Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-93/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Mülki iddiaçı Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi – X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, "xxxx" (VÖEN **********), "xxxx" (VÖEN **********), “X14” (VÖEN **********) və “X20” (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin dirktoru vəzifəsində işləyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, fərdi evdə yaşamış, Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, "Colarod Group” (VÖEN **********), "xxxx" (VÖEN **********), "X12" (VÖEN **********) və "X20" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nizamnamələrində nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 78.3, 82.1, 82.4, 85.1, 103, 104, 105, 130.1, 130.2, 149.2, 152.1, 159, 161, 173, 174, 177, 180, 220 və 221-ci maddələrinin və Azərbaycan Respublikası Sosial sığorta haqqında qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə vahid niyyətlə xeyli miqdar təşkil edən 133997.00 manat məbləğində vergiləri, məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs, hüquqi ünvanı ünvan 2 Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2014-cü ilin dekabr ayı üzrə əlavə dəyər vergisi (ƏDV) tutulan dövriyyəsi 30.733,20 manat, ƏDV-ni 5.531,98 manat, büdcəyə ödənilməli ƏDV-ni 5.531,98 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyənin olmadığını göstərərək 5.531,98 manat ƏDV-ni; 2015-ci ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 61.466,40 manat, ƏDV-ni 11.063,95 manat, büdcəyə ödənilməli ƏDV-ni 11.063,95 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 30.733,20 manat, ƏDV-ni 5.531,98 manat, əvəzləşdirilən ƏDV-ni 5.532,00 manat, büdcəyə ödənilməli ƏDVni 0,02 manat göstərərək 11.063,97 manat ƏDV-ni; həmin ilin fevral ayı üzrə ƏDV tutulan dövriyyəsi 49.175,45 manat, ƏDV-ni 8.851,58 manat, büdcəyə ödənilməli ƏDV-ni 8.851,58 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyənin olmadığını göstərərək 8.851,58 manat ƏDV-ni; həmin ilin mart ayı üzrə ƏDV tutulan dövriyyəsi 25.000,00 manat, ƏDV-ni 4.500,00 manat, büdcəyə ödənilməli ƏDV-ni 4.500,00 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyənin olmadığını göstərərək 4.500,00 manat ƏDV-ni cəmi 29.947,53 manat məbləğində ƏDV-ni;həmçinin cəmiyyətin 2014-cü il üzrə ümumi gəliri 30.733,20 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 25.611,00 manat, vergiyə cəlb olunan mənfəəti 5.122,20 manat və bundan 20% dərəcə ilə mənfəət vergisi 1.024,44 manat olduğu halda, vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməyərək, 1.024,44 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini, bundan başqa, Təqsirləndirilən şəxs cəmiyyətin adından hesabatlar təqdim etməməklə 2015-ci il üzrə 34,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını, vahid niyyətlə cəmi 31.005,98 manat məbləğində vergiləri və məcburi sosial sığorta haqlarını; Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 3 Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2015-ci ilin 1-3-cü rübləri üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 406.506,40 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 4 faiz dərəcə ilə 16.260,25 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək, 1504,63 manat məbləğində sadələşdirilmiş verginin dövlət büdcəsinə ödənilməsini nəzərə alındığı təqdirdə 14.755,62 manat məbləğində sadələşdirilmiş vergini; 2015-ci ilin avqust ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 17.067,78 manat, ƏDV 3.072,20 manat, büdcəyə ödənilməli ƏDV 3.072,20 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 3.072,20 manat məbləğində ƏDV-ni; həmin ilin sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 27.873,34 manat, ƏDV 5.017,20 manat, büdcəyə ödənilməli ƏDV 5.017,20 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 5.017,20 manat məbləğində ƏDV-ni; həmin ilin oktyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 4.101,67 manat, ƏDV 738,30 manat, büdcəyə ödənilməli ƏDV 738,30 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 738,30 manat məbləğində ƏDV-ni, cəmi 8.827,70 manat əlavə dəyər vergisini; 2015-ci il üzrə cəmiyyətin ümumi gəliri 57.870,48 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 48.225,50 manat, vergiyə cəlb olunan mənfəəti 9.645,08 manat və bundan 20% dərəcə ilə mənfəət vergisi 1.929,02 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməyərək 1.929,02 manat hüquqi şəxsin mənfəət vergisini, vahid niyyətlə cəmi 25.512,34 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 3 Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən “X12” MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2015-ci ilin 1-ci rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 67.822,50 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 4 faiz dərəcə ilə 2.712,90 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək, 2.712,90 manat məbləğində sadələşdirilmiş vergini; 2015-ci ilin 2-ci rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 207.740,75 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 4 faiz dərəcə ilə 8.309,63 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək, 8.309,63 manat məbləğində sadələşdirilmiş vergini, cəmi 11.022,53 manat məbləğində sadələşdirilmiş vergini; 2015-ci ilin iyun ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 54.857,06 manat, ƏDV 9.874,27 manat, büdcəyə ödənilməli ƏDV 9.874,27 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 9.874,27 manat məbləğində ƏDV-ni; həmin ilin iyul ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 27.729,45 manat, ƏDV 4.991,30 manat, büdcəyə ödənilməli ƏDV 4.991,30 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 4.991,30 manat məbləğində ƏDV-ni; həmin ilin avqust ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 20.857,95 manat, ƏDV 3.754,43 manat, büdcəyə ödənilməli ƏDV 3.754,43 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 3.754,43 manat məbləğində ƏDV-ni; sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 14.242,39 manat, ƏDV 2.563,63 manat, büdcəyə ödənilməli ƏDV 2.563,63 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 2.563,63 manat məbləğində ƏDV-ni; həmin ilin oktyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 5.835,45 manat, ƏDV 1.050,38 manat, büdcəyə ödənilməli ƏDV 1.050,38 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 1.050,38 manat məbləğində ƏDV-ni, cəmi 22.234,01 manat əlavə dəyər vergisini; 2015-ci il üzrə cəmiyyətin ümumi gəliri 123.522,30 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 102.935,25 manat, vergiyə cəlb olunan mənfəəti 20.587,05 manat və bundan 20% dərəcə ilə mənfəət vergisi 4.117,41 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməyərək 4.117,41 manat hüquqi şəxsin mənfəət vergisini, vahid niyyətlə cəmi 37.373,95 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 4 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən “X20” MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2015-ci ilin 2-ci rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 25.973,75 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 4 faiz dərəcə ilə 1.038,95 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək, 1.038,95 manat məbləğində sadələşdirilmiş vergini; 2015-ci ilin 3-cü rübü üzrə cəmiyyətin adından Bakı şəhərində təqdim etdiyi mallara görə 217.099,50 manat hasilatdan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.1 və 221-ci maddələrinə əsasən 4 faiz dərəcə ilə 8.683,98 manat sadələşdirilmiş vergi hesablayıb ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə vergi tutulan dövriyyənin olmadığını göstərərək, 8.683,98 manat məbləğində sadələşdirilmiş vergini, cəmi 9.722,93 manat məbləğində sadələşdirilmiş vergini; 2015-ci ilin avqust ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 111.129,88 manat, ƏDV 20.003,38 manat, büdcəyə ödənilməli ƏDV 20.003,38 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 20.003,38 manat məbləğində ƏDV-ni; həmin ilin sentyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 35.263,00 manat, ƏDV 6.347,34 manat, büdcəyə ödənilməli ƏDV 6.347,34 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 6.347,34 manat məbləğində ƏDV-ni; həmin ilin oktyabr ayı üzrə cəmiyyətin ƏDV tutulan dövriyyəsi 22.394,88 manat, ƏDV 4.031,08 manat, büdcəyə ödənilməli ƏDV 4.031,08 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 4.031,08 manat məbləğində ƏDV-ni; vahid niyyətlə cəmi 40.104,73 manat məbləğində vergiləri, ümumilikdə xeyli miqdar təşkil edən 133997.00 manat məbləğində vergiləri, məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Beləliklə də, Təqsirləndirilən şəxs, direktoru olduğu dörd müəssisə üzrə vahid niyyətlə, ümumilikdə xeyli miqdar təşkil edən 133997.00 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınaraq Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 213.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq "xxxx", "xxxx", “X12” və “X20” MMC-lərin direktoru olduğunu, adları yuxarıda qeyd olunan şəxsləri vergi orqanında adlarını rəsmi qeydiyyatdan keçirməklə VÖEN açdırdığını, həmin müəssisələri o, özü işlətdiyini, müəssisələrin fəaliyyətindən 20- 30 min manat pul qazandığını, qeyd olunan müəssisələrdə vergidən yayınma cinayətləri onun tərəfindən törədildiyini, vergidən yayınma məqsədi ilə ayrı ayrı şəxslərin adlarına təsis etdiyi müəssisələrə sonradan özünü direktor vəzifəsinə təyin etdiyini, müxtəlif banklardan pulları məxaric etdiyini, müvafiq köçürmələr etdiyini, cəmiyyətlərdə mühasibatlıq işləri onun tərəfindən həyata keçirildiyini, vergi bəyannamələri onun tərəfindən tərtib olunaraq vergi orqanlarına təqdim etdiyini, bəzi hallarda isə ümumiyyətlə bəyannamə tərtib etmədiyini, törətdiyi bu cinayətlərdə direktorlar və təsisçilərin hər hansı iştirakları və rolları olmadığını, müəssisələrin sənədlərinin, nizamnəmələrinin, şəhadətnamələrinin, reyestrləri, müəssisələrin pin kodları, ümumiyyətlə həmin müəssisələrə aid bütün sənədlərin onda olduğunu, həmin müəssisələrə rəhbərlik onun tərəfimdən həyata keçirildiyini, həmin banklardakı bank sənədlərində əks olunan imzaların ona məxsus olduğunu, həmçinin qeyd olunan banklardan müxtəlif vaxtlarda və məbləğlərdə pullar nağdılaşdıraraq əldə etdiyini, yaranmış vergi məbləği ilə razı olduğunu, direktoru olduğu "xxxx", "xxxx", “X12” və “X20” MMC-lər üzrə yaranmış ümumilikdə 133997.00 manat məbləgində vergi borcunun onun fəaliyyəti nəticəsində yarandığını, vergi borclarının ona məxsus olduğunu, tutduğum əməldən peşman olduğunu, gələcəkdə belə hallara yol verməyəcəyini bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, mülki iddiaçının nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş mülki iddiaçı Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "Colarod Group” (VÖEN **********), "xxxx" (VÖEN **********), "X12" (VÖEN **********) və "X20" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs nizamnamələrində nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirərək, müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 78.3, 82.1, 82.4, 85.1, 103, 104, 105, 130.1, 130.2, 149.2, 152.1, 159, 161, 173, 174, 177, 180, 220 və 221-ci maddələrinin və Azərbaycan Respublikası Sosial sığorta haqqında qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə vahid niyyətlə xeyli miqdar təşkil edən 133997.00 manat məbləğində vergiləri, məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmə iclasında mülki iddiaçı Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 Nigar Eldar qızı ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxs 133997.00 manat məbləğində vergiləri, məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hazırda heç bir ödəniş edilməmişdir. Odur ki, mülki iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid əvvəlki Vergilər Nazirliyi yaninda Bakı Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin Təhlil şöbəsinin dövlət vergi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Mesuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 09 dekabr 2016-cı il tarixə əsas vergi borcu 56427,26 manat təşkil etdiyini, bununla əlaqədar tərəfindən araşdırma aparılaraq 56427,26 manat borc məbləğinin tərkibini kameral vergi yoxlaması nəticəsində hesablandığını, "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, vergi ödəyicisi xeyli miqdar təşkil edən, 56427,26 manat məbləğində olan borcu dövlət büdcəsinə ödənilməkdən yayındığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri özü və ya etibarnamə üzrə nümayəndəsi araşdırmada iştirak etmədiyini, tərtib edilmiş aktla tanış olmadığını və aktı imzalamadığını bildirmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid1 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, məhkəmə iclasının təyin edildiyi tarixdə üzrlü səbəbdən iştirak edə bilməmişdir, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid əvvəlki Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Şahid2 ifadəsində göstərmişdir ki, “X12” MMC-nin "xxxx" ASC-nin "Mərkəz" filialinda olan hesabına 2015-ci ilin yanvar ayında 2449,9 manat, fevral ayında 13280,4 manat, mart ayında 11336 manat, aprel ayinda 21397,3 manat, may ayında 27437,8 manat, iyun ayında 64731,3 manat, USD hesabina 2015-ci ilin may ayında 151700 ABŞ dolları (158905,7 manat), EURO hesabina 2015-ci ilin mart ayında 35757 evro (40774,4 manat), həmin ilin iyul ayında 22741,10 manat, USD hesabina 1375,00 dollar (1442,65 manat) 7381,00 evro (8537,01manat), "X5 Banki" ASCnin 1 sayli filialinda olan hesabina avqust ayında 24612,40 manat,sentyabr ayında 16806,00 manat və oktyabr ayında 6885,80 manat olmaqla, ümumilikdə 418887,89 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, 2015-ci ilin 1-2-ci rübləri üçün sadələşdirilmiş vergi bəyannamələri-boş-(göstəricisiz) təqdim etdiyini, eyni zamanda əməliyyatlarin həcmi 120000,0 manatdan çox olduğundan qeydiyyat tarixi xx.xx.2015-ci il olmaqla ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ilə vergi orqanına müraciət etmədiyini, 2015-ci ilin iyun-oktyabr ayları üzrə ƏDV bəyannamələri və 2015-ci il üzrə mənfəət vergisi bəyannməsi vergi orqanına təqdim edilmədiyini, cəmiyyətə sadələşdirilmiş vergi üzrə 2015-ci ilin 1-ci rübü üçün 2713,62 manat, 2-ci rübü üçün 8309,63 manat, mənfəət vergisi üzrə 2015-ci üçün 4117,41 manat,ƏDV üzrə 2015-ci ilin iyun ayı üçün 9874,27 manat, iyul ayı üçün 4991,30 manat, avqust ayı üçün 3754,43 manat, sentyabr ayı üçün 2563,63 manat, oktyabr ayı üçün 1050,38 manat olmaqla ümumilikdə 37373,95 manat məbləğində vergilər hesablandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əvvəlki Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsi Beynəlxalq əməkdaşlıq idarəsinin Beynəlxalq təcrübələr və innovasiyalar şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid3 ifadəsində göstərmişdir ki, "X20" MMC-də kameral vergi yoxlamasını apardığını, araşdırma zamanı cəmiyyətə sadələşdirilmiş vergi üzrə 2015-ci ilin 2-ci və 3-cü rübləri, ƏDV üzrə 2015-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün kameral qaydada hesablanmış vergilərin tərkibi Bəyannamələr idarəsində araşdırıldığını, araşdırma zamanı cəmiyyətin Atabank ASC-nin Nərimanov filialinda olan manat hesabına 2015-ci ilin iyun ayında 26000,00 manat, iyul ayında 217099,60 manat, avqust ayında 131133,3 manat, sentyabr ayında 41610,35 manat, oktyabr ayında 26426,00 manat pul vəsaitinin daxil olmasına baxmayaraq, 2015-ci ilin 2-ci və 3-cü rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz (boş) təqdim edildiyini, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə, 2015-ci ilin avqust-oktyabr ayları üçün ƏDV bəyannamələri vergi orqanına təqdim edilmədiyini, qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmali verginin azaldilmasi kimi qiymətləndirildiyini və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2015-ci il tarixli **********006200 və **********214900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərildiyini, qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2015-ci il olmaqla xx.xx.2015-ci il tarixli **********015200 nömrəli ƏDV məqsədləri üçün qeydiyyata alınma barədə ərizənin vergi orqanına təqdim edilməsi vergi ödəyicisindən tələb edildiyini, lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, gəlirlərin və xərclərin uçotunun vaxtlı-vaxtında, dəqiq və mühasibat ucotu standartlarına və ya sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması, habelə cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, vəsaitlərin nə vaxt və hansı malların alışına sərf olunduğunu təsdiq edən və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri, habelə ƏDV məqsədləri üçün qeydiyyata alınma barədə ərizəni təqdim etmədiyinə görə vergi orqanı tərəfindən cəmiyyət Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün xx.xx.2015-ci il tarixdən məcburi qaydada qeydiyyata alınaraq, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi üzrə 2015-ci ilin 2-ci rübü üçün 1040,00 manat, 3-cürübü üçün 8683,98 manat, ƏDV üzrə 2015ci ilin avqust ayı üçün 20003,38 manat, sentyabr ayı üçün 6347,34 manat, oktyabr ayı üçün 4031,08 manat vergi məbləği olmaqla ümumilikdə 2015-ci ilin 2-ci - 3-cü rübləri üzrə 9722,93 manat sadələşdirilmiş vergi və həmin ilin avqust - oktyabr ayları üzrə 30381,80 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 40104,73 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Vergi Xidmətinin əməkdaşıdır və ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin rəhbərlik etdiyi hüquqi şəxslər 2015-ci ildə aparılan yoxlamalarda iştirak edib. Yoxlama zamanı əsasən ƏDV-dən yayınma faktları aşkar olunmuşdur. Məbləğ 30.971 manat, 98 qəpik idi. MMC-nin fəaliyyəti ilə bağlı Təqsirləndirilən şəxs özünün vergi orqanına gəlib-getməyini də təsdiq etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid "xxxx" MMC-nin təsisçisi Şahid5 Nürəddin oğlu ifadəsində göstərmişdir ki, 2014-cü ilin sentyabr ayında cəmiyyətin onu tərəfindən təsis edildiyini, cəmiyyəti həmin müəssisənin direktoru Möhkəm oğluna 200 manat məbləğində pul vəsaitinə satdığını, cəmiyyətə dair hüquqi sənədləri, o cümlədən şifrə, parol, kod paketini sonuncuya təqdim etdiyini, cəmiyyətin idarə edilməsində, gəlirin götürülməsində, cəmiyyət tərəfindən aparılmış qarşılıqlı təsərrüfat əməliyyatlarında iştirak etmədiyini, bütün bunların Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid "xxxx" MMC-nin direktoru Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" MMC ilə 15 yanvar 2015-ci il tarixli müqavilə bağlandığını, həmin müqaviləyə əsasən konservləşdirilmiş ərzaq məhsullarını aldığını, həmin xidmətlərin göstərilməsini və malların alınmasının şəxsən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini, müqavilə üzrə göstərilmiş xidmətlərin və alınmış malların dəyərinin qarşı cəmiyyətin bank hesabına tam şəkildə köçürüldüyünü, əməliyyatın ümumi dəyəri 72524,11 manat məbləğində olduğunu, həmin cəmiyyətlə qarşılıqlı əməliyyalarda danışıqların cəmiyyətin direktoru Təqsirləndirilən şəxsla aparıldığını, onun özü şəxsən əməliyyatlarda iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Nikoyl Bank” İKB-nin 1 saylı filalının xəzinədarı Şahid7 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tanıdığını, sonuncunun dəfələrlə bankda apardığı əməliyyatlarla bağlı xəzinədən bank çeklərinə imza etməklə 2015-ci ilin yanvar-aprel ayında müxtəlif miqdarda pul vəsaitini məxaric etdiyini, banka gələndə tək gəldiyini, onun yanında digər şəxs olmadığını, çeklərdə xəzinədar qrafasında olan imzanın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid “X19 LTD” MMC-nin təsisçisi və direktoru Şahid8 ifadəsində göstərmişdir ki, "xxxx" MMC ilə 22 yanvar 2015-ci il tarixli müqaviləni Təqsirləndirilən şəxs ilə bağladığını, həmin müqaviləyə əsasən sonuncuya 40817,98 manat məbləğində ərzaq məhsullarının satdıldığını, qarşı cəmiyyətin bank hesabına tam şəkildə pul vəsaitinin köçürüldüyünü, özü şəxsən əməliyyatlarda iştirak etdiyini bildirmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid8 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid "Acquire-ATB” və “X12 MMC-lərin təsisçisi və direktoru Şahid9 ifadəsində göstərmişdir ki, 15 dekabr 2016-cı il tarixli və 05 yanvar 2017-ci il tarixli ifadələrində Təqsirləndirilən şəxs ilə Sabunçu rayonu ərazisində yerləşən çayxanaların birində tanış olduğunu, sonuncunun ona iş təklif etdiyini, həmin işin sənəd daşımaq, yəni kuryer işindən ibarət olduğunu, həmin işə görə 250-300 manat əmək haqqı alacağını, Təqsirləndirilən şəxs onu Həydər Əliyev prospektində yerləşən vergi idarəsinə, həmçinin Gənclik metrostansiyasının yanında yerləşən notariusa apararaq məzmununu bilmədiyi bir neçə sənədlərə imza atdırdığını, lakin həmin sənədlərin nədən ibarət olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs onun adına "xxxx" və “X12” MMC-lərin təsis etdiyini, Təqsirləndirilən şəxs vergi borcuna görə axtarışda olduğunu sonradan öyrəndiyini, həmin cəmiyyətlərdə ilkin olaraq direktor kimi rəsmiləşməsindən xəbəri olmadığını, qeyd edilən müəssisələrdə formal direktoru kimi fəaliyyət göstərdiyini, cəmiyyətlərin idarə edilməsində, gəlirlərin götürülməsində, cəmyyətlərin adından aparılmış qarşılıqlı təsərrüfat əməliyyatlarında iştirak etmədiyini, həmin cəmiyyətlərin adından müəssisələrə Təqsirləndirilən şəxs tərəfindən rəhbərlik etdiyini bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid X10 qəsəbə bələdiyyəsinin baş mühasibi Şahid10 ifadəsində göstərmişdir ki, “X12” MMC ilə 30 dekabr 2014-cü il tarixli müqavilə bağlandığını, həmin müqaviləyə əsasən cəmiyyət 2015-ci il yanvar-avqust ayları ərzində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bütün növ məişət tullantılarının yığılması və daşınması xidmətinin görülməsi işlərinin yerinə yetirdiyini, həmin xidmətlərin göstərilməsində Təqsirləndirilən şəxs şəxsən iştirak etdiyini bildirmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid10 məhkəməyə təqdim etdiyi ərizəsində qeyd olunmuşdur ki, məhkəmə iclasının təyin edildiyi tarixdə üzrlü səbəbdən iştirak edə bilməmişdir, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Sloveniya Respublikasinin "Krka, tovarna zdravil, d.d.,novo mesto" şirkətinin Azərbaycan Respublikasindaki nümayəndəliyinin vacib müştərilər üzrə meneceri Şahid11 ifadəsində göstərmişdir ki, Sloveniya Respublikasinin "Krka, tovarna zdravil, d.d., novo mesto" şirkətinin Azərbaycan Respublikasindaki nümayəndəliyinin “X12” MMC ilə alqı satqı əməliyyatı olduğunu, Nümayəndəlik ilə “X12” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən cəmiyyətdən ofisdə istifadə üçün əsasən stol, stul olmaqla mebel dəstləri aldıqlarını, işlərin görülməsinə görə təxminən 65000,00 manat məbləğ “X12” MMC-nin"xxxx" ASC-nin Mərkəz filialinda olan hesabına ödənildiyini, həmin əməliyyatlarda "X12” MMC-nin rəhbəri kimi Təqsirləndirilən şəxs tanidıqlarını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid "X16" MMC-də direktor müavini vəzifəsində işləyən Şahid12 ifadəsində göstərmişdir ki, "X16" MMC ilə "Acquire-ATP” MMC arasında təsərüffat əməliyyatları olduğunu, "X16" MMC tərəfindən "xxxx" MMC-dən dəyəri 28250,0 manat olan elektrik ötürücüsü aldığını, buna görədə 31 avqust 2015-ci il tarixdə tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını, alınmış malın müqabilində "X16" MMC tərəfindən 28250,0 manat məbləğində vəsait "Acquire-ATP” MMC-nin "Atabank” ASC-nin Nərimanov filialında olan bank hesabına köçürüldüyünü, müqaviləni qarşı tərəfdən Təqsirləndirilən şəxs imzaladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir, 2012-ci ilin 4 yanvar tarixindən Respublika QİÇS-lə Mübarizə Mərkəzində mühasib vəzifəsində işləyir. Hal hazırda Mərkəzin rəhbəri vəzifəsinin səlahiyyətlərinin icraçısı Esmira Alməmmədovadır. Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə "xxxx" MMC arasında 2015-cı ildə dəyəri 4940 manat məbləğində təsərüffat əməliyyatları olmuşdur. Həmin əməliyyatların həyata keçirilməsi üçün 27 mart 2015-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləni Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfdən həmin dövrdə mərkəzin rəhbəri olmuş Esmira Alməmmədova, "xxxx" MMC tərəfdən isə cəmiyyətin direktoru Təqsirləndirilən şəxs imzalamışdır. Həmin müqaviləyə əsasən mərkəz tərəfindən "xxxx" MMC-dən müxtəlif növ dəftərxana ləvazimatları alınmışdır. Alınmış malların müqavilində 4940 manat vəsait "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına köçürülmüşdür. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Bakı şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkiminin müavini Şahid14 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə Bakı şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası ilə "xxxx" MMC arasında qarşılıqlı təsərrüfat əməliyyatlarının olduğunu, həmin cəmiyyətdən müxtəlif vaxtlarda dəftərxana və təsərrüfat mallarının, elektrik mallarının alınması üçün müqavilə bağlandığını, alınmış malların dəyərinin 29740.0 manat və 34940.0 manatdan ibarət olduğunu, qarşı cəmiyyətin adından "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs arasında əməliyyatların aparıldığını, stansiyanın aldığı mallar müxtəlif vaxtlarda cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs tərəfindən gətirilərək təhvil verildiyini, həmin malları Təqsirləndirilən şəxs müxtəlif qeydiyyat nömrələrini xatırlamadığı nəqliyyat vasitələri ilə gətirib təhvil verdiyini, malları təhvil verən zaman qaimə faktura təqdim etdiyini, malları təhvil aldıqda qaimə fakturalarını nəzərdən keçirərək imza etdiyini, alınmış malların müqabilində ödəniləcək pul vəsaitləri nağdsız şəkildə "xxxx" MMC-nin bank hesabına köçürüldüyünü, stansiya həmin cəmiyyətdən ümumilikdə 42950.0 manat məbləğində mal aldığını bildirmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Şahid14 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, səhhətində olan problemlər ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 21 dekabr 2015-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, “Colarod Group" MMC-də 31005,98 manat məbləğində, yəni xeyli miqdarda vergilər və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq ibtidai istintaqı aparılmışdır; (cild 1, i.v.1-2) - cinayət işinin başlanmasına əsas və səbəb “Colarod Group" MMC-də xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması aparılmışdır. Həmin yoxlama zamanı müəyyən edilmişdir ki, cəmiyyətdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2014-cü ilin dekabr, 2015-ci ilin yanvar, fevral və mart ayları üzrə 29947,54 manat əlavə dəyər vergisi və bəyannamə təqdim etməməklə 2014-cü il üzrə 1024,44 manat mənfəət vergisi, 2015-ci il üzrə 34,00 manat məcburi dövlət sosial sığorta haqları olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən, 31005,98 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsindən Baş İdarəyə Göndərilmiş materiallar olmuşdur; (cild 1, i.v.7-111) - 30 noyabr 2016-cı il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, “X13” MMC-də 29064,32 manat məbləğində, yəni xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq ibtidai araşdırma aparılmışdır; (cild 2, i.v.1-3) - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydayyatda olan “X13” MMC-də (VÖEN: **********) kameral vergi yoxlaması ilə hesablanmış, 2015-ci il üzrə 4117,41 manat məbləğində mənfəət vergisi, 1-cü rüb üzrə 2712,90 manat məbləğində sadələşdirilmiş vergi və iyun-oktyabr ayları üzrə 22234,01 manat məbləğində əlavə dəyər vergi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 29064,32 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır; (cild 2, i.v.4-289) - xx.xx.2016-cı il tarixdə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi İstintaq idarəsinin 3-cü şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, 1-ci dərəcəli hüquqşünas X7 həvalə edildiyindən, cinayət işi icraata qəbul edilməklə, istintaqı davam etdirilmişdir; (cild 3, i.v.2-3) - 28 fevral 2017-ci il tarilxi cinayət işi üzrə istintaq müddətinin uzadılmasına dair qərardan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ibtidai araşdırılması davam etdirilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, yəni 28 aprel 2017-ci il tarixədək uzadılmışdır; (cild 3, i.v.42-43) - 27 aprel 2017-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, "X20" MMC-də 40104,73 manat məbləğində, yəni xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq ibtidai araşdırma aparılmışdır; (cild 4, i.v.1-3) - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "X20" MMC-də (VÖEN **********) kameral vergi yoxlaması ilə hesablanmış, 2015-ci ilin 2-ci - 3-cü rübləri üzrə 9722,93 manat sadələşdirilmiş vergi və həmin ilin avqust - oktyabr ayları üzrə 30381,80 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 40104,73 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır; (cild 4, i.v.4-104) - 28 aprel 2017-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq idarəsinin 3-cü şöbəsinin müstəntiqi Orxan Duşdurov tərəfindən icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir; (cild 4, i.v.120-121) - 26 dekabr 2016-cı il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, "xxxx" MMC-də 56427,26 manat məbləğində, yəni xeyli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul olunaraq ibtidai araşdırma aparılmışdır; (cild 5, i.v.1-3) - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi qeydiyyatda olan "xxxx" MMC-də (VÖEN: **********) kameral vergi yoxlamasi ilə hesablanmış, 2015-ciil üzrə 8270,50 manat məbləğində mənfəət vergisi, həmin ilin 2-ci rübü üzrə 3496,08 manat məbləğində sadələşdirilmiş vergi və iyun - oktyabr ayları üzrə 44660,68 manat məbləğində əlavə dəyər vergisi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 56427,26 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır; (cild 5, i.v.5-163) - 27 dekabr 2016-cı il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə başlanmış cinayət işi Baş İdarənin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin sabiq müstəntiqi, 3-cü dərəcəli hüquqşünas X8 icraatına qəbul olunaraq ibtidai istintaqı aparılmışdır; (cild 6, i.v.2-4) - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 5(006)- 150/2017 saylı məlumatların götürməsi barədə qərarından görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixdən hazıradək olan dövr əhatə olunmaqla, hesabın açılması üçün müəssisənin rəhbəri tərəfindən yazılmış ərizə, müəssisənin hüquqi iş qovluğu, hesabdan pulun çıxarılması üçün notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri kartoçkası, elanlar, ödəniş tapşırıqları və pulun alınması barədə bank çeklərinin əsilləri, habelə hesablaşma hesabında aparılan əməliyyatların, həmin əməliyyatların aparılmasında iştirak etmiş bank işçilərinin anket məlumatlarının "xxxx" ASC-nin baş ofisindən məcburi qaydada götürülməsi qərara alınmışdır; (cild 6, i.v.31) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 5(011)-14/2017 saylı cinayət işi üzrə sənədlərin götürülməsi haqqında qərardan görünür ki, vəsatət təmin edilmiş, ********* saylı cinayət işi üzrə "xxxx" MMC-nin "xxxx" ASC-nin “İnşaatçı” filialında xx.xx.2015-ci il tarixdən hazıradək olan dövr əhatə olunmaqla, hesabın açılması üçün müəssisənin rəhbəri tərəfindən yazılmış ərizə, müəssisənin hüquqi iş qovluğu, hesabdan pulun çıxarılması üçün notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri kartoçkası, elanlar, ödəniş tapşırıqları və pulun alınması barədə bank çeklərinin əsilləri, habelə hesablaşma hesabında aparılan əməliyyatların, həmin əməliyyatların aparılmasında iştirak etmiş bank işçilərinin anket məlumatlarının "xxxx" ASC-nin ləğvedicisinin baş ofisindən götürülməsinə icazə verilmişdir;(cild 6, i.v.32) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 5(005)- 9/2017 saylı istintaq hərəkətinin aparılmasına dair qərardan görünür ki, vəsatət təmin edilmiş, ********* saylı cinayət işi üzrə "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixdən hazıradək olan dövr əhatə olunmaqla, hesabın açılması üçün müəssisənin rəhbəri tərəfindən yazılmış ərizə, müəssisənin hüquqi iş qovluğu, hesabdan pulun çıxarılması üçün notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri kartoçkası, elanlar, ödəniş tapşırıqları və pulun alınması barədə bank çeklərinin əsilləri, habelə hesablaşma hesabında aparılan əməliyyatların, həmin əməliyyatların aparılmasında iştirak etmiş bank işçilərinin anket məlumatlarının "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən baş ofisindən götürülməsi qərara alınmışdır;(cild 6, i.v.33) - 03 fevral 2017-ci il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanımaq barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti, mülki iddiaçının nümayəndəsi qismində isə X11 tanınmışdır; (cild 6, i.v.38-40) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 fevral 2017-ci il tarixli 227№-li ekspert rəyindən görünür ki, təqdim edilmiş cinayət işi materiallarında olan şəxsi hesab vərəqəsinə və bank reysterlərinə əsasən "xxxx" MMC tərəfindən 12.892,28 manat məbləğində sadələşdirilmiş verginin, 8.827,70 manat məbləğində əlavə dəyər vergisinin, 1.929,02 manat məbləğində mənfəət vergisi olmaqla ümumilikdə isə 23.649,00 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməməsi müəyyən edilir. Qeyd edilir ki, "Azərbaycan Respublikası vergi Məcəlləsində edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 155.1-ci maddəsində dəyişiklik edilərək xx.xx.2016-ci il tarixdən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000,0 manatdan 200.000,0 manatadək qaldırılmışdır. Ona görə hazırki ekspertiza zamanı müəssisə tərəfindən müəssisənin ƏDV qeydiyyatı xx.xx.2015-ci il tarixdən yarandığından sadələşdirilmiş verginin hesablanması 3.644,71 manat deyil, 12.892,28 manat, ƏDV-nin az hesablanması 44.660,68 manat deyil, 8.827,70 manat, mənfəət vergisinin az hesablanması 8.270,50 manat deyil, 1.929,02 manat məbləğlərində müəyyən edilir; (cild 6, i.v.44) - 27 mart 2017-ci il tarixli cinayət işi üzrə istintaq müddətinin uzadılmasına dair qərardan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ibtidai araşdırılması davam etdirilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, yəni 27 may 2017-ci il tarixədək uzadılmışdır; (cild 7, i.v.18-20) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 aprel 2017-ci il tarixli 6612№-li ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən 25512,34 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması təsdiq olunmuşdur; (cild 7, i.v.137-140) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 may 2017-ci il tarixli 9489№-li ekspert rəyindən görünür ki, "xxxx"-yə məxsus bank çeklərində olan imza qrafasında olan imzalar, bank hesabının açılması üçün ərizələrdə, ödəniş tapşırığında olan imza qrafasında və elan qrafasında olan imza, bank hesabı müqavilələrində olan imzaların Təqsirləndirilən şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir; (cild 7, i.v.153-156) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2016-cı il tarixli 2958№-li ekspert rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus bank çeklərində olan imza qrafasında olan imzalar, bank hesabının açılması üçün ərizələrdə, ödəniş tapşırığında olan imza qrafasında və elan qrafasında olan imza, bank hesabı müqavilələrində olan imzaların Təqsirləndirilən şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir; (cild 8, i.v.31-36) - 14 mart 2016-cı il tarixli cinayət işi üzrə istintaq müddətinin uzadılmasına dair qərardan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə ibtidai araşdırılması davam etdirilən ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, yəni 21 may 2016-cı il tarixədək uzadılmışdır; (cild 8, i.v.44-45) - 15 mart 2016-cı il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə ittiham elan edilmişdir;(cild 8, i.v.48-50) - 15 mart 2016-cı il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, “Colarod Group" MMC-nin (VÖEN **********) direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış Təqsirləndirilən şəxs axtarışı elan olunmuşdur;(cild 8, i.v.51-53) - AR DİN BƏSİİ-dən “Giriş-Çıxış və qeydiyyat” İMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsi və çıxarılmasına dair bildirişdən görünür ki, Təqsirləndirilən şəxs “saxla”, “qadağandır”, “izlə” statusunun növləri ********* nömrəli cinayət işi üzrə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş və axtarışı elan edilmişdir;(cild 8, i.v.55) - 15 mart 2016-cı il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 213.1ci maddəsi ilə Təqsirləndirilən şəxs tapılıb istintaqın sərəncamına verilənə qədər dayandırılmışdır;(cild 8, i.v.56-58) - 20 aprel 2017-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 3-cü şöbəsinin XMİÜ müstəntiqi Nofəl Əhmədovun icraatına qəbul edilmiş və həmin iş üzrə ibtidai istintaq aparılmışdır;(cild 8, i.v.63-64) - 20 aprel 2017-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 3-cü şöbəsinin XMİÜ müstəntiqi Nofəl Əhmədovun icraatına qəbul edilmiş və həmin iş üzrə ibtidai istintaq aparılmışdır;(cild 8, i.v.66-67) - 21 aprel 2017-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsinin 3-cü şöbəsinin XMİÜ müstəntiqi Nofəl Əhmədovun icraatına qəbul edilib ibtidai istintaqı davam etdirilmişdir;(cild 8, i.v.69-71) - 21 aprel 2017-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərardan görünür ki, **********, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrə altında istintaqı davam etdirilmişdir; (cild 8, i.v.73-75) - 25 aprel 2017-ci il tarixli yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir;(cild 8, i.v.79-83) - 25 aprel 2017-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olan, "xxxx" (VÖEN **********), "xxxx" (VÖEN **********) və "X12" (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmış Təqsirləndirilən şəxs axtarışı elan olunmuşdur; (cild 8, i.v.84-88) - 25 aprel 2017-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 213.1ci maddəsi ilə Təqsirləndirilən şəxs tapılıb istintaqın sərəncamına verilənə qədər dayandırılmışdır; (cild 8, i.v.91-94) - 26 iyul 2017-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi icraata qəbul edilib ibtidai istintaqı davam etdirilmişdir;(cild 8, i.v.96-99) - 26 iyul 2017-ci il tarixli cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir; (cild 8, i.v.101-103) - 26 iyul 2017-ci il tarixdə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir;(cild 8, i.v.105-110) - 26 iyul 2017-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olan, "xxxx" (VÖEN **********), "xxxx" (VÖEN **********) və "X12" (VÖEN **********) və "X20" MMC-də (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmış Təqsirləndirilən şəxs axtarışı elan olunmuşdur; (cild 8, i.v.111-116) - 26 iyul 2017-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs tapılıb istintaqın sərəncamına verilənə qədər dayandırılmışdır; (cild 8, i.v.119-123) - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən alınmış 24 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur; (cild 8, i.v.126) - 04 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 1-ci şöbəsinin müstəntiqi Aydın Əliyevin icraatına qəbul edilərək istintaqı aparılmışdır; (cild 8, i.v.128-130) - 04 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin etap edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə saxlandığı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerindən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə etap edilmişdir; (cild 8, i.v.132-133) - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 4(004)- 870/2023 saylı qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət qismən təmin edilmiş, xx xxxxxxx 1992-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı müdafiəçisi tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Həbsdə saxlama müddəti 26 dekabr 2023-cü il tarixədək müəyyən edilmiş, həbs etmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən, saat 20:00-dan hesablanması qərara alınmışdır; (cild 8, i.v.170) - Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16 noyabr 2023-cü il tarixli 1356 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 7 ünvanda yaşayır; (cild 8, i.v.177) - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxx 1992-ci il təvəllüdlü, ünvan 9 ünvanda yaşayan Sadıqov X6 şəhərində yaşadığı müddət ərzində küçə sakinləri və eləcə də şəhər ictimayyəti tərəfindən şəhər üzrə nümayəndəliyə onun haqqında təqsirləndirici heç bir şikayət daxil olmamışdır; (cild 8, i.v.178) - 23 noyabr 2023-cü il tarixli mülki iddiaçı və onun nümayəndəsi qismində tanınmaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, mülki iddiaçının nümayəndəsi qismində isə Nümayəndə tanınmışdır;(cild 8, i.v.179-183) - 29 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; (cild 8, i.v.205-210) - 29 noyabr 2023-cü il tarixli mülki cavabdeh qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Əjdər oğlu mülki cavabdeh qismində tanınmışdır; (cild 8, i.v.218) - Şahid8 tərəfindən məhkəməyə göndərilmiş 11 yanvar 2024-cü il tarixli teleqramdan görünür ki, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. - Şahid14 tərəfindən məhkəməyə göndərilmiş 02 fevral 2024-cü il tarixli teleqramdan görünür ki, səhhətində olan problemlər ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir. - Şahid1 məhkəməyə təqdim etdiyi 09 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə iclasının təyin edildiyi tarixdə üzrlü səbəbdən iştirak edə bilməmişdir, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. - Şahid10 məhkəməyə təqdim etdiyi 09 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, məhkəmə iclasının təyin edildiyi tarixdə üzrlü səbəbdən iştirak edə bilməmişdir, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir, heç bir əlavəsi yoxdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, mülki iddiaçının nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, digər iş materialları ilə onun xeyli miqdarda əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 213.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinə əsasən xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 noyabr 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Mülki iddia və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunaraq 133997.00 (yüz otuz üç min doqquz yüz doxsan yeddi) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 420 (dörd yüz iyirmi) manat isə sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 339-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə “dövlət və yerli özünüidarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq” hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tam təmin olunaraq 133997.00 (yüz otuz üç min doqquz yüz doxsan yeddi) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 420 (dörd yüz iyirmi) manat isə sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-93/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-93/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver