərək təsdiq etmişdir.(i.v 257-259) 02 noyabr 2022-ci il tarixli ittiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması hqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xətai RPİnin İstintaq şöbəsinin müstəntiqi Ceyhun Əsgərov tərəfindən xx.xx.2022-ci il tarixli ittiham aktı təsdiq edilməmiş və cinayət işi üzrə əlavə araşdırma aparılmasından ötrü Xətai RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır(i.v 298-302) 22 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” sms mətinlərinin və Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə göndərdiyi səslərin olduğu bir ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı mətinlərdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında pul barədə yazışmalar vardır və məzmunu aşağıdakılardır. Zərərçəkmiş şəxs: Pulu ver. Təqsirləndirilən şəxs: Pul hazırdı pul verəcəm, bir kəlmə verirəm qardaş verirəm. Zərərçəkmiş şəxs: Sən görərsən. Təqsirləndirilən şəxs: Hardasan kimnensen xais edib alıb verirəm. Zərərçəkmiş şəxs: Abbas nece gündü vermirsən neçə olur. Təqsirləndirilən şəxs: Qardaş qurana and olsun verirəm verəcəm. Qurana and olsun verəcəm hazırdı. Zərərçəkmiş şəxs: Qurana and olsun səndə Elnurda görəcəksiz pulu ver pulu istəyirəm əlbir olub mənim pulumu fırladırsan. Təqsirləndirilən şəxs: Sənin pulunu verəcəm. Zərərçəkmiş şəxs: Səhər axşama qədər gözləyəcəm səhər verirsən pulu vermirsən. Təqsirləndirilən şəxs: Necə gündü işə gelmirəm yeqin ki bu işi düzəltmək üçün gəlmirdim düzəldib sabah sənin pulunu çatdıracam fiso. Zərərçəkmiş şəxs: Elnura da de and olsun Allaha şikayət edəcəm mənim pulumu verin iş düzəlmir pulumu verin. Təqsirləndirilən şəxs: Pulu verirəm səhər dedim seher verilir. Zərərçəkmiş şəxs: Abbas ver versən sənin xeyrinədi az yalan danış. Təqsirləndirilən şəxs: sənə dedim 4 verəcəm alan qardaş ən geci 20 gün gözləyərsən. Özü gələcək danış mənlik deyil. Raqif səhərə qədər hamısını verəcəklər arxayın ol cani çıxıb özləri gətirəcək 5.000 hamsını indi gəlirəm ordan işdən 5 getmişdim ora. Zərərçəkmiş şəxs: Elnurdan danışdın sənə nə dedi mənim pulumun hamısını al ver. Abbas götürdün pulu Elnurun nömrəsini at mənə özüm danışım görüm nə deyir. Təqsirləndirilən şəxs: Ay qardaş demirəm sabaha qədər gözlə. Zərərçəkmiş şəxs: Bir cavab de gözləyirəm. Təqsirləndirilən şəxs: Danışmışam göləyirəm dedim özünə oturmuşam gözləyirəm Razində saat neçədə olsa gəl. Zərərçəkmiş şəxs: Abbas necəsən bu iş qurtarmadı Təqsirləndirilən şəxs: Axşamın xeyir necəsən doğurdan mende öyrəndim bu gün vaxtı doğurdan olmadı danışdım bayaq sabah 11 də görüşəcik. Zərərçəkmiş şəxs: Qardaş sən mənim pulumu kimə vermisən al ver demirsən Elnurdadı niyə nömrəsini vermirsən. Təqsirləndirilən şəxs: Raqif bir kəlmə dedim ya mənnən gedək uada işin olsa mən gedəcəm. Raqif səhər hamısını verəcəklər arxayın ol canı çıxıb özləri gətirəcək 5.000 hamısını. Zərərçəkmiş şəxs: Pulu ver pis olacaq. Təqsirləndirilən şəxs: Onda səhər mən də oğlana deyəcəm necə ki söz verib uşağın işini həll edib çəkildi gələr bazarda beş oğlanın içində özün cavanb verərsən. Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə Zərərçəkmiş şəxs göndərdiyi səslərdə onların “WhatsApp” da yazışdığı sms mətinlərinin məzmunu ilə eynidir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sms mətinləri və səslər ona və Zərərçəkmiş şəxs məxsusdur, Zərərçəkmiş şəxs ilə oğlu Şahid2 FHN-də işə düzəlmək barədə danışıqlar aparmış, sonuncu ondan pulunu və yaxud oğlunun işə düzəlməsini tələb etmiş, o, isə Zərərçəkmiş şəxs yalandan aldadıb işi düzəldəcəyini və yaxud pulu qaytaracağını bildirmişdir.(i.v 327-329) 22 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X4 ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən zərərçəkmiş şəxs, şahid ifadələri, üzləşdirmə və diskə baxış protokolları sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs danışıqlarının olduğu bir ədǝd CD disk və sms mətinləri sübut kimi tanınması nəzərə alınması qərara alınmışdır.(i.v 330-336) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etmədiyini, ona borcunun olması ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi whatsapp sms yazışmaları , təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələri, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə təkzib olunur və özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda zərər vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirci hal kimi nəzərə alınır. 59.1.14-cü maddəsinə əasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirici hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(59.2), himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar